İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 9
Qonaqlar 9
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » November » 24 » Əbədi öyüd (birinci cild)
    8:40 AM
    Əbədi öyüd (birinci cild)
    İYIRMI IKINCI DƏRS
    DÜNYA VƏ AXIRƏT
    Məbada, dünyaya könül verən, dünya üstə bir-birlərinin üstünə şığıyan dünya əhlinin mehri səni çaşdıra. Çünki Allah səni dünyadan xəbərdar etmiş, dünya öz necəliyini sənə açmış və sənin üçün öz çirkinliyi üzərindən pərdəni qaldırmışdır. Həqiqətən, dünyapərəstlər hürüşən itlər və yırtıcılardır ki, ov üstündə bir-birlərinin başlarına qışqırırlar; güclülər zəiflərə tamah salır, onların böyükləri kiçikləri məğlub edir; dünya öz əhlini doğru yoldan azdırdı, əyri yola çəkdi, savab yolunu gözlərinə bağladı; heyrət içində dolaşmış, fitnələrdə qərq olmuş, onu özlərinə tanrı götürmüşlər. Dünya onlarla oyuna başlamış, onlar da dünya ilə oyuna aludə olmuşlar. Dünyadan sonranı isə unutmuşlar.
    Məbada, ey oğlum, dünyanın bol eyiblərinin pisləşdirdiyi kəs olasan! Dünya əhlinin bir qismi ayağıbağlı dəvədə dayanır, digər qismi ağlını əldən verib əyri yolda azad gəzir; işlərində avara, zərər otlağında, çətin biyabanda, keçilməz yoldadırlar; işlərinə yarayası bir çobanları yoxdur; aram ol ki, qaranlıq pərdəsi kənara çəkilsin; guya karvan mənzilə çatmış və tələsən karvanı tapır.” (Nəhcül-bəlağə”.)
    Dünya sevgisi ilə axirət sevgisi heç vaxt bir araya sığmır. İslam dininə görə möminin qəlbi axirət sevgisi mədəni olmalıdır. Bu ideala doğru hərəkətdə qarşıya çıxan mümkün maneələr daim diqqət mərkəzində olmuş və olmaqdadır. Söhbətin növbəti hissəsində həmin amillər sadalanır. Sevgi və nifrət ocağı olan qəlbin tərbiyəsi insanın islahına səbəb olur.
    DÜNYAPƏRƏSTLIK AMILLƏRI
    Vəsiyyətnamənin bu hissəsində Həzrət (ə) dünyapərəstlik amilləri haqqında danışır. Digər amillərin də ərsəyə gəlməsində rol oynayan əsas amil insanın mərifət (tanıma) və əxlaqındakı yetərsizlikdir. Məlumdur ki, dünya ləzzətləri insanı özünə cəzb edir. İlahi maariflə tanış olmayan, mənəvi cəhətdən inkişaf etməmiş insan dünya ləzzətlərinə daha asan təslim olur. Dünyanın ürəyə yatımlılığı, aldadıcılığı özü böyük maneədir. Dünyanın bu cazibəsi insanın düşüncəsini əlindən alır. Bu amili ictimai amil daha da güncləndirə bilər. Dünya malına həris cəmiyyət insanı öz ağuşuna çəkir. Cəmiyyətdə tanınmış şəxsiyyətlərin dünyaya meyli çoxları üçün nümunə olur. İnsan öz dünyapərəstliyinə bəraət qazandırmaq üçün nüfuzlu şəxsləri nümunə göstərir. Ona elə gəlir ki, nüfuzlu adamlar dünya malı ardınca qaçırlarsa, demək, bu iş yaxşı işdir. Dünyapərəst toplum onunla yanaşı addımlamayan fərdləri məzəmmət edir, özündə əridir. Bəziləri məhz bu danlaqlar qarşısında tab gətirməyib, var-dövlət yarışına qoşulurlar. Şeytanın vəsvəsələrini də unutmaq olmaz. Şeytan daim dünyanı gözəl, axirəti çirkin göstərməyə çalışır.
    DÜNYAPƏRƏSTLIKLƏ MÜBARIZƏ YOLLARI.
    Dünyapərəstlik meyillərini gücləndirən amillərlə qarşı-qarşıya bu meyilləri susduran amillər də mövcuddur. Bu amillərdən biri Quran ayələri və Əhli-beyt (ə) buyuruqlarına, eləcə də, nurani moizələrə diqqətdir. Həzrət Əli (ə) vəsiyyətnaməsi ətrafında araşdırmaların də əsas məqsədi şeytana qarşı mübarizə vasitələrinin gücləndirilməsidir. Həzrət insanı dünyaya bağlayan amillərdən biri kimi ictimai amili göstərir. İmamın nəzərinə görə, xalqın dünyaya üz tutmasının əsas səbəblərindən biri çoxluğun, eləcə də nüfuzlu şəxslərin dünya ardınca qaçmasıdır. Həzrət (ə) buyurur: "Məbada, dünyaya könül verən, dünya üstə bir-birlərinin üstünə şığıyan dünya əhlinin mehri səni çaşdıra.” Demək, insan çoxluğa yox, kimin hansı işi nə üçün gördüyünə diqqət yetirməlidir. Hətta bütün xalq bir işə meyl etsə də, insan ağlını işə salıb, işin mahiyyətini araşdırmalıdır. İmam Baqir (ə) Cabir ibn Yezid Cöfiyə buyurur: "Əgər bizim vilayət əhli olmaq istəyirsənsə, Allahın razı olduğu bir işinə görə bütün xalq səni məzəmmət etsə də, narahat olmamalısan.” Bəli, vəzifəsini icra edən insan kimsənin məzəmmətinə məhəl qoymamalıdır. Hədisin davamında vurğulanır ki, xalqın "afərin” sədaları da mömini sevindirməməlidir. Vəsiyyətnamədə isə belə buyurulur: "Həqiqətən dünyapərəstlər hürüşən itlər və yırtıcılardır ki, ov üstündə bir-birlərinin başlarına qışqırırlar.” Bəli, əksər dünyapərəstlər belədirlər. Axı iki boğuşan itdən kim ibrət götürər?! Bir sözlə, işin necəliyi onun çoxluq tərəfindən görülməsi ilə şərtlənmir. Kəmiyyətə yox, işin mahiyyətinə baxmaq, ağıl işlətmək lazımdır. Allahın və məsumların, eləcə də ağılın bəyənmədiyi işlərdən çəkinmək zəruridir. Allah-təala buyurur: "Dünya həyatı aldadıcı həzzdən və əyləncədən başqa bir şey deyil.” Həzrət (ə) buyurur: "Güclülər zəiflərə tamah salır, onların böyüklüyü kiçikləri məğlub edir...” Doğrudan da, böyüklərin kiçiklərlə qidalanması heyvanlara xas bir əlamətdir. Ağıllı insan bu yolu tutarmı?! Həzrət dünyapərəstləri qoyun sürüsündən də əskik tanıtdırır. Sürünün qayğısını çəkən, ona yol göstərən çoban olduğu halda, dünyapərəstlər başlı-başına qalmış xəstə sürüyə bənzəyirlər. Bu sürüdə də bir çoxluq var. Məgər bu çoxluğa qatılmaq olarmı?! Həzrət (ə) dünyapərəstləri çobanın başlı-başına buraxdığı xəstə sürüyə oxşadır. Qurani-kərimdə bu barədə buyurulur: "Artıq bizim zikrimizdən üz döndərib, dünya həyatından başqa bir şey istəməyənlərdən uzaq ol.”("Nəcm”, 29)Bəli, belələrinin elm və mərifəti digər canlıların olmayan elm və mərifətindən fərqlənmir. Onlar üçün nəfs istəklərini doyurmaqdan başqa məqsəd yoxdur. Belələri heyvandan da aşağı məqamdadırlar. Heyvan insana fayda verdiyi halda, dünyapərəst insanın zərrəcə faydası yoxdur. Bu qəbil insanların çoxluğu sizi çaşdırmasın!
    DÜNYAPƏRƏSTLIYIN NÖVLƏRI
    Vəsiyyətnamədə dünyapərəstlər iki qismə bölünür: Onlardan bir qismi ayağıbağlı, digər bir qismi başlı-başına buraxılmış dördayaqlıya oxşadılır. Təfsirçilərin nəzərincə, birinci qisim dünyapərəstlər təsir imkanı zəif olanlar, ikinci qisim dünyapərəstlər isə meydan sulayan güclülərdir. Başqa bir təfsirə görə, "ayağıbağlılar” öz insani şəxsiyyətlərinə rəğmən hədd gözləyənlər, "başlı-başına buraxılmışlar” isə bütün insani, dini dəyərləri ayaq altına alanlardır. Bu günkü dünyamızda mütləq azadlıq və demokratiya şüarları altında çıxış edən liberalizm həmin "başlı-başına buraxılmış” ifadəsinin bariz nümunəsidir. Əsrimizin ən böyük bütü həmin bu liberalizmdir. Liberalistlər özlərini mütləq azad tanıyır və istənilən bir məhdudiyyəti insan şəxsiyyəti üçün boxuv sayırlar. Həzrət (ə) buyurur: "Dünya onlarla oyuna başlamış, onlar da dünya ilə oyuna aludə olmuşlar. Dünyadan sonranı isə unutmuşlar...”
    DÜNYA KARVANI
    Həzrətin (ə) nəzərində dünyaya bağlılıq insanı azdırır. Vəsiyyətnamənin ana xəttini dünyanın axirətlə müqayisəsi təşkil edir. Həzrət (ə) sanki hündür bir yerdən dünya adlı məkanı seyr edir, dünyanı uzaqdan görünən karvana bənzədir. Karvan əhli havanın yavaş-yavaş işıqlanmasına rəğmən bir-birlərini aram hərəkət etməyə çağırırlar. Nəhayət, karvan yetişir. Kimi tələsərək başqalarından qabağa çatır. Geridə qalanlar da az sonra yetişəsidirlər.
    Həzrət (ə) özünü axirət mənzilində təsəvvür edir. Dünya karvanı asta-asta axirətə yaxınlaşmaqdadır. Sadəcə, kimi qabaqda gəlir, kimi geri qalmışdır. Bəli, dünya həyatı insanları axirətə daşıyan karvan kimidir. Ömür o qədər qısadır ki, azca səbr etməklə dünya qaranlığı yox olur, axirət nuru ətrafı bürüyür. Kimsə bu karvandan kənarlaşa bilməz. Bu səfər məcburidir. Bu səfərdə karvanı ardınca çəkən gecə və gündüzdür. Bəli, karvan əhlinin miniyi kimsəni yubada bilməyəcəyi gecə və gündüzdür. Dünyanın faniliyi, axirətin əbədiliyi Allahın qəti əmridir. İnsan biri uçmaqda olan, o biri əzəmətli və möhkəm iki mənzil qarşısındadır. Bu mənzillərdən hansında yaşamaq insanın özündən asılıdır. Ağıllı insan uçmaqda olan mənzili seçərmi?! Seçim öz əlinizdədir!
    DÜNYA VƏ AXIRƏT ƏMƏLLƏRININ FƏRQI
    Bütün deyilənlərdən belə bir nəticə çıxarılsa ki, dünya həyatını süst şəkildə, tənbəllik içində keçirməliyik, bu çox yanlış bir addım olar. Vəsiyyətnamə dünyadan yox, dünyaya hərislikdən çəkinməyə çağırır. Bütün insanlar hərəkətdədir. Kimi daha çox dünya ləzzəti əldə etmək üçün çalışır, kimi Allahın razılığına xatir vəzifəsini yerinə yetirir. Həzrət Əli (ə) mədinə çöllərində quyu qazardı. Bu iş başqa quyuqazanların işindən zahirən fərqlənmirdi. Amma niyyətlər, məqsədlər fərqli idi. Həzrət (ə) öz əlləri ilə geniş xurma bağları salmışdır. Onu başqa əkinçilərdən fərqləndirən məhz Allahın razılığı xatirinə çalışması idi. Zahirən oxşar olan işlər niyyətlər səbəbindən yerlə göy arası fərqlənə bilər. Yalnız Allahın razılığı üçün tər axıdan əmirəl-möminin illər uzunu zəhmət sayəsində başa gəlmiş bağı bir anda vəqf edib, xalqın ixtiyarına verir. Bizim əkdiyimiz ağaclar bar verəndə necə hərəkət edirik? Allahın razılığı, yoxsa qazanc haqqında düşünürük?
    Allahın razılığı xatirinə atılan bütün addımlar ibadətdir. İstər, cəbhədə, istər əkin sahəsində, istər təhsil mərkəzində olmuş olsun! Ruzi əldə etmək, asılılıqdan xilas olmaq, islam cəmiyyətini inkişaf etdirmək yolunda görülən bütün işlər ibadət sayılır. Həzrət (ə) dünyaya hərisliyi məzəmmət edir. Dünyapərəst üçün halal-haram adlı anlayış yoxdur. O, addım-addım Allahdan uzaqlaşır, nəhayət, uçuruma yuvarlanır. İlahi razılıq üçün göstərilən səylər isə insanın məqamını ucaldır. Məsələn, fəqirə əl tutmaq dünyəvi iş sayılmır. Eləcə də, mənəvi kömək, təhsil köməyi, kəşflər və s. İlahi rəngə boyanarsa, dünyəvilikdən qat-qat uca olar. Xalqın maariflənməsi yolunda atılan bütün addımlar ibadətdir. Dünyapərəstlər isə nə iş görürlərsə görsünlər, məqsədləri dünyəvi qazanc əldə etmək, bir az da rahat yaşamaqdır. Həzrət (ə) bizə dünyaya bağlanmamağı, halal-haramı gözləməyi, Allahın razılığı naminə çalışmağı tövsiyyə edir.
    Category: Əbədi öyüd (birinci cild) | Views: 694 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024