İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2051
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 25 » Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    2:16 PM
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    ON BEŞİNCİ DƏRS
    HİKMƏT VƏ BƏSİRƏT PEYĞƏMBƏRİN (S) HƏYAT YOLUNUN BİR HİSSƏSİDİR
    1. Hikmət və bəsirət zöhdün məhsuludur;
    2. Zahid insanın nişanələri;
    3. Uzun arzular və fəaliyyətdən yayınmaq, təqva və təvəkkülün zəifləməsinə dair bir nişanədir;
    4. Peyğəmbərin (s) həyat yolunun bir hissəsi.
    HİKMƏT VƏ BƏSİRƏT PEYĞƏMBƏRİN HƏYAT YOLUNUN BİR HİSSƏSİDİR
    Peyğəmbəri-əkrəm (s) müxtəlif üsullarla dünyanın qəbahət və təmayülünü xatırladır, eyni zamanda zöhdün məziyyətlərindən və dünyaya rəğbətsizlikdən də söhbət açır. Peyğəmbərin (s), bütün insanlarının anlaya bilməsi üçün tərbiyəvi məsələləri müxtəlif metodlarla xüsusi bir zəmində açıqlaması, möcüzəyə oxşar bir işdir. Mətləblər elə rəngarəng seçilib, müxtəlif tərbiyəvi və əxlaqi qəliblərə elə tökülmüşdür ki, hər kəs öz səliqəsinə uyğun olaraq ondan bəhrələnə və ruhunda təsir qoya biləcək tərbiyəvi azuqənin ən münasibini seçə bilər. Həzrətin (s) tərbiyədə seçdiyi üsullardan biri zöhdü tərifləyib, insanları ona sövq etdirmək, həmçinin, zöhdün nəticəsində insanda zühur edən bir sıra mənəvi keyfiyyətlərə diqqəti yönəltmək olmuşdur.
    HİKMƏT VƏ BƏSİRƏT ZÖHDÜN MƏHSULUDUR
    «Ey Əbuzər! Elə bir bəndə tapılmaz ki, dünyada zahid olsun, amma Allah hikməti onun qəlbinə salmasın. Zahid olan hər kəsin dilini Allah hikmətlə açar və onu dünyanın eyib, dərd və dərmanlarından agah edər; (nəhayətdə) onu səhih və salamat (şəkildə) cənnətə aparar».
    Bu bölümdə Həzrətin (s) təkidi, zöhdün və dünyaya etinasızlığın insan qəlbinin hikməti qəbul etməsi üçün yetkin vəziyyətə gətirilməsindədir. Bu andan etibarən insan həqiqətləri dərk edir. Lakin qəlblərini dünyaya bağlamış insanlar həqiqəti dərk etməkdə acizdirlər. Çünki «حب الشىء يعمي و يصم» dünya məhəbbəti insanı qəflət yuxusuna daldırır. Bunun əksinə olaraq, dünyaya rəğbət göstərməyən kəslər həqiqətləri dərk edirlər, çünki dünyanın fövqündədirlər; dünyanı axirətlə müqayisə etdikdə, ən üstününü ‒ axirəti seçirlər.
    Zöhd, rəğbətsiz olmaq mənasındadır. Necə ki, Yusifin (ə) qardaşları barəsində deyilmişdir:
    «...(qardaşları) Yusifi dəyər-dəyməzə satdılar, çünki ona rəğbətsiz idilər»(«Yusif» surəsi, ayə 20.).
    Dünyada zahidlik, dünyaya rəğbətsiz olmaq deməkdir. Əgər bir nəfərin mal-dövləti varsa, böyük maddi imkanlara malikdirsə və bununla yanaşı həm də zahid həyat sürmək istəyirsə, həmişə bu fikirdə olacaq ki, sərvətini Allah yolunda necə xərcləsin. Belə adamın dünya malı toplamağa həvəsi olmayacaq. Həzrət Süleyman (ə) kimi şəxslər o boyda var-dövlət və səltənətlərlə elə bir hala malik idilər ki, dünyada bir tikə arpa çörəyinə belə qane olardılar.
    «Allah hikməti qəlblərində sabit edər» cümləsinin izahında bir neçə nöqtəni xatırlatmaq zəruridir:
    1. Dünyaya rəğbətsizliklə ilahi maarifin dərki arasında sıx əlaqə mövcuddur. Yəni elə bir insan ola bilməz ki, o həm ürəyini dünyaya bağlasın, həm də ilahi biliklərdə elm dəryası olsun.
    2. Dünyaya rəğbətsizliyin məhsulu olan hikmət, insanın elm və mərifətini sabit bir hala gətirir və etiqadda süstləşmənin qarşısını alır. İnsan, mümkündür, müəyyən bir mərifətə yetişib bir həqiqəti dərk etsin, lakin onun mərifəti süst olacaqdır, çünki yəqinə çatmayıbdır.
    Yəqin dərəcəsinə çatmayan insanın qəlbində mərifət kök atıb bərkiməz. Etiqadın əsaslarında əqidənin əsil olmasından əlavə, dini biliklərin səviyyə və möhkəmliyi də xüsusi dəyərə malikdir. Həmin cəhətinə görə də, ötəri və keçici olan imanlar nəinki heç nəyə yaramırlar, üstəlik mənfi hallara gətirib çıxarırlar. Bu halın məzəmmətini Quranın əksər ayələrində müşahidə etmək olar:
    «Gəmiyə minib yola düşəndə, (imanı zəif olanlar) haqq dininə könül verərək, Allaha yalvarırlar. (Amma) elə ki, (Allahın inayəti ilə) nicat tapıb quruya çıxırlar, Ona şərik qoşmağa başlayırlar»(«Ənkəbut» surəsi, ayə 65.).
    3. Elə ki, hikmət qəlbdə yerləşdi, ürəkdə qapanıb qalmır, onun təsiri özünü dildə, əməldə də zahir edir.
    Qəlbində hikmətin qərar tutduğu şəxsin danışığı hikmətli olacaq və qəlbində qaynar bulaq kimi qaynayıb dilinə axacaqdır. Belə şəxs bihudə danışıqlardan pəhriz edib, Loğman həkim kimi elə həkimanə moizə edəcək ki, hər kəlməsi eşidənlərin qəlbini oxşayacaqdır. Bəli, dil ürəyin keçid yoludur, başqa təbirlə desək, insan qəlbinin çeşməsi dilin gözündən qaynayıb üzə çıxır. Çünki kuzədən tökülən onun içindəki olacaqdır. Ürək çeşməsinin yolu təkcə dildən ötüb keçmir, eləcə də insanın digər rəftarları da üzə çıxır.
    Dünyaya rəğbətsizliyin insana qoyduğu təsirlərdən biri də, dünyanın eyiblərini ona aşkar etməsidir. Yəni, insan dünyanın nöqsanlarını, pisliklərini, nöqsanlarını o zaman görə bilər ki, özünü onun buxovlarından azad etmiş olsun.
    Könlünü dünyaya vermiş insanlardan öz məşuqlarının (dünyanın) eyibini müşahidə etməsini gözləmək olmaz. Çünki dünya məhəbbəti insanın onun eyiblərini görməkdə gözlərini kor, nöqsanlarını eşitməkdə qulaqlarını kar edir. Əksinə, onun çirkinliklərini gözəl görür və dünyaya ifrat təmayülün təsirindən yaranmış nalayiq rəftarı ona gözəl görsənir. Bu məna müxtəlif təbirlərlə Quranda bəyan edilmişdir:
    «Axirətə inanmayan kəslərə gördükləri işi bərbəzəkli göstərdik, çaşqınlıq içində vurnuxur onlar»(«Nəml» surəsi, ayə 4.), «…Tutduğunuz işi nəfsiniz sizə bərbəzəkli göstərdi…»(«Yusif» surəsi, ayə 18.), «…Tutduqları işləri şeytan onlara bərbəzəkli göstərdi…»(«Nəml» surəsi, ayə 24.).
    Müxtəlif təbirlərlə söylənilmiş bu ayələr onu göstərir ki, dünyaya vurğunluq dünya və dünyəvi işləri insanın nəzərində gözəl cilvələndirir. İnsanın dünyaya məhəbbəti artdıqca, onun, hətta eyibləri də nəzərində gözəl görsənəcək, çünki aşiq məşuqun eyiblərini görə bilmir. Aydındır ki, belə insan dünyanın aldadıcı zahirini görür, onun batininin dərkində, onu yüksəkdən müşahidə etməkdə acizdir:
    «Dünya həyatının zahirini üzdən bilərlər, axirətdən isə büsbütün xəbərsiz olarlar»(«Rum» surəsi, ayə 7.).
    Bu dəstənin müqabilində dünyaya etinasız olan insanlar, batini gözləri açıq olduqları üçün çirkinliklərini də görərlər. Bu dəstə, zəhərli ilanın ancaq gözəl zahirini və xətti-xalını görən birinci dəstədən fərqli olaraq, ilanın qorxulu dişini və ağzında gizlətdiyi öldürücü zəhərini də görürlər: «Dünyanın hekayəsi ilanın hekayəsinə oxşayır: Əlinlə onu sığallasan, sənə yumşaq və lətif görünər, lakin daxilində öldürücü zəhəri vardır. Aldanmış nadan ona tərəf gedər, ancaq uzaqgörən aqil ondan uzaq gəzər»(«Nəhcül-bəlağə», Feyzul-islam, kəlam 115, səh. 1141.).
    Bəli, Allah adamlarının uzaqgörənlikləri və batini tanışlıqları, onları zahiri bər-bəzəklərin qarşısında aldanmaqdan qoruyur. Onların maddi üfüqləri aşan dərin baxışları, ancaq zahiri görən səthi baxışlılar arasında əsaslı fərqi təyin edən göstəricidir. Həzrət Əlinin (ə) təbirilə: «Allahın dostları o kəslərdir ki, camaat dünyanın zahirinə baxanda, onlar onun batininə nəzər yetirərlər. Cammat onun bu günü haqqında düşünəndə, onlar dünyanın aqibəti haqqında fikirləşərlər. Ürəklərini öldürə biləcək qorxduqları şeyin özünü, qəlblərində öldürərlər. Tezliklə üzülüşəcəkləri şeyi bildikləri üçün onu indidən dünyada tərk edərlər»(«Nəhcül-bəlağə», kəlam 422, səh. 1287.).
    Hədisin davamında Peyğəmbər (s) buyurur:
    «Ey Əbuzər! Qardaşının dünyada zahidlik etdiyini görsən, onun sözlərinə qulaq as, çünki ona hikmət əta ediləcək».
    Bu söz Həzrətin (s) öndə buyurduğu «Hər kəs zahidlik edərsə, Allah hikməti onun qəlbində yerləşdirər» bəyanının davamıdır. Deməli, dünyaya rəğbətsiz olan insan hikmət qazanacaq və danışdığı zaman kəlamı hikmətli olacaqdır. Çünki dünyadan əl çəkən insanın sözü qəlbindən qaynaqlanır və sonda da qəlblərə tə`sir edir. Zahid insan öz əməli ilə sübut etmişdir ki, dediklərinə etiqad bəsləyir. Belə olan surətdə həmin şəxsdən ancaq hikmətli sözlər gözləmək olar. Bunun əksinə olaraq, dünyaya vurğun olub onun ləzzətləri içərisində məst olmuş insanın hikmətdən, mərifətdən bir payı olmaz. Dünyaya aludə olduğu üçün gözləri həqiqətləri görməkdən məhrumdur və nəticədə, onun danışığı faydasız və hikmətsizdir.
    ZAHİD İNSANIN NİŞANƏLƏRİ
    Söz bu yerə gəlib çatanda Əbuzər zahidlərə məftun olur. Buna görə də zahidləri tanıyıb, onlarla dostluq əlaqələri yaradıb hikməti onlardan öyrənə bilməsi üçün Peyğəmbərdən (s) xahiş edir ki, zahidlərin ən yaxşısının nişanələrini ona söyləsin. Peyğəmbər (s) cavab olaraq zahidlərin beş xüsusiyyətlərini zikr etməklə, onların ən üstününü tanıdır:
    1. Zahidlərin ən yaxşılarının birinci xüsusiyyəti budur ki, qəbirləri və cəsədlərin çürüməsini heç vaxt yaddan çıxarmasın;
    Dünyaya bağlı olan insanlar daim onun zahirinə və abadlıqlarına diqqət yetirir və özlərində olmayan şeylərin həsrətini çəkirlər. Lakin dünyaya əhəmiyyət verməyən kəslər, daim onun viranlıqlarına, qəbristanlıqlarına nəzər salarlar; çünki bunlar dünyanın faniliyinin, davamsızlığının nişanələridir. Zahid o kəsdir ki, viranələri, dünyanın faniliyini yaddan çıxarmasın. Bu o demək deyil ki, insan səhərdən axşama qədər qəbiristanda gəzib-dolansın. Mənası budur ki, arabir qəbirstanlığa baş çəksin. Həm ziyarət etsin, həm də ibrət götürsün.
    Dünya əhli qəbiristanın yanından ötdükləri zaman çalışırlar ki, ona baxmasınlar. Ölüm, qəbir adını eşidəndə canlarına qorxu düşür. Qorxurlar ki, birdən qəbiristana baxmaqla eyş-işrətləri pozular. «Ölüm» sözü araya gələndə narahat olur və onu eyib bilirlər. Bunun əksinə olaraq, axirətə ürək bağlamış insanlar daim axirəti fikirləşər və ölümü unutmazlar.
    2. Zahidlərin ən yaxşısının ikinci xüsusiyyəti onların dünya zinətlərini tərk etməsindədir;
    Aydındır ki, insan həyatın davamı üçün zəruri olan ev, libas, zinət kimi dünya imkanlarından istifadə etməlidir. Bunların düzgün istifadəsi, insanın təkamülündə mühüm rol da oynaya bilər. Bu cəhətini nəzərə alaraq, müqəddəs şəriət nəinki insanların onlardan istifadəsinin qarşısını almır, hətta ona qarşı təşviq və sövq də edir:
    «De ki, zinətləri Allahın Öz bəndələri üçün yaratdıq. Təmiz, pakizə ruziləri kim haram etmişdir? De ki, bunlar bu dünyada iman gətirənlərindir, qiyamət günündə də yalnız onlar üçündür…»(«Əraf» surəsi, ayə 32.).
    Önəmli olan budur ki, bu imkanlardan, zinətlərdən zərurət həddində istifadə edilsin. Yerdə qalan artıq zinət və sərvətləri ehtiyacı olanlara bağışlamaq lazımdır. Əgər insan heç bir hədd-hüduda riayət etməyib zərurət xəttini aşarsa, nə qədər dünya ləzzətlərindən istifadə etsə, nə qədər həyatını zənginləşdirməyə çalışıb rəngarəng etsə belə, gündə evinin modelini bir şəkildə düzəltsə, çilçıraqlarını, pərdələrini əvəz etsə, ən son buraxılış maşına minsə, yenə də qane olmayacaqdır. Çünki insanın təbiəti dəyişkənliyə elə vurğundur ki, özünə heç bir sərhəd tanımır və gözü heç bir şeydən doymur. Aydındır ki, belə şəxs zahid deyil. Zahid, öz ehtiyacları həddində dünyadan bəhrə götürəndir. Ona kifayət edəcək qədər sığınacağa qane olur və yaraşıqlı binaya sahib olmaq, fikrindən belə keçmir. Maşına ehtiyacı olsa, ona ayağını yerdən götürəcək vasitə kimi baxır və gediş-gəlişinə köməklikdə zəruri bildiyi üçün alır. Daha maşının lüks olub-olmamasına, camaatın xoşuna gəlib-gəlməyəcəyinə diqqət yetirmir. Bu cümlədə Həzrətin (s) təkidi artıq zinətlərin tərk edilməsindədir, bundan qeyri surətdə zinətlərdən istifadə edilməsinin heç bir maneçiliyi yoxdur və onlar həyatın zərurətlərindən sayılır. Bu niyyətlə zinətlərin istifadəsi nəinki məzəmmətli deyil, əksinə bu barədə buyuruqlar da verilmişdir; o cümlədən kişinin öz həyat yoldaşına və həmçinin, qadının öz ərinə zinət olması, təmiz paltar geymək, saç-saqqalın səliqəyə salınması, ətirlənib daranması və sair kimi sifarişlərə hədislərdə tez-tez rast gəlinir.
    Xüsusi olaraq da, mömin insanın mövqeyi belə tələb edir ki, həm zahirini, həm də batinini təmiz saxlamalıdır. Bu cəhətinə görə də, İslam zahiri səliqə-sahmana xüsusi diqqət yetirir. İnsanın məscidə və ya başqa bir məclisə getdiyi zaman səliqəli geyinib, dostlarının könlünü açması üçün ətirlənməsinə dair göstərişlərə hədislərdə çox rast gəlinir. Yaxud da namaz qılanda ətir vurması buyurulur. Çünki ətir vurub namaz qılan şəxsin iki rükət qıldığı namazın savabı, yetmiş rükət adi namazın savabından daha çoxdur. Çəkiniləcək şey əqli cəhətdən hikməti və insanın təkamülündə rolu olmayan, dünya və ləzzətpərəstliyin nişanəsi olan artıq zinətlərdir.
    «Məkarümül-əxlaq»da Peyğəmbərin (s) vəsfində deyilir: «Peyğəmbərin (s) adətlərindən biri aynaya baxmaq və saç-saqqalını daramaq idi. Bu işi çox vaxt suyun qarşısında durmaqla edərdi. Əhli-əyalından əlavə, dost-tanışının da görüşünə gedəndə özünə yaraşıq verər və buyurardı: «Allah sevir ki, bəndəsi müsəlman qardaşlarının görüşünə gedəndə, evdən çıxmazdan əvvəl özünə yaraşıq verib, üst-başına əl gəzdirsin»(«Əl-Mizan», cild 6, səh. 330.).
    3. Zahidlərin ən üstününün üçüncü xüsusiyyəti budur ki, əbədi qalacaq şeyi fani olacaq şeydən üstün tutsun.
    Əgər zahid seçim qarşısında qalarsa, dünyanın keçici və fani ləzzətlərinə göz yumub, müdrikcəsinə cənnətin əbədi nemətlərinə üstünlük verir. Həmçinin, tutduğu yolun çətinliklərinə dözməyi, dünyanın keçici rahatlıqlarından daha üstün bilir. Çünki onun sərrast gözləri dünyanın gələcəyinə, aqibətinə dikilmişdir. Hərəkət zamanı nəzərində tutduğu ancaq son mənzildir və dünyanı ancaq keçid üçün körpü olaraq nəzərdə tutur:
    «Axirət daha yaxşıdır, qalımlıdır»(«Əla» surəsi, ayə 17.).
    Dünyanın ən zahid adamının dördüncü və beşinci xüsusiyyəti, sabahı öz ömründən bilməyib, özünü ölülər sırasında hesab etməsindədir.
    İnsan həmişə üzərinə düşən vəzifəsini yerinə yetirməyə səy göstərməli və heç vaxt fəaliyyətdən kənarda qalmamalıdır.
    Bildiyimiz kimi, öz vəzifə yükünü çəkən insan heç vaxt rahatlıq və gün keçirmək fikrində ola bilməz. Çünki çalışqanlıqla tənbəllik bir yerə sığan şey deyil. Dünya əhli olan adam, həmişə rahatlıq və keyf vasitələrinin sorağındadır. Çalışmaq vaxtı gələndə, növbə gəlib dərsə, bəhsə, digər təkliflərin əncamına yetişəndə, rahatlıq ruhiyyəsi onu fəaliyyət göstərməyə qoymur; bir az fikirləşib işlərini sabaha saxlayır. Heç vaxt rahatlığına, asayişinə xələl gəlməsini istəmir. Həqiqətdə, insanın bu günün işlərini sabaha saxlaması ona görədir ki, insan özü üçün uzun-uzadı arzular qurub düzəldir və ümid edir ki, nə vaxtsa bu arzulara yetişəcək. Buna görə də, ümidlə bu günkü vəzifəsini təxirə salıb sabaha saxlayır. Təbiidir ki, o cür uzun-uzadı arzulara qovuşmağın özü də uzun ömür tələb edir. Bu cəhətinə görə də, dünyapərəst özünə həmişə uzun ömür istəyir və bu arzu ya onun bu günkü vəzifəsinin sonradan təxirə salınmasına səbəb olur, ya da nakamlığın qorxusundan onun iztirabına və düşkünlüyünə gətirib çıxarır.
    Zahid insan bu gün öhdəsinə düşmüş vəzifəsini yerinə yetirir və dünyapərəst insanın əksinə olaraq, sabahı öz ömründən hesab etmir. Bunun üçün də, bu günün işini sabaha saxlamır. Çünki sabaha diri çıxacağına gümanı yoxdur. O, sabaha çıxacağına ümidvar olsa belə, inanır ki, o günün də öz vəzifəsi var.
    UZUN-UZADI ARZULAR VƏ FƏALİYYƏTDƏN YAYINMAQ, TƏQVA VƏ TƏVƏKKÜLÜN ZƏİFLƏMƏSİNƏ BİR NİŞANƏDİR
    İşarə edildiyi kimi, əksər insanlar uzun-uzadı arzularla yaşayır, bu dünyada uzun müddət yaşayacaqlarına ümid edirlər. Düşüncələri, işləmək və çalışmaqları gələcək üçündür. Buna görə də, gələcəkdə olacaq işlərin nigarançılığını çəkirlər. Əgər birdən universitetə qəbul olmasalar, gələcəkdə əməlli-başlı bir iş, vəzifə tapıb-tapmayacaqları, ev-eşik sahibi olub-olmayacaqları barədə narahatdırlar.
    Bilməliyik ki, bu düşüncələr təqva və təvəkkül ruhiyyəsinin olmaması üzündəndir, yoxsa Allaha təvəkkül edənin, onun inayətinə arxalananın gələcəkdə heç bir nigarançılığı yoxdur. Çünki Allahı hər şeyin maliki bilir. Görəsən, öz gələcəyi üçün nigaran olan kəs haradan bilir ki, gələcəyi var, ya yox?!
    İslam və dini mərifət insana bu gün boynuna düşən vəzifəsini yerinə yetirməyi hökm edir. Çünki məlum deyildir ki, bir saat sonra varıq, ya yox.
    Diqqət etməliyik ki, dünya və onun ləzzətlərinin nigarançılığını çəkmək məzəmmət edilmişdir. Bundan qeyri halda, insan bu günkü vəzifəsinə əməl edər və gələcəkdə ehtimal verdiyi vəzifələri üçün də proqram nəzərdə tutarsa, bu iş nəinki pis deyil, əksinə, insanın vəzifələrindən sayılır. Baxmayaraq ki, hər təklif və vəzifə xüsusi gün üçündür və öz vaxtında vacib olur. Bu gün namaz qılmaq vacibdir və sabahkı namaz üçün heç bir məsuliyyət daşımırıq. İndi əgər səhərə sağ çıxsaq, vacibdir ki, o günün namazını da qılaq. Eləcə də, digər vəzifə və təkliflərin hər biri özünəməxsus bir zamanda bizə vacib olur və o andan öncə, həmin vəzifə qarşısında məsuliyyət daşımırıq. Deməli, zahidin öz gələcəyindən nigaran olması, sabah başına bir iş gələcəyindən, dünyasının axırının necə olacağından qorxması yersizdir. Lakin yəqin şəkildə bilinən gələcəyə, axirətin son gününə görə nigaran olmağa dəyər. Çünki qiyamətin gələcəyi gündən qaçıb qurtulmaq olmaz. Axirətin əlindən çıxıb qaçmaq mümkün olsaydı, bəziləri çox sevinərdilər, lakin o gün Allahın hökmü qətidir. Allah buyurur:
    «Ey iman gətirənlər! Qorxun Allahdan. Hər kəs baxıb görsün sabahkı gününə özü üçün nə hazırlamışdır. Qorxun Allahdan. Tutduğunuz işlərdən xəbərdardır O»(«Həşr» surəsi, ayə 18.).
    Rəsuləllah (s) hədisin davamında mal-dövlət toplamaqdan çəkinmək haqqında Allahın ona verdiyi göstərişə işarə edərək buyurur:
    «Ey Əbuzər! Allah mənə mal-dövlət toplamağı vəhy etməyib, lakin vəhy edib ki, Allahın nemətlərinin şükrü olaraq Ona «Həmd edim, Onu anım və səcdə edənlərdən olum! Və ölənə qədər Rəbbimə ibadət edim»(Hicr» surəsi, ayə 98-99.).
    Əgər sərvət toplamaq insanın kamal və səadətinə səbəb olan bir şey olsaydı, Allah Peyğəmbərə (s) mal-dövlət yığmağı tapşırardı. Lakin Allah-təalanın belə bir tapşırığı olmayıb. Əksinə, ona buyurur:
    «Ölüm ayağına qədər Allaha təsbih deyib, ibadət və dua et».
    Allaha ibadət və bəndəliyin müxtəlif göstəriciləri vardır: hərdən ibadət vacib və müstəhəb olan fərdi ibadətlərə aid olur və hərdən də, cəmiyyətə xidmət, elm öyrənib-öyrətmək, İslam mədəniyyətini yaymaq və nəhayətdə, insanın məsuliyyət daşıdığı hər bir şeyə şamil olur.
    PEYĞƏMBƏRİN (S) HƏYAT YOLUNA BİR BAXIŞ
    Peyğəmbərin (s) yolunu özlərinə nümunəvi rəftar qaydası seçmiş insanlar çalışmalıdırlar ki, imkan daxilində davranışları o həzrətin rəftarına oxşasın. Bu cəhətinə görə də, Rəsuləllah (s) sonrakı bəyanında özünün bə`zi əxlaqi xüsusiyyətlərinə işarə edib buyurur:
    «Ey Əbuzər! Mən cod libas geyinirəm, yerdə otururam, yeməkdən sonra barmaqlarımı yalayıram, yüyənsiz ulağa minirəm və başqasını da tərikimə alıram. Mənim tutduğum davranış qaydasından çıxan, məndən deyil».
    Peyğəmbər (s) təkvində təsərrüf etmək qüdrətilə dünyanı öz ixtiyarına ala biləcəyi halda, onun imkanlarından ilkin zəruri ehtiyacları həddində istifadə edir. Daha əvvəl Peyğəmbər (s) buyurmuşdur:
    «Cəbrayıl (ə) dünyanın xəzinələrini mənim ixtiyarımda qoydu. Amma mən qəbul etməyib, imtina etdim».
    Bu bölümdə Rəsuləllah (s) özünün qənaətcil olduğunu, ictimai mövqeyini, sadə yaşayışını bəyan edir.
    Peyğəmbərin (s) həyat yolu, yaradılmışların ən üstünü və vəhyin elçisi olması etibarilə, həmişə müsəlman və qeyri-müsəlmanlar tərəfindən diqqət mərkəzində olmuşdur. Onun ictimai baxışları, rəftar və mənəvi halını bütün təfərrüatı ilə öyrənməyə çalışmışlar. Bu səbəbdən, Peyğəmbərin (s) rəftarının xırdalıqları Əhli-beyt (ə), səhabə və digərlərinin dilindən nəql edilmişdir. Əlavə olaraq, Rəsuləllahın (s) özü də həyatının bəzi anlarını bəyan etmişdir. Bu bölümdə o Həzrət özünün həyat yolunun bəzi xüsusiyyətlərinə işarə edir və bununla, öz davamçılarına gediləcək yolun ən nümunəvi şəklini təqdim edir. Həzrət (s) buyurur:
    «Mənim libasım cod parçadandır. Yumşaq parçadan tikilmiş libas geyinmirəm ki, rahat olam. Adi yerdə otururam, qiymətli, zər-zibalı xalılar üstündə əyləşmirəm».
    Yemək yeyəndə Həzrət (s) əlləri ilə loğmanı götürər və əlavə olaraq, yeməkdən sonra barmaqlarını da yalayardı. Yüyənsiz-palansız ulağa minər və başqalarını da xahiş etdikdə, tərikinə alardı.
    Bu bəyandan o Həzrətin (s) həddən artıq təvazö`kar və xalis bəndə olduğu üzə çıxır. Təəccüblü burasıdır ki, Həzrətin (s) yaşadığı mühitdə təkəbbürlük, əşrafiyyət öz həddini aşmışdı. Kimsə kimsəni bəyənmir, hər kəs digərinə yuxarıdan aşağı baxırdı. Peyğəmbər (s) isə yüyənsiz-palansız ulağa minməklə yanaşı, üstəlik başqasını da öz tərikinə alırdı.
    Bunun müqabilində, onun davamçıları iddiasında olan bizlər belə düşünürük ki, yaxşı paltar geyək, yeməklərin ləzzətlisini yeyək. Bir sözlə, rahat və asudə həyat keçirək. Ürəyimiz istəyir ən son model maşını alaq və cürbəcür bəzəklərlə ona zinət verək.
    Əlbəttə, bunu da qeyd etməliyik ki, hal-hazırkı dövranda camaatın o zamankı həyat tərzi ilə yaşamaları mümkün deyil. Çünki hər zamanın iqtisadi vəziyyəti və yaşayış səthi başqa zamanla fərq edir. Elmin və texnologiyanın inkişafı ilə yanaşı, xalqın həyat şəraiti də tərəqqi etmişdir. Zəruri olan şey, İslamın qaçılmaz üsul və qanunlarına riayət etməkdir. Hər zamana uyğun olaraq, insanların həyat və məişətində tələb olunan ehtiyaclar nəzərə alınmalıdır. Lakin zamanın təyin və zəruri etdiyi hədləri aşmaqdan - israfdan, artıqtamahlıqdan, təkəbbürdən pərhiz edilməlidir.
    Category: Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) | Views: 794 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024