İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1820
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » 2011 » September » 25 » Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    2:30 PM
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    ALTINCI DƏRS
    ALLAH NEMƏTLƏRİNİN ƏZƏMƏT VƏ GENİŞLİYİ
    VƏZİFƏLƏRƏ DİQQƏTLİ OLMAĞIN ZƏRURİLİYİ
    1. Allahın əzəmətli qanunları və nemətlərinin sonsuzluğu;
    2. Ömrün qısalığı və insandan əbədi qalacaq yaxşı və pis əməllər:
    a) İnsanın dünyadakı rəftarlarının qiyamətdə təcəssümü;
    b) Qəfil ölüm insanın qəflətdən oyanması üçün mühüm amildir;
    3. İnsanın ruzisinin Allah tərəfindən təyin olunub qorunması;
    4. Tövhidi-əfali və Allahın xeyir mənşəyi olması.
    ALLAHIN ƏZƏMƏTLİ QANUNLARI VƏ NEMƏTLƏRİNİN SONSUZLUĞU
    «Ey Əbuzər! Allahın haqqı, bəndələrin onu ödəyə biləcəklərindən çox böyük və nemətləri bəndələrin onu sayıb qurtara biləcəklərindən daha çoxdur. Sizlər yalnız hər səhər-axşam tövbə edib, öz təqsirinizi etiraf edin».
    Hədisin bu hissəsində bəhsimizin mehvəri, insanda məsuliyyət hissinin yaranması və vəzifələrə əməl etməyin əhəmiyyəti barəsində olacaqdır.
    İnsan öz ömründən kamil surətdə istifadə etməlidir və ondan bəhrələnməli olduğunu anladığı zaman vaxtını elm kəsb etməyə sərf etməlidir. Elmlə məşğul olmaqdan ötrü ilk növbədə insanın elmə marağı olmalıdır. İnsan bu marağı özündə necə yarada bilər? Bunun üçün insanın bu məsələyə diqqət etməsi lazımdır. Məlum olduğu kimi, Allahın Öz bəndələri üzərində haqqı vardır. İnsan öz əqli və fitrəti sayəsində dərk edir ki, əgər bir nəfərin onun boynunda haqqı varsa, gərək həmin adamın haqqını özünə qaytarsın. Hər aqil insan bunu da bilir ki, Allah-təalanın onun öhdəsində böyük haqqı vardır. İnsan diqqət edib anlasa ki, bəhrələndiyi nemətlərin – həyatından tutmuş, onu əhatə edən maddi və mənəvi nemətlərə qədər – hamısı Allah tərəfindəndir, heç vaxt bəndəçilik vəzifəsini yaddan çıxarmaz. İnsan ona nemət bəxş edən Rəbbinə təşəkkür etməli olduğunu dərk edir və bu, insanda öz vəzifələrini yerinə yetirməyə qarşı məsuliyyət hissi oyadır. Ona görə də, Həzrət (s) hədisin bu hissəsinin ilk cümləsində Allahın insanlar üzərində olan hüququna işarə edir və buyurur: «İnsanlar heç vaxt Allahın onlara bəxş etdiyi nemətlərin şükrünü yerinə yetirib, onun insanlar üzərində olan haqqını ödəyə bilməzlər».
    İnsan anlayanda ki, bütün ömrünü bu işə sərf etsə də, Allahın nemətlərinin əvəzini verə bilməyəcək, Allahın haqqını ödəyib öz vəzifəsini layiqincə yerinə yetirməyə müvəffəq olmayacaq, həmişə özünü borclu görəcəkdir. Hətta günah iş görməsə də, yenə Allahın haqqı onun boynunda qalacaqdır və o, bu haqqı geri qaytarmalıdır. Bə`zən şeytan insanı aldadıb qəlbində vəsvəsə yaradır və o da elə xəyal edir ki, Allah ona borcludur. Bir adam əgər Allahın lütf və inayəti ilə özünü günahdan qoruyur və sonra da qürrələnib ürəyində özünə günah etmədiyi üçün «əl-həmdulillah» deyərsə, həqiqətdə, həmin şəxs qəflətə qapılaraq, xudpəsənd olmuşdur. İnsan həmişə diqqətli olub unutmamalıdır ki, heç vaxt Allahın ona lütf etdiklərinin qarşılığını qaytara bilməz. Allahın ona bəxş etdiklərinin əvəzi olacaq şükrün öhdəsindən gələ bilməz. Belə ki, Allah-təala buyurur:
    «Allahın nemətlərini saymaq istəsəniz, bacarmayacaqsınız»(Nəhl surəsi-18.).
    Hətta fərz etsək ki, insan Allahın nemətlərini saya bildi. Lakin onlardan hər birinin haqqını ödəməyə qadir olmayacaqdır. Hətta həmin nemətin şükrü üçün bir «əl-həmdulillah»la kifayətlənərsə, yenə də onun şükrünü lazımınca yerinə yetirə bilməyəcəkdir. Çünki «əl-həmdulillah» deməyin özü də, Allah tərəfindən bəxş edilən bir nemət və müvəffəqiyyətdir; bu kəlam hər kəsin yadına düşəcəyi, deyə biləcəyi bir söz deyil. Allahın inayət edib, tofiq əta etdiyi kəs bu sözü deməyə nail olur və bunun özünün də başqa bir şükrə ehtiyacı var. Deməli, hər şükrü edə bildiyin üçün başqa bir şükr də vacib olur. Yəni qiyamətə qədər «əl-həmdulillah» desək, bir «əl-həmdulillah»ın şükrünün öhdəsindən gələ bilməyəcəyik. Bəs belə olan surətdə, sayı bəndə tərəfindən qeyri-mümkün olan bu qədər nemətin şükrünü necə ödəmək olar?!
    Allahın nemətlərinin hədsiz-hüdudsuz olduğunu və insanlar üzərindəki haqqını nəzərdə tutmaqla, insan özünün olduqca kiçik və gücsüz olduğunu dərk edəcək və hətta günah etməsə belə, yenə də özünü Allaha borclu biləcəkdir.
    Əgər insan Allah nemətlərinin şükrünü ödəyə və haqqı əda edə bilmirsə, onun görə biləcəyi ən böyük iş bu ola bilər ki, heç olmasa tövbə və üzürxahlıq halını qoruyub saxlasın. Vəzifəsi olan işlərdəki naqisliyini və günahlarını etiraf etsin. Bunun özü insanı qürrələnməkdən, təkəbbürlülükdən saxlayır. Çünki insan ayağını doğru yoldan qırağa qoyan kimi dünyapərəstliyə, rahatlığa mübtəla olacaqdır. İnsan doğru yola hidayət olanda və təkliflərinə əməl edəndə belə, qürura mübtəla olur; özünü başqaları ilə müqayisə edir və öz-özlüyündə fikirləşir ki, insanlar Allah nemətlərinin qədr-qiymətini bilmir, günah işlərlə məşğuldurlar, lakin mən Allaha şükr vəzifəmi yerinə yetirirəm, Onun nemətlərinin qədrini bilirəm!
    Deməli, iman əhli olmaqla yanaşı, həm də çalışmalıyıq ki, məğrurluq kimi mənfi xüsusiyyətə mübtəla olmayaq. Bu, Əhli-beyt məktəbindən alacağımız böyük tərbiyə dərsidir.
    Hədisin bu bölümündə Peyğəmbər (s) bizi öz təkliflərimizə əməl etməyə sövq etməklə yanaşı, həm də qürur və xudpəsəndlik kimi mənfi sifətlərə mübtəla olmaqdan çəkindirir.
    ÖMRÜN QISALIĞI VƏ İNSANDAN ƏBƏDİ QALACAQ YAXŞI VƏ PİS ƏMƏLLƏR
    «Ey Əbuzər! Sizə verilən ömür gecə və gündüzün keçməsi ilə əlaqədar daim azalmaqdadır. Bu ömürdən isə sizin yalnız əməliniz qorunub saxlanılır. Qəfil ölüm gəlib çatdığı zaman yaxşı əməl sahibləri öz xeyirli əməllərinin nəticəsini alarlar. Pis əməl sahiblərinin ələ gətirdikləri isə, ancaq peşmançılıq olar. Hər kəs əkdiyini biçər».
    İnsanı iş və fəaliyyətə sövq etdirən, onda ilahi təkliflərə qarşı maraq oyadan məsələlərdən biri də, ömrün keçici olmasına edilən diqqətdir. İstəsək də, istəməsək də alıb-verdiyimiz hər nəfəsdə ömrümüz bir miqdar azalır. Fələyin çarxını öz gərdişindən saxlamaq olmaz. Əli ibni Əbi Talibin (ə) sözləri ilə desək, «İnsanın çəkdiyi hər nəfəs, onun ölümünə qarşı atdığı bir addımdır»(«Nəhcül-bəlağə», Feyzül-islam, səh. 1117.).
    Diqqətli olmaq lazımdır ki, ixtiyarımızda olan bu sərmayə əlimizdən çıxmasın. Bu elə bir sərmayədir ki, daim azalıb, solmağa doğru irəliləyir və son nöqtəsi insanın əlindən qurtara bilməyəcəyi ölümdür. Əli (ə) buyurur: «Ölümdən qorxan kəs (bilsin ki,) ondan qurtula bilməyəcək, yaşayıb sağ qalmağı sevən kəs də (bilsin ki,) həmişəlik sağ qalmayacaqdır»(«Nəhcül-bəlağə», Feyzül-islam, xütbə 38, səh. 122.).
    Ömrün hədər getməməsi üçün tənha çıxış yolu faydalı müamilədir. Bundan daha yaxşı müamilə nə ola bilər ki, insan ömrünün müqabilində behişti qazansın. Çünki behişt insan ömrünün qiyməti olacaq yeganə sərvətdir. Əli (ə) buyurur: «Hanı elə bir azad insan ki, çeynənilib tüpürülmüş bu artığı (bu dünyanı) dünya əhli üçün saxlasın? Cənnət, sizin canınızın yeganə qiymətidir. Elə isə onu (ömrünüzü) ondan başqa heç nəyə satmayın»(«Nəhcül-bəlağə», Feyzül-islam, hikmət 448, səh. 1295.).
    Ömrün böyük sərmayəsini Allahın qəzəb atəşi ilə müamilə edənlər necə də ziyankar insanlardır! Ömürlərini batil yolda sərf edənlər, bəlkə də, fikirləşirlər ki, ömür getdikcə onların əməlləri də itib batır. Necə də batil bir xəyal! Düzdür ki, bu həyat keçicidir, əbədi qalan isə axirət həyatıdır. Lakin insanın bu həyatdakı əməlləri əbədi qalacaqdır, çünki əməlin insan ruhu və Allah-təala ilə əlaqəsi vardır. Bizim keçici və fani olan bir zamanda yaşamağımıza baxmayaraq, həm də əbədiyyət aləmi ilə rabitəmiz vardır və əməllərimiz orada əbədi qalır.
    a) İNSANIN DÜNYADAKI RƏFTARLARININ QİYAMƏTDƏ TƏCƏSSÜMÜ
    Qiyamətə aid edilən və qəbul olunan məsələlərdən biri də, insan əməlinin qorunub-saxlanılması və qiyamətdə təcəssüm olunmasıdır. Allah-təala Quranda bu məsələyə işarə edərək buyurur:
    «…Və o gündə (qiyamətdə) camaatın yaxşı və pis əməllərinin (toplandığı) kitabı onların qarşısına qoyarlar. Günah əhlini əməl dəftərlərinə görə həyəcanlı və hürkək görərsən, onlar özlərinə deyərlər: «Vay olsun bizə! Bu necə kitabdır ki, bizim bütün böyük və kiçik əməllərimizi, iynə ucu qədər belə yer ötürmədən bir-bir qələmə almışdır». (Bu kitabda) bütün əməllər qorunub saxlanılmışdır və hər kəs öz əməlini orada hazır görəcəkdir və sənin Allahın heç kimə haqsızlıq etməyəcəkdir»(«Kəhf» surəsi, ayə 49.).
    Başqa bir yerdə buyurur:
    «Qiyamət günü zərrə qədər yaxşı iş görən hər kəs, onun xeyrini görəcəkdir və zərrə qədər pis iş görən hər kəs də onun zərərini görəcəkdir»(«Zəlzələ» surəsi, ayə 7-8.).
    b) QƏFİL ÖLÜM, İNSANIN QƏFLƏTDƏN OYANMASI ÜÇÜN MÜHÜM AMİLDİR
    Heç kim nə qədər yaşayacağı və nə zaman öləcəyini bilmir. Quranın buyurduğu kimi:
    «Heç kim sabah nə olacağını və əcəlinin harada yetişəcəyini də bilmir»(Loğman» surəsi, ayə 34.).
    Allahın insana olan lütflərindən biri də insanın öz ölümünün nə zaman olacağını bilməməsidir. Əgər öz əcəlimizin vaxtını bilsəydik, daha çox qəflətə və qürura mübtəla olardıq. Əlbəttə, ruhi cəhətdən kamala çatmış insanlar fəqət Allah qarşısında müti olub, öz bəndəlik vəzifələrini icra etmək fikrində olduqları üçün ölüm vaxtının nə zaman yetişib-yetişməyəcəyi onları maraqlandırmır. Mümkündür, Allah onlara ölümlərinin nə zaman yetişəcəyini xəbər versin. Lakin bizim kimi adamların əcəlini qabaqcadan bilməsi səhlənkarlığa səbəb ola biləcəyi üçün Allah belə bir xəbəri bizlərə verməyi məsləhət bilmir. Bizim əcəlimizin nə vaxt yetişəcəyindən xəbərsiz olub, bu barədə nigaran qalmağımız Allahın hikmətindəndir. Çünki belə olan surətdə, biz ömrümüzdən daha yaxşı istifadə edə bilərik.
    «Vəmən yəzrə`» xəyrən cümləsində dünya əkin yerinə bənzədilir. Ora nə səpsən, onu da biçəcəksən. Səpdiyin yaxşı əməldirsə biçdiyin yaxşı, pis əməldirsə məhsulun da pis olacaq.»
    İNSANIN RUZİSİNİN ALLAH TƏRƏFİNDƏN TƏYİN OLUNMASI VƏ YAD ƏLLƏRDƏN QORUNMASI
    «Ey Əbuzər! Heç kəs öz ruzisini ələ gətirməkdən ötrü gecikmiş bir kəsin payını mənimsəyə bilməz və hər kəs özü üçün təyin olunmamış ruziyə tamah göstərsə, ona nəsib olmaz».
    İnsan öz həyatında həmişə iki mühüm problemlə qarşı-qarşıya durur: Birincisi, öz həyatı üçün lazım olan ehtiyacları ələ gətirmək məcburiyyəti insanı ilahi vəzifələri icra etməkdən yayındırır.
    İkincisi, Allaha itaət zamanı insan qürur və xudpəsəndlik kimi mənfi hisslərə mübtəla olur. Qürur əməlləri məhv edən bir atəşə bənzəyir. Bu bəladan yaxa qurtarmaqdan ötrü çarə düşünülməlidir.
    Bəziləri belə təsəvvür edirlər ki, ilahi təkliflər onların ictimai həyatlarına mane olur. Düşünürlər ki, dünya işləri, tərk olunması mümkün olmayan bir zərurətdir və bunun özü dini və ilahi məsələlərə maneəçilik törədir. Bu üzr və bəhanələr şeytani vəsvəsələrdəndir. Bu vəsvəsələrin qarşısını almaq üçün diqqət edilməsi lazım olan məsələlərdən biri də budur ki, Allah-təala hər kəs üçün müəyyən bir ruzi təyin etmişdir və insan nə qədər çalışıb-vuruşsa da, onun üçün təyin edilmiş ruzidən artığına nail ola bilməyəcəkdir.
    Quranda və hədislərdə öz əksini tapmış və insan üçün diqqət yetirilməsi zəruri olan öyüdlərdən biri də, təyin edilmiş ruzi məsələsidir. Biz hələlik ruzinin təyin edilməsi məfhumunu və ruzinin ələ gətirilməsi üçün insanın nə dərəcədə çalışıb-çalışmaması məsələsini açıqlamaq fikrində deyilik. Qısa olaraq yalnız bunu deyə bilərik ki, dində bu məsələyə xüsusi əhəmiyyət verilmişdir.
    «Nəhcül-bəlağə»nin müxtəlif yerlərində ruzinin təqdiri mövzusuna işarə edilmişdir. Bu rəvayətdə də qeyd olunur ki, əgər bir kəs öz ruzisini qazanmaqda süstlük etsə, başqası onun ruzisini yeməyəcəkdir və əgər bir nəfər mal toplamağa həddən artıq tamah göstərsə və onun üçün təyin edilmiş paydan daha artıq götürmək istəsə də, təyin edilmiş miqdardan artığı ona qismət olmayacaqdır. Bu məsələyə diqqət yetirmək şeytani vəsvəsələrin qarşısını alır.
    Şeytan insanı Allaha ibadətdən yayındırmaq istəyir. İbadət zamanı ona «indi çörək qazanmaq vaxtıdır, ev-eşiyinin fikrində ol» və s. vəsvəsələr edəndə, şeytana «Sakit ol, mənim ruzim təyin edilmişdir və başqasına da çatmayacaqdır» deməklə, onun ağzından vurmalıdır. Əlbəttə, bu etiqad insanın Allah-təala tərəfindən ruzinin təyin edildiyinə xatircəm olduğu zaman hasil olur.
    Allahın hər bir insanın ruzisini təyin etməsi o demək deyil ki, insan ruzi əldə etmək üçün hərəkət etməsin və «onsuz da Allah ruzimi göndərəcək» fikri ilə yaşasın. Artıq bu barədə söhbət etdikdə qeyd olundu ki, insan öz ehtiyaclarını təmin etmək üçün çalışmalıdır və Allahın əsla tənbəl insandan xoşu gəlmir.
    Ruzinin təqdiri məsələsini açıqlamaqda məqsəd, şeytani vəsvəsələrə uyan kəsləri işin mahiyyətindən xəbərdar etməkdir. Belə adamlar xəyal edirlər ki, dini vəzifələr üçün çalışmaq istəsələr özü və ailəsi çıxılmaz, çətin vəziyyətdə qalacaqlar.
    TÖVHİD-ƏFALİ VƏ ALLAHIN XEYİR MƏNŞƏYİ OLMASI
    «Hər kəsə bir xeyir yetişsə (bilsin ki,) onu Allah ona vermişdir və hər kəs bir şərdən amanda olsa (bilsin ki,) Allah onu qoruyub saxlamışdır».
    Bunu da xatırladaq ki, əgər insan Allaha itaət və günahdan uzaq olmaqda müvəffəqiyyət əldə edərsə, xəyalında özünü ləyaqətli bir şəxs zənn edib, qürrələnməməlidir. Bizim tərəfimizdən görülən hər bir xeyir işin əsli Allah tərəfindəndir. Bizə xeyir işləri görməkdə və günahdan çəkinməkdə müvəffəqiyyət əta edib, inayət göstərən Odur.
    Təkvini olaraq istər çalışmaqla, istərsə də çalışmadan dünya xeyrindən bizə nəsib olanlar Allah tərəfindəndir və bəlaları bizdən dəf edən də Odur. Bu nəzər və inancın kökləri «tövhidi-əfali»yə etiqadda öz əksini tapır. Bu etiqada əsasən, insan bütün xeyir və yaxşı əməlləri Allah tərəfindən bilməli və həmçinin, Allahı aləmin qoruyucusu olaraq tanımalıdır.
    Tövhidi-əfali bəhsi olduqca əhəmiyyətli məsələdir. Qəza və qədər və buna oxşar məsələlər ətrafında bütün deyilənlər, insanın tövhidi-əfaliyə olan etiqadına bir müqəddimədir.
    Bu məsələyə diqqət qürur, lovğalıq və təkəbbür kimi mənfi xüsusiyyətləri insanın qəlbindən silib təmizləyir. Həqiqətdə, tövhidi-əfaliyə diqqət, əksər əxlaqi rəzilətlərin, tənbəlliyin, süstlüyün, həsadətin, həqarətin dərmanıdır. Tövhidi-əfaliyə diqqət edəndə insanda nə həsəd üçün və nə də kibr və həqarət üçün zəmin qalır; insan özünü Allahla rabitədə görəndə, artıq həqarət hissi keçirmir. Eləcə də, bir nəfər Allahın əzəmətinə nəzər saldıqda, artıq lovğalanmır. Çünki hər şeyi Allahdan bilir. Həmçinin, əgər insanın bütün qüdrətlərin Allahdan olduğuna imanı olsa və inansa ki, Onun icazəsi olmadan heç bir iş baş tutmaz, heç kimdən qorxmaz. Biləndə ki, Allah bütün xeyirlərin mənşəyidir və Onun izni olmadan heç kim xeyirə qovuşmaz, bu halda artıq başqasına bel bağlamaz və ümidi yalnız Allaha olar.
    Category: Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) | Views: 407 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019