İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 5
Qonaqlar 5
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » November » 27 » Əbədi öyüd (birinci cild)
    2:51 AM
    Əbədi öyüd (birinci cild)
    SƏKKIZINCI DƏRS
    ELM VƏ ƏMƏL
    ("Ey oğlum) Allah yolunda lazımınca cihad et, heç kimin məzəmmətindən mütəəssir olma (Allah yolunda ikən kimsənin məzəmmətinə baxma), haqqa doğru hərəkətin çətin vaxtı harada olsa, meydana gir, dini yaxşı öyrən, özünə xoşagəlməz işlər qarşısında dözümlü olmağı vərdiş ver ki, səbr çox gözəl xasiyyətdir.” ("Nəhcül-bəlağə”.)
    Həzrət Əli (ə) cihad əmrindən sonra tövsiyyə edir: "Allah yolunda ikən kimsənin məzəmmətinə baxma”. Əgər insan vəzifəsini icra edərkən başqalarının rəyini əsas götürərsə, tezliklə işini yarımçıq qoyar. Çünki hər vaxt istənilən bir işə dodaq büzən tapılır. Fikri ətrafdakıların münasibətində qalan insan heç vaxt müvəffəq ola bilməz. Ona görə də əvvəlcə vəzifəni tanımaq, sonra isə Allah istəyincə əməl etmək lazımdır. Vəzifəsinə əməl edən insan üçün təriflə məzəmmətin fərqi olmamalıdır. Həzrət (ə) tövsiyyə edir ki, başqalarının münasibəti sizi süstləşdirməsin... "Mücahidə” kəlməsinin ümumi mənası vəzifənin icrası üçün səy göstərilməsidir. Bu kəlmənin digər bir mənası vəzifənin icrası zamanı mənfi təlqinlərə müqavimət göstərilməsidir. İnsanın öz nəfsi ilə daim mübarizədə olması mənfi təlqinlərə müqavimət göstərməsindən ibarətdir. İnsan yalnız Allahın razılığı barədə düşünüb, öz ilahi vəzifəsini yerinə yetirməlidir. Bir sözlə, həzrətin (ə) buyurduğu kimi, yersiz qınaqlara uymaq olmaz.
    VƏZIFƏNIN ICRA ŞƏRTLƏRI
    1. ELMI ŞƏRT
    Vəzifəsini yerinə yetirmək, öz nəfsi ilə cihad etmək, yersiz qınaqlara məhəl qoymamaq istəyən şəxs iki işi görməlidir:
    Əvvəla, insan həqiqəti olduğu kimi tanımalı və vəzifəsini müəyyənləşdirməkdə səhvə yol verməməlidir. Çünki vəzifəni tanımaq kifayət qədər çətin işdir. Bu işdə səhlənkarlıq həqiqətin üzərinə pərdə çəkir. Hər bir şəxs ümumi qaydalara əsaslanaraq, vəzifəsini tanıya bilər. Bəzən bu iş olduqca çətin olur. Müəyyən məqamlarda mühüm vəzifəni əhəmiyyətli vəzifədən fərqləndirmək müşkülə çevrilir. Məsələn, dinin zəruri göstərişlərindən biri əmr be məruf və nəhy əz münkərdir. Bəzilərinin fikrincə, insanı çirkin işdən çəkindirmək üçün onunla sərt, danlaq dilində danışmaq lazımdır. Hansı ki, bu vəzifəni müxtəlif yollarla həyata keçirmək olar. Əmr be mərufun icrasında minlərlə tükdən zərif nöqtələr vardır. Nəsihət olunan şəxslə elə gözəl üslubda danışmaq lazımdır ki, həmin şəxs sizin xeyirxahlığınızı hiss edib, öz pis əməllərinə görə peşman olsun. Təəssüf ki, bəzən niyyətimiz ilahi olmadığından, öz işimizlə savab yox, günah qazanırıq. Bəzən əmr be məruf və nəhy əz münkər adı altında qarşı tərəfin şəxsiyyətini alçaldır, hətta bu yolla köhnə şəxsi hesablarımızın hayıfını çıxırıq. Hansı ki, mömini hörmətdən salmaq böyük günahlardandır. Beləcə, vəzifəmizi icra etmək əvəzinə növbəti günaha batırıq. Bir vəzifənin icrası üçün çalışdığımız halda, bir neçə böyük günaha yol veririk. Bizim yanlış münasibətimiz nəticəsində qarşı tərəf daha da tərsləşir, bilərəkdən günahlarını davam etdirir. Yəni yanlış formalı əmr be məruf və nəhy əz münkər əks nəticələrə gətirir.
    Buna görə də dinin zəruri hökmlərindən olan əmr be məruf və nəhy əz münkərin icrasında şərait nəzərə alınmalı, iş Allah istəyincə yerinə yetirilməlidir. Hər insanla özünə məxsus şəkildə davranmağı öyrənməliyik. Zaman və məkanı nəzərə almaq zəruridir. Tövsiyyə edən şəxs təkəbbür və qürurdan çəkinməlidir ki, lazım olan nəticəni əldə edə bilsin. Əgər dini vəzifənin icrasında ilahi niyyət yerində olsa, vəzifənin hikməti yaddan çıxarılmasa, heç vaxt müvəffəqiyyətsizliyə düçar olmarıq.
    Diqqətli olmalıyıq ki, vəzifəni tanımaq onun lazımınca icrası üçün kifayət etmir. Vəzifəni düzgün yerinə yetirmək üçün şərait, zaman və məkan nəzərə alınmalıdır. Deyilənləri nəzərə almayan şəxs iş əsnasında böyük günahlara yol verə bilər. Məsələn, gizlində kiçik günaha yol vermiş şəxsi cəmiyyət içində məzəmmət etmək onun şəxsiyyətini alçaldır. Möminin şəxsiyyətini alçaltmaq isə böyük günahlar sırasındadır. Bu adam yaxşı iş gördüyünü zənn etsə də, əslində günaha batır.
    Bəli, vəzifəsini icra etmək istəyən şəxs bir neçə mühüm məsələni nəzərdən qaçırmamalıdır. Əvvəla, vəzifəni və onun üçün münasib şəraiti tanımaq lazımdır. Əlbəttə, bu, mərifət məqamına aid məsələdir. Öncə həqiqəti olduğu kimi tanımaq lazımdır. Vəzifənin düzgün icra yolunu öyrəndikdən sonra meydana girmək olar. Bu növ fəaliyyətlərin cəminə "dini yaxşı tanımaq, öyrənmək” deyilir. İnsan öz dinini dərindən, nöqtə-nöqtə öyrənməlidir. Bu dərin anlayışa "dində fəqihlik” deyilir. Adətən, "fiqh” adlandırdığımız bu məfhum təsəvvür etdiyimizdən daha da dərindir.
    2. ƏMƏLI ŞƏRT
    Vəzifənin icrasında ikinci şərt əməldir. Vəzifəni tanıdıqdan sonra növbə fəaliyyətə çatır. İnsan bu mərhələdə həqiqətə doğru hərəkət etməlidir. Əgər tanıma mərhələsində elm, təhsil, fəqihlik yolu ilə həqiqət tanınırsa, əməl mərhələsində Allahın razılığına uyğun vəzifəyə əməl olunmalıdır. Olsun ki, Həzrət (ə) bu səbəbdən "haqqa doğru hərəkətin çətin vaxtı harada olsa, meydana gir” buyurur. Yəni ikinci mərhələdə, həqiqətin xaricdə gerçəkləşməsi üçün təlaş lazımdır. Həqiqəti tanımaqla iş başa çatmır. Həqiqəti tanıdıqdan sonra rahatca evdə oturmaq yanlış hərəkətdir. Növbəti mərhələdə əməl etmək, özünü dəryaya vurmaq, oda-közə yaxmaq lazım gəlir. Bəla dalğaları ilə çarpışaraq, daxildə təsdiq olmuş həqiqəti xaricdə gerçəkləşdirmək zəruridir. Vəzifəsinə əməl etmək, axirətini abadlaşdırmaq istəyən mömin ağır zəhmətlər bahasına olsa da, bütün şərtləri yerinə yetirir. Məlum məsələdir ki, insan çətin işlərdən qaçır. O, təbiət etibarı ilə rahatlığa can atır. Əksər insanlar rahat bir guşəyə çəkilib, güman etdikləri vəzifəni yerinə yetirməyə çalışırlar. Məsələn, təsbeh götürüb salavat çəkir, bir Quran surəsi oxuyur, hansısa kitabı mütaliə edir və düşünürlər ki, dini vəzifə yerinə yetirildi. Bu işlər savaba malik olsa da, vacib dini vəzifəni əvəz etmir. Əli (ə) şiəsi mücahid, fədakar olmalıdır. Şiəlik hara, tənbəllik hara? Rahat guşədə oturmağı dindarlıq, zahidlik kimi qələmə vermək olmaz. Bu, özünü aldatmaqdan başqa bir şey deyil. Gecə yarı oyanıb, nafilə namazı qılmağı özünə vəzifə bilən şəxs bu işi görməlidir. Amma sübhün də öz vəzifələri var. İşin qızğın çağı işdən ayrılıb bir saat Quran oxumaq münasib deyil. Günün düzgün rejimi, işlərin əlverişli şəkildə proqramlaşdırılması müvəffəqiyyətin əsas amillərindəndir. Quran oxumaq, dua etmək üçün gecə və sübh vaxtları daha münasibdir. Bu iki vaxtda Allahla razü-niyaz üçün daha yaxşı ruhiyyə olur. Allah-təala Qurani-kərimdə bizim diqqətimizi belə bir nöqtəyə cəlb edir: "Fəcr tülusu zamanı qiraət (mələklər tərəfindən) müşahidə olunur.”("İsra”, ayə 78) Əgər Quran oxumaq istəsəniz, onun vaxtı iki tülu arası və sübh namazından qabaqdır. Başqa bir surədə oxuyuruq: "Həqiqətən, gecə qalxmaq və söz demək daha münasibdir. Çünki gündüz sənin kifayət qədər işin var”. (Muzzəmmil”, ayə 6-7)
    Əgər, doğrudan da, ibadət etmək istəyirsinizsə, xəlvət və sakit gecə vaxtı daha əlverişlidir. Gecə insanlar şirin yuxuda olduğundan ibadət edənləri yalnız Allah-təala müşahidə edir. Belə bir vaxtda isti yataqdan qalxıb, ruhunu Allah dərgahına yönəltmək çox yaxşıdır. Gündüzlər məişət qayğıları insanın başını qatdığından gecələr ibadət üçün daha münasib şərait yaranır. Gecələr diqqətin yayınması üçün heç bir bəhanə yoxdur. Gündüzlər isə bir sıra vacib vəzifələrə əməl etmək lazım gəlir. Təhsil də vacib işlərdəndir. Müstəhəb iş vacib işi əvəz edə bilməz. Belə ki, məsul işçi ziyarətnamə oxumaq bəhanəsi ilə öz işini təxirə sala bilməz. Ziyarətnamə nə qədər ixlasla oxunsa da, vəzifə borcunu tərk etməyə əsas vermir. Özünüzü Əhli-beyt dostu hesab edirsinizsə, iş vaxtı işdə olmalı, vicdanla çalışmalısınız. Müstəhəb ibadətə görə vəzifə yerini boş qoymaq olmaz.
    ƏMƏLDƏ IFRAT
    Fərdi və ictimai vəzifələrə diqqətli olmaq tapşırığı bəzilərinin əməldə ifrata varması üçün bəhanə olur. Daim işə can atıb, təfəkkürə vaxt ayırmamaq imanlı və ağıllı insana yaraşmaz. İşə başlamazdan qabaq vəzifəni tanımaq, şəraitlə tanış olmaq lazımdır. Süstlük məzəmmət olunduğu kimi, düşüncəsiz hərəkət də bəyənilmir. Həzrət (ə) buyurur: "Haqqa doğru hərəkətin çətin vaxtı harada olsa meydana gir...” Yəni həqiqətləri tanımaq üçün çətinliklər dəryasına baş vurub, düşüncə və əməl meydanında həqiqətə nail olmaq lazımdır. İmam Sadiq (ə) təhsil haqqında buyurmuşdur: "Elmə çatmaq üçün dərin dəryalara baş vurmaq lazımdır. Bu yolda candan keçməyə də dəyər.”("Biharul-ənvar”, c.: 78, səh. 277, rəv. 113)
    Bəli, insan həm həqiqəti tanımaq, həm də ona çatmaq üçün çalışmalıdır. Hər iki sahədə süstlükdən çəkinmək lazımdır. Süstlük məqsədə çatmaq yolunda ciddi maneədir. Məbada, zahidlik və təqva adı altında insan cəmiyyətdən kənarlaşıb, özünə qapıla. Süstlük insanın təqvasını onun əlindən almaqla yanaşı, özünü də azğınlığa düçar edir. Gəlin, özümüzü aldatmayaq. Allah daha yaxşı bilir ki, bizi guşənişin edən səbəb təqva, yoxsa süstlükdür. Süstlüklə mübarizə etmək istəyən şəxs çətinliklərlə didişməli, özündə fədakarlıq hissini gücləndirməlidir. Rahatlığa vərdiş vermiş adam üçün belə bir mübarizə çox çətindir. Belə insanlar kiçik çətinliklər qarşısında müqavimət göstərə bilmirlər. Onlar çətinlikdən yaxa qurtarmaq üçün vacib vəzifəni tərk edirlər. Məsələn, daim valideyn himayəsində rahat yaşamış övlad evdən uzaq düşən kimi təhsilini yarımçıq qoyub, evə qayıtmağa çalışır. O, ana qayğısı olmayan tələbə həyatının çətinlikləri qarşısında təslim olur. Zəif insan kiçik iqtisadi problemlə üzləşən kimi borc alır. Belə vaxtlarda zəif, naqis otaq yoldaşı, dost işi bir az da çətinləşdirir. Nəhayət, oxumaq üçün evdən ayrılmış gənc öz şəri vəzifəsini tərk edib, rahat şəraitə üz tutur.
    Fərdi çətinliyə misal çəkdik. Bəzən insan vacib vəzifəsini icra etmək üçün ictimai maneələrlə mübarizə aparmalı olur. Allah və Onun rəsulunun (ə) istəyincə məntiqi bir həyat yaşamaq istəyən insan ciddi maneələri adlamalı, mövcud çətinliklərə dözməlidir. Şübhəsiz ki, rahatlığa vərdiş vermiş şəxs belə hallarda meydandan qaçır. Ona elə gəlir ki, bir belə məşəqqətlərə dözməkdənsə, əkin-biçinlə məşğul olub, yavan çörək yemək yaxşıdır. Düşünürlər ki, pul qazanıb, fəqiri doyurmaqla da behiştə getmək olar. Hansı ki, insan dözdüyü çətinliklər müqabilində mükafatlandırılır. Behişt əhli arasında da məqamlar var. Axirət aləmində peşimanlıq çəkmək istəməyən şəxs Allahın layiqli bəndəsi olmaq üçün vəzifədən doğan çətinliklərə qatlaşmalı, bu problemləri can-dildən qəbul etməlidir.
    DINI TƏHSILDƏ DÖZÜM
    İnsan süstlüklə mübarizə aparmalıdır. Çünki bu ruhiyyə insanı müxtəlif bəhanələrə əl atmağa vadar edir. Məsələn, dini təhsilin çətinliklərinə dözməyən insan "təhlükə var”, "xəstəyəm” kimi bəhanələr gətirir. Ona elə gəlir ki, dini təhsildən kənarlaşmaq şərən vacib olmuşdur. Belə vəsvəsələrdən qorunmaq istəyən şəxs çətinliklər qarşısında müqavimət göstərməyi öyrənməlidir. Səbirli insanlar "səbur” və ya "səbbar” adlandırılır. Amma "təsəbbür” dedikdə səbirli olmağın öyrənilməsi nəzərdə tutulur. "Təsəbbür” çətinliklə ilk dəfə qarşılaşmış adamın özünə səbirli olmağı təlqin etməsidir. Səbirin öyrənilməsi mərhələsi "təsəbbür”dür. "Təkəlləfəs-səbrə” dedikdə insanın özünü səbirə vadar etməsi nəzərdə tutulur.
    Demək, "dində fəqihlik” çoxlarının güman etdiyi kimi dinin çörəyini yemək deyil. Fəqihlik din ağacına xidmət, onu sirab etməkdir. Bu vəzifə olduqca çətindir və insandan böyük dözüm tələb edir. Həzrət (ə) dində fəqihliyi tövsiyyə etdikdən sonra buyurur: "Özünə xoşagəlməz işlər qarşısında dözümlü olmağı vərdiş ver ki, səbir çox gözəl xasiyyətdir.”
    Bəli, müvəffəqiyyət qazanmaq istəyirsinizsə, səbirli olmağı öyrənməlisiniz. Bu iş uzun müddət davam etdirilməlidir ki, səbir xasiyyətə çevrilsin. Uyğun təlqinə fasilə verilməzsə, çətinliklərə dözmək də asanlaşar. Çətinliklərlə mübarizədən sonra rahatlığa çıxmaq ilahi bir qaydadır. Qurani-kərimdə buyurulur: "Həqiqətən, hər çətinlikdən sonra bir yüngüllük gəlir”(İnşirah”, ayə 6); "Allah hər bir çətinlikdən sonra yüngüllük əta edər.”("Təlaq”, ayə 7)
    SƏBRIN NÖVLƏRI
    Həzrət Peyğəmbər (s) buyurur: "Səbr üç qismdir: Müsibətə səbr, ibadətə səbr, günaha batmamaqda səbr.”("Biharul-ənvar”, c.: 71, səh. 77, rəv. 12) İnsan bəzən kasıblıq, xəstəlik, ayrılıq kimi müxtəlif çətinliklərlə qarşılaşır. Belə məqamlarda səbr etmək zəruridir. Belə bir səbr "müsibətə səbr” adlanır. Bəzən isə şəhvət, qəzəb, tamah insanı düz yoldan azdırır. Belə məqamlarda səbr etməyi bacaran insan günahdan qoruna bilir. Bu növ səbr "günaha batmamaqda səbr” adlanır.
    Digər bir səbr isə "ibadətə səbrdir”. Allaha itaət bəzən çətin olur. Məsələn, vəzifə olaraq elm öyrənmək asan iş deyil. Alim olmaq isə daha da çətindir. Amma sadəcə elm ilə yüklənmək bir o qədər də çətin deyil. Çətin olan işin ilahi niyyətlə görülməsidir. Məsəl var ki, alim olmaq asandır, insan olmaq çətin. Mərhum hacı Şeyx Əbdülkərim (r) bu məsələ belə bir düzəliş vermişdir: "Alim olmaq çətindir, insan olmaq qeyri-mümkün”. Bəli, ilahi niyyətlə elm öyrənmək asan deyil. Bu yolda saysız çətinliklər, dolambaclar var. Allahın razılığını qazanmaq istəyən adam çətinliklərə təslim olmur, məqsədinə çatmaq üçün bütün maneələri dəf edir.
    Həzrət Peyğəmbər (s) buyurur: "Səbr imanın yarısıdır.”("Biharul-ənvar”, c.: 82, səh. 137, rəv. 22) İmam Sadiq (ə) buyurur: "Səbr imanın başıdır.”("Kafi”, c.: 2, səh. 87, rəv. 1) Bu sözlərdə heç bir mübaliğə yoxdur. Allahın razılığını qazanmaq, Əlinin (ə) şiəsi olmaq istəyən kəs çətinliklərə adət etməlidir. Unutmamalıyıq ki, səbr xasiyyət olaraq bir anda yaranmır. Çətinliklərə adət etmək üçün insan kənara çəkilməməli, qovğalar meydanında olmalıdır. Nəfsə hakim olmaq üçün ləzzətli təamlardan çəkinmək o vaxt faydalıdır ki, insan həmin təamlarla bəzədilmiş süfrə arxasında oturmuşdur. Belə bir süfrə arxasında oturan insan özünü tərbiyə edə bilər.
    İnsan günahdan qorunmaq üçün günah sərhəddinə yaxınlaşmamağa çalışmalıdır. Sərhəd kənarında dayanmış insan kiçik bir hərəkətlə günah uçurumuna yuvarlana bilər. Demək, doğru yoldan sapmamaq üçün haram sərhəddinə yaxın bəzi halallardan da çəkinmək lazım gəlir. "Quyuya düşməmək üçün quyudan bir qədər aralı dayanın.”("Kənzül-ə`mal”, c.: 1, səh. 729)
    Beləcə, haram eşitməmək üçün şübhəli sözlərə də qulaq asmayın. Unutmayın ki, quyuya yaxın dayandıqca ona yumbalanmaq ehtimalı çoxalır. Harama yol verməmək üçün daha etibarlı hədlər qoyun, haramla məsafə saxlayın. Kimi ramazan ayında şam azanını eşidən kimi orucunu açır, kimi isə bir qədər səbr edir "Səbr imanın yarısıdır.”
    Category: Əbədi öyüd (birinci cild) | Views: 831 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024