İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1823
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » 2011 » September » 24 » Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    4:49 PM
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    Məscidin əhəmiyyətini dərk etməyin lüzumu və orda olmağın qayda-qanunları
    Bəhsimizin bu bölümündə Peyğəmbərin (s) nəsihətlərin bir qismi möminlərin məsciddə olmasına, oranın mənəvi bərəkətindən bəhrələnmələrinə, digər qismi isə məsciddə olmağın qayda-qanunlarına aid olacaqdır. Bu bəhsdə qeyd olunur, necə etmək olar ki, məsciddən daha çox, daha layiqli və yetərli istifadə olunsun; hansı tapşırıqlara və qaydalara əməl edilməlidir ki, Allah eləməmiş, Allahın belə bir böyük nemətindən məhrm olmayaq. Çünki, hərdən insan qəflətə o qədər qapılır ki, o qədər şeytanın vəsvəsələrinə mübtəla olur ki, öz əli ilə xoşbəxtlik və xeyir qapılarını şər və bədbəxtlik vasitələrinə çevirir: "Ya Rəsulum! Sən Allahın nemətini küfrə dəyişənləri... görmürsənmi?”
    "Nəml”, 62.
    Bəli, insanı belə bir xətər – Allahın nemətini öz əli ilə küfrə çevirməsi xətəri – təhdid etməkdədir. Buna görə də xalqı məscidə getməyə təşviq edəndən, məscidə getməyin savabını göstərəndən sonra, yenə də əlavə olaraq möminlərə eşitdirir ki, səy edin məsciddən layiqincə istifadə edin; Baxın, görün nə üçün məscidə gəlmisiniz, diqqətli olun ki, Allah eləməmiş məsciddə başınızı dünya malı, alış-veriş, ucuzlu-bahalıq barədə söhbətlərlə qarışdırmayasınız. Bir də görürsən məsciddə oturub dünyanın bu başından vurub, o biri başından çıxırlar; daha dolların qiyməti bazarda neçəyədir, torpaq bahalaşıb, ya ucuzlaşıb, filankəs gəldi, behmankəs getdi – bu cür məşğuledici söhbətlərlə harada olduqlarını unudurlar!
    Buna görə də məscid üçün xüsusi qayda-qanun təyin edilmişdir ki, insan onlara riayət etməklə qəflətə düşməsin və məscidin bərəkətindən məhrum olmasın.
    Peyğəmbərin (s) sözlərini təhlil etməkdən öncə, bir-neçə mühüm nöqtəni qeyd etməyi lazım bilirəm: İnsan məscidin, məscidə getməyin adını tutduğu zaman, gərək öz gücü həddində məsciddə olmağın qayda-qanunları ilə də tanış olsun; öyrənsin görsün məsciddə nə danışmaq olar, nə danışmaq olmaz, oturmaq necədir, qalxmaq necədir. və s.
    Çünki insanın mərifəti artdıqca, əməli daha artıq dəyər tapır. Ədəb qaydalarına riayət etmək, bəndənin Allaha yaxınlaşmasına səbəb olur. Əlavə olaraq, ədəb normalarına riayət etdikdə, əməllərin qəbuluna müsbət təsiri olur. Məscidə daxil olduqda diqqətli olmalıyıq ki, Allah-təalanın dərgahına daxil olmuşuq. Onun hüzurundayıq. Həzrət Həqqin hüzurunda olmağın qayda-qanunlarını bilmək üçün yaxşı olardı böyük şəxsiyyətlərin hüzurunda olarkən icra edilən qayad-qanunları meyar götürək, baxaq görək böyük bir şəxsiyyətin, ya böyük bir vəzifəli şəxsin yanına getdiyimiz zaman bizi təvazö və kiçiklik hissi necə bürüyür. Halbuki ən böyük vəzifəli adamın əzəməti Allahın əzəməti ilə heç müqayisə ediləsi deyil. Həmçinin Allah hüzurunda ədəbli olmaq haqqı ilə böyüklər hüzurunda ədəbli olmaq haqqı da müqayisəyə gələn deyil.
    Deyilənlərə əsasən aydın olur ki, heç kimin Allah hüzurunda ədəb-ərkan normaları haqqına riayət etməyə gücü çatmaz. Deməli biz Allah hüzurunda ədəb-ərkana riayət edə bilmirik, bəs heç olmasa, həmin anda baxıb görək rəftarımız necədir? Öz qüsurumuza, zəifliyimizə nəzər salaq ki, az olan bu diqqətin özü, bizi Allahın kərəm qapısına aparıb çıxaracaqdır. İmam Sadiq (ə) müfəssəl bir hədisdə, məscidin ədəb-ərkan qaydalarını belə yad edir:
    "Bir məscidə çatdığın zaman bil ki, əzəmətli bir sultanın adını tutub gəlmişsən. Elə bir kəsin qapısına gləmişsən ki, pak olmuşlardan başqa kimsə oraya ayaq basa bilməz, Onunla oturmağa, söz deyib, söz eşitməyə siddiqlərdən və doğru olanlardan qeyri kimsəyə rüsxət verilməz. Onun hüzuruna qədəm qoyduğun zaman, bil ki, əgər azacıq qəflət etsən, böyük bir xətərlə üzləşmiş, qorxulu uçurumun kənarında dayanmışsan. Bil ki, O səninlə Öz ədli və fəzli ilə müamilə etməyə qadirdir. Belə olan halda, əgər sənə lütf etsə, Öz fəzli və rəhməti ilə müamilə etsə, sənin az olan itaətini qəbul edəcəkdir və müqabilində sənə saysız-hesabsız mükafat və əcr verəcəkdir. Əgər səninlə Öz ədaləti ilə müamilə etmək istəsə, sənə ləyaqətində olduğun şeyi vermək istəsə, haqqına rəftar etsə, onda səni geri qaytaracaqdır və itaətin nə qədər çox olsa da rədd edəcəkdir. O, istədiyi şeyi edəndir. Elə isə, Onun dərgahında öz acizliyinə, təqsir və fəqirliyinə etiraf et; çünki sən Ona ibadət etməyi, Onunla ünsiyyət yaratmağı nəzərdə tutmuşsan. Öz sirrini aç Ona söylə. Bil ki, məxluqatın bütün gizli və aşkar nəyi varsa O bilir. Zərrə qədəri də olsa heç bir şey Ona qaranlıq deyil. Onun hüzurunda ən fəqir bəndəsi kimi ol və qəlbini səni Ondan ayıran, səninlə Onun arasında hicaba səbəb olacaq şeylərdən təmizlə, boşalt. Çünki O, pak və xalis qəlblərdən qeyrisini qəbul etmir. Yaxşı bax, gör ki, adın hansı dəftərdən çıxır. Diqqət et, əgər Onunla münacatın şirinliyini dada bildinsə, Onunla söhbətdən ləzzət ala bildinsə, Onun rəhmət və kəramət camı dodaqlarına toxundusa, bil ki, bu sənin dəvətinə müsbət cavabın nişanəsidir və Ona xidmət göstərməyə layiq görülmüşsən. Beləliklə, məscidə daxil ol ki, sənə izn və aman verilmişdir. Amma, əgər bunda qeyri hal baş versə, bütün qapılar üzünə bağlanmış, əlindən heç bir iş gəlməyən adam kimi duruxub qalsa, içəri keçməyib dayanmalıdır. Bil ki, hər zaman O bilsə ki, sən həqiqətən pənah gətirmişsən, sənə rəfət və rəhmət gözü ilə baxacaqdır, səni Özünün məsləhət bildiyi, razı olduğu şeydə müvəffəq edəcəkdir. Çünki O kərim və rəhimdir. Onun hüzurunda çarəsiz və dilxor durmuş, gözlərini Onun lütf və rizayət qapısına dikmiş bəndələrini Öz rəhməti altına almağı sevir. Çünki Özü buyurur: "Əli hər yerdən üzülüb darda qalanın birisi Ona dua etdiyi zaman, Allahdan qeyri onun duasını qəbul edəcək başqa tanrı varmı?
    "Tuhəful-Uqul”, peyğəmbərin (s) mövizələri və hikmət babı, səh-52.
    Peyğəmbər (s) məscidə getməyin təşviqində buyurur: "Ey Əbuzər! pak və yaxşı söz sədəqədir. həmçinin namaza doğru atılan hər qədəmin özü də sədəqədir.”
    "Sədəqə” ünvanı islam mədəniyyətində geniş yer tapmış məfhumlardandır. Bu kəlmənin bəyənilən olması da aydındır: Deyəndə ki, filan iş sədəqədir, bu ona oxşayır ki desinlər filan işi görməyin çoxlu dəyəri və savabı var. Bu yöndə bir şeyin dəyərinin çoxluğunu göstərmək istəyəndə, deyirlər bu iş sədəqədir. O cümlədən, bir kəsə dediyimiz yaxşı bir sözə ona görə sədəqə deyilmişdir ki, onu o qədər də dəyərsiz bilməyək; diqqət olunmalıdır ki, bir kəsə yaxşı bir söz dediyimiz zaman, həmin söz onun dərdinə yarayarsa, onun diqqətinin Allaha yönəlməsinə səbəb olursa, bununla həmin şəxs pis bir işdən əl götürürsə və ya hətta qəmi, dərdi olan bir möminin qəlbinin şadlanmasına səbəb olursa, onu həyata, gələcəyə ümidli edirsə, bil ki, o söz Allahın bəyəndiyi sözdür və əgər Allaha itaət etmək qəsdi ilə deyilsə ibadət sayılır.
    Peyğəmbər (s) əvvəl buyurur hər yaxşı söz sədəqədir, sonra deyir məscidə sarı atdığınız hər addım da sədəqədir. Bundan sonra bəhsin mehvəri məsciddir. Təbii olaraq insan peyğəmbərin (s) bu sözünün mənasına vaqif olanda və inananda ki, onun məscidə doğru atdığı hər addım sədəqədir və mükafata və savaba malikdir, məscid evindən uzaqda yerləşsə də, yenə də məscidə getməyə tələsəcəkdir. Çünki bilir ki, məscid evindən nə qədər uzaq olsa, bir o qədər də artıq savab qazanacaqdır. Bu sözün ardınca Peyğəmbər (s) məsciddə olmağın ədəb-ərkan normaları barədə buyurur: "Ey Əbuzər! Məscidə dəvət edənə ləbbeyk deyən və məscidin abadlaşmasına gözəl bir şəkildə yarınan insanın Allah tərəfindən mükafatı cənnətdir.”
    Məscidə dəvət edən dedikdə, zahirən azan deyən müəzzin nəzərdə tutulur. Çünki Allah tərəfindən xalqı Onun evinə dəvət edən müəzzindir. Müəzzinin işi hündür səslə azan deyib namazın vaxtının yetişdiyini elan etməkdir. Əgər kimsə onun dəvətini qəbul etdi, yəni azan səsini eşitməklə məscidə tərəf hərəkət etdi və əlavə olaraq məscidin abadlığına səy etdi, onda onun yeri behiştdir.
    Məscidin abadlaşdırılması deyəndə ağıla gələn ilk şey məscidin ilk tikilişi və ya təmiri olur, amma bu mənanın əvvəlki cümlə ilə tənasübü yoxdur. Bura görə də məscidin abadlaşdırılması (tikilməsi) dedikdə, bu ifadə məna baxımından "tikmək” və "təmir etmək” kimi məfhumlardan daha geniş, əhatəli olmalıdır. "Məscidin tikilməsi” ünvanı (imarət) həm Qurani-kərimdə, həm də rəvayətlərdə lüğət baxımından bir-neçə mənaya şamil edilmişdir: O cümlədən, bu kəlmə həm məscidin ilkin tikilməsi, həm təmir edilməsi və qorunması, həm də ziyarət edilməsi, get-gəl olunması mənalarında başa düşülür.
    Məsum imamlardan nəql olunmuş rəvayətlərdə də hər üç işə təkid edilmişdir: Həm məscidin tikilməsi, həm təmiri və bərpası, həm də ziyarət edilməsi (get-gəl olunması) təşviq olunub tapşırılmışdır. Deyilənləri nəzərə alsaq, görünür Əbuzər də "məscidin tikilməsi” ünvanını tikməkdən və ya abadlaşdırmaqdan fərqli olan bir mənada götürmüşdür. Buna görə də Peyğəmbərdən (s) məscidin qurulmasının necəliyi barədə soruşur. Çünki, əgər Peyğəmbərin (s) kəlamında məscidin bina edilməsi, inşa edilməsi nəzərdə tutulsaydı, bu mənada Əbuzərə qaranlıq bir sual qalmamalı idi.
    Əbuzər soruşur: "Ey Allahın rəsulu, atam, anam sənə qurban, məscidi necə abad edək?
    Peyğəmbər (s) cavabında buyurur: "Məscidin abadlaşdırılması odur ki orada hündürdən danışılmasın, (səs-küy olmasın) batil və bihudə işlər görülməsin, alış-veriş edilməsin. Nə qədər ki məsciddəsən boş və mənasız işlərdən çəkin, yoxsa qiyamət günü ancaq özünü danlayacaqsan.”
    Bu cümlələrdə peyğəmbər (s) Əbuzərin diqqətini dörd əxlaqi-əməli tapşırığa yönəldir:
    1. Məsciddə bağırıb hündürdən danışmaq olmaz. Çünki məscid ibadət yeridir, ola bilsin uca səslə danışmaq başqalarının fikrinin ibadətdən yayınmasına səbəb olsun, hansısa namaz qılan, dua edən bəndənin təmərküzünü pozsun. Bundan başqa cəmiyyət arasında, bir toplumda hündürdən danışmağın özü ədəbsizlik sayılır. Yaxşı olar ki insan məsciddə olduğu zaman ləyaqətli və ədəbli davransın, insanlıq normalarına sığmayan hərəkətlərə yol verməsin. Beləliklə, məscidi abadlaşdırmaq dedikdə nəzərdə tutulan əməllərdən biri də budur ki, insan orada mətanətli və vüqarlı olsun, sükuta riayət etsin, əgər bir söz demək istəsə, yavaş danışsın ki, digər namaz qılanlara mane olmasın.
    Peyğəmbər (s) məsciddə sükuta riayət edilməsi barədə buyurur: "Nə vaxt mənim ümmətimin arasında on beş xislət yer aldı, o zaman onlara bəla nazil olacaqdır. O xislətlərdən biri də odur ki, insanlar məsciddə uca səslə danışarlar.”
    "Vəsailüş-şiə", c. 3, səh-507.
    2. Boş və mənasız söhbətlərdən çəkinmək:
    Məscid Allahın evi və ibadət yeridir. Məsciddə batil, bihudə sözlər danışmaq, layiq bilinməyən söhbətləri açıqlamaq məzəmmət edilmişdir. Çünki bu, bir növ məscidə ehtiramsızlıq deməkdir. Sanki bir adam birinin evinə qonaq gedir, qonaqlıqda, süfrə başında oturub ev sahibinin düşmənindən danışır, onları tərifləyir; elə söhbətlərə toxunur ki, ev yiyəsinin acığına gəlir. Ya da qonaq getdiyi evdə ev yiyəsinin xoşuna gəlməyən hərəkətlər edir. Aydındır ki, bu cür rəftar ədəbdən, insaniyyətdən uzaqdır. Qonaq gərək ev sahibinin haqqına riayət etsin, onun könlünü oxşamağa çalışsın... Allah-təala bəndələrinin zərərinə qurtaracaq, onların səadətlərini xətərə salacaq söhbərlərin, mövzuların açıqlanmasını sevmir. Əlavə olaraq, məsciddə mənasız işlər görmək, boşboğazlıqla məşğul olmaq, məscidin vücudi fəlsəfəsi və heysiyyətinin yaddan çıxmasına gətirib çıxarır. Çünki, elə ki məsciddə oturub ağızları söhbətə qızışdı, yadlarından çıxır məsciddə olmaqları; nə üçün gəldiklərini də unudurlar.
    3. Məsciddə alış-verişlə məşğul olmaqdan çəkinmək:
    Məsciddə hər cür alış-veriş etmək, həmçinin saatsazlıq, dəmirçilik, dülgərlik, dəlləklik kimi sənət və peşə sayıla biləcək işlərlə məşğul olmaq qadağandır.
    Hədislərin birində İmam Sadiqdən rəvayət edilir: "Öz məscidinizi alış-veriş yerinə döndərməyin.”
    "Vəsailüş-şiə", c. 3, səh-496.
    Alış-veriş üçün, cəmiyyətin ehtiyacı olduğu sənətlə məşğul olmağa münasib yer kimi bazarı nəzərdə tutmuşlar. Məscid isə məxsus ibadət üçündür, orada alış-veriş kimi dünyəvi işlər görmək yaramaz. Əgər məsciddə də alış-veriş işləri görülsə, artıq orada məscidlikdən, xatırlama, Allahı yad etmə dərgahı dediyimiz müqəddəs məkandan əsər-əlamət qalmaz. Buraya insan ona görə gəlir ki, az da olsa bu dünyanı unudub Allahı yad etsin. Belə olan halda insan nəinki Allahı yad etməz, əksinə onun dünyaya bağlılığı bir az da artmış olacaqdır.
    Məscid Allah-təalanın yad edildiyi yerdir. İslam bu müqəddəs məkanda xalqın diqqətini Allahdan yayındıracaq işlərin qadağan edilməsinə təkid edir. Buna görə də hətta, dülgərlik, dəmirçilik kimi peşə sayılan işlərin də məsciddə görülməsini qadağan edir. Rəvayətlərin birində deyilir: "Bir gün Allahın rəsulu (s) məsciddə öz oxlarının ucunu yonan bir nəfərlə rastlaşır. (Onun bu işini görüb) deyir: "Məscidi bu cür işlər üçün tikməyiblər.”
    Həmin mənbə, səh-515
    Həmçinin İmam Sadiq (ə) buyurur: "Əli (ə) məscidə bir nəfər dəlləyin baş qırxdığını gördü. Qamçı ilə onu vurub çölə qovdu.”
    Muminun”, 1, 2, 3.
    4. Məsciddə boş və mənasız işlərdən çəkinmək.
    Peyğəmbər (s) tapşırır məsciddə boşboğazlıqla məşğul olmayın, bihudə işlərlə baş qatmayın. Sizin rəftarınız məsciddə xoşagələn olmalıdır ki, Allahın da xoşuna gəlsin. Səy edib məsciddə savaba, kamala, mükafata səbəb olacaq işlər görmək lazımdır. Sizə faydası olmayan işləri heç olmasa məsciddə görməyin; əslinə qalsa insan bütün yerlərdə, bütün hallarda mənasız, boş işlərdən uzaq olmalıdır. Möminlərin sifətlərindən biri də faydasız söhbətlərdən, işlərdən uzaq olmalıdır: "Həqiqətən, möminlər nicat tapmışlar! O kəslər ki, namazlarında müti olub (Ona) boyun əyərlər! O kəslər ki, lağlağadan (lüzumsuz şeylərdən, qadağan olunmuş əməllərdən) üz döndərərlər.”
    "Vəsailüş-şiə", c. 12, səh-345.
    Mömin heç vaxt lüzumsuz iş görməməlidir. Ömrünün bihudə yerə tələf olmasına imkan verməməlidir. Amma neyləmək olar ki, adi camaat az-çox bihudə işlər görür; ən azı faydası olmasa da, zərəri də olmayacaq mübah işlər görür; belə işləri heç olmasa məsciddə görməsinlər. Məscidi ancaq ibadət yeri olaraq nəzərdə tutmalıdırlar ki, məscidin hörməti-izzəti qorunub saxlansın, məscidə gəldiklərində mənəvi ab-hava hiss edə bilsinlər.
    Hədisin davamında peyğəmbər buyurur: Əgər məscidin ədəb-ərkanına riayət etməsəniz, qiyamət günü ancaq özünüzü qınayın. Məhz həmin gündə insan necə böyük bir səhvə yol verdiyini anlayacaq, dizinə vurub deyəcək: "Mən məsciddən daha səmərəli istifadə edə bilərdim; Elə məsciddə oturduğum ilk dəqiqələrdən axirətim üçün azuqə toplaya bilərdim, amma azuqə toplamağım bir yana qalsın, üstəlik axirətimi zay edəcək işlər də gördüm...”
    Bunu deyib, həmin anda vəsfə gəlməz bir həsrətə mübtəla olar.
    Məsciddə olmağın və orada ibadətin fəziləti
    "Ey Əbuzər! məsciddə olduğun müddətdə Allah-təala çəkdiyin hər nəfəsin qarşılığında sənə behiştdə bir dərəcə əta edər.”
    Evdən çıxıb məscidə sarı hərəkət edəndən sonra, məscidin ədəb-ərkanına riayət edəndən və namazımızı qılandan sonra, yenə də bizi təşviq edərək buyurmuşlar ki, namazı qılıb qurtaran kimi tez qalxıb getməyək. İmkan olduqca məsciddə çox qalmaq lazımdır; çünki məsciddə olduğumuz müddətdə çəkdiyimiz hər nəfəsin müqabilində Allah-təala behiştdə bizə bir dərəcə əta edir. Əgər məsciddə Quran oxusaq, zikr desək, ibadət və səcdə ilə məşğul olsaq bunların öz yeri, öz savabı olacaq, üstəlik məsciddə nəfəs çəkməyin özü Allahın behiştdə bizə dərəcə əta etməsinə səbəb olur. Çünki Allaha itaət qəsdi ilə nəfəs çəkməyimiz ona görə idi ki Allahın razılığı üçün Onun evində qalmışdıq. Allahın razılığını cəlb etmək üçün, Ona itaət qəsdi ilə görülən hər bir iş ibadətdir və hər ibadət də öz növbəsində behiştdə yeni bir dərəcə kəsb etməyə səbəb olur. Əlbəttə bilməliyik ki nəfəs çəkməyə verilən bu savab ibadət əsnasındadır, daha məsciddə boşboğazlıq vaxtı çəkilən nəfəsə savab düşmür. Kimsə elə düşünməsin ki, məscidə gedib mənasız yerə vaxt öldürməklə, əsnəyib-gərnəşməklə savab qazanacaqdır. İkincisi də elə başa düşülməsin ki, bütün işlərimizi bir qırağa qoyub gedib səhərdən-axşama kimi məsciddə oturmalıyıq. Mümkündür iki müstəhəb iş bir-biri ilə toquşsun, bu mənada ki, insanı o iki işdən birini görməyə gücü çatır. Belə olan halda istehbabı (xeyri, zəruriliyi) daha çox olan işi seçməliyik. Bəzən də ola bilsin müstəhəb iş vacib işlə toqquşsun, belə olan surətdə vacibi qabağa salıb müstəhəb işi kənara qoymaq lazımdır. Buna əsasən, əgər deyəndə ki, çoxlu müstəhəb işlər görün, bu o demək deyil ki, hətta vacib işlə qarşılaşdıqda, vacibi də kənara qoymalı müstəhəb işi görməliyik. Biz bu məsələyə diqqət yetirməliyik.
    Bir əməli təşviq edən zaman onun yaxşı cəhətlərini sadaladıqda, həmin cəhətlər o əmələ öz həddində aidiyyət tapır, yəni başqa əmələ əngəl olmamaq çərçivəsində götürülür. Buna görə də mümkündür bir sözün zahiri aidiyyəti olsun, amma meyar baxımından başqa bir ibadətlə, və ya başqa bir vacib işlə toqquşsun. Belə olan surətdə həmin müstəhəb iş öz bəyənilən çöhrəsini itirir və vacib işin müqabilində görülməməlidir. Deməli, əgər bizə tövsiyə edilmişsə məsciddə daha çox qalmağa çalışaq, bu o demək deyil ki, bütün zəruri işlərimizi, dərsimizi, bəhsimizi boşlayıb vaxtımızı səhərdən-axşama kimi məsciddə keçirək və zikr deyək. Aydın məsələdir ki, məsciddə oturmaqla, və ya zikr deməklə vacib dərsləri bir kənara qoya bilmərik. Bu işlər dərsin yerini verə bilməz. Müstəhəb iş heç vaxt vacibin yerini tuta bilməz. Zəruri və vacib işlər daha çox əhəmiyyət daşıyırlar, onlar məsciddə oturmaq, zikr demək bəhanəsi ilə kənara qoyulmamalıdır.
    "Mələklər sənə salavat göndərirlər və sənin çəkdiyin hər nəfəsin müqabilində əməl dəftərinə on dənə savab yazılır, həmçinin on dənə günah əməl dəftərindən silinir.
    Yuxarıda dediklərimiz məsciddə oturmağın faydaları haqqında idi. Çünki məscid elə bir yerdi ki, insan orada Allahı yadına salır, ibadət edir. Buna görə də rəvayətlərdə məscid axirətin bazarı kimi tanıtdırılır və həmçinin təkid edilir ki, insan məscidə başqalarından qabaq daxil olub, çıxanda hamıdan axırda çıxsın: "Peyğəmbər (s) Cəbrayıldan (əs) soruşdu: "Allaha görə hansı məkanlar daha çox seviləndir? Cəbrayıl ərz etdi: "Məscid. Həmçinin ən çox sevilən məscid əhli o kəsdir ki, məscidə hamıdan qabaq daxil olub, hamıdan sonra çıxsın.”
    "Bihar”, c. 2, səh-5.
    «Ey Əbuzər! Heç bilirsənmi ki, "... Səbir edin, dözün, hazır olun və Allahdan qorxun ki, bəlkə nicat tapasınız”– ayəsi nə barədə nazil olmuşdur? dedim: "Atam, anam sənə qurban, bilmirəm” Dedi: "Namazdan sonra namazın intizarında olmaq barədə nazil olmuşdur.»
    Ayədəki "Mürabitə” (مرابطی) kəlməsinin mənası müxtəlif cür təfsir olunmuşdur. O cümlədən qeyd edilir ki "mürabitə” kəlməsinin kökünü həm "bağlamaq” mənasında olan "rəbt” (ربط) kəlməsindən götürmək olar, həm də "bir məkanda bir şeyi bağlamaq” mənasında olan "rəbat” (رباط ) kəlməsindən. "Rəbat” kəlməsinin mənasına aydınlıq gətirmək üçün bir misal çəkim; məsələn atı bir yerdə bağlamaq, sonra onu düşmənlə döyüşə çıxarmaq üçün sırada yerləşdirmək, döyüşə hazırlamaq mənasına gəlir.
    Bu cəhətinə görə "mürabitə” sərhədlərin qorunması, düşmənlə döyüşə hazır olmaq mənasında başa düşülür. Amma bu ayədən əvvəlki və sonrakı ayələrə diqqət yetirəndə bəhs edilən ayənin daha geniş məna kəsb etdiyi ortaya çıxır. Bu diqqətlə, "mürabitə” sözü həm islam sərhədlərinin qorunması mənasını daşıyır, həm də iman və əqidə sərhədlərindən müdafiə mənasına şamil olur. Bu baxımdan bəzi hədisələrdə üləma və din alimlərinə "mürabitun” və keşikçilər təbiri ilə müraciət edilmişdir.
    İmam Sadiq (ə) buyurub: "Bizim şiələrimizin alimləri İblisin qoşunu qarşısında sinə gərmiş sərhəd keşikçiləri kimidirlər. Onlar, özlərini müdafiə etməyi bacarmayan zəif şiələrimizi İblisin hücumundan qoruyurlar.”
    "Bihar”, c. 83, səh- 35.
    Bir də alim və üləmaların məqamları sərhəd keşikçilərindən daha üstündür, çünki sərhəd keşikçiləri coğrafi sərhədləri qoruyurlar, üləma isə islamın əqidəsinin, mədəniyyətinin gözətçiləridirlər. Bu da aydındır ki, bir millətin əqidəsi, mədəniyyəti düşmənin hücumuna məruz qalarsa və millət özünü müdafiə edə bilməzsə, qısa bir müddətdə həmin millət əqidə, mədəniyyət baxımından məğlub olmaqdan əlavə, siyasi, hərbi baxımdan da məğlubiyyətə uğrayacaq.
    "Mürabitə” kəlməsi üçün verilən təfsirlərdən biri də budur ki, hər namazdan sonra başqa bir namazın intizarında olun və davamlı namaz qılın. Həmçinin "mürabitə” kəlməsi məscidə get-gəl etmək mənasında da götürülmüşdür. Çünki məscidə gedib-gəlmək insanlar arasında münasibətlərin tənzimlənməsinə və möminlərin qəlbi bağlılıqlarına səbəb olur.
    "Ey Əbuzər! Çətin şəraitdə (məs; soyuq havada) gözəl dəstəmaz almaq kəffarədəndir. Həmçinin məscidə çox gedib-gəlmək ayədə işarə olunmuş rəbatdır..”
    Hava soyuq olanda dəstamaz almaq da çətinləşir. Əgər bir nəfər belə soyuq havada hövsələ ilə, şadlıqla dəstamaz alsa, onun aldığı dəstəmaz bəzi günahlarının kəffarəsini ödəyir. Bu, insanın soyuq havada, soyuq su ilə dəstəmaz aldığına görədir.
    Başqa bir rəvayətdə belə deyilir: "Allahın rəsulu (s) buyurdu: "Sizə günahlarınızın bağışlanmasına, xeyir əməllərinizin artmasına səbəb olacaq yolu göstərimmi?” Dedilər: "Bəli, ey Allahın Rəsulu (s).” Buyurdu: "Çətin şəraitdə gözəl dəstamaz almaq, piyada məscidə getmək, namazdan sonr başqa namazın intizarında olmaq.”
    Allahın sevimli bəndələri
    Hədisin davamında Peyğəmbər (s) buyurur: "Ey Əbuzər! Allah-təala buyurur: "Mənim üçün bəndələrimin ən sevimlisi o kəsdir ki, Mənə görə bir-birinə məhəbbət bəsləyirlər, qəlbləri məscidə bağlıdır və dan üzü istiğfar edərlər. Onlar elə bir kəslərdir ki, əgər yer əhlinə əzab göndərməli olsam, onlara xatir (camaatın arasında olduqları üçün) həmin əzabı yer əhlindən götürərəm.”
    Bəli, Allah-təala ürəkləri məscidə bağlı olan, məscidə getmək üçün fürsət gözləyən, gecənin bir aləmi Allahla münacata qalxan sevimli bəndələrinin vücudları xatirinə əzabı yer üzünə, onların içərsində olduğu cəmiyyətə göndərmir.
    Onlar axirətdə yüksək məqamlara, saysız savablara çatmaqdan əlavə, öz varlıqları ilə əzabın cəmiyyətdən götrülməsinə səbəb olurlar. Bu dəstənin cəmiyyətə verdiyi xeyir-bərəkət çoxdur. Bütün bunlar məscidə get-gəl etməyin, Allaha diqqət yetirməyin nəticəsində hasil olur.
    İnsanın məscidlə üns tutmasının ona nəsib etdiyi xeyir, bərəkət ancaq axirət savabı ilə bitmir, elə bu dünyanın özündə də insan məscidə get-gəl etməyin sayəsində bir sıra əxlaqi, elmi, ictimai, siyasi və hətta maddi faydalar əldə edir.
    Əli (ə) məscidə get-gəl etməyin bəzi dəyərli təsirləri barəsində danışarkən buyurur: "Məscidə davamlı get-gəl edən kəsə ən azı aşağıdakı səkkiz xeyir-bərəkət nəsib olar:
    1–Allah yolunda istifadəsinə yarayacaq iman qardaşı.
    2–Yeni elm.
    3–Quran ayələrindən bəzilərinin dərki.
    4–Onun hidayətinə səbəb olacaq kəlam eşitməsi.
    5–Allah tərəfindən intizarında olduğu rəhmətə qovuşması.
    6–Onu azğınlıqdan qoruyacaq söz eşitməsi.
    7–Məscidə gedib-gəlməyin nəticəsində qəlbində baş qaldıran Allah qorxusunun sayəsində günahı tərk etməsi.
    8–Məsciddə tanış olduğu din-iman qardaşlarından həya edərək günahı tərk etməsi.” 
    "Vəsailüş-şiə", c. 3, səh-479.
    Bu bölümün axırında həzrət (s) buyurur: "Ey Əbuzər! Üç haldan başqa qalan hallarda insanın məsciddə oturmağının heç bir faydası yoxdur: Ya namaz halında Quran oxumaqla məşğul olsun, ya Allahı yad edib zikr desin, ya da elm öyrənməklə məşğul olsun. Məscidə get-gəl etmək haqqında deyilən bu qədər tövsiyyələr, təkidlər, bütün bu maddi və mənəvi xeyir bərəkəti sadalamaq, həmçinin məsciddə olub çəkilən hər nəfəsə axirətdə bir elə savabın verilməsi ona görədir ki, insan məscidi Allahla rabitə mərkəzi, mənəviyyatın kəsb edildiyi məkan bilsin; Öz mənəvi təkamülü, səadəti yolunda ondan bəhrələnə bilsin. Əgər axirətlə əlaqəsi olmayan bir iş olarsa, onu məsciddə görməkdən çəkinmək lazımdır. Buna görə də Peyğəmbər (s) məsciddə görüləcək işləri üç hissəyə ayırır və ondan sivayı məsciddə görülən hər bir işi boş və mənasız hesab edir.
    a: İnsan namazla məşğul olmalıdır və namazda Quran oxumalıdır və ya namazdan sonra Quran oxumaqla məşğul olmalıdır.
    v: Allah-təalanı zikr etməlidir, hətta dili ilə olmasa, qəlbində də deyə bilər. Əsas odur ki, diqqəti Allahda təmərküzləşsin.
    S: Məsciddə elm öyrənməklə, maariflənməklə məşğul olmaq olar. Məscid həm də elmin, məlumatın əldə edildiyi, yayıldığı yer olmalıdır. Belə olarsa həm insanın işi dəyərli və səmərbəxş olar, həm də bu onun dərəcəsini artırar və insanın əbədi xoşbəxtliyinə səbəb olar.
    Peyğəmbərin məscidlə əlaqədar bu bölümdə dediklərini nəzərə almaqla, yaxşı olardı ki, məscidə–Allahın bu müqəddəs evinə – daha çox əhəmiyyət verərdik. Səy edək onu abad saxlayaq; o gündən qorxaq ki, məscid qiyamət günü ona etinasız olduğumuz üçün bizdən Allaha şikayət etsin, necə ki, İmam Sadiq (ə) buyurur: "Məscidlər, məscidə gəlməyən öz yaxın qonşularından Allaha şikayət etdilər. Allah-təala məscidlərə vəhy etdi: "And olsun izzət və cəlalıma, onların bir rükət namazını da qəbul etməyəcəm, xalq arasında onlardan heç bir ədaləti aşkar etməyəcəm. Mənim rəhmətim onlara şamil olmaz və behiştdə mənim yanımda, mənim qonşuluğumda onlara yer verilməz.”
    "Ali-İmran”, 28.
    Category: Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) | Views: 587 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019