İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 5
Qonaqlar 5
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 5 » Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar
    8:49 AM
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar
    Üçüncü fəsil: Sadə yaşayış tərzi
    Talon ət
    Ayətullah Xamenei prezident olarkən öz evində yalnız talonla verilən ətdən istifadə edirdi. O, həmin vaxt mənə buyurdu: "Mən indiyə qədər bütün xalqa verilən talon ətdən başqa bazardan ət almıram”. Böyük Rəhbərin evinin yanacağı da talonla verilən yanacaqdır. Onun istifadə etdiyi isti ət isə ağaya nəzir və yaxud da qurbanlıq adı ilə verilən ətdir. Onun yaşayış tərzi bu gün də məhrum və kasıb insanların yaşayışı kimidir: çox sadə bir yaşayış tərzi. Bu həqiqətləri yazmaq və tarixdə saxlamaq lazımdır.
    Ayətullah Misbah Yəzdi
    Köhnə stol və stul
    Ağanın şəxsi həyatı olduqca sadədir. Bu sadəlik onun yaxınlarının yaşayış tərzinə də keçib. Ağa və onun övladları eyş–işrət əhli deyillər, bu səbəbdən də məqam və mənsəblərindən sui-istifadə etmirlər. Mən bu sadəliyi onların evində görmüşəm. Bir gün Böyük Rəhbər məni öz kitabxanasına dəvət etdi. Mən orada çox köhnə bir stol gördüm, stolun yanında köhnə bir stul da vardı. Onların hər ikisi İslam İnqilabının qələbəsindən qabaqkı dövrə aid idi. Böyük Rəhbər özünün sadə kitabxanasında hələ də həmin stol və stuldan istifadə edir.
    Ayətullah Seyid Mahmud Haşimi Şahrudi
    Ağanın yaşayış tərzi
    Böyük Rəhbər Ayətullah Xameneinin yaşayışı çox sadə və ən aşağı səviyyədədir. O, adətən cəmiyyətin adi üzvləri kimi yaşayır. Biz onun yanına getdikdə ondan istədik ki, evinin içindən və yaşayış vəziyyətindən bir film hazırlamağa icazə versin. Qoy xalq öz rəhbərlərinin yaşayış tərzini görsün və bilsin ki, o necə yaşayır. Ağa buyurdu: "Əgər siz mənim yaşayışımı göstərmək istəsəniz, qorxuram ki, çoxları inanmasın".
    Höccətül-İslam Seyid Əliəkbər Hüseyni
    Palaza sığınmaq
    Özümə vacib bilirəm ki, Ayətullah Xameneinin daxili yaşayış tərzinin çox sadə olduğuna şəhadət verim. Ona görə yox ki, inqilabmızın əziz rəhbərinin bu sözlərə ehtiyacı var. Ona görə ki, bu mühüm məsələni müsəlman və inqilabçı İran xalqına çatdırmağı özümə vacib bilirəm. Mən onun evinin içindən xəbərdaram. Böyük Rəhbərin süfrəsində bri növdən artıq yemək olmur. Onun ailəsi palaz üstündə yaşayırlar. Mən bir gün onun evinə getdim. Oraya işlənmiş bir xalı da sərmişdilər. Mən o xalının cod olduğundan palaza sığındım.
    Höccətül-İslam Hacı Seyid Əhməd Xomeyni
    Talon düyüsü
    Mən o zaman İslami Şura Məclisinin uzvü idim. Yoldaşım uşaqlardan birini həkimə apardı və orada Böyük Rəhbərin xanımı ilə görüşdü. O da öz övladlarından birini müalicə etdirmək üçün oraya gətirmişdi. Heç kim onun kimliyini bilmirdi. Növbə ağanın xanımna çatdıqda həkimin otağına getdi. Doktor Böyük Rəhbərin övladını müayinə etdikdən sonra dedi: "Bu uşağa gündə bir stəkan düyü həlimi verin”. Böyük Rəhbərin xanımı dedi: "Bizim belə imkanımız yoxdur". Onu tanımayan həkim əsəbiləşdi və dedi: "Məgər mümkündür ki, evdə düyünüz olmasın?!” Böyük Rəhbərin xanımı dedi: "Ağa bizə icazə vermir evdə talon düyüsündən başqa düyü işlədək. O da bizim həftədə bir dəfə yediyimiz plova bəs edir".
    Cənab Seyid Əliəkbər Tahai
    Kiçik ev və sadə xörək
    Böyük Rəhbər İranşəhr rayonunda sürgündə olarkən bir otağı və bir mətbəxi olan kiçik bir evdə yaşayırdı. Həmin kiçik evdə uzaq və yaxından gələn çoxsaylı qonaqlara xidmət göstərilirdi. O günlərdə mən də onun görüşünə nail oldum. İranşəhrə getdim və ağanı ziyarət etdim. Gördüm ki, tək–tənhadır, işlərdə ona kömək edən də yoxdur. Qərara gəldim ki, bir neçə gün qalım və ona kömək edim. Mənim orada olduğum günlər ərzində onun və qonaqlarının xörəyi kartof, qayğanaq və yumurta soyutmasından ibarət idi.
    Höccətül-İslam Seyid Əliəsğər Baqizadə
    Velosiped lazım deyil
    Təqribən 1986-cı il idi. Bir gün Böyük Rəhbər mənə dedi: "Gedin Seyid İsmayıl meydanından uşaq üçün işlənmiş bir velosiped alın. Ora getdikdə çox axtardım, gördüm ki, işlənmiş velosipedlərin qiyməti beş min tüməndən yuxarıdır. Məşhəddən də qiymət soruşdum, orada da belə idi. Digər tərəfdən də, ağanın uşaqları tez-tez mənə deyirdilər ki, cənab Rəcəbzadə, velosiped nə oldu? Ayətullah Xameneinin yanına gedib qiymətlərin vəziyyətini ona dedikdə, buyurdu: "Yox, bu qiymətə velosiped almaq lazım deyil”.
    Cənab Rəcəbzadə
    Ağanın sadə yaşayışı
    Böyük Rəhbərin bütün maddi imkanlardan istifadə etməyə haqqı çatdığı halda, onun şəxsi yaşayış səviyyəsi adi bir vətəndaşın yaşayış səviyyəsindən də aşağıdır. O, çox adi və aşağı səviyyəli bir yaşayış tərzi keçirməkdən əlavə, həmişə dövlət məmurlarına belə deyir: "Məişət məsələlərində diqqətli olun, israf etməyin".
    Ayətullah Xameneiyə görə, xalqı əməli surətdə sadə yaşayışa dəvət etmək lazımdır. Onun özü bu dəvətin önündə gedir. O, bəzi nikah əqdi mərasimlərində əqd oxunmazdan öncə təqribən on beş dəqiqə bəy və gəlini, həmçinin onların ailələrini qənaət etməyə dəvət edir və buyurur: "Artıq xərclər çəkməyin, israfa yol vermyin". Ağanın özü də xüsusi yaşayışında eynilə belə rəftar edir. O, nə bir yerdən maaş alır və nə də ona göndərilən şəri ödənişlərdən öz şəxsi yaşayışı üçün istifadə edir. Onun yaşayışı, onu sevənlərin hədiyyə və nəzirlərilə təmin olunur. Ağanın övladları da belə yaşayırlar və onun kimi sadə həyat tərzi keçirirlər.
    Höccətül-İslam Məhəmmədi Gülpayiqani
    Onunla şam yeməyi
    Bir gün Böyük Rəhbərin evində idim. Söhbətlər uzandı və axşam oldu. Namazdan sonra o, mehribanlıqla mənə buyurdu: "Rəhim ağa, şam yeməyində bizə qonaq olun". Mən bunu özümə böyük bir fəxr bilməklə yanaşı dedim: "Sizə zəhmət vermək fikrim yoxdur”. Böyük Rəhbər buyurdu: "Yox, qalın, nə olsa birgə yeyəcəyik”. Süfrə açıldı və xörək gətirdilər. Gördüm ki, şam yeməyi sadə omletdən başqa bir şey deyil.
    Ordu generalı Seyid Rəhim Səfəvi
    Sadə Şam
    Böyük Rəhbərin prezidentlik dövründə bir gün Höccətül-İslam cənab Pur Məhəmmədi ilə birgə Rəfsəncandan Tehrana gəldik və qərara gəldik ki, Ayətullah Xamenei ilə görüşək. Bu barədə ağaya xəbər verdilər, o da qəbul etdi. Ayətullah Xamenei ilə görüşdük. Şam yeməyində də onunla olduq. Çox sadə bir süfrə açıldı. Bizim üçün kartov və yumurta gətirdilər. Əzəmətli Rəhbər buyurdu: "Bizim bu axşamkı yeməyimiz kartof idi. Lakin sizin hörmətnizə görə dedim ki, bir neçə yumurta da artırsınlar.
    Cənab Seyid Məhəmməd Siraczadə
    Yüngül şam yeməyi
    Ayətullah Xameneinin prezidentlik dövrünün əvvəllərində bir gecə onunla görüşdüm. Söhbət uzandı. O, buyurdu: "Şam yeməyinə bizimlə qal". Mən bu dəvətə sevindim. Çünki onun yanında daha artıq qalmaq imkanı əldə edirdim. Ağa sözünün davamında buyurdu: "Mən bilmirəm şam yeməyinə nəyimiz var, yaxud da bizim ikimizə bəs edər, yoxsa yox! Hər halda, nə olsa, birgə yeyəcəyik". İş yerindən evə zəng vurdu. Ailəsi ilə söhbət etdi və dedi: "Xanım, şam yeməyinə nəyimiz var? Həddad Adil də bizimlədir və mən demişəm nə olsa, birgə yeyəcəyik". Ayətullah Xameneinin cavablarından hiss etdim ki, evdə yalnız bir nəfər üçün şam yeməyi qalıb. Ağa buyurdu: "Eybi yoxdur, nə olsa, bizə göndərin. Bir qədər də pendir və qatıq yollayın".
    Təqribən on beş dəqiqə keçdikdən sonra bir boşqab sadə düyü və bir kiçik kasada xuruş gətirdilər. Deyəsən yanında bir qədər çörək, pendir və qatıq da vardı. Onları yarı böldük və birgə yedik. Mən orada ürəyimdə, sonralar isə dilimdə min dəfə İslam inqilabı nemətinə görə Allah–taalaya şükür etmişəm. Şükür etmişəm ki, ölkəmizdə belə bir dəyişiklik yaranıb. İnqilabdan öncə - tağut hökuməti zamanı nə qədər cah–cəlal, israf və eyş–işrət vardı. Amma bu gün bizim prezidentmiz nə qədər sadə yaşayır!
    Ayətullah Xameneinin yaşayış tərzi indi də belədir. Onun bu qaydaları dəyşilməyib. Əgər o, xalqı qənaət etməyə çağırırsa, özü hamıdan əvvəl buna əməl edir.
    Doktor Qulaməli Həddad Adil
    Mövqedən sui-istifadə etməmək
    Ayətullah Xamenei prezidentlik dövründə mənə bir eşitməli və maraqlı hadisə danışdı. O, buyurdu: "Bir gün öz dəftərxanamda oturmuşdum. Telefon çaldı. Anam zəng vurmuşdu, dəstəyi götürdüm. Onun gülüş sədalarını eşitdim. Səbəbini soruşduqda dedi: "Neçə gündür evdə heç bir şeymiz yoxdur. Atanın da pulu qurtarıb".
    Bu, mənim üçün çox mühüm məsələ idi, ölkəmizin prezidentinin ata–anasının pulu və yeməyi yoxdur. Bu hadisə vilayət məqamının evində olan sadə yaşayış tərzindən xəbər verir. O, evdə çox sadə yaşayır. İndiyədək heç kim onun mövqeyindən sui–istifadə edə bilməyib. Millət üçün bundan böyük fəxr nə ola bilər ki, belə bir dəyərli şəxs onlara rəhbərlik edir.
    Höccətül-İslam Məsih Mühaciri
    Sürtülmüş palazlar
    Böyük Rəhbərin evində bir qədər köhnə palaz vardı. Onları yığıb satdıq və bir qədər də öz şəxsi malımdan üstünə pul qoyub, onların yerinə xalça aldıq. Palazları dəyişib xalçaları sərdikdən sonra ağa gəldi və buyurdu: "Bunlar nədir?" Dedim: "Palazları dəyişmişik”. Buyurdu: "Səhv edib dəyişmisiniz, gedin həmin palazları gətirin". İsrar etməyi faydasız gördüm və çox çətinliklə gedib palazları tapdım və geri alıb evə sərdim; elə palazlar ki, sürtülməkdən sapları çıxıb.
    General Şüştəri
    Qənd və şəkər talonu
    Ayətullah Xameneinin prezidentlik dövründə bir gün onun xanımı bizim evimizə gəldi və mənə dedi: "Bizim qənd və şəkər talonumuz bitib. Sizin qənd və şəkəriniz varsa, bizə bir qədər borc verin”.
    Xanım Zəhra Rəhnəvərd
    Palaz
    İnqilabdan öncə dörd nəfər dostumla birgə Böyük Rəhbərin, evində təşkil etdiyi söhbət məclisinə getdim. Orada gördük ki, onun evinin münasib döşənəcəyi yoxdur. İki təzə xalça alıb ağanın evinə gətirdik və otaqlardakı köhnə döşənəcəklərin yerinə saldıq. Ayətullah Xamenei çıxış üçün otağa girdikdə xalçaları gördü, narahat oldu və bizə buyurdu: "Mənim yaşayışım bunlarla uyğun gəlmir, yaxşı olardı ki, məsləhət edəydiz və əgər bir şey gətirmək istəyirdinizsə, bir-iki palaz alıb gətirəydiniz". Biz xalçaları geri qaytarıb dörd palaz almalı olduq. Neçə il sonra o palazların parçalarını Böyük Rəhbərin otaqlarında görürdük. Onun evində yalnız bir xalça var. Onu mən özüm otuz–qırx il qabaq almışam. İndi də həmin xalça ağanın otağına sərilib.
    Cənab Əhədiyan
    Altı palazın macərası
    İslam inqilabının qələbəsindən qabaq, bir gün Ayətullah Xamenei bizim evimizə təşrif buyurdu. O, gördü ki, bizim döşənəcəyimiz yoxdur. Bir müddət sonra bizim üçün iki ədəd palaz göndərdi. Sonra öyrəndik ki, o, öz evinin xalçasını satıb və onun pulu ilə altı ədəd palaz alıb, ikisini bizim üçün göndərib, ikisini də təzə ailə qurmuş və hələ evinin döşənəcəyi olmayan bir tələbəyə hədiyyə veribmiş. İslam inqilabının qələbəsindən sonra o, prezident oldu və bu günə qədər bu cəmiyyətin rəhbəri vəzifəsindədir. Dəfələrlə onun evinə getmişik, həmin palazları görmüşük.
    Böyük Rəhbərin yaşayış tərzi inqilabdan öncəki kimi çox sadə və bərsiz–bəzəksizdir. O, öz şəxsi yaşayışını ən kasıbların yaşayışı ilə uyğunlaşdırır. Halbuki, hər gün onun əmrilə milyardlarla pul başqalarının rifahı üçün sərf olunur. Amma onun özü heç vaxt bu büdcədən şəxsi ehtiyacları üçün istifadə etmir.
    Höccətül-İslam Davudi
    Bütün könüllülər kimi
    Böyük Rəhbər sadə həyat tərzi yaşayır. O, bu xüsusiyyəti cavanlığından öyrənmiş və İslam inqilabından sonra da qoruyub saxlamışdır. Müharibənin əvvələrində o, Ali Müdafiə Şurasında həzrət İmamın nümayəndəsi olarkən bir gün Dezful şəhərinə gəldi. O, Əhvaza getmək istədi, amma onu aparmaq üçün heç bir nəqliyyat vasitəsi yox idi. Üzünü döyüşçülərə tutub dedi: "Əhvaza gedən yoxdur?” O zaman mənim qardaşım Şəhid Hüseyn Ələmül-hüda Hacı Sadiq Ahəngəranla birgə Dezfulda idi. O, ağaya deyir: "Mən Əhvaza getmək istəyirəm”. Böyük Rəhbər onun maşınına minir. Qardaşım Məşhəddə tələbəlik dövründən ağa ilə tanış idi. O, bilirdi ki, həzrət Ayətullah Xameneinin mədəsi xəstədir, buna görə də, bir qədər çörək, pendir və yumurta götürür. Onlar Əhvaz yolunda oturub bir qədər pendir-çörək yeyirlər və sonra öz yollarına davam edirlər. Hüseyn deyirdi: "Heç elə bil o, həzrət İmamın nümayəndəsi deyil, çox sadə insandır. O, yeməyi yedikdən sonra bir yerdə Şuş şəhərindəki hərbi bazalardan birinə getdik. Oraya baxış keçirdi və sonra Əhvaza doğru hərəkət etdik. Onda çəkdirdiyimiz şəkil bu gündə durur. O, bu gün də belə ruhiyyədədir: İslam inqilabının bütün keşikçiləri kimi.
    Cənab Seyid Əli Ələmül-hüda
    Hər yer qaranlıq idi
    Müharibənin əvvəllərində bir gecə Dezful şəhərinin bir hərbi bölməsində Böyük Rəhbərlə iclas keçirirdik. İclas təxminən gecə saat on ikidə bitdi. Ayətullah Xamenei ilə birgə səngərdən çıxırdıq. Hər yer qaranlıq idi. Heç bir şey görünmürdü. Çox çətinliklə ayaqqabılarmızı tapdıq və qarnizonun qaranlıq sahəsində yola düşdük. O qaranlıqda hərəkət etmək çox çətin idi. Heç bir işıq görünmürdü. Digər tərəfdən, ehtiyatla hərəkət edirdik ki, çalaya düşməyək, həm də ona sarı getdiyimiz bir işığı izləyirdik. Nəhayət, bir binaya çatdıq. Bir qrup döyüşçülərin yatdığı böyük bir salona girdik. Mən, o zaman Tehranın cümə imamı olan Ayətullah Xameneilə birgə çoxlu axtarışdan sonra bir yorğan tapdıq və həmin uşaqların arasında yatdıq.
    Cənab Seyid Əliəkbər Pərvəriş
    Talon düyüsü bitib
    Döyüş zamanı və döyüşdən sonra ağanın yaxın dostlarından və indi də onunla çox yaxın və səmimi münasibətə malik olan bir dostumuz bir dəfə mənə dedi: "Ərzağın talonla olduğu vaxt ağa prezident idi. Bir gün o mənə buyurdu: "Hüseyn, bizim talon düyümüz bitib. Siz bizim üçün bir qədər düyü börc verin. Talon düyüsünü aldıqdan sonra borcunuzu qaytararıq”.
    Belə yaşayış tərzi ağanın zöhdündən və sadələyindən xəbər verir. O, adi bir insan kimi, ölkənin ən kasıb insanları kimi yaşayır. Dostlardan biri deyirdi: "Mən Böyük Rəhbərin evi üçün qalın bir döşənəcək almışdım. O, buyurdu: "Bu döşənəcəyi apar. Qabaqkı nazik palazlar bizim üçün kifayətdir”. Böyük Rəhbər bu gün də belə yaşayır və həzrət Əlinin (ə) yolu ilə gedir. Bu üslub bizim hamımız üçün dərsdir.
    Höccətül-İslam Seyid Əliəkbər Hüseyni
    Siz də başqaları kimisiniz
    Bir gün Cəmaranda minbərə çıxdım və Böyük Rəhbərin həyatından xatirələr danışdım. Çıxışdan sonra bir həkim mənə yaxınlaşdı və dedi: "Qoy mən də sənə bir xatirə danışım. Bir gün öz klinikamda oturmuşdum. Bir xanım öz övladı ilə mənim yanıma gəldi. Müayinədən sonra uşağın üzü məni düşündürdü. Rəhbərə çox oxşayırdı. Onun adını və familiyasını soruşdum. Cavabı eşitdikdə, o xanıma dedim: "Sizin Ayətullah Xamenei ilə qohumluğunuz var?” Dedi: "Bəli, amma siz heç kəsə deməyin. Mən onun həyat yoldaşıyam”. Təəccüb bütün vücudumu bürüdü. Böyük Rəhbərin xanımına dedim: "Məgər sizin xüsusi həkiminiz yoxdur?” O, dedi: "Xeyr. Ağa belə işlərə icazə vermir. O deyir ki, siz də digər insanlar kimi xəstəxana növbələrində gözləyib həkimlərə müraciət etməlisiniz".
    Mən bu xatirəni Cəmaranda bir həkimin dilindən eşitdim. O həkim haqqında bütün məlumatları götürmüşəm. Bunula belə daha artıq araşdırdım. Ayətullah Misbahdan da soruşdum. O da bu məsələni təsdiq etdi. Bu, Ayətullah Xameneinin yaşayış tərzidir. Bu əzəmət məni Böyük Rəhbərə aşiq etmişdir.
    Höccətül-İslam Əhədi
    Sapı çıxmış xalça
    Ağa rəhbərliyinin ilk illərində cərrahiyyə əməliyyatı olunmalı oldu. O, xəstəlik müddətini evdə keçirdi. Bir gün bizi qəbul etdi. Görüş yeri onun qonaq otağı idi. Mən otağa girəndə onun ab-havası və otaqda olan əşyalar diqqətimi cəlb etdi. Çox təsirləndim. Oradakı əşyalar cəmiyyətin kasıb təbəqəsi həddində idi. Qonaq otağının xalçası sapı çıxmış bir xalça idi. Onun bir gülü də görünmürdü. O xalça da həyat yoldaşının cehizi idi. Otağın digər əşyaları da beləcə adi idi: cəmiyyətin orta səviyyədə yaşayan üzvlərindən də aşağı.
    General Məhəmmədbaqir Zülqədər
    Çox sadə həyat tərzi
    "Biz həmişə çalışırıq adi camaatın həyat tərzini yaşayaq; cəmiyyətin üçüncü və dördüncü təbəqəsi kimi. Hədislərdə göstərilib ki, rəhbərlər iqtisadi cəhətdən aşağı səviyyədə olan insanlar kimi yamalıdırlar ki, onların dərdini anlasınlar. Həm rəhbər onları başa düşsün və həm də xalq ümidvar olsun ki, onların rəhbəri də onlar kimi yaşayır. Çox sadə yaşayışımız var, buna razıyıq və qane oluruq”.
    Xanım Hüseyni (Böyük Rəhbərin qızı)
    Elektrik samovar və məsləhət
    Ayətullah Xamenei özünün prezidentlik dövründə bir gün mənə dedi: "Mənim üçün bir samovar al". Mən də Tehranın bazarına getdim və çox əziyyətdən sonra onlar üçün dövlət qiymətinə elektrik samovarı aldım. Ertəsi gün Böyük Rəhbər mənə buyurdu: "Samovarı geri qaytar". Mən dedim: "Ağa, mən bu elektrik samovarını dövlət qiymətnə almaq üçün çox axtarmışam. O, buyurdu: "Gedin neft samovarı alın. Döyüş şəraitində elektrik enerjisi həyati əhəmiyyət daşıyır. Bizim belə bir samovar işlətməyimiz məsləhət deyil".
    Cənab Rəcəbzadə
    Category: Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar | Views: 1317 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024