İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1820
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » 2011 » September » 30 » Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    8:28 AM
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    ALTİNCİ DӘRS
    ӘXLAQİ DAVRANIŞLAR
    Cəmiyyət arasında düzgün əlaqə və rabitə bərqərar etmək üçün bir sıra meyarlara riayət etməliyik ki, ilk növbədə özümüzü gözəl şəxsiyyət və bir ideal insan kimi tanıtdıra bilək. Çünki, bir tərəfdən gözəl əxlaq və davranış tərzi görməklə camaatda bizə qarşı rəğbət hissi yaranacaq, digər tərəfdən də özümüz insani [mənəvi] dəyərlərə nail olacağıq. Və eyni zamanda başqalarının bizim üzərimizdə nə kimi hüquqlara malik olduqlarını bilməli və onların hüquqlarının tapdalanmasına yol verməməliyik.
    Bu meyarlar ümumiyyətlə iki hissəyə bölünür: Onlardan biri başqalarının qarşısında nümayiş etdirməli olduğumuz xüsusiyyət və rəftar normaları, digəri isə tərk etməyimiz zəruri olan bəzi xoşagəlməz xislət və xüsusiyyətlərdir. Başqa sözlə desək, birinci dəstəyə aid olan meyarlar islam dininin bizlərə tövsiyə etdiyi gözəl əxlaqi xüsusiyyətlər, ikinci hissəyə aid olanlar isə ictimai həyatımızda tərk etməyimiz zəruri olan bir sıra mənfi xüsusiyyətlərdir. Demək, ictimai həyatın normal hal tapması üçün biz ilk növbədə mənfi xüsusiyyətlərdən çəkinməli və gözəl əxlaqa malik olmalıyıq. Gözəl əxlaqa malik olmaq və xoşagəlməz xüsusiyyətlərdən çəkinməyə də «əxlaqi davranış» deyilir. Bu dərsimizdə onların hər biri haqda ayrı-ayrılıqda söhbət açacağıq.
    GÖZӘL XÜSUSİYYӘT
    İctimai həyat və əlaqələrin bərqərar olunmasında hamı başqalarının hörmət və ehtiramını qazanmaq istəyir. İnsanlarda cəmiyyət arasında hörmət və nüfuz sahibi olmaq marağı, onlarda qürbət və təklikdən qorxu hissindən yaranmışdır. Çünki, bir qədər əvvəl qeyd etdik ki, insanın bir çox maddi-mənəvi və ruhi ehtiyacları ictimai əlaqələri bərqərar etməklə təmin olunur. Bu kimi ehtiyacların tək başına təmin olunması sadəcə olaraq qeyri-mümkündür. Bu səbəbdən də insan, ehtiyaclarının aradan qaldırılmasında başqalarından asılı olduğunu hiss edir. Təklik və qürbət hissi onu kədərləndirir və çıxış yolu axtarmağa vadar edir. Beləliklə də maddi-mənəvi ehtiyaclarının aradan qaldırılamasını yaşadığı cəmiyyətdə ictimai əlaqələrin bərqərar olunmasında görür. Normal əlaqələrin bərqərar olunması üçün də ondan cəmiyyətin fəal bir üzvünə çevrilməsi, ictimaiyyətdə müəyyən bir [müsbət] mövqeyə malik olması tələb olunur. Bununla da insan başqalarından bir çox müsbət xüsusiyyətlər öyrənərək özünün insani xüsusiyyətlərini büruzə verir, müəyyən üstünlüklər əldə edir və eyni zamanda maddi ehtiyaclarının təmin olunmasına nail olur. İnsanların qəlblərinə yol tapmağın və onların razılığının qazanılmasının ən başlıca amili «gözəl əxlaq və xüsusiyyətə» malik olmaqdır. «Gözəl əxlaq» təkcə insanların razılığını əldə etməyin başlıca amili deyil, bir çox digər insani dəyərlərin də əsasını təşkil edir. Yəni, insan «gözəl əxlaqa» malik olmayınca, onda digər insani dəyərlər özünü büruzə vermir. Məsələn, «gözəl əxlaqa» malik olmayan bir şəxsdə şücaət, səxavətlilik və bu kimi digər xüsusiyyətlər müşahidə olunsa da, onlar öz həqiqi dəyərlərini tapmır. Gülərüz və mehribançılıqla verilməyən hədiyyəni kimsə qəbul etmir. Demək, bütün müsbət keyfiyyətlər yalnız o zaman özünün həqiqi dəyərini tapa bilər ki, bu xüsusiyyətlərə malik olan hər bir şəxs «gözəl əxlaqa» yiyələnmiş olsun.
    Әxlaqın tərifində deyilir:
    «Әxlaq - elə bir daxili hissiyyata deyilir ki, digər müsbət xüsusiyyətlərlə yanaşı, insanı başqaları ilə gözəl ünsiyyətdə olmağa da sövq etmiş olsun».
    İmam Sadiq (ə)-dan nəql olunmuş rəvayətlə bu tərif arasında sıx bağlılıq vardır. Belə ki, imam Sadiq (ə)-dan «gözəl əxlaq nədir?» - deyə soruşduqda buyurur:
    «Gözəl əxlaq odur ki, başqaları ilə şirin dillə danışıb mehribanlıqla rəftar etmiş olasan və müsəlman qardaşınla görüşdükdə onu gülər üzlə qarşılayasan»(Biharul ənvar, 71-ci cild, 92-ci fəsil. )
    Gözəl əxlaqa yiyələnməyin və başqaları ilə gözəl ünsiyyətdə olmağın fəziləti haqda həzrət Peyğəmbər (s) və Məsum imamlardan kifayət qədər hədis və rəvayət nəql olunmuşdur. Misal olaraq burada onlardan bir neçəsini gətiririk:
    «Sizin ən yaxşınız, ən gözəl əxlaqa yiyələnənlərinizdir. Gözəl əxlaq sahibləri o kəslərdir ki, bir-birləri ilə qarşılaşarkən təvazökarlıq edər və başqaları ilə daim gözəl ünsiyyətdə olaraq evinin qapsını onların üzünə açıq qoyarlar».(Üsuli-kafi, 2-ci cild. )
    «Gözəl əxlaqa yiyələnənlərin savabı gecələri ibadətlə keçirən və gündüzləri oruc tutan şəxsin savabı qədər olar».(Üsuli-kafi, 2-ci cild. )
    «Qiyamət günü insanların əməl tərəzilərinə qoyulacaq ilk şey onların gözəl əxlaqı olacaqdır».(Biharul ənvar, 71-ci cild, 92-ci fəsil. )
    «Qiyamət günü əməl tərəzisində gözəl əxlaqdan ağır şey olmayacaqdır».(Biharul ənvar, 71-ci cild, 92-ci fəsil. )
    «Qiyamət günü mənə ən yaxın olanınız və ən sevimliniz gözəl əxlaqa yiyələniniz olacaqdır».(Həmin mənbə. )
    Həzrət imam Әli (ə) buyurur:
    «Sizin üçün gözəl əxlaqdan yaxşı heç bir şey yoxdur».(Həmin mənbə. )
    İmam Həsən (ə) buyurur:
    «Әn gözəl yaxşılıq, gözəl əxlaqdır».(Həmin mənbə. )
    İmam Baqir (ə) buyurur:
    «Sizin ən yaxşılarınız ən xoş rəftar olanlarınızdır; Belə şəxslər mülayimliklə bir-birlərinə xidmət edər, digərləri ilə ünsiyyət yaradar və digərləri də onlarla ülfət taparlar; bu insanların qapısı hamının üzünə açıq olar.»(Həmin mənbə. )
    Bütün bunlar məsum imamlardan (ə) əxlaq barəsində nəql olunmuş rəvayətlərin yalnız bir neçəsidir. Qələm surəsinin 4-cü ayəsində Allah-taala Öz Peyğəmbərini (s) belə bir gözəl ifadələrlə vəsf edir:
    «Doğrudan da sən böyük bir əxlaq sahibisən!»
    Başqa bir ayədə Allahın mərhəməti sayəsində Peyğəmbərin (s) gözəl əxlaqa yiyələnməsi, insanların ona iman gətirməsinin əsas səbəbi kimi göstərilir:
    «Ya Məhəmməd! Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Әgər qaba, sərt ürəkli olsaydın, əlbəttə onlar sənin ətrafından dağılıb gedərdilər...» (Ali İmran surəsi, ayə 159. )
    Həzrət Peyğəmbərə (s) hamıdan yaxın olan və onu hamıdan daha yaxşı tanıyan Әmirəl-möminin Әli (ə) o həzrətin şəxsiyyəti haqda buyurur:
    «O, hamıdan mehriban, bağışlayan, hövsələli, düzdanışan və əhdə vəfa edən idi. Hamı ilə gözəl rəftar edər və xoş ünsiyyətdə olardı. Onu ilk dəfə görənlər vəcdə gələr, əxlaq və rəftarına heyran olardı. Ünsiyyətdə olan şəxslər dərhal onu tanıyır və onu sevməyə başlayardılar. Ondan əvvəl və sonra onun kimi ikinci bir şəxs görmədim».(Biharul ənvar, 16-cı cild, 9-cu fəsil, 35-ci hədis. )
    Әli (ə) Peyğəmbərin (s) digər xüsusiyyətləri haqda deyərdi:
    «Həzrət Peyğəmbər (s) bir yəhudiyə pul borclu idi. Günlərin bir günündə həmən şəxs həzrət Peyğəmbərin (s) yanına gəlib borcunun qaytarılmasını istədi. Həzrət Peyğəmbər (s) buyurdu:
    «Hələlik sənin pulunu qaytara bilməyəcəyəm, bir qədər səbr et!»
    Yəhudi dedi: Pulumu qaytarmayınca buradan heç bir yerə gedən deyiləm. Peyğəmbər (s) buyurdu:
    «Elə isə mən də sənin yanında oturacağam».
    Onlar səhərdən axşamadək bir yerdə oturdular və həzrət Peyğəmbər (s) namazlarını da elə oradaca qıldı. Səhabələr bu əhvalatdan narahat olub həmən şəxsə hədə-qorxu gələrək xəbərdarlıq etməyə başladılar. Peyğəmbər (s) üzünü onlara tutub buyurdu:
    «Bu necə rəftardır onunla edirsiniz?»
    Dedilər: Ya Rəsuləllah! (Bu nə işdir,) elə bil burada sizi həbs etmişdir. Buyurdu:
    «Allah-taala məni başqalarına zülm etmək üçün peyğəmbərliyə göndərməmişdir».
    Həmin günün səhəri zöhr namazı vaxtı həmən yəhudi məscidə gəldi və islamı qəbul edib müsəlman oldu.
    Sonra üzünü Peyğəmbərə (s) tərəf tutub dedi: And olsun Allaha! Әgər Tövratda sənin barəndə deyilənləri oxumasaydım belə etməzdim. Orada sənin barəndə deyilir:
    «Allahın peyğəmbəri Məhəmməd ibni Abdullahın doğulduğu yer Məkkə, hicrət edəcəyi yer isə Mədinədir. O nə tünd xasiyyətli və nə də əsəbidir. Başqaları ilə səmimiyyət və mehribanlıqla rəftar edər. Kimsəni nə söyər, nə də təhqir edər».
    Mən də Allahın birliyinə və sənin peyğəmbərliyinə iman gətirib öz var-dövlətimi Allah yolunda sədəqə verirəm. Bunlar mənim var-dövlətimdir. İstədiyin kimi hökm verə bilərsən.
    Rəvayəti nəql etməkdə əsas məqsəd, həm həzrət Peyğəmbərin (s) xüsusiyyətlərindən biri, həm də Әhzab surəsinin 21-ci ayəsi ilə tanışlıqdır. Orada deyilir:
    «Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər [Allahdan, qiyamət günündən qorxanlar] və Allahı çox zikr edənlər üçün gözəl nümunədir!»
    Bilməliyik ki, islam zühur etdikdən sonra həzrət Peyğəmbərin (s) vasitəsilə islamı qəbul edən şəxslərin əksəriyyəti məhz onunla ünsiyyətdə olduqdan və onun gözəl insani xüsusiyyətlərinin şahidi olduqdan sonra bu ilahi dini qəbul etmişlər.
    ӘXLAQ VӘ GÖZӘL DAVRANIŞIN NӘTİCӘLӘRİ
    Cəmiyyətdə gözəl əxlaq nümayiş etdirmək və insanlarla gözəl davranmaq bir çox müsbət nəticələr verir. Onlardan bəziləri o qədər aşkardır ki, əsla izaha heç bir ehtiyacı yoxdur.
    Buna baxmayaraq həzrət Peyğəmbər (s) və məsum imamlardan (ə) nəql olunmuş rəvayətlərdən istifadə edərək onlardan bir neçəsi haqda söhbət açacağıq.
    Peyğəmbər (s) buyurur:
    «Gözəl əxlaq ruzinin artmasına səbəb olur».(Biharul ənvar, 71-ci cild. )
    İmam Әli (ə) buyurur:
    «Gözəl əxlaq ruzini artırır və dostları bir-birləri ilə munis edir».
    Yəni, daim bir-birləri ilə səmimi ünsiyyətdə olmalarına səbəb olur.(Ğurərul-hikəm. )
    «Xoşxasiyyət şəxslərlə ünsiyyətdə olmaq istəyənlər və onları sevənlərin sayı çox olar».(Ğurərul-hikəm. )
    «Həqiqətən gözəl əxlaq və davranış ömrü uzun, şəhərləri isə abad edir».
    «Günəş dərini qurutduğu kimi, gözəl rəftar da səhv və günahları qurudub aradan aparır. Sirkə balı xarab etdiyi kimi, kobud rəftar da əməlləri məhv edir».(Biharul ənvar, 71-ci cild. )
    Göründüyü kimi İmamlar (ə) bir tərəfdən bizləri gözəl davranışa sövq edir, digər tərəfdən isə xoşagəlməz rəftar və davranışlardan çəkindirərək bunun nə ilə nəticələnəcəyini çatdırırlar.
    Peyğəmbər (s) buyurur:
    «Xoşa gəlməz davranış, bağışlanmaz bir günahdır».(Mizanul-hikmət», 1115-ci fəsil. )
    İmam Әli (ə) buyurur:
    «Kobud rəftar ən pis xüsusiyyətdir».(Ğurərul-hikəm.)
    «Pis davranış həyatın acısı və sağlamlıq üçün bir təhlükədir).(Ğurərul-hikəm.)
    «Kobud rəftar səmimiyyət və mehribançılığı aradan aparır, insanı daim qorxu içində saxlayır».(Ğurərul-hikəm.)
    «Kobud rəftar yaxınları qorxudur, özgələrin nifrətinə səbəb olur».(Ğurərul-hikəm.)
    Peyğəmbər (s) buyurur:
    «Bu iki xisləti möminlərdə görmək olmaz: Paxıllıq və kobud rəftar».(Mizanul-hikmət», 1115-ci fəsil. )
    DӘRSİN XÜLASӘSİ
    Cəmiyyətdə normal və sağlam ictimai əlaqələrin bərqərar olunması üçün hər bir şəxsin bir sıra müsbət xüsusiyyətlərə yiyələnməsi və mənfi xüsusiyyətlərdən çəkinməsi zəruri bir haldır. Gözəl əxlaq və davranış cəmiyyət üzvlərinin bir-birləri ilə səmimi ünsiyyətdə olmaları üçün ən başlıca amildir və hər bir şəxsin bu xüsusiyyətə malik olması sağlam cəmiyyət üçün böyük əhəmiyyət kəsb edir.
    SUALLAR VӘ TAPŞIRIQLAR
    1. İslam alimləri əxlaqı necə tərif etmişlər?
    2. Allah-taala Qurani-kərimdə Peyğəmbərin (s) gözəl əxlaqını necə vəsf edir?
    3. Peyğəmbərin (s) əxlaqi davranışlardan birini nəql edin.
    4. Gözəl davranışın qoyduğu təsirlərdən biri haqda danışın.
    5 Peyğəmbər (s) kobud rəftar haqda nə buyurmuşdur?
    Category: Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) | Views: 543 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019