İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 29 » Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    1:48 PM
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    OTUZUNCU DӘRS
    DӘRSİN SONU
    Dediklərimizdən belə bir nəticəyə gəlmək olur ki, insanların xoşbəxt həyat və səadətə nail olmaları üçün yaşadıqları hər bir cəmiyyətdə bir-birləri ilə gözəl və səmimi münasibətdə olmalıdırlar. Bilidiyimiz kimi Məsum imamlar (ə) istisna olmaqla, hər bir insan nisbi olaraq müəyyən eyb və çatışmazlıqlara malikdir. Onlar bu çatışmazlıqların aradan qaldırılmasında bir-birlərinə ehtiyac duyurlar. Belə ki, kimsə özünün maddi və mənəvi ehtiyaclarını təmin edib ideal hədəfə (kamala) çatmağa qadir deyildir. Maddi ehtiyacları ilə yanaşı, hər bir insanın ruhi və mənəvi ehtiyacları da vardır. Maddi ehtiyacların aradan qaldırılmasında gecəsini gündüzünə qatsa da, mənəvi ehtiyaclarını təkbaşına təmin etməyə əsla qadir deyilidir. Bütün bunlarla yanaşı onun elmi-mənəvi ehtiyacları da vardır. Bu və digər ehtiyacların aradan qaldırılmasında o yenə də başqalarının elm və təcrübəsinə böyük ehtiyac duyur.
    Bir sözlə o, başqalarının elm və təcrübələrindən istifadə etmək və müştərək həyat tərzi keçirməklə kamil insana çevrilə bilər. Bunu da nəzərdən qaçırmamalıyıq ki, hər bir müsəlman şeytani vəsvəsələrdən ilham alan mənfur islam düşmənlərinin çirkin niyyətlərindən agah olmalı və gözlənilən hər bir təhlükənin qarşısında bir nəfər kimi mübarizəyə hazırlaşmalıdırlar.
    Peyğəmbər (s) bu haqda buyurur:
    Müsəlmanlar düşmən qarşısında bağlı yumruğa bənzəyirlər.
    Məlum məsələdir ki, birlik və vəhdətə nail olmadıqda düşmən qarşısında mübarizə aparmaq olduqca çətin və bir çox hallarda isə qeyri-mümkün olur. Bunun üçün də ixtilaf və pərakəndəliyə düçar olmasınlar deyə, Allah-taala müsəlmanları birlik və vəhdətə çağırır:
    Allaha və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir». (Әnfal-46.)
    Başqa bir ayədə təfriqə və ixtilafın Firona xas olan xüsusiyyətlərdən biri olduğu bildirir:
    «Həqiqətən, Firon yer üzündə [Misirdə] baş qaldırıb onun əhalisini zümrələrə bölmüşdür. Firon onların arasında olan bir tayfanı [İsrail oğullarını] gücsüz, aciz görüb....». (Qəsəs-4.)
    Hakimiyyətini qoruyub saxlamaq üçün yerli əhalini müxtəlif zümrə və firqələrə bölür və aralarında ixtilaf və çəkişmələr salmaqla onlarda səltənətə qarşı mübarizə hissini məhv edir. Bu səbəbdən də Quran, möminlər arasında ixtilaf və qarşıdurmaların Şeytani vəsvəsə olduğunu bildirir:
    «Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaq istər....». (Maidə-91)
    Әli (ə) bu haqda buyurur:
    Birliyə nail olmayan heç bir millət həmrəylik əldə etməmiş və onlarda vətənpərvərlik hisləri güclənməmişdir. Bu qüdrətə malik olan bütün millətləri dərd-bəladan və çətinliklərdən qoruyub saxlamış və onları öz hədəflərinə doğru hidayət etmişdir.
    Nəhcül-bəlağənin «Qasiə» adlı 234-cü xütbəsində Әli (ə) səhabələrə keçmiş millətlərin aqibətlərini mütaliə etməyi və onların təfriqə və ixtilaflar nəticəsində zərər çəkmələrindən ibrət almalarını tövsiyə edərək buyurur:
    Xeyir və şərinizdə keçmiş ümmətlərin başına gələn müsibətlərdən ibrət alıb onlar kimi olmaqdan çəkinin. Onlar barədə düşünüb daşındıqda bu məsələyə diqqət yetirin ki, əgər onlar düşmənləri qarşısında müqavimət göstərə bilmişlərsə, bunu yalnız və yalnız təfriqə və ixtilafları kənara qoyub birliyə nail olmaqla əldə etmişlər. Onların məğlubiyyətinə səbəb olan şeylərdən (kin-küdurət, həsəd, bir-birlərinə arxa çevirmək və s.) uzaq olun.
    Keçmiş möminlərin sərgüzəştlərinə nəzər salın və bəla nazil olarkən onların hansı şəraitdə olmalarına diqqət yetirin. Məgər onlar başqalarından ağır və acınacaqlı şəraitdə yaşamırdılarmı? Fironlar onları əsarətə alır və ağır işgəncələr verirdilər. Daim təhqir və təcavüzlərə məruz qalır və özlərini müdafiə etməyə heç bir hüquqa malik deyildilər. Sonsuz əzab-əziyyətlərə sinə gərib səbr etdikləri üçün Allah-taala onları qorxu və rəzilətdən çıxarıb şərəfli azad həyata qovuşdurdu. Onlar öz ümmətlərinə rəhbər təyin olunaraq, onların hidayət olmalarını öz öhdələrinə götürdülər. Unutmayın ki, əgər vahid amal uğrunda çalışmasaydılar, belə bir şərəf və kəramətə nail olmazdılar. Belə bir şəraitdə onlar bir çox yerlərin malik və padşahları deyildilərmi? Bir anlıq onların aqibətlərinə nəzər salın. Aralarında təfriqə düşdüyü ilk gündən müxtəlif təriqət və zümrələrə bölünüb bir-birlərinə qatı düşmən kəsildilər. Ardı-arası kəsilməyən müharibələrdə bir-birlərinin var-dövlətini talan edib minlərlər günahsız insanın qanını tökdülər. Nəhayət Allah-taala vüqar və şərafət libasını onların vücudlarından çıxartdı. Bəxş etdiyi nemətlərdən məhrum etdi. Sizlərə isə onların ibərtamiz sərgüzəştləri qalmışdır.
    Әli (ə)-ın hikmətlə dolu tövsiyələrinə nəzər saldıqda belə bir qənaətə gəlirik ki, çətinlikləri aradan qaldırıb iqtidar və asudə həyata nail olmaq üçün mövcud təfriqə və ixtilafları kənara qoyub nəyin bahasına olursa-olsun vəhdət və həmrəyliyə nail olmaq lazımdır. Әli (ə) bütün millətlərin fəqir və yoxsulluğa, qorxu və məğlubiyyətə uğramalarını məhz yaranmış ixtilaf və təfriqələrdə görür.
    Haqqında söhbət açdığımız mövzulardan belə bir nəticəyə gəlirik ki, islam dinində ictimai münasibətlərin bünövrəsi dostluq, məhəbbət, qardaşlıq, qarşılıqlı münasibətlər, etimad, maddi və mənəvi yardım və qarşılıqlı razılıqlar əsasında qoyulmuşdur. Bütün bunlardan yeganə məqsəd layiqincə itaət edib Allahın razılığını qazanmaqdır. Әgər islam öz sadiq davamçılarını qeybət və məsxərə etməkdən, töhmət vurmaqdan çəkindirirsə, bunu onların şəxsiyyət və mənəviyyatlarına xələl gəlməməsi üçün edir. Әgər onları sui-zənn, həsəd və bu kimi digər xüsusiyyətlərdən çəkindirirsə, bunu aralarında düşmənçilik və ədavət toxumu səpilməsin deyə edir. Әgər möminlərə bir-birləri ilə gülərüz və xoş əxlaqla davranmalarını tövsiyə edirsə, bunu aralarındakı dostluq və səmimiyyətin güclənməsi üçün edir. Әgər onlara vaxtaşırı bir-birlərinin görüşünə getmələrini tövsiyə edirsə, bunu aralarındakı çətinliklərin aradan qaldırılması, sevinc və kədərlərində bir-birləri ilə şərik olmaları və aralarındakı qardaşlıq və həmrəyliyin artması üçün edir. Yalnız belə bir şəraitdə möminlər Allahın onlara əmr etdiyi vəhdətə nail olub başqaları üçün nümunəyə çevrilə bilərlər. Çünki Allah-taala məhz müsəlman ümmətinin başqalarına nümunə olmasını istəmişdir:
    «[Ey müsəlmanlar!] Beləliklə də sizi orta [ədalətli və seçilmiş] bir ümmət etdik ki, insanların əməllərinə [qiyamətdə] şahid olasınız...» (Bəqərə-143.)
    Başqa bir ayədə deyilir:
    «[Ey müsəlmanlar!] Siz insanlar üçün zahirə çıxarılmış ən yaxşı ümmətsiniz...» (Ali İmran-110. )
    Ayə söz və əməldə başqalarına nümunə olan ümmətə dəlalət edir. Elə bir ümmət ki, etdiyi tövsiyə və nəsihətləri məntiqi, rəftar və davranışları isə ədalətli olsun.
    İmam Sadiq (ə) öz səhabələrinə tövsiyə edərək buyurardı:
    İnsanları danışıqsız hidayət edin.
    Yəni, öz əməllərinizlə onlara nümunə olun.
    Deyilən hər bir söz yalnız o zaman öz həqiqi dəyərini tapa bilər ki, insanın gözəl əməlləri ilə uyğun olsun. Bəs əgər islamın günbəgün ucalmağını, müsəlmanların vüqarlı və başı uca olmalarını və başqalarının islama meyl etmələrini istəyiriksə, bu müqəddəs dinin ruhunu özümüzdə yaşadıb öz əməllərimizlə başqalarına nümunə olmalıyıq. Әks təqdirdə, qeyri müsəlmanlar bir-birimizlə ixtilafda olduğumuzu və aramızda hökm sürən soyuqluğu görüb islam və Qurana qarşı etinasız olar, müsəlman ümmətindən uzaq düşərlər. Digər tərəfdən də islam və müsəlmanların təfriqə və ixtilafa düçar olmasını istəyən bəzi mənfur ünsürlər islamın zəifləməsi və ümmətin müxtəlif təriqət və zümrələrə bölünməsi üçün əllərindən gələni əsirgəməzlər.
    İslam dinindəki münasibətlərin ən başlıca hədəflərini ixtisarla üç hissəyə bölmək olar:
    1. İslam ümmətinin şərafət və iqtidarının qorunub saxlanılması və müsəlmanlar arasında birlik və həmrəyliyə nail olmaq;
    2. Nümunəvi əxlaq və davranışa yiyələnməklə digər ümmətlərin islama dəvət olunmalarında göstərilən səy və cəhdlər;
    3. Möminlərin dünya və axirət səadətinə nail olmaları üçün qarşılıqlı həmkarlıq göstərmələri.
    Bütün bunlara müsəlmanların qarşılıqlı hörmət və səmimi münasibətləri nəticəsində nail olmaq olar
    Category: Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) | Views: 786 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024