İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 12
Qonaqlar 12
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » November » 27 » Əbədi öyüd (birinci cild)
    2:52 AM
    Əbədi öyüd (birinci cild)
    ALTINCI DƏRS
    SƏADƏT YOLU
    (Ey oğlum!) Bilmədiyini danışma, vəzifən olmayan iş barədə düşünmə, azmaq təhlükəsi olan yoldan imtina et, həqiqətən, azmaq təhlükəsi olan işdən əl çəkmək hövlnak işlər görməkdən üstündür. Yaxşı işləri əmr et, özün də yaxşılardan ol. Əlin və dilinlə xalqı çirkinlikdən çəkindir, pis iş görənlərdən uzaq olmağa çalış.”("Nəhcül-bəlağə”.)
    Yığcam moizədən, qəlb halətlərinin bəyanından sonra həzrət Əli (ə) öz tövsiyyələrini bəyan edərək ilk addımda bizə tapşırır: "Bilmədiyini danışma.” Bəli, məlumatsız olduğun məsələlərə müdaxilə etmə! Bu məsələnin ötən söhbətlərlə nə əlaqəsi var? Vəsiyyətə əməl etmək istəyən şəxs, təbii ki, öz axirəti haqqında düşünməlidir. Əbədi səadətə çatmaq üçün faydalı olan işlər müəyyənləşdirilməlidir. Bu yolda ilk qədəmlərini atan şəxs nə etməlidir? İnsan bu yolda necə hərəkət etməlidir ki, Allahın razılığına nail olsun? Həzrət (ə) öz vəsiyyətinin davamında uyğun suallara cavab verir.
    SƏADƏTIN ILKIN ŞƏRTI
    Bir daha qeyd edək ki, vəsiyyətnamənin ümumi şəkildə ünvanlandığı şəxs etiqadlı müsəlmandır, vacib və haramlar haqqında məlumatlıdır. Belə şəxs, təbii ki, dini göstərişlərə əməl etmək fikrində olacaqdır. O, vəsiyyətnamənin ilk tövsiyyəsi olan təqvaya bağlıdır, dini vəzifələrinə əməl edir. Bütün bunları yerinə yetirdikdən sonra belə bir sual ortaya çıxır: Axirətə çatmaq məqsədi ilə dünyadan necə səmərəli istifadə etmək olar? Dünyaya aldanıb, axirəti unutmamaq üçün nə etməliyik? Həzrət Əli (ə) bu yolda ilk addım olaraq, bilmədiyimiz şübhəli işləri araşdırmağı, qaranlığa addım atmamağı, tərəddüddə olduğumuz məsələlər haqqında danışmamağı tövsiyyə edir.
    Qarşıda "dində fəqihlik, alimlik” bəhsində uyğun mövzuda daha ətraflı danışacağıq. Amma bilmədiyini danışmamaq məsələsi öz-özlüyündə müstəqil bir mövzudur.
    HESABSIZ ZƏRƏR
    Nəzərə almalıyıq ki, dünya həyatı misilsiz bir sərmayədir və bu sərmayə ilə əbədi səadəti əldə etməliyik. Belə düşünən insan dünya sərmayəsini havayı xərcləməməlidir. Qurani-kərimdə bu sərmayə haqqında buyurulur: "Ey iman gətirənlər! Sizə şiddətli əzabdan xilas edəcək bir sərmayə göstərimmi?”("Səff”, ayə 10) Başqa bir ayədə oxuyuruq: Allah kitabını oxuyan, namaz qılan, verdiyimiz ruzidən gizli və aşkara xərcləyən kəslər ziyansız bir ticarət ümidindədirlər.”("Fatir”, ayə 29) Gündəlik həyatda "müamilə”, "ticarət” kəlmələri ilə yaxından tanış olduğumuz üçün Allah-təala öz buyuruğunda həmin kəlmələrdən istifadə edir. Əmirəl-möminin də "axirətini dünyaya satma” buyuruğunda eyni yolla gedir. Çünki insanlar "alış-veriş” kəlmələrini daha yaxşı anlayır və axirətin dünyaya satılması məsələsini bilirlər. Bizim gündəlik həyatımız alış-veriş üzərində qurulmuşdur. Daim nəsə verir və əvəzində başqa bir şey alırıq. Biz istəsək də, istəməsək də ömür xərclənib gedir. Amma insan çalışmalıdır ki, bu alış-verişlərdə aldanmasın. İnsan öz ömrünü boş yerə xərcləməməlidir. Axı hansı sərmayə ömürdən qiymətlidir?! Ən böyük nadanlıq, ağılsızlıq isə ömrü günaha xərcləməkdir. Günahkar insan ömür sərmayəsini verib, əvəzində əzab alır. Hansı ki, insan öz ömrünün əvəzində imkan qədərincə qiymətli əvəz almalıdır. Bəzən hər hansı bir məclisdə oturmuş şəxs bilmədiyi şeydən danışır, lovğalanır, bütün mövzularda meydan sulayır. Onun üçün söhbətin elmdən, sənətdən, şəriətdən, iqtisadiyyatdan getməsinin fərqi yoxdur. Özünü mütəxəssis kimi göstərib, ağzına gələni danışır. Əsassız, boş danışıq insanın xeyli enerjisini və vaxtını əlindən alır. Ömür faydasız yerə tələf olur. Belə işlərə sərf olunan ömürün əvəzi nədir? Dünyanın böyüklü-kiçikli bütün məsələləri haqqında fikir yürüdürük, hansı ki, həmin məsələlərin mahiyyətindən xəbərsizik. Zərrəcə məlumatımız olmayan məsələlər haqqında söz düşən kimi biz də nəsə deyirik. Bəzən mübahisə qızışır, səs-küy aləmi bürüyür. Görən bütün bu qalmaqalların faydası nədir? Boş danışıq ömür sərmayəsini puça çıxaran minlərlə işlərdən biridir. Nə danışdığını özü də bilməyən insan nadanlıq girdabında çırpınır. Bu işin cahillik olduğunu hamı bilsə də, əksər cəmiyyətlər bu sayaq nadanlıqdan əziyyət çəkir. Ömür bada gedir, kin-küdurət artır. Ona görə də həzrət Əli (ə) ömür sərmayəsini boş danışıqlarla hədərə verməməyi tövsiyyə edir.
    Deyilənlər danışığa aid idi. Əməl meydanında, digər sahələrdə də vəziyyət oxşardır. Bəzən elə işlərə müdaxilə edirik ki, bizə zərrəcə aidiyyatı yoxdur. Vəzifəmiz olmayan işlərə qarışmağın nə dünya, nə də axirətimiz üçün heç bir faydası yoxdur. Hətta bu işlər bizi zərərə də sala bilər. Bütün bunları bilə-bilə çarəsizmiş kimi özümüzə aid olmayan işlərə müdaxilə edirik. Belə bir ruhiyyə insanı yolundan azdırır, ömür boş yerə sərf olur. Hansı ki, insan diqqətli olsa, həmin işlərin ona aid olmadığını asanlıqla dərk edər.
    Bəzən yaxşılığa əmr (əmr be məruf) və pisliyə qadağa (nəhy əz münkər), bir sözlə, həqiqətin təbliği vacib sayılır. Əlbəttə ki, ilkin şərtlər ödəndikdə xalqı doğru yola çağırmaq, azğınlıqdan çəkindirmək çox yaxşı bir işdir. Xalis niyyətlə, səmimi qəlbdən bu işi görmək tərifəlayiqdir. Amma bizim müdaxiləmiz təsirsiz olduqda, hər hansı bir işə qarışmağımız ağılsızlıqdır. İnsan öz həyat məqsədinə çatmaq üçün durmadan hərəkət etməlidir. Bu hərəkət zamanı insan azmamaq üçün daim ehtiyatlı olmalıdır. Hər hansı məqsədlə hədəfə doğru hərəkət edən insan düz yoldan çıxıb, "inşaəllah, çataram” desə, onu ağıllı saymaq olarmı?! Şübhəli yola üz tutan insanın niyyəti də şübhəlidir. İşıqlı yolu buraxıb, qaranlıq yola düzələn insan mənzilə çatmasa, kimi danlamalıdır? Demək, sərmayəmizi elə bir yolda sərf etməliyik ki, yanlışlığa düçar olmayaq. Həzrət Əlinin (ə) buyuruğuna diqqət edin: "Bilmədiyini danışma”. Başqaları mübahisə etdiyi zaman bilmədiyiniz məsələlərə müdaxilə etməyin. Çünki bu müdaxilə zərər gətirəsidir. Belə bir müdaxilə elmi mübahisə çərçivəsindən xaricdir. İnsanın bilmədiyi məsələ barəsində mühakimə yürütməsi, fitva verməsi olduqca zərərli bir işdir. Məsələn, tibbə aid yanlış bir məsləhət xəstənin halını ağırlaşdıra bilər, hətta onun ölümünə səbəb olar. Bilmədiyini danışmağın zərəri çəkilən misalda aşkar görünür. İnsan boş söhbətlərə sərf etdiyi vaxtı elm öyrənməklə məşğul olsaydı, necə də böyük müvəffəqiyyətlərə nail ola bilərdi!
    Vəsiyyətnamənin davamında Həzrət (ə) buyurur: "Vəzifən olmayan iş barədə düşünmə”. Bəli, insan yalnız vəzifəsi haqqında düşünməlidir. İnsan bəzən fərdi və ictimai həyatda hansısa işlərə vəzifəli olduğuna əmin olur. Ona görə də öz vəzifələrini yerinə yetirir. Bəzən isə o, müəyyən məsələlərin həllində özünü aciz görür, anlayır ki, bu məsələlərə təsir gücünə malik deyil. Əlbəttə ki, belə məsələlər haqqında düşünməyə də lüzum yoxdur. Onu da nəzərə almalıyıq ki, insanın bir işə vəzifəli olub-olmamasında coğrafi məsafənin heç bir rolu yoxdur. İnsan öz evinin içində hər hansı bir işə vəzifəli olmaya da bilər. Amma dünyanın o biri başındakı bir problemin həlli onun intizarında olar. Yox əgər hər hansı bir iş vəzifəmiz deyilsə, o barədə düşünməyə dəyməz. Misal çəkək. Məsələn, ər otaqdakı pərdələrin, xalıların, mebelin seçiminə və düzülüşünə etiraz etməməlidir. Bütün bu işlər evin xanımının ixtiyarındadır və ər həmin işlərə müdaxilə etməməlidir. Çox yaxşı olar ki, evin səliqəsi xanımın ixtiyarına verilsin. Bir sözlə, insan öz vəzifəsi haqqında düşünməli, ağılını boş yerə sərf etməməlidir. Yersiz müdaxilələr enerji və vaxt israfından əlavə ixtilaflara da səbəb olur.
    Çox təəccüblüdür ki, saatlarla vaxtını boş düşüncələrə sərf edən insan vaxt darlığından şikayətlənir. Bəli, əsil vəzifəsinin icrası üçün insana 24 saat azlıq edir. Bununla belə, o, boş işlərə xeyli vaxt sərf edir, vəzifəsi olmayan işlərlə məşğul olur. Ona görə də Həzrət (ə) buyurur: "Azmaq qorxusu olan yoldan imtina et.”
    İnsan bəzən haraya gedəcəyini müəyyənləşdirdikdən sonra qarşısında iki yol görür: yollardan biri məqsədə doğru aparır, digəri isə şübhəlidir. İkinci yolun insanı azdıracağı qorxusu var. Bu vaxt etibarlı yolu seçmək lazımdır. Şübhəli yola üz tutmaq ağılsızlıqdır. Şübhəli yolla getməkdənsə, dayanmaq daha yaxşıdır. Həzrət Əli (ə) buyurur: "Həqiqətən, azmaq qorxusu ilə bir işdən əl çəkmək hövlnak işlər görməkdən üstündür”. Əyri yolla gedən şəxs ən yaxşı halda durduğu yerə çatacaq və yenidən hərəkətə başlamalı olacaq. Amma əyri yolda elə uçurumlar ola bilər ki, insan həlak olar və kimsəni məzəmmət edə bilməz.
    DÜŞÜNCƏ SÜQUTU
    Sizə aid olmayan işlərə qarışmayın, məsul olmadığınız işlərə müdaxilə etməyin deyəndə, bəziləri elə başa düşürlər ki, cəmiyyətdə hərə özü üçün yaşamalıdır. "İsanın dini özü üçün, Musanın dini özü üçündür”. Elə əvvəllər də müsəlmanlar və qeyri-müsəlmanlar arasında belə bir təfəkkür olmuşdur. Bu yanlış münasibət indi də davam edir və müasir qərb mədəniyyətində özünü bariz şəkildə göstərir. Qurani-kərimdə buyurulur: "Ey iman gətirənlər, özünüzü qoruyun. Siz doğru yolda olsanız, azanlar sizə heç bir zərər yetirə bilməzlər”.("Maidə”, ayə 105) Bu sözləri eşidən bəzi müsəlmanlar elə başa düşürlər ki, qurtuluş tənhalıq və xanənişinlikdədir. Onlar bir guşədə ibadət edib, başqalarının işinə qarışmamaq qərarına gəldilər. Bu günkü sufilər firqəsində həmin baxış yaşamaqdadır. Bu yanlış baxışın kökləri uyğun buyruqların səhv anlaşılmasından qidalanır. Qərb mədəniyyətində hökm sürən biganəlik isə başqa bir batil düşüncəyə əsaslanır.
    Bildiyimiz kimi, qərbin, küfr dünyasının bütü "azadlıq” şüarıdır. Onlar elan edirlər ki, istədiyinizi edin və başqalarının işinə qarışmayın. Guya, yalnız istədiyi kimi yaşayan insan azaddır. Uyğun ağılsız baxış elə bir həddə güclənmişdir ki, qərb və qərbyönümlü ölkələrdə homoseksualizm qanuniləşdirilir. Arvadlıq tələb edən kişilərin müdafiəsi üçün nümayişlər keçirilir. Bu gün mədəniyyət simvolu hesab olunan ölkələrdə kişinin kişi ilə evlənməsi qanuni işdir. Onlar xalqa belə bir azadlıq verdikləri üçün fəxr edirlər. Hansı ki, bir şəxsin o birinə nəsihət verməsi ədəbsizlik sayılır.
    Bəzi müsəlmanlar isə İslamın əxlaqi göstərişlərini yanlış dərk edərək, qərara gəlirlər ki, insanın cəmiyyət qarşısında heç bir vəzifəsi yoxdur və hərə özü üçün yaşamalıdır. Guya, insan heç kimsənin işinə qarışmamalıdır. Bəzi cəmiyyətlərdə isə uyğun baxış qanuniləşdirilir və hərə istədiyi kimi yaşayır. Başqalarının azadlığına maneçilikdən başqa hər şey caiz sayılır. İslam bu baxışların heç birini qəbul etmir. Çünki dində əmr be məruf və nəhy əz münkər (yaxşılığa əmr və pisliyə qadağa) vacib göstərişlər sırasındadır. Bəzi rəvayətlərə əsasən əmr be məruf namazdan da mühümdür. Çünki əmr be məruf olmayan cəmiyyətdə namaz da yoxdur. Dini göstərişlərin icrasında əmr be mərufun rolu müstəsnadır. İmam Baqir (ə) buyurur: "həqiqətən, əmr be məruf və nəhy əz münkər peyğəmbərlərin yolu, salehlərin üsuludur. O, elə bir mühüm fərizədir ki, digər fərizələr onunla davam tapır.”("Vəsailüş-şiə”, c.: 11, səh. 395)Sözsüz ki, əmr be məruf fərizəsi bir guşədə ibadətə məşğul olan sufinin baxışları ilə uyuşmur. İslam buyurur ki, insanın həm özünə, həm də başqalarına aid vəzifələri vardır. Əlbəttə, hər bir vəzifənin şərtləri mövcuddur. Şərtlər ödəndikdə vəzifə vacib olur. Dini vəzifənin vacib olmasında dünya mədəniyyəti, şəxsi rəy heç bir rol oynamır. Həzrət Əli (ə) "vəzifən olmayan iş barədə düşünmə” deyərkən "əmr be məruf” kimi qəti vəzifəni nəzərdə tutmur. Həzrət (ə) vəzifə sayılmayan iş barədə düşünməməyi tapşırır. Hansı ki, əmr be məruf ilahi vəzifədir və bizi cəmiyyət qarşısında vəzifəli edir. Həzrət (ə) öz vəsiyyətində əmr be mərufa dəvət etməklə şübhələri aradan qaldırır. O, buyurur: "Yaxşı işləri əmr et, özün də yaxşılıq əhlindən ol.”
    ƏMR BE MƏRUF PEŞƏ DEYIL
    Əmr be məruf, yəni müsəlmanın başqalarını yaxşı işlərə dəvət etməsi təkcə cəmiyyətə yox, fərdin özünə də faydalıdır. Çünki yaxşılığı təbliğ edən şəxs istər-istəməz özü də yaxşılığa çalışır. Amma bu o vaxt baş verir ki, əmr be məruf ilahi bir vəzifə kimi icra olunsun. Təəssüf ki, bəzən bu dini vəzifə peşə kimi başa düşülür. Belə olur ki, bir insana əcr, əvəz müqabilində təbliğ etmək tapşırılır. Allaha yox, əvəzə görə əmr be məruf edən şəxsin qəlbi həmin hissləri yaşamadığından o, gördüyü işdən mənəvi fayda götürə bilmir. Digər bir tərəfdən, əmr be məruf edən şəxs özü günahkardırsa, onun sözlərinin elə bir təsiri olmayacaq. Çünki bu şəxs əmr be mərufa ilahi vəzifə kimi yox, peşə kimi baxır. Allah-təala belələrini məzəmmət edir: "Siz insanlara yaxşı işlər görməyi əmr etdiyiniz halda, özünüzü unudursunuz?”(Bəqərə”, ayə 44) Əmr be mərufu şəri vəzifə bilənlər isə bu yolda hətta canlarından keçməyə hazır olurlar. Onlar öz vəzifələrini yerinə yetirmək üçün bütün qüvvələrini işə salırlar. Belə bir əmr be məruf həm cəmiyyətə, həm də fərdə xeyirlidir. Yuxarıda zikr olunmuş ayə, təbii ki, belə müsəlmanlara şamil edilmir.
    Digər bir nöqtə budur ki, əmr be məruf təkcə dilə aid olan vəzifə deyil. İnsan bəzi şəraitlərdə sözünü əmələn təsdiq etməli olur. Elə məqamlar yarana bilər ki, çirkin bir işin qarşısını almaq lazım gələr. Amma nəsihət yolu ilə günahkara təsir etmək və ya əmələn günahın qarşısını almaq mümkün olmadıqda insanın qarşısında bir yol qalır. Həzrət Əli (ə) həmin yolu göstərərək buyurur: "Pis iş görənlərdən uzaq olmağa çalış”. Əmr be məruf və nəhy əz münkər gücü olmayan şəxs günah əhlindən uzaqlaşmalıdır. Əks-təqdirdə onların mənfi təsirinə məruz qalasıdır. Günahkarla yaxınlıq nəticəsində insanın günaha baxışı dəyişir, pis işlər yaxşı görünməyə başlayır. Ona görə də belə bir yaxınlıq qadağan olunur.
    Category: Əbədi öyüd (birinci cild) | Views: 926 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024