İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1823
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » 2011 » September » 24 » Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    4:49 PM
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    OTUZ DÖRDÜNCÜ DƏRS
    İbadətin cilvəsi, islamda məscidin yeri və rolu
    –İbadətin məfhumu və əhatə dairəsi
    A: İbadət üçün bölgü
    V: Namaz bəndəliyin zirvə nöqtəsi və məbuda yaxınlaşmaq.
    S: Müqəddimatın şəriliyinin fəlsəfəsi və namaza diqqət yönəldən amillər.
    –Məscid– Haqq dərgahı aşiqlərinin yüksəliş məkanı.
    –Xalqı məscidə sövq etməyin hikməti.
    –Məsciddə olmağın və ibadətin fəziləti.
    –Allahın ən sevimli bəndələri.
    İbadətin cilvəsi və məscidin islamda yeri və rolu
    Peyğəmbərin (s) Əbuzərə moizələrinin bir qismini araşdırdıqdan sonra, indi də həmin öyüdlərin başqa bir bölümünü təhlil edəcəyik. Hazırkı moizənin mövzusu məscid və məsciddə olmağın qayda-qanunları, namazın əhəmiyyəti haqqında olacaqdır.
    İbadətin məfhumu və əhatə dairəsi
    İlk növbədə ibadətin məfhumu və əhatə dairəsi barədə sözə keçək: Öncəki dərslərdə dediyimiz kimi insanın həqiqi kamalı Allah-təalaya yaxınlaşmaqdadır. Bu yaxınlığı əldə etməyin yolu və ya insanın həqiqi təkamülünün vasitəsi ibadətdir. İbadətin möhtəvası elə zəngin, elə dərindir ki, o həddə cazibədardır ki, heyrət dəryasında çabalayan, aciz qalan hər kəsi sükun və rahatlıq sahilinə, nəhayətdə isə fənafillaha çatdırır. Həqiqətdə də pərəstişin mələkuti cazibəsinin dərinliyini və yüksəkliyini vəsf edəcək heç bir qələm və bəyan tapılmaz. Gerçəkdən də, bu ilahi məfhum sözün və kəlmənin qəlibinə sığacaq həddə deyil. Yalnız ibadət eşqində qovrulan bir ürəyin sahibi – doğruların imamı Əli ibn Əbi Talibdirdir ki, buyurur: "İlahi mənim izzətim üçün yetər ki, Sənə bəndə olum, mənim iftixarım üçün yetər ki, Sən Rəbbim olasan.”
    "Nəhcül-bəlağə”, c. 3, səh-52.
    Bu sözlər Allaha bəndəlik eşqi ilə dolu bir ruhdan gəlir, o yüksək ruhdan ki, deyir: "Heç bildiniz ki, sizin dünyanız mənim yanımda keçinin asqırağından da mənfurdur...”
    "Üsuli-kafi”, c. 3, səh-131.
    Bəli, ibadət və pərəstiş sabit bir sistemə malik olub, bəşəriyyətin susamış ruhunu sirab edəcək yeganə nemətidir. Maddi cazibələr, maddi təkamül yolu ona təsir edə bilmir və ya onun boş qalmış yerini doldura bilmir. Çünki bəşər sənaye və texnalogiyanın inkişafında nə qədər çox irəliləsə, yeni-yeni üfüqlərə qədəm qoysa da, nəinki Mütləq Qənidən ehtiyacı üzüləcək, bəlkə də gündən-günə Ona daha çox ehtiyac duyacaqdır.
    a)–İbadət üçün bir bölgü
    Ümumi və əhatəli bir baxışda ibadəti iki növə ayırmaq olar:
    1. Xass mənada olan ibadət ki, namaz, oruc, həcc və s. bu kimi ibadət əməllərindən ibarətdir.
    2. Ümümi mənada olan ibadət ki, Allah-təalaya itaət qəsdilə görülən hər bir işə şamil olur. Bu təriflə hətta yemək, oturmaq, durmaq, söhbət etmək və s. işlər Allaha itaət qəsdi ilə görülərsə ibadət sayılırlar. Belə olan surətdə, insan ömrünün düzgün yolda sərf edilməsi, qiymətli ömür sərmayəsinin düzgün istifadəsi üçün, insan səy etməlidir ki, ömrün hər saatını, bəlkə də hər anını mümkün qədər Allaha ibadət yolunda– istər xas mənada, istərsə də ümumi mənada – sərf etsin. Ya da müqəddəs şəriətdə şəri ibadətlər ünvanı ilə göstərilən əməlləri əncam versin və ya təvəssülü əməlləri və vəzifələrini çalışıb qürbət qəsdilə görsün.
    Əgər insanın gördüyü hər bir kiçik və ya böyük iş dediyimiz bu kadrlara sığmasa, yəni ümumi və xüsusi ibadət ünvanı ilə göstərdiyimiz əməllər sırasında yer almasa, ləğv (boş və mənasız) əməldir. Ləğv işlər qiyamət günündə insanın həsrət çəkməsinə səbəb olacaqdır. Əgər nəüzibillah, günah olsa, dünya və axirət xəsarətinə, əbədi əzaba səbəb olacaqdır. Əgər günah olmasa, mübah və məkruh olsa, hər halda insanın sərmayəsi əldən çıxmış sayılır. Yəni ona heç bir faydası olmayan yerlərə xərclənmişdir. Şəriətdə əksər işlərin görülməsi zatı olaraq mübah tövsiyə edilmişdir. Bu təşviqlər və tapşırıqlar insanların o əməlləri görməsinə səbəb olur. İndi əgər bu işlər Allaha itaət qəsdi ilə görülsə ibadət olacaqdır.
    İnsanın həyatı ilə əlaqədar islamın və Quranın nəzəri budur ki, insan öz ali hədəfinə, səadətinə çatması üçün daha çox, daha yaxşı ibadət etməlidir. Bu minvalla da kəmiyyət və miqdar baxımından insanın gördüyü bütün işlər ibadətə çevrilir və həqiqətdə ibadət elə geniş vüsət tapır ki, insanın həyatını başdan-ayağa bürümüş olur.
    Amma keyfiyyət baxımından ibadətin keyfiyyəti insanın niyyətinə və mərifətinə bağlıdır. İnsanın Allaha mərifəti çoxaldıqca, Allaha olan məhəbbəti artdıqca, ibadətdə niyyəti daha da xalisləşdikcə, qəlbi hüzuru olduqca, ibadətin keyfiyyəti yüksəlir. Hərdən keyfiyyətlə qılınmış iki rükət namazın savabı min rükət diqqətsiz qılınan namazdan çox olur. Bu bizim hamımızın bildiyimiz şeydir. Buna görə də islam dini bizim diqqətimizi daha çox bu məsələyə yönəldir ki, səy edək işlərimiz, həyatımız başdan-ayağa ilahi bir don geyinsin. Çünki, insanın kamalı Allaha bəndəçilikdədir. Peyğəmbər buyurur: "İnsanların ən dəyərlisi o kəsdir ki, ibadət aşiqidir, sinəsini ibadətə açıb, ürəkdən ona məhəbbət yetirir, bədən üzvüləri ona məşğul olur, bütün bacarığını, səyini ona yönəldir. Bununla da dünyanın rahatçılığına və narahatçılığına əhəmiyyət vermir.”
    "Bihar”, c. 10. səh-99.
    Yuxarıda deyilənlərə əsasən, insan üçün bu cür hədəfi nəzərdə tutmuş kəs, təbii ki, onun üçün lazım olan meydanı da hazır etmişdir. İnsanın işlərinə, əməllərinə ilahi rəng verə bilməsi üçün ona lazım olan bütün vasitələri öncədən onun ixtiyarında qoymuşdur. Bununla onun daha yaxşı, daha çox ibadət edə bilməsinə şərait yaratmış, insanın Allaha yaxınlaşmasının zəminəsini hazırlamışdır. Çünki Allah-təalanın rəhməti hər kəsdən daha çoxdur və O, bəndəsinin Allaha yaxınlaşmasını hər kəsdən daha çox arzu edir. Vücudu və elmi nəhayətsiz olduğu kimi, xeyirxahlığı da nəhayətsizdir. Allahın bütün övsafı nəhayətsizdir. Bu baxımdan xeyir iş görməyə iradə etdiyi zaman, xeyri də nəhayətsiz olur. Bəndələrinə olan məhəbbətinin də həddi-hüdudu yoxdur. Bu cür nəhayətsiz rəhməti olan, bəndələrinin xeyrini bu qədər istəyən kəs, şəriətə gələndə də elə qanunlar verir ki, bəndələri Ona daha çox yaxınlaşa bilsinlər. Buna görə də şəriətin hökmləri, vacib və müstəhəbbləri – ibadət və həmçinin onun keyfiyyət və qayda-qanunları – hamısı ilahi lütfdür. Allah-təala bizim öz həddimizdə, bizə görə olan kamala, səadətə çatmağımızı istəyir. Allah-təala istəyir bəndəsi daha çox təkamül etsin, buna görə də təkvini və təşrii olaraq lazım olan vasitələri onun ixtiyarında qoymuşdur.
    v)–Namaz bəndəliyin zirvə nöqtəsi və Məbuda yaxınlaşmaq
    Təkvin məqamında Allah, bəndələrinə nə qədər çox lütf göstərsə, ibadətlərini yerinə yetirsinlər deyə daha çox tofiq verir ki,. Əlbəttə Allahın gördüyü işlər boş və bihudə deyil, Allahın xas qanunlarına tabedir. Təşri məqamında təşviq edir, elə hökmlər verir ki, camaat onları görməklə Ona daha çox yaxınlaşsınlar. O cümlədən Allaha yaxınlaşmağın ən yaxşı vasitəsi olan namazı təşri etmişdir. Necə ki, məsum buyurmuşdur: "Namaz hər təqvalı möminin Allaha yaxınlaşmaq vasitəsidir.”
    "Taha”, 14.
    Əlbəttə diqqət edilməlidir ki, namazın zahiri Allaha yaxınlaşmaq hesab olunmur, namazın batini və həqiqəti insanı Allaha yaxınlaşdırır.
    Ayələrə və rəvayətlərə görə əsl məqsəd namazın həqiqətidir, namazın zahiri deyil. Allah buyurur: "... Mənə ibadət et və Məni anmaq üçün namaz qıl..”
    "Ənkəbut”, 45.
    Bu ayədə "iqamə” (namaz qıl, namaza qalx) təbirinin namazın həqiqəti ilə tənasübü var. Məqsəd namazın batinidir. Həmçinin Allah buyurur: "...Namaz qıl. Həqiqətən, namaz insanı çirkin və pis əməllərdən çəkindirər...”
    "Əl-mizan”, c. 16, səh-133.
    Əllamə Təbatəbai buyurur: Bu ayənin tərzindən görünür ki, namazın insanı çirkin və pis əməllərdən çəkindirməsində məqsəd namazın təbiətinin çirkin və pis əməllərdən çəkindirməsidir. Deyəcəksiniz: Namaz necə çirkinlikdən və pis əməllərdən çəkindirir? Cavabında deyirik:
    Əgər Allah bəndəsi hər gün beş vaxt namaz qılsa və bütün ömrü boyu bu işi davam etdirsə – xüsusilə də namazı saleh bir mühitdə qılsa və həmin mühitin adamları da onun kimi beş vaxt namazlarını vaxtlı-vaxtında qılsalar, təbii olaraq namaz onları çirkin işlərdən saxlayacaqdır, çünki namazın kəbirə günahlarla arası yoxdur.
    Bəli, Allaha, bəndəlik qapısından müraciət etmək, özü də belə bir mühitdə, belə bir adamlarla, insanı adam öldürmək, onun-bunun malına, canına təcavüz etmək, zina kimi pis əməllərdən niyə saxlamasın? Əlbəttə ki, gərək belə də olsun.
    Namaz insanı nəinki onlara mürtəkib olmaqdan, hətta o cür pis əməlləri fikirləşməkdən belə saxlayır. Çünki namaz Allahın zikri deməkdir. Bu zikr birincisi Allah-təalanın birliyinə, risalətə, qiyamət gününün cəzasına imanı təlqin edir. İnsana deyir ki, Allahını ixlasla səsləyib Ondan kömək istəsin, xahiş etsin ki, onu düz yola hidayət etsin. Həmçinin azğınlıqdan və Allahın qəzəbindən Ona pənah aparsın.
    İkincisi insanı vadar edir ki, öz ruhu və bədəni ilə Allah dərgahına üz tutub, öz pərvərdigarını həmd, səna, təsbih və təkbir deməklə yad etsin.
    "Nəhcül-bəlağə”, (Feyzül-islam) x-213, səh-703.
    Amma rəvayət baxımından, Peyğəmbərdən (s) rəvayət edilmişdir ki, o namazda ki namaz qılan qəlbini bədəni ilə həmahəng etmir, ürəyi həmin namazla olmursa, həzrət Həqq həmin namaza nəzər salmır. Aydındır ki, bu rəvayət namazın həqiqətinə işarə edir. Bu həmin Allahı zikr və yad etməkdir. Çünki ibadətin hədəfi Allahı zikr və yad etməkdir. Allahı zikr etmək ürəyə cəla və səfa verir, onu ilahi nuru qəbul etməyə hazırlayır. Həzrət Əli (ə) ibadətin ruhu olan zikr haqqında belə buyurur: "Allah-təala Özünü zikr və yad etməyi ürəklərin cilalanıb nurlanması üçün bir vasitə qərar vermişdir ki, onunla karlıqdan sonra eşidərlər, qaranlıqdan (nadanlıqdan) sonra görərlər, düşmənçilikdən sonra boyun əyərlər.”
    "Nəhcül-bəlağə”, (Feyzül-İslam) 45-ci kitab. №15. səh-974.
    Ardınca buyurur: "Nemətləri və bəxşişləri yüksək olan Allah üçün zamanın bir hissəsindən sonra elə bir zaman gələr ki, həmin günlərdə, - şəriətin nişanəsi itdiyi bir vaxtda - bəndələrindən bəziləri ilə onların fikirlərində sirr danışar. Həqiqətdə onlarla danışan əqilləridir.”
    Yenə də namazın həqiqətinə və əhəmiyyətinə görədir ki, Əli (ə) Siffeyn müharibəsində, düşmənlə döyüşün qızğın vaxtında, başını qaldırıb günəşə baxır ki, görsün zöhr namazının vaxtı çatıbsa namaza dursunlar. İbn Abbas soruşur: Nə edirsən? Həzrət cavabında deyir: Göyə baxıram ki, görüm namazın vaxtı çatıbsa, namaz qılaq.
    İbn Abbas deyir: Məgər indi namaz qılmaq vaxtıdır? Müharibə gedir, döyüşün qızğın vaxtı namaz qılmağa fürsət hardadır? Həzrət cavabında buyurur: "Məgər biz onlarla nə üçün vuruşuruq? Bizim savaşımız namaz üçündür! Namaza görə onlarla vuruşuruq.
    Bəli, namaz həzrət Əlinin (ə) nəzərində o qədər böyük və əzəmətlidir ki, heç bir şey onu namazdan yayındıra bilmir. Üstəlik ibadət dünyası onun nəzərində maddi ləzzətlərlə müqayisəyə gəlməyəcək, tükənməz bir ləzzətdir. Onun nəzərində ibadət dünyası başdan-başa aydınlıqdır, orda qaranlıqdan, küdurətdən, qəmdən əsər-əlamət yoxdur. İbadət bütünlüklə səfa və xülusdur. Onun nəzərində xoşbəxt o kəsdir ki, intəhasız olan bu dünyaya qədəm qoysun və onun həyat bəxş edən təbəssümü ilə öz ruhunu nəvaziş edib oxşasın. Çünki hüdudsuz olan bu dünyaya qədəm qoyan kəsin nəzərində maddi dünya kiçik və həqir görsənəcəkdir. Hətta düşmənlə döyüş meydanında mübarizə aparanda da namazı tərk etmək istəməyəcək; çünki o bütün şeyləri namaz üçün istəyir və namazı da ona görə istəyir ki, Allahla münacat edə bilsin, Onunla danışa bilsin.
    Əli (ə), Osman ibn Hənif Ənsariyə yazdığı namələrin birində deyir:
    "Xoş halına o nəfsin ki, Allahın ona vacib buyurduqlarını yerinə yetirir, çətinliklərə sinə gərir, gecələri yuxuya dalmır. Yuxu onu üstələdikdə yeri özünə yataq edib əllərini yastıq əvəzinə başının altına qoyar. İnsanlar arasında bir dəstə vardır ki, qayıdış gününün (qiyamət) qorxusu onların gözlərini oyaq saxlar, böyürləri yataqdan uzaq olar. Dodaqları astaca Allahı zikr edər, istiğfarın çoxluğundan günahları pərakəndə olmuşdur. (...Onlar Allahın firqəsidirlər. (Allahın dininə kömək edən kimsələrdir.) Bilin ki, Allahın firqəsi – məhz onlar nicat tapıb (əbədi) səadətə qovuşanlardır əl-Mücadilə – 22)
    "Bihar”, c. 80, səh-10.
    s)–Müqəddimatın şəriliyinin fəlsəfəsi və namaza diqqət yönəldən amillər
    Namazın əhəmiyyətini, onun cəmiyyətin və fərdin sağlamlığındakı rolunu nəzərə alaraq Allah-təala onun daha da yaxşı yerinə yetirilməsi üçün bir sıra müqəddimati işlər qərar vermiş, onun üçün qayda-qanun (əxlaqi normalar baxımından) təyin etmişdir. Bununla bəndələrinin Onu daha çox yad etməsini, ibadətin əhəmiyyətini daha yaxşı dərk etmələrini istəmişdir.
    İnsanın xeyir bir işi görməsi üçün, əvvəl həmin işin xeyir olduğunu bilməsi gərəkdir. Əvvəl o işin xeyir olduğunu bilib sonra o işin fikrinə düşməlidir. Biz bir çox işlərin xeyir olduğunu bilirik, amma görüləsi anda yaddan çıxarırıq. Buna görə də bizim namazı yaddan çıxarmamağımız üçün Allah-təala bir sıra müqəddimati, ilkin hazırlıq işləri görmüşdür. Məsələn azanı təşrii etmişidir: Bir dəfə namazı vacib etdi və təkid etdi ki, hökmən onu görün, heç vaxt onu tərk etməyin. Bundan başqa azan adlı başqa bir ibadəti də təyin etdi. Bu da azanın müqəddiməsi və yadasalanı oldu. Dedi azanı hündürdən oxuyun; bununla başqaları da namazın vaxtının çatdığını bilsinlər və beləliklə onlarda namaza yönəlməyə, namaza qalxmağa bir istək oyansın. Baxmayaraq ki, namazın vacibliyinin əsli, bu barədə göstərilmiş ayə və rəvayətlər – hamısı, insana namazın məqamını dərk etməyə kömək edirlər, amma elə ki, namaz vaxtı azanın səsi ucalır, camaatın diqqəti namazın vaxtına və onun əhəmiyyətinə cəlb edilir. Bu xalqın diqqətini namaza yönəldən təsirli amillərdən biridir.
    Hətta namazı ilk vaxtında qılmağa adət etmiş əksər adamlar da başları bir işə qarışanda çox vaxt namazdan qafil olurlar, namaz vaxtının çatdığını yaddan çıxarırlar. Amma azan səsi veriləndə, istər-istəməz diqqətləri namaza yönəlir. Deməli azanın hökmünün hikməti və onun hündürdən deyilməsinə təkid olunması, başqalarının diqqətini namaza cəlb etmək və xatırlatmaq üçün imiş. Nəticədə, bunun özü, başqalarını ibadəti ilk vaxtında görməyə dəvət edən bir vasitədir.
    İmam Sadiq (ə) namazın ilk vaxtının fəziləti haqqında buyurur: "Vacib namazı qılmaq istəyəndə, onu öz ilkin vaxtında qıl. O kəs kimi ki, dünya ilə son vidalaşma anında namaza durur və qorxur ki, artıq namaz qılmağa başqa fürsəti qalmayacaq.”
    Həmin səh-13.
    Həmçinin İbn Məsuddan nəql edilmişdir ki: "Rəsulallahdan (s) soruşdum, Allah yanında hansı əməl daha üstün və sevimlidir? Buyurdu: Allah yanında ən sevimli əməl ilk vaxtında qılınan namazdır.”
    Bihar”, c. 7, səh-249.
    Yenə də xalqı ibadətə daha çox təşviq etmək, xalqda ibadət və bəndəlik əhval-ruhiyyəsini artırmaq üçün, Allah-təala namaz üçün xüsusi zamanlar və məkanlar müəyyən etmişdir. Məsələn, cümə axşamı və gününü ibadət üçün müəyyən etmişdir ki, bununla insanın diqqətini cümə gününün ibadətə xas olduğuna yönəltsin və insana həmin günü ibadət edib bihudə işlərdən uzaqlaşmağı xatırlatsın. Həmçinin, Allah-təalanın ziqədə ayı və zihiccə ayının ilk on günü üçün təyin etdiyi fəzilətin özü, Allah ibadətini yada salmaq üçündür. Çünki həmin bu qırx gündə həzrəti Musa (ə) Allahın dəvəti ilə Tur dağına getmiş və ibadətlə məşğul olmuşdur. Allah-təala bu barədə buyurur: "Musa ilə otuz gecə (oruc tutub dua edəcəyi, bunun müqabilində ona Tövratı nazil edəcəyimiz və özü ilə danışacağımız) barədə vədələşdik, sonra ona daha bir on gün də əlavə etdik. Beləliklə, Rəbbinin ibadət üçün təyin etdiyi müddət tam qırx gecə (gün) oldu. Musa qardaşı Haruna dedi: "Sən tayfam içində mənim xəlifəm ol, camaatı islah etməyə çalış və yer üzündə fitnə-fəsad törədənlərin yolu ilə getmə!”
    Musanın (ə) Tur dağında ibadətdə keçirdiyi qırx gün "Ərbəini-Kəlimiyyə” (Kəlimiyyə qırxgünü və ya Kəlimiyyə çilləsi) ilə məşhurdur. Seyrü-lülük əhli bu qırx günü çox əhəmiyyətli hesab edib, onun üçün xüsusi tapşırıqlar nəzərdə tutmuşlar. Həmin əyyamda daha çox ibadətlə məşğul olurlar.
    Bizim rəvai qaynaqlarda da "ərbəin” (qırx gün) üçün xas xüsusiyyətlər zikr edilmişdir. Məsələn belə bir rəvayət göstərilir ki: "Kim qırx gün xalisanə Allaha ibadət etsə, Allah hikmət bulağını qəlbindən dilinə cari edər.”
    "Ürvətül-vüsqa”, səh-211.
    (O cümlədən qırx gün ibadət etmək, qırx hədis əzbərləmək, qırx gün riyazət çəkmək və s. kimi qırx günlə yad edilən rəvayətlər çoxdur.)
    Həmçinin mübarək günlər, bayram günləri, əhya gecələri, Ramazan ayı üçün xüsusi imtiyazlar nəzərdə tutulmuşdur ki, onlardan istifadə edilməsi, zaman baxımından mövqiyyətlərinin dərki Allahı camaatın yadına daha çox salsın və camaat daha çox ibadətlə məşğul olsun. Yadlarında olsun ki, onların səadəti Allaha bəndəlikdə və Ona ibadət etməkdədir. İnsana yaraşmaz Allahdan üz çevirib başqalarına üz tutsun.
    Məscid - haqq dəgahı aşiqlərinin yüksəliş məkanı
    Xüsusi vaxtlardan əlavə, Allah ibadət üçün xüsusi məkanlar da müəyyən etmişdir. İnsanlar o məkanlarla qarşılaşdıqları zaman, onlara daxil olduqlarında, istər-istəməz Allahı yada salır, diqqətləri ibadi vəzifələrinə yönəlir. Bu baxımdan həmin məkanların varlığı insanda ibadətə diqqət yetirməsinə daha çox meyl oyadır. Ümumiyyətdə götürdükdə, məscidlər belə bir rolu daşımaqdadırlar.
    Baxmayaraq ki, insan üçün bütün yerlərdə – qəsb olunmuş və müxtəlif dəlillərə görə namaz qılınması cayiz bilinməyən yerlər istisna olmaqla – namaz qılmaq cayizdir, amma islamda təkid olunmuşdur ki, insan öz vacib namazlarını məsciddə qılsın; insana tapşırılır məscidlərə get-gəl etsin, xüsusilə də yaxınlıqdakı qonşu məscidə. Necə ki, peyğəmbər buyurur: "Məscid qonşusunun namazı, həmin məsciddən başqa yerdə qəbul olmaz.”
    "Vəsailüş-şiə”, c. 3, səh-478.
    Rəvayətlərdə qeyd olunmuş təkidlərə istinad edərək fəqihlər məsciddə namaz qılmağı məscid qonşusu üçün (məscidə yaxın ətrafda yaşayanlar üçün) "müstəhəbbi-müəkkəd” (təkid olunmuş müstəhəb əməl) hesab etmişlər. həmçinin onun tərkini məkruh bilmişlər. Rəhmətlik Seyyid Məhəmmədkazım Yəzdi buyurur: "Məscid qonşusu üçün üzr olmadan namazı həmin məsciddən başqa yerdə qılması məkruhdur.”
    "Vəsailüş-şiə”, c. 3, səh- 545
    Buna görə də insan həmişə məscidə get-gəl etməlidir və namazını məsciddə qılmalıdır. Həmçinin məscidin məqamı, onun hörmətini, qayda-qanunlarını gözləmək və məsciddə hazır olmaq haqqında düşünməlidir. Eləcə də məscidə getməyin, orda edilən ibadətin savabı haqqında düşünməlidir. Bəzən bizə sadə görsənən bir məsələnin fərqinə varmırıq. Allah, məscidi öz evi təyin etmişdir, bəndələrinə ora gedib-gəlmək icazəsi vermişdir. Bununla bizə böyük minnət qoymuşdur, çünki məscid Allahın evidir.
    Təbiidir ki, bütün yer üzü Allah üçün birdir. Heç bir məkan başqa məkandan Ona daha yaxın deyil. Deməli Kəbə və məscid Allahın evidir dedikdə, məqsəd budur ki, Allah-təala bu məkanlarla, bizim hər birimizin öz evimizlə müamilə etdiyimiz kimi mümilə edir. Yəni Allah bu məkanları Özünün görüş yeri və ziyarət məkanı olaraq təyin etmişdir. Bu məkanda Allah öz zairlərini (ziyarətə gələnlər) qəbul edir ki, onlarla kəlmə kəssin. Bundan başqa, biz hər hansı məkanı məscid təyin etsək, Allaha mənsub bilsək, hər bir yeri Onunla görüş və ziyarət yeri olaraq seçsək, O, qəbul edir. Bu, o deməkdir ki, görüş və ziyarət məclisini təyin etməyi də bizim öhdəmizə qoymuşdur. Bu, Allah-təalanın bizim haqqımızda rəva bildiyi ən böyük kəramətidir.
    –Deməli məscidlərin ən böyük rolu insanın diqqətini Allaha yönəltmək, onlarda bəndəlik və ibadət hissini oyatmaqdır. Düzdür ki, məscidlər rütbə və dərəcə baxımından eyni həddə deyillər. Bəzi məscidlər digər məscidlərə nisbətdə daha çox əhəmiyyət kəsb edirlər. İmam Xomeyni buyurur: "Müqəddəs İslam şəriətindən buyurmuşdur ki, namaz məsciddə qılınsın; Bütün məscidlərdən ən üstünü "Məscidül-həram”dır, ondan sonra "peyğəmbər (s) məscidi”, sonra "Kufə məscidi”, sonra "Beytül-müqəddəs məscidi, sonra hər bir şəhərin "Came məscidi”dir. Came məscidindən sonrakı yeri məhəllə məscidləri tutur. Bundan sonrası bazar məscididir.”
    "Tovzihil-məsail”, (Risalə) məsələ-893.
    Əli (ə) buyurur: "Dörd məscid dünyada behiştin qəsrləri sayılır: Məscidül-həram, Məscidün-nəbi (s), Beytül-müqəddəs məscidi və Kufə məscidi.”
    Həmin mənbə, c-3, səh-525.
    Adı çəkilən bu məscidlərin əzəmət və müqəddəsliyi o həddədir ki, hətta bəzi rəvayətlərdə tapşırılır ki, insan yaxın və uzaq yolla da olsa onları ziyarət etsin. Həmin məscidlərdə etikafa oturmağın çoxlu savabı vardır. İmam Baqir (ə) Kufə məscidinin fəziləti haqqında buyurur: "Camaat əgər Kufə məscidini (ziyarət və ibadətinin fəzilətini) tanısaydılar, o məscidə yetişmək üçün azuqə və minik tədarükündə olardılar. Bu məsciddə qılınan bir rükət vacib namaz, bir həcc savabına, orda qılınan bir rükət müstəhəbbi namaz isə bir ümrə savabına bərabərdir.”
    Həmin mənbə, səh-545.
    Və ya Məscidül-həramın əzəmətinə işarə üçün təkcə bunu demək kifayətdir ki, Kəbə - müsəlmanların qibləgahı həmin məsciddə qərar tutmuşdur. Müsəlmanlar öz namazlarını bu məscidə və müqəddəs evə sarı üz tutaraq qılmalıdırlar. Əlavə olaraq, imkanı olan şəxs üçün həcc ziyarətinə gedib həmin məscidin ətrafına təvafı vacibdir. Bu məsciddə qılınan namazın savabı başqa məscidlərdə qılınan bir milyonluq rükət namazın savabından əfzəldir. Peyğəmbər (s) buyurur: "Mənim məscidimdə qılınan bir rükətlik namaz başqa məscidlərdə qılınan min rükət namaza, bir rükət Məscidül-həramda qılınan namaz isə, mənim məscidimdə qılınan min rükət namaza bərabərdir.”
    Həmin mənbə, səh-536.
    Bu müqəddəs məscidin fəziləti barədə əlavə olaraq imam Baqir (ə) buyurur: "Əgər bir kəs vacib namazlardan birini Məscidül-haramda qılarsa, Allah-təala onun digər namazlarını – təklif vaxtından ömürünün axırınadək qıldığı namazları – da qəbul edər.”
    (Həmin mənbə, səh-268.) Bu məscidlərdən başqa digər məscidlərin də fəziləti vardır. Qüdsi hədisdə deyildiyi kimi: "Allah-təala buyurur: "Mənim Yer üzərindəki evlərim həmin məscidlərdir. Ulduzlar Yer əhli üçün necə işıq saçırsa, onlar da göy əhli üçün o cür parlayıb nur saçırlar. Xoş o kəslərin halına ki, məscidləri öz evləri qərar vermişlər; xoş o bəndənin halına ki, öz evində dəstəmaz alar və sonra Məni Öz evimdə ziyarət edər. Agah olun, bilin ki, ziyarət olunana öz ziyarətçisinə hörmət göstərib ona ehsan qılması lazımlıdır. Axşamın qaranlığında məscidə tərəf qədəm götürənlərə qiyamət günü parlayacaq nurla muştuluq verin.”
    "Vəsailüş-şiə", c. 3, səh-555
    Xalqı məscidə sövq etməyin hikməti
    Xalqı məscidə sövq etməyin çoxlu hikmətləri vardır. Külli olaraq onları iki qismə ayırmaq olar:
    1. İctimai hikmətlər: Elə ki bir məscid xalqın gedib-gəldiyi mərkəzi bir məkana çevrildi, xalq oraya toplaşdı və ya cümə günü məsciddə əzəmətli, ictimai xalq toplantısı yarandı, bunun xalqa, cəmiyyətə çoxlu ictimai, iqtisadi, siyasi xeyri olur. Müsəlmanlar islamın ilk illərindən indiyə qədər bu bərəkətdən bəhrələnmişlər və indi bəhrələnməkdədirlər. Tarix boyu məscid fikri, siyasi, iqtisadi, məzhəbi ehtiyacların ödənildiyi bir məkan olmuşdur. Həmçinin tükənməz islam mədəniyyətinin təbliği və genişlənməsi, cəmiyyətin zəruri elmlərinin öyrənilməsi üçün bir mərkəz rolunu oynamışdır. Eləcə də düşmənlə mübarizə aparacaq döyüşçülərin toplandığı, səfərbərliyə alındığı mərkəz kimi də fəaliyyət göstərmişdir. Külli olaraq məscidin cəmiyyətdə daşıdığı rolu ən azı dörd bənddə müəyyənləşdirmək olar:
    a–İbadət və Allahı yad etmə məkanı.
    b– Fikri cihad və islam maarifinin öyrənib-öyrədildiyi məkan.
    d– Müsəlmanların münafiqlər, gizli və aşkar düşmənlər qarşısında birlik ruhu nümayiş elətdirdiyi vəhdət məkanı.
    s– İslam mübarizlərinin toplandığı, səfərbərliyə alınıb düşmənlə mübarizəyə göndərildiyi məkan.
    2. Fərdi hikmətlər: Deyilənlərdən əlavə məscid fərd üçün də bərəkət daşıyıcısıdır. Məscidə yolu düşən bir nəfər məsciddə özünü ibadətə daha yaxşı hazırlaya bilir. Deməli məscid Allahı və ibadəti insanın yadına salan bir müzəkkərdir. Hətta, əgər insan Allahı yaddan çıxarsa belə, məscidin yanından ötüb keçdiyi zaman, elə ki gözü məscidin günbəzinə və ya güldəstəsinə sataşır, diqqəti istər-istəməz Allaha sarı yönəlir. Allaha bənədlik niyyətində olan kəslər üçün bu cür xəbərdaredici, oyandırıcı amillər onlarda ibadətə daha güclü meyl, daha çox hazırlıq əmələ gətirir. Bu baxımdan həmin amillər onların təkamülü üçün ən yaxşı yoldur. İnsanın Allahı daha çox yad etməsinə, ibadətə üz tutmasına səbəb olan amillərdən biri də ibadət və bəndəlik üçün təyin edilmiş müşəxxəs məkanlardır. Buna görə də tapşırmışlar ki, hətta evdə də ibadətə xüsusi yer ayrılmalıdır. Evin bir guşəsində belə bir yer nəzərdə tutulduqda, elə ki, insanın gözü həmin yerə, orada sərilmiş səccadəyə sataşır, Allahı yadına salır.
    İmam Sadiq (ə) buyurur: "Əli (ə) öz evində namaz qılmaq üçün orta ölçülü bir otaq ayırmışdı. Gecələr namaz qılmaq üçün qalxanda, əgər yatmayan körpə olurdusa, onu da alıb özü ilə bərabər həmin otağa aparardı və namaz qılardı.”
    Həmin mənbə, c-5, səh-372.
    Evdə nəzərdə tutulmuş namazxanalar bir yana, şəhərin və məhəllənin məscidləri də müzəkkirdirlər, insanın diqqətini Allaha yönəldirlər. Məscid özü, Allahın insanın kamalı yolunda qərar verdiyi vasitələrdən biridir. Bu cəhətdən də bir məhəllədə məscid tikildiyi zaman, camaatın ora getməsi təşviq olunmalıdır, məscidə getməyin savabı, məscidə sarı götürülən hər qədəmin savabı zikr edilməlidir. Bununla camaatda məscidə getməyə qarşı şövq yaradılmalıdır. Onlara xatırladılmalıdır ki, təkcə məsciddə olmağın özü xeyir-bərəkətin artmasına, günahların azalmasına səbəb olur.
    İmam Sadiq (ə) buyurur: "Peyğəmbər (s) deyirdi: Camaat namazında iştirak etmək üçün məscidə doğru bir addım atan kəsə, Allah-təala atdığı hər addımının müqabilində yetmiş min ehsan hədiyyə edər. Həmin mizanla da onun dərəcəsi artmaqda davam edər.”
    "İbrahim”, 28.
    Category: Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) | Views: 535 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019