İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2051
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 24 » Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    4:47 PM
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    OTUZ BEŞİNCİ DƏRS
    Təqva, zöhd və vərənin məqam və dərəcələri
    –Təqvanın məfhumu və onun xofla əlaqəsi.
    –Təqvanın əhəmiyyəti və onun əldə edilməsi yolları.
    –Təqvanın dərəcələrinə bir baxış.
    –Təqvanın təsirinə bir baxış.
    –Müttəqilərin hesabdarlıq və başqa neçə xüsusiyyətləri.
    –Vərə və zöhd peyğəmbərin kəlamında.
    Təqva, zöhd və vərənin məqam və dərəcələri
    Peyğəmbərin (s) bu bölümdəki sözlərinin əsas mehvəri təqvadır. Təqva haqqında, onun müxtəlif yönləri barədə əxlaq kitablarında çoxlu bəhslər edilmişdir. Əvvəldə də biz bu mövzuya toxunmuşduq. Bu bölümdə təqva ilə əlaqədar həzrətin (s) kəlamında yer almış bəzi mətləbləri köklü və əsaslı şəkildə araşdırmağa çalışacağıq. İlk öncə təqvanın məfhumunu bəyan edək:
    Təqvanın məfhumu və onun xofla əlaqəsi
    "Təqva” kəlməsi "vəqayə” kökündən olub ismi-məsdəri "ittəqi, yəttəqi” felindən alınmışdır. "ittəqa” məsdəri insanın özünü və ya başqasını bir xətərdən çəkindirməsi mənasındadır. "ittəqa” məsdərinin üç cür ismi-məsdəri var. Onlardan ikisi "təqva” və "təqat” Quranda istifadə edilmişdir. Üçüncü ismi-məsdəri "təqyə”dir. Bu üçünün lüğətdə mənası birdir. (Bəzən Nəhcül-bəlağədə "təqyə” təqva yerində işlədilmişdir.)
    "İttəqa” iftial babının məsdəri olub "vəqayə” kökündən götürülmüşdür. Deyildiyi kimi təqva "ittəqa”nın ismi-məsdəridir və əsli "vəqva” olub, sonra qəlibindəki birinci hərifi "ta” hərfinə çevrilmişdir. Necə ki, "təras” kəlməsi əslində "vəras” olmuşdur.
    Deməli təqva lüğətdə, özünü xətərdən çəkindirmək mənasındadır, daha xətərin nə olmağının fərqi yoxdur. Amma əxlaqi mövzularda və ya Quranda təqva kəlməsi gələndə, burada artıq insanın özündən uzaqlaşdırmalı olacaq xətər, hər xətər deyil. Bu xətər insanın axirətini və səadətini təhdid edən xətərdir. Elə bil Quranda da ittiqa kəlməsi başqa insanlar tərəfindən gələcək biləcək xətərlərdən özünü qorumaq mənasında verilmişdir: "Möminlər möminləri buraxıb kafirləri dost tutmasınlar! Bunu edən kafirləri özünə dost tutan kəs Allahdan heç bir şey gözləməsin. Ancaq onlardan gələ biləcək bir təhlükədən qorxmanız (çəkinməniz) müstəsnadır...”
    "Bəqərə”, 123.
    Amma söhbət "Allahdan qorxmaq”-dan gedəndə və ya ayə və rəvayətlərdə mütləq şəkildə təqva və müttəqidən söz düşəndə, məqsəd ilahi təqvadır; Söz o kəslərdən gedir ki, dini və mənəvi zəminələrdə xətər hiss edirlər və bu xətər onların dinini təhdid etdiyi üçün qorxurlar, çalışırlar ki özlərini (dinlərini, imanlarını) o xətərdən qoruyub saxlasınlar.
    Deməli təqvanın üzə çıxma səbəbi xətərə görə qorxu hiss etməkdir, yəni insan xətər, qorxu hiss edəndən sonra həmin xətərdən amanda qalmaq üçün nəsə bir iş görür. Ən azı o xətərdən uzaqlaşmağa çalışır.
    Quranda bəzən qiyamət günü təqvaya aid ünvanla yad edilir. Həmin günün təsviri, əməllərin nəticələrinin üzə çıxdığı gün, xətərlərin zahir olduğu an kimi verilir, necə ki, Allah buyurur: "Qorxun elə bir gündən ki, o gün heç kəs heç kəsin işinə yarıya bilməz...”
    Bəqərə”, 194
    Hərdən kimsə təqvaya aid ünvanla zikr edilir. Bu halda etdiyi günahlara görə insana cəza verilir. Məsələn "vəttəqullah”
    ("Nəhcül-bəlağə”, xütbə-113, səh-353.) dedikdə mənası bu deyil ki, Allahdan qorxun, Ondan çəkinin, bu o deməkdir ki, Allahın verəcəyi əzabın xətərindən qorxun, Allahın sizin filan əməlinizə görə nazil edəcəyi bəladan, xətərdən çəkinin; yəni pis əməlinizdən çəkinin. Deməli Allahdan qorxmaq, insanın pis əməli nəticəsində ona veriləcək cəzadan qorxması mənasındadır.
    Hər halda təqvanın mənası yaranma səbəbinə görə xofla qarışıq yoğrulmuşdur. Bu cəhətinə görə onu Allah qorxusu kimi də məna etmək olar. Hərdən insanın davamlı və təkrar olaraq günahdan qorunması nəticəsində yaranmış adətə (mələkəyə) də təqva deyilmişdir. İnsana, bir kərə günahdan uzaqlaşmasına görə "müttəqi” (təqvalı) demirlər. Amma davamlı olaraq günahın tərkində səy edəndə, bu halı adət halına çevirəndə ona müttəqi deyirlər. Beləliklə, hərdən təqva felin ilk yaranma səbəbinə aid olur ki, bu həmin Allah qorxusudur. Hərdən də insanın davamlı günahdan uzaq durması nəticəsində adətə çevrilmiş xüsusiyyətə deyilir.
    Əli (ə) təqvanı insanı günahdan, azğınlıqdan saxlayan mənəvi və ruhani bir hal kimi mənalandırmışdır. Bu mənada təqva həmin adətə çevrilmiş xüsusiyyətdir. (Nəfsani mələkədir). Allahdan qorxunu isə həmin təqvanın doğurduğu hal kimi sayır:
    "Ey Allah bəndələri! Bilin ki, ilahi təqva Allah dostlarını günaha batmaqdan saxlayır, qəlblərində Allah xofu yaradır, gecələri ibadət üçün oyaq, gündüzlərin yandırıcı istisində oruc tutmaq üçün susuz saxlayır.”
    Xübtə-16, səh-66.
    Başqa bir yerdə buyurur: "Mən dediyim sözün ağasıyam. Bilin ki, təqva, keçmişdə baş verənlərdən ibrət alan kəsi şübhəli işlərə batmaqdan saxlayar.”
    "Nəşr”, 18
    Bəli, təqva insanın elə bir sərmayəsidir ki, onunla insan həyatın enişli-yoxuşlu yollarını, qadalı-bəlalı döngələrini sağ-salamat keçib gedir, təqva ona bəla və günah dalğaları ilə təlatümə gəlmiş dəryada nicat gəmisini, səadət yolunu tapmağa kömək edir. Bu yolu təqvasız keçmək mümkün deyil.
    Təqvanın əhəmiyyəti və əldə edilməsi yolları
    Təqvanın əhəmiyyətini, onun üzərində bu qədər təkid edilməsinin səbəbini oradan başa düşmək olur ki, bütün dinlərin əsas mahiyyəti, hədəfi, peyğəmbərlər göndərib, kitablar nazil etməsi– hamısı bəşərə düzgün səadət yolunu göstərmək, bu yolu başa vurmaqda onlara kömək etməkdən ibarət olmuşdur. Çünki yaradılmışın əsas qərəzi nəhayətdə insanın axirətdə tükənməz rəhmətə qovuşmasına nail olmasıdır. Buna görə də bu hədəfə çatmaqda daha çox təsiri olan hər bir şey daha çox əhəmiyyət kəsb edir. Başqa ibarətlə desək, nübüvvətin və ilahi şəriətlərin həqiqəti bəşərə səadət yolunu göstərmək olduğu üçün, Allah-təala Öz sonsuz rəhməti səbəbinə xalqı hidayət etməyi Özünə lazım bilmişdir. Buna görə də ilahi ayələr və övliyalar vasitəsilə insanlara çatmış xəbərlərdə insanların tərbiyə istiqaməti elə müəyyənləşdirilmişdir ki, bu qanunlara əməl etsinlər. Amma, naçar insanın əməli nəfsani köklərdən birindən qaynaqlandığı üçün, yəni insanın ixtiyari əməli insanın istəklərindən birinə söykənməli olduğu üçün, əsasən insan iradəsinin ilkin qaynağı qorxu və ümiddə xülasələnir.
    Peyğəmbərlər və onların canişinləri bəşərdə qorxu və ümid hissini dirçəltmək, onların diqqətini insan yaradılışının hədəfinə cəlb etmək üçün bu yoldan istifadə etmişlər.
    Təqvanın məfhumu və əhəmiyyəti aydın olandan sonra belə bir sual qarşıya çıxır ki, təqvanın əldə edilməsi yolları hansıdır?
    Biz təqvanın əldə edilməsi yollarını xülasə olaraq üç yolda müəyyənləşdiririk:
    1–Gələcəyə baxış: Təqvanın insan gələcəyinin azuqəsi olduğuna diqqət yetirmək. Bu yolla–uzaqgörənlik və əqlin hökmü ilə–insan dərk edir ki, gələcək üçün çalışmaq lazımdır. Beləliklə insanın zatının kiçik bir hissəsi də olsa təhrik olur və ayılır, insanı öz gələcəyi üçün çalışmağa vadar edir. Bununla insan, öz nəhayətsiz gələcəyi üçün faydalı olan şeyi əldə etmək fikrinə düşür. Bu cəhətinə görə Quran buyurur: "Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə (axirəti üçün özünə nə hazırladığına) nəzər salsın.
    "Həşr”, 18.
    2. Diqqəti insanın əməlindən Allahın xəbərdar olmasına çəkmək. Bu yol yuxarıdakı ayənin davamında bəyan edilir: "...Allahdan qorxun. Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır!”
    "Nəhcül-bəlağə”, xütbə-182, səh-602.
    Yəni gördüyünüz işlərdən agah olan Allahın bu sifətinə diqqət yetirməklə təqvalı olun. Bu da, Allah-təalanın insanın təqva əldə etməsinə kömək üçün seçdiyi başqa bir tərbiyə üsuludur.
    Çünki, insan xas psixoloji xüsusiyyətlərə malikdir. Onlardan biri də budur ki, insan başqasının, ikinci bir şəxsin onun gördüyü işlərə diqqət yetirdiyini biləndə, onun böyüklü-kiçikli rəftarlarını nəzarət altında saxladığını hiss edəndə pis işlər görməkdən çəkinir. Həqiqətdə Allah-təala insanı elə yaratmışdır ki, başqalarının gözü qabağında pis hesab etdiyi bir işi görməyə xəcalət çəkir. Buna görə də insan hər zaman Allahın nəzarəti altında olduğu haqda fikirləşməlidir. Bilməlidir ki, onun nəinki zahiri əməlləri müşahidə edilir, hətta Allahın onun qəlbindən keçənlərdən də xəbəri var. Belə olanda insan qəlbində, xəyalında peyda olan qara fikirlərdən də xəcalət çəkir. İnsan bir kəsə nə qədər çox ehtiram qoysa, onu nə qədər böyük və hörmətli hesab etsə, ürəyi istəyir ki, belə bir adamın müqabilində daha çox təmiz görünsün, necə deyərlər onun gözündə şəxsiyyəti yuxarı qalxsın. Yenə də Allah-təala Quranda insanın əməlinə agah olduğu halda buyurur: "Məgər onlar bilmirlərmi ki, Allah onların gizlində də, aşkarda da nə etdiklərini bilir?!”
    "Bəqərə”, 77.
    3. Təqvanın bu dünyada da insanın xeyrinə olduğunu anlamaq: "Kim Allahdan qorxsa, Allah ona hər çətinlikdən bir çıxış yolu əta edər və ona gözləmədiyi yerdən ruzi verər...”
    "Talaq”, 2, 3.
    Həmçinin Əli (ə) buyurur: "Bilin ki, kim təqvalı olsa, Allahdan qorxsa, Allah fitnələrdən, bəlalardan çıxış yolunu, qaranlıqdan işıqlığa çıxan yolu ona göstərər.”
    "Həcc”, 37.
    Birinci yol üçün deyildi: Sabahınız üçün nə tədarük etdiyinizi düşünün...
    Bu yolda isə buyrulur: Bu dünyanız üçün təqvanın verəcəyi faydalara nəzər salın.
    Siz istər-istəməz, həyatınız boyu müxtəlif fitnələrlə, cürbəcür problemlərlə, qaranlıq və şübhəli görünən hadisələrlə üzləşirsiniz. Əgər həmin həyatınızda Allahın sizə kömək etməsini istəyirsinizsə, onda təqvalı olmağa çalışın.
    Təqvalı insan bir yolu ayırd edəndə öz fikrini işə salmalı olacağı halda, Allah yolu düzgün görə bilsin deyə onun üçün bir nur zahir edir. Bu üzdən, hərdən görürsən olduqca cəncal bir məsələdə yüksək ağıl və huş sahibləri ilişib qalır, problemin içindən çıxa bilmirlər, amma elə də güclü ağıla, istedada malik olmayan birisi asanlıqla düzgün yolu tapıb işin içindən salamat çıxır. Bu, həqiqətdə Allah-təalanın köməyidir ki, təqva vasitəsilə Öz bəndələrindən bəzilərinə inayət edir.
    Deməli təqvanın əldə edilməsi üçün təşviq yollarından biri də onun doğurduğu təsirləri yad etməkdir. Çünki insan o vaxt bir işi görməyə qol qoyur, ya o zaman sevdiyi bir işi tərk etməyə razı olur ki, onun əvəzində yaxşı bir nəticə əldə edəcəyini bilsin; o vaxt ağır bir işin altına girir ki, arxayındır ki, axırda ona yaxşı bir şey nəsib olacaq. Beləliklə, əgər birini yuxarıda deyilən dəyərləri əldə etməyə vadar etməli olsaq, onu axirətinə və mənəviyyatına zərər olan işlərdən çəkindirmək istəsək, əvvəl gərək onda bu işə maraq oyadaq. İnsanın günahın ləzzətinə göz yumması üçün bir marağı, aydın dəlili olmalıdır; gecənin bir aləmi şirin yuxusuna haram qatıb ibadətə qalxması üçün gərək bir səbəbi olsun və ya şəri borcu onun cəbhəyə getməsini lazım bilsə, cəbhəyə gedib canını güllə qabağına verməsi üçün bir marağı olmalıdır. Bu marağın yaranması üçün ən gözəl yol insanın əməlinin doğurduğu xeyirlərlə onun diqqətinin cəlb edilməsidir. Çünki insanın fitrəti həmin xeyirləri istəyir.
    İnsan iman mərtəbəsinin hansı mərtəbəsində olursa-olsun, xeyir istəyir. Əgər imanı, mərifəti zəif olsa, ən azı dünya xeyrini istəyəcək. Hamı bol və halal ruzi istəyir, özü də zəhmətsiz, filansız. Bu cəhətinə görə də Quranda, eləcə də bu rəvayətdə təqvanın əldə edilməsi üçün insanda maraq oyansın deyə seçilən yollardan biri də təqvanın dünyəvi mənafeyini açıqlamaqdır. Camaata başa salmaq lazımdır ki, insan təqvalı olanda Allah çətinliklərdə, dar gündə onun köməyi olur, onun ruzisinə Özü zamin durur. Çünki həyatda hərdən elə olur ki, insan çıxılmaz vəziyyətlə üzləşməli olur. Belə anda o nə edəcəyini, hara gedəcəyini bilmir, əli hər yerdən üzülür, həyatın bu ağrı-acısına dözmək məcburiyyətində qalır.
    Allah-təala ona vəd edir ki, əgər təqvalı olsa, belə çətin anlarda ona nicat yolunu göstərəcək. Bu, Allahın insana verdiyi çox böyük bir vədədir. Allah onu təşviq edir ki, elə bir yolu seçsin ki, onun nəticəsi problemlərdən, sıxıntılardan qurtulmaq olsun.
    Müsəlman İran xalqının mübarizə və islami hərəkatı dövründə hərdən vəziyyət çox çətin olurdu. Heç kəs çətin vəziyyətdən çıxış yolu tapa bilmirdi. Amma bu inqilab təqvaya əsaslandığına görə, cəmiyyətdə ilahi təqvanı bərqərar etmək, bəndəlik ruhunu dirçəltmək niyyətilə olduğu üçün Allah daimən xalqa inayət edirdi; hər fürsətdə nicat yolunu onlara ilham edirdi ki, nəticədə xalq çıxılmaz vəziyyətdən çıxış yolu tapırdı. Belə inayətlərin bir nümunəsi də bəhmən ayının 21-də baş vermişdi:
    Şahənşah rejimi həmin vaxtlarda ölkədə fövqəladə vəziyyət elan etmişdi. Camaatın evlərindən çölə çıxması qəti qadağan idi. Bununla şah rejimi öz çirkin niyyətlərini rahat icra etməyi planlaşdırmışdı. Amma İman Xomeyni uzaqgörənliklə, təbii ki, ilahi ilhamın köməkliyi ilə xalqa göstəriş verdi ki, hökumətin fərmanına əhəmiyyət verməyib xiyabanlara çıxsınlar. Zahirdə elə də böyük görünməyən bu göstərişin nəticəsində düşmənin planları puça çıxdı və inqilabın qələbəsi qaçılmaz oldu.
    Həmçinin, Allah-təala təqva əhlinin ruzisini güman etmədiyi yerdən yetirir. Bizim hamımız ruzi əldə etmək üçün çalışıb-vuruşuruq. Ruzi ardınca getməyin özü də bir təklifdir. Hər kəs özlüyündə götür-qoy edir ki, görəsən nə iş görsə, hansı yolla getsə daha çox fayda əldə edə bilər və nəticədə bol ruziyə çatar? Nəhayət, hər kəs öz hesabı ilə bu həyatın axarında bir yolu tutub gedər: Ya gedib əkinçi olar, ya sənətkar, ya da tacir və ilaxır... Öz hesab-kitabı ilə əldə edəcəyi gəliri təqribi də olsa müəyyənləşdirər. Amma Allah-təala təqva əhlinə zəmanət verir ki, mühasibəsiz, filansız onların ruzisini yetirəcəkdir. O cümlədən, Allah xatirinə, dini vəzifə borcu olaraq elm öyrənən kəslərə Allah vədə verir ki, onların ruzisini güman etməyəcəkləri yerdən yetirər. Bu barədə rəvayətlərimizdə də çoxlu misallar var. Bu baxımdan bizim hamımız az-çox öz həyatımızda bu cür şeyləri təcrübə etmişik və buna bənzər hadisələr çox görüb-eşitmişik. Amma bununla belə, bir nəfər görəndə ki, ruzisi lazım olduğu qədər çatmır, baxıb görməlidir səhvi haradadır, necə deyərlər, ruzisi harada ilişib qalıb. Buna görə də Allahın vədəsinə uyğun olaraq təqva əhlinin ruzisi, adi mühasibədən xaric olub, ağlına belə gətirmədiyi bir yolla yetişir.
    Əgər Allah-təala bizi təqvalı olmağa dəvət edirsə, bu ancaq bizim dünya və axirətdə müsbət nəticə əldə etməyimiz üçündür. Təqva bizim yüksək mənəvi kamala çatmağımıza səbəb olur və üstəlik bu dünyadakı həyatımızı da sağ-salamat başa vurmağımıza kömək edir. Yoxsa ki, bizim təqvamızın Allaha nə xeyri var, biz təqvalı olduq, ya olmadıq, bundan Allaha nə çatır: "Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır...”
    "Bihar”, c. 77, səh-64.
    Bizi Allaha bağlayan şey ancaq təqvadır. Təqva bizim mənəvi yüksəlişimizə və kamala çatmağımıza səbəb olur. Çünki, bunu Allah belə istəyir. Allah təqvanın dünyadakı xeyir-bərəkətini saymaqla bizi təşviq edir ki, onu əldə etmək üçün çalışaq və nəticədə axirət savabına da nail olaq. Həqiqətdə bizim təşviqimiz üçün təqvanın hiss ediləcək və nəqd olan dünyəvi faydalarını zikr edir. Baxmayaraq ki həqiqətdə axirət xeyri bizim düşündüyümüz kimi nisyə deyil, olduqca yaxın bir vaxtda bəlli olacaqdır, amma biz bunu dərk etmirik.
    Təqvanın dərəcələrinə bir baxış
    Bütün mənəvi kamilliklərin müəyyən dərəcələrə malik olduğunu nəzərə alsaq, mənəvi kamilliklərin ən yüksəyi olan təqvanın da dərəcələrə ayrıldığını bilməliyik. Bir baxışla əxlaq alimləri təqvanı üç dərəcəyə ayırmışlar:
    1–Saleh əməl və düzgün əqidəyə sahib olmaqla nəfsin cəhənnəm əzabından və orada əbədi qalmasından mühafizəsi: çünki təqva nəfsin qorunması və Allaha qarşı çıxmaqdan özünü gözləmək mənasındadır. Yəni, təqva təkcə günahdan qorunub çəkinmək mənasında deyil. Bu cəhətinə görə də təqva həm əqidəyə şamil olur, həm də qeyri əqidəyə: əqidədə təqvalı olmaq, yəni insan öz əqidəsinin əsasları üzərində düşünməlidir, çalışmalıdır ki, öz əqidəsindən qırağa çıxmasın. Öz düzgün əqidəsinə müvafiq olaraq rəftarına, danışığına, hətta əfkarına istiqamət verməlidir. İnsan doğrudan-doğruya Allaha - əsil məbuda - etiqad bəsləməlidir, digər xəyali allahların batil olduğuna yəqini olmalıdır. Doğrudan etiqad bəsləməlidir ki, bütün hər şey həmin həqiqi məbudun yaratdıqlarıdır və yaradılan gərək öz yaradanına müti olsun, Ondan üz çevirməsin.
    İnsan Allah-təala ilə əlaqəli təqvaya riayət edəndən sonra, peyğəmbərlərin və onların canişinlərinin qarşısında daşımalı olacağı təqvaya da riayət etməlidir. Onların buyruqlarını canla-başqa yerinə yetirməlidir.
    2–Təqvanın ikinci dərəcəsi budur ki, insan günahları tərk etməkdən əlavə, günaha oxşar əməllərdən, məkruh bilinən şeylərdən də uzaq olmalıdır.
    3. Təqvanın üçüncü dərəcəsi budur ki, insan öz bədən üzvülərini haramdan, məkruhdan qoruduğu kimi qəlbini də Allaha xoş getməyən şeylərdən qorumalıdır, qara fikirlərin, çirkin niyyətlərin qəlbinə yol tapmasına imkan verməməlidir; əksinə, çalışıb Allaha xoş gedən işlər haqqında düşünməlidir.
    Təbii olaraq insan nə qədər ibadət etsə, amma gözünü günahdan çəkməsə, ibadətinin ona bir xeyri olmayacaqdır. Deməli ibadətimizdən, əməllərimizdən bir xeyir görmək istəyiriksə, ilk öncə onun hüdudlarını qoruyub gözləməliyik. Əsası da odur ki, Allahın razı olmadığı işə qol qoymamalıyıq. Rəvayətdə deyilir: "Haramdan çəkinən kəs, həqiqətən də insanların ən pərhizkarıdır.”
    "Ənfal”, 29
    Təqvanın təsirinə bir baxış
    Bəyanı edilməsi məsləhət bilinən mətləblərdən biri də təqvanın təsiridir. Biz onun bəzi təsirlərinə işarə edəcəyik:
    1. Həqiqətlərin dərkində təqvanın təsiri və rolu: "Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla-nahaqqı ayır edən bir nur verər...”
    Bəqərə”, 282.
    Həqiqətlərin dərkinə səbəb olan düşüncə qüvvəsi, insan öz rəftarının hüdudlarını aşmadığı, ipə-sapa yatan olduğu halda daha çox işə düşür. Çünki əxlaqi normalarda həddi-hüdudu aşmaq ağlın düzgün fəaliyyətinin qarşısını alır. Məsələyə texniki gözlə baxsaq belə deməliyik ki, insanın ipə-sapa yatmazlığı, öz istəklərinin ağzını cilovlaya bilməməsi onun heyvani cəhətlərinin başlı-başına qaldığı üçündür. Dediyimiz bu heyvani cəhətlər yeməyə olan hərislik, cinsi istəklər və qəzəb qüvvəsidir. İnsan bu cəhətlərdə öz həddi-hüdudunu tanımasa heyvani cəhətlərini qüvvətləndirmiş olur: Bütün iradəsini yeməyə yönəltmiş adam, səhərdən axşama kimi ot otlayan qoyun kimidir. Aydın məsələdir ki, bu cür insan insanlıq cəhətlərinə fikir verməyə vaxt tapa bilməz. İnsani qüvvələrdən biri də əqldir ki, belə olan surətdə ya zəifləyir, ya da tamamilə işdən düşür. Eləcə də diqqətini cinsi şəhvətə yönəldən adamın fikri, zikri ancaq şəhvəti olar. Onun fəaliyyətinin mehvəri səhərdən axşama kimi şəhvətini təmin etmək istəyən donuz kimi olar. Bu cür adam bir səhnəyə tamaşa edəndə, bir məclisdə olanda gözü-başı qaynayır, gözü ancaq cinsi meylinə xoş gələn qız axtarır. Musiqiyə qulas asanda, çıxış edəndə də ancaq cinsi qüvvəsini təmin edən şeylərə meyl göstərir. Kitab oxumaq istəyəndə axtarıb cinsi məsələ ilə əlaqədar bir şey tapsa, onu oxuyar. Aydındır ki, belə insandan ilahi maarif haqqında düşünməsini, həqiqətləri dərk etməsini təvəqqe etmək olmaz. Eyni ilə də yırtıcı heyvan xislətində olan adam öz qəzəb qüvvəsini gücləndirməyə çalışır. Belə adamın fikri-zikri başqalarından güclü olmağa çalışmaqdır. Buna görə də bu cür adamın təfəkkürünün mehvəri heyvani meyl olan gücgəlmə, üstələmə instinktidir.
    Təqvanın zəruri tələblərindən biri də budur ki, insan öz heyvani qüvvələrini kontrolda saxlasın. Belə olarsa əql qüvəsi vücudumuza hakim kəsilər.
    İndi əgər "fürqan” dedikdə nəzərdə əql tutulursa, (çünki əql haqla batili bir-birindən ayırır) onda belə nəticə çıxarmaq olar ki, heyvani qüvvələri məhdudlaşdırmaqla, əqli digər qüvvələrə hakim etməklə fürqana çatmış oluruq.
    Fürqan üçün başqa bir təfsir də vermək olar. Belə götürə bilərik ki, fürqan əqldən yüksəkdə duran bir nurdur. Çünki əql az-çox bütün insanlarda var. Beləliklə Allahı, ilahi xofu tanımaqla insan öz həyatında həddi-hüdudlara riayət edir. İnsan, vücudunda baş qaldırmış təqvanın hesabına Allahın fürqan nurunu ona mərhəmət qılmasına layiq görülür. Həmin fürqan nuru aqilə qüvvəsinin (natiqə qüvvəsi) təsdiqləyicisidir.
    2. Təqvanın insana ziya əta edilməsindəki rolu.
    İlahi təqvanın insana göstərdiyi dəyərli təsirlərdən biri də insanın aydın baxışlı olması və mərifət qapılarının onun üzünə açılmasıdır.
    Bir çox ayə və rəvayətlərdə təqvanın bu roluna dəlalət edən dəlillər göstərilmişdir:
    "...Allahdan qorxun! Allah ehtiyacınız olan şeyləri sizə öyrədir...” 
    "Bihar”, c. 70, səh-24.
    Bu ayə ona təkid edir ki, təqva Allah tərəfindən insana elmin əta edilməsində əvəzsiz rol oynayır.
    Rəvayətlərin birində peyğəmbər buyurur: "Kim qırx gün Allah üçün xalis olsa (xalis olaraq ibadət və əməl etsə), Allah hikmət çeşmələrini onun qəlbindən dilinə cari edər.
    Həmin, c. 59, səh-163.
    Həqiqətdə təqva, həqq mərifətinin qarşısını almış pası insanın qəlbindən təmizləyir və şeytanın insanın qəlbində əmələ gətirdiyi hicabların kənara çəkilməsinə səbəb olur. Bu andan etibarən insan həqiqətləri aşkar görməyə başlayır.
    İmam Sadiq (ə) buyurur: "Əgər şəyatin Adəm övladlarının qəlblərini gəzib dolaşmasaydılar, yəqin ki, onlar göylərin mələkutunu (qeyb aləmini) seyr edirdilər.”
    "Ali-İmran”, 76 Təqva, günahdan çəkinmək insan ruhunun cilalanmasında mühüm təsirə malikdir. Eyni zamanda dolayısı ilə bizə eşitdirir ki, nəfsin istəklərinə uymaq, təqvanı əldən çıxarmaq ruhun zülmətə qərq olmasına, bəsirət nurunun sönməsinə səbəb olur.
    3. Təqvanın mühüm təsirlərindən biri də Allah məhəbbətinin cəlbidir:
    "Xeyr (elə deyildir). Hər kəs öz əhdinə vəfa etsə və pis əməllərdən çəkinsə (təqvalı olsa), şübhəsiz ki, Allah belə müttəqiləri sevər.”
    "Əraf”, 35.
    Aydın məsələdir ki, Allah-təala bir nəfəri sevsə ona daha nələr etməz, hər şey verər. İnsan bir nəfəri sevəndə onun razılığını qazanmaq, diqqətini cəlb etmək üçün durmadan çalışır; heç bir əskikliyə yol vermir, çalışır ki, onun istəyinə əməl etsin. Belə olan surətdə bütün kamalata, qüdrətə malik olan Allah əgər bir kəsi sevsə, məlumdur ki, onun üçün çox şey edə bilər. Ola bilsin ki, biz bir nəfəri sevək və onun üçün nə isə yaxşı bir iş görmək arzusunda olaq, amma bunun üçün lazımı imkanımız olmasın. Bu üzdən həmin işi görməkdə aciz qalacağıq. Amma Allah-təala hər şeyə qadirdir. Bütün şeylər onun iradəsinə tabedir. Buna görə də Öz dostu üçün istədiyi hər şeyi edə bilər.
    4. Qorxunun, qəmin olmaması.
    Allah-təala buyurur: "...Sizə içərinizdən peyğəmbərlər gəlib ayələrimizi söyləyən zaman Allahdan qorxaraq (təqvalı olaraq) pis işlərdən çəkinib özlərini islah edən kəslərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!”
    "Ali-İmran”, 12.
    5. Qeybi yardımları əldə etmək.
    Allah-təala müttəqilərə edilən qeybi yardımlar barədə buyurur: "Bəli, əgər səbir edib Allahdan qorxsanız, onlar (Məkkə müşrikləri) qəzəblə üstünüzə gəldikləri zaman Rəbbiniz artıq beş min nişan qoyulmuş mələklə sizə yardım edər.”
    "Vəsailüş-şiə”, c. 11, səh- 235.
    Hədislərin birində deyilir: "Şübhəsiz Allah-təala mömini onun öz ruhu ilə təsdiq edər. Mömin hər vaxt bir ehsan etdisə, təqvalı oldusa, həmin ruh onun təsdiqi üçün yanında hazır olar. Və amma o vaxt ki, günah etdi, həddini aşdı, onun yanından çəkilib gedər, qaib olar.
    "Hucurat”, 13.
    6. Kəramət və Allaha yaxınlığın əldə edilməsi. İnsanın kəramətə və Allaha yaxınlaşmağa nail olmasında təqvanın rolu haqqında Allah Quranda buyurur: "...Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır.”
    "Əraf”, 96.
    7. Problemlərdən, sıxıntılardan qurtuluş.
    Təqvanın problemlərin həllində oynadığı rol haqqında qabaqda bəhs olundu və "Təlaq” surəsinin 12-ci ayəsinə işarə edildi. Burada təqvalı bir cəmiyyətə aid olan başqa bir ayəyə müraciət edəcəyik. Bu, Əraf surəsinin 96-ci ayəsidir:
    "Əgər o məmləkətlərin əhalisi iman gətirib pis əməllərdən çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq...”
    ("Maidə”, 27. Bir xüsusiyyətin və ya halın davamlı özünü göstərməsi, adət halını alması nəticəsində insanın xarakterik xüsusiyyətinə çevrilməsi. (Mütərcim)) 
    8. Əməllərin qəbulu. İnsanın əməllərinin qəbul olmasında təqvanın təsiri və rolu barədə Allah-təala buyurur: "...Allah yalnız müttəqilərdən qəbul edər!”
    "Nəhcül-bəlağə”, hikmət-363, səh-126. (Feyz.)
    Allah-təala bu ayədə bizim diqqətimizi təqvaya yönəldərək demək istəyir ki, əgər əməllərinizin qəbul olmasını istəyirsinizsə onda təqvalı olun. Əlbəttə, əgər boynumuzda olan dini təkliflər öz zahiri şərtlərinə uyğun yerinə yetirilsələr və düzgün olsalar, bununla təklif bizim üzərimizdən götürülmüş olur. Məsələn, əgər biz sübh namazına süst yanaşıb onu hava işıqlanandan sonra və gün baş qaldırmazdan qabaq tələsik qılsaq, bununla təklif bizdən götürülür, artıq onun qəzasını qılmağa ehtiyac görülmür. Amma bilməliyik ki, təklifin götürülməsi marhələsi ilə təklifin qəbul edilməsi mərhələsi, bir-birindən fərqli mərhələlərdir.
    Qəbul mərhələsi üstün mərhələ olub xüsusi şərtlərə malikdir. O şərtlərdən biri də əməlin təqva ilə yanaşı olmasıdır. Deməli Allah yanında əməlin dəyər tapmasına səbəb olan təsirlərdən biri də onun təqva ilə yanaşı olmasıdır.
    "Ey Əbuzər! Təqvaya əməlin özündən daha çox fikir ver. Çünki təqva ilə yanaşı olan əməl dəyərləndiriləcək qədəri az deyil. Belə olan halda necə ola bilər ki, Allah tərəfindən qəbul edilmiş bir əməl az sayılsın? Allah buyurur: "Pərvərdigar təqvalılardan əməli qəbul edir.”
    Camaat istər dünyaya, istərsə də axirətə münasibətdə diqqətli olmaq baxımından eyni səviyyədə deyil. Onların arasında çoxlu təfavütlər ola bilər. Belə ki, bu dünya qazancı ilə, dolanışıqla əlaqədar bəzilərinin himməti az olur. Belələri bir tikə pendir-çörəkdən ötəri səhərdən axşama qədər tər tökürlər, zəhmət çəkirlər və nəhayətdə əldə etdikləri qazanca razı olurlar. Bu dəstə nəinki zöhd yolunu tutmur, əksinə, təvəqqöləri və himmətləri də az olur.
    Bəzilərinin isə qazancla əlaqədar himmətləri çox olur. Belələri aza qane olmurlar, çalışırlar ki, bu dünyada çoxlu qazanc əldə etsinlər; az və məhdud şeylər onları qane etmir. Amma bu dəstədən himmətləri çox olanlar da var: Bu dəstə dünya malına, yeməyə, qarına çox fikir verməzlər. Onlar üçün ictimai mövqe kəsb etmək, izzət və şərəfə çatmaq daha çox əhəmiyyət kəsb edir. Bir işi seçəndə ona görə seçmirlər ki, onunla çoxlu pul, qazanc əldə edə bilsinlər, ona görə seçirlər ki, həmin iş onların ictimai mövqelərinə uyğun gəlir, izzət və şərəf əldə etmələrinə səbəb olur.
    Əgər onlara çoxlu qazanc gətirən, amma şərəfsiz bir iş təklif etsələr, razı olmurlar. Belələrinin himməti yüksəkdir. Onlar üçün şərəfin, izzətin dəyəri var.
    Həmçinin, axirətlə bağlı möminlərin himmətləri fərqlidir. Bəziləri o yerə qədər çalışır, himmət göstərir ki, bircə cəhənnəmə getməsin. Belələrinin əsas məqsədi cəhənnəm odundan qurtulmaqdır. Onlar bu həddə qane olurlar. Amma elələri də var ki, bu həddə qane olmurlar, behiştin daha yüksək mərtəbələrinə çatmağa çalışırlar. Başqa bir dəstə elə bir iradəyə, hikmətə sahib olmuşlar ki, cəhənnəmə və cənnətə heç fikir də vermirlər. Bu adamların marağı Allah yanında əziz olmaq, Ona yaxınlaşmaqdır. Bəli, Allahı tanıyanlar, Allah yanında izzətli olmağın qiymətini bilənlər, əgər behişt nemətləri olmasaydı da, Allah yanında gördükləri kəramətə görə yenə də olduqca şad və razı olardılar və bu məqamla iftixar edərdilər. Onlar üçün önəmli olan Allahın onlara dəyər verməsidir. Bu dəstə behişt nemətlərinə etina etməzlər. Allah Quranda buyurur: "Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır.” Allah-təala demir ən təqvalı olanınıza behişt və behişt nemətləri verəcəyəm və ya onu cəhənnəm odundan qoruyacağam, deyir ən təqvalı olanınız bununla ilahi kəramətə çatmış, Allah yolunda dəyər tapmışdır. Bununla məlum olur ki, ilahi kəramətə çatmaq və Allah yolunda əziz olmaq behiştin əbədi saraylarından, nemətlərindən bəhrələnməkdən daha üstündür. İndi, mərifətin bu həddinə çatmış bir kəsi təqva əldə etməsi üçün necə təşviq etməlidirlər?
    Ona deməlidirlər ki, təqvanı artır, dünya həyatın əla olacaq? O ki bütün bunlara arxa çevirmiş, ali mərtəbəyə çatmışdır. Bəlkə ona desinlər təqvanı artır cənnət saraylarına, hurilərə sahib olacaqsan və cəhənnəm odundan bir dəfəlik qurtulacaqsan? Təbii ki, bunlardan heç biri onu təqvasını artırmağa təhrik etməyəcəkdir, çünki o belə şeylərə göz yummuşdur. O kamalın elə bir mərhələsinə çatmışdır ki, Allahla görüş şövqündə, ilahi kəraməti və məhəbbəti özünə cəlb etməkdən başqa heç bir şey haqqında düşünmür. Bu cür insanın marağını artıracaq yeganə şey ona məhbubun rizvanını və görüşünü vəd etməkdir.
    Diqqət edilməlidir ki, Qurani-kərim tərbiyə üçün eyni üsulları seçmir. Hər səviyyə üçün xüsusi üsulu seçir. Bu cəhətdən Qurani-kərim müxtəlif tərbiyəvi üsullara malikdir. Bu üsullar ancaq Allah övliyalarında məhdudlanmır, çünki Quran bütün insanları kamala, hidayətə dəvət edən bir kitabdır. Buna görə də hətta himmətləri az olub kamal yoluna qədəm qoyanlar üçün də bir şeylər nəzərdə tutmuşdur ki, binəsib qalmasınlar. Onlara da maddi nemətlər, behişt və cəhənnəmdən nicat vədi vermişdir. Amma ilahi kəramətə və rizvana çatmaq, Allah yanında əziz olmaq ali mərifət dərəcəsinə çatmış kəslərə məxsusdur.
    Category: Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) | Views: 798 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024