İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 24 » Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    5:04 PM
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    İYİRMİ ALTINCI DƏRS
    Xalis duanın və saleh əməlin rolu
    - Duanın məfhumuna bir işarə
    - Dua etməkdə insanların bir-biri ilə fərqi
    - Allah dərgahında gücsüzlüyünü etiraf etməyin lüzumu
    - Duanın saleh əməllə olmasının lüzumu
    - Saleh insanın varlığının bərəkəti
    Xalis duanın və saleh əməlin rolu
    Peyğəmbərin (s) moizəsinin bu bölümü Allaha dua etmək, duanın saleh əməllə yanaşı olmasının lüzumu və cəmiyyətdə saleh insanın dəyərli rol oynaması ilə bağlıdır. Şəksiz, Allaha dua etmək bəndəliyin nişanələrindən biridir. Bu barədə kifayət qədər ayə və rəvayətlər mövcuddur və həmçinin geniş bəhslər də edilmişdir.
    Duanın məfhumuna bir işarə
    Mərhum Rağib İsfahani duanın mənası barədə deyir: - "Dua” eyni "nida” kimidir. Bu fərqlə ki, nidada hərdən "ya” və "ey” ləfzindən istifadə edilir və onunla yanaşı isim gətirilmir, amma dua ləfzi isimlə yanaşı gətirilir. Məsələn: ey Filan! ... Əlbəttə, dua və nida hərdən bir-birinin yerinə işlədilir.
    İsra, 52
    Rəhmətlik Əllamə Təbatəbai buyurur: - "Allah-təala tərəfindən dua iki qismdir: təkvini və təşrii. Təkvini, Allah tərəfində iradə edilən şeyin icad olması mənasındadır. Sanki iradə etdiyi bir şeyi geri çağırır. Allah buyurur: "Sizi çağırdığı gün Onu həmd edərək çağırışına gələrsiz...”
    Ğafir, 60
    Amma Allahın təşrii duası (çağırışı) budur ki, xalqı Quran ayələri ilə dini qəbul etməyə mükəlləf edir. Amma bəndənin Allah dərgahına etdiyi dua odur ki, bəndə Allah dərgahında bəndəliyini, biçarəliyini izhar etməklə Pərvərdigarının rəhmət və inayətini özünə cəlb edir. Bu cəhətinə görə ibadət elə həmin duadır. Çünki bəndə öz duası ilə (Allaha bağlı olduğunu, Ondan asılı olduğunu hiss etməklə) özünü Mövlasına qul məqamında, Ona bağlı şəkildə göstərməklə, Allahı, Onun sərvərlik, rübubiyyət məqamı vasitəsilə özünə yönəltmək istəyir. Bu həmin duadır və bu mənaya işarə edir. Allah buyurur: "Mənə dua edin duanıza cavab verim. O kəslər ki, Mənə ibadət eləməkdən təkəbbürlə yayınırlar, alçalaraq cəhənnəm içinə girərlər- deyə buyurmuş Rəbbiniz.”
    Əl-Mizan, c. 10, səh. 36
    Bu ayədə Allah əvvəl "dua” təbirini işlədir və sonra "ibadət” təbirini işlədir.
    Nəhcül-Bəlağə (tərc), 31-ci məktub, səh. 924-925
    Səhv başa düşülməsin, dua edənin duasının qəbul etmək o demək deyil ki, o hər nə istədi, nə zaman istədi ona həmin anda, həmin şey əta olunacaq. Duanın qəbulunun bu cür təfsiri dini meyarlara uyğun gəlmir. Çox vaxt dua edən bir şey istəyir, amma bu onun xeyrinə deyil. Duası əgər qəbul olsa, onun zərərinə qurtaracaq. Çünki o xeyrinin nədə olduğunu bilmir. HəzrətƏli (ə) öz vəsiyyətində övladlarına buyurur: - "Sənin iki əlində, istədiklərin arasında icazə verdiyi xəzinələrinin açarlarını yerləşdirdi. Belə isə, nə vaxt istəsən dua ilə Onun nemət qapılarını aça bilərsən və Onun arasıkəsilməz rəhmət yağışını Ondan istəyərsən. İstəklərinin icabətinin gecikməsi səni ümidsiz etməsin. Çünki bəxşiş, duanın qəbulu niyyətin xalisliyinə, iradənin gücünə bağlıdır. Ola bilsin sənin istəyin təxirə düşsün. Bununla Allah dua edənin mükafatını artırmaq istəyir. Ola da bilsin sən bir şey istəyəsən, amma Allah onu sənə verməsin, lakin ondan daha yaxşı bir şeyi istədiyin şeyin yerinə sənə ya bu dünyada, ya da axirətdə versin. Ya da istədiyin şey sənin xeyrinə deyil deyə duan müstəcəb olmur. Ola bilsin elə bir şey istəyəsən ki, əgər sənə verilsə dinin əldən gedər. Deməli, elə şey istəməlisən ki, onun yaxşılığı səndə həmişəlik qalsın və pisliyi səndən kənar olsun. Dünya malı sənə qalmayacaq, sən də onun üçün qalmayacaqsan.”
    Biharul-ənvar, c.93, səh. 303
    Dua etməkdə insanların bir-biri ilə fərqi
    İnsanın dua etməsində məqsədi nədir və niyə dua etməyə bu qədər təkid edilmişdir – kimi sualların cavabında icmali olaraq demək olar: insanın təkamül yolu Allaha bəndə olmağındadır və bəndəliyin nişanələrindən biri də budur ki, insan öz hacətini ancaq Allahdan istəsin. Bu baxımdan insanlar bəndəliyin mərhələləri və dərəcələri ilə əlaqədə fərqlidirlər, eləcə də onların ehtiyacları fərqlidir. Allaha bəndəlik yolunun ilkin mərifət və iman mərhələsində qərar tutmuş insanların ehtiyacları maddi və dünyəvidir. Allahdan bir şey istəyəndə, istəkləri əsas maddi və dünyəvi ehtiyacları ehtiva edir. Məsələn, ruzilərinin çox olması, yaxşı övlad, ləyaqətli həyat yoldaşı, yaxşı ev və bu kimi şeylər.
    Əlbəttə, imanın aşağı dərəcəsində olan, böyük ilahi mərifət mərhələsinə nail olmamış və buna görə də yüksək mənəvi ehtiyacların sorağını tutmayan adamlar üçün Allahdan maddi ehtiyaclarını diləmələri çox təbii və yerində olan bir şeydir. Həqiqətdə onun Allahdan bir şey istəməyinin özü onu göstərir ki, Allaha imanı var və Onu öz ehtiyaclarını təmin etməkdə Qadir hesab edir. Bu cəhətinə görə də ehtiyac əlini Allahdan qeyrisinə uzatmır. Təbii ki, əgər həmin maddi ehtiyaclarını Allahdan diləsə, Allah onun ehtiyaclarını təmin edəcəkdir. Çünki Özü Musaya (ə) buyurdu: "Ey Musa! Bütün ehtiyaclarını Məndən istə. Hətta qoyununun otunu və xəmirinin duzunu da Məndən istə.”
    Üsuli-Kafi (tərc.), c. 3, səh.107
    İnsanın kamalı bundadır ki, bütün ehtiyaclarının ödənişi üçün – istər maddi və istərsə də mənəvi – ancaq Allaha üz tutsun. Ondan qeyrisinə əl açmasın və Allahdan savayı kimsəni təsirdə müstəqil bilməsin. Əgər belə olmazsa, Allahdan qeyrisinə üz tutsa, Allah onu ümidsiz edəcək. İmam Sadiq (ə) buyurur: "Allah-təala buyurur: İzzətimə, Cəlalıma və ərşə olan Rufətimə and olsun ki, Məndən qeyrisinə ümid bağlayan hər kəsi ümidsiz qoyaram və xalq arasında onu xar edərəm və Özümdən onu uzaqlaşdırar, fəzlimi ondan kəsərəm. O, sıxıntıda, çətinlikdə Məndən qeyrisinə ümid bağlayar, halbuki bütün çətinliklər Mənim əlimdədir. Məndən qeyrisinə ümidvar olar və öz xəyalında Məndən başqa hamının qapısını döyər, halbuki bütün bağlı qapıların kilidləri Mənim əlimdədir və Mənim evimin qapısı onu döyənlərin üzünə açıqdır.”
    Əl-Bəqərə, 186
    Təəssüflər olsun ki, bizim əksər dualarımız və istəklərimiz həqiqi deyil. Yəni Allahdan istəmirik. Allah həqiqi təsir göstərən olduğu üçün yaxşı olardı insan diləklərini ancaq Ondan diləsin. Düzdür ki, insanın bir istəyi olanda onun istəyini yerinə yetirə biləcək adamın sorağına gedir. Əgər pul lazım olsa, əlini ona pul verə biləcək adama açır və ya pul çıxan bir işin dalınca gedir. Amma mömin əvvəl qəlbini Allaha yönəldir və diləyini Ondan diləyir, sonra Allahın hər bir işi vasitə ilə həyata keçirdiyini nəzərdə tutaraq, bunu özünə vəzifə bilib başqalarına üz tutur. Başqalarına üz tutur deyəndə, onları müstəqil qüvvə kimi qəbul etmir.
    Hər necə olsa da insanın qəlbi həmin miqdarda Allaha yönəlmiş olsa və İlahi dərgahdan ehtiyaclarına çarə umsa, insanın kamal və imanını artırır və Allaha meylini bir az da gücləndirir. Allaha diqqəti yönəltmənin necə dəyərli bir kimya olduğunu biz bilmirik. Hətta maddi və mənəvi istəklərin də insanın ruhi təkamülünə nə qədər təsir etdiyi bizə məlum deyil. Mərhum Əllamə Təbatəbai öz ustadı mərhum ayətullah Mirzə Əli Qazidən nəql edir ki, o deyirdi: - "Hərdən insan Allahdan qafil olur və Allah həmin bəndəni bir müddət çətinliklərə, problemlərə mübtəla edir ki, bəlkə bir "Ya Allah!” deyə; çünki bu "ya Allah” və Allaha diqqəti yönəltmək ruha çox təsir qoyur və insanın ürəyinin nurlanmasına səbəb olur.
    Deyilənlərə diqqət yetirəndə aydın olur ki, Allaha üz tutmağın insanın ürəyinin nurlanmasına və ruhi yüksəklik tapmasına nə qədər təsiri olur. Hətta əgər insan ehtiyacı olmadığı anlarda belə, adi hallarda Allahı ansa, öz kamal yolunda gör nə qədər qabağa gedə bilər. Əlbəttə, o başa düşmür və heç lazım da deyil bütün şeyləri bilsin, çünki bu aləm imtahan yeridir. Əgər bir şeyin təsiri kamilən üzə çıxsa imtahan lazım olduğu kimi getməz. İmtahanın kamil, nöqsansız baş tutması üçün çox şeylər gizli qalmalıdır.
    Buna görə də insan heç vaxt Allahı yaddan çıxarmamalıdır. Hər şeyi, hətta maddi ehtiyaclarını da Ondan istəməlidir. Diqqət etməlidir ki, onun duası – hətta maddi ehtiyaclar üçün olsa belə - Allaha bəndəliyini və Onun rübubiyyətini iqrar etməsidir. Onun, maddi ehtiyaclarını istəməsi ilə paralel, Allaha həmin miqdarda diqqətini yönəltməsi ruhunun kamal tapmasında təsirlidir. İndi gör onun mərifəti inkişaf etsə, imanı yüksəlsə və maddi ehtiyaclardan əlavə mənəvi işləri üçün də dua etsə nə olar. Dua edə ki, Allah ona ibadətin tovfiqini əta etsin, elmin təhsili, xalqa xidmət və günahlardan çəkinmək tovfiqi versin. Bundan daha yuxarı başqalarına – dostlarına, qonşularına, valideynlərinə, möminlərə dua etsin. Bu dəstədən daha yuxarı elə kəslər də var ki, dua etmək istədikdə Allah-təalaya sitayiş etməyə, Onun şəninə təriflər, təsbihlər deməyə başları elə qarışır ki, dua etmək yadlarından çıxır. Dua etmək istəyəndə Allahın Cəlal və Camal sifətləri yadlarına düşür və başlayırlar Allahı mədh edib, şəninə təriflər deməyə. Hər nə qədər Allaha tərif deyib həmd-səna etsələr də doymurlar. Buna görə də özləri üçün bir şey istəməyə macalları qalmır. Məşuqun camalına gözü sataşan aşiq onun camalında məhv olur, əriyib bitir, artıq özünü görmədiyi üçün məşuqdan özü üçün bir şey də istəyə bilmir. Hətta mərifətin bu mərhələsinə çatmış kəslər yenə də hiss edirlər ki, Allah-təala bəndəliyin və übudiyyətin nişanələrinin onların bütün bədən üzvlərində, vücudlarının hər bir nöqtəsində zühur etməsini istəyir. Necə ki, Allaha bəndəliyin əlamətlərindən biri insanın alnını torpağa qoymasıdır, yəni kiçiklik, acizlik nişanəsi olaraq insan Allah dərgahında üzünü torpağa qoya. Gözündən İlahi camalın şövqündən və ya İlahi əzəmətin xofundan yaş cari ola və ürək lərzəyə gələ. Eləcə də başqa üzvlərdən əlavə dildə acizliyin nişanəsi zahir olmalıdır. Bəndəliyin və übudiyyətin dildə zühur etməsinin nişanələrindən biri də budur ki, bəndə öz Mövlasından bir şey istəsin.
    Allah dərgahında gücsüzlüyünü etiraf etməyin lüzumu
    İnsan biləndə ki, Allah-təala ondan bütün vücudu, bütün zahiri və batini qüvvəsi ilə bəndəlik etməsini istəyir, bunu da bilməlidir ki, gərək dili ilə öz acizliyini və gücsüzlüyünü izhar edə. Bu istək Pərvərdigarın dərgahında bəndəliyin nişanəsidir. Bu şirinliyi dadanlar bu bəndəliyin hansı izzəti və ağalığı gətirdiyini yaxşı bilirlər. Bəli, mərifətin ali məqamlarına çatmış kəslər yenə də hiss edirlər ki, gərək dua etsinlər və bəndəliyin nişanələrini dillərinə gətirsinlər. Bəndəliyin bu izharı ibadətdir və mövzuluğu var.
    Allah insandan Onun dərgahında fəqirliyini, nadanlığını etiraf etməsini istəyir. Təbiidir ki, insanın bütün bədən üzvləri Allaha bəndəlik yolunda və ləyaqətli işlər görmək üçün həmahəng olarsa və o cümlədən bəndəliyin nişanələri, fəqirliyin, acizliyin izharı, Allahdan istənilən istəklər dildə səslənərsə, insan mətlub nəticəyə çatacaqdır. Çünki insanın bütün əndamı və qüvvəsi həmahəngdirlər.
    ...Dua edəndə sanki bütün vücudu ilə müqəddəs rübubi dərgahdan hacətini istəyir. Təbiidir ki, Allahın rəhməti bu anda onu əhatə edir: "(Ya Muhəmməd!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən onlara yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm... "
    Qəsəs, 24
    Duada insan Allahdan bir şey istəyir, O da ona əta edir. Amma Allah məhəbbətinin, münacatın dadını dadmış kəslər üçün ən böyük ləzzət odur ki, elə ki "Ya Allah!” deyirlər, cavablarında onlara "Ləbbeyk” deyilmiş olsun. Amma bir kəs əgər ürəyini ancaq Allaha bağlasa, başqalarına üz tutmasa, bir şey istədikdə Allah ona əta edəcək. İnsan hər şeyini Allahdan istəməlidir. Acmışsa, çörəyini Allahdan istəsin və bütün vücudu ilə möhtaclığını, fəqirliyini Mütləq Qəni dərgahında izhar etsin, Həzrət Musa (ə) kimi desin: "Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyrə möhtacam!”
    Nəhcül-Bəlağə, xütbə 159, səh. 507
    Bu sözləri Həzrət Musa (ə) elə bir vəziyyətdə deyirdi ki, Misirdən qaçıb Mədyənə üz tutmuşdu və nə yeməyə bir şeyi vardı, nə də yatmağa bir yeri. Gecələr biyabanda torpağın üstündə yatırdı və aclıqdan çölün otlarını yeyirdi. Həzrət Əlinin (ə) buyurduğu kimi: - "And olsun Allaha Musa (ə) Allahdan çörəkdən başqa bir şey istəmirdi, çünki biyabanın otlarını yeyirdi və o qədər arıqlayıb ət tökmüşdü ki, nazik dərisinin altında qarnındakı otların yaşıllığı özünü büruzə verirdi.”
    Nəhcül-Bəlağə, xütbə 42, səh. 40
    Həzrət Musa Misirdən qaçandan sonra Mədyənə tərəf yollanır. Mədyəndə olarkən bir gün görür bir dəstə adam quyudan su çəkməklə məşğuldur. Görür iki nəfər qız da bir qıraqda dayanıb kişilərin su çəkməsini gözləyirlər ki, onlar gedəndən sonra bunlar da öz qoyunlarına su çəkib götürsünlər. Həzrət Musa (ə) o iki qızın yanına gedib soruşur: - "Burda niyə durmusunuz?” Elə ki, məqsədlərini anlayır, onlara ürəyi yanır, özü quyudan su çəkib qızların qoyunlarını suvarır. Sonra qızlar təşəkkür edib, qoyunları da qabaqlarına qatıb ordan uzaqlaşırlar. Bir azdan onlardan biri geri qayıdıb deyir: - "Atam səni görmək istəyir və bizə etdiyin köməkliyin əvəzini qaytarmaq istəyir.” Həzrət Musa (ə) qızların atası, Şüeybin yanına gedir. O qızlardan birini Həzrət Musaya (ə) ərə verir və bundan sonra Həzrət Musanın (ə) maddi həyatı – arvad, uşaq, asayiş, yemək – təmin edilmiş olur.
    Bəli, insan əgər səmimi qəlbdən Allahdan bir şey istəsə, Allah ona inayət edər. Daha uzun, qəliz dualar etmək və artıq vaxt tələf etmək lazım deyil. Kifayətdir ki, Allahdan bütün vücudu ilə xahiş etsin, bununla da duası müstəcəb olsun.
    Amma insan dua oxuyanda, hətta geniş məzmunlu, uzun dualar, əgər ürəyi Allahdan qeyrisinə də diqqət yetirərsə, o duanın təsiri olmayacaq. Əgər insanın ruhi hazırlığından əlavə saleh əməli də olmuş olsa duası tez təsirini göstərəcək.
    Duanın saleh əməllə olmasının lüzumu
    Saleh əməli olmayan kəslərin dualarının qəbul olmamasının səbəbi bəlkə də onların Allaha kamil üz tutmamalarındadır. Çünki nalayiq işlər insanın Allahdan qeyrisinə ürək bağlamasına və ola da bilsin Allahın acığı gəldiyi işlərə meyl etməsinə səbəb olur. Belə olan surətdə insan Allah dərgahına necə üz tuta bilər? Allahla kamil rabitə yaradanlar, əməlləri saleh və günahdan uzaq olan kəslərdir. Buna görədir ki, Peyğəmbər (s) buyurur: - "Ey Əbuzər, saleh və layiq əməllə dua etməyin miqdarı yeməyə lazım olan və kifayət edəcək duzun miqdarı qədərdir.”
    Yeməyə tökməyə duz nə qədər lazımsa və kifayət edərsə, eləcə də saleh əməli olan kəsə zəruri olan qədər dua etməsi yetər. Həqiqətən dua da insan səadətində duzun yeməkdə tutduğu yeri tutur. Deməli, lazım deyil insan həmişə dua etsin və dua edən kimi də müstəcəb olmasını gözləsin. Amma saleh əməli olmayanlar, başqalarına xeyir verməyənlər əgər çoxlu dua etsələr də, məlum deyil bu duanın onlara faydası olacaq, ya yox. Bu mətləbin daha da aydınlaşması üçün Peyğəmbər (s) buyurur: - "Ey Əbuzər! Saleh əməli olmayıb dua edən kimsə, kamansız ox atmaq istəyən adam kimidir.”
    Dua edən, amma vəzifəsini düzgün yerinə yetirməyən adam, həqiqətdə duanın əhəmiyyətindən xəbərdardır, duasında sadiqdir, həqiqətən də Allahdan istəyi var. Problem bundadır ki, başqa işlərində öz vəzifəsinə əməl etmir və bəndəliyin nişanələri onun rəftarında zühur etmir. Gözə, qulağa və sairə aid olan işlərdə naqisliyə yol verir və həqiqətdə nəfsinə, şeytana bəndəlik edir. Belə adam da Allahdan ümidsiz olmamalıdır. Allah bizim düşündüyümüzdən daha kərimdir, Onun qapısına gəlmiş adamı Allah qapısından qovmaz və Ona müraciət edəni cavabsız qoymaz. Amma vəziyyəti bu cür olan adamla, bütün rəftarında bəndəliyin cilvələri aşkar olan və bütün vücudu ilə məbuda bəndəlik yolunda qədəm götürmüş və Xaliqə və xəlqə xidmət göstərməkdə bir an da olsun qəflət etməyən kəs arasında çox fərq var. Bu iki adamın dua etməsinin misalı ona oxşayır ki, bir adam oxla bir hədəfi nişan alır, amma əgər istəsə oxu əli ilə atsın, sürəti çox az olacaq və gedib hədəfə çatmayacaq, amma oxu kamana qoyub atsa, həm sürəti çox olacaq, həm də hədəfə dəyəcəkdir. Dua edib, saleh əməli olmayan adam da kamansız ox atan adama bənzəyir. Aydındır ki, onun atdığı oxun həm sürəti azdır, həm də istiqaməti yanlışdır.
    Deyilənlərlə duanın insanın həyatındakı rolu və məqamı aydınlaşdı və məlum oldu ki, dua yeməyə tökülən duz kimidir. İnsanın həyatı başdan ayağa Allaha bəndəlik və ibadət etmək olmalıdır. İstər fərdi və şəxsi məsələlərdə olsun, istərsə də ailə və qonşu ilə əlaqədar məsələlərdə və həmçinin cəmiyyətdəki rəftarları ilə bağlı, insanın bütün rəftarında bəndəliyin nişanələri özünü göstərməlidir; bununla yanaşı dua da etməlidir. Çünki, həmin dua dildə zahir olan Allaha bəndəliyin nişanəsidir. (Məlumdur ki, həmin dua səmimi qəlbdən edilməlidir.)
    Peyğəmbərin (s) bəyanında aydınlığını tapan nöqtələrdən biri də insanın öz hədəfinə tez çatmasında saleh əməlin ona göstərdiyi köməklikdir. Belə insan dua edəndə sanki kamandan ox atır və atdığı ox çox tez hədəfinə çatır. O, yeməyi süfrədə hazır olan adam kimidir, fəqət ona bir az duz artırmalıdır ki, yeməyə başlasın. Deməli, saleh və layiqli əməl insanı öz istəklərinə qovuşdurur.
    Əlbəttə, insanların istəkləri müxtəlifdir: Allaha bəndəliyin ali mərtəbələrinə qədəm qoymuş kəslərin istəkləri də ali olur. Onların istəkləri adətən Allaha yaxınlaşmaq, xəlqə möhtac olmamaq, dünya və axirət səadətinə nail olmaq və həmçinin Allahın onlara inayət etdiyi nemətlərin davamlı olmasını istəmələrindən ibarət olur. Onlar ancaq Allahın onların istəklərini təmin edəcəyinə etiqad edirlər. Amma Allaha bəndəliyin və mərifətin aşağı mərtəbəsində qərar tutan kəslər qarınlarının, evlərinin, paltarlarının fikrini çəkirlər. İstəkləri və ehtiyacları bu kimi şeylərlə əlaqədar olur və əlbəttə, Allah onların bu ehtiyaclarını ödəyir.
    Həqiqətdə Peyğəmbər (s) bu sözlərlə insanları təşviq edir ki, öz nəfslərinin islahına çalışsınlar. Belə olduqda insan hədəfinə daha tez çatır və Allah duasını müstəcəb edir. Fərqi yoxdur, onun duası özü ilə əlaqədar olsun, ya başqası ilə, istəkləri dünyəvi olsun, ya mənəvi. Deməli, Peyğəmbər (s) başqalarını yaxşı işlər görməyə təşviq edir, baxmayaraq ki, yaxşı əməllərin həqiqi əlamətləri və layiqli mükafatları axirətdə üzə çıxır. Bu dünya iş görmək yeridir, əməllərin mükafatı və əvəzi isə axirətdə insana əta ediləcəkdir: " Bilin ki, bu gün iş günüdür, hesab günü deyil və sabah hesab günüdür və o gündə kimsənin iş görməyə macalı olmaz.”
    Biharul-ənvar, c.70, səh. 225
    Başqa bir hədisdə deyilir: "Dünya axirətin əkin yeridir.”
    Biharul-ənvar, c. 40, səh. 153
    Toxum burada səpiləcək və axirətdə məhsul götürüləcək. Amma Allah-təala sonsuz lütfü üzündən hərdən bəzi əməllərin nişanələrini elə bu dünyada yaxşı əməl sahiblərinə inayət edir. Bununla O, insanları daha artıq xeyirli işlər görməyə sövq edir və öz vəzifələrini sevərək yerinə yetirmələrinə həvəsləndirir. Kamalın ali mərtəbələrinə çatmış kəslərin belə təşviqlərə ehtiyacı olmur və bu nişanələri nə qədər görsələr də onların yəqinliklərinə bir şey artırılmır: "Əgər pərdələr götürülsə, yenə də mənim yəqinimə bir şey artırılmaz ...”
    Təfsiri-Əyyaşi, c. 1, səh. 135
    Gözləri önündən bütün pərdələr götürülməyən kəslərin onları Allah bəndəliyinə və təkamül yoluna həvəsləndirən təşviqə ehtiyacları var. Bu təşviqlərdən biri də Allahın bu dünyada xeyir və bərəkət nişanələrini onlara nazil etməsidir və dualarını müstəcəb qılmasıdır.
    "Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq (göyün və yerin bərəkət qapılarını onların üzünə açardıq).”
    Saleh insanın varlığının bərəkəti
    Bura qədər deyilənlərdən daha yuxarı, Peyğəmbərin (s) sonrakı cümlədə xeyir əməllərin təsiri barədə bəyan etdiyi təsəvvürəgəlməz fikirlərdir. İnsan xeyir əməlin bu dərəcədə onun taleyinə, cəmiyyətə müsbət təsir qoya biləcəyini heç ağlına da gətirmir: "Ey Əbuzər! Allah bəndənin saleh olması ilə onun övladlarını, övladlarının övladlarını da saleh edir. Onu öz evində və eləcə də onun evinin ətrafında olan evləri də nə qədər ki, o onların arasındadır qoruyub hifz edir”
    Allaha bəndəlik edən kəsləri Allah-təala bu aləmdə hifz edir və onların vücudlarının bərəkətindən övladlarını da nəsilbənəsil xətərlərdən qoruyub saxlayır. Hətta saleh insanın yaşadığı məhəllənin və şəhərin əhalisini də bəlalardan saxlayır. Eləcə də bu cür insanların vücudlarından ayrılan şüanın əhatəsində qərar tutmuş digər insanlara ilahi tovfiq və mənəvi bərəkət şamil olur. Möminlərin vücudi şüaları eyni olmur, bəzilərinin ancaq öz arvad-uşaqları ilə əlaqəsi olur, bəzilərinin məhəllə sakinləri və qonşularla da əlaqəsi olur, bəziləri isə bundan da yuxarı – bir şəhərin və hətta bir ölkənin əhalisi ilə rabitə yarada bilirlər. Hamımız bilirik ki, rəhmətlik imam Xomeyninin bütün İran əhli ilə, bəlkə bütün dünya müsəlmanları ilə rabitəsi var idi. Onun vücudi şüası bir şəhərdən, bir ölkədən çıxıb bütün dünyanı əhatə etmişdi. Allah-təala o böyük və seçilmiş olan insanın bərəkəti ilə milyonlarla insana öz inayətini şamil etmişdi.
    Bəli, Allah-təala saleh insanı nəinki qoruyub hifz edir, onun dualarını qəbul edir, üstəlik onun vücudunun xeyir və bərəkəti ilə başqalarını da – övladlarını, məhəllə sakinlərini, hətta bir ölkənin əhalisini – bu inayətə şamil edir və onun dəyərli vücudunun qarşılığı olaraq bəlaları onların üzərindən dəf edir. Saleh bəndənin cəmiyyətdə bu cür dəyərli rolu və müsbət təsiri insanın diqqətini bu nöqtəyə yönəldir ki, Allah yolunda qədəm götürmək və Onun fərmanlarına boyun əymək necə qiymətli bir kimya imiş ki, hətta təsiri insanın vücudunun əhatə dairəsini aşıb, başqalarını da əhatə edir. Belə olan surətdə insan nəticə alacağına ümid etmədiyi, uzun zəhmətdən sonra faydasının olub-olmayacağı məlum olmayan işlərin yerinə həm dünyəvi istəklərinə və həm də axirət istəklərinə təminat verən ilahi vəzifələrinə, Allahın buyurduqlarına əməl etsəydi yaxşı olmazdımı? Niyə də insan həm özünə, həm ailəsinə və gələcək nəslinə və hətta qonşularına və ölkəsinə xeyir və bərəkət verə biləcək əməllərdən boyun qaçırsın? Bu işlərdən daha faydalı hansı iş ola bilər? Məgər alverlə, ticarətlə məşğul olanların hamısı istədikləri dünyəvi nəticələrin hamısını əldə edirlər? Hərdən xeyir götürürlər, hərdən də ziyan. Deyək xeyir götürürlər, məgər bununla nə əldə edirlər, çox olsa bu dünyada bir-iki gün keyf çəkirlər.
    Deyildiyi kimi, hərdən saleh bir bəndənin duası bir şəhərin camaatını bəladan qoruyub saxlayır və o camaata xeyir, bərəkət gətirir. Aydındır ki, bu cür Allah övliyalarının vücudunun qarşılığı olaraq bizim başımızın üstündən əksər bəlalar götürülür. Çox vaxt bizim bundan xəbərimiz olmur. Ola bilsin bizim atamızın və ya babamızın keçmişdə gördüyü xeyir işin əvəzini Allah-təala bizə indi nəsib edir. Elə ustadlar, övliyalar var ki, bizim üçün dua edirlər və ya qonşumuzda elə kəslər, elə möminlər var ki, gecənin yarısında qalxıb Allahla münacat edir, bizə dua edirlər, amma bizim xəbərimiz yoxdur. Bu duaların təsirindən Allah bir sıra tovfiqləri bizə inayət edir və bəlaları bizdən uzaqlaşdırır. Biz nə bilirik ki, bu bərəkətlər, nemətlər hardan gəlir, kimin vasitəsilə bəlalar bizdən götürülür və nə bilirik ki, saleh bəndənin gecə yarısı qalxıb Allah qapısını döyməsinin necə bərəkətləri var? Amma həm Quranda, həm də rəvayətlərdə göstərilir ki, saleh insanların bərəkətindən Allah başqalarına da nemət əta edir və bəlaları onlardan uzaqlaşdırır: Yunis ibn Zibyanın İmam Sadiqdən (ə) rəvayət etdiyi bir hədisə diqqət etsək – bu barədə sonra danışacağıq - deyilənləri daha aydın görərik. Dediyimizə misal olaraq Qurandan Bəqərə surəsinin 251-ci ayəsini şahid gətirmək olar: "...Allah əgər bəzi insanların bəlasını bəzilərinin vasitəsilə aradan qaldırmasaydı, yer üzünü fəsad bürüyərdi. Lakin Allah bütün aləmlərə qarşı lütfkardır.”
    İmam Sadiqin (ə) bu ayə ilə bağlı nəql etdiyi rəvayət belədir: "Allah-təala bizim namaz qılan şiələrimizin vücudu ilə, namaz qılmayan şiələrimizdən bəlaları uzaqlaşdırır. Əgər heç kim namaz qılmasa həlak olarlar. Allah bizim oruc tutan şiələrimizin vücudunun əvəzi olaraq oruc tutmayan şiələrimizi də bəladan qoruyur. Əgər hamı orucu tərk etsə, həlak olarlar. Allah bizim zəkat verən şiələrimizin varlığı səbəbinə zəkat verməyən şiələrimizi də bəladan saxlayır, əgər heç kim zəkat verməsə, hamısı həlak olar. Allah bizim həcc ziyarətinə gedən şiələrimizin varlığı səbəbilə həcci tərk edən şiələrimizi də bəladan uzaq edər, əgər heç kim getməsə hamısı həlak olar. Bu Allah-təalanın buyurduğudur ki, deyir: "... Allah əgər bəzi insanların bəlasını bəzilərinin vasitəsilə qaldırmasaydı...” Allaha and olsun, bu ayə sizdən başqa kimsə üçün nazil olmamışdır.”
    Biharul-ənvar, c. 15, səh. 27
    Saleh insanların cəmiyyətdəki rolunu və onlar tərəfindən xalqa şamil olan bərəkətləri və onların səbəbi ilə bəlaların başqalarından uzaqlaşdırılmasını nəzərə alaraq bunu da bilməliyik ki, insanların və peyğəmbərlərin ən üstünü, əvvəl və axır elmlərin sahibi, bütün ali insani və mənəvi keyfiyyətləri özündə toplamış kəs - peyğəmbərlərin xatəmi Həzrət Muhəmməd bin Abdullahdır (s). Həmçinin Məsum İmamlarımıza (ə) da bu deyilənləri şamil etmək olar. Çünki onlar hər cür xətadan və günahdan uzaqdırlar və bütün ilahi bərəkətlərin çeşməsi onların pak vücudlarından qaynayır. Bütün aləm onların vücudlarına bağlıdır. Necə ki aləmlərin Pərvərdigarı buyurur: "İzzət və Cəlalıma and olsun, əgər sən olmasaydın fələkləri yaratmazdım.”
    İsra, 70
    Peyğəmbəri-Əkrəmdən (s) əlavə pak İmamlarımızın (ə) müqəddəs vücudları da Allahın dünyanı qoruyub saxlamasına səbəb oldu. Onların varlığının səbəbi ilə Allah bərəkət və nemətini öz məxluqatından heç zaman əsirgəməmiş və indi də həmin səbəblə əsirgəmir. Əgər bir an yer üzündən ilahi höccət götürülsə, dünya məhv olar. İmam Sadiqin (ə) buyurduğu kimi: "Biz müsəlmanların rəhbəri və Allahın yer üzündəki höccətləriyik. Yer üzü əgər bir an bizsiz qalsa, bütün əhlini kamına çəkər.” Sonra İmam buyurur: "Allah Adəmi yaratdığı gündən yer üzü höccətsiz qalmayıb. Həmin ilahi höccət ya zahir və tanınan olub, ya da başqaları üçün tanınmaz qalıb. Qiyamətə qədər də yer üzü höccətsiz qalmayacaq. Əgər belə olmasaydı Allaha ibadət edən tapılmazdı (yəni kimsə sağ qalmayacaqdı ki, Allaha da ibadət etsin). Ravi sual edir: - "Bəs camaat qaib və gizli olan höccətdən necə bəhrələnə bilər?” İmam deyir: - "Buludun arxasında gizlənmiş və görünməz olan günəşdən bəhrələndikləri kimi.”
    Category: Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) | Views: 881 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024