İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 30 » Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    8:29 AM
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    DÖRDÜNCÜ DӘRS
    QOHUM-ӘQRӘBA İLӘ GÖZӘL ÜNSİYYӘT
    Hər bir müsəlmanın üzərinə düşən digər ictimai vəzifələrdən biri də ona yaxın olan qohum-əqraba ilə sıx ünsiyyətdə olması və onlarla gözəl rəftar etməsidir. O, vaxtaşırı öz müsəlman qardaşının görüşünə getməli və onların vəziyyəti ilə yaxından maraqlanmalıdır. Qarşılaşdıqları çətinliklərdə onlara yardım etməli, qəm-qüssələrində şərik olmaldır ki, onlar özlərini tək hiss etməyib təsəlli tapa bilsinlər. Eyni zamanda onların həm sevinc, həm də kədərlərinə şərik olmalıdır ki, aralarındakı dostluq və qardaşlıq əlaqələri daha da güclənsin. Səhvə yol verdikləri zaman bir müsəlman kimi onlara tövsiyə etməli, günahdan çəkinməkdə köməklik göstərməlidir.
    Çətinliklərlə qarşılaşdığımız və hər hansı bir səhvə yol verdiyimiz zaman yaxın qohum-əqrəbalarımızın bizə köməklik göstərməsini və problemlərimizin həllində yardımçı olmalarını istədiyimiz kimi, təbii ki, belə bir rəftarı onlar da bizdən gözləyirlər.
    Demək, yaxın qohum-əqraba ilə sıx ünsiyyətdə olmaq ilk növbədə buna riayət edən şəxslər üçün faydalıdır.
    Әli (ə) bu haqda buyurur:
    «Ey camaat! Bu bir həqiqətdir ki, var-dövlət sahibi olsanız da qohum-əqrəbanızdan və onların himayəsindən ehtiyacsız deyilsiniz. Hər bir şəxsin qohum-əqrəbası və ailə üzvüləri ona ən böyük arxa və yardımçıdırlar. Qarşılaşdığı çətinliklərdə hamıdan çox onlar maraqlanar, çətinliklərin aradan qaldırılmasında çalışarlar.(Nəhcül-bəlağə, 23-cü xütbə. )
    «Agah olun ki, maddi vəziyyətiniz imkan verdiyi təqdirdə qohum-əqrəbalarınız çətinliklərlə üzləşərkən onlardan üz döndərib tək qoymamalısınız. Var-dövlətiniz onlardan gizlətməklə artmayacaqdır və əgər onların yolunda sərf edərsinizsə yenə də azalmayacaqdır. Bilin ki, əgər qohum-əqrəba ilə əlaqəni kəsərsinzsə onları edəcəyiniz yardımdan, özünüzü isə hər şeydən məhrum etmiş olursunuz. Onlarla gözəl davranıb mehribançılıqla rəftar etdikdə isə, qohumluq əlaqələrini daha da möhkəmlətmiş olursunuz».
    Bildiyimiz kimi ailə üzvülərinin hər biri müxtəlif xüsusiyyətlərə malikdir. Onlardan bəziləri yüksək zehni və cismi istedadlara malikdir, bəziləri də bunlardan müəyyən mənada və ya tamamilə məhrumdurlar. Bəziləri dövlətlidir, bəziləri də yoxsul, bəziləri xüsusi ictimai mövqeyə malikdir, bəziləri isə cəmiyyətdə elə də yüksək vəzifə və məqam qazana bilmir. Bəziləri şüurlu və istedadlıdır, bəziləri də savadsız olduğundan heç bir məlumata malik deyildir.
    İctimaiyyətdə yaranmış sinfi ixtilafları aradan qaldırımaq, cəmiyyət üzvülərinin malik olduqları bacarıq və istedadlardan lazımınca bəhrələnmək və nəhayət onları təkamül və inkişafa doğru yönəltmək üçün yalnız cəmiyyət üzvləri arasında sıx dostluq, qardaşlıq və qarşılıqlı həmkarlıq əlaqələri qurulmalıdır. Varlılar yoxsul təbəqəyə, güclülər gücsüzlərə əl tutmaqla və qarşılaşdıqları çətinlikləri birlikdə aradan qaldırmaqla özlərinin xarici və batini [mənəvi] düşmənlərinə qalib gələ bilərlər. Әks təqdirdə, bəzilərinə yoxsulluq, bəzilərinə zəiflik və digərlərinə də daxili və xarici düşmənlər zərbə vurub sarsıdacaqdır.
    Bu səbəbdən də islam ümməti öz birliyini qoruyub saxlamalı və günbəgün daha da inkişaf edib öz mövqeini gücləndirməyə çalışmalıdır. Nəql olunmuş bir çox rəvayətlərdə «qohum-əqrəba ilə gözəl ünsiyyətdə olmaq» hətta dinin bir hissəsi kimi qiymətləndirilmiş, ömrün uzanmasına və insanın cənnətlə mükafatlandırılmasına səbəb olduğu göstərilmişdir.
    Misal olaraq Peyğəmbərdən (s) və Məsum imamlardan (ə) nəql olunmuş bir neçə hədisə işarə edirik:
    «Məni görüb-eşidənlərə, burada olmayanlara, hələ ata belində və ana bətnində olan ümmətimin gələcək nəslinə tövsiyə edirəm ki, qohum-əqrəba ilə aralarındakı fasilə bir illik məsafə olsa belə, sıx ünsiyyətdə olsunlar. Çünki bu, dinin bir hissəsidir».(Biharul-ənvar, 74-cü cild. )
    İmam Әli ibni Hüseyn (ə) Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyir:
    «Allah hər kimin ömrünü uzadıb ruzisini bol edərsə sevinər və daim şad olar. Onlar da qohum-əqrəba ilə gözəl rəftar edər və onlarla sıx ünsiyyətdə olarlar. Həqiqətən «Sileyi-rəhim» [qohum-əqrəba ilə sıx ünsiyyətdə olmaq] dil açaraq Allah-taalaya deyər: İlahi! Öz qohum-əqrəbası ilə gözəl əlaqədə olanlara qarşı rəhimli və mərhəmətli ol. Onlarla əlaqəsini kəsənlərlə əlaqəni kəs və rəhmət dərgahından uzaq et».(Biharul-ənvar, 74-cü cild-«Qohum-əqrəba ilə gözəl əlaqə» fəsli. )
    Başqa bir rəvayətdə İmam Riza (ə) Peyğəmbərdən (s) nəql edərək deyir:
    «Hər kim mənə bir şeyə zəmanət verərsə, mən onun üçün dörd şeyə zamin olaram: Qohum-əqrəba ilə gözəl rəftar edənləri Allahın sevməsinə, ruzisinin artmasına, ömrünün uzanmasına və Allahın vədə verdiyi cənnətə daxil etməsinə».(Biharul-ənvar, 74-cü cild. )
    İmam Məhəmməd Baqir (ə)-dan nəql olunmuş hədisdə deyilir:
    «Qohum-əqrəba ilə gözəl əlaqədə olmaq insanın əməllərini saflaşdırır. Var-dövlətini çoxaldır, çətinliklərini həll edir və əcəlini təxirə salır».(Biharul-ənvar, 74-cü cild. )
    Məlum oldu ki, qohum-əqrəba ilə gözəl rəftar etmək, onlarla sıx münasibət saxlamaq, qəm-qüssələrin şərik olmaq, qarşılaşdıqları çətinliklərdə onlara köməklik etmək hər bir müsəlmanın üzərinə düşən ən başlıca vəzifələrdən biridir.
    Bu məsələ böyük əhəmiyyət kəsb etdiyi üçün həzrət Peyğəmbər (s) və Məsum imamlardan bu barədə onlarla hədis və rəvayət nəql olunmuş və bunun həyata keçirilməsinə təkid edilmişdir. Bəzən kimlərsə yolun uzaqlığını, işin çoxluğunu və bu kimi digər bəhanələri əllərində əsas tutaraq qohumluq əlaqələrinin bərqərar olunmasını qeyri-mümkün hesab edir və beləliklə özlərini üzürlü sanmağa çalışırlar. Bəzən də qohum-əqrəbanın soyuq münasibətlərini dəlil gətirərək üzərlərinə düşən bu dini vəzifədən boyun qaçırmaq istəyirlər. Lakin, bütün bunlar əvvəlcədən həzrət Peyğəmbər (s) və İmamlar (ə)-ın diqqətindən yayınmamış, bu barədə öz davamçılarına zaman və məkanı nəzərə alaraq dəyərli tövsiyələr etmişlər. Həzrət Peyğəmbərin (s) tövsiyələrinin birində buyurulur:
    «Bir il yol getməli olsan da belə, öz qohum-əqrəbana baş çək».
    Yəni, əgər qohum-əqrəbaya baş çəkmək bir il vaxt aparsa da belə bunu yerinə yetirmək lazımdır. İmam Sadiq (ə)-dan nəql olunmuş başqa bir rəvayətdə deyilir:
    Bir şəxs Peyğəmbərin (s) yanına gəlib deyir: Ya Rəsuləllah! Qohum -əqrəbam mənə yaxşı münasibət bəsləmədikləri üçün mən də onlardan uzaq olmağa çalışıram. Peyğəmbər (s) buyurdu:
    Belə etsəniz Allah sizin hamınızı özündən uzaq edər.
    Həmən şəxs soruşdu: Bəs nə etməliyəm? Peyğəmbər (s) buyurdu:
    Səni özündən uzaq edənləri bağışlamağı (güzəştə getməyi) bacar, səninlə əlaqəni kəsənlərlə əlaqə yarat və sıx ünsiyyətdə ol. Sənə qarşı haqsızlıq və zülm edənləri əfv et və bil ki, hər şeyə qadir olan Allah onlarla münasibətdə sənə arxa olacaqdır.(«Ehyaul-ulum»-qohum əqrəba ilə əlaqə və ünsiyyət fəsli. )
    Həzrət imam Әli (ə) bu barədə buyurur:
    «Qohum-əqrəbanız sizinlə əlaqəni kəssə də belə, onlarla sıx münasibətdə olun».
    İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir:
    «Qohum-əqrəba ilə yaxın ünsiyyətdə olmaq və onlara xeyirxahlıq etmək günahları azaldır və Qiyamət gününün sorğu-suallarını asanlaşdırır».(Biharul-ənvar, 74-cü cild. )
    Həzrət Peyğəmbər (s) bu haqda buyurur:
    «Salam verməklə olsa da belə, qohum-əqrəba ilə əlaqə saxlayın».(Biharul-ənvar, 74-cü cild. )
    Başqa bir hədisdə deyilir:
    «Bir içimlik su qədər də olsa da belə, (yəni müddəti olduqca az olsa belə) qohum-əqrəbanızla yaxşı ünsiyyətdə olun. Qohumluq əlaqələrin güclənməsinə səbəb olan ən başlıca amil onlarla gözəl rəftar etmək, pislik və kobudluqdan çəkinməkdir».(Biharul-ənvar, 74-cü cild. )
    QOHUMLUQ ӘLAQӘLӘRİNİN KӘSİLMӘSİ
    Artıq məlum oldu ki, qohum-əqrəba ilə gözəl münasibətdə olmaq, onların dərd-qəminə şərik çıxmaq, qarşılaşdıqları çətinliklərdə onlara köməklik etmək hər bir müsəlmanın üzərinə düşən ən başlıca vəzifələrdəndir.
    Həzrət Peyğəmbər (s) və Məsum imamlardan (ə) bu məzmunda bir çox hədis və rəvayətlər nəql olunmuş və onun əhəmiyyət isə xüsusi diqqət yetirilmişdir.
    İndi isə baxaq görək qohumluq əlaqələrini kəsmək nə kimi nəticələr verir. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, bu məsələ Qurani-Kərimdə də öz əksini tapmış və qohumluq əlaqələrini kəsənlərə bağışlanmayacaqları haqda ciddi xəbərdarlıq edilmişdir. Məhəmməd surəsinin 22-ci ayəsində deyilir:
    «Әgər [Məhəmməd əleyhissəlamdan] üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək və [cahiliyyət dövründə olduğu kimi] qohumluq tellərini qırmaq gözlənilməzmi?!»
    Başqa bir ayədə qohumluq münasibətlərini kəsənlər fitnə-fəsad törədənlər və ziyana uğrayanlar adlandırılır:
    «O kəslər ki, Allahla [Ona iman gətirmək və itaət etmək barəsində] əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayır [möminlərlə dostluğu, qohum-əqrəba ilə əlaqələri kəsir] və yer üzündə fitnə-fəsad törədirlər. Məhz belələri [dünyada və axirətdə] ziyana uğrayanlardır!» (Bəqərə-27.)
    Bu məzmunda həzrət Peyğəmbərdən (s) nəql olunmuş hədisdə deyilir:
    «Qohumluq əlaqələrini kəsənlərə Allahın rəhməti şamil olmayacaqdır».
    İmam Baqir (ə)-dan nəql olunmuş rəvayətdə deyilir:
    «Peyğəmbərin (s) kitabında deyilirdi: Qohumluq əlaqləri kəsildiyi zaman var-dövlət fitnə-fəsad törədən şəxslərin əlinə düşər».(Biharul-ənvar, 73-cü cild. )
    İmam Baqir (ə) həzrət Әli (ə)-dan bu məzmunda nəql etdiyi başqa bir rəvayətdə deyir:
    «Qohumluq əlaqlərinin kəsilməsi nəticəsində insanın var-dövlətinin soyğunçu və qarətçilərin əlinə düşməsinin bir neçə səbəbi ola bilər. Bunlardan biri də cəmiyyət üzvülərinin bir-birlərinə qarşı soyuq münasibət bəsləmələri və məsuliyyətsizlikdir. Təbii ki, belə bir şəraitdə cəmiyyətdə mövcud olan bəzi mənfi ünsürlər onlara nüfuz edərək asanlıqla var-dövlətlərini mənimsəyə və ya qarət edə bilərlər».
    İmam Sadiq (ə) Həzrət Әli (ə)-dan nəql etdiyi rəvayətdə deyilir:
    «Bu üç xislətə malik olan şəxslər əməllərinin nəticəsini görməyincə dünyalarını dəyişməzlər. Zülmkarlar, qohumluq əlaqələrini kəsənlər, Allahla [dinlə] mübarizə məqsədi ilə and içən və yalan danışan şəxslər».(Biharul-ənvar, 74-cü cild. )
    DӘRSİN XÜLASӘSİ
    Üzərimizə düşən ən başlıca vəzifələrdən biri «sileyi-rəhm» (qohum-əqrəba ilə gözəl ünsiyyətdə olmaq) qarşılaşdıqları çətinliklərdə onlara maddi və mənəvi yardım etmək, sevinc və kədərlərində şərik olmaqdır. Qohumluq əlaqələrini kəsmək insanın təqva və əbədi səadətdən məhrum olmasına səbəb olur.
    SUALLAR VӘ TAPŞIRIQLAR
    1. «Sileyi-rəhm» deyildikdə nə nəzərdə tutulur?
    2. Nəql olunmuş rəvayətlərdə «sileyi-rəhm» haqda nə deyilir?
    3. İmam Riza (ə) «siley-rəhm» haqda nə buyurmuşdur?
    4. Həzrət Peyğəmbər (s) qohumluq əlaqələrinin kəsilməsi haqda nə buyurmuşdur?
    5. İmam Baqir (ə) Həzrət Әli (ə)-dan nəql etdiyi rəvayətdə camaatı nə kimi xislətlərdən çəkinməyə tövsiyə edir?
    Category: Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) | Views: 742 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024