İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2052
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 24 » Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    4:55 PM
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    OTUZ ÜÇÜNCÜ DƏRS
    Dilin qorunmasının lüzumu və onun eyiblərinin məzəmməti
    –Əməllərin qarşılıqlı təsiri və ya ehbat və təkfir.
    –Başqalarında eyb axtarmağın məzəmməti.
    –Yaltaqlığın və yersiz tərifin məzəmməti.
    –Başqalarına tənə vurmağın məzəmməti
    –Yersiz inadcıllığın məzəmməti.
    Dilin qorunmasının lüzumu və onun eyblərinin məzəmməti
    "Ey Əbuzər! Dilini qorumağı bacarmayan adamın yaxşı əməlləri hədərə gedər. Ey Əbuzər! Eybaxtaran, yaltaq, ikiüzlü, tənəvuran, davakar və inadcıl olma! Ey Əbuzər! Nə qədər ki, insanın əxlaqı düzəlməyib, həmişə Allahdan uzaq olacaqdır!”
    Əməllərin qarşılıqlı təsiri və ya ehbat
    (Möminun”, 100-99.)
     və təkfir
    Bu bəyanında, həzrət danışıq zamanı diqqətli olmağın əhəmiyyətini başqa bir üsulla bəyan edir. Bu ona görədir ki, insan öz dilini azad buraxmamalıdır ki, ürəyi hər nə istədi onu da dilinə gətirsin. Dilin də bir qıfılı olmalıdır, insan onu açmazdan əvvəl yaxşıca düşünməlidir.
    Danışmaq insan üçün rahat olduğuna görə və hərdən kiçik bir məsələ üzündən başqalarının ardınca pis danışığa, zəvzəyliyə səbəb olduğu üçün, din alimləri müxtəlif metodlarla, fərqli təbirlərlə bizə anlatmağa çalışmışlar ki, dilimizə yiyə duraq, onu özbaşına buraxmayaq. Həmin təbirlərdən biri də Peyğəmbərin (s) bu sözüdür ki, hər kəs dilini qorumasa, heç bir iş görməmişdir. Bəlkə də bu sözün mənası budur ki, dil insanın ruhunda mənfi təsir qoyur və bunun nəticəsində insanın digər əməlləri də puça çıxır. Çünki Quranın bir sıra ayələrində və mütavatir rəvayətlərdə qeyd edildiyinə görə insanın əməlləri qarşılıqlı təsirə malik olub bir-birini üzərində təsir qoyurlar. Hərdən insan bir iş görür, amma sonradan gördüyü başqa bir iş, əvvəlki işin xasiyyətini əvəz edir, elə təsir qoyur ki, həmin işin əsəri tamamilə öz gücünü itirir: –istər həmin əsər yaxşı olsun, istərsə də pis.
    Kəlami kitablarda "Ehbat və təkfir” ünvanı altında bir məsələ açıqlanır. "Həbt” yaxşı işlərin öz gücünü itirməsinə, təsirsiz olmasına deyilir, yəni insanın pis əməlləri onun yaxşı əməllərini korlayır, faydasız və puç edir. "Təkfir” günahların yuyulmasına deyilir, yəni insanın gördüyü yaxşı bir iş onun əvvəlki nöqsanlı işini düzəldir, sanki əvəzini ödəyir. Bizim bütün əməllərimizin kökü iman və küfrə dayandığı üçün, ehbat və təkfirin ən bariz nümunəsi iman və küfrdür:
    İnsanın pis bir əməlin, günahın ardınca gördüyü hansısa saleh əməli öncəki pis əməli, etdiyi küfrü aradan aparır, güclü şüaları olan çıraq kimi keçmiş qaraltıları yox edir. Bunun əksinə olaraq axırda görülən pis bir iş öncəki yaxşı əməlin təsirini məhv edib puça çıxarır. Həmin adamın əməl dəftərini, alın yazısını qara rəngə boyayır, xırmana düşən atəş kimi bir andaca hər şeyi odlu dilləri ilə yandırıb külə döndərir. Başqa sözlə, iman nurlu çıraq kimi insanın qəlb evini, ruhunu işıqlandırır, pis əməllərin ürəyə, ruha çəkdiyi zülmət pərdələrini yırtıb nura qərq edir. Küfr isə öncədən qəlbdə yanan çırağı öz mənfur nəfəsi ilə üfürüb söndürür, düşdüyü yerə qaranlıq pərdə çəkir. İnsanın ruhu nə qədər ki, bu maddi saraya, dəyişkən dünyaya bağlıdır həmişə qaranlıq və işığın arasında, zülmət və nurun artıb-azalan çəkişməsində qərar tutacaqdır. Ancaq bu keçici dünyadan köçəndən sonradır ki, iman və küfr yolunu seçmək onun üzünə bağlanacaq, sonradan nə qədər bu dünyaya qayıdıb qəlbini bürümüş zülmət tozunu təmizləməyi arzu etsə də, ahu-zar etsədə, bu yalvarışların ona faydası olmayacaqdır: "Nəhayət, müşriklərdən birinin ölümü gəlib çatdığı zaman o belə deyər: "Pərvərdigara! Məni geri (dünyaya) qaytar!” Bəlkə, (indiyə qədər) zay etdiyim ömrün müqabilində yaxşı bir iş görüm! (Yaxud bu günə qədər tərk etdiyim imana qayıdıb saleh bir əməl edim!) Xeyr, bu onun dediyi boş, faydasız bir sözdür...”
    "Təğabun”, 9.
    Quran baxımından iman və küfrün bir-biri üzərində qarşılıqlı təsirində heç bir tərdid yoxdur, buna dəlalət edən çoxlu ayələr mövcuddur; o cümlədən Allah buyurur: "Kim Allaha iman gətirib yaxşı əməllər etsə, Allah onun günahlarının üstünü örtər.”
    "Bəqərə”, 117
    Başqa bir yerdə buyurur: "Sizdən hər kəs öz dinindən dönüb kafir olaraq ölərsə, belə şəxslərin bütün əməlləri (vaxtı ilə gördüyü yaxşı işləri) dünya və axirətdə heçə gedər. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar.”
    "Nisa”, 110
    İman və küfr arasında olan rabitənin bənzəri pis və yaxşı əməllər arasında da mövcuddur, amma bu əlaqə külli şəkildə deyil. Belə deyil ki, həmişə insanın əməl dəftərində yaxşı qeyd olunur və qabaqkı pis əməl ordan silinir, və ya pis iş qeydə alınır və yaxşı işi məhv olur. İnsanın əməlləri müfəssəl nəzərə alınır, bu mənada ki, bəzi yaxşı əməllər əgər məqbul və bəyənilən şəkildə əncam tapsa, keçmiş pis əməllərin təsirini məhv edəcəkdir; tövbədə olduğu kimi; əgər tövbə tələb olunan şəkildə həyata keçsə, insan günahları bağışlanacaqdır: "Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını diləsə, Allahın bağışlayan və mərhəmətli olduğunu görər.”
    "Ali-İmran”, 135.
    Və həmçinin buyurur: "O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar gördükləri işin (pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar.”
    "Hud” 114.
    Deməli tövbə eynilə nurun şəfəqləri kimidir ki, düz qaranlıq nöqtəyə saçır və həmin yeri işıqlandırır. Belə də deyil ki, hər bir yaxşı iş hər günah işin təsirini məhv etsin, bu səbəbdən də mümkündür mömin şəxs bir müddət etdiyi günahın cəfasını çəksin və nəhayətdə əbədi behiştə daxil olsun.
    Sanki insanın ruhu müxtəlif bölmələrdən təşkil olunmuşdur və yaxşı və pis əməllərin hər dəstəsi onun bir bölməsinə aid olur. Məsələn "A” bölməsinə aid olan yaxşı əməl "V” bölməsindən olan pis əməlin təsirini məhv edə bilmir.
    İstisna hal bu ola bilər ki, saleh əməl o qədər nurlu olsun ki, ruhun başqa yönlərinə də sirayət etsin, və ya əksinə, günah o qədər murdar olsun ki, ruhun digər bucaqlarını da bulaşdırsın. Məsələn Quranda namaz haqqında deyilir:
    "Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı əməllər pis əməlləri (kiçik günahları) yuyub aparır...”
    "Bihar”, x. 76, səh. 126.
    Və ya bəzi günahlar–məsələn valideynin üzünə ağ olmaq, şərabxorluq - bir müddət ibadətin qəbul olunmasının qarşısını alır. Peyğəmbər (s) şərabxorluğun mənfi təsiri barədə buyurur: "Allahım and içdi və buyurdu: "Bu dünyada şərab içən hər kəsə, qiyamət günündə içdiyi şərabın miqdarında hökmən yandırıcı həlim içirdiləcəkdir.”
    "Mustədrəkəl-vəsail”, c. 9, səh. 122.
    Yeri gəlmişkən qeyd edək ki, yaxşı və pis əməllər hərdən bu dünyada insanın əhvalının pis və yaxşı olmasına da təsir edir və ya bəzi işlərdə tofiq tapmasına və ya əksinə tofiqin əldən çıxmasına təsir edir. Necə ki, başqalarına yaxşılıq etmək, –xüsusilə ata və anaya, yaxınlara–insanın ömrünün uzanmasına, bəlanın dəfinə səbəb olur; və ya başqalarına ehtiramsızlıq, - xüsusilə müəllimlərə və ustada - tofiqin hasil olasına mane olur.
    Bəli, hərdən yaxşı işlər pis işlərin əvəzini ödəyir və hərdən də pis işlər yaxşı işləri zay edir. Nə qdər ki insan bu dünyada yaşayır əməlləri arasında bu qarşılıqlı təsir mövcud olacaqdır. Misal kimi, insanın ürək evi və ruhu sanki bir otaqdır və hərdən o otaq qaranlıqdır və hardansa ora işıq düşüb qaranlığı yox edir, hərdən də otaq işıqlıdır və hardansa külək qalxıb həmin çırağı söndürür.
    Deməli insan bu aləmdə durduqca bu dəyişikliyin çəngində olacaqdır.
    Belə deyil ki, gördüyü hər bir yaxşı işin təsiri əbədi qalacaq, mümkündür pis bir əmələ düçar olmaqla həmin təsir yoxa çıxsın. Deməli əməllərin bir-biri üzərində təsiri külli bir əsldir. Bunun əsasında bəzi günahlar keçmişdə görülən yaxşı işlərin təsirini aradan aparır və ya hətta gələcəkdə görüləcək yaxşı əməllərin qəbul olunmasına maneə yaradır. Rəvayətlərin birində göstərilir ki, bəzi günahlar yaxşı əməlin, namazın qırx gün müddətində qəbul olunmasına əngəl törədirlər: "Müsəlman bir kişinin və ya qadının qeybətini edən kəsin namaz və orucunu Allah qırx gecə-gündüz qəbul etməz. Çıxış yolu qeybətini etdiyi kəsin onun günahlarından keçməsidir.”
    Həmin mənbə . c, 1. səh. 166.
    Və ya Peyğəmbərdən (s) nəql edilən hədislərin birində deyilir: "Qazancın halal olmalıdır ki, duan da qəbul olsun. Bil ki, insan ağzına bir tikə haram loğma qoyarsa qırx gün onun duası qəbul olunmaz.”
    Bihar. x, 76, səh. 126.
    Və ya şərabxorluq haqqında buyurmuşlar: "Şərab içən kəsin qırx gün ibadəti qəbul olunmaz.”
    "Nur”, 19.
    Rəvayətin bu bölümündə Peyğəmbərin (s) sözünün məzmunu budur ki, əgər kimsə dilinə yiyəlik etməsə, onun üçün əməl dəftərində bir şey qalmayacaqdır. Yəni dilin elə təsir gücü vardır ki, insanın bütün keçmiş əməllərini heç edir. Bu insana verilən bir xəbərdarlıqdır ki, ağzındakı bu kiçik üzvü yükgül saymasın, danışmazdan öncə düşünüb-daşınsın, görsün danışdığı sözün nə kimi təsiri ola bilər, Allahın bu sözdə razılığı varmı? İnsanın ruhuna müsbət təsir göstərir, yoxsa mənfi?
    Ümumi tapşırıq və öyüddən sonra Peyğəmbər (s) dilin bəzi günahlarını sadalayır. Təbiidir ki, dilin törədə biləcəyi bəzi günahların xatırladılması onun insan şəxsiyyətinə göstərə biləcəyi təsiri ilə əlaqədardır və həmçinin ona görədir ki, insan həmişə bu günahlara bulaşmaq ehtimalı qarşısındadır.
    Başqalarında eyb axtarmağın məzəmməti
    Peyğəmbərin (s) sadaladığı pis sifətlərdən biri də başqalarında eyb axtarmaqdır. Şəksiz eybaxtarmaqlıq xoşagəlməz sifətlərdən sayılır. Eyb axtaran düşmənçilik və həsəd üzündən camaatın eyblərini güdməklə onları tapıb üzə çıxarır, sonra camaat arasında yayıb bu işindən həzz alır. Ayə və rəvayətlərdə bu alçaq sifət məzəmmət edilmişdir. Biz onları araşdırdıqda görürük ki, müsəlmanların eybini üzə çıxarıb onları rüsvay edən şəxs insanların ən xəbisi sayılır. Allahın buyurduğu kimi: "Möminlər arasında (onları nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir.”
    Bihar”, c. 73, səh. 384.
    Və ya Peyğəmbər (s) buyurur: "Başqasının pis əməlini açıb yayan kəs, həmin o əməli etmiş kimidir. Hər kəs bir mömini, hansısa eybi ona irad tutmaqla, incitsə, onun özü ölməmişdən qabaq hökmən həmin eybə düçar olar.”
    Nəhcül-bəlağə” (Feyzül-İslam) x,140. səh. 429.
    İnsanı başqalarında eyb axtarmağa vadar edən xüsusiyyətlərdən biri də həqarət hissidir. İnsanın özündə bir əskiklik olanda, şəxsiyyəti əziləndə başqalarının tərəqqəsini görməyə gözü olmur, buna görə də çalışır başqalarının da şəxsiyyətinə xələl vursun, onların kamalını gözdən salsın. Səy edir başqalarının zəif nöqtələrini aşkara çıxarsın. Hər vaxt kimdənsə söhbət düşəndə, onun həyatının aydın tərəflərini deməkdənsə eyblərini yad edir.
    Möminlərin məclisində kiminsə adı çəkiləndə bəzi adamlar təqva və İslamın ədəb qaydalarına əsasən çalışırlar həmin adamın yaxşı sifətlərini bəyan etsinlər. Bunun müqabilində bəziləri imanlarının zəifliyi üzündən, paxıllıqdan, şəxsiyyətlərinin cılızlığından sözügedən adamın zəif cəhətlərini soraqlayırlar, hətta bəzən bir az da dərinə gedib sözügedən adam haqqında şübhəli görsənən məsələni yəqin şəklində söyləyirlər, hərdən töhmət də vururlar.
    Başqalarının zəif nöqtələrini orda-burda danışmaq olduqca pis bir xüsusiyyətdir. Təəssüflər olsun ki, bu bəlaya tutulanlar çoxdur. Hər kəs bu bəlaya düçar olub-olmadığını bilmək istəyirsə özünü yoxlaya bilər. Belə ki, söz mömin qardaşlardan biri haqqında gedəndə–xüsusilə də əgər insanda sözügedən adamla rəqabət hissi olmuş olsa–qəlbinə nəzər salıb görməlidir ki, ürəyindən həmin adamın mədh etmək keçir və ya eyblərini söyləmək. Müxtəlif variantlarla çalışır başqalarına çatdırsın ki, filankəsin bu cür eyibləri var!
    Təbii olaraq insan diqqət edib görməlidir ki, birinin adı çəkiləndə onun haqqında ürəyindən keçənlər nədir; onun haqqında yaxşı sözlər danışmaq istəyir, onu xalqın gözündə möhtərəm şəxs kimi tanıtdırmaq istəyir, yoxsa çalışır onu camaatın gözündən salsın? Bu sifət olduqca pis sifətdir, kökü də deyildiyi kimi insanın özündə həqarət hiss etməsi, paxıllıqdır. Belə adamlar başqalarının sərmayəsini görmək istəmirlər, başqasının yaxşı işini, xoş əxlaqını, evini-eşiyini görəndə əzab çəkirlər; Heç cür həzm edə bilmirlər ki, bütün bu şeylər başqasında olsun, halbuki, o özü bunlardan məhrumdur.
    Çox diqqətli olmalıyıq, çox da gözəldir ki, bir möminin adı çəkiləndə onun yaxşı cəhətlərini yad etmək halı bizdə baş qaldırsın. Bəzən elə şərait yaranır ki, və ya insanı hansısa hislər təhrik edir ki, məhz başqasının eybini açıqlasın. Əlbəttə istisna hallar da olur, hərdən kiminsə haqqında düzgün məlumat almaq üçün səninlə həmin adam haqqında məşvərət etməli olurlar və belə bir halda sən düzgün olanını deməlisən, eybi varsa onu da deməlisən.
    Söz burdadır ki, başqalarının adı-sanı, varı-dövləti gözümüzü çıxarmamalıdır, onların əlində olana görə əzaba düşməməliyik, bilməliyik ki, möminin həqiqi sərmayəsi Allahla olan əlaqəsidir, həqiqi mömin bundan başqa sərmayə tanımır. Əgər insanın belə bir sərmayəsi olsa, ruhunda elə bir əzəmət hiss edəcəkdir ki, başqa əzəmətlər onun nəzərində kiçik və həqir görünəcəkdir. O elə bir məqama çatacaq ki, elə bir sahilsiz dəryaya qərq olacaqdır ki, indiyə qədər dadmadığı vəsfolunmaz ləzzətlərə çatacaqdır və belə bir halda onun üçün elə də bir təfavütü olmayacaq ki, başqaları ona ehtiram göstərir, ya yox, onu tərifləyirlər, ya məzəmmət edirlər. Aydındır ki, qəlbinə iman nuru saçan belə şəxs ancaq möminlərin ehtiramını, tərəqqisini istəyər, çünki bu işi Allahın rizası və Ona yaxınlaşmağa səbəb kimi görür.
    Sərmayəsi ancaq iman olub, ancaq diqqətini Allaha yönəltmiş, başqalarının onu tərifləyib və ya pisləyəcəyinə o qədər də məhəl qoymayan belə möminlərin müqabilində elə kəslər də var ki, şəxsiyyətlərində əskiklikləri var, iman adlı sərmayədən kasıbçılıq çəkirlər. Şəxsiyyətlərinin yüksəkliyini, vücudlarının sərmayəsini başqalarının onlara etdiyi ehtiramda görürlər. Bu həmin şeydir ki, bu günlər ona "ictimai şəxsiyyət” deyirlər: Şəxsiyyəti ictimai mövqedə, başqalarının onlar haqqında çıxardığı hökmdə görürlər. Başqalarının müsbət rəyini, ictimai yüksəkliyi özlərinin sərmayəsi bilirlər. Əgər başqaları belə adamı tərifləyirsə, özlərini bu anda şəxsiyyətli hesab edirlər, yox, əgər qıraqdakılar onu pisləyir, məzəmmət edirsə, bu halda özünü şəxsiyyətsiz, sınmış görür. Görəndə ki, camaat onlara bədbin olub, elə fikirləşirlər ki, artıq hər şey qurtarmışdır. İndi o kəslər ki, maddi və mənəvi cəhətdən korluq çəkirlər –məsələn elmdə, kamalda, maddi imkanlarda–başqalarının əlində olanı görməyə gözləri olmur, buna görə də çalışırlar başqalarının yaxşı cəhətlərini sual altına salsınlar və şəxsiyyətlərində şübhə yaratsınlar. Bu başqalarında eyb axtaranın ruhi xislətidir ki, həmişə onun-bunun eyblərini gəzir. Belə adam öz dünya və axirət səadətini xətərə salır, bir möminin eybini faş etməklə ilahi qəzəbə mübtəla olur.
    Həzrət Əli (ə) eybaxtarmağın, qeybətin mənfi aqibətini nəzərdə tutaraq və həmçinin belə adamın özündən bixəbər olduğunu, qəflətə düçar olduğunu vurğulayaraq belə deyir: "EY Allahın bəndəsi, günah etmiş kəsin eybini deməyə tələsmə. Bəlkə onu bağışladılar; sən öz kiçik günahına (çoxda) arxayın olma, ola bilsin səni həmin günahlarına görə əzaba çəksinlər. Belə olan halda, sizlərdən biri başqasının bir eybini görəndə, özündə olan eybi yada salıb onu deməkdən çəkinsin.”
    (Qisar-341. səh. 1249)Başqa bir yerdə insanın öz eyiblərinə diqqət yetirilməsinin onu başqasının eyiblərinə göz yetirməkdən çəkindirməsi barədə buyurur: "Öz eyblərinə baxan kəs, başqalarının eyblərin göz yetirməz.”
    Nəhcül-bəlağə”, c-91. səh. 269.
    Deyilənlərə nəzər salaraq yaxşı olardı ki, başqalarının eybləri ilə maraqlanmaqdan pəhriz edərdik. Bilməliyik ki, eybaxtarmaq xəstəliyi cəmiyyətdə geniş yer alarsa, camaat arasında bu adi hala çevrilərsə, get-gedə birlik, qardaşlıq ruhu öz yerini təfriqəyə, düşmənçiliyə verəcəkdir. Belə olan surətdə cəmiyyətin əsasları laxlamış olur, nizam-intizam pozulur. Həmçinin bu xəstəlik bədbinliyə, ədavətə yol açır və insanların şəxsiyyətini süst ünsürlü adamların tapdağı altına atır. Bu bəlanın rəvac tapdığı cəmiyyətdə insan öz yüksəkliyini başqalarının şəxsiyyətinə zərbə vurmaqda görür. Eləcə də eybaxtarmaqlığın geniş yayılması nəticəsində əxlaqi hüdudlar pozulur, insanlara üsyan ruhu aşılayır, onları açıqcasına günah etməyə, abır-həya pərdələrini yırtmağa sövq etdirir.
    Yaltaqlığın və yersiz tərifin məzəmməti
    Həzrətin sadaladığı pis sifətlərdən biri də başqalarını yersiz tərifləməkdir. Yaltaqlığın da eybaxtarmaqlıqda olduğu kimi əsas ruhiyyəsi insanın şəxsiyyətinin zəifliyindən qaynaqlanır. Həqiqətdə bu öz əskikliklərini doldurmağa çalışan o kəslərin xislətidir ki, bunu başqalarının diqqətini özlərinə cəlb etməklə əldə etmək istəyirlər. Düşünürlər ki, başqalarını həddət artıq tərif etməklə bəlkə özlərinə bir şey qazanmış olarlar. Bu xislət Allahın sonsuz qüdrət və mülkünə nəzər yetirməyən, şəxsiyyətini itirmiş, süst ünsürlü adamlara məxsusdur. Bu üzdən də başqalarına göz dikirlər, öz izzət və sərvərliklərini Haqq dərgahının həqiqi dilənçilərindən tələb edirlər. Əgər bir kəs mütləq ğəni dərgahına üz tutsa, varlıq bulağından kömək diləsə, heç vaxt tamah gözünü başqasına dikməz və özgəyə yersiz tərif deməz. Əmirəl-möminin Əli (ə) tərifin ancaq Allaha layiq olduğunu nəzərdə tutub belə buyurur: "Pərvərdigara! Gözəl vəsfə və sonsuz nemətləri sayılmağa layiq Sənsən. Əgər Sənə ümid bağlasalar, ümid bağlanılacaq kəslərin ən üstünüsən və əgər Sənə ümidvar olsalar, güman edilən əz əziz ümid yerisən. İlahi! Nemət qapılarını üzümüzə açmısan və mənə dil vermisən ki, onunla ancaq Səni tərif edim.”
    Bihar. c, 73. səh. 294.
    Hərdən insan Allahın razılığı və möminlərin ehtiramı üçün bir mömini tərif edir, onun yaxşı cəhətlərini sadalayır, amma hərdən də tamah üzündən başqasını tərifləməli olur. Bununla təriflədiyi adamın diqqətini özünə cəlb etmək istəyir ki, vaxtı gələndə onu maddi imkanlarından istifadə etsin. Həqiqətdə öz əməli ilə başqasını özünə borclu salmaq istəyir.
    Yaltaqlıq ruhiyyəsi insanın alçaq sifətlərindəndir və Allaha imanla bir yerə sığışmır. Çünki insan öz taleyini başqalarının əlində görəndə, ona bir şey versinlər deyə yaltaqlığa başlayır. Halbuki insan öz həyat müqəddəratını Allaha tapşırmalıdır. Ərz edildiyi kimi bu sifətin ruhi, psixoloji mənşəyi insanın özünü ucuz tutması, öz sərmayəsindən xəbərsiz olmasıdır. Belə adam hiss edəndə ki, əli boşdur, çalışır özünü başqalarına bağlamaqla bu bağlılığın sayəsində, özü də yaltaqlıq yolu ilə onlardan bir xeyir görsün.
    Yaxşı olardı ki, cəmiyyətdə yaltaqlıq ruhunun genişlənməsinin nə kimi nəticələr verdiyinə diqqət yetirərdik və baxıb görərdik ki, başqalarına yaltaqlanmağın, insanları həddən yuxarı tərifləməyin onlara nə kimi təsiri olur. Şəksiz, başqasını hədsiz dərəcədə tərifləmək onda qurur və təkəbbürün yaranmasına səbəb olur, insanı özündən razı, ərköyün yetişdirir. Belə adamlarda yekəxanalıq, hədsiz təvəqqö, özünü bəyənmək hissi güclü olur, zalim insanlara nisbətdə isə, özünü tərifləmək bir növ əməli təsdiq və təşviq hesab olunur.
    Başqasına yaltaqlanmaq səbəb olur ki, onlar bu tərifləri yanlış olaraq özlərinin yaxşı sifət və işləri kimi qəbul etsinlər və əlavə olaraq özlərinin zəif cəhətlərindən xəbərsiz olsunlar, başqa bir tərəfdən gördükləri alçaq və yaramaz işlər nəzərlərində gözəl cilvələnsin.
    Yaltaqlıq bir sıra əxlaqi islahatların qarşısını almaqdan əlavə, şəxsiyyətcə cılız və eqoist adamlara əqlin və şəriətin xilafına olan öz zəif əxlaqi nöqtələrini, zülümkar metodlarını üzə çıxarmağa yol açmış olur. Bu səbəbdən də din rəhbərləri ilk növbədə özləri əməli olaraq bu pis sifətdən kənar olmuş, başqa bir tərəfdən öz davamçılarını bu sifətdən qorunmağa çağırmış, onun əleyhinə mübarizəyə vadar etmişlər. Necə ki, Peyğəmbər (s) buyurur: "Yaltaqların və məddahların üzünə torpaq səpin.”
    "Nəhcül-bəlağə”, (Feyzül-islam) hikmət- 96. səh-1131.) Bu müsəlmana yaltaqlanan kəslə bağlı deyilən sözlərdir, kafirə yaltaqlanmağın hökmü bundan da ağırdır. Bunu ona görə belə kəskin şəkildə söyləyiblər ki, cəmiyyətdə yaltaqlığın, iki üzlülüyün qarşısı alınsın. Baxıb görürsən Əli (ə) ki bütün fəzilətləri özündə toplamış bir şəxsiyyət, hüzurunda kiminsə onu tərifləməsinə, mədh etməsinə icazə vermirdi.
    Bir gün bir dəstə adam həzrət Əlinin (ə) üzünə tərif etdikləri zaman həzrət buyurur: "Pərvərdigara! Sən məni məndən daha yaxşı tanıyırsan və mən özümü onlardan daha yaxşı tanıyıram. İlahi məni, onların mənə güman etdiklərindən daha yaxşı qərar ver, onların mənim haqqımda bilmədiklərini (günahlarımı) əfv et.”
    "Nəhcül-bəlağə”, Hikmət, 339. səh-1249.
    Həzrət bununla onları başa salmaq istəyirdi ki, onların tərifinə ehtiyacı yoxdur. Həmçinin bu hərəkəti ilə islam cəmiyyətində yaltaqlığın yayılmasının qarşısını almaq istəyirdi. Çünki həmin gün Əli (ə)-ı tərifləsəydilər, başqa gün başqa bir hakimi tərifləyəcəkdilər. Hamı məsum deyil ki, onların yaltaqlığına aldanmasın, adam da olacaqdı get-gedə bu yaltaqlıqlara adət edib elə təsəvvür edəcəkdi ki, başqalarının onun haqqında söylədikləri həqiqətdir. Başqasını cəhalət girdabına sürükləmək böyük bəladır. Yaltaqlar bais olurlar təriflədikləri adamlar yavaş-yavaş özlərini olduqlarından artıq hesab etsinlər. Bu səhv baxış onların evini yıxır, özlərini olduqlarından artıq görürlər, üstəlik yaltaqlıq nifaq və ikiüzlülük nişanəsidir. Necə ki, Əli (ə) buyurur: "Başqasını layiq olduğundan artıq tərifləmək yaltaqlıqdır.”
    "Ğərərul-həkəm”, səh-671.
    Və başqa bir yerdə buyurub: Bir kəs yalandan səni səndə olmayan fəzilətlərlə mədh etsə, haqqı var ki, başqa gün də səni səndə olmayan pis sifətlərlə məzəmmət etsin.”
    "Camiüs-səadət”, c. 2, səh-327.
    Həzrətin bu sözündən anlaşılır ki, yaltaq çox vaxt haqqı söyləmir, onu başqalarını tərifləməyə vadar edən şəxsi mənafeyidir. Bu səbəbdən də əgər bir gün ruzigarın üzü çöndü, yaltaq öz mənafeyini başqasının zəifləyib çökməsində görsə–baxmayaraq ki, qabaqlar həmin adamı onda olmayan fəzilətlərə görə tərifləyirdi–həmin anda onu pisləyib gözdən salmağa çalışacaqdır. Bu işində hətta ona onda olmayan töhmətləri də yapışdıracaqdır ki, bəlkə bu yolla özünü bir yana çıxartsın, öz işinə bir çarə qılsın.
    İslam, insana yaltaq olmağa icazə vermir. Çünki yaltaqlıq həm yalanın, həm sitayiş olunanın və həm də ümumilikdə cəmiyyətin ruhiyyəsinə mənfi təsir göstərir. Həqiqətdə yaltaq adam özünü nə qədər alçaltmalıdır ki, o cür yersiz yalamaçılıqları dilinə gətirməlidir. Allah-təala möminə öz izzət-nəfsini ayaqlar altına atmağına icazə vermir. İnsan nə dərəcədə alçaq, həqir olmalıdır ki, başqalarına yaltaqlıq etsin. Yaltaqlıq olunan adamın ruhuna yaltaqlığın göstərdiyi təsir budur ki, bu cür insan ona davamlı yaltaqlıq olanda özünü unudur, elə bilir ki, doğrudan da başqalarının tərifinə, sitayişinə səbəb olacaq yüksək məqama çatmışdır.
    Nəticədə öz zəifliklərini, eyiblərini görə bilmir və yaddan çıxarır. Bu cür adam özünü və həyatını başdan-başa düzgün və müsbət keyfiyyətlərlə dolmuş xəyal edir.
    Peyğəmbər buyurur: "Nə vaxt qardaşını onun gözü önündə sitayiş edib tərifləsən, elə hesab et ki, boğazına şiş soxmuşsan.”
    "Bihar”, c. 77. səh, 152
    Deyilənlərdən əlavə, şər və fasid adamlara yaltaqlıq etmək onların cəsarətli və daha da qudurğan olmalarına səbəb olur, başqalarının hüququnu tapdalamağa onlara geniş meydan açır.
    Yaltaq adam nifaqa və yalana mürtəkib olmaqdan əlavə başqalarını yersiz tərifləməklə özbaşınalıqlara, karrupsiyaya–xüsusilə də batil hakimlərə və məmurlara zəmin yaratmış olur. Həqiqətdə yaltaq adam onu yaltaqlığı nəticəsində törənən cinayətlərə şərik olur. Bu səbəbdəndir ki, peyğəmbər buyurur: "Facir bir şəxs tərifləndiyi zaman Allahın Özü qəzəbə, ərşi isə lərzəyə gəlir.”
    "Ğərərul-həkəm”, səh-382.
    Həzrət buyurur: "Eyibcu olma. Eybaxtaran kəs ancaq xalqın zəif nöqtələrini axtarıb tapır və onları faş etməklə camaatın abır-həyasını aparır. Allah-təala camaatın abır-həyasının tökülməsinə razı olmur. Hətta onlarda həqiqətən belə bir eyiblər olsa belə Allah o eyiblərin faş olmasını istəmir.
    Allah Özü camaatın eyiblərinə pərdə çəkib ki, insanlar bir-birinin kənarında ülfət və məhəbbətlə yaşasınlar. Həmçinin möminlərə bir-birilərinin eyiblərini faş etməyə icazə vermir, hətta möminə öz eyibini başqalarına söyləməsinə irad tutur. Çünki inanın öz abırını aparmasına haqqı yoxdur. Həmçinin buyurur: Yaltaqlıq üzündən başqalarını onda olmayan yaxşı sifətlərlə tərifləmə. Hər iki tərəfin həm ifratın, həm də təfritin– mömin üçün zərəri var. İnsanlar mötədi (orta hədd) həddən çıxmamalıdırlar. Əgər birinin yaxşı sifətini, xüsusiyyətini demək istəsəniz, olduğu həddə söyləyin və məqsədiniz xeyir və müsbətyönlü olsun. Daha öz xeyrinizi güdüb yalandan təriflər yağdırmayın və ya mötədil xətdən kənara çıxmayın.
    Başqalarına tənə vurmağın məzəmməti
    Peyğəmbərin (s) sadaladığı xoşagəlməz sifətlərdən biri də başqalarına tənə vurmaq və tikanlı sözlər söyləməkdir. Tikanlı sözlərlə möminə əziyyət vermək dil yarası adlandırılır. Bu sözləri söyləməklə dil yarası vuran şəxs çalışır başqasının zəif nöqtələrini, uğursuzluqlarını onun üzünə vursun və bununla da qarşı tərəfin qəlbini sındırsın. Yaxşı olardı ki, insan başqalarının qəlbini ələ almağa çalışardı. Əgər həyatda kimsə uğursuzluğa düçar olmuşsa, müvəffəqiyyət əldə edə bilməmişsə, insan çalışıb öz ümidverici sözləri ilə belə şəxslərin qəlbinə məlhəm qoymalıdır. Əli (ə) dil yarası barədə buyurur: "Dilin kəsiciliyi və itiliyi nizənin itiliyindən daha çoxdur.”
    Bihar”, c. 77, səh-216
    Tikanlı söz söyləməyin mənşəyi ədavət, kin və bəzən də həsəddir. Bu kimi mənfi xüsusiyyətlər tənə vuran adamı vadar edir ki, başqası ilə danışanda dili ilə qarşı tərəfi sancsın. Mümkündür sözün zahiri haqq olsun, amma bu haqq sözü elə bir şəkildə deyir ki, qarşı tərəfin inciməsinə və narahatçılığına səbəb olur. Ola bilər insan biri ilə mübahisə edəndə, qarşı tərəf hansısa sözü səhv desin, belə bir halla qarşılaşdıqda yumuşaq dillə bunu ona anlatmaq olar ki, filan yerdə sizin sözünüz yanlış idi. Amma çox zaman insan qərəzli şəkildə qarşı tərəfin bu səhvindən istifadə edib, həmin nöqsanı xüsusi əda və tonla vurğulamaqla onun narahatçılığına səbəb olur. Əgər insan qarşı tərəfin diqqətini onun buraxdığı səhvlərə yönəltmək istəyirsə, bunu elə bir tərzdə etməlidir ki, ona təsiri olsun, deyilən sözləri qəbul etsin, nəinki inada düşüb öz dediyində bir az da israr etsin. Belə olanda səhvə düçar olan adam birinci səhvindən əlavə inadcıllıq üzündən ikinci başqa bir səhvə də mürtəkib olur ki, bu ikinci nöqsanın islahı daha çətin başa gəlir.
    Bəziləri əmr be məruf və nəhf əz münkər edərkən bəzən elə rəftar edirlər ki, qarşı tərəfi yaxşılığa dəvət etmək əvəzinə, özlərinin kobud metodları və yanlış nəsihətləri – çox vaxt da təkrar məlamət və danlaqları ilə – onu başqa bir münkər işə vadar edirlər. Buna görə də Əli (ə) buyurur: "Məlamət və danlaqdan çəkin ki, günahı böyük göstərir və nəsihəti təsirsiz edir.”
    Həmin səh-232.
    Həmçinin başqasını həddən artıq danlayıb, nöqsanlarını təkrar-təkrar üzünə çırpmaq haqqında buyurur: "Danlaq və məlamətdə həddi aşmaq inadcıllıq atəşini daha da şölələndirir.”
    "Ğərərul-həkəm”, 278.
    "Təkrar qınaqdan çəkin. İnsanı həddən artıq qınayıb danlamaq günahkar şəxsi öz pis əməlində daha da cəsarətli edir, əlavə olaraq məlaməti alçaq və təsirsiz hala salır.”
    "Bihar”, c. 2, səh-138.
    Belə olan halda, birinin zəif cəhətlərini ona xatırlatmaq istəyəndə, gərək onunla xoş üzlə, mehribanlıqla danışasan. Yoxsa, əqrəb kimi sancmaqla müsbət nəticə hasil olmaz. Elə tərzdə rəftar etməlisiniz ki, səhvi olan şəxs öz zəif cəhətlərini düzəltməyə çalışmalıdır, öz səhvi haqqında düşünməyə vadar edilməlidir. Əgər kobud şəkildə onunla rəftar edilsə, desəniz ki, sən səhv edirsən, qanmırsan, həmişə belə edirsən – bu kimi təhrikedici sözlər söyləsəniz – təbiidir ki onun xoşuna gəlməyəcək və narahat olacaqdır. Bizim özümüzü də onun yerinə qoysalar, bizimlə də o cür ağır tonda danışsalar, sizcə biz narahat olmarıqmı? Hər bir insanla yuxarı tonda danışanda, ona qarşı aqresiv mövqe tutanda, özündən asılı olmayaraq müdafiə mövqeyinə keçir və deyilənlərin fərqinə varmayaraq özünə haqq qazandırmağa çalışır. Çox vaxt da söz deyənə onun öz tonunda ağır cavablar qaytarır. Əgər qınağa tutulmuş adam təqva sahibidirsə, belə hallarda müdrikcəsinə sükut ixtiyar edir, məsələnin gərginləşməsinə imkan vermir. Bir halda ki, biz nalayiq sözləri və rəftarı xoşlamırıqsa, başqalarının da bizim tikanlı sözlərimizlə islah olunmasını gözləməməliyik. Biz bütün hallarda başqalarına yaxşılıq etmək barədə düşünməliyik. Sözlərimiz və rəftarımız vəsf olunmuş gözəl insani əxlaqın göstəricisi olmalıdır.
    Yersiz inadcıllığın məzəmməti
    Peyğəmbərin (s) zikr etdiyi dördüncü xoşagəlməz xüsusiyyət yersiz inadcıllıqdır. Buna ərəbcə "məra” deyirlər. "Məra”– yəni başqasının sözünü rədd edib öz üstünlüyünü isbatlamaq, belə ki, insan bir xəta edəndə öz səhvini etiraf etmək istəmir, cürbəcür yollarla – səhv də olsa– özünə haqq qazandırmağa çalışır, deyilənləri müxtəlif variantlarla yozmağa səy edir. İnsan öz səhvində inadcıllıq edəndə, qarşı tərəf də dinc dayanmayıb başqa bir batil məsələni haqq kimi göstərməyə can atır.
    İnsanda inadcıllıq meyli baş qaldıranda səy edir, səhv də, düz də olsa öz sözünə haqq qazandırsın. Bu meyl xüdpəsəndlikdən qaynaqlanır. Yəni insan səhv etdiyini söyləmək istəmir. Səhvinə etiraf etməsinə özünün hörmətdən düşməsi, alçalması kimi baxır. Baxmayaraq ki, özlüyündə özünün səhv olduğunu bilir, amma başqalarının bunu başa düşməsini istəmir. Buna görə də başqası onun səhvini üzünə deyəndə inad göstərib özünün haqq olduğunu ortaya çıxarmağa çalışır.
    Şəksiz, bu cür inadcıllıq qarşı tərəfin etirazına və əsəbiləşməsinə səbəb olur. Bu cəhətinə görə də inadcıllıq qarşı tərəflərin bir-birini didib-didişdirməsinə gətirib çıxarır. Hər kəs özünün haqq olduğunu isbatlamağa çalışır. Buna görə də peyğəmbər buyurur: "İnadcıllığı qırağa qoyun ki, onun hikməti aşkar deyil. (Yəni onda hikmət, xeyir yoxdur) Heç kim onun şərrindən amanda deyil.”
    "Ğərərul-həkəm”, səh-36.
    İnsanın nahəqq sözündə inadcıllıq göstərməsi bəyənilməz bir sifətdir. Təssüflər olsun ki, elm əhli olan bəzi adamlar da bu sifətə düçar olurlar. Görürsən elmi mübahisə vaxtı bir nəfər səhv fikir söyləyir, amma səhvinə etiraf etmək əvəzinə öz sözündə inadcıllıq edir. Fikirləşir əgər qarşı tərəfə təslim olsa, deməli, artıq məğlub olmuşdur. Xüsusilə də əgər bir nəfər də üçüncü qıraq şəxs onların mübahisəsinə diqqət edirsə, mübahisə edənlər öz abır-həyalarını qorumaq xatirinə daha çox inad göstərirlər. Özü də dediyimiz qaraq adam onların müridlərindən biri olsa! Nə isə... Bütün bunlar səbəb olur ki, insan haqqı qəbul etməsin, səhv də olsa nahəqqə üstünlük versin.
    İnadcıllığın insana nə kimi problemlər çıxartdığına diqqət yetirməklə, yaxşı olardı ki, insan bu xislətlə mübarizəyə ciddi yanaşardı. İnadcıllığın insana vuracağı zərərlərdən biri də bu xislətin insanı səhv baxışlar, cürbəcür yalanlar söyləməyə vadar etməsidir.
    Əli (ə) buyurur: "Yersiz inad insanın rəyini fasid edir (və onu qeyri həqiqi nəzərlər verməyə vadar edir.)
    Həmin səh-17.
    İnadcıllığın Əli (ə)-ın kəlamında göstərilən zərərlərindən biri də insan ruhunun bu xislətin nəticəsində xəstəliyə düçar olmasıdır: "İnadcıllıq və cədəl ruhu qüsurlu edir.”
    Həmin səh-31.
    Həzrət Əlinin (ə) kəlamında göstərilən eyblərdən biri də insanın fikrinin zavala uğramasıdır: "Davakar və inadcıl adamın düzgün rəyi olmaz.”
    Bihar”, c. 77, səh-402.
    Səhf rəydə inadcıllıq göstərməyin əlacı budur ki, fəzilət izhar etməyə səbəb olan kibri öz qəlbindən çıxarıb atmalıdır. Bilməlidir ki, inadcıllıq düşmənçiliyə və küdurətə səbəb olur, ülfəti, qardaşlığı aradan aparır. Həmçinin tələbələrin yaraşığıdır ki, cidalı, inadcıllığı bir kənara qoysunlar, onun əksinə hərəkət etsinlər.
    Tələbələr çalışmalıdırlar ki, həmişə haqq sözə təslim olsunlar, gözəl danışıqları olsun ki, bununla haqqı qəbul eləmək onlarda adətə çevrilsin.
    Tərsliyi və cədəli bir qırağa qoymaq üçün insan özünə qəbul etdirməlidir ki, hər kəs səhv edə bilər, istər-istəməz hamının ayağı büdrəyə bilər. Hamı məsum ola bilməz ki. Ancaq məsumlar səhvdən amandadırlar, başqaları mümkündür səhv etsinlər. Bu elə də gözlənilməz bir şey deyil, hamının başına gələ bilər. Bunu eyb kimi başa düşmək lazım deyil. Əlbəttə insan çalışmalıdır ki az səhv buraxsın. Xüsusilə də dərs və mübahisə üçün çox mütaliə etməlidir ki, az səhv etsin. Amma səhv də etsə, onu özü üçün böyük eyib bilməməlidir. Elə düşünməməlidir ki, bununla artıq abrı getmiş, məğlub olmuşdur.
    İkinci dərəcədə gördü ki, səhv eləyibdir, tez öz səhvinə etiraf etməlidir. Deməlidir mən səhv etmişəm, haqq sizinlədir. Əlbəttə birinci dəfədə insanın öz səhvini etiraf etməsi çox çətin olur, amma sonra etirafın şirinliyini dərk etdi, fikirdə, nəzərdə səhvə düçar olmağın eyib olmadığını anladı, onun üçün səhvinə etiraf etmək asan olacaqdır. Öz-özünə deyəcəkdir: Mən insanam, insan mümkündür səhv etsin. Hərdən mən səhv edirəm, başqası düz deyir, hərdən də əksinə olur. Çox yaxşı olardı onun səhvini deyən, düzgün rəyi ona göstərən rəfiqinə təşəkkür etsin. Təkcə onun qarşısında sükut ixtiyar etmək olmaz. Çünki biz cədəlin, inadcıllığın əlindən yaxa qurtarmaq istəyiriksə, gərək onun əks tərəfini tutub gedək, inadcıllığın da müqabil tərəfi səhvinə etiraf etməkdir.
    Dostuna desin: Siz mətləbi çox gözəl başa düşmüşsünüz, mən diqqət etməmişəm. Məsələn bu cür münasibət nəinki insana məğlubiyyət hissi aşılamayacaq, əksinə həyatına səmimiyyət dolusu bir şirinlik gətirəcəkdir. Bununla insan başqalarının qəlbində özünə yer tapmış olur və başqaları da onun sözünə daha çox etimad edirlər.
    Əgər insan öz səhvlərini yoxlamağa girişsə, səhvlərinə yeni bir don geyindirməyə çalışsa, başqalarının etimadı get-gedə ondan üzüləcək, sonra düz söz deyəndə də onu eşitməyəcəklər. Amma vaxtında öz səhvinə etiraf etsə, düzgün rəyə tabe olsa, onun sözünə etimad edəcəklər. Çünki biləcəklər ki, o boş-boşuna söz söyləyən adam deyil. Nəticədə, cəmiyyətdə onun mövqeyi bir az da möhkəmlənəcək. Əlbəttə mömin ictimai mövqeyinin daha da əhəmiyyət kəsb etməsinə dilxoş olmamalıdır. Amma bunu da bilməlidir ki, haqq qarşısında təslim olmağın belə bir müsbət keyfiyyəti də var. İnsanın hər bir işdə niyyəti Allahın rizası olmalıdır. Yerdə qalan digər təsirlər də möminin rəftarının əvəzi olaraq qazandığı faydalarıdır.
    Category: Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) | Views: 898 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024