İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1823
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » 2011 » September » 24 » Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    5:04 PM
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    İYİRMİ BEŞİNCİ DƏRS
    Behiştə getməyin yolu və İlahi həyanın cilvələri
    - Uzun arzuların məzəmməti və onun ümidlə fərqi
    - Dünya - vəsilə, ya hədəf
    - Mütləq Qəni olana üz tutmaq ehtiyacsızlığın əsas amili kimi
    - Ölümü anmaq və İlahi həyanın cilvələri
    - Pakizəlik - övliyaların əxlaqı
    Behiştə getməyin yolu və İlahi həyanın cilvələri
    Qabaqkı dərsdə Peyğəmbərin (s) moizələrindən bir hissəsini təhlil etdik. Təhlil olunan öncəki bölümdə Allahdan həya etmək tövsiyə olunurdu. Bu bölümdə də Peyğəmbər (s) başqa tövsiyələri buyurmaqla yanaşı yenidən Allahdan həya etməyin əhəmiyyətinə işarə edir və Əbuzərə belə deyir: - "Ey Əbuzər! Behiştə getmək istəyirsən?” Əbuzər cavabında ərz edir: - "Atam sənə qurban, bəli.” Peyğəmbər (s) Əbuzəri Behiştə dəvət etmək əsnasında üç əsaslı şərti bəyan edir: -
    1. Uzun arzuları başından çıxart;
    2. Ölümü gözlərinin önündə gör;
    3. Allahdan necə lazımsa həya et.
    Uzun arzuların məzəmməti və onun ümidlə fərqi
    Bir çox rəvayətlərdə üzərində təkid edilən mövzulardan biri də möminin uzun-uzadı arzulardan yaxa qurtarmasıdır. Uzun arzular insanın ilahi vəzifələrini yerinə yetirməsinə əngəl törədir və onu mənəvi tərəqqidən saxlayır. İnsan arzusuna çatmaq üçün ilahi hədəfləri kənara qoyur, özündən bixəbər olur, sabahın fikri ilə dəyərli fürsətləri əlindən qaçırır. Uzun-uzadı arzuların insanı kamal yolundan saxlayan mənfi rolunu və axirətin əbədi səadətini nəzərdə tutaraq, şeytan bu yoldan Allah bəndələrini azdırmaq üçün yararlı ehram ünvanı ilə istifadə edir: Allah Şeytanı öz dərgahından qovanda Şeytan dedi: - "...Əlbəttə, mən Sənin bəndələrindən müəyyən bir qismini ələ alacağam. Onları hökmən (doğru yoldan) sapdıracaq, (puç) xülyalara saldıracağam...”
    Nəhcül-Bəlaqə (tər.), xütbə 42, səh. 127
    Uzun arzuların xətəri barəsində, onların insanı şübhəyə salıb sonra kiçik günahlara sövq etməsi və nəhayət, böyük günahlara əl atmağa qədər uçuruma sürükləməsi ilə bağlı təhlükə hiss edən Həzrət Əli (ə) deyir: - "Ey camaat! Mən sizə görə ən çox iki şeydən qorxuram: biri nəfsin istəklərinə tabe olmaqdır, digəri uzun arzulara qapılmaq. Nəfsin istəklərinə uymaq insanı haqq yoldan saxlayar, uzun arzular axirəti yaddan çıxarar.”
    Həcc, 15
    Ümidlə uzun arzular arasındakı təfavütü başa düşmək üçün uzun arzunun məfhumunu izah etmək lazımdır. Xüsusilə də ona görə ki, arzu sözünün məfhumundan ümid anlayışı da çıxır. İnsan həyatının, zəhmətinin mayası – istər maddi işlərdə olsun, istərsə də mənəvi – ümiddir. Əgər bir adamın vəziyyətinin yaxşılaşmasına, yaxşı əməllərin nəticə verəcəyinə ümidi olmasa, nə dünya üçün iş görər, nə də axirət üçün. Quranın buyurduğu kimi:
    "Hər kim Allahın dünyada və axirətdə öz peyğəmbərinə kömək göstərməyəcəyini zənn edirsə, qoy göyə (evinin tavanına) bir ip uzatsın, sonra da (ipi boğazına salıb) kəssin (özünü ondan assın) və görsün ki, onun bu hiyləsi qəzəbinə səbəb olan şeyi (Allahın öz peyğəmbərinə göstərəcəyi yardımı) aradan qaldıra bilərmi?”
    Üsulu-Kafi (tərcümə), c. 4, səh. 54
    Bu tərcüməyə əsasən, əgər insanın Allahın köməyinə ümidi olmasa həmişə qəzəbin, ümidsizliyin torunda ilişib qalacaqdır. Həmişə narahat və dilxor olacaqdır və boşluğun, ümidsizliyin şiddətindən nə özünün, nə də başqalarının səadəti üçün bir addım belə ata bilməyəcəkdir. Günaha, cinayətə bulaşmasa da, başqa bir hərəkəti də olmayacaqdır.
    Deməli, ümid uzun arzudan fərq edir. Ümid insanın hərəkət mühərrikidir. Allaha, axirət savabına, ilahi inayətə ümid etmək əxlaqi fəzilətlərdəndir. Həmin rəvayətdə Peyğəmbər (s) Əbuzərə buyurur: - "Behiştə getmək istəyirsən?” Yəni Behiştə getmək ümidin, arzun var? Bu onu göstərir ki, ümid bəyəniləndir. Pis olan, bəyənilməyən uzun arzular, xəyalpərvərlik, dünyaya qapılıb qalmaqdır. Deməli, mömin ümidsiz olmaz, əksinə o, dünyəvi arzuları beynindən silməklə zehni rahatlıq tapır, çünki zehni bu cür dünyəvi arzulara vaxt ayırmaqdansa daha şərəfli şeylər barəsində fəaliyyət edər. Möminin zehni Allaha ümidlə, Ona yaxınlaşmaq şövqə ilə qüvvət tapır.
    Dünya - vəsilə, ya hədəf
    Dünya zatən tələb olunan əsas hədəf, məqsəd deyil, bəlkə onun lazımlığı vəsilə və alətlərin lazımlığı həddindədir; yəni insan dünya üçün çalışmalıdır, amma hədəfi dünya olmamalıdır. Dünyəvi çalışqanlıq axirət üçün vasitə olmalıdır. Əgər belə olmasa, yəni axirət hədəf olmasa, adi dünya işləri üçün səylərinin də düzgün əqli izahı olmayacaqdır. Belə olan surətdə gör başında dünyəvi uzun arzular bəsləyən insan nə vəziyyətdə olar.
    İnsanın dünyadakı səyləri üzərinə düşən təklifləri yerinə yetirmək xarakteri daşımalıdır. Onun hərəkəti – istər fərdi məsələlərdə olsun, istərsə də ictimai zəminələrdə - Allahın razılığı və axirət səadətini kəsb etmək üçün olmalıdır. Belə olmazsa, İslam baxımından onun hərəkəti və səyləri bəyənilməyəcəkdir və məzəmmətə tuşlanacaqdır. Həmçinin dünyaya ümid etməyin özü də axirət ümidi ilə paralel götürülməlidir.
    Əgər insan dünyəvi fəaliyyətlərini axirətə vasitə qərar vermək istəsə, diqqət etməlidir ki, axirətə çatmaq üçün rol oynayan və mənəvi işlərə maneçilik törətməyən dünyəvi fəaliyyətlər məhduddur. Buna görə də fikrini, zehnini çox da dünyəvi işlərə məşğul etməməlidir. Çünki insanın zehninin tutumu və təxəyyül qüvvəsi də məhduddur: bir mövzu haqqında düşünəndə, digər məsələlər barədə tətil edir. Onun diqqəti bir şeyə yönələndə, digər məsələlərdən diqqətini çəkir. İnsan əgər gecə-gündüz fikrini dünya işlərinə qatsa – evi, arvadı, yeməyi, paltarı, camaat arasındakı mövqeyi, xülasə dünyaya aid olan hər şeyi – fikirləşsə, onun zehni elə dolacaq, bu işlərə elə qarışacaq ki, daha axirət barədə fikirləşməyə macalı olmayacaq. Hətta yuxusunda da onu götürüb, bunu qoyacaq.
    Əgər ticarət, alış-veriş adamıdırsa yuxusunda pul sayıb, pul böləcək, əgər bənna, memardırsa zehnində inşaat materiallarını götür-qoy edəcək. Evlənməyən adam beynində qız seçməklə məşğuldur, qız köçürən cehizi necə verəcəyini, toyun xərclərini düşünür; bu fikri məşğələlərlə artıq axirət barəsində, mənəviyyatı, yaradılış hədəfi haqqında düşünməyə vaxt qalmır.
    Bu cür gündəlik işlər insanın zehnini elə məşğul edir ki, vacib işlərinə yetişə bilmir. Əgər gündəlik məsələlərdən qurtarıb bir az vaxt tapırsa, onda da yüz il sonranın fikrini etməyə başlayır: nəvəsi nə vaxt böyüyəcək, instituta nə vaxt girəcək, nəticəsi necə olacaq? Uşaqlar nə vaxt boya-başa çatacaqlar, nə vaxt evlənəcəklər? Dünya işi bir deyil, iki deyil – saymaqla qurtarmaz. Çox təəssüflər olsun ki, bəzən hətta mənəvi işlərin özünü də dünya üçün vasitəyə çevirirlər! Bu artıq insanın ən böyük ziyanı və bədbəxtliyidir. İşi ticarət olan bir adamın ticarətdən öz dünyəvi istəklərinə çatması üçün istifadə etməsi təəccüblü deyil. Təəccüblü olan budur ki, insan dini, dünyasını təmin etmək üçün vasitə qərar versin; dini öz dünyəvi istəklərinə çatmaq, qazanc əldə etmək üçün bazara çevirsin! Belə insan dinsatandır, rəvayətin təbiri ilə desək, dinin vasitəsilə ruzi yeyir. Burnundan gələcək! İnsan nə qədər bədbəxt olmalıdır ki, din işlərindən dünyəvi istəkləri üçün istifadə etsin.
    Məsumlarımızdan birinin dediyi kimi, belə şəxsin dindən bəhrəsi, dinin vasitəsilə qazandığı həmin ruzisidir ki, din yolu ilə yeyir və bundan başqa dindən heç bir bəhrə götürmür.
    Mütləq Qəni olana üz tutmaq ehtiyacsızlığın əsas amili kimi
    Mömin Allaha mərifət yoluna düşəndən və ilahi təklifləri yerinə yetirəndən sonra artıq dünya işləri barəsində çox da fikri narahatçılıq keçirmir. Çünki artıq onun vəkili Allah özüdür və onun bütün ehtiyaclarını təmin edir. Əlbəttə, bu o demək deyil ki işləməsin, söz bundadır ki, zehnini dünyaya məşğul etməsin. Bu mənada öz işinin dalınca gedən tacir, əkinçi, sənətkar əgər niyyətini Allahın razılığını qazanmaq üçün edərsə həqiqətdə özünü Allaha bağlamış olur.
    Xoş o tacirin halına ki, dünyanı axirət üçün vasitə seçir, vay o adamın halına ki, axirəti dünya nemətlərinə yiyələnmək üçün vasitə edir. Məlumdur ki, belə adam dünyadan nakam gedəcəkdir, həmişə fikri qarışıq, iztirablı olacaqdır. Çünki dinə bağlı, dindən başı çıxan bir adam olmasına baxmayaraq dini dəyərlərə inanmır. Biliyi, elmi var, amma əməl etmir, özü dediyinə imanı yoxdur. Belə adam Allahın qəzəbinə tuş gəlir və Allah onun öz dünyəvi hədəflərinə çatmasına əngəl törədir. Bu cəhətinə görə də baxanda görürsən ki, belə adamlar həyatda heç vaxt nailiyyət qazana bilmir, nə dünyadan bir şey yığa bilir, nə də axirətlərinə bir şey göndərə bilirlər. Amma mömin öz etiqadına, imanına sarılıb Allah yolunda qədəm götürəndə, Allah onun bu dünya ilə bağlı həyat yollarını da hamarlayır və onun həyatını elə idarə edir ki, artıq onun dünya ehtiyaclarını necə ödəyəcəyi barədə baş sındırmasına çox da ehtiyac qalmır. Yəni bu barədə zehnini çox yormur. Necə ki, merac gecəsi Allah Peyğəmbərə (s) deyir:
    "Bəndə nafilə namazı qılmaqla (və müstəhəbata əməl etməklə) çalışır Mənə yaxınlaşsın, Mənim məhəbbətimi qazansın. Nəhayət, Mən onu sevərəm və elə ki, Mən onu sevdim, onun eşidən qulağı olaram, onunla eşidər, onun görən gözü olaram, onunla görər, onun dili olaram, onunla danışar, tutan əli olaram, onunla tutar.”
    (Ömründə yerə enməyən mələklərdən biri Cəbrayılla (ə) yerə enməli olur. Cəbrayılın yanında yerin xəzinələrinin açarları var idi. O Peyğəmbərə (s) deyir: - "Ey Muhəmməd! Allah-təala sənə salam göndərdi və buyurdu: -Bu yerin xəzinələrinin açarlarıdır. Əgər istəyirsən bəndə peyğəmbər ol, istəyirsən də mülkü, səltənəti olan peyğəmbər ol – ixtiyar sahibisən (qərarını ver).” Sonra Cəbrayıl işarə etdi ki, "Ey Muhəmməd təzim et!”) 
    Mötəbər olan bu rəvayətin sənədi "Kafi” kimi kitablarda verilir və həmin məzmun başqa rəvayətlərdə də nəql olunmuşdur. Bu rəvayətdə keçən təbirləri, yəni Allahın buyurduğu "Mən onun eşidən qulağı, görən gözü, tutan əli olaram” kəlmələri Şeyx Bəhai, İmam Xomeyni kimi böyük alimlər açıqlayıb, təfsir etmişlər.
    Peyğəmbər (s) buyurdu: - "Mən bəndə peyğəmbər olacağam.” Sonra mələk göyə sarı getdi... (Əmali. Səduq. Məclis 69, səh. 365, h – 2) 
    İmam Xomeyninin "Qırx hədis”də söylədiyi təfsirin məzmunu belədir:
    "Ürək Allahdan qeyrisinə nə qədər çox diqqət yetirərsə və dünya işləri ilə məşğul olarsa, onun dünya ehtiyacları daha da artacaqdır. Amma qəlbin və ruhun ehtiyacları aydındır, çünki dünyaya olan sevgi, bağlılıq onun bütün bucaqlarını doldurmuşdur. Xarici ehtiyacların da təbii olaraq genişləndiyini, artdığını bilirik. Çünki heç kim təklikdə özünün bütün işlərini idarə edə bilməz. Düzdür ki, varlılar zahirdə ehtiyacsız adam kimi görünürlər, amma diqqətlə baxanda məlum olur ki, sərvətləri artdıqca ehtiyacları da artır. Deməli, varlılar dövlətli şəklində görünən həqiqi kasıblardır və ehtiyacsızlıq libası geyinmiş möhtaclardır. Ürək dünya işlərinə nə qədər çox baş qarışdırsa, onun abadanlığına nə qədər çox diqqət yetirsə, insanı zillət qubarı daha çox basacaqdır. Zillətin zülməti və artan ehtiyac onu bürüyəcəkdir. Əksinə, əgər adam dünyadan üz çevirsə və ürəyini Allaha yönəltsə və bütün mövcudatların zati fəqirliklərinə iman gətirsə görəcəkdir ki, heç bir mövcudun özlüyündə heç nəyi yoxdur. Bütün qüdrət, izzət, səltənət nişanələri – hamısı Allaha gedib çıxır. Belə olanda o hər iki aləmdən ehtiyacsız olur. Elə ehtiyacsız olur ki, Sülmayan mülkü onun nəzərində kiçik görünür. Əgər dünyanın xəzinələrinin açarını ona versələr etina etməz. Necə ki, hədisdə deyilir: Cəbrayıl (ə) xəzinələrin açarını Allah tərəfindən Muhəmməd Peyğəmbərə (s) gətirir. Peyğəmbər minnətdarlıq edib qəbul etmir. Fəqirliyi özünün iftixarı olduğunu bildirir.
    (İbn Abbas deyir: - "Zi-qarda Həzrət Əli (ə) ilə görüşdüm. O öz ayaqqabısını yamamaqla məşğul idi. Mənə dedi: - "Bu ayaqqabının qiyməti nə qədər olar?” Dedim: - "Qiyməti olmaz (bir şey deyil).” Dedi: - "Allaha and olsun, bu ayaqqabı mənə sizlərə hökumət etməkdən daha sevimlidir. Sadəcə bir haqqı ayaqda saxlayım və ya bir batili yox edim deyə sizlərə rəhbərlik etməyi qəbul etdim. (Nəhcül-Bəlağə (tərcümə), xütbə 33, səh. 111))
    Həzrət Əli (ə) İbn Abbasa deyir: - "Sizin bu dünyanız mənim nəzərimdə əlimdə yamadığım bu başmaqdan daha aşağıdır (dəyərsizdir).
    Əl-Münafiqun, 8 
    Onlar dünyaya bağlılığın, onun zər-zibasına məftunluğun, dünya əhli ilə oturub-durmağın insanın qəlbində küdurət, zülmət yaratdığını, iradəsini süstləşdirdiyini, onu möhtac etdiyini, Allahdan diqqətini yayındırdığını yaxşı bilirlər. Amma ürək, ürək sahibinə, ev öz sahibinə təslim olarsa və qəsb edilməzsə, ev sahibinin özü orada təcəlli edəcəkdir. Əlbəttə, mütləq Qəni olanın təcəllisi mütləq ehtiyacsızlıq gətirəcəkdir və ürəyi başdan ayağa izzət və dövlət dəryasına qərq edəcəkdir:
    "...Şərəf-şan da, qüdrət və qələbə də yalnız Allaha, Onun peyğəmbərinə və möminlərə məxsusdur...”
    "Qırx hədis”.
    Təbiidir ki, ev yiyəsi ev işlərini özü idarə edərsə, insanı özbaşına buraxmaz və bəndənin bütün işlərinə dəxalət edər. Bəlkə özü onun qulağı, gözü, əli, ayağı olar. Belə olan surətdə bəndənin bütün fəqr və ehtiyacları aradan qalxar və hər iki aləmdən biniyaz olar. Əlbəttə, haqqın bu təcəllisində bütün mövcudatın xofu bəndənin canından çıxar və Haqq Təalanın xofu onun yerini tutar; Haqqın əzəmət və həşəməti onun qəlbini başdan ayağa bürüyər. Haqdan qeyrisi üçün əzəmət və onun işlərinə dəxalət edəcək bir güc görməz və səmimi qəlblə "La müəssiru fil-vücudu, illəllah” həqiqətini dərk edər.
    Biharul-ənvar, c. 6, səh. 130
    "Onu Özümə yaxınlaşdıraram” rəvayəti üçün edə biləcəyimiz ən sadə təfsir budur ki, Allah buyurur: gözün, qulağın bəndə üçün görəcəyi işi Mən görərəm. O maddi vəziyyətini düzəltməyə çalışar, ehtiyaclarını ödəmək istəyər, Mən işləri onun üçün elə düzüb-qoşaram ki, işlər özü-özünə yoluna düşər, daha "sabah nə edəcəyəm” deyib beynini yormaz. Evdən ayağını çölə qoyduğu vaxt Allahın iradəsi ilə, Onun hazır etdiyi vasitələrlə və bəlkə də Allahın bəndələrindən birinin əli ilə işləri qaydasına düşər. Onun köməyə ehtiyacı var, Allah qeybdən ona kömək yetirər. Bu mənada yox ki, birbaşa qeyb aləmindən gəlib onun işlərini görərlər, qərəz budur ki, bütün işlərin tədbiri, bütün işlərin ip ucu Onun əlindədir. O, işləri bir-birinə elə düzüb-qoşar, vasitələri, amilləri elə tənzim edər ki, işlər sürətlə qabağa gedər. İnsanın çox fikirləşib, baş sındırmağına da ehtiyac qalmaz.
    Möminin öz işlərini sahmana salması üçün şeytani planlar cızmasına ehtiyac yoxdur. O inananda ki, müxtəsər ehtiyaclarını Allah təmin edəcək, artıq başında uzun-uzadı arzular bəsləməyəcək. Onun işləri ancaq təklifinə əməl etməkdir. Əksinə, əgər insan ancaq mal, sərvət toplamaq fikrində olsa, dünya zinətlərinə başı qarışsa – daim evin dekorasiyasını dəyişsə, maşınını yeni modelli başqa birisi ilə əvəz etmək istəsə, - bu işin nəhayəti olmadığı üçün, bir yerə aparıb çıxarmadığı üçün, - İmam Xomeyninin dediyi kimi, əgər Yer kürəsini də ona versən qane olmayacaq, fikirləşəcək ki, o biri planetləri də ələ keçirsəm pis olmaz – daim ehtiyac içində olacaqdır.
    Ölümü anmaq və İlahi həyanın cilvələri
    Öndə dediklərimizə diqqət etsək, Peyğəmbər (s) Behiştə daxil olmaq üçün üç şərt zikr edir. Birinci şərt budur ki, insan arzularını qısaltsın, dünyaya ürək bağlamasın, gələcəyi üçün nigaran olmasın və ancaq axirəti düşünsün.
    İkinci şərt budur ki, həmişə ölümü xatırlasın. Bu şərtin birinci şərtdən sonra gətirilməsi, bu iki şərt arasında yaxın əlaqənin olduğunu göstərir. Çünki, insan əgər uzun arzuları fikir dairəsindən çıxarmaq istəsə, gərək daim ölüm haqqında düşünsün. Çünki ölümü yadına salanda dünyəvi arzuların aqibəti və puçluğu da onun nəzərində mücəssəm olur. Bu cəhətinə görədir ki, uzun arzuları kənarlaşdırmaqla ölümü fikirləşmək arasında sıx əlaqə mövcuddur. Arzu etmək, arzusu olmaq kamil olaraq insanın ixtiyarında deyil. İnsan maddiyata önəm verən bir mühitdə tərbiyyə tapdığı zaman, görməlilər, eşitməlilər ona təsir edirlər; onun gözünü və qulağını dünyaya dikdirib istər-istəməz dünyəvi arzuları onun qəlbinə yeridirlər. İndi nə etməliyik ki, dünyanın bər-bəzəyi bizi özünə cəlb etməsin və başımızda uzun arzular bəsləməyək. Bu məsələyə diqqəti çəkmək üçündür ki, Peyğəmbər (s) Əbuzərə tövsiyə edir ki, ölümü həmişə gözlərinin qabağına gətirsin. Əgər bir kəs həmişə bu həyatın sonunun ölüm olduğuna diqqət yetirə bilsə anlayacaqdır ki, bu dünyaya ürək bağlamağına dəyməz. Ürək bağlanası şey sonsuz, tükənməz olmalıdır. Bu da ancaq axirətin pak həyatıdır.
    İnsan əgər daim ölümü yadına sala bilsə uzun arzulara qapılmaz, əksər rəzil sifətlərə mübtəla olmaz. Deməli, ölümü anmaq, mənəvi və ruhani xəstəliklərin müalicəsi üçün təsirli dərmandır.
    Təbiidir ki, ölümə diqqəti yönəltmək olduqca asandır. İnsan öz ətrafında ölümü onun yadına salan nişanələri yarada bilər. Ölüm haqqında olan yazını və tablonu öz otağında və iş yerində gözü sataşan bir yerdən asa bilər. Hətta kitabı arasında bu yazını qoya bilər ki, onu görəndə ölüm yadına düşsün. Rəvayətlərin birində Peyğəmbər (s) buyurur: -"İnsanların ən zirəki ölümü tez-tez xatırlayandır.”
    Əbəsə, 24
    Məlumdur ki, zirək insan aldanmaz, dünya və axirət arasında ən yaxşısını seçər. Zirək insan biləndə ki, dünyanın axırı ölümdür, ona məhəl qoymaz. Hər halda ölümü anmaq dünya məhəbbətindən və onun arzularına mübtəla olmaqdan yaxa qurtarmaq üçün təsirli bir dərmandır.
    Behiştə daxil olmanın üçüncü şərti – necə ki, bundan qabaqkı bəhsdə də başqa bir şəkildə ona işarə edildi – Allahdan həya etməkdir. Peyğəmbərin (s) yenidən Allahdan həya etməyin lüzumunu açıqlamasından sonra Əbuzər başa düşür ki, həya məsələsi xüsusi əhəmiyyət daşıdığına görədir ki, Peyğəmbər (s) qısa fasilə ilə yenidən bu məsələni vurğulayır. Buna görə də Əbuzəri belə bir sual düşündürür ki, görən Peyğəmbər (s) bu məsələyə niyə bu qədər əhəmiyyət verir. Fikirləşir ki, yəqin Peyğəmbərin (s) xüsusi məqsədi var, buna görə də soruşur: - "Ey Allahın Rəsulu (s), bizim hamımız Allahdan həya edirik.” Peyğəmbər (s) isə bu həyanın kafi olmadığını deyəndən sonra, Allahdan həya etməyin üç cilvəsini zikr edir: -"Allahdan həya etmək siz düşünən kimi deyil, Allahdan həya etmək odur ki, qəbirləri və viranələri yaddan çıxarmayasan.”
    İlahi həyanın birinci nişanəsi budur ki, insan qəbiristanlığı və viranə qalmış xarabalıqları unutmasın. Əlbəttə, bəzək-düzək vurulmuş məqbərələr nəzərdə tutulmur, həmçinin də gözəl saraylar və bürclər. Nəzərdə tutulan diqqəti az çəkən viran olmuş qəbirlərdir.
    Öndə də xatırlatdıq ki, insanın zehni məhduddur. Əgər zehni silsilə bir məsələ ətrafında düşünərsə, digər məsələləri düşünməkdən məhrum olur və zehnin tutumu onları özündə yerləşdirə bilmir. Əgər insan İslamın dəyər sistemində yüksək qiymətləndirilən və əxlaqda təkid olunan həya, ilahi şövq və xof kimi bəzi bəyənilən halları və nəfsin müsbət əksül-əməllərini özündə yaratmaq istəsə, bu iş üçün lazım olan zəminə və müqəddimatı hazırlamaq gərəkəcəkdir. Əgər insan, Peyğəmbərin (s) sözündə işarə edilən həyanı özündə yaratmaq istəsə, gərək dünya bər-bəzəyini bir kənara qoya. Köhnə və viran qalmış məkanlarla üns tuta. İnsanın diqqəti daim gözəl memarlıq abidələrinə, cah-calallı evlərə dikilib qalsa, hər gün gözü yeni dekorlara, rəngbərəng pərdələrə sataşsa dünya onun nəzərində daha da artıq cilvələnəcəkdir. Əgər nəzərini dünyanın bu aldadıcı bər-bəzəyindən bir az yığışdırmaq istəsə, qəbiristanlığa üz tutmalıdır və torpağın altında uyuyan ölülər, onların aqibəti haqqında fikirləşməlidir. Xarabalıqlara gedib baxmalıdır ki, üst-üstə qalanmış bu daşların, dəmirlərin axırı nə oldu.
    Səhv başa düşülməsin. Demək istəmirik ki, evimizi samanla, torpaqla elə süst tikək ki, yağış yağan kimi uçulub dağılsın. İslamın buyuruğu budur ki, insan hər işini düzgün görsün, ev tikəndə də möhkəm tiksin. Söz bundadır ki, dünyanın zəri, parıltısı insanın ürəyini tutmasın, dünyaya aldanmasın, demirik ki, işini ciddi tutmasın. İnsan öz işinə ciddi yanaşmalıdır, amma dünyaya könül verməməlidir. Əlbəttə, insan dünyanın bər-bəzəyini görəndə təbii olaraq ürəyini cəzb edir. Bu hal qeyri-ixtiyari baş verir. Görəndə ki, qonşunun maşını var, bir müddət sonra maşınını dəyişib lyuks maşın alır, o da həvəsə düşür, öz-özünə deyir: -Filankəs gündə bir maşın dəyişir, mənim heç "Zap”ım da yoxdur! Elə ki, bir maşın alır, sabahısı daha yaxşısını almaq həvəsinə düşür, o biri gün başqa bir həvəsə. Deməli, Peyğəmbər (s) tövsiyə edir insan hərdən qəbiristanlıqlara, xarabalıqlara da baş çəksin. Əxlaq ustadları da şagirdlərinə tövsiyə edirdilər ki, hər gün qəbiristanlığa getsinlər, ən azı həftədə bir dəfə olsa qəbiristanlığa baş çəksinlər ki, bir az da olsa ürəklərindən dünya məhəbbəti və maddi həvəslər təmizlənsin; heç olmasa dünya və axirət arasında ümumi tarazlıq yaransın. Elə olmasın ki, insan dünyəvi işlərə qapanıb qalsın və dünya eşqi onun ürəyinə kölgə salsın, başqa bir tərəfdən də Allah xofunu dərk etmək istəsin və İmam Hüseynin (ə) adı gələndə gözləri yaşarsın. Ya da Behiştin və onun nemətlərinin adı çəkiləndə ürəyi çırpınsın.
    Təbiidir ki, dünyaya bağlılıq bunların yerini tutmuşdur. O yeri ki, dünya məhəbbəti başdan ayağa tutubdur, orada artıq İmam Hüseyn, Zəhra (ə) məhəbbətinə yer olmaz. Əlbəttə, bu məsumlar o qədər nuranidirlər ki, bizim ölmüş qəlblərimizdə adları azacıq da olsa xatırlananda təsir qoyur.
    Qarnını və orada olanları unutma
    İlahi həyanın ikinci nişanəsi budur ki, insan nə yediyinin fərqində olmalıdır. Əgər insan əlinə keçən hər şeyi içəri ötürsə və haram loğmanı yeməkdən çəkinməsə, get-gedə qəlbini qəsavət basacaq, ürəyindəki ilahi nur öləziməyə başlayacaq. İnsan nə yediyinə diqqət etməlidir. Ürəyin qəsavətinə səbəb olan şübhəli, haram yeməklərdən uzaq durmalıdır. Belə olmazsa onda ibadətə meyl zəifləşəcək və ürəyində Allah qorxusu, Behişt şövqü və Allah dərgahına yaxınlaşmaq hissi əmələ gəlməyəcəkdir. Deməli, ilahi həyanın yaranması üçün qarına və orada yer tutan yeməklərə diqqət edilməsi zəruridir. Quranii-Məcid insana tövsiyə edir ki, nə yediyinə fikir versin: "(Ey) insan, nə yediyinə bir bax!”
    Kəhf, 19 
    İnsan bütün cəhətlərə riayət etməlidir və öz yeməyini hərtərəfli yoxlamalıdır: onun yeməyi sağlam, tibbi normalara uyğun, halal və pakizə olmalıdır. Əshabi-Kəhf Allahın ən üstün bəndələri olaraq şirk və bütpərəstlik sistemini buraxıb, özlərinə Daqyanus dövranının küfrlə dolu etiqadi çəngindən nicat verdilər. Quranın dediyinə görə onlar yeməklərin ən təmizini, halalını seçib yeyirdilər. Qurani-Məcid Əshabi-Kəhfin başına gələnləri nəql edəndən sonra belə buyurur: "Birinizi bu gümüş pullarla göndərin getsin şəhərə, baxıb görsün hansı yemək daha yaxşıdır, alıb gətirsin sizə.”
    Biharul-ənvar, c.45, səh. 8
    Haram malın insanı azdırmasına və haqqdan uzaqlaşmasına, Allah və ilahi övliyalar qarşısında üsyan etməsinə səbəb olan təsirini nəzərdə tutaraq, İmam Hüseyn (ə) düşmən qoşununun onun sözlərinə məhəl qoymadığını görəndə belə buyurdu: - "Sizin hamınız mənim əmrimə asi oldunuz, dediklərimə də qulaq asmırsınız. Bəli, sizin qarınlarınız haramla dolmuşdur və ürəklərinizə möhür vurulmuşdur.”
    Əl-Mizan, c.6, səh.330
    Bəli, haram yemək insanın ürəyini elə bərkidir, elə qəsavətə salır ki, hətta Peyğəmbərin (s) övladının üstünə qılınc da qaldırmağa hazır olur. Bu səbəbdən də Peyğəmbər (s) ilahi həyanın yaranma şərtlərindən birini insanın öz yeməyinə diqqət etməsində görür.
    "Başını və onda olanlara, yəni gözə, qulağa, dilə nəzarət et.”
    İlahi həyanın üçüncü əlaməti budur ki, insan baxıb görsün başında hansı fikri bəsləyir, ağlından hansı arzular, havalar keçir. Əgər xəyalını batil fikirlərdən ələyib təmizləsə və həmçinin qəlbinin təmizliyinə çalışsa, ilahi həyanı orada yerləşdirə biləcəkdir.
    Pakizəlik, övliyaların əxlaqı
    Davamında Peyğəmbər (s) buyurur: - "Axirətin kəramətini istəyən kəs dünya zinətlərini tərk etməlidir. O vaxt ki, belə ola bildin, bil ki, Allaha dostluq məqamına çatmışsan.”
    Elə ki, insan dünyadan qırıldı, ona etinasız oldu, meylini axirətə və onun əbədi nemətlərinə, Allaha yaxınlaşmağa salacaq, axirətdə əziz və kəramətli kəslərdən olacaqdır. Bunun müqabilində əgər dünya insanın nəzərində böyük görünsə, axirət nəzərində kiçiləcəkdir. Əlbəttə, axirət, ölüm haqqında düşünmək, qəbiristanlığa getmək insanda müsbət təsir qoyur, amma insan da öz əməlinə diqqət yetirməlidir. Dünyanın toruna düşməmək üçün onun zinətlərini, cazibələrini bir kənara qoymalıdır ki, axirətdə kəramətli və əziz ola bilsin.
    Əlavə etməliyik ki, bir sıra zinətlər və bəzəklər müstəhəbdir. İndi əgər insan onları müstəhəbbi niyyətlə, şəriət baxımından istifadə edərsə, bu əməli dünyaya bağlılıq kimi yox, əksinə, axirət tələbi olaraq qiymətləndiriləcəkdir. Arvadın öz ərinə görə, ərin də öz arvadı üçün zinətlənməsi müstəhəbdir. Müstəhəbdir ki, mömin, camaat arasına çıxanda təmiz libas geyinsin, ətirlənsin, bir sözlə - üst-başına fikir versin. Mömin o dərəcədə təmiz olmalıdır ki, onunla görüşüb-danışanlarda özünə qarşı rəğbət oyatmalıdır. Aydındır ki, bu işlər Allah rizası üçün edilərsə ibadətdir və dünya zinəti olaraq hesab edilməyəcək. Dünya zinətinə bağlılıq o zaman olur ki, insan ürəyin həvəsinə uyub ləzzət almaq üçün bəzənir. İnsanın ürəyi yaxşı yemək, yaxşı geymək istəyir; istəyir yaxşı və bəzəkli evi olsun. Bu deyilənlər Allah niyyətilə olarsa bəyəniləndir. Peyğəmbər (s) də həmişə üst-başını təmiz və ətirli saxlayardı.
    Məkarimul-Əxlaqda, Peyğəmbərin (s) vəsfində deyilir: "Peyğəmbərin (s) adəti belə idi ki, özünə aynada baxar, saçlarını darayıb üst-başına yaraşıq verərdi. Çox vaxt bunu suyun qarşısında durub edərdi. Ev əhlindən əlavə səhabəsi üçün də bəzənərdi və buyurardı: - "Allah sevir ki, bəndəsi din qardaşının görüşünə gedəndə üst-başını səliqəyə salsın.”
    "Müfrədat”, Rağib İsfahani
    Mömin həmişə təmiz və səliqəli olmalıdır. Əzik-üzük paltar geyinib üst-başı çirkli halda camaat arasına çıxmaq həmin adama qarşı insanda nifrət oyadır. Əvvəllər bəzi məscidlərdə yerə sərilən xalçalar çirkli və tozlu olardı və məscidə gələn bəzi adamların corabları, paltarı iy verərdi. Bunun müqabilində fasiqlərin toplaşdığı yerlər səliqəli və təmiz olardı. Möminlərin məclisi məclislərin ən təmizi, ən səliqəlisi olmalıdır. Biz Peyğəmbərdən (s) və pak imamlarımızdan nümunə götürməliyik. Peyğəmbərin (s) xərcliyinin bir hissəsi ancaq ətirlərə sərf olunardı. Biz bilməliyik ki, bu zinətlər və bəzəklər pis deyil, çünki müqəddəs dinin buyuruqlarıdır. Əgər xoş niyyətlə istifadə edilsə ibadət sayılar. Bunun hikməti odur ki, möminlər bir-biri ilə üns tutarlar və bir-birləri ilə görüşdən ləzzət alıb öz elmlərindən, nurlarından qarşılıqlı olaraq faydalanarlar.
    Category: Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) | Views: 615 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019