İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 29 » Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    8:46 PM
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    İYİRMİ ALTİNCİ DӘRS
    TÖHMӘT VӘ BӘDGÜMANLIQ
    Töhmət:
    İctimai münasibətlərdə ən pis xüsusiyyətlərdən biri də başqalarına töhmət vurub böhtan atmaqdır.
    Bir qədər əvvəl qeybətin tərifində qeyd etdik ki, qeybət — başqalarının eyb və nöqsanlarını camaata aşkar etməkdən ibarətdir. Töhmət isə insanlarda olmayan eyb, nöqsan, günah və xoşagəlməz xüsusiyyətləri onlara aid etməkdən ibarətdir. Qeybətlə töhmət arasındakı fərqi nəzərə alıb belə bir nəticəyə gələ bilərik ki, töhmət qeybətdən də böyük günahdır.
    Quran ayələrinə və bu məzmunda nəql olunmuş hədis və rəvayətlərə nəzər salaraq bu həqiqəti daha yaxından dərk etmək olar.
    Nisa surəsinin 112-ci ayəsində deyilir:
    «Hər kəs bir xəta və ya günah edib onu günahsız bir adamın boynuna atarsa, şübhəsiz ki, öz boynuna böhtan və açıq-aşkar günah götürmüş olar [günah üstündən günah qazanar]».
    Peyğəmbər (s) bu haqda buyurur:
    Allah-taala mömin bir qadın və ya kişiyə töhmət vuran şəxsləri qiyamət günü cəhənnəm odunun kənarında saxlayar ki, dediklərinə cavab versinlər».(Biharul-ənvar, 75-ci cild, 62-ci fəsil, 5-ci hədis. )
    İmam Sadiq (ə) buyurur:
    Mömin öz mömin qardaşına töhmət vurduğu zaman, buz suda əriyib aradan getdiyi kimi, qəlbindəki iman nuru eləcə məhv olub aradan gedər».(Biharul-ənvar, 75-ci cild, 62-ci fəsil, 19-ci hədis. )
    Töhmət üç halda vurulur:
    1. Hər hansı bir eyb və çatışmazlıq sübut olunmadan nəzərdə tutulan şəxsə ehtimal verərək aid edilmiş olsun.
    2. Günah və çatışmamazlığın bir şəxsdə olmadığına yəqinlik hasil olunsa belə, inadkarlıq və ya düşmənçilik üzündən aid edilmiş olsun.
    3. Şəxs özünə bəraət qazanmaq məqsədilə öz günah və çatışmazlıqlarını başqasına aid etmiş olsun. Müqayisə etməklə töhmətin hər birinin xüsusiyyətləri bəlli olur. Hərçənd onların hər bir nümunəsi böyük günahlardan hesab olunur.
    Başqalarının şəxsiyyətinə xələl gəlməsin deyə və hamının şəxsiyyətinin toxunulmazlığına əmin olmaq üçün hər bir müsəlman töhmətin böyük günah olduğunu dərk etməli və bu mənfi xüsusiyyətdən uzaq olmağa çalışmalıdır. Cəmiyyət üzvləri bir-birlərinin hüquqlarını tapdaladıqları zaman töhmət, qeybət, intiqam almaq hissi adət halını alır və belə bir şəraitdə mənəvi saflıq haqda düşünməyə belə macal tapmayacaqdır.
    Töhmətdən uzaq olmaqla yanaşı, hər bir cəmiyyət üzvünün üzərinə düşən vəzifələrdən biri də töhmətə şərait yaratmamalarıdır. Yəni hər bir şəxs öz rəftar və davranışlarına diqqət yetirməli və onlara töhmət vurmalarına şərait yaratmamalıdır.
    Peyğəmbər (s) bu haqda buyurur:
    Töhmətə hamıdan artıq o şəxslər layiqdir ki, başqalarına töhmət vuranlarla ünsiyyətdə olsun.(Biharul-ənvar, 75-ci cild, 46-cı fəsil, 3-cü hədis. )
    Әli (ə) buyurur:
    Töhmətə şərait yaradan şəxslər özlərindən başqa kimsəni müqəssir hesab etməməlidirlər.
    İmam Cəfər Sadiq (ə) buyurur:
    Atam [Məhəmməd Baqir (ə)] məni yanına çağırıb buyurdu: Pis insanlarla ünsiyyətdə olanlar mənəvi cəhətdən sağlam qalmazlar. Xoşagəlməz yerə gedənlər və nə dediklərinin fərqinə varmayanlar isə daim peşimançılıq çəkərlər.(Biharul-ənvar, 75-ci cild, 46-cı fəsil, 1-ci hədis. )
    BӘDGÜMANLIQ
    İctimai münasibətlərdə xoşa gəlməyən xüsusiyyətlərdən biri də başqaları haqda bədgüman olmaqdır. İnsanların bəziləri bir çoxlarına qarşı bədbin və onların haqqında mənfi təsəvvürə malik olurlar. Adi hal olduğu üçün başqalarının gördüyü hər bir işə və dedikləri hər bir sözə nöqsan tutur, həqiqətlə müvafiq olmadıqda zənn və gümana qapılırlar.
    Hucurat surəsinin 12-ci ayəsində deyilir:
    «Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi [heç bir əsası olmayan zənn] günahdır. [Bir-birinizin eybini, sirrini] arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın!...»
    Göründüyü kimi Allah-taala bəzi zənn və gümanların günah olduğunu bildirir. Bu da ondan irəli gəlir ki, bəzən həqiqət bizim güman etdiyimiz kimi olur. Belə olduqda təbii ki, zənn və gümanlarımız günah və batil olmayacaqdır. Lakin zənn və gümanlarımızın bir qismi həqiqətlə müvafiq olmadığı üçün günah və yolverilməzdir.
    Әgər başqaları haqda pis fikirləşmək istəməsək, gərək onların şəxsi işlərinə qarışıb adət və xüsusiyyətləri ilə yaxından maraqlanmayaq. Başqalarının şəxsi həyatına dəxalət etmək isə qeyri-əxlaqi iş olmaqla yanaşı, haram və günah da sayılır. Haqqında söhbət açdığımız ayədə də bu məsələyə toxunulur.
    Digər tərəfdən isə başqalarının şəxsi məsələləri ilə maraqlanmaq qeybət xarakteri daşıyır. Çünki, insanların xüsusiyyətləri ilə tanışlıq hər şeydən əvvəl onlarla söhbət və ünsiyyətdə olmaqla əldə olunur. Bu səbəbdən də sui-zənn və bədgümanlıq böyük günah olmaqla yanaşı, digər günahların yaranmasına da səbəb olur. Möminlər belə bir böyük günaha mürtəkib olmasınlar deyə, Allah-taala bir-birlərinə qarşı zənn və gümana qapılmalarını qadağan edir. Nəql olunmuş rəvayətlərdə sui-zənn və bədgümanlıqdan yaxa qurtarmaq üçün möminlərin bir-birlərinə qarşı müsbət fikirdə olmalarına və biri digərinin səhvinə göz yumub güzəştə getmələrinə tövsiyə olunmuşdur.
    Әli (ə) bu haqda buyurur:
    Mömin qardaşınızın bütün işlərini əlinizdə əsaslı dəlil olmayınca, qiymətləndirməyə bacarın. Onlardan eşitdiklərinizi müsbət mənalandıra bilirsinizsə, zənn və gümana qapılmayın.(Biharul-ənvar, 74-cü cild, 13-cü fəsil, 7-ci hədis.)
    BӘDGÜMANLIĞIN VERDİYİ NӘTİCӘLӘR
    Məsum imamlardan nəql olunmuş hədis və rəvayətlərdə sui zənn və bədgümanlığın verdiyi nəticələr belə izah olunur:
    1. Әli (ə) buyurur:
    Başqaları haqda pis təsəvvürə malik olan şəxslər daim qorxu və hürkü içində yaşayar.(Ğurərul hikəm, 5-ci cild, 442-ci səh. )
    Yəni, bədbin insan hamıda eyb və nöqsan axtardığı üçün kimsəyə etimad etməyib daim qorxu və hürkü içində yaşayar. Qəlbi sarsıntı onu rahat buraxmayıb hamıdan ehtiyat etməyə vadar edər. Bu da onların hamıdan uzaq düşüb tək həyat sürmələrinə gətirib çıxarar.
    2. Başqa bir hədisdə buyurur:
    Bədbinlik insanın əməllərini korlayır və onları pisliklərə vadar edir.(Ğurərul hikəm, 4-cü cild, 132-ci səh. )
    Camaatın etimadını qazanmaq düzgünlük və doğruluğun ən başlıca amillərindəndir. Belə ki, hər bir şəxs başqalarının onun düzgünlüyündən razı qalıb etimad etmələrini istəyir. İnsanlar bir-birlərinə qarşı bədbin olduqda isə qarşılıqlı etimad öz mənasını itirəcək və artıq kimsə düzgünlük naminə zəhmətə qatlaşmayacaqdır. Nəticədə Әli (ə) buyurduğu kimi, həyat öz axarından çıxacaq və ictimai asayiş pozulacaqdır.
    3. Әli (ə) başqa bir hədisdə bədbinliyi təfriqə və ixtilafların yaranmasına səbəb olan ən başlıca amil hesab edir:
    Bədbinliyə düçar olan şəxslər öz dostları arasında mehribançılıq və səmimiyyəti aradan aparmış olur.(Ğurərul hikəm, 5-ci cild, 406-cı səh. )
    4. Sui-zənnin isə ibadəti aradan aparmasını vurğulayır:
    «Sui-zəndən uzaq olmağa çalışın! Çünki, sui zənn ibadəti aradan aparmaqla yanaşı, günahları da böyüdür.(Ğurərul hikəm, 2-ci cild, 308-ci səh. )
    Sui-zənn (bədbinlik) möminlər üçün xoşagəlməz xüsusiyyət olduğu kimi, hüsni-zənn də (nikbinlik, başqaları haqda xoş təəssüratda olmaq) möminlər üçün gözəl xüsusiyyət hesab olunur. Məsum imamlardan nəql olunmuş rəvayətlərdə möminlərin bu gözəl xüsusiyyətə sövq olunduqlarının şahidi oluruq.
    Әli (ə) buyurur:
    Hüsni-zənn ən gözəl xüsusiyyət və insanın əldə etdiyi gözəl bəhrədir.(Ğurərul hikəm, 3-cü cild, 386-cı səh)
    Hüsni-zənn dinin qorunmasına və qəlbi rahatlığa səbəb olur.(Ğurərul hikəm, 3-cü cild, 384-cü səh. )
    Hüsni-zənn nigarançlığı azaldır və günah sarsıntısına son qoyur.
    Hüsni-zənn edənlər camaatın məhəbbətini qazanmış olarlar.(Ğurərul hikəm, 5-ci cild, 379-cu səh. )
    İmam Sadiq (ə) buyurur:
    Hüsni-zənn insanın gözəl əxlaq və saf imanından irəli gəlir.(Biharul-ənvar, 75-ci cild, 62-ci fəsil, 12-ci hədis. )
    Peyğəmbər (s) buyurur:
    Mömin qardaşlarınız haqda daim yaxşı fikirdə olun. Beləliklə siz mənəvi saflığa və gözəl təbiətə nail olarsınız.(Biharul-ənvar, 75-ci cild, 62-ci fəsil, 12-ci hədis. )
    Bədbinlik nikbinliklə əvəz olduqda qəlblərdən kin-küdurət gedir və insanda hamıya qarşı sevgi, məhəbbət və qardaşlıq hissi yaranır.
    Bu səbəbdən də möminlərin bir-birlərinə qarşı müsbət fikirdə olmaları [aralarında dostluq və səmimiyyətin bərqərar olunması üçün] ən başlıca meyar hesab olunur. Lakin bunu da bilməliyik ki, hər şeydə oluduğu kimi, hüsni-zənnin də müəyyən həddi-hüdudu vardır. Bu həddi keçdikdə heç də müsbət xüsusiyyət hesab olunmur.
    Bunun üçün də hər şeydən əvvəl nə zaman bədbin və nə zaman nikbin olmağımızı bilməliyik.
    Məsum imamlardan nəql olunmuş rəvayətlərdə bunun üçün ən başlıca şərt cəmiyyətdə haqq-ədalətin bərqərar olunması, zülm, fitnə-fəsadın aradan götürülməsi və insanlar arasında sülh və əmin-amanlığın bərpa olunması hesab olunur. Belə ki, əgər cəmiyyətdə haqq-ədalət zülm və ədalətsizliyə, sülh və əmin amanlıq ixtilaf və qarşıdurmalara qalib gələrsə hüsni-zənn öz yerini tapacaqdır. Әksinə, zülm və pozğunluq baş alıb gedərsə, əməli-saleh insanları tanımaq bir o qədər də asan olmayacaqdır. Belə bir şəraitdə ictimai münasibətlər də müsbət bir xüsusiyyət kimi öz yerini tapa bilməyəcəkdir.
    Әli (ə) bu məsələyə işarə edərək buyurur:
    Düzgünlük insanlar və zəmanəyə hakim olduğu zaman günahı olmadığı bir şəxs başqa birisinə qarşı bədbin olarsa, sanki ona zülm etmiş olur. Zülm və ədalətsizlik baş alıb getdikdə isə biri başqasına qarşı yaxşı fikirdə olarsa, özünü aldanmış hesab etsin».(Biharul-ənvar, 75-ci cild, 62-ci fəsil, 18-ci hədis.)
    İmam Kazim (ə) buyurur:
    Zülm və ədalətsizlik haqq-ədalətə qalib gəldiyi zaman yaxşı insan olduğunu bilmədən biri digəri barədə yaxşı fikirdə olmamalıdır [hüsni-zənn etməməlidir].(Biharul-ənvar, 10-cu cild, 16-cı fəsil, 11-ci hədis. )
    İmam Hadi (ə) buyurur:
    Haqq-ədalət öz yerini tapdığı zaman kimliyini tanımadan kimsə digərinə qarşı bədbin olmamalıdır. Zaman dəyişib, zülm və ədalətsizlik haqq-ədalətə hakim olduqda isə şəxsin əməli-saleh bir insan olduğunu bilmədikdə kimsəyə hüsni-zənn olunmamalıdır.(Biharul-ənvar, 75-ci cild, 62-ci fəsil, 17-ci hədis. )
    Etimad və hüsni-zənnə lazım olan şərtlərdən biri də tərəf müqabilinin xəyanətə yol verməməsidir. Belə ki, həmin şəxs xəyanət etdikdə öz etibarını itirmiş olur və belə bir şəraitdə etimad və hüsni-zənn olunmamalıdır.
    İmam Sadiq (ə) bu haqda buyurur:
    Sizə xəyanət edən şəxslərə etimad etməməli, əmin olduğunuz (güvəndiyiniz) şəxslərə də töhmət vurmamalısınız.(Biharul-ənvar, 75-ci cild, 62-ci fəsil, 1-ci hədis. )
    DӘRSİN XÜLASӘSİ
    Töhmət — hər hansı bir şəxsə eyb və günahı olmadan müəyyən bir mənfi xüsusiyyəti aid etməyə və heç bir əsası olmadan günahlandırmağa deyilir. İslam dini bunun haram və böyük günahlardan olduğunu bildirərək müsəlmanların bu mənfi xüsusiyyətdən uzaq olmalarını tövsiyə edir. Möminlər ictimai münasibətlərdə bir-birlərinə töhmət vurub bədbin olmamalıdırlar (sui-zənn etməməlidirlər). Bu mənfi xüsusiyyəti kənara qoymaqla möminlər bir-birləri ilə səmimi münasibətlər bərqərar edə bilərlər. Cəmiyyətə zülm və ədalətsizlik hakim olduqda isə, etibarı sübut olunmadan başqalarına hüsni-zənn etmək olduqca yanlış fikirdir.
    SUALLAR VӘ TAPŞIRIQLAR
    1. Quran ayələrindən və nəql olunmuş rəvayətlərdən istifadə edərək «töhmət»in tərifini deyin.
    2. Töhmətin növlərini sayın.
    3. Başqaları haqda müsbət fikirdə olmaq deyildikdə nə nəzərdə tutulur?
    4. Sui- zənnin verdiyi mənfi nəticələri bəyan edin.
    5. Hər bir şəraitdə hamı haqqında hüsni-zənn edə bilərikmi?
    Category: Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) | Views: 703 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024