İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1820
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » 2011 » September » 30 » Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    8:27 AM
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    SӘKKİZİNCİ DӘRS
    ӘHDӘ VӘFALI OLMAQ
    İctimai əlaqələrin bərqərar olunmasında hər bir müsəlmana zəruri olan digər əxlaqi xüsusiyyətlərdən biri də əhdə vəfalı olmaqdır.
    Qurani-Kərimin bir çox ayələrində və Məsum imamlardan nəql olunmuş rəvayətlərdə bu məsələyə böyük əhəmiyyət verilmişdir. Bağlanılan bütün əhd-peymanlara əməl etməyi Quran vacib hesab edir:
    «...Әhdə vəfa edin. Çünki [insan] əhd barəsində [qiyamət günü] cavabdehdir. [İnsan verdiyi əhdi yerinə yetirib-yetirmədiyi haqda sorğu-suallara tutulacaqdır]».(İsra-34.)
    «Ey iman gətirənlər! Әhdlərə sadiq olun...» (Maidə-1.)
    Әhd-peymana əməl olunmasının zəruri olduğunu qeyd etməklə yanaşı, onun pozulmamasına da ciddi xəbərdarlıq edilir:
    «Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz?...»
    «Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar.» (Səf 2-3. )
    Bağlanılan əhd-peymana istər fərdi olsun, istərsə də ümumi, istər müsəlmanlarla olsun, istərsə də müşrik və kafirlərlə, vəfalı olmaq hər bir müsəlmana vacibdir. Allah-taala Qurani-Kərimdə Peyğəmbərə (s) xitab edərək buyurur:
    «...Onlarla əhdinizə axıra qədər [müddəti bitənədək] vəfa edin...» (Tövbə-4. )
    İmam Sadiq (ə) buyurur:
    «Üç halda kimsənin üzrü qəbul olunmayır:
    1. Әmanətin öz sahibinə qaytarılmasında (mal sahibinin əməli-saleh bir şəxs olub-olmamasından asılı olmayaraq);
    2. Kimliyindən asılı olmayaraq əhdə vəfa etmədikdə;
    3. Ata-anaya yaxşılıq etmədikdə (istər onlar əməli-saleh olsun, istərsə də yox).(Biharul ənvar, 74-cü cild, 2-ci fəsil, 46-cı hədis. )
    Məlum məsələdir ki, cəmiyyətdə nizam-intizam yaradılması və onun sağlam bir tərzdə inkişaf etdirilməsi üçün ilk növbədə bağlanmış əhd-peymanlara riayət edilməlidir. Çünki, əgər ayrı-ayrı fərdlər arasında bağlanılan əhd-peymanlara riayət olunmazsa hərc-mərclik baş alıb gedəcək və ictimai işlər öz təbii məcrasından çıxacaqdır. Belə bir şəraitdə yalnız güclülər davam gətirəcək və öz mənafelərini müəyyən mənada qoruyub saxlaya biləcəklər. Bu səbəbdən də imam Sadiq (ə) bu üç şeyə (əmanətin qaytarılması, əhdə vəfalı olmaq və valideynə yaxşılıq etmək) riayət etməyənlərin üzürlü hesab edilməyəcəyini buyurmuşdur.
    Әli (ə) Malik Әştəri Misrə vali göndərdiyi zaman bu haqda ona xüsusi göstərişlər verib buyurur:
    «Әgər düşmənlərinlə onlara sığınacaq verəcəyinə dair əhd-peyman bağlayarsansa, əmanətə xəyanət etmədiyin kimi bu əhd-peymana da vəfalı ol. Çünki, fikir ayrılığına baxmayaraq, din və məzhəbindən asılı olmayaraq hamının yekdilliklə qəbul etdiyi şeylərdən biri də əhdə vəfalı olmaqdır. Hətta müşriklər də əhd-peymana vəfalı olmamağın aqibətini gördükləri üçün müsəlmanlarla bağladıqları əhd-peymanlara və sülh sazişlərinə riayət etmişlər. Bu səbəbdən də üzərinə götürdüyün məsuliyyəti üzürlü hesab etmə və düşmənlərini aldadıb bağladığın əhd-peymana qarşı çıxma. Nadanlıq üzündən Allaha qarşı yalnız inadkar və cahil insanlar çıxarlar.
    Allah isə rəhmət qapılarını Öz bəndələrinin üzünə açmış və Öz rəhmət dərgahında onlara sığınacaq vermişdir. Onun pənahına sığınanlar nə aldadılar, nə də onların haqqı tapdanılar.»(Nəhcul Bəlağə, Malik Әştərin Әhdnaməsi. )
    ӘHDӘ VӘFA ETMӘYİN ӘHӘMİYYӘTİ
    Әhdə vəfalı olmağın zəruriliyi və nə qədər əhəmiyyətli olduğu artıq bizə bəlli oldu. İndi isə baxaq görək islam nöqteyi-nəzərindən digər mənəvi dəyərlərlə yanaşı əhdə vəfalı olmağın nə kimi əhəmiyyəti vardır?
    Burada bir neçə məsələyə diqqət yetirmək lazımdır:
    1. Qurani-Kərimdə əhdə vəfalı olmaq, vədə verdikləri şeylərə əməl etdikdən sonra möminlərin ən başlıca xüsusiyyətlərindən biri kimi göstərilir.
    «O möminlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar [onlara tapşırılmış əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər]». (Muminun-8. )
    Məaric surəsinin 33-cü ayəsi də həmən mətləbə işarə edir.
    Peyğəmbər (s) bu haqda buyurur:
    «Allaha və Qiyamət gününə iman gətirmiş hər bir şəxs verdiyi vədəyə əməl etməlidir».(Biharul-ənvar, 77-ci cild, 7-ci fəsil, 1-ci hədis. )
    Әli (ə) buyurur:
    «Möminlərin nişanələrindən biri də onların əhdə vəfalı olmalarıdır.»(Biharul-ənvar,17-ci cild, 14-cü fəsil, 11-ci hədis. )
    «Dinin sütunlarından biri də əmanətə və əhdə vəfa etməkdir».
    Qurani-Kərimin başqa bir ayəsində əhdə vəfa etmək əməli-saleh insanların xüsusiyyətlərindən biri kimi göstərilir:
    «Yaxşı insanlar əhd-peyman bağladıqda ona vəfalı olarlar.» (Bəqərə-177. )
    Başqa bir ayədə Allah-taala həzrət İsmayıl (ə)-ı vəsf edərkən buyurur:
    «[Ya Məhəmməd!] Quranda İsmaili də yada sal! O öz vədinə sadiq və [Bizim tərəfimizdən öz ümmətinə] göndərilmiş bir peyğəmbər idi». (Məryəm-54.)
    Həzrət İsmayıl (ə)-ın peyğəmbərliyindən də əvvəl onun əhd-peymana sadiq olduğu göstərilir. Belə ki, nəql olunmuş rəvayətlərdən birində deyilir:
    «Həzrət İsmayıl (ə) günlərin bir günü onunla görüşmək istəyən bir şəxslə görüş yeri təyin edir. O Həzrət vədinə əməl edərək hər gün həmən yerə gedir və həmən şəxsi gözləyir. Lakin bir il ardıcıl getməsinə baxmayaraq, həmən şəxsi görə bilmir. Onu görənlər harada olduğunu və nə üçün vədəsinə xilaf çıxdığını soruşurlar. Həmən şəxs nəhayət həzrət İsmayıl (ə)-ın yanına gəlib görüşü unutduğu üçün bu müddət ərzində gəlmədiyini bildirir. Həzrət İsmayıl (ə) təmkinlə onu dinləyib buyurur: And olsun Allaha! Әgər bu gündə gəlməsəydin, Qiyamət gününədək buraya gələcəkdim.
    Bu əhvalatdan sonra Həzrət İsmayıl (ə)-a «Sadiqul vəd» ləqəbi verildi».
    4. İmam Sadiq (ə)-dan nəql olunmuş rəvayətlərdən birində «əhdə vəfalı olmaq» hər bir müsəlmanın üzərinə düşən vəzifələrdən biri kimi göstərilir:
    «Mömin möminin qardaşıdır. Göz təki ona yol göstərər və heç vaxt haqqını mənimsəyib xəyanət etməz. Vədə verdiyi zaman aldatmadan əhdinə sadiq qalar».(Biharul-ənvar, 74-cü cild, 16-cı fəsil, 7-ci hədis)
    Әli (ə) buyurur:
    Әhdə vəfalı olmaq sədaqətlə yanaşı olmalıdır. Və mən əhdə vəfadan möhkəm bir şey təsəvvür etmirəm. İnsan Allahın hüzuruna qayıdacağını bildiyi halda başqalarına qarşı necə hiylə işlədə bilər?!
    Elə bir dövranda yaşayırıq ki, hiyləgərlik zirəklik hesab olunur və nadan insanlar bu şəxsləri zirək və bacarıqlı adlandırırlar. Görəsən onlar bundan nə kimi mənfəət əldə edirlər? Allah onları öldürsün! Şübhəsiz ki, [həqiqi] zirək və bacarıqlı insanlar hiyləgərliyin yolunu bilmirlər. Lakin ilahi yasaq və qadağalar onları bu işdən çəkindirir. Bunu bacarsalar da heç vaxt həyata keçirmirlər. Lakin, dinlə heç bir əlaqəsi olmayan şəxslər öz gündəlik həyatlarında dəfələrlə bu çirkin işə əl atarlar.(Biharul-ənvar, 75-ci cild, 47-ci fəsil, 21-ci hədis. )
    Göründüyü kimi xütbədə «əhdə vəfalı olmaq» sədaqətlə eyni məna daşıyır, hiylə və məkr ilə tamamilə ziddiyyət təşkil etdiyi göstərilir. İman sahibləri verdikləri vədəyə və bağladıqları əhd-peymana daim sadiq qalarlar. İmanı zəif olanlar, dinə inam və etiqadı olmayan şəxslər isə heç nədən çəkinmədən öz əhd-peymanlarına sadiq qalmaz və çox asanlıqla hər şeyi alt-üst etməyə hazır olarlar. Bu bir həqiqətdir ki, Allaha iman gətirmiş əməli-saleh şəxslər müxtəlif bəhanələrə əl atıb verdikləri vədəyə əsla xilaf çıxmazlar.
    Bu səbəbdən də müşriklərin bağladıqları əhd-peymanlara riayət etməmələrinə baxmayaraq, həzrət Peyğəmbər (s) onların ardı-arası kəsilməyən təziqlərinə dözür və onlarla bağladığı əhd-peymanları pozmurdu.
    Nəhayət Tövbə surəsinin ilk ayəsi nazil oldu və müşriklərə çox ciddi xəbərdarlıq edildi:
    «[Bu] Allahdan və Onun Peyğəmbərindən saziş bağladığınız müşriklərə [onlarla olan əhdlərin pozulması, əlaqlərin kəsilməsi haqqında] xəbərdarlıqdır!» (Tövbə-1. )
    Tövbə surəsinin bu və sonrakı ayələri nazil olduqdan sonra bir neçə qəbilələr istisna olmaqla, müsəlmanlarla müşriklər arasında bağlanılan əhd-peymanlara bir dəfəlik son qoyuldu.
    5. İstər həzrət Peyğəmbər (s), istərsə də onun davamçıları olan Məsum imamlar (ə) müsəlmanların bağladıqları əhd-peymanlara və öz vədələrinə sadiq qalmalarına təkid etmiş və onların pozulmasına yol verməmələrini tövsiyə etmişlər.
    Peyğəmbər (s) bunu hətta münafiqlərin xüsusiyyətlərindən biri kimi qiymətləndirib buyurur:
    «Bu üç şey münafiqlərin xüsusiyyətlərindəndir:
    1. Bir şey danışdıqları zaman yalan söyləyər;
    2. Bağladıqları əhd-peymanı pozar;
    3. Verilən əmanətlərə xəyanət edər.(Biharul-ənvar, 72-ci cild, 106-cı fəsil, 6-cı hədis. )
    Әli (ə) Malik Әştərə verdiyi göstərişlərin birində buyurur:
    «Camaata vədə verdiyin zaman öz əhdinə sadiq qal. Çünki əhdə vəfa etməmək Allahla insanlar arasında düşmənçiliyə [insanların Allahdan uzaq düşmələrinə] səbəb olur. Allah-taala buyurur:
    «Etməyəcəyiniz bir şeyi demək Allahın qəzəbinə səbəb olur». (Biharul-ənvar, 75-ci cild, 47-ci fəsil, 21-ci hədis. )
    İmam Sadiq (ə) buyurur:
    «Möminin öz din qardaşına verdiyi vədə, kəffarəsi olmayan nəzr kimidir. (Yəni, verilmədikdə kəffarə ilə əvəz etmək olmur). Әhdini pozmuş şəxs Allahın qəzəbinə gələrək Onunla müxalifət etmiş olur. Allah-taala Öz kitabında buyurur:
    «Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz. Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar».(Üsuli-kafi, 2-ci cild, 362-ci səh, 1-ci hədis.)
    Әli (ə) buyurur:
    «Öhdəsindən gələ bilməyəcəyin hər hansı bir şey haqda əhd-peyman bağlama».
    «Yerinə yetirəcəyiniz şeyin öhdəsindən gələcəyinə əmin olmayınca vədə verməyin».(Biharul-ənvar, 2-ci cild, 558-ci fəsil)
    DӘRSİN XÜLASӘSİ
    «Әhdə vəfalı olmaq» ən mühüm əxlaqi xüsusiyyətlərdən biridir. Qurani-Kərim bunu əməli-saleh insanların xüsusiyyətlərindən biri qiymətləndirir.
    Qarşı tərəfin müsəlman, müşrik və ya kafir olmasından asılı olmayaraq, müsəlmanlar bağladıqları əhd-peymana sadiq qalmalıdırlar.
    SUALLAR VӘ TAPŞIRIQLAR
    1. Allah-taala Qurani-Kərimdə əhd-peymanın pozulması haqda nə buyurur?
    2. Әli (ə) Malik Әştərə göndərdiyi əhdnamədə əhdə vəfalı olmaq haqda nə buyurur?
    3. Әhdə vəfalı olmaq islam dinində nə kimi əhəmiyyət daşıyır?
    4. Nə üçün Allah-taala həzrət İsmayılı (ə) «Sadiqul vəd» adlandırır?
    5. Әli (ə) əhd-peymanın bağlanılması üçün hansı şərtləri zəruri hesab edir?
    Category: Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) | Views: 486 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019