İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 22
Qonaqlar 22
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » 2011 » September » 5 » Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar
    8:45 AM
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar
    Səkkizinci fəsil: Diqqətlər və incəliklər
    İctimai və siyasi məsələlərə diqqət
    Böyük Rəhbərin ictimai və siyasi məsələlərdə çox böyük diqqəti vardır. O, bu məsələləri hərtərəfli araşdırır. Bu diqqət təkcə son illərə və yaxud da İslam inqilabının qələbəsindən sonrakı illərə aid deyil. O, tağut zamanında da ictimai-siyasi məsələlrdə bu qədər diqqətli idi.
    Mən onunla ilk dəfə 1974-cü ildə görüşmüşəm. Onda o məndən soruşdu: "Haralısan?” Dedim Şahrzadan. Dedi: "Şahrzanın mədəniyyəti necədir?” Dedim: "Təzəliklə şəhərimizdə bir hərbi qarnizon yerləşdiriblər, buna görə Şahrzanın siması və oranın yerli mədəniyyəti dəyişib”. O soruşdu: "O qarnizonda nə yerləşir: batalyon, briqada, yoxsa diviziya?” Dedim: "Mən belə şeylərlə çox da tanış deyiləm”. O buyurdu: "Növbəti dəfə Məşhədə gələndə bu barədə mənə məlumat verərsən”. Mən bir müddət ordunun həbsxanasında qaldım və orada hərbi məsələləri və rütbələri öyrəndim. Bu, mənim üçün çox maraqlı idi, çünki siyasi və ictimai məsələlərdə onun dərin diqqətini göstərirdi.
    Höccətül-İslam Seyid Əbülhəsən Nəvvab
    Ətrafındakılara diqqət
    Böyük Rəhbərin ölkə başçıları ilə görüşü olanda onun dərftərxanasından bir nəfər mütərcim seçilir. Mütərcim seçimində Ağanın çox xüsusi diqqəti var, çalışır ki, mütərcim sözlərin tələffüzündə və tərcüməsində dəqiq olsun.
    Bir gün şimaldan qonşu olan ölkə başçılarından biri Ayətullah Xameneinin görüşünə gəldi. Adət üzrə mütərcimi seçdik, mütərcim o prezidentin dililə yanaşı, həm də türk dilini bilirdi. Böyük Rəhbərin yanına çatdıq, amma sözügedən prezident təkid etdi ki, onun ölkəsinin səfiri mütərcimlik etsin. Dəftərxananın bu istəyi qətiyyətlə rədd etməsinə baxmayaraq, prezident qəbul etmədi və məsul şəxslər razılaşmağa məcbur oldular.
    Görüşdə Böyük Rəhbərin baxışı birinci mütərcimə düşdü və bildi ki, bu məsələdən narahat olub. Ona buyurdu: "Cənab, deyəsən siz türk dilini də bilirsiniz”. Sonra onun doğulduğu yeri soruşdu və dedi: "Yəqin sizin türk diliniz Ərdəbil ləhcəsi ilədir”. O cavab verdi: "Bəli, elədir”. Onunla bir qədər söhbət etdi və mütərcimin sakit və normal vəziyyətdə olduğuna əmin olduqdan sonra prezidentlə söhbətinə başladı.
    Mənim üçün çox maraqlı idi ki, Ayətullah Xamenei öz ətrafındakılardan xəbərsiz olmur. O hətta bir nəfərin belə başqasına görə narahat olmasına imkan vermir.
    Höccətül-İslam Məhəmmədəli Həqqani
    Övlad tərbiyəsi
    İran İslam İnqilabının qələbəsindən bu günə qədər Əzəmətli Rəhbər müxtəlif vəzifələrdə və ölkənin ən yüksək məqamlarında xidmət göstərib. O səkkiz ilə yaxın prezident vəzifəsində çaışıb və 1989-cu ildən bu günə qədər müsəlmanların rəhbəri vəzifəsini yerinə yetirir. Təbiidir ki, belə bir şəxsin həm özü, həm ailəsi və həm övladları bu mövqelərdən istifadə edib var-dövlət sahibi ola bilərdilər, amma bizim hamımız şahidik ki, Ayətullah Xameneinin övlad tərbiyəsinə çox diqqət yetirdiyindən, hətta bir dəfə də onun övladlarının qanunsuz iş görmələrini və yaxud da atalarınn məqamından sui-istifadə etmələrini görməmişik. Əgər belə bir şey olsaydı, onunla və İslamla qatı düşmən olan istismarçı ölkələrin və sionizmin KİV-i dünyanı özlərinin puç təbliğatlarıyla ilə doldurardılar.
    Böyük Rəhbərin övladlarının tərbiyəsinə xüsusi diqqəti var. O buyurub: "Televiziyada maraqlı bir veriliş olanda övladlarımı çağırıram ki, o verilişə yaxud söhbətə baxsınlar”. Onun ailədə rəftarı da övladlarınn əxlaqi cəhətdən yüksək səviyyədə tərbiyə olunmalarına səbəb olub.
    Əli Şirazi
    Diqqət
    İsti yay günlərindən birində axşam vaxtı Böyük Rəhbərin yanına getdim. Həyət döşənmişdi, ağa da tək-tənha idi. O mühitdə sevgili Rəhbərdən və onun sözlərindən yeni can almaq çox fərəhli idi. Namaz vaxtı oldu, əzizlərdən də bir neçəsi namaz qılmaq və öz əziz rəhbərlərinə iqtida etmək üçün oraya gəldilər.
    Biz namaz qılanda Böyük Rəhbərin nəvəsi mənim ağ nəleynimə tərəf getdi, kiçik ayaqlarını ona saldı və yeriməyə başladı. Bu iş namaz bitənədək davam etdi, namazdan sonra Böyük Rəhbər üzünü mənə tutub buyurdu: "Bu uşaq ayaqlarını sizin ayaqqabınıza salmaqla təbərrük etmişdir”. Mən dedim: "Yox, mənim ayaqqabım onun ayaqlarından təbərrük etdi”. Bu söhbətdən sonra Ayətullah Xameneinin göstərişilə onun ağ nəleynini gətirdilər və onu mənə hədiyyə etdi.
    Höccətül-İslam Seyid Müctəba Hüseyni
    Tərif edərkən diqqətli olmaq
    1972-ci ilin yayı idi. Mən Məşhəddə idim. Bir gün bir neçə dostum təklif etdi ki, nahar yeməyini kəndlərdən birində yeyək. Təklifi qəbul etdim və yola düşdük. Naharı həmin yerdə yedik, sonra elmi və siyasi müzakirələr başlandı. O məclisin mübahisə mövzularından biri bir univeristet müəllimi haqqında idi. Dostlarımdan bir neçəsi onunla muxalif idilər, amma mən o zaman onun qatı müdafiəçilərindən idim və onu çox güclü müdafiə edirdim.
    Bəhs sona çatdı, eşitdik ki, Ayətullah Xamenei yaxınlarda sakindir. Vaxtı qənimət bilib hamılıqla onun görüşünə getdik, görüşdən sonra qonaqların sırasına qoşulub minibusla Məşhədə qayıtdıq. O zaman Böyük Rəhbər də bizə qoşuldu, mən bir qədər irəlidə olduğuma görə dayandım və onunla birlikdə minibusa mindim. Onun arxasında oturdum və fürsəti fövtə verməyib, həmin universitet müəllimi haqda fikrini öyrənmək istədim. O, çox mətanətlə və ağır-ağır söhbətə başladı. Kimsənin qeybətini etmədən sakit halda buyurdu: "İnsanları tərifləyərkən hədlərə riayət etmək lazımdır, gərək elə tərifləyəsən ki, o şəxsin zəif məqamları və səhvləri təsdiq olunmasın”. Mənim üçün çox şirin və gözəl idi ki, o zaman - 1972-ci ildə belə bir dəqiq cavab eşitdim.
    Höccətül-İslam Məhəmmədrza Fakir
    İncəliklərə verilən fikir
    İnqilabdan öncə İslamın bəzi məfhumları materialist və ateist məfhumları ilə qarışdırılırdı. Böyük Rəhbər bu məsələ ilə bağlı çox həssas idi. Onun bu işi Xorasanda bu təfəkkürün qarşısını almaq üşün çox böyük təsir qoymuşdu. Ustad Şəhid Ayətullah Mütəhhərinin Məşhədə səfərlərinin birində düşüncə və məfhumların sərhədləri haqqında söhbət açıldı. Ustad Mütəhərri Ayətullah Xameneinin tələbələrinin nəzər və baxış nöqtələrini gördükdə, gülümsəyərək razılıqla buyurdu: "Çox yerdə bu qədər dəqiqlikdən xəbər yoxdur. Məşhəddə bu məsələlərə diqqət cənab Xameneinin bərəkətli vücuduna görədir”.
    Höccətül-İslam Amili
    Firdövsə yardım fondu
    1968-ci ildə Firdövsdə zəlzələ oldu, Rəfsəncanda xalq tərəfindən bir qədər yardım hazırladıq və zəlzələdən zərər çəkmiş insanlara yardım məqsədi ilə Xorasana yolladıq.
    Məşhəddə bildik ki, təqlid mərcələrindən biri Firdövsdə yardım fondu təşkil edib. Fond Ayətullah Xamenei, Ayətullah Vaiz Təbəsi, Höccətül-İslam Şəhid Haşiminijad və Höccətül-İslam Muhami kimi böyüklərin nəzarəti altında idarə olunur. Rəfsəncan rayonunun əhalisinin kömək karvanı Firdövsə yollandı, orada sözügedən fonda müraciət etdik ki, gətirdiklərimizi təhvil verək. O gün cədvələ əsasən, Ayətullah Xameneinin cavabdeh olduğu gün idi. O çox çalışırdı və çox gözəl rəftar edirdi. İlk görüşümüzdən mən ona vuruldum. Bu səfərdə ilk dəfə olaraq ondan xahiş etdik ki, mübarək Ramazan ayının təbliğini Rəfsəncana gəlsin. Gətirdiyimiz yardımları Ayətullah Xameneiyə təhvil verdik. O, gözəl əxlaqı ilə məni özünə valeh etdi, onunla çox səmimi söhbət etdik. O buyurdu: "Zəlzələdən bir gün sonra Firdövsə gəldik, bölgəyə baxdıq, uşaqların səsi hər yeri bürümüşdü, anladıq ki, onlar acdırlar Dedim tez süd və bir qədər süd şüşəsi gətirdilər, onları uşaqların arasında böldük, bir qədəri qaldı, yenidən həmin işi təkrar etdik. Üçüncü gecə heç bir uşaq ağlamırdı, çünki onların hamısı tox idilər.
    Bu iş onun diqqətinin, istedadının, incəliklə proqramlaşdırmasının, idarəçiliyinin və onun işə kompleks yanaşmasının göstəricisidir. Bu qüdrət 1968-ci ildə onda görünürdü.
    Höccətül-İslam Hacı Şeyx Abbas Purməhəmmədi
    Ata kimi övladlar
    Böyük Rəhbər igid könüllülər zümrəsindəndir. Onun övladları da belədir. Ayətullah Xamenei prezidentlik dövründə xalqı müharibədə iştirak etməyə çağırırdı, onun övladları da cəbhəyə gedirdilər. Bədr əməliyyatı zamanı ön cəbhədə mən onun əziz övladı ağa Mustafanın arif könüllülərin yanında olduğunu gördüm. Səkkizillik müqəddəs müdafiə dövründə mən onu dəfələrlə "Seyyidüş-şühəda” və "Muhəmməd rəsulullah” diviziyalarında görmüşəm. Ağanın övladlarının cəbhədəki belə şücaəti Böyük Rəhbərin sözdə və əməldə düzgünlüyündən və övladlarının tərbiyəsinə verdiyi əhəmiyətdən irəli gəlir.
    Ordu generalı Seyid Yəhya Səfəvi
    Nəsihətin incəliyi
    Mənim övladlarımın birinin nikah əqdini Böyük Rəhbər oxuyub. Əqd mərasimi bitdikdən sonra o, bəy və gəlinləri nəsihət etdi. O buyurdu: "Əgər siz cansız bir cismi evinizə aparsanız, onu bir əşya kimi saxlamaq istəsəniz, baxmağa o qədər də ehtiyacı yoxdur, bəlkə də ayda bir dəfə tozunu alsanız, yetər, amma əgər bir güldan təzə gülü evinizə aparsanız, gərək hər gün ona baxasınız, muğayat olasınız, onun havasına, suyuna, işığına lazımi diqqəti göstərəsiniz. Siz indi bir canlı gülü evə aparırsınız, gərək daimi olaraq ondan muğayat olasınız ki, solmasın. Gəlinlər də gərək öz ərlərindən muğayat olsunlar, onlara lazımi qulluğu göstərsinlər. Bəylər də öz xanımlarından muğayat olsunlar və onlara məhəbbət bildirsinlər”. O nə qədər diqqətlə və incəliklə nəsihət etdi! Bu sözlər onun cavan nəslə olan qayğısını göstərir.
    Höccətül-İslam Seyid Əliəkbər Hüseyni
    Ailə məsələlərinə diqqət
    Böyük Rəhbərin bütün işlərə diqqəti vardır. Ailə üzvlərinə diqqət göstərməkdə o, xüsusi çalışır. Bir gün inqilab keşişçiləri korpusunun zabitlərinin onunla görüşü vardı. Görüşdən qabaq mən dəftərxanada onunla görüşdüm. Ağa hal-əhval soruşduqdan sonra ayaq üstə durmasına baxmayaraq dedi: "İşlərinizi yerinə yetirməklə yanaşı ailə məsələlərinə də diqqət yetirin, belə olmasın ki, təkcə korpusun proqramlarını yerinə yetirəsiniz, amma ailə üzvlərinizin haqqı taqdalansın və övladlarınız elə duysunlar ki, siz onlara layiqincə diqqət yetirmirsiniz. Sizin övladlarınız inkişaf mərhələsindədirlər və sizin məsləhətlərinizə daha çox ehtiyacları var. Evləri yaxında olanlar mümkünsə, nahar yeməyini ailə üzvlərilə yeməyə çalışsınlar”.
    Ağanın ailəyə olan bu diqqəti mənim üçün çox maraqlı idi. Bu diqqət onun, həyatın ən xırda məsələlərinə belə fikir verdiyini göstərir. O, ölkənin və silahlı qüvvələrin mühüm işlərinə xüsusi həssaslıqla yanaşmasına rəğmən, bəzən çox zərif və dəqiq məqamlara toxunur, eyni zamanda bizim hamımız üçün dərs olan mühüm məqamları xatırladır.
    Höccətül-İslam İbrahim Razini
    Könüllülərlə birgə şam yeməyi
    İran və İraq müharibəsi vaxtı Ayətullah Xamenei Şirazlı döyüşçülərlə görüşmək üçün Əhvazın beş kilometrliyində yerləşən Fəcr diviziyası qüvvələrinin yerləşdiyi yerə gəldi. O həmin gün "Sarəllah” aşiqləri hüseyniyyəsində könüllülər və korpus zabitləri arasında geniş çıxış etdi və ondan sonra buyurdu: "Mən bu gecə çox yorulmuşam və bu qarnizonda yatmaq istəyirəm”. Onun bu təklifi mənim üçün çox sevindirici idi, istirahət üçün onu diviziyanın qərargahına apardıq. Cəmiyyət o qədər izdihamlı idi ki, onun qolu və çiyinləri əzilmişdi. Ağa yoldaşlarından birinə dedi: "Bax, gör paltarlarıma qan toxunmayıb?” Sonra o, istirahət paltarlarını geyindi və çox səmimi surətdə əyləşdik. Bu zaman Ağa üzünü mənə tutub dedi: "Şam yeməyinə bizə nə vermək istəyirsiniz?” Dedik ki, kabab və plov. Dedi: "Yox, biz bütün əsgərlərin yediyi yeməkdən yeyəcəyik”. Dedim: "Sizin qarnizona gəlişiniz münasibətilə hamıya kabab və plov hazırlamışıq”. Buyurdu: "Çox yaxşı iş görmüsünüz, olar ki, biz də əsgərlərlə birgə yemək yeyək?” Dedim: "Bütün uşaqların arasında mümkün deyil, bölüklərin uşaqları hər biri öz bölüklərinin yerləşdiyi yerdə şam yeyirlər. Qərargah işçiləri və bəzi zabitlər isə yeməklərini hüseyniyyədə yeyirlər, biz onlara qatıla bilərik”. Ağa dedi: "Çox gözəl, biz də oraya gedərik”.
    Ayətullah Xamenei ilə birgə "Sarəllah aşiqləri” hüseyniyyəsinə getdik və döyüşçülərlə birgə xörək yedik. Bizim ogünkü süfrəmizdə turşu, göyərti və qazlı içkilər də vardı. Uzun süfrənin arxasında Ağa belə buyurdu: "Sizə afərin! Bəziləri belə düşünürlər ki, könüllülər və zabitlər gərək həmişə pendir-çörək yesinlər”. Şamdan sonra ağa ilə birgə qərargaha gəldik, orada Böyük Rəhbər diviziyanın şam süfrəsini tərifləyərk dedi: "Şirazlılar zövqlü və səliqəlidirlər, bugünkü süfrə də onların zövqlü süfrəsindən idi”.
    General Cəfər Əsədi
    Səs-səmirsiz işlər
    1995-ci ildə bir manevrdə iştirak etmək üçün Ağa Bəndər Abbas şəhərinə səfər etdi. Qərara gəlindi ki, o, vilayətin vəzifəli şəxsləri ilə də iclas keçirsin. Həmişə məhrumlar üçün ürək yandıran Rəhbər həmin məclisdə məsul işçilərə dedi: "Siz sədd çəkmək, zavod açmaq və sair bu kimi mühüm işlər görürsünüz, onun üçün geniş təbliğat aparılır, amma hərdən də səs-küysüz, lakin olduqca əhəmiyyətli olan işlərin dalınca getmək lazımdır. Elələri var ki, bir neçə ailələri var və iqtisadi cəhətdən yaxşı yaşamırlar, bəzən onlara da baş çəkin və problemləini həll edin. Bu işlər əbədidir, ola bilər ki, bu işlərlə ailələri qoruyasınız”.
    Ağanın bu məqamlara diqqəti çox gözəl və mühümdür. Bunlar ölkənin bütün vəzifəli şəxsləri üçün dərsdir.
    Cənab Nasir Ərəbha
    Qayınana üçün hədiyyə
    Gözlərimi ağanın əllərinə dikmişdim. O, üçüncü dərəcəli Fəth nişanını şəhid Əli Sakinin" ailəsinə təqdim edirdi. Böyük Rəhbərin istəyi ilə cənab Müqəddəm ona bir Quran gətirdi. O, Quranı şəhid Sakinin xanımına verib buyurdu: "Bunu qayınanan üçün hədiyyə apar”.
    Bu diqqətin şövqündən axan göz yaşlarım hələ dayanmamışdı ki, rəhbərim o ləyaqətli xanımdan övladlarını soruşdu, şəhidin böyük bir qızı olduğunu bildikdə, şəhidin xanımına bir hədiyyə verib buyurdu: "Övladın üçün cehiz hazırla”.
    Ötən il Şəhid Əli Saki Əhvaz-Xürrəmşəhr magistral yolunda, bir qumbara açmış münafiqi qucaqladı ki, təkcə özü ölsün və digərlərinə xəsarət dəyməsin. O zaman Şəhid Saki bəlkə də fikirləşmirdi ki, qızı necə ər evinə köçəcək. Görəsən həyat yoldaşı qayınanası ilə keçinə biləcək və yaxud anası onun üçün mehriban dost olaraq qala biləcəkmi? O gün bu şəhidin ruhu bizim kütləyə hakim idi. 2000-ci ilin qışında qardaşı və kiçik yaşlı övladı da əziz Xameneinin isti məhəbbətindən, fevral ayının soyuğunu unutmuşdular.
    Əli Şirazi
    Unudulmaz təşkilatçılıq
    Böyük Rəhbər İranşəhr rayonunda sürgündə olarkən sel Sistan və Bəlucistan vilayətinin bir hissəsini dağıtdı. O, özünün həmişəki təşkilatçılığı ilə yardım komitəsini təşkil etdi və seldən zərər çəkənlərə köməyə başladı. O bu köməyin yanında böyük bir mədəni işə də imza atdı və xalqı tağut rejiminin təhlükələrindən xəbərdar etdi. Böyük Rəhbərin bu vilayətdə etdiyi xidmətlər oranın xalqı üçün unudulmazdır. Mən Sistan və Bəlucistanın qubernatoru idim, biz ağa ilə birgə İranşəhrə səfər etdik. O səfərdə xalqın Böyük Rəhbərə çox güclü məhəbbətinin şahidi oldum. Mənim üçün çox maraqlı idi ki, o, İranşəhrin bütün məsələlərindən xəbərdardır. Bu diqqət, həm də ağanın güclü yaddaşını nümayiş etdirir.
    Doktor Mənuçehr Məhəmmədi
    "Bəs qalanı?”
    Həzrət Rzanın (ə) hərəminin zərihini dəyişdirən zaman Böyük Rəhbərlə birgə hərəmə getdik. Böyük Rəhbər məzarın yanında raz-niyazla məşğul idi. Zərih götürüldüyündən qəbir yanında olmanın xüsusi halı vardı. Ayətullah Xameneinin raz-niyazı bitdikdən sonra cənab Vaiz Təbəsi ona dedi: "Övladlarınız da yaxına gəlib İmamı yaxından ziyarət etsinlər”. O buyurdu: "Bəs qalanı?”
    Ağa həmişə belədir. O öz övladları üçün xüsusi bir üstünlük tanımır. O gün də buyurdu: "Əgər hamı İmamı yaxından ziyarət edə bilərlərsə, mənim övladlaırm da gəlsinlər”. Hamımız belə ziyarətə nail olduq, çox yadda qalan bir gün idi. İmamın bəzi aşiqləri orada çox qəribə hisslər keçirdilər.
    Höccətül–İslam Məhəmmədəli Həqqani
    "Düşmən daha güclüdür!”
    Bir gün Böyük Rəhbərə dedim: "Müadafiə nazirliyinin bu qədər qarnizonları var, yazın ki, onlardan birini Quran və namaz işləri üçün Namaz komitəsinə versinlər”. Ağa elə bir cümlə buyurdu ki, bizim hamımız üçün dərsdir. O dedi: "Müdafiə qüvvələri elə bilməməlidirlər ki, zorla ondan nəisə almaq olar. Dost güclüdürsə, düşmən daha güclüdür”.
    Bu məqam Böyük Rəhbərin uzaqgörənliyini göstərir. Çox mühümdür ki, insan hər bir işdə onun bütün tərəflərini nəzərə alsın. Ayətullah Xameneinin belə bir xüsusiyyəti var, bəzən haradasa bir qrupa, yaxud təşkilata çox böyük bir dərsi öyrədir.
    Höccətül-İslam Möhsin Qiraəti
    "Qanunu pozana qarşı tədbir görün; mənim oğlum olsa da!”
    Yüksək vəzifəli hərbçilərdən biri bir yeri tutmaq haqda əmr vermişdi. O, haqlı olsa da, bu iş üçün qanuni icazəsi yox idi. Hərbi tribunal hadisənin təfərrüatını hazırlayıb, Böyük Rəhbərə göndərdi. O, altından belə yazdı: "Qanunu pozana qarşı tədbir görün, hətta mənim oğlum olsa da”. Bu məqam mənim üçün çox əhəmiyyətli idi, çünki, o yerin tutulması əmrini verən zabit çox ədalətli insan idi, çox yüksək vəzifəsi də vardı, amma ağanın qanuna baxışı belə bir əmri verməsinə bais oldu.
    Böyük Rəhbər qanuna çox dəyər verir. Müxtəlif cinayət işlərində bu məsələ daha qabarıq görünür. Qanunu pozan şəxs mühüm vəzifədə və yaxud yüksək rütbədə olsa belə, qanunu pozmuşsa, o, cəza tədbiri barədə fərman verir. Onun belə rəftarı bizim hamımız üçün dərs və örnəkdir.
    Höccətül-İslam Niyazi
    Suya qənaət
    1979-cu ildə İmamın övladı Hacıağa Mustafanın şəhid edilməsilə əlaqədar olaraq, ölkədə yeni bir ab-hava yarandı, İslam inqilabı daha da rövnəqləndi. Tağut rejimi bu hərəkatı sındırmaq və inqilabın öncülləri arasında ayrılıq salmaq üçün onları müxtəlif şəhərlərə sürgün etdi. O cümlədən, Böyük Rəhbər İranşəhrə sürgün edildi.
    Mən həmin il onun görüşünə nail oldum. Sürgündə olan alimlərin bir-birilə rəftarı çox səmimi idi, onlar tələbəlik dövründəki kimi işləri öz aralarında bölmüşdülər. Mən orada olanda nahar yeməyinin qablarını yumaq Böyük Rəhbərin vəzifəsi idi. Nə qədər israr etsəm də, qabları yumağa icazə vermədi və buyurdu: "Bu mənim öhdəmə düşən işdir, siz başqa bir iş görə bilərsininz”. Mən o gün diqqətlə Ağanın qab yumasına tamaşa etdim. O, qabı təmiz yumağa və eyni zamanda suya qənaət etməyə çalışırdı. O, bu müddətdə də fürsətdən istifadə edir və yanına gələnləri dövrün vəziyyəti və dini məsələlər barədə məlumatlandırırdı.
    Höccətül-İslam İbrahim Razini
    Hərbi forma geyinmək
    Böyük Rəhbər mənə buyurdu: "Mən müharibə zamanı döyüşə həmişə hərbi formada geirdim, amma həmişə tərəddüd içindəydim. Düşünürdüm ki, görəsən Peyğəmbər libasını kənara qoyub, dar hərbçi paltarı geyinmək düzgündür, yoxsa yox? O, Tehrana qayıdan zaman ruhani libasını hərbi formanın üstündən geyinirdi və həzrət İmama raport verdikdən sonra cümə namazına gəlir və vəhdət yaradan cümə namazını qılırdı.
    Böyük Rəhbər sözünün davamında buyurdu: "Mən cəbhəylə bağlı raport vemək üçün Cəmarana getdim. İmam pəncərənin arxasında dayanmışdı, mən çəkmələrimin bağını açarkən bir qədər yubandım. Həzrət İmam dayanmışdı və gülər üzlə mənə baxırdı. Otağa girib İmamın əlini öpdüm. O, əlini mənim kürəyimə vurub buyudu: "Bir vaxtlar əsgər paltarı geyinmək el arasında mürüvvətə zidd hesab olunurdu, amma indi görürəm ki, bu sizə necə də yaraşır!” Ayətullah Xamenei buyurdu: "İmamın bu könül oxşayan sözü ürəyimdəki tərəddüdü məhv etdi. O gündən sonra hərbi forma geyinərkən ləzzət alırdım.
    Höccətül-İslam Zün-nur
    Çadırlarda
    Böyük Rəhbərin məhrum bölgələrə və ucqar yerlərə xüsuisi diqqəti var. O, həmişə vəzifəli şəxslərə tapşırır ki, belə yerlərə xüsusi diqqət yetirsinlər. Onun səfərlərinin çoxu belə yerlərədir. Bu səfərlərin birində mən də onunla birgə Yasuca getdik.
    Bu bölgə xüsusi məhrumiyyətdə yaşayırdı, təkçə kəndlər yox, şəhərin özü də ciddi qayğıya ehtiyaclı idi. Ağa ilə birgə çadırlara baş çəkdik. Bəzi nazirlər də Böyük Rəhbərin yanında idi. Nahar süfrəsi salındı, Ayətullah Xamenei nazirlərə muraciət edərək buyurdu: "Səfərlərinizdə mütləq məhrum və ucqar yerləri seçin, onlara baş çəkin. Əgər bu səfərdə onlar üçün bir iş görməsəniz də, eybi yoxdur, biz ki onlar kimi yaşaya billmərik. Düzdür, onlar kimi olmasaq nə çəkdiklərini də dərk edə bilmərik, lakin bu görüşlər sizin gələcək qərarlarınıza böyük təsir qoyacaq. Bu təsir verilən məlumatlarla vücuda gəlməz.
    Bu nəsihətlər bizim hamımızın yolu üçün bir çıraqdır. Xüsusən görəndə ki, o, bütün vücudu ilə buna əməl edir və çadırlarda yaşayanların arasında onların biri kimi danışır və dinləyir.
    Höccətül-İslam Əhməd Mərvi
    "Hansı hadisə?”
    Tehran universitetinin ətrafında baş verən məlum hadisə gecəsi mən şam namazımı ağanın arxasında qıldım. Namazdan sonra işlər haqda məlumat vermək üçün onun yanına getdim. O mənə dedi: "Mən belə hiss edirəm ki, bu gecə bir hadisə baş verəcək”. Öz—özümə dedim ki, yəqin bu məmləkətdə baş verən həmişəki hadisələrdən biri olacaq. Ertəsi gün eşitdim ki, unversitet məhəlləsində məlum hadisə baş verib. O, hadisənin xırdalıqlarını bilmirdi, amma deyəsən, belə bir hadisənin baş verəcəyi ağaya ilham olmuşdu.
    Höccətül-İslam Niyazi
    "Bu aeroportdan...”
    Ayətullah Xamenei dua, münacat, mənəviyyat və raz-niyaz adamıdır. O, Quran və dua oxuyan zaman, həmçinin Əhli-beyt (ə) müsibətləri, fəzilətləri deyildikdə göz yaşı tökür, arifanə və aşiqanə hal tapır. O, heç zaman keçmişdəki ibrətli hadisələri unutmur.
    Prezident olarkən bir gün o, Zahidana səfər etdi. Mən də onu müşayiət etməyə nail oldum. Təyyarə Zahidan aeroportuna enirdi, məsul şəxslər ağanı qarşılamaq üçün düzülmüşdülər. Böyük Rəhbər təyyarənin pəncərəsindən baxdı və gözünü o mənzərəyə dikərək dedi: "Bu aeroportdan məni qolları bağlı vəziyyətdə, iki polislə birgə təyyarəyə mindirib, Tehrana gətirdilər və Qızıl Qalada həbs etdilər.
    Bu söz mənim üçün çox əhəmiyyətli idi. O buyurdu: "Mən bir dəfə ölüm səfərinə gedib-qayıtmışam. Elə bildim ömrümün son anıdır, mən heç vaxt o anı unutmaram, onu tez-tez xatırlayıram”. Bu hadisə bizim üçün dərsdir. Belə bir şəxsiyyət bizim rəhbərimizdir. Heç şübhəsiz, onun rəhbərliyi Allahın lütfü və İslam ümməti üçün hədiyyəsidir.
    Höccətül-İslam Məhəmmədcavad Höccəti Kermani
    Şadqan üslubunda
    Böyük Rəhbərin şeir və məddahlıq sahəsində yerli üslublar haqqında xüsusi məlumatı var. O, bir çox incəsənət növləri ilə tanışdır.
    Şairlərin onunla görüşüb, şeir oxuduqları zaman mən də orada idim. Bu görüş Süsəngərddə, yaxud da Hüveyzədə idi. O gün şairlərdən biri ağaya dedi: "Əgər icazə versəniz, mən Azadeqan çölünün yerli dili ilə bir şeir oxuyum”. Böyük Rəhbər dedi: "Buyurun”. O, ərəb dili ilə bir şeir oxudu. Şeir bitdikdən sonra Ayətullah Xamenei ona dedi: "Bu şeir Şadqan üslubunda idi, Azadeqan çölünün yerli dilində yox”. Şeiri oxuyan dedi: "Siz haqlısınız, mən yanıldım. Bu üslub Şadqanın yerli uslubudur”.
    Hacı Sadiq Ahəngəran
    Category: Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar | Views: 983 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024