İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1823
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » 2011 » September » 24 » Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    5:00 PM
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    OTUZUNCU DƏRS
    Zikrin məqamı, faydalı əlaqələr və dostu seçməyin meyarı
    Guşənişinliyin, təkliyə çəkilməyin faydaları;
    Başqaları ilə get-gəlin, əlaqə saxlamağın faydaları;
    Ülfət və qardaşlıq ilahi nemətlər sırasında;
    Dostun seçilməsi meyarı;
    Qafillər arasında Allahı yad etməyin əzəməti;
    İnsanın öz danışığına nisbətdə məsuliyyət daşıması;
    Möminlə bir süfrədə oturmağın hüsniyyəti və fasiqin süfrəsindən çəkinmək.
    Zikrin məqamı, faydalı əlaqələr və dostu seçməyin meyarı
    Həzrət Peyğəmbərin (s) Əbuzərə nəsihətlərinin bu bölümü başqaları ilə oturub-durmağa, əlaqə yaratmağa aiddir. Əxlaq alimlərinin öz kitablarında yad etdiyi və az-çox ixtilafda olduqları məsələlərdən biri də budur ki, İslami əxlaq baxımından başqaları ilə qaynayıb-qarışmaq, ictimai olmaq yaxşıdır, yoxsa təkliyə qapılıb bir kənara çəkilmək? Başqaları ilə qaynayıb-qarışmağın əhəmiyyəti barədə çoxlu rəvayətlər nəql olunmuşdur, o cümlədən İmam Baqir (ə) buyurur: "- Övladlarım, xalqla elə davranın ki, əgər onların arasında qayib olsanız, sizi yenidən görməyə müştaq olsunlar və əgər ölsəniz sizin üçün ağlasınlar.”
    Biharul-ənvar, c. 74, səh. 194
    Əxlaq alimlərinin təkliyə qapılmağın faydaları haqqında söylədikləri şeylər xalqla qaynayıb-qarışmağı mənfi cilvələndirir. Bunun müqabilində başqaları ilə rabitədə olmağın faydalarını zikr etmişlər və təkliyə qapılmağın zərərlərini göstərmişlər.
    Guşənişinliyin, təkliyə çəkilməyin faydaları
    O cümlədən təkliyə qapılmağın faydaları haqqında sadalamışlar:
    a) – Cəmiyyətdən uzaqlaşmaq ibadət, dünyəvi və axirəvi işlərdə təfəkkür etmək üçün farağat vaxtın yaranmasına, Allahla münacata üns tapmağa və həmçinin ilahi sirləri dərk etməyə və Allahın yaratdıqlarının qəribəliyi haqqında düşünməyə səbəb olur. Xalqla get-gəl etmək insanı bu ilahi inayətlərdən məhrum edir. Deyilmişdir:
    "Təkliyə qapılmağın tərbiyəvi və mühüm roluna görə idi ki, Həzrət Məhəmməd (s) öz risalətinin astanasında təkcə Həra dağına (mağaraya) gedərdi və Allahı ilə münacata çəkilərdi. Məhəmməd peyğəmbər (s) bir müddət beləcə xalqdan fasilə götürərdi, nəhayət, nübuvvət nuru onun qəlbində şölə saçdı və bundan sonra xalq onu Allahdan ayıra bilmədi.”
    Baxmayaraq ki, peyğəmbər fiziki olaraq xalqın arasında olurdu, amma ürəyi Allahın yanında idi, qəlbini Allahı zikr və yad etməklə yaşadırdı.
    Peyğəmbərlik qüvvəsi olmadan, ilahi dərgahın munisi məqamına çatmadan insanın zahirdə xalqla qarışıb, batində Allahı nəzərdə tutması olduqca çətin, bəlkə də imkansız bir işdir.
    b) – Təkliyə çəkilməklə insan əksər günahlardan xilas olur. Günahların əksəriyyəti xalqla təmasda hasil olur, məsələn, qeybət, riya. Çünki xalqın içərisində olanda insan riyaya, nifaqa mübtəla olur. Çünki, əgər xalqla müdara etməsə, onları pis işlərdən çəkindirməyə çalışsa, onu incidəcəklər. Bunun müqabilində əgər onlarla qaynayıb-qarışsa, müdara etsə və onlaraın çirkin əməllərinin qarşısında sükut etsə, riyaya mübtəla olacaqdır. Camaatla get-gəl etməyin eyblərindən biri də insanda dünya hərisliyini artırmasıdır.
    Təbiidir ki, insan nəfsini öz yerində oturtmağı bacarmırsa, üzərində işləməyibsə, nəfsini onu uçurumdan qoruya biləcək mərhələyə çatdırmayıbsa camaatla ünsiyyətdə günaha əl uzadacaqdır. Çox vaxt xalqla ünsiyyətdə olmağın özü günaha bulaşmağın zəminəsini yaradır.
    c) - İxtilaflardan və keşməkeşlərdən azad olmaq, dini qorumaq və nəfsi ictimai azğınlıqlardan uzaqlaşdırmaq. Çünki cəmiyyət olan yerdə təəssüb, düşmənçilik də olur. Bu cəhətinə görə də cəmiyyətdən kənarlaşan kəs bu cür problemlərdən amanda olur.
    d) - Camaatın dilindən nicat tapmaq. Bəzən başqaları qeybət etməklə insana əziyyət edirlər. Bəzən ona bədgüman olmaqla, bəzən töhmət vurmaqla, hərdən də narəva sözlər danışmaqla insanın narahatlığına səbəb olurlar. Bu üzdən də insan xalqdan uzaqlaşanda bu kimi işlərdən rahat olur. Əgər camaatla qaynayıb-qarışsa, onların məclisinə qatılsa paxıl adamların paxıllığından, dedi-qodudan amanda olmayacaq. Hər an fitnə törədib, ona arxadan zərbə vurmaq fürsətini güdüb, onu tutduğu məqamından aşağı salmağa çalışacaqlar.
    e) – Tənhalığa üz tutmaq, bir güşəyə çəkilmək camaatın insana tamah salmamasına və insanın da gözünün camaatın malında, mülkündə qalmamasına səbəb olur. İnsanın asudəliyi ondadır ki, camaatın gözü ondan yığışsın. Çünki insan heç vaxt camaatın razılığını cəlb edə bilmir, çünki umacaqları, intizarları çoxdur. Bu cəhətdən nəfsin islahına çalışmaq, camaatı razı salmağa çalışmaqdan daha yaxşıdır.
    Başqalarının haqqını ödəmək istəyən bir kəs – məsələn, yas məclislərində iştirak etmək, xəstələrə baş çəkmək, toy məclislərinə getmək və s. - əgər bütün bu işləri görüb çatdırmaq istəsə, vaxtı hədər gedəcəkdir və digər işlərə vaxtı qalmayacaqdır. Əgər onlardan bəzisinə getsə, bəzisinə getməsə, nə qədər üzürlü olduğunu deyib dəlil gətirsə də, üzrünü qəbul edən olmayacaqdır. Bu cəhətdən də başqalarına borclu qalacaqdır və bunun özü kin-küdurətə, düşmənçiliyə səbəb olacaqdır. Amma bu işlərdən birdəfəlik fasilə götürən adam üçün bu cür problemlər çox az ortaya çıxır.
    ə) - Tənhalığa çəkilən şəxsin canı məğrur, axmaq insanları müşahidə etməkdən – ki, onlarla görüşmək insanın ovqatını korlayır – rahat olur. Əməşə dedilər: "- Gözün niyə narahat oldu?” Dedi: "- Dikbaşlara, məğrur insanlara baxdım.” Buna görə də dünyəvi baxımdan axmaq, məğrur insanları görmək insanın ruhuna mənfi təsir göstərir və mənəvi baxımdan insan onları gördüyündə, onların qeybətini etməkdən çəkinmir. Əlavə olaraq elə ki, insan başqalarının qeybətindən, özünə vurulan töhmətlərdən və sözbazların dedi-qodularından azar-əziyyət gördü, bu da onların cavabını verməyə can atacaqdır. Bütün bunlar insanın dininin xarab olmasına bais olur. Bir guşəyə çəkilməklə insan bu zərərlərdən amanda qalır.
    Başqaları ilə get-gəlin, əlaqə saxlamağın faydaları
    İnsanın əksər dünyəvi və dini ehtiyacları başqalarının köməkliyi ilə həll olur və başqaları ilə get-gəl etmədən, əlaqə qurmadan hasil olmur.
    Deməli, başqaları ilə get-gəllə insanın qazana biləcəyi şeylər, tənhalığa çəkilməklə əldən çıxmış olur. Təbiidir ki, həmin mənafenin əldən çıxması tənhalığa çəkilməyin eyblərindən biridir. Deyilənləri nəzərə alaraq başqaları ilə rabitədə olmağın bəzi faydalarını bu şəkildə sadalamaq olar:
    a) – Öyrənib-öyrətmək. Qarşılıqlı öyrənib-öyrətməyin əhəmiyyəti hər kəsə aydındır və ən üstün ibadətlərdən sayılır. Təbiidir ki, başqaları ilə ünsiyyətdə olmadan öyrənib-öyrətmək də hasil olmur. Tənhalığa çəkilən şəxsin elm öyrənib-öyrətmək imkanı olmur. Aydındır ki, tənhalığa qapılmaqla dini və dünyəvi elmləri öyrənməkdən geri qalan kəs, əgər dininin ehkamlarını öyrənə bilməsə, dünyəvi biliklərdən xəbərsiz qalsa, sağalmaz bədbəxtliklərə mübtəla olacaqdır.
    b) – Qarşılıqlı faydalar. Təbiidir ki, xalqdan bəhrələnə bilmək üçün onlarla ticarətdə, əlaqədə olmaq lazımdır. Bu mühüm iş başqaları ilə rabitə qurmadan mümkün deyil. Başqalarından xeyir götürmək istəyən kəs gərək tənhalığa çəkilməyi tərk və xalqla qaynayıb-qarışmağına səy etsin. Əlbəttə, onun səyi və işi Allahın istəkləri yönündə əncam tapmalıdır.
    Amma başqalarına xeyir yetirməyin qaydası budur ki, şəxs öz malı, cismi, fikiri ilə başqalarına bəhrə versin və onların ehtiyaclarını ödəsin. Həqiqətdə başqalarının ehtiyaclarını ödəməyə qalxmaq olduqca savablı bir işdir və bu iş xalqla qaynayıb-qarışmadan hasil olmur. Xalqın çiynindən yükü götürə bilən, onların problemlərinin həllinə çalışa bilən şəxs, böyük bir fəzilətə nail olmuşdur. Bu cür mühüm iş tənhalığa üz tutmaqla hasil olmur. Guşənişin olan insan ancaq fərdi ibadətlərini (nafilə və müstəhəbbi namazlar kimi) və şəxsi işlərini görə bilər.
    c) – Tərbiyə etmək və tərbiyələnmək. Yəni, xalqın xoşagəlməz adət və əxlaqının əlacına çalışmaq və dözmək, nəfsin əzilməsi və şəhvətin, istəklərin payimal olmasını nəzərdə tutub camaatın xoşagəlməz əxlaqına, əziyyətlərinə səbirli olmaq. Bu iş ancaq xalqla qaynayıb-qarışdıqda mümkün olur. Nəfsin paklaşması və özünütərbiyə yönündə heç bir iş görməyən, şəriət qanunları çərçivəsində şəhvətini kontrol edə bilməyən şəxs üçün, xalqla qaynayıb-qarışmaq (bu şərtlə ki, müsbət yönlü olsun) tənhalığa çəkilməkdən daha yaxşıdır. Başqalarını tərbiyələndirmək budur ki, onları pis işlərdən qorxudub çəkindirəsən, necə ki, müəllim öz şagirdi ilə belə edir. Tənhalığa çəkilməklə əldə edilənlər xalqın içərisində əldə edilən nəticələrlə müqayisə olunmalıdır. Aydınlaşdırılmalıdır ki, xalqla rabitədə olmağın insanın əxlaqının paklaşmasında rolu nə qədərdir, bundan sonra ən yaxşı yol seçilməlidir.
    d) - Başqaları ilə dostluq və üns. Bu mühüm iş məclislərdə iştirak etmək, başqaları ilə oturub-durmaqla hasil olur. Əlbəttə, insanı harama çəkən məclislərdən uzaq olmaq lazımdır, dostluq Allahın istəkləri və şərin buyruqları əsasında qurulmalıdır. İnsan onun kamalını, biliyini zənginləşdirən məclislərə qatılmalıdır, insanın vaxtını hədərə verən, maddi və mənəvi zərərlər bahasına başa gələn məclislərdən uzaq gəzilməlidir. İnsanın xoşbəxtliyə, bədbəxtliyə nail olmasında dostun, yoldaşın rolu çox böyükdür. Bu cəhətdən də dostun seçilməsinə həddən artıq diqqət edilməlidir.
    Peyğəmbər (s) buyurur: "- İnsan öz dostunun dinindədir. Belə isə, sizdən hər biriniz baxıb görsün kiminlə dostluq edir.”
    Biharul-ənvar, c. 1, səh. 204
    Loğman, alimlər, üləma ilə oturub-durmağın əhəmiyyəti haqqında oğluna deyir: "- Övladım! Alimlərlə həmsöhbət ol və qarşılarında təvazökar olub dizi üstə otur. Bil ki, qəlblər hikmətlə dirilik tapır, necə ki, ölmüş torpaq yağış ilə cana gəlir.”
    İbrahim - 28
    Və ya, Sədi, alim və abidlə həmsöhbət olmağın fərqi barədə deyir: "- Sufilər xanəgahından bir nəfər üz döndərib mədrəsəyə gəlir. Ondan soruşdum: "- Alimlə abid arasında nə fərq gördün ki, onu buraxıb bunu tutdun?” Dedi: "- O dalğalar arasından öz kilimini dartıb çıxartmağa çalışırdı, amma bu cəhd edir ki, boğulanı dartıb çıxartsın.”
    e) - Cəmiyyət arasında olmağın faydalarından biri də savab qazanıb başqalarına da savab qazandırmaqdır. Savaba nail olmaq xalqın yas mərasimlərində iştirak etməklə, xəstələrə baş çəkmək, dost-tanışın evinə get-gəl etmək və onların qəminə, sevincinə şərik olmaqla hasil olur. Çox vaxt bu kimi mərasimlərə qatılmaq müsəlmanların qəlbinin şad olmasına, qardaşlıq əhdinin möhkəmlənməsinə səbəb olur. Bunun özünün böyük savabı vardır. Amma başqalarına savab yetirmək budur ki, qapını başqalarının üzünə açıq qoysun ki, camaat müsibətdə, sıxıntıda onun evinə gələ bilsin və dərdinə şərik olub qəmxarı olsun, şadlıqlarda onun nemətindən bəhrələnib, ona gözaydınlığı verib təbrik desin. Bu işlərlə camaat savaba batmış olur. Əgər bir nəfər alim evinin qapısını başqalarının üzünə açıq qoysa, bu iş səbəb olacaq ki, xalq onu ziyarət etməklə savab qazansın.
    ə) – Təvazökarlıq. Başqaları ilə oturub-durmağın nəticəsində insanda təvazökarlıq xisləti meydana çıxır ki, tənhalığa çəkilməklə insan yüksək məqamlardan sayılan bu xislətə nail ola bilmir. Çünki hərdən kibrin özü insanın tənhalığa üz tutmasına səbəb olur.
    Nəql edirlər, bir nəfər alim hikmətə dair 360 risalə yazır. İş o yerə çatır ki, Allah yanında yüksək məqam sahibi olduğunu görür. Allah onun zəmanəsinin peyğəmbərinə vəhy edir ki: "- O alimə söylə, -"sən yer üzünü nifaqla doldurub bir-birinə vurmusan, Mən sənin pərişanlığa səbəb olan işlərini bəyənmirəm.” Bundan sonra həmin alim tənhalığa çəkilir, cəmiyyətdən aralanır və yerin altında balaca bir daxmada yaşamağa başlayır. Həmin alim öz-özünə deyir: "- İndi Allah-Təala məndən razı qalacaqdır.” Allah öz peyğəmbərinə vəhy göndərir ki, - "ona denən xalqla qaynayıb-qarışmayınca, onların əziyyətlərinə səbr etməyincə Mən səndən razı olmayacağam.” Bu sözləri eşidən alim öz xəlvət daxmasından çıxıb camaat arasına qatılır – küçədə, bazarda adamlarla həmsöhbət olur, bir süfrədə əyləşib çörək yeyir. Nəhayət, Allah vəhy edir: "- İndi səndən razı qaldım.”
    O qədər insanlar olub ki, evlərində oturub camaatdan aralı gəziblər və həmin tənhalığa qapılmaları onların təkəbbürünə səbəb olub. Bundan sonra həmin təkəbbür onların camaatla qaynayıb-qarışmalarına mane olub, çünki başqaları ilə bir məclisdə oturmağı özlərinə sığışdırmayıblar.
    j) – Təcrübə qazancı. İnsan camaat arasında təcrübə qazanır, çünki insan başqalarının arasında olmaqla onları fikirlərinə, əməllərinə vaqif olur. Onların əməllərindən həyatda düşüb-çıxdıqları çətinliklərdən agah olmaqla, həyatın düzgün yolunu başa vurmaqda özlərinə təcrübə toplayırlar. Məlumdur ki, insan əqli təklikdə onun dünyasına və dininə lazım olan şeyləri anlamağa kifayət etmir və bu işlərdə təcrübə ona kömək edir. Təcrübəsi olmayan kəsə tənhalığa çəkilmək fayda vermir.
    Deyilənlərə əsasən aydın oldu ki, nə bütövlükdə tənhalığa çəkilməyi rədd etmək olar, nə də bütövlükdə camaatla qaynayıb-qarışmağı, get-gəl etməyi müsbət hal kimi qiymətləndirmək olar. Hər kəsin öz ruhiyyəsinə, oturub durduğu adamların ruhiyyəsinə və bu əlaqələrin məqsədinə görə hökm fərq edir. Bir sözlə, camaatdan uzaq gəzmək düşmənçiliyə və ədavətə səbəb olur, onlarla ifrat həddə qaynayıb-qarışmaq isə insanın əxlaqını korlayır. Buna görə də insan bütün hallarda bu ikisinin arasında olan orta həddə riayət etməlidir.
    Ülfət və qardaşlıq ilahi nemətlər sırasında
    Şübhəsiz Allah yaratdığı bütün şeyləri – dağdan, dərədən, meşədən, dənizdən tutmuş, insanlara, heyvanlara qədər – hamısını nemət qərar vermişdir. Fənn əhlinin təbirilə desək, bu aləm həmahəng, harmonik bir sistemə malikdir ki, onun bütün hissələri bir-birilə sıx əlaqə təşkil edirlər. Vaqiyyətdə aləmə gözəl, əhsən bir sistem hakimdir və hər şey öz yerində qərar tutmuşdur. Bütün yaradılmışlar bir-biri ilə sıx rabitədə olub, bir-birindən bəhrələnirlər. Bu qanunauyğunluq sırasında insanlar Allahın həyatda onlar üçün nəzərdə tutduğu hədəfə görə ki - bu hədəf insanın kamala yetməsidir – bir-birilərinə faydalı olub, bir-birilərindən müsbət bəhrələnməlidirlər. Başqa bir tərəfdən, Allah-Təalanın əslində insanları əhsən sistem xəttində kamala doğru irəliləmələri üçün bir-birilərinə nemət qərar verməsinə baxmayaraq, amma insan faili-muxtar olduğu üçün Allahın nemətlərini bədbəxtliyə və zərərə də çevirə bilər. Necə ki, Allah buyurur: "Məgər görməzmi oldun, Allahın nemətini küfrlə necə dəyişmiş onlar, öz qövmlərini də məhvə yuvarlatmışlar?”
    Ali-İmran - 103
    Deyilənləri nəzərə alsaq, insanlar başqalarının onlardan bəhrələnə bilmələri üçün, həm özlərini başqaları üçün nemətdə qərar verə bilərlər, həm də onların bədbəxtliyə düçar olmalarına səbəb ola bilərlər. Qardaşlıq və dostluq əlaqələri ilahi nemətlərdən biri olub Allahın xüsusi inayətini daşıyır, o yerə qədər ki, Allah buyurur: "Allahın ipindən yapışın hamılıqla, ayrılmayın ondan. Anın Allahın sizə verdiyi bol neməti. Düşmən idiniz bir zaman, qəlblərinizi Allah birləşdirdi. Onun nemətilə qardaş oldunuz...”
    Usuli-Kafi, c.2, səh. 166
    Belə isə, xalq arasında ilahi nemət olan ülfət və peyvəndin qədri bilinməlidir, həmçinin bu ülfətin möhkəmləndirilməsinə çalışılmalıdır. Bir müsəlman səy etməlidir bütün hallarda öz müsəlman qardaşının qəmxarı və yavəri olsun.
    İmam Sadiq (ə) buyurur: "- Müsəlman müsəlmanın qardaşı, onun görən gözü və bələdçisidir. Müsəlman müsəlmana xəyanət etməz, zülm rəva bilməz, yalan deməz və onun qeybətini etməz.”
    Biharul-ənvar, c. 71, səh. 186
    Amma demək olmaz bütün insanlarla əlaqə yaratmaq yaxşıdır və eləcə də əksinə, demək olmaz insanlarla oturub-durmaq mütləq şəkildə zərərlidir və insan heç kimlə get-gəl etməməlidir. Bəlkə elə bir meyarı nəzərdə tutmaq lazımdır ki, onun əsasında müsbət yönlü əlaqələri insanın zərərinə səbəb olan əlaqələrdən ayırmaq mümkün olsun. İnsan ona mənəvi və ilahi hədəflərə çatmaqda kömək edən məclisləri, insanları tanımalıdır, bilməlidir ki, ruhi təkamülə çatması üçün kiminlə oturub durmalıdır və ya kimə müsbət, tərbiyəvi təsir qoya biləcəyini ayırd etməlidir. Başqalarına müsbət təsir göstərməyin özü də insanın təkamülünə səbəb olur. Əgər insan başqalarına xidmət etməyi özünə borc bilsə - istər maddi xidmət olsun, istərsə də mənəvi – və özünə vəzifə bildiyi üçün başqalarını doğru yola yönəltsə, özü təkamül edəcəkdir. Çünki insanlıq vəzifəsini yerinə yetirdiyinə görə Allaha ibadət etmiş olur və nəticədə daha da kamilləşir.
    Həqiqətdə bu aləmdə, biz başqalarına nə qədər xidmət etsək, əgər düzgün və şəriətin buyuruqları əsasında olmuş olsa, həmin xidmət həqiqətdə özümüzə qayıdacaq; yəni Allaha ibadət etmiş oluruq və savabı özümüzə aid olacaqdır. Deməli, əgər ictimai əlaqələr insanın başqalarına xeyir verməsinə və ya başqalarından özünə mənəvi xeyir götürməsinə səbəb olarsa, qaynayıb-qarışmaqla daha da yaxşı hədəfinə fikir verərsə və elmi, qəlbi diqqəti artmış olarsa, bu cür ictimai əlaqələr onun üçün dəyərlidir.
    Bunun müqabilində insanın onun dünyasına və axirətinə heç bir xeyri olmayan məclislərə qatılması, onun geriləməsinə, qəflətinə səbəb olan yerlərə get-gəl etməsi bəyənilən deyil. Buna görə də hər insanı dostluğa seçmək düzgün deyil. Dostun yüksək və dəyərli xislətləri dostluğa səbəb olmalıdır. Əlbəttə, dostda olan həmin ali xislətlər başqaları ilə həmsöhbət olduğunda təsir bağışlayır. Düzdür ki, bəzi dostluqlar dünyəvi faydalara görə olur, hər iki tərəf pulu, vəzifəni nəzərdə tuturlar, amma ən mühüm faydalar dini faydalardır. Məsələn, həmsöhbətin elmindən, əməlindən, yüksək mənəvi məqamından faydalanmaq kimi.
    Dostun seçilməsi meyarı
    Münasib dostu seçməyin çətinliyi, yaxşı və pis dostun insana göstərə biləcəyi mənfi və müsbət təsiri nəzərdə tutaraq İslam qaynaqlarında dostu seçməyin meyarlarını bəyan edən fəsillərə yer verilmiş, əxlaq ustadları münasib dostun xüsusiyyətlərini sadalamışlar. O cümlədən, Allahın Rəsulundan (s) soruşanda ki, ən yaxşı dost kimdir, cavabında buyurur:
    "- O kəsdir ki, görüşü Allahı sizə xatırladır, danışığı elminizi artırır və əməli axirəti sizin yadınıza salır.”
    Biharul-ənvar, c. 18, səh. 189
    Həzrət İsanın (ə) səhabələri ondan soruşanda ki, kiminlə oturub-duraq, cavabında deyir: "- O kəslə oturub-durun ki, onu görməyiniz Allahı sizin yadınıza salsın, əməli sizi axirətə müştaq etsin və elmi sizin əqlinizi, məntiqinizi artırsın.” Həmçinin onlara buyurur: "- Günah əhlindən uzaqlaşmaqla Allaha yaxınlaşın, günahkarlarla düşmən olmaqla Allahla dost olun və onları qəzəbləndirməklə Allahın rizayətini qazanın.”
    Furqan – 28-29
    Qurani-Kərim Haqqın və ilahi peyğəmbərlərin yolundan çıxmaqla özünə və başqalarına sitəm edərək Allahın qəzəbinə gəlmiş ziyankarın dilindən belə buyurur:
    "Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim;
    And olsun ki, Quran mənə gəldikdən sonra məni ondan (Qurana iman gətirməkdən) o sapdırdı. Şeytan insanı (yoldan çıxartdıqdan, bəlaya saldıqdan sonra) yalqız buraxar (zəlil, rüsvay edər).
    Usuli-Kafi, c. 4, səh. 451
    Bu qəbildən olan ayələr ona dəlalət edir ki, insanın azmasına səbəb olan amillərdən biri də yararsız və namünasib dostlardır. Buna görə də tapşırılır ki, mömin batini çirkin adamlardan və günah üstündə düzənlənmiş məclislərdən uzaq olsun. Əlbəttə, insanlar hamısı bir cür deyillər. Bəziləri elə möhkəm iradəyə malikdirlər, özlərini elə hazırlayıb bərkitmişlər ki, hər hansı şəraitdə təsir altına düşmürlər, əksinə, qarşı tərəfi təsir altına alırlar. Amma bəziləri iradənin süstlüyündən, imanın zəifliyindən, hər kimlə oturub-qalxsalar qarşı tərəfin rəngi-ruhunu mənimsəyirlər. Bunun üçün də insan kiminlə oturub-durduğuna diqqət etməlidir. İradələri güclü olanlar da başqalarının təsir altına düşməmələrinə baxmayaraq baxıb görməlidirlər kimdən daha çox fayda götürə bilərlər, kiminlə oturub-durmaları daha məsləhətlidir.
    Deməli, hər bir şəraitdə camaat arasında olduqda, əgər onlarla oturub-durmaq Allahı bizim yadımıza salırsa, onunla oturub-durmaqla bizim elmimiz artırsa, onların köməkliyi ilə həyatın düzgün yolunda rahat qədəm götürə biliriksə, məlumdur ki, bu cür əlaqələr tərbiyəvi və lazımlıdır; amma bundan qeyri surətdə camaat arasına qatılmalar əks və xoşagəlməz nəticələr verəcəkdir. Deməli, mütləq şəkildə deyə bilmərik ki, hər görüş yaxşıdır və insan hər məclisə gedib hər kəslə oturub-durmalıdır. İnsan gülərüzlüyü, xoşrəftar olmağı bəhanə edib hər kəslə əlaqə yaratmamalıdır. Həqiqətdə bu cür fikirlərlə insan özünü aldatmış olur.
    Hər kəslə get-gəl etmək insanın xeyrinə deyil. Çox vaxt insan əvvəldə pak niyyətlə məclisə daxil olur, sonra anlayır ki, bu məclisə qatılmağı onun ziyanına imiş. Çünki, görür yaxşı hesab etdiyi adamlar qeybət, yalan, bihudə sözlər danışırlar və onu dünyəvi keçici ləzzətlərə dəvət edirlər. Ya rəftarları bir cürdür ki, insanı dünyaya çəkir və axirətdən qafil edir. Belə olan surətdə insan xoşüzlüyün yaxşı əxlaq olduğunu bəhanə edib onların sırasına qatılmamalıdır. Amma özünə güvənirsə, mənəvi gücü onlara təsir göstərəcək qədər güclüdürsə qatılmağın maneəsi yoxdur. Düzdür ki, bilir onların rəftarı bəyənilməzdir, amma onları moizə və nəsihətlə hidayət edə biləcəyinə arxayındır. Əmr be məruf, nəhy əz münkər niyyəti ilə - ki, müqəddəs şəriətdə bu işə xüsusi əhəmiyyət verilir – belə get-gəllər yaxşı ola bilər.
    Rəvayətlərin birində peyğəmbər (s) buyurur: "- Baxın görün kiminlə yoldaşlıq edirsiniz, çünki hər kəsin ölümü çatanda Allahın hüzurunda dostlarını onunla qarşı-qarşıya qoyarlar. Əgər dostları yaxşı dəstədən olsalar, onu da yaxşıların sırasında yerləşdirərlər, əgər pislərdən olsalar, o da həmin zümrədə yer tutar.”
    Əl-Muzzəmmil – 6-7
    Deməli, əgər sual olunsa ki, İslam əxlaqı baxımından cəmiyyət arasına qatılmaq, insanlarla qaynayıb-qarışmaq yaxşıdır, yoxsa təkliyə çəkilib guşənişin olmaq, cavabında deyirik: belə deyil ki, get-gəl etmək bütün hallarda yaxşı olsun, təkliyə çəkilmək pis; məsələ ondadır ki, insan onu günaha sürükləyən, haqq yoldan azdıran, imanının zəifləyib şəkkə-şübhəyə düşməsinə səbəb olan kəslərdən kənarlaşmalıdır. Bu kimi azğın məclislərdən, adamlardan uzaqlaşıb təkliyə çəkilmək lazım və yerində atılan addımdır.
    Bunun qarşılığı olaraq insanlarla qaynayıb-qarışmağı tərk etmək, ictimai məsələlərdən kənarda qalmaq, insanı Allahın ictimai həyatın sayəsində qərar verdiyi bir sıra nemətlərdən məhrum edir və onu başqalarının qarşısında görməli olacağı vəzifələrdən saxlayır. Həqiqətdə təkliyə çəkilməyin mənfi cəhəti budur ki, bir sıra vacib əməllərin tərk edilməsinə səbəb olur. İnsan ictimai həyatın sayəsində kamil olan elm və bilik kəsb etməkdən qalır, onun dünyası və axirəti üçün başqalarının ona edə biləcəyi maddi və mənəvi köməklərdən, sağlam əxlaqi adət-ənənələrdən məhrum olur. Əgər hər kəs təkliyə qapılıb bir kənarda ibadətlə məşğul olmağa başlasa, başqaları ilə qaynayıb-qarışmasa, İslamın ictimai qanunları məəttəl və dondurulmuş olacaqdır. Buna görə də başqaları ilə qaynayıb-qarışmağın və əlaqələri kəsməyin - hər birinin öz yeri var və yerində hər biri bəyəniləndir. Elə-belə tənhalığa çəkilmək yaxşı deyil. Amma riyadan uzaq olmaq üçün başqalarının gözündən uzaq bir yerdə ibadət etməyin eybi yoxdur. Gündəlik problemlərin və camaatla olan əlaqələrin bu ibadətlərə mane olmaması üçün yaxşı olardı bu kimi əməllər təklikdə və gecələr görülsün. Çünki gecə, Allaha ibadət edib münacata çəkilmək üçün münasib zamandır. İnsan bu vaxtları gündəlik fəaliyyətlərindən azad olur, özü haqqında düşünməyə fürsət tapır və Allahı yad etməklə qəlbini cilalayır. Allah-təala buyurur: "Şübhəsiz ki, gecə (namaz qılmaq üçün yataqdan) qalxmaq (çox çətin olsa da) daha əlverişli və (o zaman) söz demək (Quran oxumaq, dua etmək) daha münasibdir! Çünki gündüz (ya Peyğəmbər) sənin uzun-uzadı davam edən (dünyəvi) işlərin vardır.”
    Usuli-Kafi, c. 4, səh. 451 
    Gündüz vaxtı insan əlinə təsbih alıb zikrə məşğul olmamalıdır, əksinə, camaat arasına qatılıb onların kənarında öz vəzifəsinə əməl etməlidir. İnsanların arasına qatılmadan, başqaları ilə qaynayıb-qarışmadan, tək bir otağa qapılmaqla və ya məsciddə gün keçirməklə nə elm öyrənmək olar, nə elm öyrətmək, nə də başqalarını hidayət etmək olar. Tənhalığa çəkilməklə insan ictimai xeyriyyə işlərində iştirak etməkdən, cəmiyyət qarşısında bir fərdin daşıdığı vəzifələrdən məhrum olur. İndi gör siyasi səhnədə, daxili və beynəlxalq məsələlərdə, digər ölkələrin müsəlmanlarına kömək etməkdə insan hansı məsuliyyətlərdən boyun qaçırmış olur. Başqa bir tərəfdən, insan elə bilməməlidir ki, cəmiyyətdə bu cür görülməli, qazanıla biləcək savab və xeyir işlər varsa, deməli hər cəmiyyətdə, hər yığıncaqda kiminlə gəldi hər hansı surətdə əlaqələr qurmaq yaxşıdır. Bu cür fikrin özü insanın azmasına səbəb ola bilər. Öndə işarə edildiyi kimi insan oturub-durmağın hər yönünü, şəri tərəflərini nəzərə alıb riayət etməyə səy etməlidir ki, öz əsli hədəfindən yayınmasın. İmam Baqir (ə) öz tərəfdarlarından Saleh adlı birisinə buyurur: "- Səni ağladan, sənə nəsihət edən kəsin dalısınca get. Səni güldürüb və aldadan kəsin arxasınca getmə. Tezliklə Allahın yanına gedib öz işlərinizdən agah olacaqsınız.”
    Qaf - 18
    Qafillərin arasında Allahı yad etməyin əzəməti
    Əgər insan bilmədən qafillərin arasına düşsə və görsə ki, həmin camaat Allaha və axirətə biganədirlər, belə olan halda o nə etməlidir ki, günaha aludə olmasın. Əgər onların arasından xaric olmaq istəsə, münasib münasibət göstərməyəcəklər və ola bilsin belə başa düşsünlər ki, o özünü başqalarından üstün tutur. İslam əxlaqına görə insan özünü başqalarından üstün bilməməlidir, nə də zahirdə bunu biruzə verəcək hərəkət etməməlidir. Necə ki, Peyğəmbər (s) Əbuzərə etdiyi nəsihətlərinin birində - ki, bundan qabaq bu barədə bəhs edildi – buyurur: "- İnsan camaatı Allahın əzəməti qarşısında dərrakəsiz dəvələr kimi görməyincə və sonra özünə baxıb özünü həmin camaatdan daha aşağı görməyincə, kamil elmə yiyələnə bilməz.”
    Hətta insan özünü fasiq adamdan da üstün görməməlidir. Ola bilər həmin fasiq adamın tövbə etməklə günahı bağışlanmış olsun, amma həmin mömin öz ibadətinə arxayın olub qürura və xudpəsəndliyə aludə olmaqla özünü həlakətə sürükləsin. Buna görə də bəzən insan elə şəraitlə üzləşməli olur ki, həmin şəraitdən doğan zərurətə görə, başqaları ondan bədgüman olmasınlar deyə özünü cəmiyyətdən qırağa çəkə bilmir. Bundan əlavə, hərdən əmr be məruf, nəhy əz munkər etmək üçün cəmiyyətin içinə qatılmalı olur. Günaha məşğul adamların içində olmağın, onları qorxutmağın özü nəhy əz munkər üçün bir vasitədir. Yəni, insan onların içində olub onlara müsbət təsir göstərib savab da qazana bilər. Amma vəziyyət həmişə bu cür olmur, yəni bəzən insan bir dəstə insanla rastlaşmalı olur ki, xeyir əhli deyillər, qafildirlər,boş-boş danışırlar, amma bununla belə günah da etmirlər ki, onlara nəsihət etmək, nəhy əz munkər etmək vacib olsun. Bu cür dəstə ilə əlaqədar ki, Peyğəmbər (s) buyurur: "- Ey Əbuzər! Qafillər arasında Allahı yad edən kəs, döyüş meydanında döyüşdən qaçanlar arasında müqavimət göstərib cihad edən kəs kimidir.”
    İnsan qafillərin arasında olduğu halda onlardan faydalı bir şey görüb-götürmürsə, səy edib diqqətini Allah-Təalaya tərəf yönəltsin ki, həmin cəng meydanında başqalarının qaçdığı bir vaxtda tək qalıb düşmənin müqabilində müqavimət edən kəs kimi olsun. Öndə işarə etmişdik ki, təklikdə düşmənin qabağında dayanıb cihad edən kəslə Allah iftixar edib mələklərin yanında öyünər. Həmçinin Allah qafillər arasında Allahı yad edən mömin ilə də öyünür.
    İnsanın öz danışığına nisbətdə məsuliyyət daşıması
    Sonra Peyğəmbər (s) buyurur: "- Ey Əbuzər! Yaxşı dostu olmaq təklikdən yaxşıdır və tənhalıq pis dostdan yaxşıdır, xeyirli danışıq sükutdan yaxşıdır, sükut şər danışıqdan yaxşıdır.”
    Təbii olaraq insan başqaları ilə get-gəl edəndə söhbət məclisinə də düşməli olur; bu halda sükut yaxşıdır, yoxsa danışmaq? Dediyimiz kimi, tənhalığa çəkilməklə qaynayıb-qarışmağın köklü meyarları fərqlidir, hərdən get-gəl etmək yaxşıdır, hərdən də tənhalığa çəkilmək. Danışmaq və sükut etmək barəsində də sabit meyarımız yoxdur. Baxıb görülməlidir danışıq hansı niyyətlə aparılır, hansı məqsədlə danışırsan. Danışmaq Allah niyyəti ilə, başqalarına fayda vermək niyyətilə olduqda bəyəniləndir. Yəni bu danışıqla insanın Allaha diqqəti artmış olsun və başqaları da ondan bir şey öyrənə bilsinlər.
    Hər halda yaxşı söhbət o söhbətdir ki, başqalarını hidayət etmək və lazım olan kamala çatdırmaq üçün edilmiş olsun, istər birbaşa mənəvi, axirəvi təkamüllə əlaqədar olsun, istərsə də mənəvi təkamülə çatmaq üçün müqəddimələr barəsində olsun, yəni dünya işləri ilə əlaqədar. Çünki danışanın qərəzi, maddi vasitələri misal çəkməklə dinləyicini agah edib onun üçün kamala götürən yolları hamarlamaqdır. Çünki kamal və insaniyyət yolunda insanın maddi imkanlarından bəhrələnməsi inkaredilməz və qaçılmazdır. Amma, bir halda ki, insan nə özü öz danışığından bəhrələnir, nə başqaları, bu halda sakit oturub dinməmək yaxşıdır. Maraqlı burasıdır ki, rəvayətlərdə danışmaq yox "imla” təbiri işlədilmişdir. Bu təbirdə bir inayət vardır: ərəb və fars dillərində "imla”nın mənası budur ki, bir nəfər bir şeyi desin, başqası isə onu yazsın. İnsanın danışdığı hər söz imla deyil, çünki hər dəfə başqaları yazsın deyə danışmır. Onda bəs Peyğəmbər (s) niyə demir: yaxşı söz sükutdan yaxşıdır və sükut şər sözdən yaxşıdır? "İmla” təbirinin işlədilməsi üçün iki nöqtəni vurğulaya bilərik:
    Birinci nöqtə: insan danışdığı zaman sözləri eşidənin zehninə yazılır və onun zehn anbarında yer tutur. Bunun üçün də baxıb diqqət edilməlidir ki, eşidənin zehninə hansı sözlər həkk olur və hansı təsiri qoyur. Danışmaq təkcə ağız boşluğundan səsləri xaricə ötürmək deyil; bundan əlavə, sözlər müəyyən təsir mənşəyi olub insan danışdığı zaman sanki başqaları tərəfindən yazılır. Bunun üçün də diqqət etmək lazımdır ki, başqalarının ruhunda hansı təsiri qoyuruq və nə kimi şeyləri onun zehnində və ürəyində həkk edirik. Əgər o söz xeyirdirsə, deyilməsi də yerindədir, gərək deyilə, bu cür sözün göstərdiyi təsir də yaxşı olacaq, amma xeyir söz deyilsə, insan niyə başqalarının zehnində mənfi təsir buraxan xoşagəlməz sözlər danışmalıdır!
    İkinci nöqtə: insanın danışdığı hər şeyi yazmağa iki mələk təyin olunmuşdur, buna görə də onun sözlərinə "imla” da aid edilir. Necə ki, Allah buyurur: "Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır.”
    Əl-İnfitar – 9-11
    Başqa bir yerdə Allah yenə də buyurur: "Xeyr, (siz kafirlər təkcə Allahın kərəmini danmırsınız), daha doğrusu, siz haqq-hesab gününü yalan sayırsınız! Sizin üstünüzdə gözətçi mələklər – (əməllərinizi) yazan və (Allah dərgahında) çox hörmətli olan mələklər vardır.”
    Nəhcül-Bəlağə (tər. Şəhidi), Qisar kəlməsi - 392, səh. 432
    Möminlə bir süfrədə oturmağın hüsniyyəti və fasiqin süfrəsindən çəkinmək
    Ardınca Peyğəmbər (s) buyurur: "- Ey Əbuzər! İmanlı adamlardan başqa heç kimlə oturub-durma, süfrənə Allahdan çəkinən kimsədən başqa kimsəni əyləşdirmə, sənin özündə fasiq adamların çörəyini yemə.”
    Peyğəmbər (s) rəvayətin bu bölümündə əvvəlcə başqaları ilə oturub-durmağın keyfiyyətini açıqlayır, sonra onun bəzi lazım olan cəhətinə toxunur. Başqaları ilə qaynayıb-qarışmağın tələb etdiyi şeylərdən biri də onlarla həmsöhbət olmaqdır, belə ki, başqaları ilə get-gəl edəndə insan onlarla bir süfrə başında da oturmalı olur. İnsan belə get-gəllərdə məcbur olur öz ətrafındakı adamlarla yeyib-içsin. Peyğəmbər (s) buyurur: " - mömindən başqası ilə bir yerdə oturma, hər kəsin çörəyini yemə, hər kəsi qonaq çağırma.” Ancaq möminlə bir süfrə başında oturun.
    Fasiq adamın çörəyini yeməyin ilk nəticəsi ona duz-çörək yoldaşı kəsilmək və onun minnətini götürməkdir. Elə ki, insan fasiq adama qonaq oldu, onun çörəyini yedi, əvəzində o da bundan bir şey gözləyir və təvəqqesi olur ki, bunun da hansısa əyri işini o düzəltsin. Gözləyir ki, hansısa sənədə imza atsın, hansısa qeyri-şəri işi həyata keçirsin. Hərdən adam məcbur olub onun istəklərinə boyun əyir. Bunun müqabilində, əgər insan fasiq adamlarla bir yerdə oturub-durmasa, çörəklərini yeməsə, onların minnətini də götürməz və belə olan surətdə ondan təvəqqeləri də olmaz. Əgər ondan bir şey istəsələr, tam cəsarətlə xahişlərini rədd edər, çünki həmin xahişi yerinə yetirməyə özünü səlahiyyətli bilmir. Başqa bir tərəfdən fasiq adamın yeməyinin halal olması məlum deyil. Onun İslam ehkamlarına elə də inamı, bağlılığı olmadığı üçün pulunu, malını hansı yolla qazandığı da məlum olmur, bilinmir malının xümsünü, zəkatını verib, ya yox, malını rüşvətlə qazanıb, ya halal zəhmətlə. İnsan möminə etimad edə bilər, çünki malını halal yolla qazandığına şəkki yoxdur, amma fasiqə etimad edə bilmir. Çox vaxt olur insan fasiq adamın çörəyini yeyir, sonra xəbər tutur ki, halal deyilmiş.
    Deyilənlərdən əlavə, bəzi rəvayətlərdən göründüyü kimi, şübhəli yeməklər insanın ruhuna təsir qoyur və həmçinin təbii təsiri də olur. Baxmayaraq ki, insan onu xəbərsiz yeyir, amma həmin yemək öz təbii və mənəvi təsirini göstərir. Bu barədə bəzi alimlərdən qəribə dastanlar da nəql edilmişdir. Üləmaların birindən belə nəql edirlər ki, o öz xanımına deyir: - "Mənə elə gəlir ki, ölmüş heyvan əti yeyirəm!” Arvadı ərinin bu sözlərinə təəccüb edir, amma yoxlayıb axtarış aparandan sonra məlum olur ki, onların istifadə etdikləri su anbarına heyvan düşüb ölübmüş və onlar da bilmədən bir müddət həmin nəcis olmuş sudan istifadə edirlərmiş. Həmin alim nəcis suyun təbii təsirini öz ruhunda hiss edirmiş.
    Bəzi böyük şəxsiyyətlərin həyatlarını mütaliə edəndə görürük ki, onlar hər kəsin qonaqlıq dəvətini qəbul etmirlərmiş, hər yerə getmir, hər çörəyi yemirlərmiş. Möcüzəli şəkildə və Allahın inayəti ilə hafizi-Quran olmuş Kərbəlayi Kazımdan qəribə rəvayət nəql edirlər.
    Tələbəliyin əvvəl illərində mən Höccətiyyə mədrəsəsində qalırdım. Kərbəlayi Kazım hərdən bizim mədrəsəyə gələrdi və tələbələr maraq üzündən onu imtahana çəkərdilər, bilmək istəyirdilər doğrudan doğruya Quranı əzbərdən bilir, yoxsa yox. Kərbəlayi çox qəribə tərzdə Quranı hifz etmişdi, hətta Quran ayələrinin axırından başlayıb tərsinə şəkildə əvvəlinə qədər deyə bilirdi və Quranın nöqtələrinin sayını bilirdi. Kərbəlayi hər kəsin evinə getməzdi, bəzilərinin dəvətini qəbul edərdi, bəzilərinkini qəbul etməzdi. Deyirdi, - "bəzi qonaqlıqlara gedəndən sonra qəlbimdə bir küdurət, ağırlıq hiss edirəm və qonaqlıqdan qabaq gördüyüm nurları artıq görmürəm.”(Aydındır ki, bu sözlər bizim idrakımızdan çox yuxarıdır, amma bir həqiqətdir.)
    Rəhmətlik ayətullah Mürtəza Hairi nəql edirmiş ki, mən Cəvahirin kitabını Kərbəlayi Kazımın qarşısına qoydum, onun savadı olmadığı üçün oxuya bilmədi, A-nı B-dən ayıra bilmirdi, amma Quran ayələrinin üstünə barmağını qoyub deyirdi: - "Bu Quran ayəsidir!” Ayətullah Hairi ona deyir: - "Sənin ki savadın yoxdur, bəs Quran ayələrini necə ayırırsan?” Kərbəlayi deyir: - "Bu ayələrin nuru var, mən onların nurundan bilirəm ki, Quran ayələridirlər!” Bəli, belə həqiqətlər vardır, biz dərk etmirik deyə inkar etməməliyik. Səy edib elə kəslərlə oturub-durmalıyıq, elə kəslərin çörəyini yeməliyik, elə kəslərin hədiyyələrini qəbul etməliyik ki, iman və təqva əhli olsunlar. Həmçinin Allah insana bir mal əta edəndə səy edib o nemətdən ən yaxşı şəkildə istifadə etməlidir. Həmin maldan yemək hazırlayırsa onu imanlı və təqvalı adamın qarşısına qoymalıdır ki, Allah onun əməlindən razı qalsın və əlavə olaraq onun düzənlədiyi qonaqlıq iki nəfər arasında ilahi rabitəyə səbəb olsun.
    "- Ey Əbuzər! Çörəyini elə adama yedizdir ki, onu Allah yolunda sevmiş olasan. Sən də, səni Allah yolunda sevən kəsin çörəyini ye!”
    İnsan elə adama çörək verməli, özü də elə adamın çörəyini yeməlidir ki, aralarında dostluq və səmimiyyət bərqərar olsun və o dostluğun kökü, mənşəyi Allaha dayansın. Bir nəfər adama yemək verəndə, məlum olur ki, onu sevir, amma baxıb görmək lazımdır onu Allaha görə sevir, yoxsa başqa şeylərə görə. Peyğəmbər (s) buyurur qonaqlığa getməyimiz, qonaq qəbul etməyimiz Allaha görə olmalıdır ki, Allah nemətləri layiqli yerində istifadə edilsin və Allahın mömin bəndələri arasında ilahi rabitəyə səbəb olsun. Mümkündür qonaqlıq yolu ilə mömin bəndələr arasında məhəbbət artsın və ilahi məhəbbətin yüksəlişi ilə mömin bəndələr də məqamca yüksəlsinlər. Bunun qarşılığında əgər məhəbbət şeytani olsa, onun güclənməsi insanın süqutuna səbəb olacaqdır.
    Halal və haramın zahiri ehkamlarına riayət etməyə verilən tapşırıqlardan başqa ki – fiqhin təkid edilmiş buyruqlarındandır, - Allah övliyaları bir sıra digər dəqiq və zərif məsələlərə də həm özləri riayət edir, həm də dostlarına tapşırırdılar. Çünki vacib işləri əncam verib, haram işləri tərk etmək insanın kamala yetməsi üçün kafi deyil. Bu vəzifələri yerinə yetirmək, hələ yolun əvvəlidir (ki, əlbəttə, bizlərdən əksəriyyətimiz bu mərhələnin özündə də ilişib qalmışıq). Möminin iradəsi güclü olmalıdır, elə xəyal etməməlidir vacibata əməl etməklə, haramları tərk etməklə son məqsədə çatmışdır. Bilməlidir ki, ikinci atacağı addım şəri ədəblərə və müstəhəbbata riayət etməkdir ki, onlardan bəzilərinə - o cümlədən get-gəlin, danışmağın, yemək yeməyin qayda-qanunlarına işarə edildi. Digər müstəhəbbata riayət etmək və həmçinin şübhəli şeylərdən çəkinmək şəriətin digər ədəb qaydalarındandır.
    Bu mərhələni keçəndən sonra yenə də insanın təkamül yolunda onu gözləyən, keçməli olacağı uzun yol vardır. İnsan öz qəlbinə diqqət yetirməlidir, baxıb görməlidir ürəyinin dərinliyində nəyə nəzər salır, əsl diqqətində duran, ağlını məşğul edən şey nədir? Onun rəftarının təkanverici mühərriki nədir? Hətta yaxşı, müstəhəbbi iş görmüş olsa da, bu işdə onun niyyəti, məqsədi nə olmuşdur? Nəhayət, ürəyi və nəfsi süzgəcdən keçirməyin özü insan təkamülünün mərhələlərindən biridir. Biz zahiri əməllərimizi hələlik paklayıb düzəltmədiyimiz üçün bu mərhələyə çatmamışıq. Son mərhələ budur ki, Allah övliyaları səy edirlər ki, diqqətləri ancaq Allaha bağlansın, ürəkləri Allah məhəbbətinin cilvəgahına çevrilsin. Ümidləri ancaq Ona olsun və ancaq Ondan qorxsunlar, Allahdan qeyrisini nəzərə almasınlar. Bu dünyada elə yaşayırlar ki, Allahdan başqa kimsə ilə işləri olmur. Hamıya qaynayıb-qarışmalarına baxmayaraq, ictimai işlərdə fəal olmalarına baxmayaraq, ürəkləri Allaha elə yönəlmişdir ki, sanki Allahdan başqa kimsəni görmürlər.
    Merac hədisində, Allah dərgahına yaxınlaşmış möminin ruhunun dilindən Allah buyurur: "O möminin ruhuna deyilər: - "Dünyanı necə tərk etdin?” Cavabında deyər: "- Pərvərdigara! İzzət və Cəlalına and olsun ki, mənim dünya barəsində bir elmim, agahlığım yoxdur, məni yaratdığın gündən bəri Səndən qorxub çəkinmişəm.”
    O möminin dünyadan xəbəri yoxdur, çünki onun diqqəti ancaq Allaha olmuşdur və Allaha aidiyyəti olmayan işlərdən xəbərsizdirlər. Allahın qıraq-bucaqda bu cür bəndələri də vardır. Əgər biz də bir balaca tərpənsək, iradəmizi gücləndirsək, nəfsimizi paklaşdırsaq, onların məqamına çata bilərik. Gördüyümüz işlərə görə məğrur olmamalıyıq, zahirə baxmamalıyıq, səy edib ruhumuza, ürəyimizin dərinliyinə nəzər salmalıyıq.
    Category: Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) | Views: 614 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019