İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1823
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » 2011 » September » 24 » Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    5:09 PM
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    İYİRMİ BİRİNCİ DƏRS
    Təffəkürün əhəmiyyəti və qəfləti aradan aparan amillərin qorunmasının lüzumu
    -Peyğəmbərin üç tövsiyyəsi
    A)– Dəfn mərasimi zamanı astadan danışmaq;
    B)– Müharibə vaxtı astadan danışmaq;
    S)– Quran oxunan zaman astadan danışmaq.
    - İnsanın oyanışına səbəb olan amillərə diqqətsizliyin mənfi nəticələri
    - Tənbəlliyin və yersiz gülüşün məzəmməti
    - İbadətdə təfəkkürün rolu
    Təffəkürün əhəmiyyəti və qəfləti aradan aparan amillərin qorunmasının lüzumu
    Bundan qabaq xof və qorxu barəsində, həmçinin insanda xof və qorxunun yaranmasına səbəb olan amillər haqqında bəhs edildi. Deyildi ki, insanda ilahi xofun yaranmasına səbəb olan amillərdən biri də Qiyamət gününün əzəmətinə, cəhənnəm əzablarının böyüklüyünlə və cənnət nemətlərinin genişliyinə və əhəmiyyətinə edilən diqqətdir. Peyğəmbərin (s) bu bölümdəki sözlərinin öncəki mətləblərlə bağlılığı bundadır ki, xof, qorxu, şövq, ümid, məhəbbət və üns kimi qəlbi halların hamısı insanın ayıq və diqqətli olduğu zaman meydana çıxır; amma əgər qafil olub diqqəti zəif olsa, bu hallar ya onun qəlbində heç olmayacaq, ya da olsa, zəif və solğun surətdə özünü göstərəcəkdir.
    Elə ki, insan qəflətə düçar oldu, qəlbini qəsavət bürüdü və özünün mübtəla olduğu əxlaqi rəzilətdən xəbərdar oldu, onun həmin alçaq haldan xaric ola bilməsi üçün nəzərdə tutulan tədbirlərə əl atmalıdır. Bu tədbirlərdən biri insanın ona təsir edən amillərə diqqət yetirməsidir. İnsana təsir edən amillərin bəziləri insanın öz qəlbində baş qaldırır, bəziləri isə xarici amillərdir.
    Hərdən xaricdə bir hadisə baş verir,- insan bir söz eşidir və ya münasib şərait meydana çıxır ki, bu onun qəflətdən ayılmasına səbəb olur. Əlbəttə, bu təsir ilahi tovfiq zümrəsindəndir və insan Allah-təalanın ona olan lütfünü və tovfiqini daha da artırmaq üçün qarşıya çıxmış belə fürsətlərdən istifadə edib qədirdanlıq və şükür etməlidir. Əgər bu fürsətlərdən istifadə və qədirdanlıq etməzsə, insanın qəfləti və qəlbi qəsavəti daha da dərinləşəcəkdir. Hədisin bu yerində Peylğəmbər (s) buyurur: "Ey Əbuzər! Cənazə yanında, din düşmənləri ilə müharibə zamanı və Quran oxunduğu vaxt (astadan danışıb) səsini çox qaldırma”. Peylğəmbər (s) bu kəlamında əxlaqi, tərbiyyəvi və təhlükəsizlik baxımından üç tövsiyyə ilə çıxış edir.
    Peyğəmbərin üç tövsiyyəsi
    a – Dəfn mərasimi zamanı astadan danışmaq
    İnsanın astadan danışması və səsini ucaltmaması olduqca gözəl və yerində deyilmiş bir sözdür.
    Həzrət Loğman bu ləyaqətli ədəbi öz oğluna tapşırırdı:
    (Muminun-1-2)
    "Yerişində müvazinəti gözlə (nə çox yeyin, nə də çox asta get) və (danışanda) səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!”(
    Düzdür ki, adi hallarda da astadan danışmaq tələb olunur, amma bəzi hallarda gərək adi vaxtda olduğundan da yavaş danışasan və ya sükut ixtiyar edəsən. Necə ki, insan fikrini ayrı şeylərdən ayırıb, bir məsələ və ya hadisə üzərinə yönəltdiyi vaxtda, sükut ixtiyar edərək düşüncəsini, diqqətini həmin hadisə üzərində cəmləyir.
    Təbiidir ki, insanı fikirə daldıran, ibrət götürməsinə səbəb olan məsələlərdən biri də dəfn mərasimində iştirak etdiyi vaxt bu mərasimi izləməsidir. Yas mərasimində istər-istəməz insanın zehnini məşğul edən məsələlərdən biri də ölüm haqqında düşüncələr olacaqdır. O, diqqətinə hakim kəsilmiş bir həqiqətlə üzləşəcəkdir: bu ölüm nə vaxtsa onun da sorağına gələcək!
    Buna görə də danışmaqdan pəhriz edib diqqətini bir insanın aqibəti olan cənazə üzərində pərçimləyəcək, müəmmalı düşüncələr içərisində ölüm adlı bir həqiqətlə üz-üzə gəldiyini görəcəkdir. Bir anlığa camaatın əlləri üstündə son mənzilə yola salınan cənazənin özü olduğunu və ya nə vaxtsa onun da bu şəkildə yola salınacağını təsəvvür edərək ani də olsa dəhşətə qapılacaq, bir az sonra beynini çuğlayan bu fikirlərdən silkinib olub keçənlər və olacaqlar barədə daha da ciddi və aydın düşünməyə başlayacaqdır.
    Təəssüflər olsun ki, biz bu məsələlərə lazımınca diqqət yetirmirik və hətta dəfn mərasimi zamanı ədəb qaydalarına riayət etmir, ibrət almaq haqqında düşünmürük. Halbuki, tapşırılıb cənazəni apararkən sakit olmalı, asta və vüqarla hərəkət edilməlidir; camaatın diqqəti ancaq cənazədə cəmləşməlidir. Buna görə də Peyğəmbər (s) buyurur:
    "Ey Əbuzər, cənazənin ardınca hərəkət edərkən əqlini düşünməyə və xuşuya məşğul et. Bil ki, (gec-tez) sən də ona qoşulacaqsan.”
    İnsanı qəflətdən çıxara biləcək işlərdən biri də uzun zəhmətdən və dünya nemətlərindən bəhrələndikdən sonra dünyadan getmiş mömin şəxsin cənazəsini müşahidə etməkdir. Həqiqətən də, belə bir hüzünlü səhnənin müşahidəsi insanı qəflətdən ayıldır. Çünki, dünya və onun bər-bəzəklərinə, problemlərinə baş qatmaq insanın qəflətə düşməsinə səbəb olur. İnsanın diqqətini axirətə yönəldən şeylər onu qəflətdən saxlaya bilər. Bunun üçün də insanın qəflət yuxusundan ayılmasına səbəb olacaq ən yaxşı vasitələrdən biri onun öz gözləri ilə insanın fani dünyadan axirət dünyasına necə köçdüyünü müşahidə etməsidir. Düzdür ki, insan ölümün haqq olduğunu və hamının da öləcəyini bilir, amma dünyasını dəyişən insanı müşahidə edərkən daha çox təsirlənir.
    Dəfn mərasimində iştirak etmək nəfsin islahı və insanlıq yolu mübarizəsində ələ düşmüş fürsət kimi bilinməlidir. Belə bir fürsət insanın düşüncəsini, fikrini onu əhatə etmiş məşğuliyyətlərdən ayırıb, ancaq özü və aqibəti haqqında düşünə bilməsi üçün qənimət hesab edilə bilər. Düşünməliyik ki, gec-tez, nə vaxtsa biz də bu yolu gedəsiyik. Belə olan halda beş günlük dünya üçün bu qədər çalışıb vuruşmağa dəyərmi? Axirət dünyasına layiq olan, o gün köməyimizə yetəcək bir çalışmamız olubmu?
    Ölüm haqqında düşünmək, rəvayətlərdə də təkid edildiyi kimi, şeytandan uzaqlaşmağa və haqq yolda qədəm götürməyə səbəb olan ən təsirli amillərdəndir. Belə ki, insan düşünsün ki, bəlkə də bir saat sonra o artıq diri olmasın. Çünki, heç kim nə zamana qədər sağ olacağını bilmir. Deməli, insanın qəflətinə səbəb olan uzun-uzadı arzuların müqabilində ölümə diqqətin çəkilməsi insanın qəflətdən ayılmasına səbəb olur. Nə bilmək olar, bəlkə də çox vaxt bu kimi düşüncələr insanın həyatında önəmli dönüş yaradır, onun taleyini bir istiqamətdən başqa bir istiqamətə yönəldir.
    Təbiidir ki, insan öz aqibəti haqqında düşünüb özünü Allahın əzəməti qarşısında aciz görəndə, ürəyində zillət, acizlik və xuşu halı yaranacaq, bunun təsiri onun zahirində də özünü büruzə verəcəkdir.
    Necə ki, mömin namaza durduğu vaxt öz qarşısında Allahın əzəmətini görürkən onda təvazö və xuşu halı yaranmağa başlayır. Əlbəttə, bu təkid olunmuş bir işdir və möminin nicatına səbəb olan, onun ən bariz xüsusiyyəti olaraq zikr olunur: "Həqiqətən, möminlər nicat tapmışlar! O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)(Ta-Ha-108)
    Bunun əksinə olaraq, Allahın əzəmətinə baxmayanların, namazın batini haqqında düşünməyənlərin təvazö və xuşudan xəbərləri olmaz.
    Dediyimiz kimi, xuşu qəlbdə baş qaldırır və onun təsiri insanın bədən üzvlərində, - məsələn gözdə - üzə çıxır. Amma hərdən xuşu bədənin digər əzalarına da nisbət verilir. Allah buyurduğu kimi: "...Rəhmanın (əzəməti və heybəti) qarşısında səslər kəsiləcək, yalnız pıçıltı eşidəcəksən!”("Qələm" 43) Başqa bir yerdə buyurur: "Gözləri zəlilcəsinə yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Halbuki onlar (dünyada sağlam ikən səcdəyə dəvət olunurdular.”
    ("Biharul-Ənvar" (beyrut çapı) c.78, səh.264)
    Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, insanın dəfn mərasimində iştirakı və dünyadan getmiş kəsin aqibəti, həmçinin Qiyamət səhnəsini gözləri önündə canlandırıb o günün dəhşətli əhvalı haqqında düşünməsi - insanın məlumatı həddində - onda təvazö və xuşu halının yaranmasına və qəflətdən çıxmasına səbəb olacaqdır. Amma insan dəfn mərasimi zamanı da təfavütsüz olacaqsa – ağzı söhbətə qızışıb onunla-bununla söhbətə məşğul olacaqsa və dünya haqqında düşünəcəksə - onda heç bir dəyişiklik baş verməyəcəkdir.
    Bəzi adamlar biri öləndə çalışırlar onun ölümündən öz mənafeləri üçün bəhrə götürsünlər: əgər ölən adam müəllim idisə, fikirlərində onun yerini tutmağı planlaşdırırlar, əgər rəis olmuşsa, sevinirlər ki, ay can, kreslosu onlara çatacaq. Əgər adlı-sanlı bir həkim ölsə, başqaları onun yerinə keçmək haqqında düşünürlər. Bu iş olduqca təəssüfləndirici və utandırıcı haldır! Baş vermiş hadisədən ibrət götürüb diqqətlərini axirətə yönəltmək və öz aqibətləri haqqında düşünmək əvəzinə, bir az daha artıq dünyaya qapanırlar. O cür təkanverici hadisə nəinki onları ayıltmır, əksinə qəsavət basmış ürəklərinə təzə qubarlar da çökdürür. Buna görə də Peyğəmbər (s) Əbuzərə nəsihət edir ki, insanda xofu, təvazönü, xuşunu yarada biləcək şəraitdən biri də onun dəfn mərasimində iştirakıdır; bu şərtlə ki, diqqəti cərəyan edən hadisələr üzərində cəmlənmiş olsun, səs – küy qaldırmaqdan, o tərəf- bu tərəfə baxmaqdan pəhriz etsin... Diqqəti ancaq özündə olmalıdır, danışanda asta danışmalıdır ki, düşünməyinə mane olmasın. Çünki hündürdən danışmaq insanın qəlbini özünə məşğul edir və onu qəlbin hüzurundan saxlayır.
    Bir gün yoldaşlardan biri Tehranda Əllamə Təbatəbaidən soruşdu: "Namazda qəlbin hüzuruna, Allahda təmərküzləşməsinə nail olmaq üçün nə edim?” Əllamə cavabında buyurdu: "Az danış.”
    Bəlkə də bu bizə təəccüblü görünsün ki, danışmağın insanın namazda qəlbi hüzuruna nə təsiri ola bilər? (Maraqlı budur ki, həmin şəxs çoxdanışan adam idi). Aydındır ki, danışmaq insanın fikri, ruhi, hətta fiziki enerjisini özünə xərcləyir. Xüsusilə də dərs deyəndə, rəsmi çıxışlar edəndə və nitq söyləyəndə. İnsan auditoriya qarşısında danışdığı zaman bir yığıncağın onu dinlədiyini görəndə çalışır ki, danışanda səhv buraxmasın. Buna görə də bütün diqqətini danışığına cəlb edir və özünə, qəlbinə diqqətdən qalır. Bu cəhətdən az danışmaq, astadan söhbət etmək insanın diqqətini özündə cəmləyə bilməsi və fikri parakəndəlikdən qorunması üçün daha təsirlidir. Peyğəmbərin (s) dəfn mərasimində iştirak edərkən keçirdiyi halı bəyan edən bir hədisdə belə deyilir: "Dəfn mərasimi zamanı Peyğəmbər (s) dərdli fikirlərə dalardı və daha çox öz düşüncələrinə qərq olub, çox az danışardı”.
    ("Nəhcül-Bəlağə" kəlam:11, səh.62))
    (
    b – Müharibə vaxtı astadan danışmaq
    Müharibə vaxtı hərbi əməliyyatların sirrinin məhrəmanə olmasını və döyüş qüvvələrinin mövqeyini, taktiki əhəmiyyətini nəzərə alaraq Peyğəmbər (s) tapşırır ki, müharibə zamanı astadan danışın. Müharibənin özünəməxsus şəraiti olur. Xüsusilə də bir döyüş əməliyyatı üçün plan çəkilərkən və döyüş məntəqəsindən məlumat əldə edərkən qarşıya çıxmış şərait tələb edir ki, öz döyüş mövqelərinin düşməndən gizli qala bilməsi üçün həddən artıq dəqiq və ehtiyatlı olasan. Çox vaxt ucadan danışmaq və qeyri münasib hərəkət düşmənin əməliyyatdan xəbər tutmasına səbəb olur. Nəticədə həm döyüşçülərin canı xətərə düşür, həm də əməliyyatın planı pozulmuş olur.
    Bu həqiqəti bizim döyüşçülərimiz səkkiz illik müharibə ərzində çox gözəl təcrübə etmişlər: hərdən vəziyyət o qədər təhlükəli və həssas olur, onların rəftarı o qədər müəyyən idi ki, hətta ayaqlarının addım səsi belə eşidilməməli idi. Həqiqətdə döyüş planlarının icrasında qafilgir üsullardan bəhrələnirdilər. Peyğəmbərin (s) bu tövsiyyəsindən çıxarılan mühüm nöqtələrdən biri də müharibənin əhəmiyyəti və döyüş əməliyyatlarının həssaslığını nəzərə alıb döyüşçülərin bütün imkanlardan, enerjilərindən istifadə edə bilmələridir. Bu baxımdan sükuta riayət etməklə, bütün diqqəti bir istiqamətə təmərküzləşdirməklə insan özündə olan bütün daxili qüvvələri bir cəhətə yönəltməlidir. Düşmən qarşısında tam qətiyyət və iradə nümayiş etdirilməlidir. Döyüşçülərin fikrini yayındıran, ruhlarını süstləşdirən şeylərdən pəhriz edilməlidir. Həzrət Əli (ə) Cəməl müharibəsində oğlu Məhəmməd bin Hənəfiyyəyə döyüş barədə tövsiyyəsində belə buyurur: " Əgər dağlar yerindən qalxsa da sən yerindən tərpənməməlisən. Dişini dişinə sıx, başını Allaha tapşır, ayaqların mıx kimi yerə saplansın. Gözlərini düşmən ləşkərinin üfüqlərinə dik və başqa heç yerə baxma. Bil ki, qələbə Allahın əlindədir.”
    Əz-Zumər, 23
    c –Quran oxunduğu zaman astadan danışmaq
    Əgər bir gün insan Quran oxunan məclisdə iştirak etməli olsa – istər Qurandan istifadə etmək hədəfi ilə olsun, istərsə də başqa bir məqsədlə, - məsələn hüzr yerində ölənin ruhuna "Yasin” oxunduğu zaman - məclisdə bu dəyərli fürsəti qənimət bilməli, diqqətini ayələrin məfhumuna və mənasına yönəltməlidir. Hətta radiodan Qurani-Kərimin ruhani səsi yayınlandıqda aram və sakit vəziyyətdə onun ayələri üzərində düşüncəyə dalmalı, vücudu əxlaqi rəzalətlərdən paklayıb təvazö və xuşu kimi dəyərli xislətlərlə zinətləndirmək üçün Quranın əbədi möcüzə və hidayətedici ayələrindən faydalanmağa çalışılmalıdır. Quranın buyurduğu kimi:
    "Allah sözün ən gözəlini (Quranı, ayələri) bir-birinə bənzər, (xəbərləri və hekayətləri, əmrləri və qadağanları, vədləri və təhdidləri) təkrarlanan bir kitab şəklində nazil etdi.Ondan (Quranın təhdidlərindən) Rəbbindən qorxanların tükləri biz-biz olar. Rəbbinin zikrindən (öyüd-nəsihətindən, vədlərindən) sonra ürəkləri yerinə gəlib qorxuları gedər...”
    Əl-Əraf, 204
    Quranın bu cür heyrətamiz təsirini nəzərə alaraq, əgər insan Quran oxunan zaman onun mənalarına diqqət etməzsə, onun üçün Quran səsi ilə başqa səslər arasında heç bir fərq olmazsa, bu hal onu qəflətə sürükləyəcək, qəlbinin qəsavəti bir az da artacaqdır.
    Quranın əhəmiyyətini, hörmətinin qorunmasını nəzərdə tutaraq və ona verilən dəyərə görədir ki, Allah buyurur:
    "Quran oxunan zaman onu dinləyin və susun ki, bəlkə (onun sayəsində) rəhm olunasınız!”
    Maidə, 83
    Təbiidir ki, Allah Quranı insanların hidayəti, qəlblərinin dəyişilməsi və Allaha yönəlmələri üçün vasitə qərar vermişdir. Bunu nəzərə alaraq əgər insan Qurana etinasız yanaşsa, Quranın asimani səsi ilə digər səslər arasında fərq qoymasa olmasa, ilahi ayələrin nəsihətlərindən nəticə çıxarmasa, çox çirkin bir iş görmüş və Allahın belə bir nemətinə asi olmuşdur. Buna görə də dəyərli bir fürsəti əldən verməkdən əlavə, qəlbi qəsavətini bir az daha artırmış olur. Hidayətə qovuşa bilmək üçün əldə etdiyi nisbi hazırlığı da əldən verəcəkdir.
    Qurandan bəhrələnə bilməyimiz üçün Quran tilavət edildiyi zaman diqqətimizi bir yerə toplamalıyıq. Qurana qulaq asdığımız zaman elə təsəvvür etməliyik ki, Quranın ruhani səsi sanki Peyğəmbərin (s) dilindən səslənir. Belə olan surətdə Quranın səsi bizə təsir edəcəkdir və ondan layiqincə bəhrələnə biləcəyik.
    Quran oxunan məclislərdə - məsələn, hüzr yerində "Yasin” oxunarkən – Qurana qulaq verib diqqəti onun məfhumunda cəmləmək çox gözəl bir adətdir və bu barədə çoxlu göstərişlər də verilib. Təəssüflər olsun ki, biz bu cür gözəl adətə riayət etmirik. Hüzr yerində "Yasin” oxunarkən, fatihə verilərkən bir-birimizlə danışmağa məşğul oluruq. Bəzən də ucadan danışmaqla başqalarının da diqqətini özümüzə cəlb edirik. Aydındır ki, insanın zehni, fikri danışmağa, eşitməyə cəlb olunanda diqqəti Qurandan üzüləcəkdir. Bu barədə əhli-sünnət bizdən daha yaxşıdır. Onlar Quran məclisinə xüsusi diqqətlə yanaşırlar. Amma başqa bir tərəfdən onların həmin məclisdə iştirakı ancaq qarelərin gözəl səslərini dinləmək və bu sahədəki bacarıqlarını müşahidə edib, onları təşviq etməkdən ibarətdir. Hərdən bir "Allah, Allah” deməklə onları təşviq edirlər. Pis çıxmasın, elə bil konsert məclisidir - xanəndə oxuyur, başqaları da əl çalırlar. Həqiqətdə onların diqqəti Quran oxuyanın gözəl səsinə yönəlib, daha onun mənası və ibrətamiz hikmətlərinə qulaq asıb ibrət götürməklə işləri yoxdur. Təəssüfləndirici haldır ki, biz çox az Quran məclisi düzənləyirik. Bizim Quran oxuyub, eşitdiyimiz yer əksərən həmin yas məclisləridir. Ölü öləndən ölənə Quran oxumaq yadımıza düşür. Hüzr yerində də molla Quran oxuyur, amma hər kəs öz işi ilə məşğuldur: bir-biri ilə söhbət edirlər, al-verdən danışan kim, xaricdən soruşan kim!.. Bəzən də mikrofon qoşub Quranı elə uca səslə oxuyurlar ki, eşidənin qulaqları cingildəyir. Buna görə də heç kim Qurana qulaq asmaq istəmir. Belə yerdə gərək bütün cəhətləri götür-qoy edəsən və hər şeyə yerli-yerində riayət edəsən.
    Əlavə edək ki, dediyimiz iki adətin ikisi də nadürüst və yetərsizdir: həm bizim Quran məclisini bu şəkildə təşkil etməyimiz yanlışdır, həm də əhli-sünnətin düzənlədiyi Quran məclisləri. Hər iki halda Quranın məfhumuna və batininə diqqət yetirilmir. Quran məclisi onun gözəl səsinə qulaq asıb, oxuyanın məharətini, avazını dinləməklə məhdudlanmır. Buna görə də geniş və ümumi Quran məclisləri təşkil etmək lazımdır və bu məclislərdə Quranın gözəl səslə oxunmasından əlavə onun məna dərinliyinə, məfhumuna diqqət yetirməyə də fürsət və imkan verilməlidir. Quran ayələri xalisliklə və hüznlü səslə oxunmalıdır ki, eşidənlərdə də xalis və səmimi əhval-ruhiyyə yaratsın. Həmçinin onların cəhalət qəflətindən ayılmalarına səbəb olsun. Bu Quranın özünün işarə etdiyi nöqtədir: "Peyğəmbərə nazil olanı dinlədikləri zaman haqqı bildikləri üçün onların gözlərinin yaşla dolduğunu görərsən...”
    Kafi, c.3, səh. 258
    İnsanın oyanışına səbəb olan amillərə diqqətsizliyin mənfi nəticələri
    Hədisin davamında Peyğəmbər (s) buyurur: "Ey Əbuzər! Bil ki, bir şey xarab olub iylənməsin deyə ona duz vurarlar, amma duzun özü xarab olsa artıq onun qarşısını alacaq dərman yoxdur.” Bu cümlənin qabaqda deyilənlərlə bağlılığı bəlkə də bunun üçündür ki, bizim bütün dərdimiz, bəlamız dünyanı istəməyimizdən və maddiyata bağlılığımızdan irəli gəlir. Bunlar bizim ürəyimizin fasid olmasına, iylənməsinə səbəb olurlar. İndi bu dərdlərin müalicəsi üçün insanın oyanışına səbəb olan bir sıra amillər və silsilə səbəblər halqası mövcuddur. Bu amillərdən biri də dəfn mərasimində iştirak etmək və "ölüm” məfhumuna diqqəti çəkməkdir. İnsan görəndə ki, köçünü bu dünyadan çəkib aparan cənazəni camaat çiyinlərində daşıyır, bir anlığa öz ölümünü gözləri qarşısında canlandırır və dərin fikrə dalır. Qəlbin bu dəyişikliyi onun utanıb öz acizliyini dərk etməsinə səbəb olur və haqq qarşısında təvazö və səmimiyyət hissini yenidən onun qəlbində dirçəldir. Bu anda o, onu gözləyən sonluğun dəhşətindən qorxuya düşür. İmam Sadiq (ə) başqalarının ölümündən ibrət götürmək barədə Əba Saleh adlı səhabəsinə belə buyurur: "Çiynində cənazəni apardığın vaxt, bir anlığa elə düşün ki, çiyinlərdə daşınan sən özünsən və sən Allahdan xahiş edirsən ki, bir daha səni bu dünyaya qaytarsın. Allah da sənin xahişini qəbul edir. İndi bax, gör ikinci həyatını necə başlamalısan!” Sonra buyurdu: "Çox qəribədir ki, qabaqkı nəsillər sonrakı nəsilləri görə bilməkdən məhrumdurlar (Ölüm onların arasına ayrılıq salıb). Onların arasında köçü xəbər verən təbil səslənməkdədir, amma başları eləcə oynamağa qarışıb!”
    Yunus, 57
    Deyilənləri nəzərə alaraq duz kimi ürəyin pisliklər içərisində qaralmasının qarşısını alan və insanın mənəvi dərdlərinə dərman olan amilin özü əgər xarab olarsa, onun özünün əlacı necə olacaqdır?!
    Dəfn mərasimində iştirak etmək insanı fikrə daldırıb ölüm haqqında düşünməyinə səbəb olmaqdansa, əksinə onun bir az da daha artıq dünyaya bağlanmasına və öz gələcək mənafeyi haqqında düşünməsinə səbəb olursa və ya hərəkət zamanı ibrət götürmək əvəzinə utanmadan başqalarının qeybətini qırırsa, deməli belə insan iylənmiş duz kimi əlacsız dərdə mübtəla olmuşdur. Bundan sonra həmin adam bədbəxtliyə sürünəcəkdir və onun oyanması, qəflətdən ayılması üçün heç bir şey ona təsir etməyəcəkdir. Şəksiz, Quran oxumaq insanın mənəvi dərdlərinin dərmanıdır. Allah buyurduğu kimi: "(Ey insanlar!) Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana (cəhalətə, şəkk-şübhəyə, nifaqa) bir şəfa, möminlərə hidayət və mərhəmət (Quran) gəlmişdir!”
    Usuli-kafi, c. 4, səh. 486
    İndi ki, Quran şəfabəxşdir və insana qiymətsiz həqiqətləri əta edir, əgər Quran özü dünya və şöhrət qazanmaq üçün vasitə seçilərsə, belə olan halda Quran oxumaq nəinki şəfabəxş olmayacaq, əksinə ruhi dərdlərinin üstünə yeni dərd gətirəcəkdir. Quranı da öz rəzil istəklərimiz üçün vasitə qərar versək, bizim dünyaya olan bağlılığımızı bir az da bərkidəcək, Allahla, Quran həqiqətləri ilə olan fasiləmizi daha da genişləndirəcəkdir.
    Tənbəlliyin və yersiz gülüşün məzəmməti
    Yersiz gülüşün və tənbəlliyin məzəmməti haqqında Peyğəmbər (s) buyurur: "Bil ki, sizin aranızda iki pis sifət vardır: təəccüb üzündən olmayan gülüş (səbəbsiz gülüş) və səhv və unutqanlıq üzündən olmayan tənbəllik (bilərəkdən tənbəllik etmək).”
    Peyğəmbər (s) möminlərə, onların daha çox qəflətə düçar olmasına, xof və təvazö hallarının zəifləməsinə səbəb olan iki xoşagəlməz sifəti xatırladır. Yaxşı olardı möminlər o iki bəyənilməz sifətin əlacı üçün çalışardılar. O iki sifətdən biri yersiz gülüşdür. Hərdən insan gülüş doğuran və təəccübə səbəb olan səhnələrlə üzləşir və bu halda təbii olaraq gülməyi gəlir. Hərçənd diqqəti Allaha yönəlmiş insanlar gülüş doğuran səhnələri müşahidə etdikləri zaman dodaqlarında ancaq təbəssüm zahir olur və heç vaxt qəhqəhə ilə ucadan gülmürlər. Böyük şəxsiyyətlərdən bəziləri onlara gülməli dastan və lətifələr söyləndiyi zaman və ya təəccüb doğuran bir hadisə ilə üzləşdikləri zaman gülümsəyərdilər, amma diqqətləri başqa yerdə olardı. Onlara deyilən lətifələr və gördükləri təəccüb doğuran hadisələr onlarda azacıq da olsun təsir qoymazdı.
    Möminin vüqarı, Allah məhzərində özünü hər zaman hazır görməsi və metafizik aləmə diqqətini yönəltməsi ona gülmək macalı vermir. Amma, əgər gülüşdoğuran səhnə ilə üzləşməli olsa, gülməyinin heç bir eybi yoxdur, lakin yersiz gülüşdən və qəhqəhə ilə gülməkdən pəhriz etməlidir. Çünki dəlilsiz və kiçik bir bəhanə ilə qəhqəhə çəkib gülən adamın qəlbinə ağır qəflət pərdəsi çökür. İmam Sadiq (ə) hədislərin birində buyurur: "Yersiz gülüş nadanlıqdan irəli gəlir.” Həmçinin Həzrət (ə) əlavə edir: "Elə gülmə ki, dişlərin ağarsın (görünsün), halbuki rüsvaedici əməllərin vardır. Alçaq işlər görmüş şəxs gecənin bəlasından amanda deyil.”
    Usuli-kafi, c. 4, səh. 486
    Bu hədisdə İmam Sadiq (ə) açıqcasına buyurur ki, alçaq əməllərin təsiri nəticəsində gələcəyi qaranlıq və qorxulu olan kəsin – belə ki, hər an mümkündür ona bəla nazil olsun – qəhqəhəsi və gülüşü yersizdir. O adam belə gülə bilər ki, öz gələcəyindən arxayındır və taleyinin sonda necə olacağı barədə heç bir nigarançılığı yoxdur. Halbuki, baxıb görmürük ki, peyğəmbərlərin və övliyaların belə bir arxayınlığı olmayıbdır və ancaq Allah fəzlinə təvəkkül etmişlər. Yersiz gülüşün ürəyə göstərdiyi təsir barədə İmam Sadiq (ə) buyurur: "Həddən ziyadə gülmək ürəyi öldürür” və həmçinin buyurur: "Su duzu həll etdiyi kimi çoxlu gülmək də dini (əridib) suya döndərir.”
    (Biharul-ənvar, c.67, səh. 305) Buna görə də ağıl qəbul etməyən yersiz gülüşdən çəkinmək lazımdır. İnsan ağzının, dilinin, gözünün, qulağının ixtiyarını əldən verməməlidir. Gülmək istəyəndə baxmalıdır ki, gülməyinə bir səbəb var, ya yox. Hər kiçik şeyi bəhanə edib gülmək olmaz.
    Bunu da xatırlatmaq lazımdır ki, gülərüz olmaq, dodaqlarda həmişə təbəssümün olması dəyərli və bəyənilən xüsusiyyətlərdəndir. İctimai ədəb qaydalarından biri də budur ki, möminlər cəmiyyətdə, bir-biri ilə qarşılaşdıqda üzlərində təbəssüm olsun. Ürəkləri nə qədər hüznlü olsa da, başqaları ilə üzləşdikdə onlar narahat olmasın, inciməsin deyə narahatlığını biruzə verməməli, onlarla xoş üzlə görüşüb danışmalıdır. Rəvayətlərin birində deyildiyi kimi: "Möminin üzü həmişə şad və xürrəmdir. Mömin öz qəmini ürəyində gizli saxlayar.”
    Əl-Həcc, 62
    Xoşüzlü və gülərüz olmaq qəhqəhə ilə gülməkdən fərqli bir haldır. Allaha və Qiyamətə inamı olan, etiqadlı bir möminin nəzərindən hərəkətləri heç vaxt kənarda qalmır və öz nəfsinin istəkləri ilə hərəkət etmir.
    Peyğəmbərin (s) öz ümməti arasında pis hesab etdiyi ikinci sifət tənbəllikdir. İnsan hərdən unutqanlıq və qəflət üzündən öz vəzifəsini yerinə yetirmir. Məsələn, hansısa ibadəti unudub yerinə yetirmir. Belə olan surətdə heç bir günah onun ayağına yazılmaz. Amma hərdən də insan bilə-bilə tənbəllik üzündən vəzifəsini əncam verməyə süstlük edir. Bu möminə yaraşan xüsusiyyət deyil. Bilərəkdən yükü üzərindən atmaq mömin üçün qəbul edilmir. Namaz vaxtı azanın səsini eşidib camaat namazına hazır olmağa tənbəllik göstərir. Bu cür diqqətsizlik bir möminin şənində deyil. Fərq eləmir, onun süstlüyü və tənbəlliyi vacib əməl qarşısındadır və ya müstəhəb.
    Yəzdin üləmalarından Şeyx Qulamrza Yəzdi adlı bir nəfər olduqca ciddi bir adam idi. Günlərin birində onunla bərabər məscidə getdik. Məscidə daxil olanda şeyxin gözü bir dəstə adama sataşdı. Onlar bekar oturub camaat namazı qılmaq üçün pişnamazı gözləyirdilər. Şeyx onların bikar oturmasını görüb narahat oldu və buyurdu: "Lənət şeytana, qorxursuz sizi cənnətə aparsınlar? Qalxın ayağa nafilə namazı qılın.” İnsan vacib namazın vaxtından əvvəl məscidə daxil olarsa, yaxşı olardı boş oturmayıb nafilə namazı qılsın. Belə bir mühüm işə diqqətsizlik möminin şənində deyil. Bu məsələ digər işlərə də aiddir. Hərdən xəstəlik üzündən və ya digər problemlə əlaqədar insan mütaliədən geri qalır. Amma hərdən də insanın tənbəlliyi və rahatlıq istəyi onu mütaliədən və işdən saxlayır. İnsanın inkişafının və tərəqqisinin qarşısını alan əsas maneələrdən biri tənbəllikdir. Tənbəllik böyük bəla olub qarşısı alınması gərəkən xəstəliklərdəndir.
    İbadətdə təfəkkürün rolu
    Hədisin davamında Peyğəmbər (s) buyurur: "Ey Əbuzər! Təfəkkürlə yanaşı qılınan iki rükət adi namaz, qafil ürəklə axşamdan səhərə qədər edilən ibadətdən daha yaxşıdır.”
    Təfəkkürün və düşünməyin əvəzsiz rolunu və əhəmiyyətini nəzərə alaraq Peyğəmbər (s) buyurur iki rükət adi namaz təfəkkürlə qılınarsa, onun insan kamalına təsiri axşamdan səhərə qədər qəlbin hüzuru olmadan qılınan namazdan daha çox olacaqdır. Əlbəttə, əgər insan tələsik və sürətlə namaz qılsa öz vəzifəsini layiqincə yerinə yetirə bilməyib gördüyü işi dərk edə bilməyəcək. Rəvayətlərdə deyildiyi kimi, tələsik qılınan namaz təfəkkürlə yanaşı olmazsa, yəni insan namaz əsnasında dediyi sözə və gördüyü işə diqqət yetirməzsə və təfəkkür etməyə macalı olmazsa, onun bu hərəkətinin dimdiyini yerə döyəcləyən qarğadan heç bir fərqi olmayacaqdır. Belə namazın heç bir dəyəri yoxdur, çünki diqqətsiz qılınır. O qədər sürətlə qılınır ki, insan fürsət edib namazın məfhumuna diqqət yetirə bilmir. Demək istədiyimiz budur ki, diqqətlə qılınan iki rükət adi namaz, diqqətsiz qılınan uzun və təkrar namazlardan daha üstündür.
    Dəfələrlə deyildiyi kimi insanlığın təkamülü şüuri və elmi bir təkamüldür. İnsanın inkişafı və kamalı onun şüurunun inkişafı və dərkinin yüksəlişi ilədir. Başqa sözlə desək, insan elmin və şüurun ayağı ilə Allaha yaxınlaşmaq yolunda addımlayır. Onun Allaha yaxınlaşması məkanını dəyişməsi ilə deyil. Yəni cismini bir yerdən başqa yerə köçürməsi ilə deyil. İnsanın Allaha yaxınlaşması şüur və diqqətin artımı, Allahın əzəmətini dərk etməyinin inkişafı və yüksəlişi ilədir. Belə ki, insanın dərki artdıqca Allaha yaxınlığı da artır. Bu təkamül elmi təkamül olub, elmin artıb uzanan şəfəqləri altında hasil olur. Bunun ilkin mərhələsi insanın özünə xas olan elmi və agahlığıdır. İnsan özü haqqında əldə etdiyi biliklərin sayəsində Allah haqqında biliklər əldə edir. Bunun müqabilində insanın biliyi və agahlığı nə qədər azalarsa, bir o qədər də qəflətə düşür və təkamül yolunda ləngiməli olur.
    Namaz təkamül yolunun bir vasitəsidir. Namaz onun üçündür ki, insan Allahla rabitə yarada bilsin və Allaha yaxınlaşmağın yolunu daha yaxşı hiss edib dərk edə bilsin. Amma bu namaz lazımi diqqət və ilahi məqamın dərki ilə yanaşı qılınmazsa, namaz qılan adamın bu əməli adi idman hərəkətlərindən başqa bir şey sayılmayacaq. Yəni əyilib-qalxmaqdan başqa heç bir fayda əldə etməyəcəkdir. Çünki, namazın məfhumu və batinindən faydalanmamışdır. Əlbəttə, diqqətsiz olsa da qılınan bu cür namaz, axşamdan səhərə qədər yatıb heç namaz qılmamaqdan və ya, Allah eləməmiş, günah işlərə məşğul olmaqdan daha yaxşıdır. İnsanın namaza durmasının özü – baxmayaraq ki, diqqətsizlik üzündən kamil savabı yoxdur – bəyənilən işdir. Amma çalışmaq lazımdır ki, namazda diqqətli olaq və Allahla üz-üzə dayandığımız zaman Onun hüzurunda durduğumuzu, böyük bir Zatla danışdığımızı dərk edək. Belə olarsa, insan Allah dərgahına yaxınlaşmaq məqsədinə də tez çatar.
    Category: Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) | Views: 964 | Added by: Islam_Kitabxanasi | Rating: 2.5/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019