İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 30 » Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    8:28 AM
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    YEDDİNCİ DӘRS
    TӘVAZÖKARLIQ
    Gözəl əxlaqa malik olduqdan sonra yaşadığı cəmiyyətdə hər bir şəxsə zəruri olan xüsusiyyətlərdən biri də təvazökarlıqdır. Allah-taala əməli-saleh insanların məziyyətlərini sadalayarkən təvazökarlığı ən mühüm xüsusiyyətlərdən biri kimi göstərir.
    Furqan surəsinin 63-cü ayəsində buyurulur:
    «Rəhmanın [əsil] bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə təvazökarlıqla gəzər, cahillər onlara söz atdıqları [xoşlarına gəlməyən bir söz dedikləri] zaman onlarla gözəl, yumuşaq danışarlar».
    Göründüyü kimi, ayədə göstərilən təvazökarlıq hər bir əməli-saleh insanın yol getdiyi zaman özündən büruzə verdiyi ən başlıca xüsusiyyətdir. Çünki, insan yol gedərkən özündən asılı olmayaraq batini xüsusiyyətlərini nümayiş etdirir. Belə ki, hər bir təvazökar və ya təkəbbürlü insanı onun rəftarından, yol getməyindən və ya oturub-durmasından tanımaq olar.
    Bu səbəbdən də Әli (ə) təvazökarlığı pəhrizkar və əməli-saleh insanların səciyyəvi xüsusiyyəti kimi qiymətləndirib buyurur:
    «Pəhrizkarlar təvazökarlıqla yol gedərlər».
    Başqa bir ayədə Allah-taala möminlərə dindən çıxdıqları və ya uzaq düşdükləri təqdirdə onları başqa bir qövm ilə əvəz edəcəyi haqda xəbərdarlıq edib buyurur:
    «Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, [bil ki] Allah [onun yerinə] elə bir tayf gətirər ki, Allah onları, onlar da Allahı sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar...»(Maidə surəsi 54. )
    Peyğəmbər (s) təvazökarlığı insanın vüqar və baş ucalığı hesab etmişdir:
    «Həqiqətən təvazökarlıq insana baş ucalığı və yüksək məqam nəsib edir. Elə isə təvazökar olun ki, Allah-taala sizləri başı uca və vüqarlı etsin».(Biharul ənvar, 18-ci cild, 4-cü fəsil, 2-ci hədis.)
    Başqa bir yerdə buyurulur:
    «Hər kəs Allaha xatir təvazökarlıq etsə, Allah-taala onu vüqarlı edər; həmən şəxs özünü nə qədər zəif hesab edərsə, camaatın nəzərində bir o qədər ucalar və hamının rəğbətini qazanmış olar».(Kənzul-ummal, 3-cü cild, səh.113, 5137-cü hədis. )
    İmam Sadiq (ə) buyurur:
    «Loğman oğluna tövsiyə edərək buyurdu: Təvazökarlıqdan böyük insana vüqar və başı ucalıq gətriən bir şey yoxdur. Təvazökar insan, Allah qarşısında ən yüksək məqama nail olar».(Mişkatul-ənvar, 226-cı səhifə. )
    «Allahın mələklərindən ikisi daim insanlara nəzarət edərlər. Allaha görə təvazökarlıq edənlərin məqamını yüksəldər, təkəbbür və lovğalıq edənləri isə xar və rüsvay edərlər».(Biharul ənvar, 59-cu cild, 23-cü fəsil, 50-ci hədis.)
    Peyğəmbər (s) və Məsum imamlardan (ə) təvazökarlığa dair bir çox hədis və rəvayətlər nəql olunmuşdur və biz burada onlardan bir neçəsini gətirməklə kifayətlənirik.
    İmam Әli (ə) buyurur:
    «Şərəfli insanın zinəti təvazökarlıqdır».(Biharul ənvar, 75-ci cild, 51-ci fəsil, 11-ci hədis. )
    «Təvazökarlıq şərəf və ucalığın zəkatıdır».(Biharul ənvar, 75-ci cild, 51-ci fəsil, 11-ci hədis. )
    İmam Әli (ə) övladı imam Həsən Müctəbaya etdiyi tövsiyələrin birində buyurur:
    «Sənə təvazökar olmağı tövsiyə edirəm. Çünki, təvazökarlıq ibadətlərin ən böyüyüdür».(Biharul ənvar, 75-ci cild, 51-ci fəsil, 11-ci hədis. )
    İmam Həsən Әsgəri (ə) buyurur:
    «Təvazökarlıq elə bir nemətdir ki, kimsə ona həsəd aparmayır».(Biharul ənvar, 78-ci cild, 29-cu fəsil, 1-ci hədis. )
    Diqqət yetirmək lazımdır ki, təvazökarlıq dedikdə hər bir şəxsə layiqincə ehtiram etmək və özümüzü onlardan üstün tutmamaq nəzərdə tutulur. Bunu da nəzərdən qaçırmamalıyıq ki, təvazökarlıq yalnız Allaha xatir edilməli və bu işdə də ən başlıca məqsəd Allahın razılığını qazanmaq olmalıdır. Zalım, lovğa, kafir və müşrik şəxslərə gəldikdə isə, onların qarşısında əsla təvazökarlıq edilməməlidir.
    Təvazökarlıq ayrı-ayrı şəxslərin daşıdığı ictimai mövqe, vəzifə və məqamına görə deyil, onların iman və təqvasına görə olmalıdır.
    Peyğəmbər (s) və imam Sadiq (ə)-dan nəql olunmuş rəvayətdə deyilir:
    «Varlıların var-dövlətinə xatir onların qarşısında təvazökarlıq edən şəxs dininin üçdə ikisini itirmiş olur».(Biharul ənvar, 73-cü cild, 122-ci fəsil, 58-ci hədis. )
    Әli (ə) buyurur:
    «Dövlətlilərin Allaha xatir [Onun razlığını əldə etmək üçün] yoxsulların qarşısında təvazökarlıq etmələri necə də gözəl xüsusiyyətdir. Ondan da yaxşı rəftar, yoxsulların Allaha arxalandıqları üçün, varlıların var-dövlətinə etinasız yanaşmalarıdır».(Biharul ənvar, 72-ci cild, 94-cü fəsil, 57-ci hədis.)
    İslam dini iman və təqvadan savayı başqa bir yüksək meyar təyin etmədiyi üçün, insanların var-dövlətlərinin və cəmiyyətdə tutduqları yüksək mövqelərinin qarşısında deyil, onların ali-mənəvi şəxsiyyətlərinin və təqvalarının qarşısında təvazökarlıq etmələrini tövsiyə edir. Bunu da nəzərə almalıyıq ki, hər şeydə olduğu kimi, təvazökarlıq etməkdə də həddi aşıb ifrat və təfritə varmamalıyıq. Çünki, təvazökarlıq həddindən artıq edildikdə insanın şəxsiyyətinə xələl gətirir və lazım olduğundan az edildikdə isə insanda lovğalıq və təkəbbür hisslərinin yaranmasına səbəb olur. Bu səbəbdən də təkəbbürdən qurtarmaqla yanaşı, həddindən artıq təvazökarlıq etməkdən də çəkinmək lazımdır. Qeyd etdiyimiz kimi, təkəbbürlü şəxslərin qarşısında təvazökarlıq etmək olmaz. Çünki, bu iş həmin şəxsin onların qarşısında kiçilməsinə, həm də onların daha da lovğa və təkəbbürlü olmalarına səbəb olur.
    TӘVAZÖKARLIĞIN ӘLAMӘT VӘ LAZIMİ HӘDDİ
    Təvazökarlığın əlamətlərini və hansı həddə olmasını bilmək üçün hər şeydən əvvəl Məsum imamlardan (ə) bu barədə nəql olunmuş rəvayətlərə diqqət yetirməliyik. İmam Riza (ə)-dan təvazökarlığın hansı həddə olmasını soruşduqda buyurur:
    «İnsanları sevdiyin qədər onlara qarşı təvazökar ol ki, onlar da sənə qarşı bir o qədər hörmət etsinlər».(Biharul ənvar, 71-ci cild, 63-cü fəsil, 11-ci hədis. )
    İmam Sadiq (ə) buyurur:
    «Təvazökarlıq ona deyilir ki, iştirak etdiyin məclis sənin səviyyəndən aşağı olsa belə, orada olmağına razı olasan; qarşılaşdığın hər bir şəxs ilə görüşüb hal-əhval tutasan; haqlı olsan belə, mübahisə etməkdən çəkinəsən; unutma ki, bütün xeyir və yaxşılıqlar təvazökarlıqdan irəli gəlir».(Biharul ənvar, 75-ci cild 51-ci fəsil, 20-ci hədis. )
    Başqa bir rəvayətdə buyurur:
    «İnsan pəhrizkar olduğuna görə başqalarının onu sevmələrinə can atmamalıdır».(Biharul ənvar, 2-ci cild, 17-ci fəsil, 20-ci hədis. )
    TӘVAZÖKARLİĞIN NӘTİCӘLӘRİ
    Təvazökarlığın müsbət nəticələrindən biri imam Musa Kazım (ə)-dan nəql olunmuş rəvayətdə belə izah olunur:
    «Belə bir ilahi hikmət təvazökar insanın qəlbində özünə yer tapır, amma təkəbbürlü insanlar isə belə bir gözəl insani xüsusiyyətdən məhrumdurlar. Çünki, Allah-taala təvazökarlığı əql, təkəbbürü isə cəhl və nadanlıq üçün bir vasitə qərar vermişdir».(Biharul ənvar, 14-cü cild, 21-ci fəsil, 17-ci hədis. )
    Buna oxşar başqa bir rəvayətdə deyilir:
    «Günlərin bir günü İsa (ə) üzünü Həvarilərinə tutub buyurdu:
    Bir istəyim var, əgər onu yerinə yetirəcəyinizə söz verirsinizsə, deyim.
    Hamı bir nəfər kimi dedi: Hər nəyi əmr etsən tabe olacağıq. İsa (ə) ayağa qalxıb bir-bir onların ayaqlarını yudu. Həvarilər utandıqlarından xəcalət hissi keçirdilər. Lakin tabe olacaqlarına söz verdikləri üçün İsa (ə)-a bir söz demədilər. O da bir-bir onların ayaqlarını yuyub ayağa qalxdı. Həvarilər dedilər:
    Sən bizim müəllimimiz və tərbiyəçimizsən, yaxşı olardı ki, biz sənin ayaqlarını yuyaq.
    İsa (ə) buyurdu:
    Bu işi görməklə insanlara xidmət etməyin ən xeyirxah iş olduğunu demək istəyirdim. Bu işlə həm özüm təvazökarlıq etmiş oldum, həm də sizlərə təvazökarlıq dərsini öyrətdim.
    Məndən sonra insanların hidayət olunmalarını öz öhdənizə götürdükdə təvazökarlığı hər şeydən üstün tutun və bilin ki, toxum qayalıqlarda yox, yumşaq torpaqda bitdiyi kimi, təvazökarlıq da [sağlam qəlblərdə] özünə yer tapır.»
    Həzrət Әli (ə)-dan nəql olunmuş rəvayətlərdə təvazökarlığın verdiyi müsbət nəticələr belə bəyan olunur:
    «Təvazökarlığın səmərəsi dostluq və məhəbbət, təkəbbürün səmərəsi isə kin-küdurət və düşmənçilikdir.»(Ğürərul-hikəm, 3-cü cild, 327-ci səh. )
    «Təvazökarlıq, salamatçılığı sənin üçün ərməğan gətirər».(Biharul ənvar, 75-ci cild, 51-ci fəsil, 11-ci hədis. )
    «Təvazökarlıq sizlərə vüqar və ucalıq libasını geyindirər».(Biharul ənvar, 77-ci cild, 14-cü fəsil, 1-ci hədis.)
    Peyğəmbərdən (s) nəql olunmuş başqa bir rəvayətdə deyilir:
    «Allah-taala təvazökar olmağı əmr etmişdir ki, biriniz digərinizin haqqını tapdayıb öyünməyəsiniz».(Kənzül-ümmal, 3-cü cild, 110-cu səhifə, 5722-ci hədis. )
    Bütün bunları nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, sülh və səmimiyyət, dostluq və qardaşlıq, sağlam həyat və gözəl əxlaqla başa vurulan həyat təvazökarlığın verdiyi müsbət nəticələrdəndir.
    Dərsimizi Peyğəmbər (s) və Məsum imamların təvazökar həyat tərzlərinə dəlalət edən iki rəvayəti ilə başa vururuq:
    1. «Bir gün Peyğəmbər (s) öz səhabələri ilə səfər zamanı bir yerdə düşərgə qurmalı olurlar. Belə qərara gəlirlər ki, bir qoyun kəsib ətini kabab etsinlər. Səhabələrdən biri qoyunun kəsilməsini, başqa birisi soyulmasını, digəri isə bişirilməsini öz öhdəsinə götürür. Beləliklə, yemək hazırlamaq üçün hərə öz üzərinə bir məsuliyyət götürdü. Peyğəmbər (s) hər kəsin bir işi üzərinə götürdüyünü görüb buyurur: Elə isə odun yığmaqda mənim boynuma. Səhabələrdən biri dedi: Ya Rəsuləllah! Sizin zəhmət çəkməyiniz lazım deyil. Biz özümüz nə lazımsa edəcəyik. Peyğəmbər (s) buyurdu: Bilirəm ki, siz bu işləri görəcəksiniz. Lakin, Allah-taala özünü başqalarından fərqləndirən şəxsləri sevmir. Bunu deyib səhraya tərəf getdi və kifayət qədər quru odun yığdı.»
    İmam Həsən Әsgəri (ə)-dan nəql olunan digər rəvayətdə deyilir:
    «Bir gün Әli (ə)-ın evinə iki nəfər qonaq gəlir. Onlardan biri ata, digəri isə onun övladı idi. O həzrət onları gülər üzlə qarşılayıb evə dəvət etdi və özü də onların qarşısında oturdu.
    Sonra buyurdu ki, yemək gətirsinlər. Yemək yeyib qurtardıqdan sonra həzrətin xidmətçisi Qənbər əl yumaq üçün ləyən və su gətirdi. Әli (ə) dolçanı Qənbərin əlindən alıb özü qonaqların əlinə su tökməyə başladı. Yaşca böyük olan şəxs xəcalət çəkdiyindən nə edəcəyini bilməyib yerindən qalxaraq dedi: Ya Әmirəl-möminin! Allah sənin mənim əlimə su tökdüyünü görürmü?
    Әli (ə) buyurdu:
    Otur əllərini yu. Allah həm səni, həm də özünü səndən üstün tutmayan və axirətdə dünya əhlinin ona on dəfə çox xidmət etmək məqsədilə sənə xidmət edən bəndəsini də görür. Sonra qonağı yerində oturdub buyurdu:
    Səni and verirəm Allaha! Qənbər əlinə su tökərkən özünü nə qədər rahat hiss edirsənsə, indi də özünü bir o qədər rahat hiss et və əllərini yu.
    O həzrət sözlərini bitirib suyu qonağın əllərinə tökdü. Yaşca böyük olan qonaq əllərini yuyub qurtardıqdan sonra həzrət Әli (ə) dolçanı oğlu Məhəmməd Hənəfiyyəyə verib buyurdu: Әgər bu oğlan tək mənə qonaq gəlsəydi, mən özüm onun əllərinə su tökərdim. Amma Allah-taala ata ilə oğul arasında eyni səviyyədə ehtiram qoyulmasını istəmir. Ata, atanın əlinə su tökdüyü kimi, oğul da oğulun əlinə su tökməlidir. Məhəmməd Hənəfiyyə dolçanı alıb qonağın əlinə su tökdü.
    İmam Həsən Әsgəri rəvayəti nəql etdikdən sonra buyurur:
    Hər kim Әlidən belə örnək götürərsə, onun həqiqi tərəfdarlarından olar».(Biharul ənvar, 41-ci cild, 105-ci fəsil, 5-ci hədis. )
    DӘRSİN XÜLASӘSİ
    Cəmiyyət üzvləri ilə ünsiyyətdə olmaq üçün zəruri olan gözəl xüsusiyyətlərdən biri də təvazökarlıqdır. Allah-taala bunu əməli-saleh bəndələrinin xüsusiyyətlərindən biri hesab edir. Təvazökar olmaq insanlar arasında dostluq, məhəbbət və səmimiyyətin artmasına səbəb olur.
    SUALLAR VӘ TAPŞIRIQLAR
    1. Təvazökarlığı izah edin.
    2. Allah-taala Furqan surəsinin 63-cü ayəsində əməli-saleh insanların ilk növbədə hansı xüsusiyyətini qeyd edir?
    3. İmam Riza (ə) təvazökarlığın lazımi həddi barədə nə buyurur?
    4. Təvazökarlıq nə kimi müsbət nəticələr verir?
    Category: Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) | Views: 736 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024