İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 30 » Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    8:24 AM
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    ON İKİNCİ DӘRS
    İNSAF
    İctimai əlaqələrin bərqərar olunmasında insaf və ədalət islam əxalaqının əsasını təşkil edir. Burada «insaf» dedikdə, insanların özlərinə rəva bildikləri və sevdikləri hər bir şeyi başqalarına da rəva görüb onlar üçün istəmələri nəzərdə tutulur.
    Xalq arasında insaf və ədalətin bərqərar olunmasına bu qədər böyük diqqət yetirilməsi cəmiyyətin sağlam qanunlar əsasında idarə olunmasından irəli gəlir. Belə ki, hər bir cəmiyyət üzvünün hüququnun qorunmasında kiçicik ədalətsizliyə belə yol verilməməlidir. Təsdiq olunmuş qanunlar məcmuəsinin həyata keçirilməsində cəmiyyət üzvləri arasında fərq qoyulmamalıdır. Başqa sözlə desək, qanunvericilər bir şeyi özlərinin xeyirinə gördükdə qəbul edib, zərərlərinə olduqda isə orada istədikləri kimi dəyişikliklər aparmamalıdırlar. Bu bir həqiqətdir ki, insanların əksəriyyəti haqq-ədalət deyildikdə, olduqca canfəşanlıq göstərir, onun əməli olaraq həyata keçirilməsinə gəldikdə isə, ədalət onların zərərinə olarsa, ya əməl etmir, yaxud da öhdəsindən gələ bilməyib öz üzərlərindən atmağa çalışırlar.
    Әli (ə) bu barədə buyurur:
    «Haqqın tərifi hər şeydən daha genişdir, əmələ gəldikdə isə hər şeydən daha məhdud və kiçik olur».
    Yəni, haqq-ədalətdən söz düşdükdə hamı bu haqda çox danışır, əmələ gəldikdə isə bir çox hallarda biri digərinin haqqını tapdalayır və ictimai ədalətin bərqərar olunmasında üzərinə düşən məsuliyyəti lazımınca yerinə yetirmir.
    Bu səbəbdən də Qurani-Kərimin bir çox ayələrində ictimai ədalətin bərqərar olunmasına xüsusi diqqət yetirilmiş və bu mətləbə dəfələrlə təkid olunmuşdur.
    Bir neçə ayədə haqq-ədalətin ən çətin icra olunan mövqelərinə, yəni mənafelərin çarpazlaşdığı məqamlara, insanın özünün və ya qohum-əqrəbasının zərəri ilə nəticələnəcək hallara toxunulur. Yəni, insan özünün və ona yaxın olan qohum-əqrəbasının şəxsi mənafeyindən keçib haqq-ədaləti hər şeydən üstün tutaraq onu həyata keçirir:
    «...Söz söylədiyiniz zaman [lehinə və əleyhinə danışdığınız adam] qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdi [dini vəzifələrinizi, andlarınızı] yerinə yetirin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə düşünüb öyüd-nəsihət qəbul edəsiniz!» (Әnam-152. )
    Başqa bir ayədə buyurur:
    «Ey iman gətirənlər! [Şahidliyiniz] sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! [Әleyhinə şahidlik edəcəyiniz şəxs] istər dövlətli, istərsə kasıb olsun, hər halda Allah onların hər ikisinə sizdən daha yaxındır! Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Әgər dilinizi əyib-büzsəniz və ya [doğru şəhadət verməkdən, yaxud ümumən şahidlikdən] boyun qaçırsanız, [bilin ki,] Allah etdiyiniz işlərdən xəbərdardır!» (Nisa-135. )
    Göründüyü kimi ayədə ədalətə təkid olunmaqla yanaşı, iki mühüm məsələyə də işarə olunur:
    1. Ayrı-ayrı şəxslərin özlərinin və ya qohum-əqrəbasının zərərinə olsa belə, ədalətli olmalı;
    2. İnsanların yoxsul və ya varlı olmalarını nəzərə alıb onların istəklərinə uyğun hökm çıxarmamaq.
    Məsələn yoxsulların maddi vəziyyətlərinin aşağı səviyyədə olduğunu görüb, haqq onlarla olmasa belə, rəhm edib onların tərəfi saxlanılmamalı və ya dövlətlilərin var-dövlətə olan əlaqələrini görüb onların xeyrinə hökm çıxarılmamalıdır.
    Qurani-Kərimin başqa bir ayəsində bu mətləbə işarə olunaraq buyurulur:
    «Ey iman gətirənlər! Allah qarşısında [borcunuzu yerinə yetirməkdə] sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir şəxsə qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Әdalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!» (Maidə-8. )
    Göründüyü kimi bu ayədə də Allah-taala haqq-ədalətə əmr etdikdən sonra bir daha düşmənçilik, kin-küdurət üzündən insafı əldən verməməyi xatırladır. Belə ki, bir çox hallarda insanlar başqalarından bir pislik gördükdə intiqam almaqda həddi aşır və belə olduqda təbii ki, ədalətə riayət etməyə qadir olmurlar.
    Әldə olunan rəvayətlərdə də bu mətləbə xüsusi diqqət yetirildiyinin şahidi oluruq.
    Peyğəmbər (s) buyurur:
    «İnsanların ən ədalətlisi o kəsdir ki, özünə istədiyi şeyi başqaları üçün də istəsin və özünə rəva bilmədiyi şeyi başqaları üçün də rəva bilməsin».(Biharul-ənvar, 75-ci cild, 35-ci fəsil, 1-ci hədis. )
    Başqa bir rəvayətdə buyurur:
    «Yoxsullara əl tutan və camaata köməklik edən şəxs, həqiqi mömindir».(Biharul-ənvar, 75-ci cild, 35-ci fəsil, 5-ci hədis. )
    Həzrət Әli (ə) insafı insanın vüqar və izzəti hesab edir:
    «Allah-taala camaatla insafla rəftar edən şəxsin izzət və əzəmətini daha da artırar».(Biharul-ənvar, 75-ci cild, 35-ci fəsil, 25-ci hədis.)
    Dərsin əvvəlində qeyd olunan rəvayətlərdə ədalət və insafın tərifi ilə tanış olduq. Növbəti rəvayətlərdə isə ədalətli olmağın hədd-hüdudu və mahiyyətinə işarə olunacaqdır. Həzrət imam Әli (ə) imam Həsən Müctəba (ə)-a etdiyi vəsiyyətində buyurur:
    «Ey övladım! Nəfsini özünlə başqaları arasında tərəzi qərar ver. Özünə istədiyin şeyləri onlar üçün də istə. Özün üçün istəmədiyin şeyləri başqaları üçün də istəmə. Kimsənin sənə zülm etməsini istəmədiyin kimi, sən də onlara zülm etmə. Başqalarının sənə yaxşılıq etmələrini istədiyin kimi, sən də başqalarına yaxşılıq et. Özünə məsləhət görmədiyin şeyləri başqalarına da məsləhət görmə. Özünün onlara qarşı etdiyin rəftarı bəyəndiyin kimi, onların da sənə qarşı etdiklərini bəyən və qəbul et. Bilmədiyin şey haqda bir şey söyləmə, yalnız sənə məlum olan şeylər haqda danış. Başqalarının sənə sevmədiyin şeyləri demələrini sevmədiyin kimi, sən də başqalarının sevmədiklərini onlara demə!»(Biharul-ənvar, 75-ci cild, 35-ci fəsil, 21-ci hədis.)
    Nəql olunmuş rəvayətlərin bir çoxunda «insafun-nasi minən-nəfsi» ifadəsindən istifadə olunur. Bu dərsdə Peyğəmbər (s) və Әli (ə)-dan nəql olunmuş rəvayətlərdə də bu ifadədən istifadə olunduğunun şahidi oluruq. Mənası isə budur ki, insan özü ilə başqaları arasında hökm çıxardığı zaman özünü başqalarının yerinə qoymalı, özünü haqlı hesab etdiyi kimi başqalarını da haqlı hesab etməli və ya əksinə müqəssir olduğu zaman başqaları haqda cəza tədbiri nəzərdə tutduğu kimi, özünü də cəzalandırmağa hazır olsun. Bunlarla yanaşı, haqsız olduğu zaman da özünə bəraət qazandırmağa çalışmamalıdır. Buradan belə məlum olur ki, həzrət Әli (ə) oğlu imam Həsən (ə)-a etdiyi vəsiyyətnamədə sözün əsl mənasında «insafun-nasi minən-nəfsi» cümləsini təfsir etmişdir.
    Həmçinin Malik Әştərə verdiyi göstərişdə buyurur:
    «Özünlə Allah, camaat, yaxınlar və qohum-əqrəba arasında insafa riayət et! Belə etmədiyin təqdirdə zülmkar hesab olunarsan. Allah bəndələrinə zülm edən kəslər Allahın düşmənləridirlər. Onlar tövbə edib zülmkarlıqdan əl çəkməyincə Allahla müharibə etmiş olarlar».
    Həzrət Әli (ə)-ın qısa və nəsihətamiz cümlələrində insaf və ədalətin ictimaiyyətdə qoyduğu müsbət təsir belə izah edilir:
    1. İnsaf dostluğun, səfa-səmimiyyət və mehr-məhəbbətin davam gətirməsinə səbəb olur.
    2. İnsaf qəlblərin bir-birinə yaxınlaşmasına səbəb olur.
    3. İnsaf ixtilafları aradan qaldırır və birliyə gətirib çıxarır.
    4. İnsaf rahatlıq və asayiş gətirir.
    5. İnsafa riayət etməklə insanlar arasındakı əlaqə və bağlılıq uzun müddət davam gətirir.
    6. İnsaflı şəxslərin dost və yardımçıları çox olar.
    ӘXLAQİ İNCӘLİK
    Yuxarıda qeyd olunanlardan belə bir nəticəyə gəlmək olur ki, insaf insanın özünü bütün ictimai hüquqlarda başqaları ilə bərabər tutmasına deyilir. Әgər bütün müsəlmanlar layiqincə ictimai ədalətə riayət edərlərsə, Әli (ə)-ın buyurduğu kimi cəmiyyətdə onun səmərəsini, yəni əmin-amanlığın, asayiş və bərabərliyin bərqərar olunduğunun şahidi olarlar. Lakin ədalət və insafa riayət etmək ən çətin məsələlərdən biridir. Bunun əsas səbəbi insanda «özünüsevmək» hissinin yaranmasıdır. İnsan zatən özünü sevən və hər şeyi özü üçün istəyən bir varlıqdır. Bu səbəbdən də belə bir nəfsani xüsusiyyət və ruhiyyəni tərk etmək onun üçün hər şeydən ağırdır.
    İmam Sadiq (ə) bu haqda buyurur:
    «İstəyirsinizmi sizin üçün Allahın təyin etdiyi ən ağır və vacib məsuliyyətin nədən ibarət olduğunu açıqlayım? Sonra İmam (ə) üzünü səhabələrə tutub buyurur: Camaatla insafla rəftar etmək və onların hüquqlarını qorumaq».(Biharul-ənvar, 69-cu cild, 38-ci fəsil, 89-cu hədis. )
    Nəql olunmuş başqa bir rəvayətdə deyilir:
    İmam Baqir (ə)-ın səhabələri onları maraqlandıran bir neçə sualı məktuba yazaraq Әbdül Әla adlı bir şəxs ilə Mədinəyə göndərirlər. Bu suallarla yanaşı onun imam Sadiq (ə)-dan şifahi olaraq müsəlmanın öz müsəlman qardaşının üzərində nə kimi hüquqa malik olması haqda soruşmağını da xahiş edirlər. Әbdül Әla deyir: Məktubu imam Sadiq (ə)-a verib ondan müsəlmanların bir-birlərinin üzərində hansı hüquqa malik olmaları haqda soruşdum.
    İmam Sadiq (ə) sonuncu (şifahi) sualımdan başqa bütün suallarıma təmkinlə cavab verdi.
    Sonra buyurdu:
    Allahın insanların üzərinə qoyduğu ən ağır vəzifə bu üç şeydən ibarətdir:
    1. Әdalət və insafa riayət etmək. Belə ki, hər bir müsəlman öz müsəlman qardaşı ilə elə rəftar etməlidir ki, başqalarının da onunla eyni tərzdə rəftar etmələrini istəsin.
    2. Müsəlman qardaşının şəraitini nəzərə almalı və öz malını onlardan əsirgəməməlidir.
    3. Hər zaman Allahı xatırlamalı. Lakin bu heç də o demək deyildir ki, daim «sübhanəllah» və «əlhəmdulillah» deyərək zikr etməlidir. Xeyr! O, haramla qarşılaşdığı zaman Allahın onun gördüyü bütün işlərdən agah olduğunu yəqin edərək ondan uzaq olmağa çalışmalıdır».
    Göründüyü kimi haqq-ədalətə, insafa riayət etmək insanın üzərinə düşən ən ağır vəzifələrdən biri kimi göstərilir. Bunun üçün ilk növbədə insan öz nəfsi ilə mübarizə aparmalı və lazım gələrsə başqalarını özündən üstün tutmağı bacarmalıdır.
    DӘRSİN XÜLASӘSİ
    İnsaf ictimai və fərdi hüquqlarda insanın başqalarını özü ilə bərabər tutması deməkdir. Bu da cəmiyyətdə dostluq, əmin-amanlıq, asayiş və qarşılıqlı əlaqələrin bərqərar olunmasına səbəb olur. Bu xüsusiyyət Peyğəmbər (s) və Məsum imamlardan (ə) nəql olunmuş rəvayətlərdə insanın üzərinə düşən ən ağır vəzifə kimi qiymətləndirilir.
    SUALLAR VӘ TAPŞIRIQLAR
    1. İnsanlar varlı və ya yoxsul olduqları üçün nəyə görə haqq-ədalətin əksinə hökm çıxarmamalıdır?
    2. Әli (ə) imam Həsən (ə)-a etdiyi vəsiyyətdə insafa riayət etməkdə nəyi əsas meyar hesab edir?
    3. İnsafın verdiyi nəticələrin bir neçəsini izah edin.
    4. Başqalarını özü ilə bərabər tutmaq nə üçün mühüm əxlaqi xüsusiyyələrdən hesab olunur?
    5. İmam Sadiq (ə) ən ağır ilahi vəzifə nəyi hesab edir?
    Category: Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) | Views: 770 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024