İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1823
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » 2011 » September » 24 » Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    5:06 PM
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    İYİRMİ ÜÇÜNCÜ DƏRS
    Kamil fəqih (alim) və əfali tövhidə etiqadın rəftarda təzahürü
    - İbrahim və əfali tövhidə etiqad
    - Allahdan qeyrisinə etimad, əfali tövhidə etiqadsızlığın nəticəsi kimi
    - Şeyx Ənsari və Şeytanın toru
    - Təvazö - izzət və başıucalıq amili
    - Həzrəti İmam Səccad (ə) və zati ehtiyac və nöqsanın dərki
    - Həqiqi imanın səmərəsi Peyğəmbərin (s) kəlamında
    Kamil fəqih (alim) və əfali tövhidə etiqadın rəftarda təzahürü
    Peyğəmbərin (s) Əbuzərə etdiyi moizələrin davamında gəlib çatırıq əfali tövhid barəsində olan bölməyə ki, izaha ehtiyacı vardır.
    Tövhidə etiqadın müxtəlif dərəcələri vardır. Onun ən aşağı dərəcəsi İslamda tövhidə etiqadın müəyyən edilmiş həddidir və bu həddə olan etiqadla hər bir kəs islam baxışı ilə müvəhhid olaraq tanınır. Müvəhhid olmaq, yəni Allahın zatı və sifətlərinin bir vəhdət təşkil etdiyinə (vəhdaniyyətinə), "təkvini rübubiyyət”
    (Əl-Ənbiya, 68) və "təşrii rübubiyyət”dəki tövhidə etiqad bəsləmək və həmçinin Allahın yeganə məbud olduğuna etiqadı olmaq deməkdir. Bu mərhələdən daha yuxarı mərhələlər vardır ki, onlardan biri də əfali tövhidə olan etiqaddır. Əfali tövhid – yəni, insan əvvəl elm, sonra şühud yolu ilə dərk edib bilsin ki, bu dünyada həqiqi qüdrət sahibi Allah-təaladır və başqa heç bir mövcudun müstəqil təsir qüdrəti yoxdur. (Bu etiqadın ixtiyar və təklif məsələsi ilə nə dərəcədə uzlaşıb və ya uzlaşmaması kəlami və fəlsəfi bəhslərdə araşdırılır və hal-hazırda bu məsələnin çözümünə macal yoxdur).
    Deyildiyi kimi, əfali tövhidə etiqadın iki mərhələsi var. Birinci mərhələ istidlal, bürhan və elm yolu ilə əfali tövhidə etiqadın əldə edilməsidir. Yəni əqli dəlillər, məntiqi və elmi isbatlama yolu ilə şəxsin bu məsələyə etiqad tapmasıdır. Bu etiqada əsasən heç bir mövcudun özlüyündə istiqlalı yoxdur və hər bir mövcud illətə (Allaha) bağlıdır və Ondan asılıdır. Bütün təsir alıb təsir qoyanlar, illət və məlullar Allahın müqəddəs zatından sərçeşmə götürürlər. Tövhidə etiqadın bu mərhələsi çox mühüm və dəyərli olsa da, amma onun əhəmiyyətinin həddi əfali tövhidin şühud mərhələsinin əhəmiyyəti həddində deyildir.
    İkinci mərhələ:
    Əfali tövhidin elm yolu ilə dərkindən sonra insan seyri-süluk və irfani şühud yolu ilə Allahın bu aləmdə tək həqiqi qüdrət (müəssir) sahibi oluduğunu dərk edir və ona iman gətirir. Bu mərhələdədir ki, insan anlayır Allahdan qeyri var olan hər bir şey (ma siva Allah) varlıqları baxımından şiddət və zəiflikləri hesabı ilə tutduqları mövqeyə görə birbaşa insanın taleyinə təsir göstərə bilməkdə müstəqil deyillər. Nüfuz göstərən ancaq Allahın iradəsidir və Allahın bu nüfuzu bütün səbəblər silsiləsində və əşyalarda zühur edir.
    İbrahim və əfali tövhidə etiqad
    Əfali tövhidə etiqadı olanların ən yaxşı nümunələri peyğəmbərlər və din rəhbərləridir. Onlar dünyada baş verən hadisələri, bu hadisələrin yaranma səbəbini, bütövlükdə səbəblər sistemini Allahın iradəsi və təqdirinə bağlayırlar. Müstəqil təsiri ancaq Allahdan bilib Ondan başqa qeyri pənah aparacaq, kömək diləyəcək yer tanımırlar. Burada biz haqqa dəvət yolunda heç bir şeydən qorxmayan, müvəhhidlərin ən bariz simalarından birinə, yəni Həzrət İbrahimə (ə) işarə edəcəyik.
    Həzrət İbrahim (ə) Babilin bütpərəst müşriklərinə təslim olmayıb onlarla mübarizəyə başlayandan sonra, xəlvət günlərin birində Babilin bütxanasına girib bütləri sındırır. Bütpərəstlər şəhərə qayıtdıqlarında vəziyyəti müşahidə edib bütləri sındıran adamın axtarışına başlayırlar. Bu adamın İbrahim peyğəmbər (ə) olduğunu bilib onunla mücadilə edirlər. İbrahim peyğəmbər (ə) aydın və güclü dəlillərlə onların süst etiqadlarını batil edir. Onlar İbrahim peyğəmbərin (ə) güclü məntiqi qarşısında deməyə söz tapmayanda tək çıxış yolunu onu odda yandırmaqda görürlər: "(Nəmrud və ətrafındakılar öz camaatına) belə dedilər: "Əgər (tapındıqlarınıza yardım göstərmək, onları xilas etmək üçün) bir iş görəcəksinizsə, İbrahimi yandırın və tanrılarınıza kömək edin!”
    (Əl-Mizan, c. 14, səh. 304) Bunu deyəndən sonra çoxlu odun toplayıb vəd olunan günü Həzrət İbrahimi (ə) onun içinə atırlar. Odun şölələri göyə ucalanda Həzrət İbrahim (ə) diqqətini ancaq Allahın müqəddəs zatına yönəldir. Bu barədə İmam Baqir (ə) buyurur: "O gün Həzrət İbrahim (ə) ancaq bu sözləri deyirdi: "Ya Əhədu, ya Əhədu, ya Səmədu, ya Səmədu, ya mən ləm yəlid və ləm yuləd və ləm yəkun lahu kufuvən əhəd.” Sonra buyurdu:”Ancaq Allaha təvəkkül edirəm.”
    (Üsuli-kafi (tər.), c. 3, İman və küfr kitabı, səh. 189)
    O Allaha elə etimad edirdi, imanında o qədər güclü idi ki, bütün vücudu ilə özünü Allaha möhtac görürdü və Allahdan qeyri kimsəyə əl açmırdı. Hətta Allahın müqərrəb mələyinin köməyini belə qəbul etmədi. İmam Sadiq (ə) buyurur: "Elə ki, İbrahimi (ə) atəşə atdılar, Cəbrayıl (ə) göydən yerə endiyi halda onu müşahidə etdi və ərz etdi: "Bir istəyinmi vardır?” Həzrət buyurur: "Var. Amma Səndən yox!” Həm şiə, həm də sünni mühəddislər tərəfindən nəql olunan Həzrətİbrahimin bu sözü, bu ilahi qəhrəmanın ruhunun tövhidin ən yüksək mərtəbəsində cövlan etdiyinə dəlalət edir. Onun bu cür etiqadı və ruhiyyəsi idi ki, ona qeybi imdadları almaq ləyaqətini nəsib etdi: Allah oda əmr etdi ki, soyusun. Deyirlər: atəş elə soyudu ki, İbrahim (ə) titrəməyə başladı və bu üşütmədən dişlərini bir-birinə sıxdı. Nəhayət, Allah oda ikinci əmri verdi: "Ey atəş! Ona salim ol!” Bu həngamədə Cəbrayıl (ə) aşağı enib odun içərisində İbrahim (ə)-ın kənarında əyləşdi və söhbətə başladı.
    İmam Sadiq (ə) buyurur: "Qənbər, Həzrət Əlinin (ə) qulamı, o Həzrəti həddən artıq çox sevirdi. Elə ki, Əli (ə) evdən çölə çıxırdı, Qənbər də qılıncını götürüb onun dalınca dolanırdı. Bir gecə Əli (ə) onu görüb buyurur: - "Qənbər, nə edirsən?” Qənbər ərz edir: - "Ey Əmirəl-möminin, gəlmişəm Sizin arxanızca gedəm.” Həzrət buyurur: - "Vay olsun sənə! Məni göy əhlindən qorumaq istəyirsən, ya yer əhlindən?” Qənbər deyir: - "Yer əhlindən.” Həzrət buyurur: - "Yer əhli Allahın izni olmadan mənə heç bir şey edə bilməzlər. Qayıt geri.” O da qayıdır.
    Allahdan qeyrisinə etimad, əfali tövhidə etiqadsızlığın nəticəsi kimi
    Bundan öncəki bəhsdə deyilənlər əfali tövhidə etiqadı olan insanın baxışında və rəftarındakı əksül-əməlini açıqlayırdı. Bu etiqadla insan ancaq Allaha söykənir və Ondan qeyrisini hesaba almır. Halbuki, əfali tövhidin şühud mərhələsinə çatmamışdan qabaq insan başqalarına güvənir və elə bilir ki, onlara möhtacdır. Belə insan problemlərinin həll olunmasında, ehtiyaclarının ödənməsində onlara ümid edir. Ya da ona zərər verə bilmələri qorxusundan xoflu olur. Həqiqətdə digərlərinin müstəqil təsir qüvvəsinə inanmış olur və buna görə də onlara güvənir. Aydındır ki, bu əqidə əfali tövhid təfəkkürü ilə uzlaşmır. Bu düşüncə "Bihəvlillahi və quvvətihi əqumu və əqud” və "La həvla və la quvvətə illa billah” ilə bir araya sığmır. Tövhidi mərifətə yüksəlməyin tələblərindən biri budur ki, insan Allahdan qeyrisinə ürək bağlamasın, Allahdan savayı heç kimə etimad etməsin. Bununla bağlı Peyğəmbər (s) buyurur: "Ey Əbuzər! İnsan camaatı Allahın əzəməti qarşısında idraksız dəvələr kimi, bundan sonra özünə baxıb, özünü onlardan da aşağı olduğunu görməyənə qədər kamil biliyə və düşüncəyə yiyələnə bilməz.”
    Maraqlıdır ki, Peyğəmbər (s) buyurur, insanların ixtiyarının digərinin əlində olduğunu görmədən heç kim kamil bilik sahibi ola bilməz. Necə ki, dəvələrin yüyəni sarvanın əlindədir və dəvə karvanına istiqamət verən odur. Dəvələrin bu işdə öz istiqlalları yoxdur. Hərəkətin istiqamətini seçən, işlərin tədbiri və tənzimi yüyəni əlində saxlamış kəsin ixtiyarındadır.
    Əvvəlcə insan fikirləşir ki, başqaları öz hərəkətlərində, müharibələrdə, qələbələrdə baş verən dəyişikliklərdə müstəqildirlər. Amma insanın mərifəti inkişaf etdikcə, tövhidi mərifətə yaxınlaşdıqca bütün olayları dəvə karvanı misalında görür ki, bütün bu hadisələrin yüyəni başqa birisinin əlindədir. Bu səbəblər karvanını hərəkətə gətirənin Allah olduğunu dərk edir. Düzdür ki, səbəblərin və vasitələrin də işdə rolu olur, amma bu sistemi hərəkətə gətirən var. Əlbəttə, bu o demək deyil ki, insanlar məcburiyyət altında olsunlar, söz bundadır ki, mütləq təsir onlar tərəfindən olmur. Belə də deyil ki, bütün işlər onların əlində olsun və hər bir qərarı onlar çıxarsın; onlar başqa bir sistemə tabedirlər və bəşər iradəsindən yüksək bir iradə onlara hökumət edir.
    Deməli, müvəhhid o kəsdir ki, Allahı yaddan çıxarmasın, dünya sistemində Allahın əli olduğunu inkar etməsin. Bundan əks halda həmin şəxs tövhidi dərk etməmişdir. Əlbəttə, bu mətləbi bəyan edib açıqlamaq asan deyil və bəyanın bu vaqiyyətin dərkində elə də əsaslı bir rolu yoxdur. Allahdan istəməliyik ki, bu həqiqətlərin dərkinin ləyaqətini bizlərə inayət etsin.
    Mərifətin bu həddinə yetişəndən sonra da insan şeytanın vəsvəsələrindən arxayın olmamalıdır. Çünki şeytan insanı heç vaxt boşlamır. Xüsusilə şeytan haqq və kamal yolunda addımlayanları azdırmaq üçün daha çox vurnuxur. Halbuki, iradəsi süst olanlar özləri şeytanın dalınca yollanırlar və şeytanın onları azdırması üçün bir iş görməsinə ehtiyac qalmır.
    Şeyx Ənsari və Şeytanın toru
    Əksəriyyətin eşitdiyi bir hadisədir: Deyirlər rəhmətlik Şeyx Ənsarinin vaxtında bir nəfər yuxusunda görür ki, şeytan əlində çoxlu rəngbərəng kəndirlər tutubdur. Bu kəndirlərin bəziləri yaşıl, bəziləri qırmızı, bəziləri sarı və həmçinin bəziləri qalın və bəziləri nazikdir. Bu kəndirlərin arasında gözü həddən artıq qalın bir kəndirə sataşır. Diqqətlə baxanda görür kəndir qırılıb. Şeytandan soruşur: -"Bu kəndirlər nə üçündür?” Şeytan deyir: -"Bunlar bəni-Adəmi tora salmaq üçün tələdirlər. Bunları insanın boynuna keçirtməklə onları aldadıram.” O, kəndirlərin tək-təki haqqında sual edir. Kəndirlərdən biri haqqında soruşur, Şeytan deyir: -"Bu arvaddır, bu evdir, o birisi puldur, vəzifədir və s.” Həmin adam soruşur: -"Bəs mənim kəndirim hansıdır?” Şeytan deyir: -"Sənin kəndirə ehtiyacın yoxdur, sən özün mənim dalımca gəlirsən! Bu kəndirlər o adamlar üçündür ki, mənim dalımca gəlmirlər və mən də bunları boyunlarına keçirib zorla dalımca sürüyürəm.” Soruşur: -"Bəs bu qırılmış qalın kəndir kimindir?” Şeytan dərin bir ah çəkib deyir: - "Uzun zəhmət çəkib bu kəndiri Şeyx Ənsari üçün toxumuşdum, amma dünən axşam boynuna keçirəndə bir təkanla onu paraladı!” Şeytan dilxorçuluğun şiddətindən böyük bir nərə çəkib uzaqlaşdı. Həmin şəxs bu vaxt yuxudan ayılır, səhərə qədər nigaran və narahat olur ki, bu nə yuxu idi mən gördüm. Səhər açılar-açılmaz mərhum Şeyx Ənsarinin qapısına gedir və olmuş əhvalatı ona nəql edir. Şeyx ağlayıb deyir: -"Dünən gecə arvadımın ağrısı tutmuşdu, bari-həmlini yerə qoymaq vaxtı idi. Qonşu arvadlar və mama dedilər xəstə təcili zeytun yağı içməlidir və mənə dedilər "Get bir az zeytun yağı tap.” Mənim yağ almağa pulum yox idi. Yanımda olan iki tümən pul idi. O da imamın payı idi, qoymuşdum qırağa yiyəsinə verim. Həmin o iki tüməni götürdüm ki, gedib onunla yağı alım. Yolda birdən ağlıma gəldi ki, birdən bu gecə başqa bir tələbənin arvadı doğmaq istəsə, onun yağ almağa pulu olacaq? Ürəyimdə dedim: -"Bəlkə də indi Nəcəfin hansısa guşəsində elə bir tələbə olsun ki, onun da arvadının sancısı tutmuş olsun və yağ almağa da pulu olmasın.” Yarı yoldan qayıdıb pulu yerinə qoydum. Dedim nə olur olsun, yağ olmayacaq, vəssəlam! Bu Şeytanın mənə qurduğu tələ idi. Düz doqquz ay bundan qabaq bu toru mənim üçün hörüb hazırlayırdı ki, nəhayət gözlədiyi gecə mən imamın malına əl uzadam. Amma Allahın köməyi ilə mən o kəndiri qırdım.
    Bəli, Şeytan o adamları yolundan çıxarmağa çalışır ki, kamal yolunda qədəm götürürlər. İnsan elə ki kamal mərhələsinə qədəm qoyur, gözləri açılıb qəlbi işıqlanır, tövhidin cilvələri onun üçün zahir olur, ya da mükaşifə aləminə daxil olur; bir şey görür, bir səs eşidir, o saat Şeytan özünü yetirir və başlayır vəsvəsə etməyə - insanı özünə məğrur edir ki, sən artıq böyük mənsəbə çatmısan, başqalarının tayı deyilsən və bu kimi sözlər... İnsan zəhmət çəkib mərifətin bu mərhələsinə çatandan və anlayanda ki, digər insanlar müstəqil təsir qüvvəsinə qadir deyillər, onların elə də böyük dəyəri yoxdur ki, bir-iki manat pul üçün və ya bir iş görmələri üçün qarşılarında əyilib-qalxılsın və kömək istənilsin, birdən Şeytan onu vəsvəsə edir ki, əcəb yüksək mərifətə çatmısan! Çox gərəkli olmusan. Belə olan surətdə insan qürur xəstəliyinə mübtəla olur. Bu cür qürurun qarşısını almaq üçündür ki, Peyğəmbər (s) buyurandan sonra ki, camaatı Allahın qarşısında dəvələr kimi gör, -tez ardınca bu sözləri əlavə edir: -"Amma özünü onlardanda kiçik bil.” Özünü də başqaları kimi, bəlkə onlardan da kiçik gör ki, mövcudat silsiləsində sən də o zəncirin hissələrindən birisən. Bu silsilə hərəkətin biri digərini hərəkətə gətirir, amma ona ilk təkan verən Allahdır.
    Deməli, bir kəs dində kamil biliyə yiyələnərsə, birincisi - başqalarını Allahla müqayisə etdikdə onları Allahın əzəməti, iradəsi qarşısında heç bir şey görür və ikincisi – başqalarını özü ilə müqayisə edəndə hamını özündən üstün görür. Bu çox qəribə xüsusiyyətdir. Yəni Allah insana belə bir tovfiqi verəndə, bir tərəfdən insan, camaatı onun taleyinə birbaşa təsir göstərməkdə aciz görür, başqa bir tərəfdən də şəri qayda-qanuna riayət edir. Başqalarını həyatda əsas qüdrət sahibi bilməsə də onlara təvazö və ehtiram göstərməkdə əskikliyə yol vermir. Şəri ədəb-ərkana riayət edir və həqiqətdə özünü başqalarından kiçik görür.
    Bir tərəfdən insanları Allahın qarşısında yük daşıyan dəvələr kimi görür ki, yüyənləri Allahın əlindədir və başqa bir tərəfdən özünü onların arasında ən kiçik dəvə kimi görür. Belə deyil ki, onları dəvə kimi görəndə özünü onlara minmiş kimi görsün! Əksinə, özünü onlardan da kiçik və zəlil görür. Əlbəttə, belə bir baxışla insanın özünü başqalarından bu şəkildə kiçik görməsi çox çətindir. Amma bu olası bir işdir, həqiqəti var. Əgər insan bu mətləbi dərk etsə, belə ki, həm başqalarını əsas təsir amili görməsə və bununla yanaşı həm də onların qarşısında təvazökarlıq etsə, onun üçün dində qaranlıq qalan əksər suallara öz aydın cavabını tapacaqdır. Həqiqətdə Peyğəmbərin (s) bu sözü ilə təvazökarlığın da həddi aydınlaşmış olur. Təvazö özünü başqalarının yanında alçatmaqla bərabər tutulmur, əksinə təvazö insanın izzət və şərəfini bir az da artırır.
    Təvazö - izzət və başıucalıq amili
    Rəvayətlərin birində Həsən bin Cəhim İmam Rzadan (ə) təvazönün həddi barədə sual soruşur. Həzrət (ə) cavabında buyurur: -"Təvazönün bir neçə dərəcəsi var. Onlardan biri də budur ki, insan öz qədir-qiymətini bilsin və özünü xatircəmliklə öz yerində və dərəcəsində qərar versin. Xalq onunla necə rəftar edirsə, o da onlarla o cür rəftar etsin (əgər ona yaxşılıq etsələr, o da yaxşılıq etsin). Əgər onlardan pislik görsə, onların pisliyini öz yaxşılığı ilə örtsün. Qəzəbini udsun və xalqın ona etdiyi pisliyi bağışlasın. Allah da yaxşılıq edənləri sevir.”
    Biharul - ənvar, c. 2, səh. 27
    Aydındır ki, bu cür təvazö nəinki insanın alçalmasına səbəb olmur, əksinə izzət və şərəfini bir az da artırır. Həzrət Peyğəmbər (s) dediyi kimi: - "Həqiqətən də təvazö öz sahibinin dərəcəsini artırır, başıuca edir. Təvazökar olun ki, Allah da sizi ucaltsın.”
    (Bəzi psixoloqlar deyirlər ki, insan əgər özünü başqalarından alçaq və dəyərsiz hesab etsə, "həqarət küdurəti”nə mübtəla olub nəticədə başqaları ilə rabitə yarada bilmir. Belə insan yaxşı söhbət edə bilmir, həddən artıq utancaqlıq göstərir, özünə güvənliyi əldən verir, inamını itirir, cəmiyyətdən qaçmağa çalışır, guşənişin olur. Belə olan surətdə təvazö ilə insanın özünə inamı bir araya sığmır, yəni mümkün deyil bir tərəfdən təvazökar olaq, o biri tərəfdən də ruhi yüksəkliyimizi qoruyub saxlayaq, insanın bir yandan özünü kiçildib, o biri yandan da şəxsiyyətini qoruyub gözləməsi mümkün olan şey deyil.
    Belə görünür ki, insanda baş verən əksər ruhi xəstəliklərin mənşəyi (burada ailənin və mühitin də rolunu nəzərdə saxlamaqla) onlarda Allaha etiqadın olmamasından və İlahi vəhyin ruhlara qida verən şəfasından uzaq düşmələrindən irəli gəlir. İnsan əgər bu əsas və mühüm söykənəcək yerini əldən verərsə ruhi böhranlar seli onu əhatə etməyə başlayır, sanki bütün xəstəliklərin və dərdlərin ona hücumu başlayır. Amma insan bütün hərəkətlərini ilahi qanunların göstərdiyi şəkildə tənzim edə bilsə, əksər ruhi ələmlərdən nicat tapmış olar. Bu cəhətinə görə təvazö rəvayətdə Allah adamı olmaq, Allahın sevdikləri sifəti ilə qeyd olunmuşdur: "Hər kəs Allah üçün təvazökar olarsa, Allah da onun dərəcəsini artırar.” Əgər insanın təvazökarlığı ancaq Allahın razılığını qazanmaq məqsədi ilə olarsa, əməlini Allaha üçün xalis edə bilərsə, o heç bir həqarət hissi keçirməyəcəkdir. Deməli, Allah xatirinə ixlasla olan təvazökarlıq yaxşı hesab edilir. Yoxsa ki, zəiflikdən, özünü alçaq tutmaqdan irəli gələn təvazökarlığın bir dəyəri yoxdur və heç bir savaba da səbəb olmaz.
    Bu təhlilə görə deyə bilərik:
    Əgər insanın başqaları qarşısında təvazökarlığı ancaq Allahın əmrinə boyun əymək, bəndəlik niyyəti ilə olarsa, nəinki insan ruhunun zəifləməsinə səbəb olmaz, üstəlik insanın iftixarına səbəb olar. Yəni, insan təvazökarlığı Allaha ibadət hesab etməklə, onunla iftixar edir. İnsanın torpağa düşüb Allahın müqəddəs zatı qarşısında alnını yerə qoyması, səcdəyə qapanması ona həqarət, kiçiklik sayılmayıb, əksinə izzət, iftixar gətirdiyi kimi, eləcə də insanın Allaha itaət etmək niyyətilə başqalarının qarşısında təvazökar olması iftixarlı bir işdir.)
    Həzrət İmam Səccad (ə) və zati ehtiyac və nöqsanın dərki
    Yuxarıda deyilənlərə diqqət etsək Həzrət İmam Səccadın (ə) Əbu Həmzə Somalinin duasında o cür ismət məqamını daşımasına baxmayaraq, pak nəfsə sahib olmasına rəğmən Allah dərgahında niyə o cür yalvarmasının səbəbini daha yaxşı dərk etmiş olarıq: "Məndən də halı pis olub qaragünlü olan varmı? Əgər bu vəziyyətimdə qəbr evinə gedəsi olsam, (orada) rahat olmağım üçün heç nə hazırlamamışam. (Əliboşam.)”
    (Daha İmamın sözlərində zarafat-filan olmaz, sözləri ciddidir.) Necə olur ki, məsum imamın halı başqalarından daha pis olur. Bu məsələ olduqca mürəkkəb bir müəmmadır. Amma tövhidi maariflə tanış olan adam üçün bu müəmmanın həlli elə də çətin deyil. Anlayanda ki, bütün qablar boşdur və kimin nəyi varsa Allah ona vermişdir, onda başa düşür ki, bütün nöqsanlar bizim özümüzdəndir, bizim vücudumuzun fəqirliyindəndir. Günah etməyimiz ona görədir ki, ya mərifətimiz yoxdur, kiminlə üz-üzə dayandığımızın fərqində deyilik və kiminlə müxalifət etdiyimizi bilmirik, ya da iradəmiz o qədər zəifdir ki, şəhvət və qəzəb qüvvəsinin qarşısında o saat təslim oluruq. Bunlar hamısı bizim zəifliyimizdən irəli gəlir, insanın zəiflikdən başqa özündə olası bir şeyi yoxdur. Bizim özümüzün nəyi var ki, Allah da bizə verməmiş olsun? Elm, fəhm, düşüncə, ibadət, ibadətin tovfiqi, əməl və hər nəyimiz varsa Allah tərəfindəndir. Bunlar hamısı ilahi tovfiqlə bizə çatmışdır. Vasitələri də bizim ixtiyarımızda qoyan Odur. Bizim yoxluq heysiyyətlərindən başqa olan bir şeyimiz yoxdur. Əgər Allah-təala ilə təhvil-təslim eləmiş olsaq bizim ixtiyarımızda boş kisədən başqa bir şey qalmayacaqdır. Bu harasıdır ki... Hələ o boş kisə də bizə qalsa böyük şeydir! Bizim özümüzün olan nə sərvətimiz var, nə əqlimiz, nə fəhmimiz. Bizim özümüzün olan şeylər – cəhl, acizlik, zəiflik və iradəsizlikdir ki, - hamısı nöqsan və zəiflikdir.
    Əgər nöqsanlar və zəifliklər yoldan çıxmağa, azmağa səbəb olursa, nöqsanı çox olan adamın azmağa zəminələri də çox olur. O adamın nöqsanı və zəifliyi çox olur ki, onun vücudi tutumu da çox olsun. Kisə böyük olanda tutumu da çox olur və onun dolması üçün ora daha artıq mal yerləşdirmək lazımdır. İnsanın vücudi tutumu çox olarsa, ona daha artıq kamal inayət edilməlidir. Hər necə olsa da onun özünün olan bir şeyi yoxdur. Bir sərçənin kiçikliyini nəzərə alaraq, onun tutumu həddində Allah ona göz, qulaq, uçmaq qüdrəti, səs gücü inayət etmişdir. Əgər Allah bu saydıqlarımızı ondan alsa, onda bir sərçə böyüklüyü qədər boş yer qalacaqdır. Amma böyük tutumda olan filə Allah onun tutumuna görə bədən üzvü, qüdrət və güc inayət edir. İndi bunları ondan geri alsa, yerdə bir fil həcmi qədər boş kisə qalacaqdır.
    Görən, bizim mənəvi tutumumuzla İmam Səccadın (ə) tutumu birdirmi? Aydındır ki, belə deyil. Bizim tutumumuz azdır, bizdə olan fəhmin, şüurun həddi nə qədərdirsə, tutumumuz da o qədərdir. Bu cəhətinə görə də öz tutumumuz həddində bizdən hesab tələb olunur. Heç vaxt Həzrəti Səccaddan (ə) tələb olunan hesabı bizdən tələb etmirlər. Peyğəmbər (s) və İmam üçün nəzərdə tutulan təklif keyfiyyəti baxımından bizə aid edilmir. Çünki onu qaldıracaq gücümüz yoxdur. Aydın olur ki, məsum İmama nisbətdə bizim tutumumuz çox məhduddur. Buna görə də əskikliyimiz və zəifliklərimiz də məhduddur. İmam özünə baxdığı zaman, Allahın ona verdiklərini qırağa qoyanda hesabsız zəifliklər müşahidə edir. Çünki onun, Allah ona verdiyi və verəcəkləri üçün yetərincə gücü, tutumu və qabiliyyəti vardır. Bunun üçün də özünə nəzər salanda görür ki, zəifliyi hamısından daha çoxdur. Çünki tutumu çoxdur. Ona görə də deyir: - "Məndən də halı pis olan varmı?”
    Əgər yenicə təklif həddinə çatmış bir yeniyetmə səhvə yol vermiş olsa, onun günahı, əlli il dərs oxuyub, Quran və hədis elmlərinə vaqif bir alimin həmin günaha mürtəkib olması, eyni səhvə yol verməsi ilə bərabərmi tutulacaq? Məlum məsələdir ki, o alimin günahı daha çoxdur, çünki qabiliyyəti və tutumu daha çoxdur. Yeniyetmə olanın isə günahı çox azdır, çünki onun fəhmi və tutumu çox azdır. O alim öz tutumuna görə daha çox günah qazanır və cəzası da ağır olmalıdır. Bu barədə rəvayətlərin birində deyilir: "Alimin bir günahı bağışlanana qədər cahilin yetmiş günahı bağışlanar.”
    (Fatir, 35) Cahilin günahı daha azdır, çünki onun fəhmi və tutumu da azdır. Mümkün olmasa da belə fərz edək: əgər imam günah etmiş olsa, onun cəzası adi insanların cəzasından min dəfələrlə ağır olmalıdır. Çünki onun fəhmi və tutumu artıqdır. İmam özünə baxanda görür ki, Allaha itaət və bəndəlik yolunda elədiyi bütün ləyaqətli əməlləri Allah ona inayət etmişdir, hamısı Allah tərəfindəndir. Bunları Allahın hesabına çıxanda öz hesabında zəiflikdən başqa bir şey görmür. Öz zəifliyinin daha çox olduğunu görəndə başqalarından daha artıq xəcalət çəkir. Bura qədər deyilənlər İmam Səccadın (ə) sözlərinə bir açıqlama idi.
    İnsanın əgər qəlbinin gözü açılsa və həqiqətləri daha çox görə bilsə, Allahın bərabərində nə qədər zəif olduğunu dərk edəcəkdir. Başa düşəcək ki, lovğalanmaq lazım deyil, ancaq özünü görüb, mənəm-mənəm demək yersiz bir işdir. Məgər bu mərhələyə gəlib çatmış həmin o məğrur insan bir qətrə murdar su deyildimi? İndi ki, böyüyüb təkamül edibdir, əldə etdiklərini o özü-özündən çıxardıbdır ki, bu qədər lovğalanır? Deməli, əgər biz həqiqətdə özümüzə nəzər salsaq özümüzü hər kəsdən kiçik görəcəyik. Əlbəttə, bu təvazökarlıq üzdə, yalandan olmamalıdır. İnsanın üzdə özünü təvazökar göstərib qəlbdə özünü hamıdan üstün tutması nifaqdır. Yəni münafiqlik əlamətidir. Təvazökarlıq içəridən gəlməlidir. Bu da ilahi tovfiq olmadan, mərifət nurunu Allah insanın qəlbinə salmayınca əmələ gəlmir.
    Ümidvaram, Allah-təala belə bir mərifəti bizlərə də nəsib edəcək və arzu edirəm bundan da yüksək mərifəti bizlərə inayət etsin.
    Həqiqi imanın səmərəsi Peyğəmbərin (s) kəlamında
    Hədisin davamında Peyğəmbər (s) buyurur: - "Ey Əbuzər! Camaatı öz dinlərində əbləh, dünyalarında aqil görməyincə imanın həqiqətinə çatmayacaqsan.”
    Ey Əbuzər, bir vaxt imanın həqiqətini dərk etsən, əgər görsən camaat öz dünyalarında qabağa gedirlər, bil ki, onlar öz dünyaları ilə münasibətdə aqil və şüurludurlar, axirətlərinə nisbətdə amma nadan və axmaqdırlar. (Peyğəmbərin (s) buyuruğunda "kulləhum” təbiri işlədilmişdir, yəni bütün camaat belədir. Çünki, öz axirətləri üçün aqil olanlar çox azdır. Bunun üçün də öz axirətləri ilə əlaqədə axmaq olan ümumi camaatın müqabilində saya gələcək qədər deyillər.)
    Aqil o adamdır ki, yaxşı və daha yaxşı, faydalı və daha faydalı olan iki əmr arasında seçim aparsa, daha faydalı olanı seçir. Əgər biz dünyanı axirət ilə müqayisə etsək görəcəyik ki, axirət dünyadan dəfələrlə faydalıdır. Çünki həm müddət baxımından sonsuzdur – insanın dünyəvi ömrü 70-80 il arasındadır və ya 100 ildən çox qırağa çıxmır; hətta əgər fərz etsək min ilə gedib çıxır, yenə də axirətin sonsuz həyatı qarşısında bir ədəd deyil – və həm də keyfiyyət baxımından: dünyəvi ləzzətlər ağır zəhmət hesabına əldə edilir və əlavə olaraq dərdlər və çətinliklərlə qarışıq olur. Biz çətinliklər və dərdlərə o qədər alışqan olmuşuq ki, həmin o az ləzzətlə, - özü də dərdlə qarışıq – qane oluruq. Yeməkdən ləzzət ala bilməyimiz üçün nə qədər zəhmət çəkməliyik: pul əldə etməliyik, həmin pula lazım olan şeyləri almalıyıq, bunlar bir tərəfə, yeməyi çeynəməyimiz üçün də çənəmizi işə salıb yormalıyıq. Bütün bunlar bir loğma çörəyin boğazımızdan aşağı getməsi üçündür ki, bu zaman bir az ləzzət alaq. Bu hələ harasıdır! Yemək aşağı enəndən sonra da yeni bir proses başlayır. Amma axirət ləzzətində heç bir dərd, zəhmət yoxdur. Nə onun hazırlanmasında insan zəhmət çəkir, nə də sərf olunmasında. Orada yorğunluq da olmaz: "Elə bir Rəbb ki, öz lütfü və kərəmi ilə bizi (əbədi qalacağımız) iqamətgahda yerləşdirdi. Orada bizə nə yorğunluq üz verəcək, nə də bir məşəqqət, əziyyət toxunacaqdır!”
    Əl-Əla, 17
    Axirət həm keyfiyyət cəhətindən də dünyadan üstündür, həm də kəmiyyət: " Halbuki axirət daha xeyirli və daha baqidir.”
    (Kiminləsə şərtləşmək, şərt bağlamaq. Burada insanın öz nəfsi, vicdanı ilə şərtləşməsi nəzərdə tutulur. (mütərcimdən))
    Axirətin təsəvvür olunmaz dərəcədə dünyadan üstünlüyünü nəzərdə tutanda, o ikisi ilə müqayisədə aqil insan hansını seçər? Məlum məsələdir ki, ağıl axirəti seçər. Amma camaat arasında belə müqayisəni aparıb ona əməl edən adam çox azdır. Çünki camaatın əksəriyyəti imanın həqiqətinə çatmayıbdır. Amma imanın həqiqətinə çatmış adamlar axirəti dünyadan üstün tutmaqdan əlavə bilirlər ki, camaat dünyalarına nisbətlərində aqil, axirətlərinə nisbətdə cahildirlər. Dünya işləri ilə bağlı məsələlərdə yaxşını pisdən ayıra bilirlər və öz maddi mənafelərinə çox yaxşı vaqifdirlər, amma axirətdən xəbərləri yoxdur. Axirətin olduğuna və dünyadan üstün olmasına inana bilmirlər.
    Bəlkə də Peyğəmbərin (s) sözünün sirri budur ki, mömin əksər insanların dində cahil olduqlarını başa düşəndə, artıq həyatda onların arxasınca getmək istəmir və öz yolunu onlardan ayırır. Səy edir axirətlə bağlı işlərdə başqalarının buraxdığı səhvlərdən ibrət götürsün və həqiqi yolda addımlasın. Başqa bir cəhətdən də dünya ilə bağlı işlərdə aqillərin təcrübəsindən faydalanır. Əlbəttə, dini qayda-qanunları gözləməklə.
    Category: Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) | Views: 477 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019