İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 25 » Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    8:57 AM
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    İYİRMİNCİ DƏRS
    PEYĞƏMBƏRİN (S) CƏNNƏT VƏ CƏHƏNNƏM BARƏSİNDƏ BUYURDUQLARI
    1. Məxluqatın əzəməti haqqında düşünmək;
    2. Qiyamətin vəsfedilməz əzəməti;
    3. Peyğəmbərin (s) cəhənnəm əzabı barəsində söylədikləri;
    4. Cəhənnəm qaynamağa başlayanda insanların və mələklərin keçirəcəkləri hal;
    5. Cənnət - möminlərin ən ali mənzili.
    PEYĞƏMBƏRİN (S) CƏNNƏT VƏ CƏHƏNNƏM BARƏSİNDƏ SÖYLƏDİKLƏRİ
    İlahi xof məqamına çatmağın bir sıra yolları vardır. Bu yollardan biri də, Allahdan qorxan kimsələr haqqında məlumat əldə etməkdir. Onları tanımaqla, insan xof halına, ilahi qorxu məqamına yiyələnə bilməsi üçün bu yolda onları ən yaxşı nümunə olaraq seçə bilər. Buna görə də, bu rəvayətdə Allah bəndələri içərisində ən üstün xof məqamına sahib mələklər göstərilmişdir. Biz keçmiş dərsdə bu barədə söhbət etdik.
    MƏXLUQATIN ƏZƏMƏTİ HAQQINDA DÜŞÜNMƏK
    İlahi xofa nail olmağın yollarından biri də, Allahın məxluqatının əzəməti haqqında təfəkkür etməkdir.
    Şübhəsiz ki, insanın Allahın yaratdıqlarının əzəməti haqqında düşünməsi, onun diqqətini Allahın sonsuz və nöqsansız hikmətinə yönəldir və öz gücsüzlüyünü, Allaha möhtac olmasını daha yaxşı dərk etməyə kömək edir. Belə olan surətdə kamala çatmaq yolunda əvvəldə olduğundan daha artıq səy edir və nəfsin istəklərinə uyub şeytana itaət etməkdən əl çəkir. Allahın əzəmətini, sonsuz qüdrətini tanımaqdan əlavə, Onun qarşısında müxalifət etməkdən qorxub çəkinir. Məxluqatın yaradılış əzəmətini tanıması və insanın diqqətinin Allahın əzəmətinə yönəlməsi məsələsinə Quranda və rəvayətlərdə də rast gəlinir. Quran ayələri və dini mətnlərə nəzər salsaq görəcəyik ki, Allah və övliyalar bu məsələ ətrafında düşünməyə ciddi təkid etmişlər. Öz nurani bəyanları ilə yaradılmışların tutumlarını, bağlılıqlarını, möhkəm qanuna söykəndiklərini, müxtəlifliklərini açıqlamışlar. Bununla, insanları öz ətraflarına nəzər salmağa, kiçik varlıqlardan tutmuş böyük mövcudata qədər, bütün yaradılmışlar və yaradılış haqqında düşünməyə vadar etmişlər.
    Əli (ə) öz nurani bəyanında Allahın sonsuz qüdrəti və saysız nemətləri haqqında təfəkkür etməyi insanı doğru yola və Allah qorxusuna aparıb çıxaran vasitə bilir: «Və əgər camaat Allahın böyüklüyü və saysız nemətləri haqqında düşünsəydilər, doğru yola qayıdar və əzabın yandırıcı odundan qorxardılar. Lakin ürəklər xəstə, baxışlar eyiblidir. Məgər ən kiçik yaradılmış şeyə baxıb görmürlər ki, Yaradan onu necə əsaslı və möhkəm yaratmışdır?! Necə qulaq və göz verib, necə sümüklə bərkitmiş və necə dəri ilə geyindirmişdir?!»(«Nəhcül-bəlağə», xütbə 227, səh. 736.).
    Davamında buyurur: «Qarışqaya bir baxın! Baxın görün cüssəsi necə də kiçik və nazikdir, gözünü qıysan belə görmürsən, necə yaradıldığı haqqında düşünsən, (sirrini) bilmirsən. Öz yolunu necə də tapıb gedir, ruzisini tapmaqda necə də tələsir. Dən tapsa, aparıb yuvasında anbara yerləşdirir. Qışın ruzisini yayda toplayır və yuvasına daxil olduqda, gedib-gəldiyi yolu yadında saxlayır. Onu görəcək qədər ruzisi ona yetişir və ruzisi qəbul edilmişdir. Nemət verən onu unutmaz və mükafat verən onu məhrum etməz; hətta sərt quru daşlar üzərində məskən salsa belə»(Həmin mənbə.).
    İmam Sadiq (ə) rəvayət edir ki, ətir satan Zeynəb, Peyğəmbəri-əkrəmin (s) evinə gəlir və Peyğəmbərdən (s) Allahın əzəməti barəsində sual edir. Peyğəmbər (s) cavabında bu aləmin digər aləmlərlə müqayisəsini söyləyir və həmçinin, birinin digərinə nisbətdə kiçikliyini bəyan edir. O cümlədən buyurur:
    «Üstündə olduğumuz yer, altında və üstündə olanlarla birlikdə onu əhatə etmiş göyün müqabilində geniş biyabanda düşmüş üzük halqası kimidir. Eləcə də, bizim olduğumuz qalaktika ikinci göyə nisbətdə, biyabanda görünən üzük kimidir»(«Biharul-ənvar», cild 60, səh. 83, 85.).
    Bu nisbət, hər aləmin özündən yuxarı aləmlə müqayisəsində mövcuddur və beləliklə, gedib çıxır yeddinci aləmə ki, o da öz növbəsində ərş və kürsü ilə müqayisədə heç bir şey hesab olunur.
    Aləmin əzəməti haqqında düşünməyin, insanın Allahın əzəməti qarşısında öz kiçikliyini dərk etməsindəki təsirinə görədir ki, əxlaq alimləri tapşırmışlar: «Namaz qılarkən, diqqətinizin tam Allahda cəmləşməsini istəyirsinizsə, çalışın geniş açıqlığa, çöllüyə gedin. Çünki gözünüz işlədikcə görünən bir fəzada yaradılışın əzəmətli mexanizmi qarşısında öz kiçikliyinizi daha yaxşı dərk edəcəksiniz».
    Təbiidir ki, insan qapalı və dar mühitdə olduğu zaman, aləm haqqında təsəvvürü də həmin məhdud mühitin təsiri alında olacaqdır. Lakin geniş təbiətin qoynuna çıxsa, dağları, dənizləri müşahidə etsə, aləm haqqındakı təsəvvürü də istər-istəməz dəyişiləcəkdir. Hələ bu, Yer kürəsinin əzəmətinin göürüntüsüdür. İndi gör ki, yer göylə və birinci göy də digər göylərlə müqayisədə hansı əzəmətə malikdirlər.
    Bu gün kosmik təhqiqatlar əsasında ulduzlar və qalaktikalar barədə əldə edilən məlumatlar insana yaradılış aləmini daha yaxşı dərk etməyə kömək edir. Təbiidir ki, insan əgər ibadətə başlamazdan əvvəl yaradılışın əzəməti haqqında bir qədər düşünsə, öz kiçikliyini daha yaxşı dərk edəcəkdir. Belə olan halda, Allaha doğru bir-iki addım daha artıq atacaqdır. Çünki Allaha yaxınlaşmağın yolu, Onun qarşısında öz kiçikliyini hiss etməkdədir.
    QİYAMƏTİN VƏSFEDİLMƏZ ƏZƏMƏTİ
    Şübhəsiz ki, axirət aləmi, o cümlədən cənnət və cəhənnəm Allahın yaratdıqları içərisində ən əzəmətli yaradılmışlardandır. Cənnət və cəhənnəmi olduğu kimi dərk etmək bizə müyəssər deyil. Ayə və rəvayətlərdən əldə edilən məlumatlara əsasən, Allahın əzəməti dərkedilməz olduğu kimi, qiyamətin də əzəməti və dəhşəti dərkedilməzdir. Onu olduğu kimi təsəvvür etmək qeyri-mümkündür. Lakin Allahın əzəmətinin nişanəsi olan onun haqqında ayə və rəvayətlərdə işarə edilmiş məlumatlara diqqət yetirməklə, qiyamətin əzəməti qarşısında öz mövqeyimizi, kiçikliyimizi azacıq da olsa, dərk edə bilərik. Qiyamət səhnəsinə hakim olan dəhşət və qorxu barəsində Quran buyurur:
    «Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyi uşağını unudar, hər bir hamilə qadın bari-həmlini (vaxtından əvvəl) yerə qoyar. İnsanları sərxoş görərsən, halbuki onlar sərxoş deyildirlər. Bu ancaq Allahın əzabının şiddətli olmasındandır!»(«Həcc» surəsi, ayə 2.).
    Qiyamətin səhnəsi elə dəhşətli və qorxulu olacaqdır ki, insanın ağlını başından çıxaracaqdır; belə ki, özünü idarə etməyə gücü çatmayacaqdır. Ana öz əziz körpəsini - özü də südəmər körpəsini ki, bu yaşında anasına daha çox ehtiyac duyur - qorxunun şiddətindən unudub, öz hayına qalacaqdır. Əgər insan bu ayədə deyilənlərə, onun möhtəva və məfhumuna diqqət etsə, nə qədər təkanverici olduğunu görəcəkdir. Bu onun batil baxış və rəftarının dəyişilməsinə kömək edir, onu səadət yolunun qarşısını kəsən maneələrdən uzaqlaşmağa vadar edir.
    Təəssüflər olsun ki, biz ayələrin mənasına çox az diqqət edirik. Quranı ancaq üzdən oxuyub keçirik. Çalışdığımız budur ki, qiraətimiz yaxşı olsun, gözəl avazımız olsun, daha onun mənasına fikir vermirik. Öndə deyildiyi kimi, biz axirətin əzəmət və mahiyyətini dərk etməkdə acizik.
    Qiyamət, cənnət və cəhənnəm haqqında olan təsəvvürümüz bu dünyada qazandığımız təsəvvür və hisslər əsasında formalaşır. Bizə cəhənnəmin yanar odundan danışanda, təsəvvürümüzə bu dünyada əlimizi odun üstünə tutarkən hiss etdiyimiz istiliyin dərdli əzabı gəlir. Cəhənnəmin yandırıcı atəşi haqqında təsəvvürümüz, bu dünyadakı atəşin yandırıcı olduğu həddədir. Və ya cənnətin nemətlərindən, ləzzətlərindən söz düşəndə, təsəvvürümüz bu dünyada dadıb-tanıdığımız ən yaxşı nemətlər üzərində cəmləşir və bundan artığı da yoxdur.
    İnsan zehninin çərçivəsi və tutumu, onun xarici mühitdə gördüyü, daddığı və təcrübə etdiyi şeylərin həddində məhdudlaşır və özü də müqayisədən sonra onlar haqqında təsəvvür əldə edə bilir. İnsan görmədiyi, təcrübə etmədiyi şeyi təsəvvür edə bilmir. İnsanın zehni fəaliyyətinin məhdudiyyətini nəzərə alsaq, axirət aləminin xüsusiyyət və sifətlərinin bəyanı üçün onları, insanın bu dünyada dərk etdiyi təsəvvürlərin oxşar qəlibində bəyan etməkdən başqa çarəsi qalmır. Belə olmazsa, həmin xüsusiyyətləri heç vaxt dərk etmək olmaz. Buna görə də, həmin xüsusiyyətlərin dərkimizin üfüqündə otura bilməsi üçün mümkündür ki, milyon dəfələrlə tənəzzül etsin. Yəni bizim təsəvvürümüzün qəlibində yerləşə bilməsi, bizim dünyamızla oxşar bir hala gələ bilməsi üçün dəfələrlə kiçilmiş olsun. Əgər dərkimizin üfüqündən yuxarıda olarsa, bizə təsir etməyəcəkdir, çünki dərkedilməz olacaqdır. Deyilənləri nəzərdə tutaraq, Quranda və rəvayətlərdə səy edilmişdir ki, cənnət və cəhənnəmin əzəməti xalqın tanış olduğu nümunələrin qəlibində açıqlansın. Bu rəvayətdə də, Peyğəmbər (s) cənnət və cəhənnəmin əzəmətini bəyan edərkən, həmin üsulu seçmişdir.
    PEYĞƏMBƏRİN CƏHƏNNƏM ƏZABI BARƏSİNDƏ BUYURDUQLARI
    Peyğəmbəri-əkrəm (s) cəhənnəm əzabının bəzi nümunələrini Əbuzərə vəsf edərək buyurur ki, o əzabların ən kiçiyi əgər bu dünyada baş versə, dəhşətli faciə baş verər. Həmçinin, cənnət nemətlərinin bəzi nümunələri haqqında danışır ki, bu dünyada insanın onlardan birini qəbul etməsi, torpaq əhli olan insanın gücü xaricindədir. Bunları söyləməkdə Peyğəmbərin (s) məqsədi, dünya və onun bər-bəzəklərinə məftun olmuş bizlərə, dünya ilə axirət aləmini müqayisə etməklə, dünyanın olduqca kiçik olduğunu göstərməkdir. Axirət aləmi özünün vəsfedilməz genişliyi və əzəməti ilə Allahın nişanələrindən biri və həmçinin, bütün varlıqlar Yaradanın bir iradəsi ilə varlıq donu geymiş olsalar da, hər biri özü-özlüyündə Allahın sonsuz qüdrət və əzəmətindən xəbər verir.
    Peyğəmbər (s) buyurur:
    «Qiyamətdə bir nəfər yetmiş peyğəmbərin əməlinə sahib olsa da, o gündə görəcəyi şeylərin şiddətindən əməllərini az hesab edəcəkdir».
    Bizim ibadət və əməlimiz heç adi bir mömininki qədər də deyil, o ki, qalmışdı peyğəmbərin ibadəti və əməli qədər olsun. İndi düşün ki, yetmiş peyğəmbərin ibadəti və savab işləri nə qədər olar. Bunlar bir tərəfə, fərz edək ki, yetmiş peyğəmbərin əməlinə bərabər ləyaqətli bir iş gördük, lakin qiyamətdə o günün dəhşətini görəndə, həmin əməl gözümüzdə bir zərrəyə çevriləcəkdir. Qiyamət günü elə qorxulu və dəhşətlidir ki, Allahın inayət və rəhməti olmadan, heç yetmiş peyğəmbərin də əməli kara gəlmir! Bu səbəbdən də, həmişə gözümüzü Allahın inayət və rəhmətinə dikməliyik. Qəlbimizi Ona sarı yönəltməklə, gecənin xəlvətində ağlayıb sızlamaqla, dərdləşib oxşamaqla Onun geniş rəhmət qapılarını üzümüzə açıq saxlamalıyıq. Öz əməlimizə arxalanmamalıyıq, çünki bu arxayınlıq bizi bir yerə çatdırmayacaq.
    Hədisin davamında Peyğəmbər (s) buyurur:
    «Əgər cəhənnəmin bir qab çirkini, irinini bu dünyanın şərqində yerə töksələr, (onun istisindən, pis qoxusundan) qərbdə yaşayanların beyni qaynamağa başlayar».
    Quranda cəhənnəm əhlinə veriləcək əzablardan söz açılır. Onlardan biri də, «ğislin»dir:
    «Bu gün (qiyamət günü) bax burada onun yaxın bir dostu yoxdur. İrindən başqa bir yeməyi də yoxdur»(Əl-haqqə-35,36.).
    «Ğislin» cəhənnəm əhlinin içəcəyi şərabdır. Qabı və paltarı yuduqdan sonra qalan çirkli su mənasındadır. Ğislin o qədər murdar və irinli içkidir ki, yuyulmuş əşyaların çirkini, bulaşığını ona ad qoymuşlar. Həqiqətdə isə ğislin, insanın pis əməllərindən süzülüb göllənmiş çirkinliklərdir. Bu su o qədər ürəkbulandırıcı, pisqoxulu və yandırıcıdır ki, dünyanın şərqinə bir qab ondan töksən, dünyanın qərbində olanların beyinləri qaynayar.
    Bizim insan kəlləsinin qaynaması haqqında olan təsəvvürümüz bu həddədir ki, güclü atəşi bir nəfərin üzünə yaxınlaşdıranda, həmin hadisə baş verir. Yəni düşünürük ki, insanın başı o zaman qızıb dağılmağa başlayar ki, onu yanar odun üstünə tutasan və ya yaxın fasilədə güclü hərarəti olan odun yanında saxlayasan. Lakin həmin od nə qədər yandırıcı olsa belə, on metrlik fasilədən və ya ondan bir az da artıq fasilədən elə də ciddi bir təsir etməyəcəkdir. Amma qiyamətdə insanlar elə susayacaqlar ki, məcbur olub, həmin cismin suyunu içəcəklər.
    Cəhənnəmin odu, axirət və qəbir evinin əzabı, dünyanın atəş və əzabları ilə müqayisə edilməzdir. Cəhənnəm atəşinin yanında bu dünyanın atəşi soyuq və sönükdür, ancaq dərini, üzdə olanı yandırır. Onu görəndə, buna dözmək insana asan gəlir, lakin cəhənnəmin odu xalisdir və hətta şüura malikdir. Bu səbəbdən, dünyadakı atəşlərin heç biri ruhu yandırmır, amma cəhənnəm odu cisimdən əlavə, insanın ruhunu və qəlbini də öz kamına çəkir. Şübhəsiz, cəhənnəmin odu və əzabı insanın dünyadakı pis əməllərinin nəticəsi və məhsuludur.
    CƏHƏNNƏM QAYNAMAĞA BAŞLAYANDA İNSANLARIN VƏ MƏLƏKLƏRİN KEÇİRƏCƏKLƏRİ HAL
    Peyğəmbəri-əkrəm (s) sözünə davam edərək, cəhənnəmin necə cuşa gəlib qaynayacağı barədə belə buyurur:
    «Cəhənnəm qəzəbindən coşub püskürməyə başlayanda, Allahın bütün mürsəl peyğəmbərləri və müqərrəb mələkləri diz çöküb deyərlər: «Pərvərdigara! Qurtar məni! Mənə nicat ver! Hətta İbrahim peyğəmbər (ə) oğlu İshaqı yaddan çıxarıb deyər: «Mən Sənin dostun İbrahiməm, məni yaddan çıxarma».
    Allah Quranda buyurur:
    «Bədbəxt olanlar od içərisində (cəhənnəmdə) qalacaqlar. Onları orada ah-fəryad gözləyir!»(«Hud» surəsi, ayə 106.).
    Əllamə Təbatəbai bu ayənin təfsirində buyurur: «Kəşşafda «zəfir» nəfəsin, havanın çölə verilməsi, «şəhiq» isə nəfəsin içəri alınması mənasında təfsir edilmişdir…Allah bununla demək istəyir ki, cəhənnəm əhli nəfəslərini sinələrinə çəkərlər, sonra çölə verərlər və cəhənnəm atəşinin hərarətinin şiddəti və əzabın böyüklüyündən ah-nalə çəkib fəryad qopararlar»(«əl-Mizan», cild 11, səh. 21).
    Yuxarıda verilən təfsirə əsasən belə məlum olur ki, insan nəfəs alıb verdiyi kimi, cəhənnəm də nəfəs alıb verir.
    Cəhənnəm nəfəs alıb-verməklə, özünün yandırıcı hərarətini çölə buraxar. Bu hərarət bütün cəhənnəm əhlini bürüyüb əhatə edər, sonra cəhənnəm nəfəsini geri çəkməklə, şəhiqlə bütün cəhənnəm əhlini öz kamına çəkər. Peyğəmbər (s) buyurur: «Cəhənnəm coşub daşmağa başlayanda bütün insanlar, hətta böyük peyğəmbərlər və müqərrəb mələklər özlərini itirib qorxuya düşər, dizləri bükülüb yerə çökər və hamını unudub öz haylarına qalarlar. Hərəkət etməyə nə gücləri qalar, nə də düşünüb-daşınmağa macalları. Bu görə də, çarəsizlik və zillətlə dizlərini yerə qoyub, əllərini Allahın sonsuz rəhmətinə doğru uzadar və Ondan öz nicatlarını istəyərlər. Belə ki, həzrət İbrahim (ə) öz əziz övladı İshaqı yaddan çıxarıb deyər: «Sən məni öz dostun «İbrahim Xəlilullah»-deyə adlandırmışsan, məni unutma, dadıma yetiş! Məni bu dəhşətli, öldürücü əzabdan qurtar! Bu, Allahın qiyamət günü verəcəyi əzabların bir nümunəsidir. Həmin əzab əgər bu dünyada zühur etsə, dəhşətli və vəhşətli bir ölümlə bütün məxluqatı məhv edər».
    Cəhənnəm və onun əzabları ilə daha artıq tanışlıq əldə etmək üçün yaxşı olardı ki, imam Sadiqdən (ə) təfsilatı ilə bir hədis zikr edək: «Cəbrayıl (ə) günlərin bir günü rəngi qaçmış, qəmgin halda Peyğəmbərin (s) yanına gəlir. Peyğəmbər (s) soruşur: «Ey Cəbrayıl, niyə qəmgin və narahatsan?». Ərz edir: «Ey Məhəmməd, niyə də olmayım ki? (Xəbərin olsun) bu gün cəhənnəmin dəmləri işə salındı». Peyğəmbər (s) dedi: «Cəhənnəmin dəmi nədir?». Cəbrayıl dedi: «Belə isə xəbərin olsun ki, Allah-təala atəşə əmr etdi, sonra atəş min il alışıb yandı, nəhayət, qızarıb qırmızı oldu. Sonra yenə əmr etdi, bir daha min il yandı, nəhayət, rəngini dəyişib ağardı. Bundan sonra bir daha əmr etdi, atəş min il də yanılı qalıb, qara rəngə düşdü. O atəş qara və qaranlıqdır. Əgər cəhənnəm atəşinin bir halqası - ki, uzunluğu yetmiş ziradır - yerə düşsə, dünya onun hərarətindən əriyib suya dönər və əgər cəhənnəmin «zəri» və «zəqqum»undan(«Zəqqum» həddən artıq pis qoxulu, dadı acı və kiçik yarpaqlı bir bitkinin adıdır. Bu otun şirəsini çəkib insanın bədəninə sürtdükdə, həmin yer şişib suluq atır. Həmin ot biyabanın kənarında bitir və adı cəhənnəmdə olan zəqqumun adından götürülmüşdür. («Biharul-ənvar», cild 17, səh. 146) Zəqqum Quranda üç ayədə gəlmişdir. Hər üç ayədə cəhənnəmin dibində bitən ağac mənasında verilir. Onun meyvəsi şeytanların başlarıdır. (Ağac meyvələrinin şeytanın başına oxşadılması ona görədir ki, xalqın təsəvvüründə olduqca pis şəkildə təsvir olunur. Necə ki, bunun əksinə olaraq, mələklər ən gözəl surətdə təsvir edilirlər). Bunun üçün də onun meyvəsi həddən artıq pis qoxulu, xoşagəlməz və nifrət doğurar. «Zəri» də cəhənnəm əhlinin yeməklərindən biridir. Onu yeməklə nə doymaq olur, nə də kökəlmək. İbni Abbas Peyğəmbərdən (s) nəql edir: «Zəri cəhənnəmdə olan bir şeydir. Tikana bənzəyir, «səbir»dən (pis və acı bir meyvə) daha acı, murdardan daha pis qoxulu, atəşdən daha yandırıcıdır» («Qamus-Quran», cild 3 və 4, Maddə: Rəs, zəqqum).) bir damcısı bu dünyanın sularına düşsə, hamı onun üfunətindən həlak olar». Bunu eşidəndə, Peyğəmbər (s) ağladı və Cəbrayıl da (ə) ağlamağa başladı. Allah-təala onlara sarı bir mələk göndərdi və mələk ərz etdi: «Allah sizə salam göndərir və buyurur: «Mən sizi günaha düşüb, bunun üçün də əzaba düçar olmaqdan amanda saxladım»(«Qırx hədis», İmam Xomeyni, səh. 23 .).
    CƏNNƏT ‒ MÖMİNLƏRİN ƏN ALİ MƏNZİLİ
    Şübhəsiz, cənnət və onun nemətləri də Allahın ən böyük yaratdıqlarından sayılır. Bu nemət Allahın bəndəlik yolunu keçənlərə, iman və saleh əməllərlə insanlıq mərhələsinin ən ali məqamına layiq görülənlərə və nəhayət, Allahın mələkut aləminə qədəm qoyanlara nəsib olur:
    «(Ya Peyğəmbər!) İman gətirən və yaxşı işlər görən şəxslərə müjdə ver. Onlar üçün (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır. O cənnətlərin meyvələrindən bir ruzi yedikləri zaman, «Bu bizim əvvəlcə (dünya evində) yediyimiz ruzidir» deyəcəklər. Əslində isə, bu meyvələr dünya meyvələrinə zahirən bənzəyir. Onlardan ötrü orada hər cəhətdən pak olan zövcələr də var. Onlar (möminlər) orada əbədi qalacaqlar»(«Bəqərə» surəsi, ayə 25.)
    Başqa bir ayədə Allah-təala buyurur:
    «Allah mömin kişi və qadınlara (ağacları) altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə, (bunların hamısından) daha böyükdür. Bu, ən böyük qurtuluş və uğurdur!»(«Tövbə» surəsi, ayə 72.).
    Həqiqətdə, insan saleh əməllərin sayəsində cənnəti və onun nemətlərini qazanır. Buna görə də, insan Allaha bəndəlik yolunda nə qədər çox səy edər və kamal yolunun maneəsi olan nəfsin istəkləri ilə nə qədər çox mübarizə apararsa, qarşılıqlı olaraq daha artıq və üstün nemətlərə çatacaqdır. Bu, Quranda və rəvayətlərdə rast gəldiyimiz açıq həqiqətlərdir. İmam Sadiqdən (ə) nəql edilmişdir ki, Peyğəmbər (s) buyurdu: «Göylərə merac etdiyimdə, cənnətə daxil olub gördüm ki, mələklər imarət tikməklə məşğuldurlar; qızıl və gümüşdən olan kərpicləri bir-birinin üstünə qoyur və hərdən də dayanıb dururdular. Onlara dedim: «Niyə gah işləyir, gah da dayanıb durursunuz?» Dedilər: «Gözləyirik lazım olan avadanlıq gəlsin. Dedim: «Sizin istifadə etdiyiniz avadanlıq nədir?» Dedilər: «Möminlərin dilindən çıxan «Cübhanəllah», «Əlhəmdulillah», «La ilahə illəllah» və «Allahu Əkbər» zikri bizim avadanlıqlarımızdır. Mömin bu zikri deməyə başlayan vaxt ərzində, biz də bu işə məşğul oluruq. Elə ki, zikri saxladılar, biz də dayanırıq»(«Biharul-ənvar», cild 8, səh. 123. )
    Peyğəmbər (s) cənnəti vəsf edərək belə anladır:
    «Ey Əbuzər! Əgər cənnətin qadınlarından biri gecənin zülmətində göydə zahir olsa, nuru yerə on dörd gecəlik aydan daha çox işıq salar. Saçlarını oynatdıqda, zülfündən ətrafa yayılan ətrin iyi bütün yer əhlini bihuş edər. Cənnət əhlinin libaslarından birini bu dünyada açıb sərsələr, onu görən bihuş olar və ona baxmağa insan gözü tab gətirə bilməz».
    Həzrətin (s) bu bölümdə dediklərindən belə anlaşılır ki, qiyamət günü insanın gözünün gücü, bu dünyada olduğundan daha güclü olacaqdır. İnsanlar bu dünyada o qədər zəifdirlər, dərrakələri, dözümləri o qədər azdır ki, əgər cənnətin libaslarından birini onlara göstərsələr, ona baxmağa taqətləri çatmayıb, bihuş olarlar. Halbuki, cənnət əhli üçün o libası geyinmək, ona baxmaq adi bir şeydir. Həqiqətdə, cənnətdə insanın qüdrəti, o cümlədən görmə, dərketmə qabiliyyəti həddən artıq çoxdur. Şüur və dərrakə sahibi olan insanın axirətdəki şüuru o həddə qədər yüksək olacaq ki, bəlkə də, dünyadakından milyon qat artıq olacaqdır. Orada hər şeyin həyatı var və həqiqətdə, həqiqi həyat oradadır.
    Qiyamətin özünəməxsus fəzasında hər bir şey şüur və danışmaq qabiliyyətinə malikdir. Buna görə də, hətta ağac və daşlar belə danışacaqlar:
    «Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyildir. Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər! (Əgər bilsəydilər, axirəti dünyaya dəyişməzdilər)»(Ənkəbut» surəsi, ayə 64.).
    Təbiidir ki, hər şey həyata malik olarsa, hətta otlar, daşlar da danışarsa, insanlar da bu sırada olacaqlar və insanın bədən üzvləri ayrı-ayrılıqda dil açıb danışacaqdır. Bu cəhətinə görə cəhənnəmdə qulaqlar, gözlər, insanın dərisi onların gördükləri günahlara şəhadət verəcəklər. Onlar deyəcəklər:
    Bizim əməllərimizə necə şəhadət verdiniz? Bədən üzvləri cavabında deyərlər: «…Hər şeyi dilə gətirən Allah bizi danışdırdı…»(«Fussilət» surəsi, ayə 21.)
    Rəvayətin bu bölümündə cəhənnəm əzabı və cənnət nemətləri haqqında deyilənlər dünya miqyasları ilə ölçüyəgəlməzdir. Necə ola bilər ki, «ğislin» kimi bir maye o qədər üfunətli və yandırıcı olsun ki, yerin şərqində onun tökülməyi ilə yerin qərbində yaşayanların beyinləri qaynasın. Əlbəttə, elə düşünməyək ki, belə bir hadisənin olması imkansızdır. Allahın atom enerjisi kimi sıxılmış bir enerjini uranium kimi bəzi elementlərin daxilində yerləşdirməsi, hələ indi bəşər aləminə məlumdur. Əgər bu ünsürdən çox az miqdarda enerji ayrılarsa, elə güclü partlayış baş verir ki, bir şəhəri dağıdıb, altını üstünə çevirir! Bu hələ bu dünyada mövcud olan ünsürlərdən birinin dağıdıcı qüvvəsidir. İndi gör, o aləmin ünsürlərinin qüdrəti hansı dərəcədədir?! Bəlkə də, milyon dəfələrlə bu aləmdə mövcud olan ünsürlərin gücündən daha artıqdır. Belə olan surətdə bu ünsürlərin dağıdıcı gücü də bizim təsəvvür edə biləcəyimizdən qat-qat artıq olacaqdır. Deyilənlər bizim öz mövqeyimizi, dərəcəmizi tanımağımız üçündür. Bilməliyik ki, şüur və dərrakəmizin imkanlarının məhdud olduğu bu dünya üçün yaradılmamışıq. Bir dünyada onun ləzzətləri məhdud olarsa, həmin yerdə bizim şüur və dərrakəmiz də məhdud olacaqdır. Bilməliyik ki, dünyada olan hər bir şey axirət üçün müqəddimədir və axirətdə olan şeylərin solğun, zəif görüntüsüdür. Dünyanın xoşluqları axirətin xoşluqları ilə müqayisəedilməzdir. Dünyada çəkdiyimiz müsibət və bəlalar da axirətin əzabları qarşısında bir şey deyildir.
    Dünya əzablarının axirət əzabları ilə müqayisə edilməsi və həmçinin, dünya ləzzətləri ilə axirət ləzzətləri arasındakı təfavütün göstərilməsi və onlar arasındakı geniş fasilənin üzə çıxması bais olur ki, hər kəs öz zehni qabiliyyəti, istedadı həddində özünün və yaşadığı aləmin axirət aləmi ilə müqayisədə nə dərəcədə məhdud və kiçik olduğunu dərk etsin; həmçinin, Yaradanın bərabərində yaradılış sisteminin olduqca cılız olduğunu təsəvvür edə bilsin. Bu müqayisənin nəticələrindən biri də, insanın təkəbbürdən, xudbinlikdən uzaqlaşıb, haqq qarşısında təvazökar olmasıdır. Əgər dünyada bir nemətə çatsa, qürurlanmasın və əgər bir nemətdən məhrum olsa, məyus olub həsrətini çəkməsin. Çünki bütün dünya nemətləri cənnətin bir almasına belə dəyməz. Buna görə də, dünya ürək bağlanası yer deyildir. Çalışıb, Allah peyğəmbərləri və övliyalarının bələdçiliyi ilə Yaradanın və qiyamətin əzəmətini anlamalı və öz mövqeyimizi tanımaqla xudpəsəndlikdən, qürurdan uzaq olmalıyıq.
    BİRİNCİ CİLDİN SONU
    Category: Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) | Views: 1008 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024