İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 27 » Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    7:54 PM
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    ALTMIŞINCI DӘRS
    SӘFӘR ZAMANI RİAYӘT OLUNAN QAYDA-QANUNLAR
    Səfər tədarükü görən hər bir şəxs səfərə çıxmazdan əvvəl yol yoldaşı ilə əlaqəli olan bir neçə məsələyə diqqət yetirməlidir:
    1. YOL YOLDAŞININ SEÇİLMӘSİ
    Səfərə çıxan hər bir şəxs səfərin həm maraqlı, həm də təhlükəsiz olması üçün özünə yol yoldaşı seçməlidir. Beləliklə o, özünə həm köməkçi, həm də yeni yoldaş qazanmış olur. İmam Cəfər Sadiq (ə) buyurur: «Peyğəmbər (s) buyurardı: İnsanların ən pisinin kim olduğunu bilmək istəyirsinizmi?» Dedilər: Bəli, ey Allahın peyğəmbəri. Buyurdu: «O kəsdir ki, yola tək çıxmış, yoldaşlarından öz köməyini əsirgəmiş və öz xidmətçiləri ilə kobud davranmış olsun».(Mən la yəhziruhul fəqih. )
    Başqa bir hədisdə buyurur:
    «Peyğəmbər (s) bu üç şəxsi lənətləyərdi: Yol azuqəsini tək yeyənləri, evdə tək yatanları və səhrada tək səfərə çıxanları».(Həmən mənbə. )
    Peyğəmbər (s) buyurur:
    «Әvvəl yol yoldaşını seçin, sonra səfərə çıxın».(Biharul-ənvar, 76-cı cild, bab-49. )
    Eyni zamanda yol yoldaşının kimliyinə diqqət yetirilməli, səfərə münasib şəxslər seçilməlidir. Çünki qarşılıqlı təsir qoyma hallarından biri də səfər zamanı yol yoldaşları ilə bərqərar olunan yoldaşlıq münasibətlərindən irəli gəlir. Bunun üçün də səfər zamanı xoş təsir bağışlayan şəxslərlə yol yoldaşı olmaq lazımdır.
    Həzrət Әli (ə) buyurur:
    «Hörmətlə yanaşdığınız, lakin sizə qarşı həmin münasibəti bəsləməyənlərlə yol yoldaşı olmayın».(Mən la yəhzəruhul fəqih. )
    2. HAQLARIN ÖDӘNİLMӘSİ
    Səfərə çıxmazdan əvvəl hər bir şəxs ailə üzvlərinin və ya himayəsində olan şəxslərin maddi təlabatını ödəməli, borclu olduğu şəxslərə öz borcunu qaytarmalı, buna imkanı olmadığı təqdirdə isə, bu işə öz yaxınlarını vəsiyyət etməlidir.
    Eyni zamanda bu işə ilahi hökmlərin icrasında da böyük diqqət yetirmək lazımdır.
    3. YOL AZUQӘSİ
    Yola çıxmazdan əvvəl səfər boyu istifadə olunacaq yemək-içmək azuqəsi tədarük görmək lazımdır. Әks təqdirdə, səfər olduqca məşəqqətli və başqalarının narahatçılığına səbəb olacaqdır.
    Peyğəmbər (s) buyurur:
    «İnsanın şərəf və böyüklüyünə dəlalət edən şeylərdən biri də səfər zamanı yola azuqə götürməsidir».(Mən la yəhzəruhul fəqih.)
    Başqa bir hədisdə buyurur:
    «Sünnəmdən biri də cəm halda səfərə çıxarkən müsafirlərin hər biri öz xərcini əvvəlcədən ayırmasıdır. Çünki bu, hər bir insana ucalıq və şərəf nəsib edir».(Həmən mənbə.)
    Yəni, müsafirlərin hər biri bərabər olaraq yol xərclərini öz aralarında bölməli və beləliklə həm yol xərci az olan şəxslərin təhqir olmasına, həm də başqalarının onun xərcini ödəməyə yol verməməlidir. Belə bir şəraitdə müsafirlər yüksək əxlaqa malik olacaqlar.
    4. ZİKR VӘ DUA
    Yaxşı olar ki, müsafirlər yola çıxmazdan əvvəl Allahın adını zikr edib öz səfərlərini Quran, ayətəl-kürsi və ya Məsum imamlardan (ə) nəql olunmuş dualarla başlasınlar.
    Nəql olunmuş rəvayətlərdən birində səfər zamanı imam Sadiq (ə)-ın bu duanı oxuduğu göstərilir:
    «İlahi! Yolumuzu uğurlu və asan et və sağlamlığımızı daha da artır».(Mən la yəhzəruhul fəqih. )
    Başqa bir rəvayətdə deyilir: İmam Sadiq (ə) hər hansı bir işə başlamazdan əvvəl bu ayəni oxuyardı:
    «...Bunları bizə ram edən Allah pak və müqəddəsdir! [Әgər Allahın köməyi olmasaydı] bizim onlara gücümüz çatmazdı».(Zuxruf-13)
    Daha sonra yeddi dəfə «Subhanəllah», yeddi dəfə «Әlhəmdulillah», yeddi dəfə də «La İlahə İlləllah» deyərdi.
    İmam Riza (ə) buyurur:
    «İstər səfər üçün, istərsə də adi hallarda evinizdən çıxmaq istərkən deyin: Allahın adı ilə! Allaha iman gətirib Ona arxalandım. Allah necə istəsə, elə də olacaqdır. Ondan böyük və əzəmətli qüdrət sahibi yoxdur».(Mən la yəhzəruhul fəqih.)
    5. SӘDӘQӘ
    İslam dininin təkidlə tövsiyə etdiyi məsələlərdən biri də səfərin uğurlu keçməsi üçün yola çıxmazdan əvvəl yoxsul və imkansızlara maddi yardımın olunmasıdır. Belə ki, nəql olunmuş bir çox rəvayətlərdə sədəqə verməklə səfər zamanı bir çox təhlükələrin qarşısının alındığı göstərilir.
    Peyğəmbər (s) buyurur:
    «Sədəqə bəlaları dəf edir».(Biharul-ənvar, 96-cı cild, bab-14. )
    «Sədəqə yetmiş növ şər və pisliklərin qapısını bağlayır».
    «Sədəqə ən azı cüzam xəstəliyi kimi yetmiş növ dərd bəlanı insandan dəf edir».(Kənzül-ümmal, 15982-ci xəbər. )
    «Sədəqə ağır ölümün qarşısını alır».(Biharul-ənvar, 96-cı cild, bab-14. )
    6. ANLAŞIQLIQ
    Səfər zamanı müsafirlər bir-birləri ilə gülərüz və mehribanlıqla davranmalıdırlar. Çünki kobud rəftar, anlaşılmazlıq və qaraqabaqlıq əxlaq normalarına zidd olmaqla yanaşı, səfərin olduqca ağır və dözülməz keçməsinə də səbəb olur.
    Peyğəmbər (s) buyurur:
    «İki nəfər şəxs bir-birləri ilə həmsöhbət olduğu zaman daha mülayim davranan şəxs daha çox savab qazanaraq Allahın nəzərində daha sevimli olar».(Vəsailüş-şiə, 8-ci cild. )
    Başqa bir hədisdə buyurur:
    «Müsafirlərə xas olan əxlaqi xüsusiyyətlərdən biri də yol azuqəsinin başqalarına verilməsi və yol yoldaşları ilə gözəl davranaraq günaha yol vermədən zarafat etmələridir.»(Biharul-ənvar, 76-cı cild, bab-49. )
    Әli (ə) buyurur:
    «Әdəb və mərifət sahibi olan müsafirlərə xas olan xüsusiyyətlər bunlardan ibarətdir:
    1. Yol azuqəsini başqalarına təklif etmək;
    2. Yol yoldaşları ilə az müxalifət etmək;
    3. Harada olursa olsun, Allahı yad etmək».
    İmam Cəfər Sadiq (ə) buyurur:
    «Mürüvvət sahibi müsafirlər bu xüsusiyyətlərə malik olarlar:
    1. Yol azuqəsini yol yoldaşlarına təklif etmək;
    2. Allahın narazılığına səbəb olan zarafat etməmək;
    3. Yol yoldaşları ilə müxalifət etməmək;
    4. Ayrıldıqdan sonra yol yoldaşlarına xoşagəlməz sözlər deməmək».(Vəsailüş-şiə, 8-ci cild.)
    Başqa bir hədisdə buyurur: «Loğman oğluna tövsiyə edərək dedi: «Səfərə çıxdığınız zaman yoldaşlarınla bütün işlərdə məsləhətləş və onlara bolluca sevinc bəxş et. Yol azuqəndən onlara da təklif et, onlar da səni öz süfrələrinə dəvət etdikdə dəvətlərini qəbul et və səndən kömək istədikdə köməyini onlardan əsirgəmə».(Həmən mənbə)
    7. HӘDİYYӘ GӘTİRİLMӘLİ
    Nəql olunmuş rəvayətlərdə el-obasını tərk etmiş müsafirlərə cüzi də olsa, gözü yolda olan ailə üzvləri üçün hədiyyə və sovqatlar gətirmək tövsiyə edilmişdir.
    Peyğəmbər (s) buyurur:
    «Sizlərdən hər hansı biriniz səfərə çıxdığınız zaman el-obanıza qayıtdıqda qırıq daş parçası olsa belə, ailəniz üçün hədiyyələr gətirin».(Biharul-ənvar, 76-cı cild, bab-52.)
    Dediklərimizlə yanaşı, müsafirlərin üzərinə müəyyən vəzifələr də düşür. Məsələn, yola düşməzdən əvvəl iki rükət namaz qılıb Allah-taaladan səfərinin uğurlu olmasını diləməlidir. Sonra qohum-əqrəba və dost-tanışları ilə vidalaşıb onlarla halallaşmalıdır. Peyğəmbər (ə) bu haqda buyurur:
    «Üç nəfər səfərə çıxdıqda aralarından bir nəfər rəhbər və bələdçi təyin olunmalıdır.»(Kənzül-ümmal, 7549-cu xəbər. )
    Bunu da qeyd edək ki, karvana rəhbər təyin olunan şəxs üzərinə düşən vəzifənin öhdəsindən məsuliyyətlə gəlməli və ona tabe olan şəxslərin qayğısına qalaraq çətinliklərinin aradan qaldırılmasında əlindən gələni əsirgəməməlidir.
    Peyğəmbər (ə) buyurur:
    «Hər bir qövm və dəstənin başçısı səfər zamanı onların xidmətçisi olmalıdır.»(Mən la yəhzəruhul fəqih.  )
    Category: Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) | Views: 576 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024