İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2052
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » November » 27 » Əbədi öyüd (birinci cild)
    2:45 AM
    Əbədi öyüd (birinci cild)
    ON ALTINCI DƏRS
    HƏYAT DƏRSI
    Bil ki, qarşıda uzun yolun, üzücü əziyyətin var; həqiqətən bu yolda yaxşılıq axtarışı, düzgün təlaşdan ehtiyacsız deyilsən; özünə lazımınca azuqə, ehtiyat götür; elə bir azuqə ki, səni məqsədə çatdıra, çiynində yüngül ola; gücündən ağır yük götürsən, sənə baha başa gələr; yükünü qiyamətədək götürəcək, ehtiyaclı olduğun gün sənə qaytaracaq biçarə, möhtac tapsan, onu qənimət bil; qənimət say o kəsi ki, ehtiyacsız olduğun gün səndən borc istəyir ki, ehtiyaclı olduğun gün sənə qaytarsın, bil ki, qarşında çətin bir dolambac var və enəcəyin yer yalnız ya behiştdir, ya da cəhənnəm; ora enənədək özünə bir çarə düşün.”("Nəhcül-bəlağə”.)
    Qeyd etdik ki, həzrət Əlinin (ə) vəsiyyətinin ümdə hissəsi insanın dünya həyatında mövqeyi və dünyanın axirətlə müqayisəsi haqqındadır. Bu mühüm məsələ ilə Həzrətin (ə) bir çox buyuruqlarında, imam və övliyaların tövsiyyələrində tez-tez rastlaşırıq. "Nəhcül-bəlağə”nin əksər xütbələrində bu mövzuya toxunulur. Bu təkidlərin sirrinə diqqət yetirmək çox əhəmiyyətlidir.
    NƏ ÜÇÜN DÜNYA MƏZƏMMƏT OLUNUR?
    Məsum imamların dilində dünyanın məzəmmət olunmasının səbəbi insanın dünyaya əsirliyi, nəticədə axirətin inkarı ola bilər. Başqa sözlə, dünya ona görə qınanır ki, dünya məhəbbəti insanın axirətdən xəbərsizliyinə səbəb olur. Dünyanın aldadıcı şirinlikləri insanın bütün vücudunu öz təsiri altına salır, insan bu şirinliklərin arxasınca yüyürməyə başlayır. Amma axirət həyatı hiss üzvləri ilə duyulmadığından bir qədər diqqətdən kənarda qalır. Ona görə də məsum imamlar dünyanı məzəmmət edir, insanları dünya şirinliyinə aldanıb, axirətdən xəbərsiz qalmamağa çağırırlar. Hiss üzvləri ilə duyulmayan axirətin diqqətdən kənarda qalmasında təbiilik var. Axirətə diqqətli olanlar isə ya əqli dəlillərə əsaslanır, ya peyğəmbər və imamların buyuruqlarına istinad edirlər. Bu məlumatlar isə zahirpərəst insanlara çox az təsir göstərir. Amma dünya mənzərələri insanı bir anda özünə cəzb edir. Axirət həyatına əksər müsəlmanlar şübhə etməsələr də, bu mərifət, bu inam hər gün təzələnmədiyindən diri olmur. İnsanla bu məsələni əməli şəkildə çox az xatırlayır, elə düşünürlər ki, bu üç-beş günlük dünya daha əhəmiyyətlidir. Bir növ unudulur ki, əsas məqsəd axirət dünyasıdır. Bu həqiqəti fasiləsiz olaraq xatırlayan yalnız Allahın peyğəmbərləri və övliyalarıdır. Ona görə də adi insanlara bu məsələ tez-tez xatırladılmalıdır. Onlar gecə-gündüz əldə etməyə çalışdıqları dünya şirinliklərinin qısa bir müddətdən sonra əldən çıxacağını bilməlidirlər. Məhz qeyd olunan məsələlər səbəbindən Quranda, "Nəhcül-bəlağə”də Əhli-beyt buyuruqlarında dünya bir bu qədər məzəmmət olunur. Qurani-kərimdə buyurulur: "Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyil”("Ən`am”, 32); "Bizimlə qarşılaşacaqlarına ümid etməyən, dünyanı bəyənib ona bağlanan və ayələrimizdən qafil olanların – məhz qazandıqları günahlara görə düşəcəkləri yer cəhənnəmdir.”("Yunus”,7, 8) "O kəslər ki, dünyanı axirətdən üstün tutur, Allahın yolundan döndərir və o yolu əymək istəyirlər, onlar azıb uzaq düşmüşlər.”("İbrahim”, 3) Səbəb budur ki, dünya aldadıcı və cazibədar, axirət isə hiss üzvlərinin təsir dairəsindən kənardır. Dünya daim göz qabağında, axirət isə düşüncə arxasındadır. Dünya insanı son məqsəddən qəflətdə saxladığı üçün insana nələrisə daim xatırlatmağa ehtiyac duyulur.
    Əmirəl-möminin də imam Həsənə (ə) axirətin əhəmiyyətini bir neçə cümlə ilə, bir neçə dəfə xatırladır. Həzrət (ə) buyurur: "Bil ki, qarşında uzun yolun, üzücü əziyyətin var..” Həzrət qarşısındakı yolun təhlükəsindən xəbər verir. Bütün bu təkrarların səbəbi insanın qəlbindəki qəfləti aradan qaldırmaq, onu dünya füsünkarlığından, laylasındakı yuxudan oyatmaqdır.
    HƏYAT YOLU
    Qeyd olunduğu kimi, dünya həyatı insanı axirətə aparan bir yoldur. Bəli, həyat insanın keçməyə məcbur olduğu uzun-uzdadı, təhlükəli keçiddən başqa bir şey deyil. Əlbəttə ki, "uzun-uzadı” dedikdə coğrafi uzunluq nəzərdə tutmuruq. Bu məsafə insanın ömrüdür.
    Bu səfərin iki xüsusiyyəti var: Əvvəla, bu yol çox uzundur və onun nə vaxt, hansı nöqtədə başa çatacağı məlum deyil. Ağıl bütün gücünü sərf etsə belə onun sonunu kəşf etməkdə acizdir. İkincisi, bu səfər olduqca təhlükəli bir səfərdir. Bu yolda hərəkət edən insan üçün daim büdrəmə, çaşma qorxusu var. Bu yolda bir an qəflət, yuxu bir ömür peşmançılığa səbəb ola bilər. İnsan ömür boyu öz əməl və rəftarlarına diqqətli olmalıdır. Yalnız Allahın peyğəmbər və övliyaları bu yolu yaxşı tanıyırlar. Əmirəl-möminin (ə) və onun övladları yaranış məqsədini gözəl bilir. Bu məqsədə çatmaq üçün hansı mərhələlərdən keçmək lazım gəldiyini gözəl anlayırlar. Adi insanlar nə qədər çalışıb, zəhmət çəksələr də, bu məsələni olduğu kimi dərk edə bilmirlər. Bəlkə, həmin dərin düşüncəyə görə dost da, düşmən də Əli (ə) həyatını anlamaqda, onun kimi yaşamaqda öz acizliyini bildirir. Həzrət (ə) gündüzlər ya əkin sahəsində işləyər, ya da döyüş meydanında olardı. Hakimiyyətdə olduğu vaxt isə xalqın problemləri ilə məşğul olardı. Həzrətin (ə) vaxtı gündüzlər (ibadət istisna olmaqla) yalnız belə işlərə sərf edilərdi. Gecənin isə bir hissəsini həzrət fəqirlərə, yetimlərə, miskinlərə sərf edərdi. Gecənin əsas hissəsini ibadət edər və azca yatardı. Onun ibadəti nalə, göz yaşı ilə müşayiət olunar, səfərin uzunluğundan, azuqənin azlığından şivən qoparardı. Həzrət (ə) bilirdi ki, əsas məqsədə aparan yol çox uzundur. Bizlər isə bu həqiqəti dərk etməkdə çətinlik çəkirik. Əhli-beyt (ə) buyuruqlarından belə məlum olur ki, onların dərk etdiyini bizlərin dərk etməsi mümkünsüzdür. Məgər qarşıda uzun və ağır səfərə çıxası insan, daha doğrusu, belə bir səfərdə olan insan rahat otura bilərmi?! Oturmaq faydasız sözlər danışmaq bekarların işidir. Gündəlik işlərimizdən birini nəzərdən keçirməklə öz münasibətimizi sınaqdan keçirə bilərik. Məsələn, zəruri bir iş dalınca bir neçə saatlıq yol getməli insan hökmən hazırlaşır və məqsədə çatanadək heç vəchlə rahatlaşmır. Bu yolu öz avtomobili ilə qət edəsi şəxs hökmən avtomobilin təkərlərini, yanacağını və sair zəruri hissələrini nəzərdən keçirir. Bir sözlə, yola çıxmalı olan şəxs hazırlıq görür və yalnız mənzil başına çatdıqdan sonra toxtaqlıq tapır. Bəs necə ola bilər ki, sonu bilinməyən ömür səfərində insan rahatca gün keçirə? İkinci problem bu yolun təhlükəli olmasıdır. İnsan hər iki tərəfi uçurum olan ömür yolunda azca büdrəməklə məhv ola bilər.
    Bir sözlə, qarşımızdakı ömür yolu həm uzun, həm də təhlükəlidir. Hər an minlərlə təhlükə ilə üzləşə bilərik. Əgər ətrafımıza diqqətlə nəzər salsaq, büdrəyib uçuruma yuvarlanmış bəs qədər insan görərik. İnanılmayası insanlar büdrəyib. O qədər şəkk-şübhə içində vurnuxublar ki, iş inkar həddinə çatıb. Hansı ki, bizim gördüklərimiz baş verənlərin yalnız kiçik bir hissəsidir. Allahın sirr saxladığı, üstünə pərdə çəkdiyi işlər isə daha çoxdur. Məbada, yolumuz üstündəki təhlükələrdən qəflətdə qalaq. "Bil ki, qarşıda uzun yolun, üzücü əziyyətin var.”
    HƏYAT YOLUNU NECƏ KEÇƏK?
    Bəs bu uzun və təhlükəli yolda vəzifəmiz nədir? Dayanıb-durmaqla bu təhlükədən qurtulmaq olarmı? Şübhəsiz ki, belə bir iş mümkünsüzdür. Zaman insanı özü ilə sürükləyir. İstər-istəməz axirətə doğru hərəkətdəyik və məqsədə sağ-salamat çatmaq üçün tədbir görməliyik. Yolu hərtərəfli nəzərdən keçirib, əvvəl deyilmiş proqramla hərəkət etməliyik. Bəs bu yola uyğun hansı azuqəni götürməliyik? Çünki dəniz yolu bir cür, səhralıq bir başqa cür, dağ yolu isə tamam başqa cür azuqə, hazırlıq tələb edir. Həzrət (ə) buyurur: "Həqiqətən bu yolda yaxşılıq axtarışı, düzgün təlaşdan ehtiyacsız deyilsən.” Ərəbcə mətndə işlənmiş "irtiyad” kəlməsi bu günkü anlamada "proqram” mənasını bildirir. Yəni insan bu yolda düzgün həyat proqramı üzrə hərəkət etməlidir. Məqsədimizi aydınlaşdırmaq üçün bir misal çəkək: Tutaq ki, on günlük bir səfərə çıxmalısınız və yolda yeməkxana, ərzaq dükanı yoxdur. Təbii ki, səfəri sağ-salamat başa vurmaq üçün on günlük ərzaq götürməlisiniz. Əgər ərzaqı az götürsəniz çətinlik çəkəcəksiniz, çox götürsəniz yükünüz ağır olacaq. Demək, yolun uzunluğuna uyğun ərzaq götürmək lazımdır. Ömür yolu da belədir. Bu uzun yola münasib azuqə hazırlanmalıdır. Az ərzaq götürən aclıq çəkir, çox ərzaq götürən isə ağırlıq altda qalır. Buna görə də dəqiq proqram üzrə hərəkət etmək lazımdır. İfrat da, təfrit də zərərlidir. Ən pisi budur ki, bəzi müsafirlər tamamilə ehtiyac duyulmayan bir şey götürməklə özlərinə problem yaradırlar. Ağır yük sürəti azaldır, bəzən isə hərəkəti dayandırır. Ona görə də yalnız zəruri şeyləri götürmək lazımdır. Eləcə də götürülən azuqənin qədərinə diqqət yetirilməlidir ki, səfərdə rahat hərəkət etmək mümkün olsun.
    Beləcə, insan bu uzun səfərdə iki şərtə əməl etməlidir. Əvvəla, yalnız zəruri şeylər götürülməli. İkincisi, götürülən şeylərin qədəri dəqiq müəyyənləşdirilməlidir. Yəni həm azuqə götürülməli, həm də yük yüngül olmalıdır. Səfər yükü ağır olarsa, hərəkət etmək çətinləşər. Həzrət (ə) buyurur: "Elə bir azuqə ki, səni məqsədə çatdıra, çiynində yüngün ola; gücündən ağır yük götürsən, sənə baha başa gələr.”
    YÜNGÜL YÜKLƏ NECƏ YAŞAMAQ OLAR?
    Buraya qədər deyilənlərdən məlum oldu ki, ömür yolu uzun və təhlükəli bir səfərdir. Bu səfərdə zəruri və yüngül yük götürülməlidir. Ona görə də yüngül yük götürməyin qaydasını bilməliyik. Həzrət Əli (ə) bu məsələni gözəl bir misalla aydınlaşdırır. Adətən, müsafirlər öz yüklərini bir başqasının çiyninə qoymaq istəyirlər. Bu işi zirəklik, fərasət sayanlar da var. Yəni yükü ağır olan müsafir kömək üçün yoldaş arzulayır. Belə bir kömək ağlabatandır. Ağır yükə köməkçi tapıb, səfərin sonunda öz yükünü sağ-salamat təhvil almaq məntiqəuyğun bir işdir. Heç bir aqil insan belə köməkdən imtina etməz. Amma bu qaydaya əməl edənlər olduqca azdır. Az varlı öz sərvətini yoxsullara paylayır ki, axirətdə geri alsın. Hansı ki, ən ağıllı yol ehtiyacdan artıq olan sərvəti imkansızlara verib, axirətdə geri almaqdır. Amma çoxları nəinki öz sərvətini, hətta başqalarının haqqı olan xüms və zəkatı da sahibinə ödəmək istəmir. Ağıllı insanlar isə dünya və axirəti müqayisə etməklə belə bir nəticəyə gəlirlər ki, dünya səfər və bu səfərdə yükün yüngül olması isə hünərdir. Həzrət (ə) bu nöqtəni çox gözəl şəkildə açıqlamışdır: "yükünü qiyamətədək götürəcək, ehtiyaclı olduğun gün sənə qaytaracaq biçarə, möhtac tapsan, onu qənimət bil.” Bəli, heç bir səfər azuqəsiz, yüksüz olmur. Əgər bir şəxs yükünü götürüb, mənzil başında sizə vermək istəyirsə, onun istəyini qəbul edib, səfər yükünüzü yüngülləşdirin. Bu yolla həm yükünüz yüngülləşəcək, həm də heç bir yol haqqı ödəməyəcəksiniz. Yoxsula verilən yardıma gəldikdə, insan bu yardım müqabilində qat-qat artıq əvəz alasıdır. Qurani-kərimdə buyurulur: "Allah yolunda yaxşı borc verən kimdir ki, Allah da onun əvəzini qat-qat artırsın?”(Bəqərə”, 245) Allah öz verdiyi sərvətdən fəqirlər üçün borc istəyir və vəd edir ki, həmin borcu qat-qat artıq qaytaracaq. Əgər Allah-təalanın bu buyuruğunu qəbul ediriksə, nə üçün ona əməl etmirik? Əslində əməl etməmək qəbul etməmək deməkdir. İkiqat qazanc vəd edən insana inanırıq, amma onqat qazanc vəd edən Allaha inanmırıq. Bu münasibət etiqad zəifliyi deyilmi? Əgər Allaha inanırıqsa, öz səfər yükümüzü (sərvətimizi) bir fəqir tapıb ona verməli və axirət günü geri almalıyıq. Bu fürsəti qənimət sayıb, səfər yükümüzü yüngülləşdirməliyik. Ömür yolunda yüngül yüklə hərəkət etmək yaxşı olmazmı?! İnanın ki, verdikləriniz hədərə getməyəcək. Bu gün imkanınız varsa yubanmayın. Sabah gec ola bilər!
    ÖMÜR YOLUNUN SEÇILMƏSI
    Həzrətin (ə) digər buyuruğunda qeyd olunur ki, bu uzun, dolambaclı yol çox təhlükəli bir aşırımda başa çatasıdır. Aşırımdan sonra iki yol uzanır. Yol ayrıcında sizin heç bir seçim gücünüz və ixtiyarınız yoxdur. Yollardan biri behiştə, o biri isə cəhənnəmə aparır. Ona görə də həmin aşırıma çatanədək bütün qüvvə səfərbər edilməlidir. Yəni nə qədər ki, dünyadasınız, nəfəsiniz gedib-gəlir, özünüzə bir çarə qılın. Unutmayın ki, aşırıma çatdıqdan sonra heç bir peşmançılıq fayda verməyəcəkdir. Ömür yolu həmin aşırıma aparır. Aşırımdan rahat keçmək üçün ömür yolunda lazımi qaydada addımlamaq lazımdır. Aşırıma çatdıqdan sonra Allahı nə qədər çağırıb, yardım diləsəniz də, faydası olmayacaq. "Pərvərdigara, məni geri qaytar” (Mu`minun”, 99) çağırışları səmərəsiz qalacaq. Aşırıma çatanadək, ömür yolu üçün düzgün proqram hazırlayıb, yolumuzu təyin edək. Bu yolda düzgün seçim isə həzrətin (ə) buyurduğu yüngül yüklə hərəkətdir.

    Category: Əbədi öyüd (birinci cild) | Views: 689 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024