İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » November » 27 » Əbədi öyüd (birinci cild)
    2:49 AM
    Əbədi öyüd (birinci cild)
    ON BIRINCI DƏRS
    TƏCRÜBƏ BƏHRƏSI
    Ey əziz oğlum! Mən bütün qədimdəkilərin ömrünü yaşamasam da, onların əməl və rəftarlarını yaxşı düşündüyümdən, onların dövründəki hadisələri götür-qoy etdiyimdən, onlardan qalmış nişanələri nəzərdən keçirdiyimdən sanki onlardan biriyəm. Onların işlərindən xəbərdar və məlumatlı olduğumdan sanki əvvəldən axıradək onlarla yaşamışam. Ona görə də (keçmişin) işığını zülmətindən, xeyirini zərərindən seçmişəm. Hər şeyin qaymağını, gözəlini və bəyənilmişini seçib bəyan etmişəm. Naməlum qalanı, tanınmamışı səndən uzaqlaşdırmışam. Çünki sənin işlərinə mehriban ata kimi diqqət yetirmişəm, ədəb öyrətmək üçün çalışmışam. Münasib gördüm ki, bu diqqət sənin ilkin gəncliyində işə yarasın. Həyata yenicə qədəm qoyduğun vaxt, qarşında bir zaman varkən, sağlam niyyət və pak nəfsə malik olduğun halda Allah kitabının təlimi, onun bəyanı, İslam qayda-qanunları, halal-haramların bəyanı ilə sənin tərbiyənə başlamaq istədim və heç vaxt bundan başqa şeylərə üz tutmaram. Nigaranam ki, nəfs istəyindən qalxan əqidə ixtilafları, rəylər həqiqəti insanlardan gizlədiyi kimi səndən də gizləyə. Buna görə də həmin şübhələri araşdırmaqdan çəkinməyimə baxmayaraq, təslim olmamaq üçün amanda olmadığın şübhələrdən qorunmaq üçün əqidəni möhkəmləndirməyi üstün tutdum. Ümidvaram ki, Allah səni doğru yola yönəlməkdə müvəffəq edə və düz yola yönəldə . Sənə bu nəsihətimi tapşırır, öyüd verirəm.("Nəhcül-bəlağə”.)
    Vəsiyyətnamənin bu hissəsində Həzrət (ə) dolayı yolla bir sıra ibrətamiz nöqtələri açıqlayır. Yəni birbaşa öyüd-nəsihətə keçməzdən qabaq tərbiyəvi cəhətdən faydalı olan bəzi nöqtələrə toxunulur. Bu incə məsələlər dolayı yolla dinləyicinin nəzərinə çatdırılır.
    ATALIQ NƏSIHƏTI
    Həzrətin (ə) kəlamları yalnız tərkibindəki söz və ifadələrlə yox, eləcə də müraciət üslubu ilə də danışır. Bu misilsiz buyuruqlardakı işarələri anlamaq üçün əvvəlcə onu nəzərdən keçirmək lazım gəlir.
    Həzrət (ə) vəsiyyətnamənin bu hissəsində bildirir ki, tərbiyə etmək istədiyiniz şəxsin elmi cəhətdən diqqətini cəlb edin. Həmin şəxs əmin olmalıdır ki, siz onu tərbiyə etmək gücünə maliksiniz. Tərbiyəçiyə etimadı olan şəxs onun sözlərinə diqqətlə yanaşır. Amma tərbiyəçinin kimliyi, elmi səviyyəsi məlum olmadıqda dinləyici ona qəlbən qulaq asa bilmir. Bu halda dinləyici nə deyilən sözləri düzgün dərk edir, nə də həmin nəsihətlərə əməl etməyə çalışır. "Onların (qədimdəkilərin) işlərindən xəbərdar və məlumatlı olduğumdan, sanki əvvəldən axıradək onlarla yaşamışam” – deyən Həzrət (ə) dinləyicinin diqqətini cəlb edir ki, o bu diqqət sayəsində tərbiyələnə bilsin. Belə bir misala nəzər salaq: Tutaq ki, birinə hədiyyə vermək istəyirsiniz. Həmin şəxs hədiyyəni nə qədər dəyərli hesab etsə, bir o qədər diqqət göstərəsidir. Ucuz hədiyyəyə diqqətsizlik göstərilir və kimsə onu itirməkdən qorxmur. Amma hədiyyə çox dəyərli olduqda insanlar ona xüsusi diqqətlə yanaşır, daim bu hədiyyə haqqında düşünürlər. Həzrət (ə) öncə öz məlumatlılığı haqqında danışmaqla dinləyiciyə anlatmaq istəyir ki, onu nəsihət edən şəxs bütün keçmişdəkilərin həyat təcrübəsinə malik insandır. İnsan hiss edir ki, ona nəsihət edən şəxs ilahi bir alimdir və bütün bəşəriyyətin təcrübəsi ilə silahlanmışdır. Çox dəyərli olan bu hədiyyə illər uzunu damla-damla taplanaraq, bütöv halda təqdim olunur. Bu səbəbdən də onu can kimi əziz tutub, qorumaq lazımdır. O asan qazanılmayıb ki, asan da itirilsin. Bu hədiyyəni münasib vaxtda işlətmək, ondan lazımınca faydalanmaq lazımdır. Qorumaq bəhanəsi ilə onu fəaliyyətsiz saxlamaq olmaz.
    Dinləyicinin qəlbinə nüfuz etmək üçün həzrətin (ə) işlətdiyi digər təbir "ey əziz oğlum” ifadəsidir. Mehribançılığın, məhəbbətin izharı üçün ərəb dilində bir çox ifadələr vardır. Həzrət (ə) öz dərin sevgisini "ey əziz oğlum” ifadəsi ilə bildirir.
    Digər mühüm nöqtə odur ki, başqalarının həyatını mütaliə edən, keçmiş dövrün bütün eniş-yoxuşlarından xəbərdar olan insan bütün tarixi yaşamış kimidir.
    Bu vəsiyyətin biz də qədrini bilməliyik. Çünki Həzrət (ə) bu vəsiyyətnamədə öz həyatının qazanclarını sətir-sətir, ləhzə-ləhzə toplayıb, bizə təqdim etmişdir. Belə görünə bilər ki, tarixi gerçəkliklərin mütləq, nə üçün-niyəsiz qəbul edilməsi məntiqi deyil və keçmişdə elm və mədəniyyət geri qaldığından öyrənməli bir şey yoxdur. Hansı ki, bu günkü elm həmin qədim bünövrə üzərində qurulmuşdur. Həzrət (ə) buyurur: "Onların dövründəki hadisələri götür-qoy (saf-çürük) etdim..” Bəli, Əli (ə) tarixi məlumatları ələkdən keçirmiş, doğrunu yanlışdan ayırmış, xeyirli və zərərli olmuşları müəyyənləşdirmişdir. Özünü ideal hesab etmiş bir çox tarixi şəxsiyyətlərin həyatını analiz etdikdə onların ideallıqdan çox-çox uzaq olduğu məlum olur. Həzrət (ə) yalnız həqiqi və faydalı məlumatları dinləyiciyə təqdim edir. O, qarşı tərəfdə şübhə doğura biləcək mətləblərin bəyanından çəkinir. Həzrət (ə) mehriban ata kimi öz sevimli oğluna yalnız faydalı tövsiyyələr verir, onu yalnız düzgün ədəbə çağırır. Həzrət (ə) buyurur: "Hər şeyin qaymağını, bəyənilmişini, gözəlini seçib bəyan etmişəm. Naməlum qalanı, tanınmamışı səndən uzaqlaşdırmışam...” Həzrət qeyd edir ki, nə yaxşı ki sən cavansan və ömrünün əvvəlidir. Bu vəsiyyətlər qısa bir müddət yox, bütün ömür üçün nəzərdə tutulmuşdur. Vəsiyyətin ünvanlandığı gənc pakdır və hələ ki dövrün çirkabına batmamışdır. Onun qəlbi pak və səfalıdır. Ona görə də Həzrət (ə) hər şeydən əvvəl ən zəruri olan dini bilikləri öyrədir.
    GƏNCIN TƏRBIYƏSINDƏ ILK ADDIM
    Həzrət (ə) bu nəsihətləri məlumat şəklində bəyan etsə də, onun gedişində hər biri hikmətli öyüd olan nöqtələri vurğulayır. Onlardan bəzilərinə nəzər salaq:
    1. İlkin biliklər – Hər bir müəllim, tərbiyəçi və ya övladını sevən mehriban ata gəncin daxili aləmi çirklənməmiş ilk addımda ona dini həqiqətləri öyrədir. Başqa sözlə, ilk öncə övlada düzgün əqidə və düşüncə təlim edilməlidir. Bu işdə yubanılarsa, gəncin qəlbi yanlış əqidələrlə dolasıdır. Belə qəlbi islah etmək üçün ikiqat zəhmət çəkmək lazım gəlir. İlahi maarifin təlimi üçün əvvəlcə həmin qəlbi təmizləmək lazım gələcəkdir. Buna görə də qəlb çirkaba batmamış ona mühüm ilahi biliklər öyrədilməlidir. Əvvəlcə o biliklər öyrədilməlidir ki, bu biliklərdən xəbərsizlik islah yolunu bağlayır. Təlim olunası biliklər bir neçə növdür: Öyrənilməsi faydalı olan elmlər; bilinməməsi zərərli olmayan elmlər; səadət yolundakı maneələri aradan qaldıran elmlər.
    Müxtəlif növ biliklər arasında ən mühümü Qurani-kərimdə mövcud olan biliklərdir. Bu elmlərdən məhrum olan insan üçün səadət yolu bağlıdır. Şübhəsiz ki, insan üçün Quran maarifindən faydalı bir bilik olsaydı, Allah-təala həmin bilikləri öz bəndələrinə göndərərdi. Quranın nazil olması üçün təmin olunan bütün ilkin şərtlər Allah-təalanın öz bəndələrinin sədətinə göstərdiyi diqqətin göstəricisidir. Tarix boyu bəşəriyyətə belə bir hədiyyə əta olunmamışdır. Mümkündürmü ki, bəşəriyyətin ehtiyaclı olduğu biliklər ondan gizlədilə?! Necə ola bilər ki, öz bəndələrini mərhəməti içində qərq edən, ən üstün bəndəsini peyğəmbər seçən Allahın göndərdiyi kitab hansısa mühüm suallara cavab verməyə?! Bəli, bəşəriyyətin ehtiyaclı olduğu bütün əsas məsələlər Quranda bəyan olunmuşdur.
    Övladına xoşbəxtlik vermək istəyən mehriban ata onu hər şeydən əvvəl Quran maarifi, dinin halal-haram göstərişləri ilə tanış etməlidir. Çünki bu biliklərdən məhrum olan insan zərərə düşür, dünya və axirət səadətini əldən verir. Ona görə də Həzrət (ə) buyurur: "...Allah kitabının təlimi, onun bəyanı, İslam qayda-qanunları, halal-haramların bəyanı ilə sənin tərbiyənə başlamaq istədim və heç vaxt bundan başqa şeylərə üz tutmaram.” Həzrət (ə) bu elmlərdən xəbərsiz insanın başqa elmlər arxasınca getməsini düzgün saymır.
    2.Dinləyicinin gücünün nəzərə alınması Həzrətin (ə) bu hikmətli söhbətindən digər bir əsas nöqtə diqqəti cəlb edir. Müəllimlər, tərbiyəçilər, övladının gələcəyindən narahat olan valideynlər bu məsələyə xüsusi diqqət yetirməlidirlər. Müraciət edən şəxsin gücünü nəzərə almaq olduqca əhəmiyyətlidir. Bəyan ediləcək məsələlər dinləyicinin gücü ilə tutuşdurulmalı, deyilən sözlə dinləyicinin səviyyəsi arasında tarazlıq yaradılmalıdır. Yetkinlik dövrünə qədəm qoymuş bir çox insanların tutumu verilən biliklərlə müqayisədə aşağı ola bilər. Dinləyicinin diqqətlə qulaq asması o demək deyil ki, o, bütün deyilənləri dərk etmək gücündədir.
    Həzrət Əli (ə) bu baxımdan dini maarifin öyrədilməsinə üstünlük verir. Bu biliklərdən məhrum olan insan zərərə düşür. Dini maarif və digər biliklərin tədrisində şagirdin dərketmə gücü nəzərə alınmalıdır. Deyilən məsələlər səthi olarsa, dinləyiciyə gərəksiz görünər, çox mürəkkəb olarsa, dinləyici acizlik hiss edər.
    3. Azdırıcı sözlər pusqudadır Vəsiyyətnamənin bu hissəsinə qədər dinləyiciyə bəyan olunası zəruri məsələlərdən danışıldı. Görən dinin əsaslarının ("üsule-din”) və bu sahədə mövcud dəlillərin bəyanı ilə kifayətlənmək olarmı? Tövhid, nübüvvət, məad, ilahi sifətlər, imamət haqqında danışılması bəs edirmi? Dini təlim halal-haramların açıqlanması ilə başa çatır, yoxsa deyiləsi başqa sözlər də var?
    Həzrət Əli (ə), o ilahi insan bu mühüm nöqtəni də nəzərdən qaçırmır. Həzrət (ə) bu mövzuda buyurur: "Nigaranam ki, nəfs istəyindən qalxan əqidə ixtilafları, rəylər həqiqəti insanlardan gizlədiyi kimi səndən də gizləyə. Buna görə də həmin şübhələri araşdırmaqdan çəkinməyimə baxmayaraq, təslim olmamağın üçün, amanda olmadığın şübhələrdən qorunmağın üçün əqidəni möhkəmləndirməyi üstün tutdum...” Həzrət (ə) öz dinləyicisini yolsuzların, bədxahların tələsindən qurtulmaq üçün əvvəlcə ilahi maarifi bəyan edir. Yalnız əqidəni möhkəmlətdikdən sonra şübhəli məsələləri açıqlamağa başlayır. Həzrət (ə) qarşı tərəfi şübhələrlə mübarizədə ilahi maariflə silahlandırır. Yalnız ilahi maarifə yiyələnənlər bu şübhələrin hücumundan qoruna bilirlər.
    Deyilənlərdən məlum olur ki, təlim-tərbiyə təkcə ilahi maarifin öyrədilməsindən yox, eləcə də şübhələrə qarşı müdafiə xəttinin qurulmasından ibarətdir. İnsan tövhidi sübut etməyi bacarmaqla yanaşı şirki, bütpərəstliyi puça çıxarmağı da öyrənməlidir. Demək, həm ilahi maarif bəyan olmalı, həm də şübhələr kökündən qazılmalıdır.
    Həqiqəti tanımaq bir o qədər çətin olmasa da, batil təlqinlərə, rəngarəng şübhələrə məruz qalan insan həqiqəti seçməkdə çətinlik çəkir. Çünki batil həmişə həqiqət donunda gəzir. Beləcə, şübhələr tufanında həqiqətə doğru cəhət götürmək problemə çevrilir. Ona görə də Həzrət (ə) sözünün davamında duaya üz tutur: "Ümidvaram ki, Allah səni doğru yola yönəlməkdə müvəffəq edə və düz yola yönəldə...” Həzrət (ə) öz sevimli övladı, dinləyicisi üçün ifrat və təfritdən uzaq orta yol arzulayır.
    Şübhəsiz ki, şübhələr burulğanında başını itirmiş insan həqiqəti tapmaqda və ona əməl etməkdə çətinlik çəkir. Belə insanlar təsadüfən, nadir hallarda doğru yola çıxa bilirlər. Peyğəmbər və ilahi kitabın göndərilməsində əsas məqsəd insana yardım əli uzadıb, onu burulğandan çıxarmaqdır. Allah-təala doğru yolu tapanları seçilmiş ümmət adlandıraraq buyurur: "Sonra ilahi kitabı bəndələrimizdən seçdiklərimizə miras qoyduq. Onlardan kimisi özünə zülm edər, kimisi mötədil olar, kimisi də Allahın izni ilə yaxşı işlərdə irəli keçər. Bu böyük fəzilətdir.”("Fatir”, 32)Başqa bir ayədə buyurulur: "Doğru yolu göstərmək Allaha aiddir. Haqdan əyilmiş yol da var. Allah istəsəydi, hamınızı doğru yola yönəldə bilərdi.”(Nəhl”, 9) Digər bir ayədə oxuyuruq: "O, əlamətlər müəyyən etdi. İnsanlar ulduzlar vasitəsi ilə yolu taparlar.”("Nəhl”, 16) Bəli, insanlar qaranlıq gecələrdə ulduzlardan istifadə edərək yol gedə bilirlər. Əlbəttə ki, qaranlıq gecədə insana yol göstərən Allah mənəvi məsələlərdə də onu zülmətdən nura hidayət edir. Kimsəsiz yollarda təhlükə olduğu kimi mənəviyyat yollarında da maneələr mövcuddur. Mənəvi bir məsələdə azmaq meşədə azmaqdan daha təhlükəli ola bilər. Hətta ulduzları dünya əhlinə yardımçı edən Allah öz bəndələrini mənəvi aləmdə yardımsız buraxarmı?! Əlbəttə ki, belə bir hal mümkünsüzdür. Allah-təala bəşəriyyəti doğru yola yönəltmək üçün saysız-hesabsız vasitələr qərar vermişdir. Amma düşünməyək ki, doğru yol ağ bir xətlə sonadək göstərilmişdir. Allah onun göndərdiyi kitabın qədrini bilənləri doğru yola yönəldir. Amma ilahi göstərişlərə məhəl qoymayıb, naşükürlük edənlər öz diqqətsizliklərinin acı nəticəsi olaraq, azğınlığa düçar olasıdırlar. Allah-təala və məsum rəhbərlər (ə) həqiqi maarifi bəyan etməklə doğru yolu əyri yoldan seçməkdə insana əl tutmuşlar. Həzrət Əlinin (ə) uyğun vəsiyyətnaməsi də bu ilahi öyüdlərdən biridir.
    QURAN VƏ ƏHLI-BEYTIN (ITRƏTIN) YAXINLIĞI
    Şübhəsiz ki, Quran və itrət bəşəriyyətin hidayəti və haqqa çatması üçün Allah-təalanın açdığı bir qapıdır. Bu iki mənbədə hidayətdən əlavə, insanın ömür boyu ehtiyac duyduğu həqiqətlər bəyan olunmuşdur. Bu misilsiz nemətlər qarşısında bizim süstlüyümüz də misilsizdir. Əgər soruşulsa ki, öz həyatınızda Quran və Əhli-beytdən nə qədər faydalanmısınız, cavab verə bilmərik. Təəssüf ki, möhtaclığımız son həddə çatsa da, Quran və Əhli-beyti dərdlərimizin çarəsi hesab etmirik. Bəs Qurana müraciət etmədiyi üçün bədbəxt olmuş insan kimi qınamalıdır? Allah həqiqəti batildən ayırmış, doğru yolda nişanələr qoymuş, yetərincə xəbərdarlıq etmişdir. Əgər Allahın göndərdiyi peyğəmbərlərə, tərbiyəçilərə biganə qalmışıqsa, kimdir günahkar? Bəli, insan yalnız özünü məzəmmət etməlidir. Quran və Quranın açıqlamasında Əhli-beytin (ə) buyuruqları yeganə çıxış yolu olduğu halda nədən bir belə biganəyik? Kitab və itrət insanın ilk bələdçiləridir. Bu nemətlərdən istifadə edənlər heç vaxt şəkk-şübhəyə düçar olub, sonradan təəssüf etmirlər. Bu iki bələdçidən üz döndərən insan başqa yerdə işıq tapası deyil. Həzrət Peyğəmbər (s) buyurur: "Pərvərdigara! Mənim qövmüm Qurandan kənar gəzdi.”("Furqan”, 30) Quran və itrətdən istifadə edənlərə Allahın başqa yollarla da kömək etməsi mümkündür. Bu hidayətdən üz döndərənlər isə həyatda doğru yol tapmaq, azmamaq ümidində olmasınlar!

    Category: Əbədi öyüd (birinci cild) | Views: 766 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024