İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1823
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » 2011 » September » 24 » Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    5:02 PM
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    İYİRMİ SƏKKİZİNCİ DƏRS
    İbadətin və bəndəliyin əzəməti, onun təkvini təsiri
    - İnsanın əməllərinə yerin şahidliyi
    - Yerin və cansız mövcudatın sitayişinin keyfiyyəti
    - Yaradılmışların şüur və dərki və təsir qəbul etməsi
    - Məsum imamların nurlarının hüzur dairəsi
    - Əməllərin şahidlərin nəzərindən gizli qalmaması
    - Bəndəlikdəki ixlas – şadlığın və öyünmənin mayası
    - İxlas, əməlin aliliyinin amili
    İbadətin və bəndəliyin əzəməti, onun təkvini təsiri
    Hədisin bu bölümündə Allah-təalaya bəndəliyin və ibadətin əzəmətindən danışılır. Həmçinin insanın əməllərinin – istər yaxşı olsun, istərsə də pis – şahidlərin nəzərindən uzaq olmaması və gizli qalmaması barədə söz açılır. Hətta üzərində ibadət etdiyimiz yerin (torpağın) özü belə Qiyamətdə bizim ya xeyrimizə, ya zərərimizə şəhadət verəcəkdir. Heç də elə düşünməyək ki, əməllərimizin əks-təsiri və nəticəsi olmayacaq, əksinə, əməllərimizin bu dünyada doğurduğu təsir və nəticəsindən əlavə Qiyamətdə də səmərəsi zahir olacaqdır. Qiyamətdə üzərində ibadət etdiyimiz yer həmin ibadətin əncamına şəhadət verəcəkdir. Və ya onun üzərində tutduğumuz pis işlərə görə Qiyamətdə üzümüzə durub şəhadət verəcək və bizə lənət edəcək.
    İnsanın əməllərinə yerin şahidliyi
    "Ey Əbuzər! Elə bir adam yoxdur ki, alnını yerin istənilən nöqtəsinə qoyduqda, həmin alnını qoyduğu yer Qiyamətdə onun bu işinə şəhadət verməsin. Elə bir mənzil yoxdur ki, ona bir dəstə adam daxil olduğunda həmin mənzil onlara salavat və ya lənət deməsin.”
    Bəzi böyük üləmalar namaz qılanda səy edərdilər məscidin müxtəlif yerlərində namaz qılsınlar və həmişə bir yerdə namaz qılmazdılar, ya əgər bir evə və ya başqa bir yerə daxil olanda həmin yerdə əvvəl iki rükət namaz qılardılar. Bunu ona görə edərdilər ki, Qiyamətdə özlərinə çoxlu şahid qazansınlar. Bunun özü bir növ zirəklikdir ki, möminə olduqca faydalıdır.
    İbadətin dəyəri və yüksəkliyi barədə bu rəvayətdə və digər rəvayətlərdə zikr olunanlar və həmçinin ibadətin müxtəlif məkanlarda həyata keçirilməsinə dair bizim etdiyimiz təkidlər bizlərin Peyğəmbərin (s) və Məsum İmamların (ə) sözlərinə etimad etməyimiz və təslim olmağımızdan xəbər verir.
    Göründüyü kimi, rəvayətin bu və digər bölmələri onu göstərir ki, bizim şüursuz təsəvvür etdiyimiz yer, ağaclar və digər cansız mövcudatlar şüura malikdirlər və bizim əməllərimizi dərk edirlər. Bizim yaxşı işlərimizə görə bizə dua, pis işlərimizə görə isə lənət edirlər; əlavə olaraq Qiyamətdə də bizim xeyrimizə və ya zərərimizə şəhadət verəcəklər.
    Yerin və cansız mövcudatın sitayişinin keyfiyyəti
    Rəvayətin bu bölümünün məzmunu – ki, yerin və cansız mövcudatın necə şüura malik olmasını təsvirə çəkir – və həmçinin bu cür məzmuna malik ayələr və digər rəvayətlər barəsində böyük üləmalar üç nəzəriyyə vermişlər:
    Birinci nəzəriyyə: Bir qrup alimlərin nəzəri budur ki, bu təbirlər kinayə olaraq nəzərə alınmalıdır və onların həqiqi mənaları qəsd edilməməlidir. Bunun üçün hər təbiri münasib təfsirlə zikr edirlər. Bəlkə də əksər müfəssirlər bu qəbildən olan ayə və rəvayətlərin təfsirində həmin üsulu seçmiş olsunlar.
    İkinci nəzəriyyə: Ürəfa (ariflər) və ariflər sinifinə (arif müşərrəb) mənsub filosofların – Molla Sədra və şagirdləri kimi – etiqadı budur ki, bu mövcudatlar həqiqətən də şüura və dərkə malikdirlər və Allaha təsbih deyir, İlahinin Camal və Cəlalı qarşısında təzim edib, ilahi xofa malik olurlar. Amma biz vaqiyyətləri dərk etməkdə acizik. Şair deyir:
    Biz hər zaman danışarıq, görərik, eşidərik
    Fəqət siz naməhrəmlərdən biz üz çevirərik.
    Bu dəstə ayə və rəvayətlərin həqiqi mənalarını götürüb deyərlər: - "Ağaclar, yer, daşlar və s... şüur sahibidirlər və Allaha təsbih deyirlər: "Yeddi göy, yeddi yer və onlarda olan bütün məxluqat Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükr etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız. Allah həqiqətən həlim və bağışlayandır.”
    (Tənziyə - ariflər yanında Allaha bəndələrə aid olan sifətləri nisbət verməkdən uzaq olmaqdır. Necə ki, deyirlər: "O təkdir və öz zatına söykənmişdir. Cövhər və ərəz deyil və heç bir cismə, qəlibə sığmaz. Kəmiyyət və keyfiyyət olaraq xəyala gələn, zehndə canlanan hər bir şeydən pak və qeyrisidir. İlahi, Sən O kəssən ki, xəyalların əhatə dairəsindən xaricsən və əqllərin Səni dərk etməsindən məsunsan.” (mütərcimdən))
    Yuxarıdakı ayənin təfsirində Əllamə Təbatəbai buyurur: - "Ayə, maddi aləmin əczaları üçün təsbihi sabit edir. Belə ki, onlar Allahı təsbih edir və Onu şirkdən münəzzəh bilirlər. Təsbih kəlam və sözlə ifadə olunan tənziyə
    (Əl-Mizan, c.13, səh. 114 - 116)mənasındadır.
    Kəlamın həqiqəti, bədənin işarəsi və bələdçiliyi ilə daxili məqsədin üzərindən pərdə götürməkdir. İnsan öz istədiyinə və məqsədinə işarə etmək və onu açıqlamaq üçün təkvini yol tapmadığından əlacsız qalaraq səslərin köməyi ilə mənaları çatdıran sözlərə üz tutdu və onların köməyi ilə öz istəyini aşkar etdi. Bundan sonra qarşılıqlı anlaşma yolu həmin minvalla davam tapdı. İnsan bu yoldan əlavə öz məqsədinin bəyanı üçün bəzən əlin və başın hərəkətindən də kömək alır və hərdən yazmaq və şərti işarələrdən də bu işdə istifadə edir.
    Xülasə, məqsədin üzərindən pərdə götürən, onu aşkar edən şey kəlamdır. Hər bir şeyin və mövcudun öz istəyini və məqsədini çatdırmasına səy etməsi, bu istəklərin bəyan tərzi səslə və ləfzlə olmasa belə, həmin mövcudatın kəlamı misalındadır. Bu nöqtəyə dəlil olaraq Quranda Allaha nisbət verilmiş kəlam, qoul, əmr və vəhy kimi kəlmələri göstərmək olar. Aydındır ki, onlar bizim danışığımızın, sözlərimizin bənzəri olmayan fərqli bir mənşədəndirlər. Məlumdur ki, göydə və yerdə və onlarda olan hər bir şey aşkar şəkildə Allahın təkliyini və vəhdaniyyətini bəyan edir və Onu hər cür naqislikdən, əskiklikdən uzaq bilirlər. Bütün mövcudat öz varlıqları üçün Ona bağlı və möhtacdırlar. Ehtiyacın özü hər bir şeyin Ona möhtac olduğuna və heç bir şeyin Ondan müstəqil və ehtiyacsız olmadığına ən böyük şahiddir. Deməli, mövcudatın hər biri özlərinin möhtac olan varlığı və naqis zatları ilə qəni olan Xaliqdən xəbər verirlər.”
    Təfsirin davamında buyurur:
    Allah-təalanın sözü bunu göstərir ki, mövcudatın yaranması ilə elm və agahlıq da onlarda genişlənmiş olur və onlardan hər biri öz varlıqları həddində elmdən bəhrə götürmüşlər. Bu o demək deyil ki, hamısı bir həddə elmə sahib olsunlar və həmçinin hamısının elm və agahlığı bir cinsdən və bir növdən olsun; belə deyil ki, mövcudatın hər birinin elmi insanın elmi kimidir və ya insan mövcudatdan hər birinin elminə vaqif olsun. Buna görə də hər bir yaradılmış bir cür alimdir və özünün varlığı və vücudu ilə Allahın ehtiyacsızlığında əhatə olunmuş öz ehtiyaclarını və nöqsanlarını izhar etməklə Allahın mütləq kamal sahibi olduğunu və Ondan başqa Allah olmadığını təsdiq edirlər. Deməli, hər bir yaradılmış öz Pərvərdigarına təsbih deyir və Onu şərikdən və hər nöqsandan münəzzəh bilir.”
    Fussilət, 21
    Üçüncü nəzəriyyə: Bütün mövcudatın bu aləmdəki maddi surətlərindən başqa mələkuti surətləri də var. Həqiqətdə dərk və şüur onların mələkuti və batini surətlərinə aiddir və həmin mələkuti surət Qiyamətdə aşkar olacaq və şəhadət verəcəkdir. Biz bu aləmdə həmin mələkuti surəti dərk etmirik, buna görə də əşyaların təsbih deməsini eşitmirik və onlarda şüurun və agahlığın nişanələrini görmürük. Amma o surət vardır və axirət aləmində zühur edəcək və dərk etdiyi həqiqətləri üzə çıxaracaq, şəhadət verəcəkdir.
    Qurani-Kərimin açıqcasına bildirdiyinə əsasən Qiyamətdə hətta insanın dərisi onun əleyhinə şəhadət verəcək. Eyni ilə də əli, ayağı, dili onun əleyhinə şəhadət verəcəklər. Əgər bunların dərki olmasa, şəhadətləri də mənasız olar. Quran insanın bədən üzvlərinin şəhadət verməsi haqqında buyurur: "Onlar öz dərilərinə : - "Nə üçün əleyhimizə şəhadət verirsiniz?” deyəcəklər. Dəriləri də belə cavab verəcəkdir: - "Hər şeyi dilə gətirən Allah bizi danışdırdı. Sizi ilk dəfə yoxdan yaradan Odur. Siz Onun hüzuruna qaytarılacaqsınız.”
    İsra, 85
    Əgər insanın dərisinin dərki olmasa, yəni insan günah etdiyi vaxtda onu dərk etməsə, Qiyamətdə insanın o günahı tutduğuna necə şəhadət verə bilər? Şəhadət o vaxt məna kəsb edir ki, şahid günah səhnəsini dərk və hiss etmiş olsun, belə olmazsa şəhadətin mənası olmayacaq. Əgər deyilsə insanın bədən üzvü günahı hiss etmədən də, Allahın buyruğu ilə dilə gəlib danışacaq, onda deməliyik ki, belə olan surətdə şəhadətdən söhbət gedə bilməz və bu cür məsələyə şəhadət kəlməsinin verilməsi mənasızdır. Buna görə də bədən üzvlərinin şəhadət verməsi onların əməli dərk etməsindən, bir növ həmin əmələ bilik tapmalarından sonra həyata keçir. Bundan qeyri surətdə şəhadət meydana çıxmır.
    Deməli, ikinci və üçüncü nəzəriyyəyə əsasən bütün yaradılmışlarda bir növ elmin və agahlığın olmasına şəkk yoxdur. İxtilaf onların keyfiyyətindədir ki, görən bu elm əşyaların mələkuti ruhları ilə birgədir, yoxsa həqiqətən onların özləri dərkə və şüura malikdirlər. Əlbəttə, birinci nəzəriyyəyə etiqad bəsləyənlər deyirlər insanın bədən üzvləri Qiyamətdə zahir olanda insanın rəftarının onların üzərində buraxdığı izlər onların bir növ şəhadəti sayılır.
    Yaradılmışların şüur və dərki və təsir qəbul etməsi
    Yuxarıda adı gedən üç nəzəriyyədən bəlkə də ən yaxşısı üçüncü nəzəriyyədir. Hər necə olsa da rəvayətlər və ayələr onu göstərir ki, maddi mövcudatlar bir növ şüura malikdirlər. Onların təkcə sabit təkvini şüura malik olmayıb, üstəlik onları əhatə etmiş mühitdə baş verən hadisələrdən təsir qəbul edirlər və ətraflarında baş verən hadisələr onların üzərində təsir qoyur. Bunun nəticəsində onlarda yeni dərk meydana çıxır: əgər yer üzərində ibadət edirlərsə, ibadət olunan məkan müsbət təsir qəbul edir, bu səbəbdən xoşhal olur və qürur hissi keçirir. Əksinə, əgər bir yerdə günah iş tutularsa, həmin məkanda özündən mənfi təsir qoyur, bu cəhətinə görə yer ondan narahat olur və günahkar şəxsə lənət deyir. Əlbəttə, biz bu qəbildən olan məfhumları dərk etməkdə acizik. Bu ayə və rəvayətlərin məzmunu bizə lazımınca aşkar olmamışdır, amma qəbul etməliyik ki, bu aləmdə bizim dərkimizin əhatə dairəsindən xaricdə olan bir sıra tanınmamış həqiqətlər mövcuddur və ya onlar haqqında bizim məlumatımız olduqca azdır, necə ki Quran buyurur: "...Sizə yalnız cüzi bir bilik verilmişdir!”
    Əl-Bəqərə, 151
    Aləmdə çoxlu həqiqətlər vardır ki, bizim onlar barədə məlumatımız yoxdur və onlardan bəzilərini vəhy yolu ilə tanımışıq və ya Ülul-əzm peyğəmbərlər və imamlarımızın bəyanlarında eşitmişik. Biz də onların dediklərinə etimad edirik və gərək şükr edək ki, bu həqiqətləri bizim üçün açıqlamışlar. Belə olmasaydı bizim əqlimiz o yerlərə gedib çatan deyildi və bu naqis əqlimizlə həmin həqiqətlərdən xəbər tuta bilməmiz qeyri-mümkün idi:
    "Həmçinin (nemətimizi tamamlamaq məqsədilə) sizə ayələrimizi oxumaq, sizi (günahlardan) təmizləmək, kitabı (Quranı), hikməti (şəriəti, halal-haramı) və bilmədiklərinizi öyrətmək üçün sizə öz içərinizdən Biz peyğəmbər göndərdik.”
    (Yerin bükülməsi: Ariflər yanında yüksək mənəvi məqamlar kəsb etmiş şəxsin təbii zaman və məkan hüdudlarını aşaraq uzun məsafəni qısa müddətə başa vurması. Seyyid Əbdül-Kərim Kəşmiri deyir: Teyyül-ərz imamlar üçün yerin onların ayaqları altında sürətlə "bükülməsi” (çəkilməsi, axması, fırlanması) ilə olur, amma ariflər üçün müvəkkil və cin tərəfindən onların seyrə görürülməsi ilə olur (mütərcimdən))
    Deyilənlərə əsasən iki nöqtə bizə aydın oldu: birinci nöqtə budur ki, əgər biz minlərlə biliyə sahib olsaq belə və bütün dünyəvi məlumatları əldə etsək də, yenə də bizim məlumatımız məchulatımızın müqabilində az olacaq və heç bir şey hesab edilməyəcəkdir. Buna görə də məğrur olub lovğalanmamalıyıq. Halbuki, bir kəsin bütün bəşəri məlumatları əldə etməsi qeyri-mümkündür. Bəlkə hər bir fərd elmlərin bir qisminə yiyələnə bilər və sahili görünməz elm dəryasının ancaq bir qətrəsi ona nəsib ola bilər.
    İkinci nöqtə budur ki, biz elə xəyal etməməliyik ki, yaşadığımız bu aləmdə əgər xəlvət bir yerdə hansısa işi görsək kimsə bizi görməyəcəkdir. Əgər yer də görməsə, anlamasa, mələklər ki görürlər, dərk edirlər və əməllərimizi yazırlar. Həmçinin bu aləmdə qüdrət sahibi olan bir kəslər də vardır və nəzərlərindən heç bir şey qaçmır.
    Məsum imamların nurlarının hüzur dairəsi
    Biz şiələrin əqidəsinə əsasən, Məsum İmamların nurları bütün yerdə hüzur tapırlar. Buna baxmayaraq, bizim hamımız onların nurunun hüzurunu lazım olduğu qədər dərk etmirik. Həzrət imam Zaman (ə) (Allah-təala zühurunu tezləşdirsin) hər yerdə, xüsusilə də şiələrin məclisində hazır olur, belə ki, əgər kimsə ona salam versə, salamının cavabını verir; amma bizim qulağımız onun səsini eşitməyə çox gücsüzdür. Əgər kimsə ondan kömək istəsə, fəryadına səs verib dadına çatar, əgər biyabanda yolu itirmiş kimsə onu səsləsə, səsinə səs verib köməyinə yetər, yol göstərər və o, xəstəliyinə əlac olmayan kimsələrə şəfa verər. Məlum olur ki, o hər yerdə vardır və onu çağıran şəxsi eşidir. Əgər hər yerdə hüzuru olmasaydı və eşitməsəydi, onda biyabanın ortasında və ya dəryanın qoynunda giriftar olmuş kimsə onu səsləyəndə onun köməyinə necə çatardı və ona necə nicat verərdi?
    Mərhum Əllamə Məclisi atasından nəql edir ki, onun zamanında təqvalı və saleh bəndələrdən bir nəfər tez-tez həccə gedərdi və "Teyyül-ərz”i
    (Xəta və bəlalardan amanda qalmaq üçün oxunan və həmçinin üstdə gəzdirilən dua) ilə çox məşhur idi. İsfahana gələndə onunla görüşüb ondan soruşdum ki, sənin "Teyyül-ərz”inin məsələsi nədir, o nə əhvalatdır elə? Dedi: - İllərin birində hacılara qoşulub Allah evinin ziyarətinə gedirdim. Gəlib Məkkənin yeddi və ya səkkiz mənzillik fasiləsində bir yerə çatdım. Mən karvandan dala qalmışdım və karvan uzaqlaşıb gözdən itmişdi. Yolu itirdim və biyabanda sərgərdan qaldım. Yavaş-yavaş susuzluq məni əldən saldı. İş o yerə çatdı ki, sağ qalacağıma ümidimi itirib, oturub ölümümü gözləməyə başladım. Bu halda fəryad etdim: - "Ya İmam Zaman! Yolu mənə nişan ver!” Birdən uzaqdan bir qaraltı zahir oldu. Yaxınlaşanda gördüm əynində ərəbin böyüklərinə məxsus fəxri libas geymiş xoşsimalı bir gəncdir. Bahalı dəvəyə minmişdi və yanında da su cürəsi vardı. Ona salam verdim. Salamımın cavabını verib buyurdu: - "Susamısan?” Ərz etdim: - "Bəli”. Suyu mənə verdi və mən içdim. Sonra buyurdu: - "İstəyirsən səni karvana çatdırım?” Ərz etdim: - "Bəli.” Dedi: - "Gəl min mənim dəvəmin tərkinə”. Mən dəvəyə minəndən sonra o Məkkəyə tərəf hərəkət etdi. Mən hər gün "Yəmani hirzi”
    (Təbəri Nuri, "Kifayətül-müvəhhidin”, c. 2, səh. 182)oxumağa adət etdiyimə görə başladım onu oxumağa. Duanın bəzi kəlmələrini oxuyanda həmin cavan ərəb oxuduqlarıma düzəliş verib deyirdi: - "Belə oxu!”
    Qısa bir müddətdən sonra mənə dedi: - "Bu yerləri tanıyırsan?” Baxdım gördüm ki, Məkkənin yaxınlığında Əbtəh torpağındayam. Dedi: - "En aşağı”. Elə ki, dəvədən aşağı endim, gözümdən qayib oldu. Bu anda başa düşdüm ki, həmin xoşsimalı cavan İmam Zaman (Allah fərəcini tezləşdirsin) imiş
    Biharul-ənvar, c. 23, səh. 346.
    Deməli, İmamın nuru hər yerdə vardır və bizi görür, intəhası bu həqiqətin dərki bütün camaata çətin olduğu üçün və çılpaq həqiqətlərlə üzləşən zaman məsələni qavramaqda aciz qalıb mövhumata, xurafata mübtəla olduqlarına görə həmin həqiqətlər daha aşağı səthdə bəyan edilmişdir. O cümlədən, deyilir ki, bizim əməl naməmiz baxılmaq üçün İmam Zamana verilir, və ya bəzi rəvayətlərdə əməllərin peyğəmbərin və Allahın hüzuruna ərz edilməsindən xəbər verilmişdir. Rəvayətlərin birində göstərilir ki, söhbət həftənin günlərindən, o cümlədən cümə axşamı günündən düşəndə İmam Rza (ə) buyurdu: - "Cümə axşamı günü bir gündür ki, həmin gündə bəndələrin əməlləri Allahın, Onun Rəsulunun və İmamların ixtiyarına təqdim edilər.”
    Nisa, 33
    Bəzi rəvayətlərdə nəql edilir ki, mələklər insanın əməllərini yazıb qeydə alandan sonra, axşamüstü onu ərşə aparıb Allahın hüzuruna təqdim edirlər. Mümkündür belə bir sual yaransın ki, məgər Allah-təala bütün yerdə hüzura malik deyil ki, əməlləri ərşdə Ona çatdırırlar? Amma bilməliyik ki, vücudun hər mərtəbəsinin tələb olunan xas ləvazimatı vardır və əməllərin təqdimatı da özünəməxsus sistemə malikdir və bu sistem Allahın rübubiyyət sistemi ilə mütənasibdir və Allahın hər yerdə hüzura malik olması ilə heç də tərs mütənasiblik yaratmır.
    Əməllərin şahidlərin nəzərindən gizli qalmaması
    Deyilənlərə əsasən biz ayıq olmalıyıq ki, şüurlu bir aləmdə yaşayırıq. Bu aləmdə bizim əməllərimizə və danışıqlarımıza şahid olan görən gözlər, eşidən qulaqlar vardır. Bəzi ayə və rəvayətlərin zahiri mənalarına əsasən hətta yer, ağaclar, quşlar da şüura malikdirlər və anlayırlar. Əlbəttə, biz qafilik! Əgər belə olmasa, ən azından bizim əməllərimizə müvəkkil olan mələklər ki, vardır və görürlər. Bunlardan daha yuxarı İmam Zaman həzrətləri bizim əməllərimizə diqqət yetirir və hər kəsdən daha yuxarı Haqq Təalanın müqəddəs Zatı bizim əməllərimizə şahiddir: "...Allah hər şeyi bilən, hər işə şahiddir.”
    Qaf, 16-18
    Allah-təala insanın aşkar və gizli işlərindən agah olması və həmçinin mələklərin insanın əməllərinə göz yetirməsi barədə buyurur:
    "İnsanı yaradan Bizik, Biz də bilirik nəfsi ona nə pıçıldayır. Biz ona şah damarından daha yaxınıq. Hər şeyi qeydə alan iki mələk əyləşmiş sağında və solunda. Ağzından söz çıxdımı, hazırdırlar yanında bu gözətçi mələklər.”
    Nisa, 41
    Başqa bir yerdə Peyğəmbərin (s) Qiyamətdə şəhadəti barəsində buyurur:
    "Hər ümmətə bir şahid gətirsək və Səni də bunlara şahid gətirsək, necə olar halları?”
    Nəhcül-Bəlağə (Şəhidinin tərcüməsi), Qisar kəlməsi 324, səh. 420
    Allah rəsulunun və digər şahidlərin Qiyamətdə şəhadətini bəyan edən bu ayələrdən görünür ki, həmin şahidlər dünyada bəndələrin əməllərinə göz qoyurlar. Əgər belə olmasaydı, dünyada onlar insanların əməllərinə vaqif olmasaydılar, Qiyamətdə necə şəhadət verə bilərdilər? Məgər bir kəsin bir hadisəni müşahidə etmədən həmin şeyə şəhadət verməsi mümkündürmü? Əgər biz bu nöqtəyə diqqət yetirsək, bilsək ki, bu yaşadığımız dünya lal və şüursuz deyil, bəlkə bizi hər an izləyən, əməllərimizə diqqət yetirən bir kəslər mövcuddur – baxmayaraq ki, biz onları görmürük – ayıq olub, hər işdə rəftarımıza diqqət yetirərik, bəzi bəyənilməz işləri görməkdən həya edərik. Anlayanda ki, bizim əməllərimiz qeydə alınır və Qiyamət günü aşkar olacaq, həya hissi alçaq işlərin baş tutmasına mane olacaqdır. İnsan bir günaha mürtəkib olmaq istəyəndə, diqqət edəndə ki, insanın əməli yer, göy və bir sıra lövhələrdə qeydə alınır və bir gün üzə çıxacaqdır, həmin günaha əl bulaşdırmaqdan çəkinir və xəlvətdə olanda da günah etmir; çünki, Həzrət Əli (ə) buyurur: - "Xəlvətdə Allaha asi olmaqdan çəkinin, çünki şahid olan Kəs həm də Hakimdir.”
    Ali-İmran, 30
    Əgər kimsənin sizi görməsini arzulamadığınız bir vəziyyətdə, sizin şəklinizi çəksələr, siz bu şəkilin gələcəkdə kimsənin əlinə keçməsindən qorxub, bir yolla o şəkili məhv etməyə çalışırsınız. Məlumdur ki, insan onun abrını aparacaq, xəcalət çəkməsinə səbəb olacaq şəkilinin çəkilməsini istəmir. Adətən insan şəkil çəkdirmək istəyəndə başına, üzünə yaraşıq verir, gözəl libas geyinir və səy edir maraqlı bir qiyafə alınsın. Gülümsəyib özünü şux göstərir ki, şəkili mümkün qədər yaxşı çıxsın. Onun üçün, onun rüsvayçılığına səbəb olacaq şəkilin çəkilməsini xoşlamır. Bu təmsilə diqqət edərək biz bilməliyik ki, daimən yer, göy, qapı və divar kimi təbii amillər bizim şəklimizi çəkməkdədirlər və Qiyamətdə o şəkilləri aşkara çıxaracaqlar. Belə olan surətdə səy etməliyik ki, Qiyamətdə bütün rəftarların və fikirlərin aşkar olacağı gündə rüsvay olmamaq üçün pis və xoşagəlməz bir halda bizim şəkilimiz çəkilməsin:
    "Hər kəsin qabağına çıxar elədiyi pislik – pis əməldən nə qədər uzaq düşmək istəsə də. Qabağı düşünün. Allah Özü ilə qorxuzur sizi...”
    Əz-Zumər, 11
    Bəndəlikdəki ixlas – şadlığın və öyünməyin mayası
    "Ey Əbuzər! Elə bir səhər və axşam yoxdur ki, yerin (müxtəlif) nöqtələri bir-birinə deməsinlər: - "Ey qonşum, sənin üzərində Allahı zikr edən bir kəsi heç gördünmü? Ya, Allaha səcdə etmək üçün alnını sənin üzərinə qoyan bir kəsə rast gəldinmi?” Bəziləri deyərlər "bəli”, bəziləri də "yox” deyərlər. "Bəli” deyənlər lovğalanıb şad olarlar və özlərini başqalarından üstün bilərlər.”
    Bu şərif hədisdə işarə olunmuş mətləblərdən biri də yerin, Allah bəndəsinin onun üzərində ibadət etdiyi və alnını səcdəyə qoyduğu zaman lovğalanıb özünü öyməsidir. Baxıb görmək lazımdır ki, bu lovğalanmağın və öyünməyin sirri nədir? Sirri budur ki, Allah yanında əsas dəyər kəsb edən şey Ona diqqət yetirməkdir. Başqa işlər o zaman dəyərə minir ki, Allahı nəzərdə tutmaqla yanaşı və Allah xatirinə görülmüş olsun. İş o zaman Allah xatirinə görülmüş olur ki, insan Allahı yadından çıxarmasın, yoxsa ki, Allahdan qafil olan bir kəsin gördüyü iş Allah xatirinə olmaz və ya öz ürəyindən keçənləri təmin etmək və ya camaatın xoşuna gəlmək qəsdi, ya da hər hansı maddi niyyətlər səbəbi ilə görülən işlərin Allah yanında dəyəri yoxdur.
    Deməli, Allahı düşünmək, Onu diqqətdə tutmaq və insanı əbədiyyətə bağlayan hər bir şey əsalətə malikdir və başqa şeylər də Allaha diqqətin kölgəsində dəyər tapır və Allahı yad etmədən dəyər qazanmır. Bu cəhətdən də insanın həqiqi kamalı, Allahı nəzərdə tutmağın kölgəsində hasil olur. Əgər bu məna ruh kimi insanın bütün əməllərinə üfürülsə həmin əməllər dəyər taparlar. Bundan qeyri surətdə - Allahı nəzərdə tutmadan, əməlləri və ibadətləri İlahi niyyət və xalisliklə yanaşı etmədən – həmin əməllər ruhsuz cəsəd kimi və dəyərsiz olacaqdırlar. Deməli, bütün əməllərimizi Allah niyyəti ilə görməliyik:
    "De ki, "Mənə əmr olunub təkcə Allaha ibadət eləyim, təkcə Ona könül verim.”
    Məryəm, 51
    Allahın ixlasa olan təkidi, xüsusilə də dindəki ixlasa, ona görədir ki, insan Allahın bəndəsidir və Allaha bəndəlik və ibadət etmək üçün yaradılmışdır. İnsan həyatı boyunca və həyatının bütün mərhələlərində təkamülə və səadətə can atmalıdır və bu mühüm məsələ ixlassız və Allaha tərəf yönəlmədən hasil olmur. Buna görə də Allah üçün ibadəti xalisləşdirmək dinin ən böyük göstərişlərindəndir, çünki ixlas özü insanın Allah-təalaya yaxınlaşması və tələb olunan kamala çatması üçün mühüm olan amillərdən biridir. Bu cəhətinə görə də Allah-təala Qurani-Məciddə möminləri ixlasa dəvət edir. Bunu da bilməliyik ki, insan, Allahın onu Özünə görə xalis edə biləcəyi dərəcəyə çata bilər. Bunu Quranın əksər ayələrində Allahın müxlisləri tərifləməsində görmək olar. Necə ki Həzrət Musa (ə) barəsində buyurur:
    "Musanı da yad et Kitabda. Şübhəsiz o, xalis olan bir insan, gördərilmiş bir peyğəmbərdir.”
    Sad, 82-83
    "Müxlis” ("Lam” hərfinə kəsrə verilməklə) o adama deyilir ki, ixlas sahibidir və işlərini ixlasla, təmiz görür, amma "müxləs” ("Lam” hərfinin fəthə qəbul etməsilə) yəni o kəs ki, xalis olmuşdur. Təbii ki, xalis olmuşun xalis edənə ehtiyacı var və aydındır ki, müxləsi xalis edən Allahdır. Bu xalisləşmənin həddi o yerə qədərdir ki, hətta Şeytan artıq onları yollarından azdıra bilmir:
    "Sənin qüdrətinə and içirəm, onların hamısını azdıracağam. Sənə (görə əməllərində) xalis olmuş bəndələrdən savayı hamısını.”
    Yusif, 24
    Bu şərif ayənin şərhində qeyd etməliyik ki, "müxləs”in (xalis olmuşlar) Şeytanın toruna düşməyə mane olan nəfsani, ruhani və mənəvi qüvvəyə malikdirlər və Şeytan onlara pis təsir göstərə bilmir. Əlbəttə, Allahın ilahi lütfü və inayəti ilə onlar bu qüdrətdən bəhrələnə bilmişlər. Allah-təala Həzrət Yusif (ə) barəsində buyurur: "Doğrudan da, qadın ona meyl salmışdı. Əgər Rəbbinin dəlilini (xəbərdarlığını) görməsəydi, Yusif də ona meyl edərdi. Biz pisliyi və biabırçılığı (zinanı) ondan sovuşdurmaq üçün belə etdik. O, həqiqətən, bizim xalis bəndələrimizdəndir!”
    Nisa, 95
    Bu ayədə təkid edilmişdir ki, münasib və vəsvəsəedici şəraitin yaranmasına baxmayaraq Yusif günaha mübtəla olmur. Əgər başqa bir adam həmin şəraitlə üzləşməli olsaydı, Şeytanın toruna düşərdi. Çünki Həzrət Yusif (ə) cavanlığının ən yetkin və çılğın vaxtlarını yaşayırdı. Cavanlığın bu dövrü cinsi meyllərin qönçələnən – bahar çağıdır. Misir padşahının vəzirinin də evi dünya nemətləri ilə dolu idi. Həmçinin vəzirin arvadı şəraiti elə hazırlamışdı ki, əgər Yusif İlahi dəlilləri görməsəydi yolunu azardı.
    İxlas
    Deyilənlərə diqqət etdikdə məlum olur ki, insanın əməlinə dəyər verən, onu Şeytanın aşkar və gizli toruna düşməkdən qoruyan amil ixlas və Allaha yönəlmədir. Bu cəhətinə görə də hətta ən müqəddəs və böyük işlər əgər Allah üçün görülməzsə, dəyərsiz olacaqdır. Ayələrin və rəvayətlərin göstərdiyinə görə ən üstün əməllərdən biri cihaddır. Belə ki, Allah buyurur:
    "...Allah malları və canları ilə vuruşanları evlərində əyləşənlərdən (cihada getməyənlərdən) dərəcə etibarı ilə üstün tutdu. Allah bunların hamısına (hər ikisinə) savab vəd etmişdir. (Lakin) Allah mücahidlərə evdə oturanlardan daha böyük mükafatla imtiyaz vermişdir.”
    Əl-Əhzab, 41
    İndi, əgər cihad, bu yüksək əzəməti və dərəcəsi ilə Allahdan qeyri niyyətlə görülərsə heç bir dəyər, qiymət kəsb etməyəcəkdir. Bəzi rəvayətlərə əsasən Peyğəmbərin (s) zamanında baş vermiş müharibələrin birində bir nəfər döyüş meydanında rəşadətlə vuruşaraq ölür. Həmin adamın döyüşməsi və qoçaqlığı başqalarında ona qarşı hüsn-rəğbət yaradır.Bu üzdən Peyğəmbərə (s) deyirlər: - "Həmin şəxsin döyüşdə rəşadət və qoçaqlıq göstərməsinə görə Allah yanında çox yüksək məqamı var.” Peyğəmbər (s) onların cavabında buyurur: - "O Allah yolunda şəhid olmamışdır, eşşəyi yolunda öldürülmüşdür. (Çünki həmin adamın ulağı qorxudan hürküb düşmən qoşununun arasına qaçmışdı. O adam da ulağını tutmaq üçün düşmənlə döyüşürdü!”
    Bəli, hər cihad, mübarizə və ölmək insanı kamala çatdırmır. O şəhadət insanı kamala çatdırar ki, Allah xatirinə olmuş olsun. Necə ki, bizim əziz şəhidlərimiz, müharibə vaxtı şəhid olmaları üçün nəzir edirdilər. Hərdən qırx çümə axşamı və ya çahar şənbə Cəmkəran məscidinə gedirdilər, Allahdan istəkləri, arzuları şəhadət idi. Bu cür şəhadətlər Allahı anmaqla, Onu nəzərdə tutmaqla yanaşı olduğu üçün dəyərlidirlər.
    İnsan əməlinin dəyəri, yüksəkliyi və alçaqlığı onun niyyəti ilə ölçülür. Əgər niyyət pak olub, əməl Allah üçün nəzərdə tutularsa, həmin əməl dəyərli olacaqdır. İnsanın Allahı yad etməsi nə qədər artarsa, onun Allaha olan məhəbbəti və mərifəti nə qədər dərinləşərsə, Allah niyyətilə gördüyü hər bir əməlin dəyəri də dərəcə baxımından bir o qədər artacaqdır. Bunun müqabilində əgər insanın əməli Allaha məhəbbətsiz və mərifətsiz əncam taparsa, ruhsuz və xasiyyətsiz cəsəd kimi olacaqdır.
    Yerin müxtəlif nöqtələri və guşələri bir-birindən sual edəndə demirlər "sənin üzərində cihad edən və ya ehsan verən olubmu?” Soruşurlar: - "Sənin üzərində Allahı yad edən olubmu?” Deməli, əgər insanın əməli Allahı nəzərdə tutmaqla olsa ibadət sayılır; onun cihadı, ehsanı, namazı ibadət olacaqdır. Elmi öyrənməsi, öyrətməsi, mübahisəsi, hətta qulaq asması ibadət olacaqdır.
    Amma əgər ixlas olmasa, onun əməli nəinki ibadət deyil, bəlkə başqalarının diqqətini cəlb etmək üçün bir vasitədir! Deməli, diqqəti çəkən və mühüm olan şey – necə ki, hətta yerin müxtəlif tikələri də onun əhəmiyyətini dərk etmişlər – Allahı nəzərdə tutmaq və İlahi dərgahda hüzura malik olmaqdır.
    Biz Qurani-Məcidi vərəqlədiyimizdə, Onun elə bir səhifəsinə rast gəlmək olmaz ki, orada Allahı yad və təsbih etməkdən söz açılmasın. O cümlədən Allah buyurur:
    "Ey iman gətirənlər! Allahı çox zikr edin!”
    Ali-İmran, 191
    Başqa bir yerdə Allah-təala ağıl sahibləri üçün göydə, yerdə, gecə və gündüzün dolanmasında olan dəlilləri zikr edəndən sonra ağıl sahiblərini belə tanıtdırır:
    "O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər və ...”
    Biharul-ənvar, c. 13, səh. 343
    İmam Sadiq (ə) buyurur: - "Həzrət Musa (ə) Allah-təalaya ərz edir: - "Pərvərdigara! Hərdən elə vəziyyətlə rastlaşmalı oluram ki, həmin anda Səni yad etməkdən həya edib utanıram. (Bəlkə də subaşına çıxdığı anları nəzərdə tuturmuş). Allah-təala cavabında buyurur: - "Ey Musa! Məni yad etmək bütün hallarda yaxşıdır!”
    İksir – sehirli, fövqəladə bir qüvvəyə malik əfsanəvi maddə
    Bu cəhətinə görə hətta subaşına çıxılması üçün də dualar nəzərdə tutulmuşdur ki, insan o halda olanda da Allahdan qafil olmasın. Çünki Allah bizim ömrümüzün bir anının belə Ondan qəflətdə olmasına və ibadətsiz keçməsinə razı olmur. İnsanın kamalı Allaha ibadətin və bəndəliyin kölgəsində hasil olur. Bunun üçün də çalışıb səy etməliyik ki, bütün hallarda zəif olsa da belə Allahı nəzərdə tutaq. Allahı yad etmək və Onu nəzərdə tutmaq elə bir iksirdir
    (Hud - 7) ki, onu hər hansı bir dəyərsiz əşyaya vursan ən yüksək qiymətə minəcəkdir. Bu iksir bizim həyatımıza dəyər verir.
    Category: Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) | Views: 541 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019