İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1823
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » 2011 » September » 24 » Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    4:41 PM
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    Allah övliyaları və ilahi təqdirə razılıq
    Yəqinə çatmaqla insan öz istəklərindən vaz keçir və gözünü Allahın istədiklərinə dikir. Bu andan etibarən artıq vaxtını əlçatmaz arzuları haqqında düşünməyə sərf etmir, vaxtını ancaq onun üzərinə düşən öhdəlikləri, ilahi təklifləri yerinə yetirməyə sərf edir. Onu düşündürən bircə şey var; o da budur ki, Allah ondan nə istəyir və Allah onun üçün nəyi nəzərdə tutmuşsa, o həmin şeyə razıdır. Yəqin əhli onlar üçün müqəddər olmuş şeyə çatacaqlarını bilməkdən əlavə, bunu da bilmirlər ki, onların xeyri Allahın təyin etdiyi qədərdədir. Yəni gözəl bir sistemin varlığından agahdırlar və bilrlər ki, Allahın bölgüsündə, təyin etdiyi qədərdə hər bir şey ən gözəlidir.
    Həmin ilahi bölgüdə müəyyənləşən hər nə varsa. Aləmin külli sisteminin bir parçasıdır və həmin sistem, sistemlərin ən yaxşısıdır və həmin xas fenomen, onun öz xüsusi şəraitini, səbəblər halqasını, zəminələrini nəzərdə tutmaqla var olduğundan daha gözəl bir şəkildə var ola bilməz.
    Bəli, mərifətin bu həddinə çatanlar Allah istəyən şeyin olduğuna yəqinləri olmaqdan əlavə sevinc içində olarlar. Onların nigarançılıqları olmaz. Onlara əgər bir müsibət üz versə özlərini itirməz, nigaran olmazlar, həmin müsibəti gülər üzlə qarşılayarlar. Çünki, xeyirlərinin baş vermiş hadisədə olduqlarını bilirlər. Bu, riza məqamıdır.
    Riza məqamı o kəslərin məqamıdır ki, bütün ilahi hökmlərin bəndələrin xeyrinə olduğuna inanırlar. Bu haqqda çoxlu rəvayətlər qeyd edilmişdir. O cümlədən İmam Sadiq (ə) buyurur: "Əcəba! Ola bilərmi ki, Allah bir nəfər müsəlmanın qəzavü-qədərini təyin etsin və orada xeyirdən başqa bir şey olsun? Əgər bədəni qayçı ilə tikə-tikə doğranmalısa, deməli xeyri bunda imiş və əgər bütün yer üzünə şərqdən-qərbə malik olacaqa, yenə də xeyri bu imiş.”
    ("Fəcr”, 27-28.)
    İmam buyurur mömin üçün Allahın nəzərdə tutduğu qədərin hamısı xeyirdir. Ola bilsin işin zahiri onun xoşuna gəlməsin, amma xoşuna gəlsə də, gəlməsə də işin həqiqəti bundan ibarətdir. O xoşagəlməz bir hadisə ilə qarşılaşıbsa, deməli ya dünyasına xeyri var, ya da axirətinə. Belə bir mərifəti kəsb etmiş şəxs qarşılaşdığı yaxşı-pis hadisələrdən narahat olmur, çünki bəndəlik məqamında əskikliyi olmayıb, boynuna düşən vəzifəsini yerinə yetiribdir. Ona görə də birdən ruzisi az olar, çox olar deyə nigarançılıq keçirmir və ya görəsən nə baş verəcək deyib özünü əbəs yerə qorxuya-hürküyə salmır: O, işini Allaha təpşırıb öz bəndəçiliyi ilə məşğuldur. Tam yəqinlə bilir ki, nə baş versə onun xeyrinədir. O bundan başqa bir şey istəmir. O bütün hadisələrə nikbin gözlə baxır. Qarşılaşdığı müsibətlərə razılıq verir: Əgər zindana düşsə gileylənmir; rəvayətdə göstərilən təbirlə desək, hətta bədənini qayçı ilə tikə-tikə doğrasalar da o bundan razı qalır, çünki öz xeyrini bunda görür.
    Biz inqilab və müharibə dövründə çox adamlar görmüşdük ki, başlarına gələn hadisələri könül xoşluğu ilə qəbul edirdilər. Arxa cəbhədə elə atalar, analar, gəlinlər olurdu ki, əzizlərinin tikə-tikə olmuş və ya yanmış cənazələrini gətirib onlara təhvil verəndə onu könül xoşluğu ilə təhvil alırdılar və onlara belə bir iftixar nəsib olduğuna görə Allaha şükür edirdilər!
    Bunları dildə demək asandır, amma həyatda yaşamaq olduqca çətindir. Allahın verdiyi yazıya dilxoş olmaq hər adamın işi deyil. Bu mənanı dərk etməyin özü də çətindir: Necə olur ki, Allah bəndələrindən bəziləri elə bir məqama çatırlar ki, onlara baş vermiş, baş verəcək hadisələrdən giley-güzarları olmur; Onlar üçün elə də önəmli deyil sabah nə olacaq, ruziləri çatacaq, ya yox. Əziz bir adamı cəbhəyə gedibsə onun ölümü üçün nigaran olmur və ya əgər özü haqq yolun fədailəri ilə cəbhədə vuruşursa, artıq evinin, külfətinin nigarançılığını çəkmir. Çünki canını, varlığını şəhadətə hazır etmiş adam evinin, külfətinin fikrini çəkə bilməz. Belə insanlar cəbhədən qayıtdıqlarında çox yaxşı olardı ki, öz ruhiyələrini, mənəvi hallarını qoruyub saxlayardılar və fədakarlıq, Allahın qəzavü-qədəri qarşısında təslim olmaq dərsini başqalarına da verərdilər. Həmişə dillərinin virdi bu olardı ki:
    Dərd də versə, qənd də versə, dost verib
    Dost verən şey dərd də olsa, qənd verib
    Rəhmətlik Molla Mehdi Nəraqi deyir: "Allahın qəzasına razılıq dinin ən yüksək məqamlarından, müqərrəblərin ən şərəfli mənzillərindən və Allahın əzəmətli qapılarından biridir. Bu qapıdan girən şəxs behiştdə daxil olar. Riza məqamının əhəmiyyəti o həddədir ki, peyğəmbərdən nəql edilən rəvayətlərin birində deyilir: "Allah qiyamət günü mənim ümmətimdən bir dəstəyə elə bir qanad verər ki, onunla onlar qəbirlərindən behiştdə doğru pərvaz edərlər və ürəkləri istəyən behişt nemətlərindən bəhrələnərlər. Mələklər onlardan soruşarlar: "Hesab-kitab üçün sizi saxlamadılar ki?” Onlar deyər: "Bizdən hesab sormadılar.” Yenə soruşarlar: "Sirat körpüsündən keçə bildinizmi?” Deyərlər: Biz sirat görmədik. Soruşarlar: Cəhənnəmi gördünüzmü? Deyərlər: Biz cəhənnəm, filan görmədik. Mələklər yenə soruşarlar: Kimin ümmətindənsiniz? Deyərlər: Məhəmmədin (s) ümmətindənik.
    Mələklər onlara and verdirib soruşarlar ki, siz dünyada nə iş görmüsünüz, ürəyinizdə nə olub ki, bu cür şərəfə layiq görülmüşsünüz? Deyərlər: Bizim iki xislətimiz olub. Allah bu iki xislətə görə, Öz fəzli və rəhməti ilə bizi bu dərəcəyə çatdırıb: "O xislətlərdən biri budur ki, xəlvətdə olduğumuzda Allahdan utanıb günah iş tutmamışıq, ikincisi də budur ki, Allahın bizə qismət etdiyi şeyə razı olmuşuq.”
    ("Maidə”, 19.)
    Allah-təala riza məqamına nail olmuş kəs haqqında buyurur: "Qiyamət günü Allah-təala mömin kimsəyə belə buyuracaqdır:”Ey öz imanından, əməlindən və Allahın vədindən xatircəm olan kəs! Və ya: "Ey arxayın nəfs!” Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən!”
    (Allahın yeganəliyinə imanı olan, Allahı, tək ibadət ediləcək məbud sayan şəxs. (Mütərcim))
    Şərif olan bu ayə Riza məqamını və Allaha olan etimadı açıqlayır. Bu hal insanı hər cür sıxıntıdan, pərişanlıqdan, təşvişdən azad olmasına səbəb olur. Bu məqamın əsas xüsusiyyətlərindən biri də budur ki, insan həm razıdır, həm də razı olunmuş. Yəni arada qarşılıqlı razılıq var. Bu məna başqa bir ayədə belə bəyan edilir: "Allah onlardan, onlar da Allahdan razıdırlar...”("Mülk" 1-2)
    "Raziyə” və "mərziyyə” kəlmələri haqqında rəhmətlik Əllamə Təbatəbai buyurur: "Allah-təala mütməinnə nəfsi ona görə "raziyə” və "mərziyə” kəlmələri ilə vəsf edir ki, qəlbin Allahla təskinlik və arxayınlıq tapması tələb edir ki, insan Allahdan razı olsun və onun başına gətirdiyi qəzavü-qədərlərə görə azacıq da olsa etiraz etməsin; istər o qəzavü-qədər təkvini olsun, istərsə də Onun hökm etmiş olduğu qələmi ilə olsun - fərq etməz. Belə olan surətdə heç bir qəzəbləndirici hadisə onu qəzəbləndirməz, heç bir günah onun qəlbini haqdan döndərməz. Bəndə Allahdan razı olanda, təbii ki Allah-təala da ondan razı olacaqdır; çünki Allahın bəndəlik libasından çıxmağa səbəb olacaq heç bir başqa amil onu qəzəbləndirmir. Allah bəndəsi übudiyyət yoluna qədəm qoydusa, Allahın ondan razı qalmasına layiq görüləcəkdir. Buna görə də Allah "raziyə” və "mərziyə” kəlməsini gətirmişdir.”
    Deməli insan kamil arxayınlığa o zaman çatır ki, Allahdan razı olmuş olsun. Başqasından razı olmaq budur ki, insan onun sifət və işlərini bəyənsin. Müvəhhid şəxs
    ("Biharül-ənvar”, c. 77, səh-20.)
    anlayanda ki, bütün aləmin işləri ilahi tədbir əsasında baş verir, elə ki, riza məqamına çatır, artıq heç bir hadisədən narahat olmur; çünki həmin hadisənin Allah tərəfindən, Onun tədbirinə əsasən olduğunu görür. Yəni baş vermiş hadisə ilə Allah-təala arasındakı bağlılığı dərk edir. Bilir ki, heç bir hadisə Allahın izni olmadan baş vermir. Buna görə də narahat olmamağı öz yerində qalsın, hətta həmin hadisə Allahın iradəsinə əsasən baş verdiyi üçün, yəni Allahın iradəsi həyata keçdiyi üçün ondan məmnun da qalır.
    Həqiqətdə riza məqamı səbir məqamından üstündür, çünki səbir narazıçılıqla bir araya gələ bilir: İnsan narazı olsa da canını dişinə tutub səbir edir, bununla belə baş vermiş hadisə onun üçün acıdır və bunu acı hadisə kimi qəbul edib dözür. Amma riza məqamına çatmış şəxs artıq çətinliyi, acılığı dərk etmir ki, ona da səbir etsin, əksinə hər şey onun üçün şirindir, başına nə gəlsə xoşu gəlir, heç bir şeydən nigaran olmur.
    Ciddi olaraq bu məqamı təsəvvür etmək bizim üçün çox çətindir, o ki qalmışdı o məqama yetişək. Doğrudan da necə olur ki, insan sap-sağlam olduğu vaxt da şad olur, əgər xəstələnsə, xəstəliyindən də şad olur? Əgər varlı olsa, varı, dövləti olduğu üçün xoşhaldır, əgər kasıb olsa, yenə də halına təfavüt etmir, xoşhaldır. Bundan da üstün, riza məqamına çatmışlar, qəribə də olsa, zahirləri razılıqla düz gəlməyən o iki ruhi, psixoloji və əməli haləti bir yerə sığışdıra bilirlər:
    Aydındır ki, pak imamlar, o cümlədən də İmam Hüseyn (ə) riza məqamının ən yüksək mərtəbəsinə çatmış olmalıdırlar. Biz baxıb görürük ki, onlar bir tərəfdən baş vermiş hadisədən– Allah tərəfindən olduğu üçün– razıdırlar, amma bununla belə qılınca əl atırdılar və axır nəfəslərinə qədər vuruşurdular. Bu o deməkdir ki, Bəni-Üməyyə hökumətindən narazı idilər. yaxşı, necə olur ki, insan bir hadisədən–Allah tərəfindən olduğu üçün–həm razı olsun, həm də narazı? Bu ikisini bir-birindən ayırmaq çətindir. Bunun üçün insan təkamülün ali dərəcəsinə çatmalıdır ki, bu mərtəbələri ayırd edə bilsin. Başqa ibarətlə, insan nəfsi uzununa (şaquli) sıralanma baxımından fərqli sifətlərə malik olmalıdır ki, bir mərtəbədə hadisələri ona yaxın faillərlə ölçsün və onların rəftarından narazı qalsın; onların etdikləri günahlardan, rəva bildikləri zülümlərdən, xəyanətlərindən narahat olsun və onların əleyhinə qalxsın, eyni halda, başqa bir mərtəbədə həmin hadisələri Allahın iradəsinə tabe bilib, hadisənin baş verməsindən nəfsi razı və şad olsun.
    Məsələnin aydın dərk edilməsi üçün bir misal çəkək: Fərz edin bir nəfərin başı ağrıyır və həkim müalicə üçün ona acı bir dərman yazır. Burada insan öz sağlamlığını istədiyi üçün dərmanı içir və bu cəhətdən, acı dərmanı içdiyinə görə razıdır, amma başqa bir tərəfdən dərmanın acılığına görə üz-gözünü turşudur və narahat olur. Əgər bir adamın əli yara bağlasa, məsələn–Allah eləməmiş–qanqrena olsa, əgər kəsilməsə get-gedə digər bədən üzvülərini də əhatə edəcək və canını ciddi xətərə salacaqdır. Bu baxımdan həmin şəxs əlinin kəsilməsinə razılıq verir, çünki bununla sağlamlığını qorumuş olur. Belə olanda üzərində aparılan cərrahiyə əməliyyatı nə qədər ağır olsa da, onun üçün məqbuldur, o bundan razılıq edir. Amma əlini, ya ayağını əldən verəcəyi üçün narahatdır, xüsusilə də cərrahiyə əməliyyatından sonra üzə çıxacaq ağrıları, problemləri fikirləşəndə lap narahat olur. Həqiqətdə, insanda bu cür iki yönlü, bir-birindən fərqli halların olması çox qəribədir. İnsan bir anda, bir hadisəyə nisbətdə iki fərqli halı yaşayır. Əlbəttə həmin iki halın varlığı iki amillə müqayisədə müxtəlifdir: görəndə ki, əlinin kəsilməsi onun həyatını qurtaracaq, xoşhal olur, amma bir tərəfdən də əlini itirdiyi üçün, ağrılara dözməli olduğuna görə narahatçılıq keçirir.
    Bu misalı nəzərdə tutaraq ərz edirik: Mərifəti kamal həddinə çatmış bir insan bilir ki, hadisələr Allahın iradəsi olmadan baş vermir. Bu səbəbdən də həmin hadisələrin Allahın iradəsilə baş verdiyini dərk edib xoşhal olur, amma həmin hadisələrin, vücudunun nişanəsi alçaqlıq, nöqsan olan zalim tərəfindən törədildiyini görəndə narahat olur ki, niyə insan bu qədər cahil və günahkar olsun ki, belə bir nalayiq işə əl atsın. Deməli mümkündür bir hadisəyə nisbətdə insanın iki görüşü olsun və hər baxışın bərabərində mütənasib reaksiya göstərsin.
    Mömin baş verən hadisələrə görə, həmin hadisələrin Allahın iradəsinə tabe olduqlarını nəzərə alıb xoşhal olmalıdır. Çünki, bilir ki, Allah hikmətsiz iş tutmur. Kamil ilahi sistem hər bir hadisənin öz yerində, öz münasib şərtləri ilə olmalı olacağı şəkildə baş verməsini icad edir. İnsan biləndə ki, Allah həkimdir və əbəs yerə bir iş tutmur, bu dünyada baş verən hər bir hadisənin, kamil və həmahəng bir sistemə uyğunluğu baxımından dünya mövcudatının təkamülünə səbəb olduğunu dərk edir. Anlayır ki, insanlar baş verən müxtəlif hadisələrin sayəsində Allaha yaxınlaşırlar və dünya ləzzətləri ilə müqayisə olunmaz mənəvi kamilliyə çatırlar. Deməli bunları dərk edən insan ümumi götürəndə hadisələrin məcmusuna nikbindir. Hətta bu baxışla peyğəmbərlərin, imamların öldürülməsindən də narahat olmur. Çünki, onların şəhadətə çatmaqla daha üstün kamala yetdiklərindən agahdır və həmçinin bilir ki, onların şəhadəti dinin inkişafına səbəb olur.
    Şəhidlər sərvəri İmam Hüseyn (ə) öz şəhadəti ilə ən ali məqamlara yetişdi. Onun şəhadəti islamın qorunmasına, inkişafına səbəb oldu. Həmçinin onun şəhadətinin bərəkətindən, onun mərifəti sayəsində bir sıra insanlar mənəvi kamilliyə çatdılar. İnsanlar Hüseynin (ə) şəhadətini yad etməklə, dərk etməklə sağlam həyat yolunu, dünya və axirət səadətini yenidən tanımış oldular. Əgər imam şəhid olmasaydı nə o məqama çatardılar, nə islam genişlənib yayılardı, nə biz imam tanıyan olardıq, nə də şəfaətlərini qazana bilərdik.
    Bu cəhətdən, onun şəhadətinin ilahi təqdirdə yer tutduğu, gözəl ilahi sistemin silsiləsində müsbət təsirə malik olduğu üçün xoşhal olmalıyıq. Amma qəmlənmək, narahat olmaq insan ruhunun təsirlənməsindən irəli gəlir. Çünki insan təsirlənə bilən bir varlıqdır və onun bu hissi məhbubunun başına narahat bir iş gələndə tələb edir ki, insan qəmgin olsun.
    Bəli, zəif insanlar bu heysiyyətləri bir-birindən ayıra bilmirlər, onları üfüqi (eninə) sıralanmada yerləşdirirlər və hərdən onların vücudlarının əqli və hissi yönləri bir-birinə maneə törədirlər. Bu cəhətdən həmin iki vəziyyəti (halı) bir araya gətirə bilmirlər. Amma ruhları təkamülə çatmış insanlar heysiyyətləri bir-birindən ayırırlar və heysiyyətlərin ayrılığı bir hadisəyə nisbətdə müxtəlif halların üzə çıxmasına səbəb olur. Bu, nəfsin müxtəlif mərtəbələrinə görədir ki, mərtəbələrin birində şad olur, digərində isə qəmgin.
    Səbr məqamına bir baxış və onun əhəmiyyəti
    Hər halda riza, mərifət və yəqin məqamı elə əzəmətli bir nemətdir ki, insan bu nemətə Allahın bütün təqdiratına razı olmaqla nail olur. Çünki bilir Allah onun xeyirini istəyir. Amma hər kəs bu məqama çata bilmir, bu mərifət asanlıqla qazanılmır, ona çatmaq üçün özünütərbiyə və çoxlu çalışmaq lazımdır. Əgər kimsə bu yüksək məqama çatmasa, bunu da bilməlidir ki, Allahın təqdiratı xeyirdir. Düzdür ki, acılara, çətinliklərə dözmək onun üçün çox çətindir, amma səbrli olmağa səy etməlidir və özünə səbrdən don biçməlidir. Riza məqamına çatmamış mömin bu mərtəbəni aşmasına baxmayaraq üzləşdiyi hadisələr qarşısında səbirli olur. Belə insan xoşagəlməz hadisələrin baş verməsini istəmir. Amma bu cür hadisələrlə üzləşməli olsa öz vəzifəsinə əməl edir və görməli olacağı işlərdə əskikliyə yol vermir. Əgər düşmənlə cihad və mübarizə aparılmalı olsa, ilahi vəzifəsinə boyun əyərək cihada başlayır, baxmayaraq ki, bu cür acı hadisələrin baş verməsindən narahatdır, qəlbinin dərinliyində bu məsələyə, yəni döyüşün olmasına razı deyil, amma baş vermiş hadisədən boyun da qaçırmır, zəhmətə düşməli də olsa qəbul edib döyüşə gedir. Deməli riza məqamına çatmış şəxs üçün, riza məqamından sanra gələn səbr məqamı bəyəniləndir. Səbr məqamı islam əxlaqında çox tövsiyə edilən əxlaq məfhumlarından biridir. Bu kəlmədən başa düşülən şey nəfsani bir haldır ki, çətinliklərdə, müsibətlərdə xüsusi adamlar üçün baş verir. İnsanların xoşagəlməz hadisələrlə üzləşdiklərində keçirdiyi hallar fərqlidir. Bəziləri bu hadisələrin qarşısında dad-fəryad edirlər və bu nigarançılıq onların həyatına da təsir qoyur, belə ki, işdən-gücdən olurlar. Bunlar səbirsiz və taqətsiz adamlardır. Bu dəstənin müqabilində bəzi adamlar da var ki, çətin hadisələrlə üzləşdiklərində özlərini ələ alır, səbirli olurlar. Xoşagəlməz hadisələr onların ruhiyyəsinə bir elə də təsir qoymur. Bu dəstə də səbirli və dözümlüdürlər. Düzdür ki, bu cür adamlar qəlblərində bu kimi acı və xoşagəlməz hadisələrdən razı qalmırlar, amma bu hadisələrin qarşısında dözümlülük nümayiş etdirirlər. Xoşagəlməz hadisələri xoşlamırlar, ürəkləri istəmir cəbhəyə getsinlər, şəhid olsunlar, amma cəbhəyə getmək lazım olanda, xətərə düşmək təhlükəsi gələndə də üz döndərmirlər, meyilləri olmasa da, boyun da qaçırmırlar. Ata-ana övladlarının cəbhəyə getməsini istəmir, amma təklifləri bunu vacib etsə, ona mane olmurlar, səbir edirlər, dişlərini bağırsaqlarına tutub dözürlər. Bilirlər ki, insan səbir göstərməklə çətinliklərə sinə gərir, insan səbrlə həyatına düzən verir və həmçinin axirət səadətini də bu yolla təmin edir.
    Hərdən səbri səhv təfsir edirlər, elə bilirlər səbr çətinliklərə, zillətə boyun əyməkdir, yəni başqalarının haqqında edilən zülmə, baş verən hadisəyə biganə, bitəfavüt olmaqdır. Səbr məfhumunun bu cür başa düşülməsi qələtdir. İslam sözlüyündə səbr, yəni insanın onu batil yollara çəkən, kamalının qarşısını alan amillər müqabilində göstərdiyi müqavimət və dözümlülükdür. Həmin amillər hərdən daxili olur, hərdən də xarici. İstər o amil insanı hərəkətə dəvət etsin, amma nahəqq hərəkətə, istərsə də sükuta, tərpənməzliyə dəvət etsin, amma nahəqq sükuta. Məsələn, insan acdığı zaman çörək yemək istəyir, amma ixtiyarında olan xörək haram və ya şübhəli yeməkdir. Bu anda insan təbiəti təbii olaraq bizi o yeməyi yeməyə dəvət edir, amma onu yemək haqq deyil. Bu anda həmin təbii istəyin müqabilində başqa bir hiss baş qaldırıb müqavimətə başlayır, bu həmin səbrdir.
    Döyüş cəbhəsində düşmən hücuma keçmişdir, hər yerdən güllə yağır, nəfs deyir qaç canını qurtar, amma Allah deyir müqavimət göstər ki, İslam qələbə çalsın. Burada insanı qaçmağa dəvət edən nəfsani amil qarşısında göstərilən müqavimət səbrdir.
    Hərdən insanı nahəqqə dəvət edən amil xarici amil olur. Həmin xarici amil hərdən insanlar vasitəsilə həyata keçir və hərdən də qeyri insan vasitəsilə ki, bu da sonunda gedib Allahın qəzavü-qədərinə çıxır. Məsələn, zəlzələ baş verir və evin tavanı uçub tökülür, indi bu hadisənin müqabilində əgər özümüzü itirib haray-həşir qoparmasaq, soyuqqanlı olsaq, tələb olunan vəzifəmizə əməl etsək, səbrimiz var. Deməli rəvayətdə zikr edilən səbrin bölmələri arasında müştərək cəhət (itaətə və müsibətə edilən səbr) özünü kontrol edə bilmək və nahaqqa qarşı addım atmamaqdır və həmçinin insanı batilə dəvət edən amillər qarşısında müqavimət göstərməkdir.
    Səbrin insanın həyatında, təkamülə çatmasında oynadığı rola və əlavə insan təkamülünün hanı yollarla hasil olduğuna diqqət yetirəndə səbrin əhəmiyyəti aydın olur. İnsanın təkamülü onun ixtiyari əməllərinin təsirindən hasil olur, yəni iki təzadlı qüvvə ilə üzləşəndə, onu kamala çəkən qüvvəni seçsə, düzgün olan bu seçim onu bir pillə kamala doğru götürür. İnsanın cöhəri və kamalı o zaman zahir olur ki, Allahın razı olduğu şeyi seçsin. Deməli insanın təkamülü iki zidd qüvvənin keşməkeşində, çəkişməsində üzə çıxır. Bu cür çəkişmələrdə insanın özündən maya qoyması gərəkir, məhz belə bir anda–iki müxtəlif meylin dartışmasında–insan Allahın razı saldığı tərəfi seçməyi bacarmalıdır. Əgər bu halda onu haqqa dəvət edəcək imanı və fitri gücü güclü olarsa, öz layiqli kamalına çatacaqdır, amma əgər nəfsani və şeytani amil güc gələrsə, iki qüvvənin mübarizəsində insan büdrəyib onu uçruma salacaq səmtə yönələcəkdir. Bu həqiqətdə həmin ilahi imtahanın mənasıdır:
    "Hökm hər şeyin ixtiyarı əlində olan Allah nə qədər uca, nə qədər uludur. O, hər şeyə qadirdir! Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq bəlli etmək üçün ölümü və həyatı yaradan Odur...”
    ("Bihar”, c. 12, səh-35.)

    Bəli, biz öz təkamül yolumuzda bizi müxtəlif cəhətlərə dəvət edən amillərlə üzləşirik. Əqlani, İlahi amillər bizi bir tərəfə sövq etdirirlər, heyvani və şeytani amillər isə başqa səmtə. Düzgün seçim budur ki, bizi batil yola dəvət edən amillər qarşısında müqavimət göstərək. Deməli biz əgər həyatımızın təkamülə doğru irəliləməsini istəyiriksə səbrdən özümüzə don biçməliyik. Rəvayətlərin birində deyilir ki, Peyğəmbər (s) Cəbrayıldan soruşdu ki, səbr nədir? Cəbrayıl ərz etdi: "Səbr odur ki, şad günlərində möhkəm və müqavimətli olduğun kimi, narahat günlərində də müqavimətli və sarsılmaz olasan. Həmçinin imkanlı olduğun vaxtlardakı kimi, kasıblığında, sağlam günlərində olduğu kimi, xəstələndikdə əzmini, hövsələni əldən verməyəsən. Deməli səbrli adam ona bir müsibət üz verdiyində, bir bəlaya düçar olduğunda, camaat yanında şikayət edib, öz halından gileylənməməlidir.”
    (Əraf”, 179.)
    Bəli, yəqin məqamına çatmayan kəslər–o kəslər ki, baş verən hadisələrin xeyir olduğunu aydın surətdə anlaya bilmirlər və açıq üzlə çətinliklərə sinə gərə bilmirlər – onların səbirli olması gərəkir və dua etməlidirlər ki, Allah istəklərini həyata keçirsin və qarşılaşdıqları çətinliklərdə dözümlü olsunlar. Dediyimiz kimi riza məqamına çatmış adam baş verən hadisələrdən narahat olmur, yəni başına bir müsibət gəldikdə özünü itirmir, Allaha şükr edir. Əgər övladı şəhid olsa, deyir: Əlhəmdülillah, ey kaş bir övladım da olardı, onu da göndərərdim cəbhəyə şəhid olsun. Belə adam nəinki narahat olmur, əksinə öyünüb iftixar edir ki, övladı müqəddəs amallar uğrunda şəhid olmuşdur. Amma bu həddə çatmayan insanlar çoxdur, Allah da buyurur: "...Bəndələrimdən nemətlərimə şükr edəni azdır!”
    Müsibətlər qarşısında etiraz etməyəcək və şükür edəcək qədər riza məqamına çatmamış kəslər əgər üzüntülü hadisələrdə səbr etsələr, Allah onlara səbirlərinin mükafatını verəcəkdir. Səbr etsinlər, dad-fəryad qopartmasınlar, əsəblərini qoruyub saxlasınlar, inşəallah Allah onların mükafatını verər. Baxmayaraq ki, müsibətlər onlar üçün çox acıdır, amma dözməlidirlər, necə ki, bir adam acı dərmanı içir və ondan heç bir ləzzət almır, amma bilir ki, onu içməklə sağalacaqdır. Cərrahiyyə əməliyyatı zamanı hər şəxsə bədəninin bir üzvünü, məsələn ayağını itirmək olduqca çətindir, amma başqa çarəsi olmadığı üçün qəzavü-qədərə boyun əyir, ayağının kəsilməsinə razı olur ki, əvəzində canı salamat qalsın.
    Allahın istəyini öz istəyindən önə salmağın rolu
    Deyilənləri nəzərdə tutaraq, ürəklərində istəkləri olub hələlik riza və təslim məqamına çatmayan kəslərin tərbiyyəsi yolunda bəzi Quran ayələri və hədislər vəd edərək deyir ki, əgər təqvalı olsanız Allah sizin dünyəvi istəklərinizi verəcəkdir. Bununla əlaqədar Peyğəmbər (s) buyurur: "Ey Əbuzər! Allah təbarək və taala buyurur: "İzzət və cəlalıma and olsun əgər bəndəm Mənim istəyimi öz istəyindən irəli salarsa (üstün tutarsa) onu bu dünyada elə qəni edərəm ki, fikri-zikri ancaq axirət olar.”
    Allah bu məsələnin ciddiliyini çatdırmaq üçün təkid olaraq and içir, çünki deyilən sözlərin qəbulu ümumi camaat üçün o qədər də asan deyil. Bu səbəbdən də and içir ki, xalq inansın. Buyurur, əgər bir vaxt bəndəmin istəyi ilə Mənim istəyim bir məsələdə toqquşarsa, bəndəm öz istəyindən vaz keçib Mənim istəyimi irəli salarsa, onun üçün bir neçə şey zəmanət verirəm: Birinci, qəlbində başqalarına nisbətdə ehtiyacsızlıq hissi yerləşdirərəm. Əlbəttə, insanın daimən Allaha ehtiyacı var və Ona möhtaclıq hissi də onda var və olmalıdır da. İnsanın ən üstün şərəfi və iftixarı da Allah qapısında fəqir olduğunu dərk etməkdir.
    İnsan adətən öz istəklərini başqalarının vasitəsilə həyata keçirdiyi üçün özünü başqalarına möhtac görür. Başqalarına möhtac olmaq hissi insanı xar edir. İnsan nə qədər özünü başqalarına möhtac bilsə, bir o qədər onun qarşısında əyilir, hərdən yaltaqlıq etməli olur, hərdən də xahiş və yalvarışa əl atır. Əgər insan Allahla əlaqəsini möhkəmləndirsə, Onun istəklərini öz istəklərindən önə çəksə, Allah başqalarından ehtiyacsızlıq ruhiyyəsini onun vücudunda yerləşdirəcək, insanı öz hədəflərinə çatmaqda lazım olan vəsaitlərlə təmin edəcək. Əlbəttə həmin vasaitlər məqsədə çatmaq yolundakı vasitələr həddindədirlər. İnsan o vasitələrdən istifadə edib onlardan bəhrələndiyinə görə Allaha şükür etməyə borcludur. Əgər onun dünyəvi məqsədlərinə çatmasında digər insanlar da vasitə olaraq işdə dəxil olmuşlarsa, onlara da təşəkkür edilməlidir. Bu cür insan vəsaitlərdən bəhrələnməyinə baxmayaraq özünü ancaq Allaha möhtac görür, Ondan qeyrisinə ehtiyac hiss etmir.
    Başqasına möhtac olmamaq hissi böyük nemət olub insana şəxsiyyət verir. Əlbəttə, deyilənlərdən elə nəticə çıxmasın ki, insan başqalarının qarşısında təvazökar olmamalıdır. İnsan həm Allahın qarşısında, həm də Onun xəlqi qarşısında təvazökar olmalıdır. İslam maarifi ilə tanışlığı olmayanlar elə bilirlər ki, islam bizim hətta Allah qarşısında da əyilməməyimizi istəyir! Bunlar islamı tanımamışlar, islam haqqında düşündükləri batildir. Əsl islam bəndəlikdir. İnsanın ən böyük iftixarı Allah qarşısında özünü kiçik hiss etməsidir, alnını torpağa qoymasıdır. İnsan kamalının son həddi budur ki, özünü Haqq-təala qarşısında zəlil görsün. Çünki Allah insanın kamalını, tərəqqisini istəyir, istəyir ki, bəndəsi Onun qarşısında zillət hiss etsin, öz ehtiyaclarını Onun dərgahına aparsın. Çünki insanın təkamülü Allaha bəndəlik etməklə mümkün olur. Əvəzində başqalarının qarşısında zillət və kiçiklik hiss etməsin, özünü onlardan asılı, onlara möhtac bilməsin. Çünki özünü onlara möhtac görsə, istər-istəməz möhtac olduğu qədəri də zillət hiss edəcəkdir.
    İnsan, işinin başqalarının əli ilə düzələcəyini hansı miqdarda hiss edirsə, o qədər də özünü onun qarşısında kiçik görür. Əgər dilinə gətirməsə də, ürəyində özünü xar və zəlil görür. Amma mömin imanın bərəkəti ilə işlərini Allahın öhdəsinə buraxsa, özünü ancaq Ona möhtac görsə, artıq özünü başqalarından asılı hiss etməyəcəkdir.
    Düzdür ki, mümkündür Allah onun ehtiyacını bəndələrindən birinin əli ilə həll etsin və ondan həmin şəxsə təşəkkür etməsini istəsin, amma bununla belə o özünü ancaq Allaha möhtac bilir.
    Hüsuli elm–İnsanın sonradan kəsb etdiyi elmlər nəzətdə tutulur. İnsan elmini ilkin bölgüdə iki dəstəyə ayırırlar: hüsuli və hüzuri elmlər. Hüsuli elm xarici əşyanın insan zehnində hasil olmuş surətidir. Məntiq elmində də elmdən söz açarkən həmin elm nəzərdə tutulur. Bunun müqabilində hüzuri elm durur. Sadə dillə desək, hüsuli elmlərdə alimlə məlum arasında bir vasitə olur və bu həmin xarici obyektin zehnimizdə həkk olmuş zehni surətidir. Hüzuri elmlərdə məlum (surəti yox) özlüyündə birbaşa alimin yanında hazırdır. Buna fitri olaraq vücudumuzda yer almış elmlər də demək olar. (mütərcim.))
    Həzrət İbrahimin (ə) dastanında deyilir ki, Nəmrudun əmri ilə həzrət İbrahimi oda atmaq istəyəndə, elə böyük atəş qalanır ki, heç kimin ona yaxın düşməyə cürəti çatmır, hətta uzaqdan dayanıb baxanda da atəşin istisi baxanları yandırırdı. Vəziyyəti belə görüb qərara gəlirlər ki, Həzrəti İbrahimi (ə) mancanaqla atəşin içinə atsınlar. İbrahimi odun içinə atanda Cəbrayıl (ə) kömək üçün onun yanına gəlib deyir: "Köməyə ehtiyacın var? İbrahim (ə) deyir: "Var, amma sənin köməyinə yox.” (
    İbrahim (ə) deyir köməyə ehtiyacım var, amma Allahdan qeyrisinin köməyinə möhtac olmaq istəmirəm. Allahın mənim qəlbimdən xəbəri var və ehtiyacımı da bilir. Məsləhəti nə olsa onu da edəcək. İbrahim (ə) bu cür çətin imtahanı müvəffəqiyyətlə verəndən sonra Allah onu xollat məqamına çatdırır və Özünə dost seçir. Əlbəttə başqasına ehtiyac duymamaq kimi bir məqamı əldə etmək elə də asan iş deyil. Bu ancaq Allahın lütf və inayəti ilə olur. Amma Allah o məqama çatmağın müqəddəmatını insanın ixtiyarında qoymuşdur. Həmin müqəddəmatın bir hissəsi də deyildiyi kimi, insanın Alahın istəyini öz istəyindən qabağa salmasıdır. İnsan bunu bacara bilsə, ilk növbədə özünü başqasından asılı hiss etməyəcək. Yəni özündə bir qənilik, ehtiyacsızlıq hiss edəcək.
    İkincisi, dünya işlərinə görə artıq nigaran olmayacaqdır, dünyasının xeyrini, məsləhətini Allahın öhdəsinə qoyacaq. Ancaq axirətinin nigarançılığını çəkəcək, fikri-zikri axirəti olacaq. Fikrində bu olacaq ki, görək axirəti necə olacaq, bu dünyada axirətlə bağlı vəzifələrinə əməl edirmi? Beləliklə onun nigarançılığı həmişə axirət olacaqdır.
    "Göyü və yeri onun ruzisinə zamin edərəm. Onun işini, sənətini Özüm qoruyaram. Onun üçün hər bir tacirdən daha yaxşı tacirlik edərəm.”
    Üçüncü: Kim Mənim istəyimi öz istəyindən üstün tutsa, Mən də Öz növbəmdə onun istəklərini həyata keçirərəm. Yeri, göyü onun ruzisinə zamin tutaram. Onlara əmr edərəm ki, onun ruzisini təmin etsinlər.
    Dördüncü: İşini, qazancını ehtimal olunan bəlalardan qoruyub saxlayaram.
    Hər kəs həyatda yaşaya bilməsi üçün müəyyən bir qazanc yolu tutur, özünə bir iş, sənət seçir ki, onun vasitəsilə ruzi əldə etsin. Təbiidir ki, ticarət, əkinçilik və s işlərin səmər verməsi, qala bilməsi üçün heç bir zamin yoxdur: Haradan məlumdur ki, bağ meyvə verəcək və ya bostan məhsul gətirəcək və ya inək, davar sağ qalacaq? Kim bilir ki, insanın alış-verişində, ticarətində xəsarəti olmayacaq?
    Allahın istəyini öz istəyindən irəli salan adama Allah zəmanət verir ki, onun işini, bağını, heyvanını, bostanını ehtimal olunan qada-bəlalardan sığortalayacaq.
    Beşinci: Hər hansı müamilədə, ticarətdə ona kömək edərik ki, ziyana düşməsin. Daimən dünya fikrində olan adamlar səy edirlər elə adamla alış-veriş etsinlər ki, daha çox xeyir qazansınlar. Elə ticarəti, müamiləni seçirlər ki, daha çox qazanc gətirir. Həmişə narahat olurlar ki, birdən olmaya zərərə düşərlər və ya az qazanc götürərlər. Allah-təala buyurur: Mənim istəyimi öz istəyindən önə çəkən adama hər bir alış-verişində arxa duraram ki, daha çox qazanc əldə etsin; Hər bir işdə Mənim əlim onun üstündə olar: Elə edərəm ki, özü düşünüb, tədbir töküb, plan cızana kimi, kiminlə və necə alver edəcəyini götür-qoy edənə kimi, Mən onun işini yoluna qoyaram. Onu himayə edib, mənafeyini qoruyaram.
    Sonra Peyğəmbər (s) insanın öz ruzisi üçün nigaran olmamasına işarə edərək buyurur: "Ey Əbuzər! Əgər Adəm övladı ölümdən qaçdığı kimi öz ruzisindən qaçası olsa, onun təyin edilmiş ruzisi, o harada olsa da gəlib ona çatacaqdır, necə ki, ölüm insanı haqlayır.”
    İnsanın ölümdən xoşu gəlmir, həmişə ondan qaçır, amma axırı ölüm onu haqlayıb öz kamına çəkir. Eləcə də insan öz ruzisindən qaçmaq istəsə, qaça bilməz, yenə də axırda gəlib ona çatacaq. Təyin edilmiş qədərdən qaçmaq olmaz. Əgər bir adam çox çalışsa, işləsə də, məlum deyil ruzisi çatacaq, ya yox. Çox görünüb ki, bəzi adamlar ruzi üçün canlarını oda-suya vurublar, amma axırda acından ölüblər. Bununla əlaqədar, həddən artıq varlı adamlar haqqında qəribə hekayələr nəql etmişlər. Deyirlər bəzi adamlar öz həyatlarında elə vəziyyətlə üzləşməyə məcbur olmuşlar ki, acından ölməmək üçün öz ayaqqabılarını yemişlər! Başqa bir tərəfdən də elə əlsiz-ayaqsız adamlar olub ki, əllərindən bir iş gəlməsinə baxmayaraq Allah onlara saysız-hesabsız sərvət əta edibdir və qismətlərində olan dövlətə çatmışlar.
    Bunula belə insan öz işindən qalmamalıdır. Daim çalışmalı, öhdəsinə düşən vəzifəsini yerinə yetirməlidir. Qəzavü-qədərə etiqad bəhanəsi ilə tənbəllik etməməlidir. Çünki Allahın tənbəl adamlardan acığı gəlir. Amma, əgər insan təhsil və başqa bir sənəti seçmək məsələsində azad olub onlardan birini seçmək vəzifəsini daşısa, ruzinin kasad olacağından qorxub elmi rədd etməməlidir. Əgər Allaha mərifəti, imanı olsa, ruzinin Allah tərəfindən yetişməsinə olan imanı onu vadar edəcək ki, xatircəmliklə elmin ardınca getsin və ruzi cəhətdən arxayın olsun. Çünki, imanlı şəxs müqəddər olmuş ruzidən mərhum olmayacağını bilir.
    Category: Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) | Views: 503 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019