İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1820
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » 2011 » November » 27 » Əbədi öyüd (birinci cild)
    2:56 AM
    Əbədi öyüd (birinci cild)
    BIRINCI DƏRS
    ASIMANI ÖYÜD
    Bu, ölümə yaxın, zamanın qələbəsini etiraf etmiş bir atanın öyüdüdür; həyat ondan üz döndərmiş, o, rüzgara təslim olmuş, ölülər məskənində sakin olmuşdur; dünyanı məzəmmət etmiş, sabah isə ondan köçəsidir. O övlada vəsiyyət edir ki, arzularına çatmaz; o övlad ki, həlak olanların yolunu gedir, xəstəliklərin hədəfi, zəmanənin girovu olar. O, dünyanın qulu, hiylə və yalan sövdəgəri, heçliyin borclusu, ölumə giriftar, kədərlə vədəli, qüssə ilə yoldaş, bəlalarla nəfəs-nəfəsə, nəfs istəklərinə məğlub, gedənlərin canişinidir.
    Belə ki, dünyanın üz çevirməsini, dövranın azğınlığını, axirətin üz tutmasını gördükdə yalnız özümü düşünməli, arxada qalmış işlərə diqqət yetirməməli idim. Amma elə ki fikrim sadiqanə aşkarlandı, nəfs istəklərimin ardınca getməyimin qarşısı alındı, həqiqət mənim üçün işi aydınlaşdırdı, əbəslikdən uzaq yola yönəltdi və səni öz param, bəlkə də, bütün varlığım kimi gördüm. Belə ki, sənə dəyən zərbə sanki mənə dəymişdir. Ölüm səni taparsa, mənim həyatım qırılar. Gördüm ki, sənin işin nəzərimdə mənim öz işim kimi böyükdür, sənin işin mənim işimdir. Bu məktubu sənə yazıram ki, mən diri də olsam, dünyadan da getsəm, öyüdlərimə uyğun rəftar edib, onun himayəsində olasan.”("Nəhcül-bəlağə”.)
    ÖN SÖZ
    Allah-təalanın merac gecəsi Peyğəmbərə (s) bəyan etdiyi hədis və moizələrdən istifadə etdikdən və peyğəmbərin (s) öz ən üstün səhabələrindən olan Əbuzərə (r) moizəsi ilə qəlbimizi işıqlandırdıqdan sonra Allah-təalanın yardımı ilə Əmirəl-mömininin (ə) öz sevimli oğlu imam Həsən Müctəbaya (ə) vəsiyyətləri haqqında söhbət edəcəyik.
    Bu vəsiyyət mərhum Məclisinin "Biharul-ənvar”("Biharul-ənvar”, c. 74, səh. 200) kitabında nəql olunmuşdur. Bu vəsiyyəti mərhum Hərrani "Tuhəful-uqul”("Tuhəful-uqul”, səh. 31)kitabında azca fərqlə zikr etmişdir. Bu nəsihət mərhum Seyyid Rəzi tərəfindən tərtib edilmiş "Nəhcül-bəlağə”yə("Nəhcül-bəlağə”, məktub: 31) daxildir. Əlbəttə ki, bu hədislə başqa kitablarda da rastlaşırıq. Bu nəsihətlər əksər mənbələrdə Əmirəl-mömininin (ə) həzrət imam Həsən Müctəbaya (ə) vəsiyyəti kimi təqdim olunur. Maraqlıdır ki, bəzi mənbələrdə həzrət Əlinin (ə) bu vəsiyyətlə Məhəmməd Hənəfiyyəyə müraciət etdiyi bildirilir. Qarşıdakı söhbətlərimizdə bu ehtimalı araşdıracağıq.
    Bu vəsiyyətdə başqa vəsiyyətlərdə oxşarı olmayan xüsusiyyətlərlə rastlaşırıq. Başqa mətnlərdə onun ali məziyyətlərinə çox az təsadüf olunur. Xüsusi müqəddiməyə malik bu vəsiyyətdə mövzulara giriş və çıxışda psixoloji və tərbiyəvi nöqtələr çox faydalıdır.
    VƏSIYYƏTIN MƏNA VƏ MƏFHUMU
    "Vəsiyyət” sözü "sifariş” mənasında işlədilir. Araşdırdığımız mətndə həmin söz ölümdən sonraya aid olan fiqhi mənada deyil. Cümə namazının xütbəsində xətib "sizə təqva vəsiyyət edirəm” deyərkən bunu nəzərdə tutmur ki, onun ölümündən sonra insanlar təqvalı (pəhrizkar) olsunlar. Əmirəl-mömininin (ə) bu vəsiyyəti də onun ölümündən sonra yalnız yaxınlarının əməl etməsi üçün nəzərdə tutulmamışdır.
    Həzrət Əli (ə) bu vəsiyyətin başlanğıcında şəxsiyyətini açıqlamaqla özünü təqdim edir. Öz mövqeyini və vəsiyyətin məqsədini nəzərə çatdırır. Vəsiyyət edən şəxsin kimliyi və hansı mövqedə olmasından danışılır. Sonra vəsiyyət edənlə vəsiyyət edilən şəxslər arasındakı əlaqəyə işarə olunur. Vəsiyyətin başlanğıcında onun qısa məzmunu yığcam şəkildə xatırladılır, sonra isə ətraflı şəkildə danışılır.
    MƏSUM IMAMA VƏSIYYƏT NƏ LAZIM?
    Həzrət Əlinin (ə) bəyanında düşünüləsi tərbiyəvi məqamlar olduqca əsrarəngizdir. Məsələlərə xüsusi üslubla yanaşma nəticəsində vəsiyyətnamədə vəsiyyət edənin və vəsiyyət olunanın sadalanmış xüsusiyyətləri bəzən düzgün anlaşılmır. Bu vəsiyyətdə Əmirəl-möminin (ə) haqqında zikr olunan sifətlər ilk baxışdan məsum imama layiq sifətlər deyil. Eləcə də imam Həsən Müctəbaya (ə) aid edilən sifətlər məsum imam məqamına uyuşmur. Buna görə də bəziləri bu vəsiyyətin imam Həsənə yox, Məhəmməd ibn Hənəfiyyəyə ünvanlandığını iddia edirlər. Onların nəzərincə, vəsiyyətdə sadalanan xüsusiyyətlər imamət məqamına layiq deyil. Zahirən, bu vəsiyyət məsum olmayan bir şəxsə ünvanlanmışdır. Vəsiyyətin bəyan keyfiyyəti onun haqqında yanlış təsəvvür yaratmış, zəif imanlı insanlar bu rəvayəti imamların məsum olmamasına dəlil gətirmişlər. Onlar bildirirlər ki, imamlar özlərini məsum hesab etməmişlər və onların məqamı şiələr tərəfindən şişirdilmişdir. Guya imamlar özlərini qeybi elm və paklıq sahibi saymamışlar. Guya onların vəsiyyətləri də sübut edir ki, onlar özlərini adi, xətakar, bəzən isə nadan bilmişlər. Bu iddiada olanlar uyğun vəsiyyətin ilk ifadələrini öz iddialarına dəlil göstərirlər. Məsələn, "tacirul-ğürur” ("hiylə və yalan sövdəgəri”) və "səriiş-şəhəvat” ("nəfs istəklərinə məğlub”) təbirlərinin imam Həsənə (ə) ünvanlanması paklıq məqamı ilə uyuşmur. Əgər imamın müraciət etdiyi şəxs məsum olarsa, şübhəsiz ki, belə təbirlər yanlış olar. Əgər həzrət Əli (ə) öz vəsiyyət etdiyi şəxsi "nəfs istəklərinə məğlub” adlandırırsa, demək, həmin şəxs şəhvətlərlə mübarizə meydanında məğlub olmuşdur. Hansı ki, belə təbirlər imam Həsənin (ə) məqamı ilə uyuşmur. Belə çıxır ki, ya vəsiyyət imam Həsənə (ə) ünvanlanmamışdır, ya da bəzilərinin düşündüyü kimi, imamlar üçün məsumluq zəruri deyil. Əslində isə hər iki yanaşma yanlışdır.
    Rəvayətin mətnindəki ali və ilahi məziyyətlər, onu nəql edənlərin mötəbərliyi ciddi əsas verir ki, həqiqətən də imam (ə) belə bir vəsiyyət etmişdir. Digər bir tərəfdən, vəsiyyətnamənin təbirləri haqqında düşündükdə həmin iki yanaşmanın yanlışlığı aşkar olur.
    Həzrət Əli (ə) bu vəsiyyəti hamının istifadə edəcəyi şəkildə bəyan etmişdir. Əgər Həzrət (ə) bir məsum imam adından digər məsum imamı nəsihət etsəydi, məsumluq məqamına uyğun təbirlər işlədərdi. Həmin halda adi adamlar fövqəladə zərif nöqtələri anlamaz, vəsiyyətdən faydalana bilməzdilər. Ali səviyyədə bəyan olunmuş mətləblərdən bəhrələnmək bizim üçün müyəssər olmayan bir işdir. Təsəvvür edin ki, iki məsum şəxs bir-birlərinə tövsiyyə verir. Bu insanlar ilahi elmdən xəbərdar olduqlarından elə təbirlər işlədəcəklər ki, bu tövsiyyələrin başqaları üçün heç bir faydası olmayacaq. Onda həmin sözləri hamı məsumlara aid bilər və faydalanmazdı.
    Həqiqətdə isə öz məsum övladına müraciət edən Əmirəl-mömininin (ə) əsas məqsədi bütün insanların bu vəsiyyətdən faydalanmasıdır. İmam Həsən (ə) belə bir vəsiyyətə ehtiyaclı olmaya da bilərdi.
    Başlanğıcda vəsiyyət edənin mövqeyini müəyyən edən bəyanatda daha sonra vəsiyyət olunanın mövqeyi müəyyənləşdirilir. Bununla da Həzrət (ə) öz məmumuna vəsiyyət etmədiyini nəzərə çatdırır. Vəsiyyət olunan şəxsin məsum və ya qeyri-məsum olmasından asılı olmayaraq, imam (ə) "bu, ölümə yaxın bir atanın öyüdüdür”, buyurur. Maraqlıdır ki, vəsiyyət olunan şəxsin kimliyinin bəyanı onun bu xüsusiyyətlərə malik istənilən bir adama aid olduğunu aşkar göstərir.
    VƏSIYYƏT EDƏN
    İndi isə vəsiyyət edənin kimliyini aydınlaşdıraq. Həzrət (ə) özünü ölümü yaxınlaşmış pir ata kimi tanıtdırır. O, ölümünün yaxınlaşdığı bir vaxtda coşqun gəncliyini yaşayan bir cavana vəsiyyət edir.
    Həzrət (ə) bu təbirlərlə özünü yalnız bir ata kimi nəzərdə tutur. Öz həyatı və keçmişlərdən əldə olunmuş məlumat və təcrübələrə əsaslanan pir ata bildirir ki, hələ də həyatın bütün çətinliklərini dərk etməmişdir və qarşıda bir çox müsibətlər vardır. Gələcəkdə çətinliklərlə qarşılaşacağını bilən, xilas yolu axtaran hər bir gənc bu vəsiyyətdən istifadə etməyə can atır. Əgər Həzrət (ə) bu vəsiyyəti məsum övladı imam Həsən ibn Əliyə (ə) ünvanlasaydı, başqaları bu vəsiyyətlə bir o qədər də maraqlanmazdılar. Belə bir fikir yaranardı ki, bu vəsiyyət iki məsum imama aiddir və başqaları ilə heç bir bağlılığı yoxdur. Həzrət (ə) öz ali məqamından enərək, sadə pir atanın sadə gənc övladına tövsiyyəsi dilində danışır ki, bütün başqa cavanlar bu vəsiyyətnamədən faydalana bilsinlər. Bu üslub başqalarının da uyğun vəsiyyətnamədən bəhrələnməsinə səbəb olur. Bu səbəbdən də ata və oğul arasındakı bağlılıq olduğu kimi təsvir olunur: "Ey oğlum! Mən sənə nə qədər bağlıyam! O qədər bağlıyam ki, bütün fikrim özümdə cəmləşdiyi vaxtda səni unuda bilmirəm!”
    Gündəlik həyatda insanın diqqətini bir çox müxtəlif məsələlər cəlb edir. Malik olduğu müxtəlif məsuliyyətlərə görə, müşahidələr və düşüncələr səbəbindən ortaya çıxan müəyyən işlər olur. Bununla belə, ata öz canparəsi övladını unuda bilmir. Ona görə də Həzrət (ə) buyurur ki, hamını kənara qoyub, yalnız özü ilə qaldığı vaxt da övladını unuda bilmir, onu öz canparəsi, bəlkə də, bütün varlığı hesab edir, onu özü kimi bilmir.
    Həzrət Əli (ə) bu sözləri ona görə buyurur ki, başqasının nəsihətini eşidərkən onun məhəbbətdən deyildiyinə, öz xeyrinə olduğuna inanan şəxs həmin nəsihətə həvəslə qulaq asır. Siz də deyilən məsələni sınaqdan keçirə bilərsiniz. İnsan bir şəxsə inandığı qədər onun nəsihətini dinləyir. Ehtimal versək ki, deyilən sözlərin yaxşı-pisliyindən asılı olmayaraq, onlar bizə yox, bir başqasına xatir deyilir, həmin sözlərə laqeyd olarıq. Belə bir nəsihətə diqqət və əməl etməyə lüzum qalmır. Amma əmin olsanız ki, nəsihət verənin məqsədi sizə qarşı xeyirxahlıqdır, nəsihəti diqqətlə dinləyir, ona əməl edirsiniz. Bu səbəbdən də Həzrət (ə) özünü ömrünün sonu çatmış ata kimi təqdim edərək, bəlalar və çətinliklərlə qarşılaşacaq oğluna buyurur: "Mən səni o qədər sevirəm ki, sanki vücudumun parəsisən, bəlkə də, bütün vücudumsan...” müraciət olunan şəxs bu sözləri oxuduqda vəsiyyət edənin xeyirxahlığını anladığından onu həvəslə dinləyir. Əmirəl-möminin (ə) kimi bir atanın özü kimi bildiyi bir övladına bu sayaq vəsiyyətindən hamının faydalanmasına dəyər. Xoşbəxtlik yolunu öyrənib, biz də bu yolla səadətə çatmalıyıq. Bəli, Həzrət (ə) diqqəti cəlb etmək üçün həmin yoldan istifadə edib, sonra sözə başlayır.
    Deyildiyi kimi, az moizələrdə bu ilahi vəsiyyətin xüsusiyyətləri ilə rastlaşırıq. Bu vəsiyyətnamə elə bir vaxtda yazılır ki, Əmirəl-möminin (ə) Süffeyn döyüşündən yenicə qayıtmış və müharibə çətinlikləri arxada qalmışdır. Bu döyüş "həkəmiyyət” məsələsi ilə nəticələnmişdir. İndi Həzrət (ə) ömrünün bütün təcrübəsini öz övladına təhvil verir. Artıq o, ömrünün son günlərini yaşayır. Fürsəti əldən vermək olmaz. Ona görə də altmış illik ömrün təcrübəsi vücudunun parəsi və ya öz vücudu kimi olan ən üstün bir şəxsə verilir. Altmış yaşlı ömür ağacının meyvəsindən daha layiqli kim var ki?
    Bu vəsiyyətdə insanın kamilliyinə çox təsirli olan dəyərli mətləblər bəyan olunmuşdur. Ümid var ki, bu izahlar dinləyici və oxucuların həmin vəsiyyəti anlamasına və ona əməl etməsinə səbəb olacaqdır. İnşaəllah.
    Vəsiyyətnamədə Əmirəl-möminin (ə) özünü ömrü sona çatmış pir kimi təqdim edərək, imamət elmi və məsumluğunu nəzərdə tutmadan öz oğlunu belə nəsihət edir: "Bu, axirət səfəri üstə olan, zamanın ötdüyünü, dünyanın arxa çevirdiyini etiraf edən bir atanın vəsiyyətidir...”
    Maraqlıdır ki, Həzrət (ə) "Əmirəl-möminin Əlinin (ə) vəsiyyəti” yox, "bir atanın vəsiyyəti” deyir və bununla da, öz vəsiyyətini hamıya aid edir. Əlbəttə, "əl-muqirri lizzəman” təbiri bizim üçün o qədər də tanış deyil. Onu belə təbir etmək olar: İnsan öz təbiəti etibarı ilə onun həyatını və dadacağı ləzzətləri hədələyən amillərlə mübarizə aparıb, onları aradan qaldırmaq istəyir. İnsanı rahat buraxmayan şeylərdən biri zamanın onu qocaldan gedişidir. Qocalıq dövrü bir müddət davam etsə də, nəhayət, ölümlə sonuclanır. Zaman ötməsəydi, təbii ki insan əbədi olardı. İnsan həyatın ötüb, başa çatmasını istəmir. O, əbədilik arzusundadır. Bu, hər bir insanın fitri istəyidir. Nə etməli ki, bu gerçəkliklə mübarizə aparmaq faydasızdır. İnsanın məhdud ömürlü varlıq olduğunu qəbul etməkdən başqa yol yoxdur. Ölüm acı, xoşagəlməz olsa da, onu qəbul etməkdən başqa çarə yoxdur. Ata öz oğluna bildirir ki, bu mənanı qəbul etmiş və zaman qarşısında təslim olmuşdur. O, əmindir ki, zaman ötür və onun qarşısını almaq olmaz. "Əl-muqirri lizzəman” - "zamanın qələbəsini etiraf etmiş” təbiri ömrünün ötəriliyi qarşısında təslim olmaq mənasındadır. Yəni artıq qəbul etdim ki, ömür məhduddur və o, başa çatasıdır. Ona görə də Həzrət (ə) "mudbiril-ömr”, yəni "ömrü keçmiş” ifadəsini işlədir. Bəli, ömrü başa çatmaqda olan bir ata! Bu ata ruzgara təslim olmuşdur. "Mustəslimi liddəhr” ifadəsi "əl-muqirri lizzəman” ifadəsinin oxşarıdır, amma o daha geniş və mürəkkəbdir. Sanki meydanda mübarizə aparan iki nəfərdən biri o birinin qələbə çaldığını görüb, əllərini qaldırır və təslim olur. İnsan zamanın ötəriliyi qarşısında da bu sayaq məğlubdur. Hansı ki o, bu məğlubiyyətlə barışmaq istəmir, əbədilik axtarır. Nəhayət, məğlubiyyətin qaçılmaz olduğunu görür. Ona görə də əllərini qaldırıb, zaman və dövran qarşısında təslim olur. Qəbul edir ki, ömür ötüşməkdədir. Bəli, biz də bu axınla getməliyik, başqa yol yoxdur. Beləcə, "əlmustəslimi liddəhri”, yəni "rüzgara təslim olmuş” şəxs onun qarşısında təslim əlaməti olaraq əllərini qaldırır, qəbul edir ki, ömür ötəridir və onunla mübarizə aparmaq əbəsdir.
    Vəsiyyətin davamında Həzrət Əli (ə) vəsiyyət edən şəxs kimi özünü belə tanıtdırır: "əzzaimi liddünya”, yəni bu vəsiyyət o şəxs tərəfindəndir ki, ömrü başa vurmuşdur və dünyaya məzəmmətlə baxır. Həzrət (ə) sanki öz vəsiyyətinin dünya bərbəzəyi haqqında olmadığını nəzərə çatdırır. O, dünyanı məzəmmət etdiyini önə çəkir. Ömrü başa çatmaqda olan, dünya həyatını xoşlamayan bir ata başqalarını dünya həyatının qədrini bilməyə, ondan daha çox ləzzət almağa çağıra bilərmi?! Əsla! Bu ata tövsiyyə edir ki, dünyanı yüksək məqamlı, sitayişə layiq bilməyək. O, dünyanı məzəmmət edir, ölülər məskənində sakin olduğunu bildirir. Yəni o, bir yerdə yaşayır ki, əvvəllər də orada yaşamışlar və hazırda həmin adamlardan əsər də yoxdur. O, tezliklə öləcəyini bildirir. Bizim yaşadığımız məkanda əvvəl minlərlə adam yaşamış və heç bir iz qoymadan dünyanı tərk etmişlər. Onların yerini tutmuş bizlər əbədi qalacağıqmı?! Şübhəsiz ki, biz də onlar kimi öləsiyik. Vəsiyyət edən ata da özünü həmin mövqedə görür. Ölülər karvanının ötüşdüyü yerdə qərar tutmuş bu ata özünü eyni mövqedə hiss edir. Hamı bu dayanacaqda nəfəsini dərib, yoluna davam edir. Həzrət (ə) də onların ardınca gedəcəyini bildirir. Həzrət Əli (ə) buyurur: "əzzaini ənha ğəda”, yəni vəsiyyət edən kəs sabah bu dayanacaqdan köçəcəkdir. Müvəqqəti olaraq bu karvansarada dayansa da, əvvəlki karvanlar tək yola düşəcəkdir.
    Bu bəyanlar vəsiyyət edən şəxsin mövqeyini müəyyənləşdirir. Onu tanımaq üçün uyğun vəsflərə, təbirlərə nəzər salıb, düşünmək kifayətdir. Bu məqamda insan həmin vəsiyyətin onun özü üçün də faydalı olub-olmadığını müəyyən edə bilər.
    VƏSIYYƏT OLUNAN ŞƏXS
    Həzrət (ə) sözünün davamında müraciət etdiyi şəxsi belə tanıtdırır: "İləl-vələdil-muəmməli ma la yudrəkussaliki səbilə mən qəd hələkə, ğərəzil-əsqami və rəhinətəl-əyyami” ("o övlada vəsiyyət edir ki, arzularına çatmaz, həlak olanların yolunu gedər, xəstəliklərin hədəfi, zəmanənin girovu olar.”)
    Bu ata öz övladına vəsiyyət edir, ömrünün qazancını ona təhvil verir. Bu övladın arzuları var və vücudunda gənclik alovu şölələnməkdədir. Gənclik dövrünün ümid və arzular dövrü olduğunu bilirik. İnsan ümid və arzular olmadan hərəkət etmək iqtidarında deyil. Həyatı hərəkətə gətirən arzulardır. İnsanın gənclik dövründə fəallığının səbəbi həmin dövrdə arzuların çoxluğudur. O, yaşa dolduqca arzular tükəndiyindən həyat fəaliyyəti də zəifləyir. "Həlak olanların yolunu gedər, xəstəliyə hədəf olar” təbirləri Qurani-kərimin bəzi təbirlərini xatırladır: "Həqiqətən, insan zərərdədir”(Əsr”, ayə 2); "İnsan tələsəndir”("İsra”, ayə 11); "Həqiqətən, insan dözümsüz xəlq olunmuşdur”("Məaric”, ayə 19). Bu ayələri oxuyarkən sual yaranır ki, məsumlardamı başqaları kimi bu xüsusiyyətlərə malikdirlər? Məgər məsumlar da tələsən və dözümsüz yaradılmışlar? Qurani-kərimdə insana ünvanlanan bir sıra məzəmmətləri imamlara (ə) aid etmək olarmı? Qeyd etməliyik ki, bu müraciətlər adi insanlara ünvanlanmışdır. Uyğun təbirlər məsum imamlara şamil edilmir. Bəli, insan təbiətən dözümsüz, tələskəndir. Həzrət (ə) "o övlada vəsiyyət edirəm ki, arzularına çatmaz” deyərkən və ya başqa nöqsanlı sifətləri sadalayarkən imam Həsəni (ə) nəzərdə tutmur. İmam (ə) öz mövqeyini və vəsiyyət etdiyi gəncin mövqeyini müəyyənləşdirməklə, özünü və övladını adi insan kimi fərz edir. Özünü pir, övladını gənc görən ata təcrübələrini övladının ixtiyarına verir. Aydın olur ki, öncə qeyd edilmiş iki baxış kökündən yanlışdır. Ona görə də bildiririk ki, Həzrət (ə) özünün və oğlu Həsənin (ə) yox, vəsiyyət edən və vəsiyyət olunanın mövqeyini bəyan edir. Yəni vəsiyyət olunan şəxs həlak olub, dünyadan köçənlərin yolunu gedir. Bu bəyanda "həlak olmaq” dedikdə hər hansı başqa məna yox, "ölüm” nəzərdə tutulur.
    Təbii ki, hər bir gənc onu oxlar tək nişan almış çətinliklər, xəstəliklər, müsibətlərlə qarşılaşasıdır. O, bir növ dövranın girovudur - zaman onu girov götürərək, oxlarla nişana almışdır.
    Vəsiyyətnamədə bəyan olunmuş "əbduddunya” və "tacirul-ğurur” təbirləri çoxlarında şübhə yaratmışdır ki, Həzrət (ə) imam Həsənə (ə) yox, Məhəmməd ibn Hənəfiyyəyə müraciət edir. Bu iki təbir mənfi mənalara malikdir. Amma onlar "təkvini” mənada işlənmişdir. "Dünyanın qulu”, "hiylə və yalan sövdəgəri” mənalarına malik olan həmin iki ifadə, sözsüz ki, məsum imam məqamına layiq deyil. Zənnimizcə, Həzrət (ə) öz vəsiyyətnaməsində konkret vəsiyyət olunan şəxsi yox, dünyaya gəlmiş və dünyanın təsirlərinə məhkum olan insanı nəzərdə tutur. Yəni hər bir insan gəldiyi dünyada həmin dünyanın problemlərinə məhkumdur, başqa sözlə, "əbdud-dunya”, yəni "dünyanın quludur”. Hər bir insan peyğəmbər, imam, övliya olmasından asılı olmayaraq, təbiət qanunlarına təslimdir. Məhkum insanın sövdəsi, ticarəti yalnız hiylə və yalan ola bilər. Qurani-kərimdə buyurulur: "Dünya həyatı yalnız aldadıcı matahdır.”("Ali-imran”, ayə 185) Demək, dünya matahı ilə əlaqədə olan insan təbii şəkildə "tacirul-ğurur”, yəni "yalan və hiylə sövdəgəri”olur. Diqqət etsək görərik ki, Həzrət (ə) öz tərəfe-müqabilini "tacirul-ğurur” sifətinə görə məzəmmət etmir, "nə üçün beləsən” demir. O, sadəcə, dünya həyatının belə olduğunu nəzərə çatdırır. Bu təbirlər "təkvini”, yəni təbii, qaçılmaz həqiqətləri bəyan edir.
    Bəli, elə moizə etmək lazımdır ki, dinləyicilər özünü "tacirul-ğurur” görüb, bir daha dünya matahına aldanmasınlar.
    Söhbətin davamında Həzrət (ə) üz tutduğu şəxsi, yəni insanı belə nəsihət edir: "və ğərimil-mənaya və əsiril-məvti və həlifil-humumi və qərinil-əhzani və rəsidil-afati və səriiş-şəhəvati və xəlifətil-əmvati” ("o, heçliyin borclusu, ölümə giriftar, kədərlə vədəli, qüssə ilə yoldaş, bəlalarla nəfəs-nəfəsə, nəfs istəklərinə məğlub, gedənlərin canişinidir”). O, borc sahibinin (tələbkarın) əl çəkmədiyi borcludur. Əcəl hər bir insanın ardınca gəzib borcunu tələb edir, almayınca ondan əl çəkmir. Bəli, insan borcludur. Ölüm və bəla əlində çırpınan borclu!
    Bəziləri "kədərlə vədəli, qüssə ilə yoldaş, bəlalarla nəfəs-nəfəsə, nəfs istəklərinə məğlub” kimi təbirləri də imam Həsənin (ə) məqamına münasib bilmirlər. İmam Həsənin (ə) nəfs istəkləri ilə mübarizədə məğlub olması, doğrudan da məntiqi deyil. Adətən, güləş meydanında məğlub olub, yerə yıxılan şəxs ərəb dilində "səri” adlanır. "Səriiş-şəhəvat” isə "şəhvətlərə məğlub olmuş” mənasını verir. Hansı ki, imam Həsənin (ə) şəhvətə məğlub olması mümkünsüzdür. Amma qəbul etməliyik ki, insan öz təbiəti etibarı ilə nəfs istəklərindən tam azad olmaq gücündə deyil və bu istəklər olmadan dünya həyatını davam etdirə bilməz. İstər yaşamaq, istər yemək istəyi, istərsə də cinsi istək dünya həyatının davamı üçün vasitələrdir. İnsan elə xəlq olunmuşdur ki, uyğun istəkləri büsbütün inkar edə bilməz. Adi insan üçün belə bir məqam mümkünsüzdür. Amma qeyri-adi bir insanın belə bir iş görməsi barədə hələlik danışmırıq.
    Burada söhbət nəfs istəklərinin qələbə çaldığı bir gəncdən gedir. Bunu da qeyd etməliyik ki, nəfs istəklərinin qarşısının alınması dedikdə bütün istəklər nəzərdə tutulmur. Bəzi istəklərin ödənməsi vacibdir.
    Həzrət Əli (ə) vəsiyyət etdiyi şəxsi "xəlifətil-əmvat”, yəni "ölülərin yerində qalmış” adlandırır. Vəsiyyət olunan şəxs vəsiyyət edən şəxsin özü kimi ölülər məskənində sakindir. Bir vaxt bu məskəndə yaşayanlar hazırda dünyadan köç etmişlər. Bu vəsiyyəti eşidən şəxs də ölülərin canişinidir. Vəsiyyətnaməni dinləyən bizlər də bu gün durduğumuz yerdə əbədi qalası deyilik.
    VƏSIYYƏTIN SƏBƏBI
    Vəsiyyət edənin kimliyi tanıtdırıldıqdan və vəsiyyət olunan şəxsin xüsusiyyətləri sadalandıqdan sonra Həzrət (ə) vəsiyyətnamənin səbəbi, vəsiyyət edənlə vəsiyyət olunan arasındakı bağlılıq haqqında buyurur: "əmma bəd, fəinnə fima təbəyyəntu min nubarid-dünya ənni və cumuhid-dəhri ələyyə və iqbalil-axirəti iləyyə, ma yəzəuni ən zikri mən sivayə, vəl-ihtimami bima vərai...” ("Belə ki, dünyanın üz çevirməsini, dövranın azğınlığını, axirətin üz tutmasını gördükdə yalnız özümü düşünməli, arxada qalmış işlərə diqqət yetirməməli idim. Amma elə ki, fikrim sadiqanə aşkarlandı, nəfs istəklərimin ardınca getməyimin qarşısı alındı, həqiqət mənim üçün işi aydınlaşdırdı, əbəslikdən uzaq yola yönəltdi və səni öz param, bəlkə də, bütün varlığım kimi gördüm...”). Bu pir ata qarşıda onu gözləyən axirət həyatı haqqında düşündükdə öz övladını unutmalı idi. Amma o, bu övladı heç vəchlə unuda bilmir.
    İmamların (ə) vahid bir vücud olduğunu nəzərə almasaq belə, təbiət etibarı ilə bu övlad pir atanın canparəsidir. Ata dünyadan gedəcəyini və öz övladının onun yerində canişin qalacağını düşünərkən övladında həyat davam edəcəyini zənn edir. Bu vaxt o, övladını öz vücudu, özünü onda əbədi görür. Həzrət (ə) dinləyicinin diqqətini cəlb etmək üçün belə danışır. O, özü üçün istədiyini övladı üçün də istəyir. Övladının qarşılaşacağı çətinlikləri öz çətinliyi hesab edir, onun ölümünü öz ölümü kimi dəyərləndirir.
    Bildiyiniz kimi, insan öz həyatındakı bəzi işlərə daha çox əhəmiyyət verir. Amma başqa işlərə etinasız yanaşır, onların fərqinə varmır. Həzrət (ə) bildirir ki, özü üçün əhəmiyyətli saydıqlarını övladı üçün də əhəmiyyətli bilir. O, bu vəsiyyətnaməni yazmaqla övladına sığınacaq yaradır. Çünki bu vəsiyyət Həzrətin (ə) misilsiz təcrübəsinin nəticəsidir.
    Category: Əbədi öyüd (birinci cild) | Views: 608 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019