İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 8
Qonaqlar 8
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 5 » Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar
    8:50 AM
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar
    Birinci fəsil:Fəqih
    Mən Ayətullah Xameneini tanıyan bir adam kimi deyirəm ki, o, ictihada çatmış bir alimdir.
    Otuz il bundan qabaq Məşhəddə Gövhərşad məscidində onunla görüşmüşəm. Onda o, Məşhədin hörmətli müəllimlərindən idi. Mən soruşdum ki, nə tədris edirsiniz? Dedi ki, Məkasib kitabını. Məkasib ən mühüm və çətin elmi kitablardandır. Məncə o, fəqih və müctəhiddir.
    Ayətullah Fazil Lənkərani
    İnqilabın böyük səmərəsi
    Ayətullah Xamenei prezidentlik dövründə Birləşmiş Millətlər Təşkilatının iqamətgahında çox gözəl, mühüm və səmərəli çıxış etdi. Əgər inqilabdan ötrü çəkdiyimiz zəhmətlərin, məşəqqətlərin səmərəsi Böyük Rəhbərin təkcə bu çıxışı olsaydı, yenə dəyəri vardı.
    Şah dövründə əgər bir alim haradasa etdiyi çıxışda İslamın bəzi həqiqətlərinə də toxunsaydı, biz hər yerdə ondan danışar və deyərdik: "İslam elə bir dindir ki, filan alim onun barəsində filan sözü deyib, yaxud yazıb”.
    Bu gün İslam İnqilabının bərəkətindən, bir ruhani BMT-də, küfrün içində beləcə İslamı tanıtdırır. Bu, çox böyük səmərədir, biz bunu təbliğ etməliyik.
    Ayətullah Məkarim Şirazi
    Cavanlıqda ictihad
    Böyük Rəhbərin qeyri-adi istedadı və bacarığı hələ uşaqlıq çağından dillər əzbəri idi. Həyatının ilk günlərindən, müxtəlif təhsil pillələrində onun bir sıra üstünlükləri vardı. Onun təsirlərini bu gün Rəhbərin qərarlarında və addımlarında görürük.
    Həmin günlərdən onun təhsilə böyük marağı var idi. Belə ki, qısa bir zamanda müəllimlərinin yanında xüsusi mövqe qazandı, onların diqqətini çəkdi.
    Onun Qum Elmi Hövzəsindəki ustadlarından biri Ayətullah Hairi Yəzdi idi. Onun Böyük Rəhbərə olan qayğı və məhəbbəti hamıya bəlli idi.
    Bəzən Ayətullah Hairi özünün saatlarla vaxtını Böyük Rəhbərin suallarına cavab verməyə və onunla elmi söhbətə sərf edirdi. Bəzən ustadın ümumi dərsindən qabaq məhdud çevrədə başlayan elmi söhbətlər o qədər uzanırdı ki, dərsin vaxtından keçirdi. Ayətullah Hairi Yəzdi onun qeyri-adi istedadını dərsi gecikdirmək üçün üzürlü səbəb hesab edirdi.
    Bütün bunlar Böyük Rəhbərin elmi və fikri cəhətdən üstünlüyünü ortaya qoyan amillərdir. O, iyirmi yaşından öncə elm və fəqihliyin yuxarı dərəcələrinə çatdı və cavanlığının əvvəlində ictihad məqamına yiyələndi.
    Ayətullah Misbah Yəzdi
    Elmi fəzilətlər
    Ayətullah Xamenei böyük fəqih və alim dərəcəli müctəhiddir. O, fiqhi araşdırmalarda rolu olan elmləri mükəmməl surətdə bilir. O, ərəb dili və qrammatikası, Quran təfsiri, hədisşünaslıq və Üsul elmlərindən əlavə, fətva verməkdə böyük rolu olan rical və dirayə elmlərində də ustaddır. Fiqhi araşdırmalarda güclü əsasları var, müsəlman cəmiyyətlərinin ehtiyacı olan yeni məsələlərdə geniş məlumatlarla və dəqiq fikirlərlə çıxış edib, cəlbedici fətvalar verir.
    Bu və digər elmi və əxlaqi xüsusiyyətlərinə görədir ki, möhtərəm fəqihlər və xibrəqan məclisinin üzvləri tərəfindən seçilmişdir.
    Ayətullah Məhəmməd Yəzdi
    Ədalətli müctəhid
    Həzrət İmam Xomeyninin vəfatından sonra xibrəqan məclisi İslam İnqilabının rəhbərini seçərkən Ayətullah Xameneinin rəhbərliyi səsə qoyuldu. O zaman Ayətullah Xameneinin müctəhidliyi şəri dəlillər əsasında mənə məlum idi. Ondan sonra dəfələrlə Ayətullah Xameneinin də iştirak etdiyi fiqhi müzakirələrdə olmuşam. Mən həmin məclislərdə onun ictihad məqamını görmüşəm və indi şəhadət verirəm ki, o, təqlid şərtlərinə malik olan ədalətli müctəhiddir.
    Ayətullah Məhəmməd Mömin
    Kamil müctəhid
    İnqilabın böyük rəhbəri kamil müctəhiddir. Mən bir şahid kimi deyə bilərəm ki, təxminən 1949 ya 1950-ci ildən onunla münasibətim var, dəsrlərdə iştirak etmişik, elmi mübahisələrdə olmuşuq.
    Bu gün çoxları bizim aramızda ayətullah kimi tanınır, heç kim onların müctəhidliyində şəkk etmir. O zaman Ayətullah Xamenei onlardan üstün deyildisə də, zəif də deyildi. O, həm dərsləri yaxşı başa düşürdü və həm də yaxşı tədqiqat aparırdı. Bu yaxınlara qədər o, siyasi mübarizəylə yanaşı, dərsi, mütaliəni və elmi işləri də unutmurdu. Mənim fikrimcə, o, müctəhiddir və ictimai, iqtisadi, mədəni və diplomatik sahələrdə, eləcə də quruluşumuzun əsaslı məsələlərində dərin biliyə malikdir.
    Ayətullah Haşimi Rəfsəncani
    Elmi xüsusiyyətlər
    Ayətullah Xamenei hər bir fəqih və müctəhidin ehtiyacı olduğu ictihad əsaslarına mükəmməl yiyələnməklə yanaşı, özünəməxsus elmi və fiqhi xüsusiyyətlərə malikdir. Mən onların bir-ikisinə toxunmaq istəyirəm.
    Ayətulllah Xamenei rical elmində çox yaxşı məlumatlara malikdir. O, bu elmdə doğrudan da zəhmət çəkib və rical elminə əhəmiyyət verən müctəhidlərdəndir. Eləcə də o, bu elmin bəzi məsələlərini qəbul etmiş və iradları cavablandırmış, uyğun sahədə gözəçarpacaq üstünlük qazanmışdır. Bunun özü bir fəqihin daha elmli (ələm) olmasının göstəricilərindəndir.
    Ayətullah Xameneinin digər bir xüsusiyyəti ayə və hədislərin başa düşülməsindəki düzgün anlam tərzidir. Fiqhi araşdırmalarda zahiri əxzetmə və sözlü dəlillərdən istifadə məsələsi çox böyük əhəmiyyət kəsb edir, hətta fəqihliyin əsasıdır. (Bəzi fəqihlərə, xüsusən də ərəb elmi hövzələrilə əlaqəsi az olan fəqihlərlə olunan iradlardan biri budur ki, onların bəzi zahiri əxzetmələri dəqiq və düzgün deyil). Mən bu müddətdə görmüşəm ki, o, ayə və hədislərin zahiri ifadəsini çox düzgün anlayır.
    Onun digər bir xüsusiyyəti, zehninin məntiqli və dəqiq nizamıdır. Bu, adətən mürəkkəb elmi məsələlərin tərtibatında olduqca mühümdür.
    Ayətullah Seyid Mahmud Haşimi Şahrudi
    Beynəlxalq məsələlərə diqqət
    Böyük Rəhbər özünün prezidentlik dövründən beynəlxalq məsələləri diqqətlə izləyirdi. O, ölkə xaricində baş verən, xüsusən də İrana və İslam dünyasına aid olan məsələlərə çox diqqətlə yanaşırdı, dünyada nə baş verdiyindən kamil surətdə məlumatlı idi. Çünki xarici məsələləri bilmək İran kimi böyük bir ölkəni, həmçinin İslam inqilabını idarə etməkdən ötrü çox böyük əhəmiyyət daşıyır. Dünyadan və xarici siyasətdən xəbərsizlik isə çoxlu ziyanlara səbəb ola bilər.
    Allahın lütfü ilə Böyük Rəhbər özünün istedadına və işlərində ciddi olmasına görə beynəlxalq məsələləri diqqətlə izləyir və onları düzgün istiqamətləndirir. O, hadisələri ciddi nəzarət altında saxlayır və xarici siyasətin hərəkətinə çox böyük önəm verir. Xarici siyasətə təsir qoya biləcək ən kiçik hərəkət belə Böyük Rəhbərin diqqətindən yayınmır.
    Doktor Əliəkbər Vilayəti
    İndiyədək belə bir şəxsiyyət...
    Birləşmiş Millətlər Təşkilatının 598 nömrəli qətnaməsindən sonra, onu qəbul etdirmək məqsədilə dünyanın qüdrətli ölkələri tərəfindən bizə çoxlu təziqlər göstərilirdi. O zaman BMT-nin baş katibi Havyer Peres de Kuelyar bəzi müzakirələr üçün İrana gəldi. Onun proqramlarından biri, ozamankı prezident Ayətullah Xamenei ilə görüşmək idi. Görüşdən sonra Havyer mənə dedi: "Sizin prezidentiniz hansı politologiya universitetinda təhsil alıb? Mən dünyanın bir neçə mötəbər universitetlərinin məzunuyam, politoloğiya doktoru statusunu almışam, otuz ildən artıqdır ki, siyasi işlərlə məşğulam və on ildir BMT-nin baş katibi vəzifəsində çalışıram. Bu vaxta qədər görüşmədiyim və danışmadığım prezidentlər və siyasi şəxsiyyətlər çox azdır, lakin eyni zamanda sizin prezidentiniz kimi siyasətçi və istedadlı şəxsiyyət görməmişəm".
    Əli Məhəmməd Bəşarəti:
    Elmi böyüklük
    Böyük Rəhbərin prezidentlik dövründə o, həzrət Əli ibn Musa Rza (ə) konfransında çox geniş və kompleks bir çıxış etdi. Ayətullah Məkarim Şirazi də orada idi. Konfransdan sonra Ayətullah Məkarim müqəddəs Məşhəddən Quma gəldi və özünün xaric (ali ixtisas) dərsində sözügedən məclisin əhəmiyyəti haqqında danışaraq, buyurdu: "Bu konfransda çıxış edənlərdən biri də Ayətullah Xamenei idi. Onun çıxışı iki saat çəkdi. Onu dinləyənlər belə düşünürdülər ki, bütün işlərinə baxmayaraq, bu çıxışı hazırlamaq üçün o, sanki iki ay heç bir işlə məşğul olmamışdır".
    Höccətül-İslam Əliəkbər Səmədi
    Fəlsəfi məsələlər haqda dərin məlumat
    Ayətullah Xamenei, prezidentlik dövrünün sonlarında (təqribən 1987-ci ildə) tələbələrin dərs vəziyyəti və maarif kitabları haqda çox nigaran idi. Ona görə də, yaxşı və münasib dərs vəsaitlərinin hazırlanması üçün Mədəni İnqilabın Ali Şurasının sədri olaraq, bu məsələ ilə məşğul olmaq üçün bir komissiya yaratdı. O, hər iki həftədə bir dəfə bu komissiya ilə iclas keçirirdi. O zaman işlərinin çox ağır olmasının baxmayaraq və başının əsasən, müharibə və müdafiə məsələləri ilə qarışmasına rəğmən, o, çox ciddi şəkildə həmin məclislərdə iştirak edirdi. O zaman o, elmi müzakirələr apararkən elə bil elmi və fikri işlərdən başqa heç bir işlə məşğul deyildi. Bir gün müzakirə zamanı söhbət bir fəlsəfi məsələyə yönəldi. İclasda bir neçə fəlsəfə mütəxəssisi var idi. Onların fəlsəfi baxışları biri-birilə fərqli idi. O mövzü barəsində çox ciddi müzakirə baş verdi. Böyük Rəhbər heç bir müqəddimə və mütaliəsiz müzakirəyə qoşuldu və çox mahir bir mütəxəssis kimi məsələni aydınlaşdırdı. Onun bu istedadı mənim təəccübümə səbəb oldu. Çünki bizə məlum idi ki, Məşhəd elmi hövzəsində İslam fəlsəfəsi ilə məşğul olmurlar. Amma həmin gün şahid olduq ki, Böyük Rəhbər nəinki belə məsələlərə diqqətlə yanaşır, hətta çox kamil surətdə fəlsəfi məsələlər haqda məlumatlıdır və onları çox dəqiq şəkildə anlayır. Bu hadisənin baş verdiyi zamana və onun tutduğu mövqeyə diqqət edərkən, bizim üçün çox böyük əhəmiyyət daşıdığının şahidi oluruq. Çünki ölkənin siyasi problemlərinin və müharibə məsələlərinin çox qızğın bir dövründə, təbii ki, Prezident qeyri-elmi və qeyri-fəlsəfi məsələlərlə məşğuldur. Lakin Böyük Rəhbər zərurət olduğu təqdirdə bir ciddi fəlsəfi məsələyə yanaşıb araşdırır və bu araşdırmanı çox gözəl şəkildə yerinə yetirir.
    Doktor Qulaməli Həddad Adil
    Qəzetlərin mütaliəsi
    Böyük Rəhbər bütün məsələlərdən və bütün hadisələrdən xəbərdardır. Öz məsuliyyətinə müvafiq olaraq o, baş verən hadisələr haqda bəlkə də ən birinci məlumat əldə edən şəxslərdəndir. O, mətbuata və qəzetlərə diqqətlə yanaşır, onları diqqətlə nəzərdən keçirir. Onun üçün mətbuat və nəşrlərdən bir toplu hazırlanır və gündəlik bülleten şəklində təqdim olunur. Amma o, bunlarla kifayətlənmir, çıxan gündəlik qəzetlər vaxtı-vaxtında Böyük Rəhbərin stolu üstündə yerləşir və o, çox maraqla onları oxuyur. Xüsusən də məqalələrin başlıqlarını diqqətlə nəzərdən keçirir. Bu məsələ təkcə qəzetlərə aid deyil. O, jurnalları da eyni şəkildə mütaliə edir.
    Ayətullah Xamenei çox işgüzar insandır. O, bir neçə dəfə mənə belə deyib: "İyirmi dörd saatlıq sutka mənə bəs etmir".
    Höccətül-İslam Məhəmmədi Gülpayiqani
    Roman oxumaq
    Böyük Rəhbər öd kisəsini cərrahiyyə əməliyyatı elətdirmək üçün xəstəxanada yatırdı. Mən Höccətül-İslam Məhəmmədi Əli Zəm və digər bir neçə qələm əhli olan dostlarla onun görüşünə getdik. O görüşdə Ayətullah Xamenei bir neçə roman kitabının adını çəkdi. Onların hamısını xətəxanda müalicə olunan vaxt oxumuşdu. O kitablar bizim üçün yeni idi. Biz utandığımızdan başımızı aşağı salmışdıq. Amma eyni zamanda Böyük Rəhbərin istedadına, diqqətinə və mütaliəyə olan həvəsinə afərin deyirdik. Mütaliəyə olan həvəsdən əlavə, vaxtdan səmərəli istifadə, özü də xəstəlik vaxtı xəstəxanada belə bir istifadə çox tərifəlayiqdir və bizim hamımız üçün dərsdir.
    Rza Rəhqozər
    Kitab mütaliəsi
    Həzrət Ayətullah Xamenei kitab mütaliəsində çox müstəsna şəxslərdəndir. O, bazara çıxan, daxildə və yaxud da xaricdə çap olunan kitabları alır, mütaliə edir və araşdırır. Böyük Rəhbər Tehranın beynəlxalq kitab sərgisinə baxış keçirərkən tərcümə olunmuş xarici kitabları nəşr edən iranlı naşirlərin otaqlarına baxırdı. O, tərcümə olunmuş kitablar haqqında elə fikir bildirirdi və xarici müəlliflərin tərcümə olunmamış əsərlərini naşirlərdən soruşurdu ki, bütün naşirlər Böyük Rəhbərin bu dərin məlumatından, kitabşünaslıq sahəsindəki məlumatından vəcdə gəlmişdilər. Kitab aləminə belə bir baxış mənim üçün də çox gözəl və bəlkə də misilsiz idi.
    Höccətül-İslam Seyid Cavad Haşimi
    Birgə mütaliə
    İslami Təbliğat Komitəsinin Ədəbiyyat bölməsinin təsis olunduğu zamandan bir-iki il keçməsinə baxmayaraq, müqəddəs müdafiə barəsində altmış üç kitab çap etdirmişdi. Bir gün mən bu altmış üç kitabı Böyük Rəhbərin yanına apardım. O, onlara bir-bir baxdıqdan sonra üçünü götürüb qalanını geri verdi və buyurdu: "Bu üç cild yenidir, mən onları görməmişəm. Amma digərlərini həm görmüşəm və həm oxumuşam. Təkcə özüm yox, onların bəzisini evdə uşaqlarla birgə oxumuşuq".
    Ayətullah Xameneinin mütaliəyə diqqəti o qədər yüksəkdir ki, bəzən kitabların haşiyəsinə çox zərif və maraqlı nöqtələr qeyd edir, hərdən bu qeydləri bizə verir və biz öz bölməmizdə onlardan istifadə edirik.
    Höccətül-İslam Məhəmməd Əli Zəm
    Yeni sözlər
    Müharibə zamanı bir gün Böyük Rəhbər İmam qarnizonuna – Şirazın Fəcr diviziyasının yerləşdiyi yerə gəldi. Ağanın söhbətindən sonra onunla birgə ordunun komandanlığının iqamətgahına getdik. Cəhrumun cümə imamı Cənab Ayətullahi də orada idi. Ayətullah Xamenei onun əhvalını soruşdu və sonra buyurdu: "Sizin Ayətullahi Larla qohumluğunuz varmı?" O dedi: "O, mənim babam olub”. Ağa buyurdu: "Cənab Ayətullahi Lar elmi hövzənin yüksək dərəcəli alimlərindən idi və çoxlu işlər görmüşdü. O, Rza xanın quldurluğu zamanı məşhur müctəhidlərdən idi və Rza xanın qarşısında bir hökümət yaratmışdı". Sonra O, Ayətullahi Ların həyatından maraqlı xatirələr danışmağa başladı və onu çox təriflədi. Cəhrumun cümə imamı o gün mənə dedi: "Ağanın buyurduğu bu sözlərin bəzisini biz bilmirdik”. Mənim üçün çox maraqlı idi ki, Böyük Rəhbər bu qədər diqqət və dərin məlumatı ilə böyüklərin həyatı və tarixi haqqında danışırdı, elə sözlər deyirdi ki, onun nəvələrindən olan Cənab Ayətullahi üçün də təzə idi.
    General Cəfər Əsədi
    Category: Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar | Views: 2360 | Added by: Islam_Kitabxanasi | Rating: 2.3/3
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024