İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 7
Qonaqlar 7
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » November » 27 » Əbədi öyüd (birinci cild)
    2:47 AM
    Əbədi öyüd (birinci cild)
    ON ÜÇÜNCÜ DƏRS
    DÜNYANIN MAHIYYƏTI (HƏQIQƏTI)
    Oğulm, mən səni dünya və onun halından, onun dəyişkənliyi və puçluğundan, əldən-ələ düşməsindən xəbərdar etdim. Sənə axirət və axirət əhli üçün Allahın hazırladıqlarından xəbər verdim. İbrət görürməyin, onları öz işində rəhbər tutmağın üçün hər ikisi haqqında misallar çəkdim. Dünyanı sınağa çəkib tanıyanlarır əhvalatı susuz, qeyri-abad yerdə mənzil salıb, bol nemətli, dilbər guşəyə üz tutanların əhvalatı kimidir. Onlar yol əziyyətini özlərinə asan bilib, dostdan ayrılığı, yemək və yatmaq çətinliyini qəbul ediblər ki, özlərini şadlıq mənzilinə çatdırsınlar, öz asayiş yerlərində rahatlansınlar. Bu yolda qazandıqları əziyyəti əzab saymamalı, ödədikləri səfər xərcini zərər bilməməlidirlər. Onlar üçün ən sevimli şey onları (əbədi) evlərinə yaxınlaşdıran şeydir. Dünyada aldananların əhvalatı isə nemət dolu mənzildə yaşayıb, oradan susuz, ələfsiz mənzilə köçənlərin əhvalatı kimidir. Onlar üçün ən xoşagəlməz və qorxulu şey bu abad mənzili tərk edib, həmin qeyri-abad mənzilə köçməkdir.”("Nəhcül-bəlağə”.)
    Həzrətin (ə) vəsiyyətnaməsinin yığcam şəkildə bəyan olunmuş birinci hissəsini Allahın yardımı ilə araşdırdıq. Ətraflı moizələrdən ibarət olan ikinci hissədə isə hər bir mövzu geniş şəkildə izah olunmuşdur. Bəzən isə birinci hissədə bəyan olunmuş məsələlər açıqlanır. Qeyd etmişdik ki, bu vəsiyyətnamənin müxtəlif mənbələrdəki variantları fərqlidir və biz "Biharül-ənvar”dakı variantı əsas götürmüşük. Vəsiyyətnamənin bu hissəsində insanın dünya həyatındakı mövqeyi və onun axirət dünyası ilə əlaqəsindən danışılır.
    XALQ DÜŞÜNCƏSINDƏ DÜNYANIN YERI
    Düzgün qərar qəbul etmək, doğru yol seçmək istəyən insan bəzi məsələlərdən yetərincə xəbərdar olmalıdır. Bundan əlavə müəyyən şərtlərə də əməl olunmalıdır. İlk əvvəl insan, öz mövqeyini müəyyənləşdirməlidir. Haradan gəldiyini, harada olduğunu, haraya gedəcəyini bilməyən, qarşısındakı çətinliklərdən xəbərsiz olan insan ciddi və düzgün qərar qəbul etməkdə acizdir. Yəni zəruri məsələlərdən tam agahlıq olmadıqda çıxarılan qərar kor-koranə olur və insanı məqsəddən uzaqlaşdırır. İnsanın öz mövqeyini müəyyənləşdirməsi, dünyanın mahiyyətini dərk etməsi onun həyatında təyin edici amillərdəndir. İnsanın dünyaya baxışı, həyatda öz yerini müəyyənləşdirməsi olduqca zəruridir. Ona görə də dünyaya müxtəlif baxışlar və bu baxışların insana təsiri haqqında danışacağıq:
    1. HEYVANİ BAXIŞ (DÜNYANI MƏQSƏD BİLMƏK)
    Şübhəsiz ki, dünyaya gələn və onda yaşayan insanların dünyaya baxışları fərqlidir. Bəziləri dünyaya diqqətlə, bəsirət gözü ilə baxmadıqlarından onların baxışları bir növ yuxuludur. Onlar haradan gəldikləri, haraya gedəcəkləri barədə düşünmürlər. Belələri aclıq hiss edəndə yemək axtarır, susadıqda su gəzir, bir ömür vəzifə və məqama çatmağa çalışır, bir sözlə, yalnız dünya nemətləri haqqında düşünürlər. Onların həyat tərzi digər canlıların həyat tərzindən fərqlənmir. Qurani-kərimdə buyurulur: "kafirlər isə səfa sürər, heyvan kimi yeyib-içərlər.”("Məhəmməd”, 12
     )həyatın mənasını dərk etməyən, ağıllı qərar çıxarmaqda aciz olan bu qisim insanlar, qoy, qarınlarını doldurmaqla məşğul olsunlar. Onların yemək və yatmaqdan, heyvani istəkləri təmin etməkdən savay işləri yoxdur. Hər gün eyni fikirlə yatır və eyni fikirlə yuxudan oyanırlar. Onlar üçün həyat məqsədi adlı bir məsələ yoxdur.
    2. DÜNYA KEÇİD YERİDİR
    Digər bir qrup insanlar özləri və ətrafları haqqında düşünürlər. Onlar anlayırlar ki, dünya həyatı ötəridir. Bu qrup insanlar təyyarədə yuxudan oyanıb, ətrafdakıların yeyib-içməkdə olduğunu, təyyarənin isə fəzada hərəkət etdiyini müşahidə edən sərnişinə oxşayırlar. Təyyarəni bir başqa şəxs idarə etdiyindən kimsə bu hərəkətin qarşısını ala bilməz. Qəfil oyanıb harada olduğunu dərk etməyən insan heç vəchlə bu hərəkətə təsir göstərə bilmir. Təyyarənin hərəkəti onun sərnişinlərinin iradəsindən asılı deyil. Sərnişinlər anlayırlar ki, acizdirlər. Onları yalnız harada olduqları, hansı istiqamətdə hərəkət etdikləri, nə vaxt mənzil başına çatacaqları maraqlandırır.
    Bəli, bir qrup insanlar anlayırlar ki, "zaman” təyyarəsinin sərnişinləridirlər və bu təyyarənin sürəti onlardan asılı deyil. Onlar dərk etmişlər ki, insan zamanın gedişi qarşısında acizdir. Zaman bir an belə dayanmadan irəli şütüyür. İnsan onu yubatmaq iqtidarında deyil. Əslində bu hərəkəti hiss etmək çətin deyil və bütün insanlar dünyanın və insan ömrünün ötəriliyini dərk edə bilərlər.
    Növbəti sual yaranır: Varlıq aləmi haradan haraya hərəkət edir? Ömür təyyarəsi bizi bu sürətlə haradan haraya aparır? İnsanın aqibəti nədir? "Haradan gəldiyini, haraya gedəcəyini bilən insana Allahın mərhəməti olsun”– buyurulmuşdur. Amma bu sualın cavabında baxışlar daha çox haçalanır. Müəyyən baxışları nəzərdən keçirək:
    A) ABAD DÜNYADAN VIRAN DÜNYAYA KEÇID
    Dünyanın ötəriliyinə münasibətdə xalqın əqidəsini aydınlaşdırmaq üçün əvvəlki misalı xatırlasaq yaxşı olar. Diqqət etsək, görərik ki, təyyarə sərnişinləri iki növ olur. Onlardan bir qismi bu səfərin yoxluqla nəticələnəcəyini düşünərək səfər boyu yeyib-içməklə, daha çox ləzzət almağa çalışırlar. Dünya sakinlərinin də bir hissəsi belədir. Onlar dünyanın ötəriliyini və hər şeyin puçluqla sona çatacağını fikirləşərək dünya nemətləri ardınca qaçır, ömürü fürsət bilərək daha çox ləzzət almaq istəyirlər. Onlar hərislik göstərir, dünya işlərində hamını ötüb-keçməyə çalışırlar. Şübhəsiz ki, bu sayaq düşüncə tərzinin sonu fənadır. Çünki bu qrupdan olan insan dünyanın sonunu yoxluq kimi qəbul edir. Guya dünya üç-beş gündən ibarətdir və onu qənimət bilərək xoş güzəran keçirmək lazımdır. Aqibətini yoxluq zənn edən insan tez-gec həmin nöqtəyə çatasıdır.
    B) DÜNYADAN ƏBƏDİ AXİRƏTƏ KEÇİD
    Bir qrup sərnişinlər isə öz səfərlərinin uğurla başa çatacağını və son nöqtə olmayacağına inanırlar. Dünya sakinlərinin də bir hissəsi dünyanın sonunu yoxluq yox, əbədi bir həyata keçid kimi qəbul edirlər. Onlar dünya həyatını təsadüfi yox, məqsədli bildikləri üçün bütün işlərini həmin məqsədə çatmaq istiqamətində nizamlayırlar. Onlar səbr və dözümlə proqramlı həyat yaşayır, dünya nemətlərinə münasibətdə hərislik göstərmirlər. Onlar üçün ən mühümü doğru həyat yolunu seçməkdir. Dünya həyatın son olmadığına inananlar daim öz vəzifələri haqqında düşünür, hətta birinci qrupdan olanları yanlış düşüncə tərzinə görə məzəmmət edirlər. Onlar "dünya beş günlükdür, fürsəti qənimət bilmək lazımdır” cavabını alırlar. Əlbəttə ki, belə bir cavab onları qane etmir, daim öz yaranış məqsədləri haqqında düşünür, həmin məqsədə doğru hərəkət edirlər. Onlar saatları, dəqiqələri sayaraq, məqsədə çatacaqları, dostlara qovuşacaqları anı gözləyirlər. Ali bir məqsəd, ali bir görüş haqqında düşünən sərnişin, sözsüz ki, acgözlüklə yeyib-içməyə girişmir.
    DÜNYAYA DOĞRU DÜZGÜN BAXIŞ
    Söhbətin bu hissəsinədək dünyaya üç baxış tərzi haqqında danışıldı. Hər insan bu baxışlardan birinə uyğun şəkildə həyat sürür. Birinci baxışı əsas götürənlər heyvani həyat yaşayır, ikinci baxışı əsas götürənlər dünyanı ötəri saydıqlarından, ondan daha çox faydalanmaq istəyir. Üçüncü baxışı əsas götürənlər isə dünyanı əbədi həyata, ali bir məqsədə keçid mərhələsi sayaraq, uyğun məqsədə doğru hərəkət edirlər. Bu əqidələri birbəbir analiz etmədən düzgün qərar çıxarmaq mümkünsüzdür. İlk araşdırmada birinci baxışdan imtina etmək lazım gəlir. Qalan iki yoldan birini seçmək üçün ya dünyanın sonunu yoxluq, ya əbədiyyət qəbul etməli oluruq, üçüncü baxış həyatın məqsədli yaranışını, insanın vəzifəli olduğunu, onu qarşıda vəfalı dostlarla görüş gözlədiyini özündə cəmləşdirir.
    Sözsüz ki, son iki baxışın malik olduğu dəlillər araşdırılmalıdır. İndi isə bu iki qrupun özünəməxsus xüsusiyyətləri ilə tanış olaq:
    Dünyanı beşgünlük, sonunu yoxluq bilənlər həris, ləzzətpərəst, eqoist, ətrafdakılara diqqətsiz olur, ötəri hesab etdikləri dünyada daha çox faydalanmağa çalışırlar. Onlar yalnız yemək-içmək haqqında düşünür, kübar həyat sürməyə can atırlar.
    Amma, dünyanı, öz varlıqlarını məqsədli hesab edənlər, onu imtahan meydanı sayanlar insanlıq vəzifələri haqqında düşünür, bu vəzifələrə əməl etmək istəyirlər. Onlar bir müddət sonra dünya həyatının başa çatacağına və əbədi bir həyata qədəm qoyacaqlarına inanırlar. Qurani-kərimdə buyurulur: "Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyil. Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Ey kaş biləydilər.”("Ənkəbut”, 62)Digər bir ayədə oxuyuruq: "Ey kaş, həyatım üçün bir şey fikirləşəydim.”("Fəcr”, 24) Ayələr açıq-aşkar bildirir ki, həqiqi həyat bu dünya həyatı yox, axirət həyatıdır.
    Göründüyü kimi, həyata hər növ baxış insanı müəyyən bir rəftara sövq edir. Kimi yalnız maddi nemətlər haqqında düşünür, kimi isə mənəvi nemətlərə üstünlük verir. Həzrət Əli (ə) buyurur ki, bir qrup insan dünyanı dəqiq tanımış, onun mahiyyətini dərk etmişlər. Onlar quraqlıqdan yaşıllığa, viranlıqdan abadlığa səfər edənlər kimidirlər. Yəni dünya həyatı quraqlıqdan gülüstana səfərdir. Bu qrupdan olanların məqsədi tələsik hazırlıq görüb, məqsədə çatmaqdır. Onlar bu yolda bütün olanlarını qurban verir və təəssüflənmirlər. Çünki istənilən sürətli bir vasitə ilə mənzilə çatmaq əsas hədəfdir. Doğrudan da, ən ali məqsədə çatmaq üçün bütün olanlarından keçməyə dəyər! Amma dünyanı rahatlıq, dünyadan sonranı viranlıq bilən kəs yalnız dünya ləzzətlərindən daha çox faydalanmağa çalışır. Belələri axirət həyatına inanmadıqları, həmin səfərə hazırlıq görmədikləri üçün dünya həyatını qənimət hesab edirlər.
    HƏZRƏT ƏLININ (Ə) NƏZƏRINDƏ DÜNYA
    Həzrət Əli (ə) öz övladına ən həqiqi nəzəriyyəni təqdim edərək buyurur: "Oğlum, mən səni dünya və onun halından, onun dəyişkənliyi və puçluğundan, əldən-ələ düşməsindən xəbərdar etdim.” Bəli, bu dünya davamlı deyil. Dünya ilə müqayisədə axirət misilsiz, nemət və şadlıqla dolu bir aləmdir. Allah həmin aləmi öz sadiq dostları üçün hazırlamışdır. Axirət aləmini dünya həyatı ilə müqayisə etməyiniz üçün bəzi nümunələr göstəririk. Bu nümunələri nəzərdən keçirib, düşünün. Özünüz hansının üstün olduğunu müəyyənləşdirin. Seçdiyiniz nümunəyə uyğun yaşayın. Həzrət (ə) buyurur: "Sənə axirət və axirət əhli üçün Allahın hazırladıqlarından xəbər verdim. İbrət götürməyin, onları öz işində rəhbər tutmağın üçün hər ikisi haqqında misallar çəkdim. Dünyanı sınağa çəkib tanıyanların əhvalatı susuz, qeyri-abad yerdə mənzil salıb, bol nemətli, dilbər guşəyə üz tutanların əhvalatı kimidir. Onlar yol əziyyətini özlərinə asan bilib, dostdan ayrılığı, yemək və yatmaq çətinliyini qəbul ediblər ki, özlərini şadlıq mənzilinə çatdırsınlar, öz asayiş yerlərində rahatlansınlar.” Dünyaya bəsirət gözü ilə baxanlar onu tanıdılar. Onlar quraqlıqdan gülüstana üz tutmuş karvan kimidirlər. Çünki qarşıdakı mənzili ideal bilir, bütün yol ağrılarına dözürlər. Onların həqiqi dostları çatacaqları mənzildə olduğundan həmin aləmə düşmək üçün hazırlıq görürlər. Sözsüz ki, səfər şəraiti ev şəraitindən ağır olur. Amma bu yolun yolçuları əmindirlər ki, tezliklə əbədi, rahat və geniş bir mənzilə çatacaqlar. Ona görə də yol çətinlikləri onları narahat etmir. Məgər məhbubu ilə görüşə tələsən aşiq yorğunluq hiss edərmi?! Hətta bədən yorulsa da, aşiq bu yorğunluğu hiss etmir. Bu yolda xərclənilən pul zərər sayılmır. Həqiqət yolunun yolçusu çəkdiyi zəhmətləri, xərcləri özü üçün iftixar sayır. Deyilənlər dünyanı olduğu kimi tanıyanların halından nümunələr idi.
    Amma bu əqidə müqabilində dünyanı zahir gözü ilə müşahidə edib, ona aldananların əqidəsi dayanır. Onları aldadan dünyanın ötəri şirnisi, əlvanlığıdır. Amma bir vaxt gəlir ki, bu şirinlik zəhərə, əlvanlıq zülmətə çevrilir. Qurani-kərimdə buyurulur: "Dünya həyatı aldadıcı həzz və əyləncədən başqa bir şey deyil.”(Ali-İmran”, 185) Ayənin ərəbcə ifadəsindəki "qurur” kəlməsi "yalan” mənasında işlədilmişdir. Yəni dünya yalan vasitəsidir. Dünya uşağa verilmiş süni əmziyə oxşayır. Həmin əmzik uşağı aldadıb başını qatdığı kimi, dünya da insanın başını qatıb, onun diqqətini mühüm məsələlərdən yayındırır. Əlbəttə ki, dünyaya aldananlar da bir neçə qrupdurlar. Onlardan bir qrupu dünyaya heyvani nəzərlə baxır. Dünyanın sonunu puç hesab edənlər də dünyaya aldananlardandırlar. İstər dünyanın ötəriliyini dərk etməyənlər, istərsə də onu ötəri bildikləri halda sonunu yoxluq sayanlar dünyanın əsil mahiyyətindən qəflətdədirlər.
    Dünyanın mahiyyətini dərk edənlərlə onun sonunu yoxluq kimi başa düşənlər arasında oxşar cəhət odur ki, hər iki qrup dünyanı ötəri sayır. Demək, dünyaya heyvani nəzərlə baxanların, dünyanın sonunu yoxluq sayanların və dünyanın mahiyyətini dərk edənlərin hər birinin səciyyəvi rəftarı var.
    Bəli, xalq dünyaya üç baxışdan biri ilə baxır: Bir qrup insan dünyanın ötəriliyini hiss etmədən heyvani həyat sürür, digər qrup insan dünya həyatının ötəriliyini hiss etsə də, onun sonunu puç sayır, üçüncü qrup insanlar isə dünya həyatını axirətə doğru səfər hesab edirlər. Həzrət (ə) dünyaya aldananlar haqqında buyurur: "Dünyaya aldananların əhvalı isə nemət dolu mənzildə yaşayıb, oradan susuz, ələfsiz mənzilə köçənlərin əhvalatı kimidir.” Onlar üçün bu səfərdən ağır bir şey yoxdur. Dünyadan ayrılmaq onlar üçün çox çətindir. Heçliyə, yoxluğa yaxınlaşdıqlarını düşünənlər üçün hər nəfəs bir əzabdır. Onlar səfalı saydıqları mənzildən fəna bildikləri yerə köçmək istəmirlər. Yoxluq düşüncəsi onları o ki var sıxır. Bununla yanaşı dünya həyatını fürsət bilib ondan qədərincə ləzzət almağa çalışırlar. Çünki yalnız dünya həyatını barlı-bəhrəli, ləzzətli güman edirlər. Onların fikrincə, ölümdən sonrakı mənzildə heç bir xoşluq yoxdur.
    İnsan qeyd olunan iki yolu bəsirət gözü ilə nəzərdən keçirib, öz baxışını müəyyənləşdirməlidir:
    1. Həyat beş günlükdür (müvəqqətidir). Bu baxışa görə həyat ölümlə başa çatıb, puç olur və ondan sonra heç bir nemət və yaşayış yoxdur. Nə varsa elə bu beş günlük dünyadadır.
    2. Həyat əbədi axirət həyatıdır. Yəni beşgünlük dünyamız həmin axirət dünyası ilə müqayisə olunası deyil. Bu dünya əsil məqsəd olan axirət dünyasına keçiddir.
    DÜZGÜN BAXIŞDAN SONRA
    Müxtəlif baxışları nəzərdən keçirdikdən sonra seçdiyimiz yola uyğun hərəkət etməliyik. Əks-təqdirdə hansı yolun seçilməsinin heç bir əhəmiyyəti yoxdur. Axirət həyatının varlığını qəbul edən insan özünü yolda, səfərdə hiss etməli, yol qaydalarına əməl edərək yükünü ağırlaşdırmamalıdır. Yükü ağır olan yolçu tez yorulur, mənzil başına gec çatır. Dünya nemətlərinin bir gün əldən çıxacağına inanan insan bu nemətlərə əsir olmur. Bu sayaq etiqad insanı əməl və rəftarına təsir göstərir. Axirət həyatına inananlar qarnını doldurmaq üçün yalana, hiyləyə, cinayətə əl atmır, haram və günaha yol vermir, nakəslərin qarşısında əyilmir, öz şərəf və ləyaqətini uca tutur. İmanlı insan yoxsulluqdan şikayətlənmir. Qurani-kərimdə buyurulur: "Belə şəxslər həyalı olub dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər.”("Bəqərə”, 273)Möminin ləyaqəti ona icazə vermir ki, ehtiyacını dilə gətirsin. O, yalnız dünya nemətləri yox, eləcə də mənəvi kamillik üçün çalışır. Mömin yalnız vəzifəsi olduğu üçün dünya vasitələrinin ardınca gedir və kimsəyə qul olmaq fikrində deyil. Həyata belə bir baxışla baxan insan üçün bütün gördüyü şeylər ibadət sayılır. Amma dünya işləri hədəf seçildikdə insan üçün büdrəmə, azğınlıq labüd olur. Çünki belə bir məqsədin kökündə dünya məhəbbəti, dünyaya əsirlik dayanır. Dünyaya əsir olan insanı dünya ləzzətləri, yemək, geyim, var-dövlətdən başqa heç nə düşündürmür. Çünki, dünyanı son hədəf bilən insandan başqa şey gözləmək olmaz. Belələrinin fikrincə, dünya həyatı başa çatdıqdan sonra hər şey puç olur. Amma bu dünyanı yol hesab edən insan başqa cür rəftar edir. Onun bütün fəaliyyətləri insani vəzifələrin icrasından ibarətdir. İmanlı insanlar üçün dünya həvəsləri, var-dövlət, məqam əsas deyil. Onların əsas məqsədləri məhbuba çatmaqdır. Aşiqlə məşuq arasında pərdə olan dünya nemətləri onlarda nifrət doğurur. Həzrət Əlinin (ə) dünyanı təsvir edən misalı necə də dəqiqdir. Həzrət buyurur: "Dünya həyatı və dünya malı cüzam xəstəliyinə yoluxmuş xəstənin əlindəki çürümüş donuz sümüyü kimidir.” Diri donuz bir bu qədər çirkindirsə, onun çürümüş sümüyünün nə dərəcədə çirkin olduğunu təsəvvür etmək çətin deyil. Daim iyrənc qidalarla qidalanan bu çirkin heyvanın üfunətli sümüyünü pis bir şey təsəvvür etmək isə mümkünsüzdür. İndi özünüz düşünün, belə iyrənc bir şey cüzam xəstəliyinə yoluxmuş adamın əlində olduqda hansı səhnə yaranır?! Həmin xəstənin əlində gül də olsaydı, kimsə həmin gülə baxmaq istəməzdi. Görün, insan nə dərəcədə qafildir ki, uyğun səhnələrə aludə olur! Dünyanın tanıyanlar isə ona eynən Həzrətin (ə) gözü ilə baxırlar. İndi özünüz müəyyənləşdirin ki, hansı dəstədənsiniz.
    Category: Əbədi öyüd (birinci cild) | Views: 868 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024