İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 10
Qonaqlar 10
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » 2011 » September » 5 » Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar
    8:48 AM
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar
    Dördüncü fəsil: Mənəviyyat və irfan
    Mənəvi yüksəliş
    Böyük Rəhbərin icrai işlərdə olan böyük məsuliyyətləri heç zaman onun mənəvi yüksəlişinə mane olmur. O, rəhbərlik məqamının ən uca xidməti zamanı belə ibadət və təvəssülündən qalmır. Böyük Rəhbər rəhbərlikdən qabaq da bu vadidə idi. Siyasi və ictimai fəaliyyətlər bəzən mənəvi və ibadi məsələlər yolunda maneə törədir. Amma Ayətullah Xameneinin həyatında bu sahədə olan yüksəlik diqqət çəkir. O, gündəlik mənəvi proqramlarından və gecə ibadətlərindən əlavə, bəzən İmam Rzanın (ə) hərəminə gedir və bəzən gecə yarısı Cəmkəranda İmam Mehdi (ə) eşqi ilə yanır. O, heç zaman Allah övliyalarına təvəssül etməkdən, insan ruhunun və qəlbinin səfasına bais olan ibadətlərdən çəkinmir. O, Rəbbinin dərgahındakı bu hüzuru və arifanə ibadətləri çətin rəhbərlik vəzifələrini yerinə yetirməkdə nəinki sədd bilmir, hətta bu ibadətlərin xidmət sahəsində müvəffəqiyyətə çatmasına səbəb olduğunu düşünür.
    Biz onu Allahın lütfü bilirik. Çoxlu gecələrdə Cəmkəran ağaya məkan olub. Camaat da şanlı rəhbərlərinin ibadətlərinə şahid olublar. Çoxlu günlərdə Əzəmətli Rəhbər İma Əli ibn Musa Rzanın (ə) eşqində yanıb və müridlər öz muradlarının halının həsrətində böyük Allahdan belə bir hüzur diləyiblər.
    Ayətullah Misbah Yəzdi
    İbadət
    İbadət zamanı Böyük Rəhbərin halı qeyri-adi olur. O, namaz halında elə qorxu və diqqətlə dayanır ki, onun arxasında namaz qılan şəxsdə vəsfəgəlməz mənəvi hal yaranır. Mən iki dəfə bu halı hiss etmişəm: Bir dəfə İmam Xomeyninin arxasında Qum şəhərində namaz qılarkən və digəri Məscidül-həramda Həcərül-əsvədlə Məqam arasında namaz qılanda. Bu hal mübarək ramazan ayında çox qeyri-adi olur. O, il ərzində Allah–taalanın dərgahına çoxlu dua və münacat edir, mubarək ayda isə bu raz–niyazlar olduqca artır. Böyük Rəhbərin Şəbaniyyə salavatı zamanı tapdığı hal görməlidir. O, olduqca mətanətlə və özünəməxsus xüsusi həya ilə onu oxuyur və bu duaları oxumağı tövsiyə edir. Böyük Rəhbər sutka ərzində yalnız dörd saat yatır. Qalan vaxtını ibadətə və rəhbərlik vəzifələrini yerinə yetirməyə sərf edir. Ağa Quma etdiyi səfərdə işlərinin həcmnin çoxluğuna baxmayaraq, Cəmkəran məscidinə getdi və səhərə qədər o məsciddə ibadətlə məşğul oldu. O, Tehranda da hər gecə saat 03:30 dəqiqədən sübhə qədər ibadətlə məşğul olur. Onun bu mənəviyyatı və ibadəti bizim hamımız üçün dərs və örnəkdir.
    Höccətül-İslam Musəvi Kaşani
    İlk vaxtda namaz
    Ayətullah Xameneinin İslam inqilabının rəhbərliyinə seçilməsindən hələ iyirmi dörd saat keçməmişdi ki, mənə onunla xüsusi görüş verdilər. Görüş saat on ikiyə iyirmi dəqiqə qalmış onun dəftərxanasında olmalı idi. Mən bir qədər tez getdim. Dəstəmaz da almışdım ki, ilk vaxt namazı üçün hazır olum. Zöhr azanına beş dəqiqə qalırdı, gördüm ki, ağa səccadəsini sərib. Namaz vaxtı çatdıqda Böyük Rəhbər səccadəyə tərəf getdi və namazını ilk vaxtda mərhum İmamın dövründə olduğu kimi, camaatla qıldıq. Mən o gün həzrət İmamın namazın ilk vaxtına olan dərin inamını, Əzəmətli Rəhbərin davranışında müşahidə etdim.
    Şəhid marşal Əli Səyyad Şirazi
    İstisnai insan
    Höccətiyyə mədrəsəsində onunla bir otaqda qalırdıq. Böyük Rəhbərin gecə ibadətləri cavanlıq dövründən çox xüsusi bir ibadət idi. Hər gün sübh azanı vaxtı o, höccətiyyə mədrəsəsinin qapısının qarşısında uca səslə azan verirdi. Onunla birlikdə Cəmkərana getdikdə Əzəmətli Rəhbəri istisnai bir insan kimi gördüm. Onun həzrət İmam Mehdiyə (əc.) xüsusi diqqəti və məhəbbəti var. Bəlkə də çoxları düşünürlər ki, həzrət İmamdan sonra rəhbərlik ona keçdi. Amma məncə o, Allahın bu günlər üçün saxladığı nemətidir.
    Höccətül-İslam Təvəssüli
    Raz-niyaz
    Əzəmətli Rəhbərin sabit proqramlarından biri sübh azanına ən azı bir saat qalmış yuxudan oyanmaq və azana qədər gecə ibadətləri ilə məşğul olmaqdır. O sonra sübh namazını qılır, namazdan sonra dağa çıxmaq proqramı olsa, gedir, olmasa bir qədər istirahət edir və adəti üzrə səhər saat səkkizdə işə başlayır.
    Onun işi bir neçə növdür: O, bəzən yüksək rütbəli məmurlarla və zabitlərlə görüşür. Onlar gəlib öz işləri haqqında Böyük Rəhbərə məlumat verirlər, o da lazımi göstərişləri verir. Bu proqramlar adətən günortaya qədər uzanır. Sonra zöhr namazına növbə çatır. Onun üstünlüklərindən biri budur ki, bütün namazlarını camaatla qılır: hətta sübh namazını da. Sübh namazını camaatla evinin içində qılır. Onun zöhr namazı bir qrup görüşənlərlə və həmçinin dəftərxanasındakı işçilərlə qılınır. Bəzən Böyük Rəhbəri çox sevən bəzi şəxsiyyət və alimlər namazlarını onunla qılmaq istədiklərindən dəftərxanaya gəlir və camaat namazını onun arxasında qılırlar. Zöhr namazı qılındıqdan sonra nahar yeməyi və istirahət üçün evinə gedir. Onun günortadan sonrakı işləri saat 16:00-da başlayır və axşam namazına qədər çəkir. Axşam namazını camaatla qılır və gecə istirahətə qədər mütaliə ilə, xəbərləri izləməklə və ailəsinin yanında keçirir.
    Höccətül-İslam Məhəmmədi Gülpayiqani
    Namazda vüqarlılıq
    Mən də Böyük Rəhbərlə birgə İranşəhr şəhərində sürgündə idim. Müxtəlif şəhərlərdən bəzi insanlar və ruhanilər bizim görüşümüzə gəlirdilər. Namaz vaxtı çatdı. Hamı camaat namazı qılmağa hazırlaşdıq. Ayətullah Xamenei camaat imamı kimi namaz qılanların qarşısında dayandı və namaza başladı. Bu zaman bir çəpiş içəri daxil oldu və camaatın qarşısında atılıb–düşməyə başladı. Bizim hamımızı güldürdü. Namazını vüqarla və aram şəkildə sona çatdıran yeganə şəxs ağa idi. Namazdan sonra ondan soruşduq: "Siz necə özünüzü ələ aldınız və gülmədiniz?” O, buyurdu: "Mən ümumiyyətlə çəpişin gəlişini duymadım".
    O, namazda nə qədər Rəbbi ilə raz-niyazla məşğul idi ki, ümumiyyətlə çəpişi görməmişdi. Bu, olduqca əhəmiyyətlidir. Biz gərək ağanın namazından və diqqətindən dərs öyrənək.
    Höccətül-İslam Raşid Yəzdi
    Quran oxuyarkən göz yaşı
    Müharibə zamanı Böyük Rəhbərlə birgə 25-ci Kərbəla diviziyasına tərəf gedirdik. Yolda sürücü maşının radiosunu qoşdu. Radioda Qurani–kərimin ayələri tilavət olunurdu. Bir neçə ayə oxunduqdan sonra Ayətullah Xamenei də onunla birgə zümzümə etməyə başladı. Quran ayələrini radio ilə birgə oxuyur və ağlayırdı. O, boynuna saldığı şalın (çəfiyənin) ucu ilə gözünün yaşını silirdi. Mən o gün ondan çox böyük bir dərs öyrəndim və bu səhnəni görməklə çox ürəkləndim. Bundan böyük fəxr nə ola bilər ki, belə bir insanlar bizim hidayətçilərimiz və komandanlarımızdırlar.
    General Mürtəza Qurbani
    Namaza əhəmiyyət vermək
    Ayətullah Xameneinin bütün rəftarı və hərəkətləri bizə mənəviyyat dərsi idi. Ölkə prezidentinin heç bir hay-küysüz səngərlərə, diviziyalara və qərargahlara gəlməsinin özü bizim üçün təvazökarlıq dərsi idi. Bu bir dərs idi, bu dərsin yanında onlarla, bəlkə də yüzlərlə başqa dərs də öyrənmişik.
    Bir gün Xürrəmşəhrin arxasında, həzrət İmam Rza (ə) diviziyasının qərargahında idik. Düşmən çox təzyiq göstərirdi. Hava da olduqca isti idi. Zöhr azanının səsi bizi namaza dəvət etdi. Böyük Rəhbər qərargahda idi. Hamı öz muradlarının imamlığı ilə camaat namazı qılmağa hazırlaşdı. Məsciddə namaz qılmaq üçün yer yox idi. Ağa bayıra çıxdı və isti havada bir palaz sərib namaz qılmağa başladı. Uşaqların hamısı xüsusi şövqlə Böyük Rəhbərə iqtida etdilər. Hava o qədər isti idi ki, alınlarımızı səcdə zamanı möhrün üzərinə qoyduqda istiliyindən ona yapışırdı. Havanın istiliyi və düşmənin təzyiqləri heç vaxt namazı ilk vaxtda və camaatla qılmağa mane olmadı. Bu, o Şanlı Rəhbər tərəfindən namaza verilən əhəmiyyətdir.
    General Şüştəri
    Təbərrük ayranı
    Müharibə zamanı Böyük Rəhbər əl-Qədir briqadasına getdi. Mən də onun yanında idim. O, Yəzd vilayəti döyüşçülərinin arasında çıxış etdi və sonra biz komandanlığın səngərinə sarı yola düşdük.
    Naharı səngərdə yedik. Çox böyük və əxlaqlı şəxsiyətlərdən olan Ayətullah Seyid Ruhullah Xatəmi də orada idi. O, çox qocalmışdı. Özünün titrək əlləri ilə böyük bir kasanı götürdü, içinə bir qədər qatıq töküb ayran düzəltməyə başladı. Ayran hazır olduqda, kasanı Böyük Rəhbərin yanına gətirdi və dedi: "Ağa, ayranı sizin üçün düzəltmişəm”. Ayətullah Xamenei buyurdu: "Siz çox böyük zəhmət çəkmisiniz, özünüz meyl edin”. Ayətullah Seyid Ruhullah Xatəmi dedi: "Əvvəl gərək siz içəsiniz, mən bu ayranı sizin üçün düzəltmişəm. Siz buyurun için, sonra mən onun artığından təbərrük məqsədi ilə içəcəyəm”.
    Böyük Rəhbər kasanı almaq istədi, Ayətullah Xatəmi buyurdu: "Yox, mən istəyirəm sizə öz əllərimlə ayran verim”. O, öz titrək əlləri ilə kasanı saxladı və ağa ayrandan içdi. Böyük Rəhbər içdikdən sonra Ayətullah Seyid Ruhullah Xatəmi kasanı yerə qoydu, onu qarışdırdı və sonra dodaqlarını Rəhbərin içdiyi yerdən dayayıb, ayran içməyə başladı.
    Höccətül-İslam Zün-nur
    Gecə ibadəti
    Böyük Rəhbərin xüsusiyyətlərindən biri gecələr ibadət etməkdir. Sakit gecələr Ayətullah Xameneinin Allahla münacatının və raz-niyazının şahididir. Gecə ibadətləri ağanın prezidentlik dövründən onun həyatına xüsusi nur bağışlayıb.
    Böyük Rəhbər bir dəfə Suriyaya səfər etdi. O, səhər saat 10:00-da Suriyanın sabiq prezidenti Hafiz Əsədlə görüşəcəkdi. Hafiz Əsəd Böyük Rəhbərdən soruşdu: "Gecə yaxşı yata bildinizmi?” O elə bilirdi ki, Ayətullah Xamenei də digər hökumət başçıları kimi saatlarla istirahət edir. Böyük Rəhbər ona buyurdu: "Mən yeddi saatdır oyağam”.
    Allah adamları həmişə belədirlər, məhbublarına olan eşqləri və gecə yarısının göz yaşları onlar üçün ən yaxşı istirahətdir.
    General Məhəmməd Şirazi
    Mətanətli və vüqarlı şəxsiyyət
    Ayətullah Şübeyri Zəncaninin qardaşı Hacı ağa İbrahim Zəncaninin Böyük Rəhbərlə yaxın münasibəti var idi. Onlar hələ inqilabdan qabaq dost idilər. Təqribən 35 il bundan əvvəl mən onun vasitəsi ilə Ayətullah Xamenei ilə tanış olmumuşam. O zaman mən ağanın vücudunda xüsusi bir əzəmət və vüqar duyurdum. O çox mətanətli və ağır adam idi. Müslim ibn Əqilin şəhidlik gecəsi onunla birgə Məşhədin Nəvvab mədrəsəsində idik. O buyurdu: "Yaxşı olar ki, bu gecə həzrət Müslimə təvəssül edək”. Biz 10-12 nəfər idik. Ağa dostlarımızın birinə dedi: "Yaxşı olar ki, siz minbər edəsiniz və biz də təvəssül edək”.
    O gecə çox rövnəqli bir məclis təşkil olundu. Mən o zamandan Ayətullah Xameneiyə vuruldum. O, cavanlıq dövründən qeyri-adi rəftara malik idi. O günlərdə də biz ondan mürüvvətə zidd olan bir hərəkət belə görmədik.
    Höccətül-İslam Mütəməssiki
    Category: Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar | Views: 996 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024