İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 5 » Ariflərdən
    5:41 PM
    Ariflərdən
    BÖYÜK ARİF AYƏTULLAH HACI 
    ŞEYX ƏLİ AĞA SƏADƏTPƏRVƏRİN
     (PƏHLƏVANİ TEHRANİ)
     ŞƏXSİYYƏTİ 
    VƏ HƏYATI HAQQINDA
    TÖVHİD BADƏSİNİN SAQİSİ
    Mərifət şerinin şah beytin, inan
    Köksündə gəzdirir o arif insan.
    Onda birləşmişdir zöhd ilə ürfan,
    Tövhid badəsini tutmuş o insan.
    Əli yolun getmiş, Əliyə oxşar,
    Tövhid əhli üçün onda işıq var.
    Bir eşq yolçusudur, səbri rizası,
    Yaşamış qorxu ilə ümid arası.
    Bir eşq şərbətidir, varlığı sirli,
    Bağlı xəzinədir, ağzı möhürlü.
    Cisim qəfəsindən qurtulan o quş
    Yerlərdən göylərə xəbər aparmış.
    Dodağından kövsər qaynayar hər an,
    Susuzlar təşnəsin yatırar ondan.
    Yuxarıdakı şeri arif şeyxin aşiqlərindən biri yazmışdır.
    İmam Xomeyninin (r) qələmindən:
    Torpaq övladında bu nə gözəllik!
    Yox, torpaqdan deyil, cənnət quşudur.
    Dodaqlardan soruş suyun dəyərin,
    O, ərşin bizimçün yaranmışıdır!
    Ey mənəviyyat və mərifət səfiri! Ey ərş yolun ötüb-keçmiş! Səfərə çıxdın və yüzlərlə könül karvanını özünlə apardın. Bizi görüşünə həsrət qoydun. Sən özündən öncəki mərifət aşiqlərinin meyvəsi idin. Qədim və kamil ariflərin məharətini ən gözəl şəkildə tövhid yolçularına təqdim etdin. Şiə cəmiyyətinin mənəvi fəzasında fəzilətli gənclərin qəlbini tövhidə yönəldib, onlardan böyük insanlar yetirə bildin. Keçmiş övliyaların nurani səmərəsini növbəti nəsilə ötürməyi bacardın.
    Kim sənin mərifət nurunda təqdim etdiklərini dana bilər?! Sənin şəxsiyyət və əqidəni nəzərdən keçirdikdə zehnimdə hikmətli bir sözün canlanır: "Hünər felin tutumudur və felin tutumu tövhiddədir.” (Bu sözləri Ayətullah Cavadi Amilinin təfsir dərsində eşitmişəm). Günəşin nurunu inkar edənlər həmişə olub və var. Sənin fəzilət və gözəlliklərini inkar edən olsa, özünün yarpaqsız və səmərəsiz bir ağac olduğunu göstərir. Onlardan nə düşüncə gözləyəsən?!
    Ləyaqətsiz aşiqin olan bu bəndə sənin dünyadan köçünü öz atasının dünyadan köçündən daha ağır gördü. O səni özünə ruhani ata sayırdı. Mənəvi atanın cismani atadan şərafətli olması Əhli-beytin buyuruğudur. Mən bu münasibət və əqidəni səni sevən insanlarda, mənəviyyat şagirdlərində aşkar görmüşəm.
    Nəzərinizə çatdırılacaq nöqtələr ariflər şeyxi, mərifət vadisinin məşhuru, pak nəfs sahibi Hacı Şeyx Əli Pəhləvaninin xüsusiyyətlərindən bir qismi idi. Bu yazı naqis və dəyərsiz bir xidmətdir. Arzu edirəm ki, böyük arifin həyatı haqqında inşallah ətraflı və gözəl bir kitab yazılıb, mərifət aşiqlərinə təqdim edilsin!
    Ümid edirəm ki, böyük arif məni bu cəsarətimə görə əfv edər. Eşq və bağlılıq insana şücaət verir. O cənabın bütün şagirdlərindən acizanə şəkildə xahiş edirəm ki, bu kitabdakı nöqsanları öz böyüklükləri ilə bağışlayıb, qeydlərini müəllifə çatdırsınlar. Həmən qeydləri nəzərə alıb növbəti işlərdə nöqsanları aradan qaldırmağa çalışaram.
    TƏRBİYƏ ÜSULU VƏ İLAHİ TƏKAMÜL YOLU
    Ariflər şeyxi həzrət Şeyx Əli Pəhləvani xüsusi tərbiyə üsuluna, ilahi təkamül yoluna sahib olmuşdur. İllər uzunu Əllamə Təbatəbainin dəyərli hüzurundan bəhrələnmiş, onun ürfani incəliklərinə varmışdır. O, şiə ariflərinin yolunu izləmiş, böyük arif Ayətullah-üzma axund molla Hüseynqulu Həmədanidən bəhrələnmişdir. Onların Quran, Peyğəmbər (s) və Əhli – beyt (ə) göstərən yola dərin etiqadı olmuşdur. Ustad öz nurani həyatı boyunca bu böyük məktəbin tanınmış yetirmələri ilə görüşmüş, onların düşüncə və həyatı ilə tanış olmuşdur.
    Amma onun özünün də çox gözəl və nurani əməl üslubu olmuşdur. Ustad özündən əvvəlki ariflərin düşüncələrini ümumi şəkildə özündə əks etdirmiş, onların mərifət nurundan öz ilahi təkamülündə yetərincə faydalanmışdır.
    Ustad onunla görüşə gələnlərin həqiqətən ilahi yol keçmək arzusunda olduğunu gördükdə onları hərarətlə qarşılamış, öz ağuşunu açmışdır. Orta yaşlarda olduğu vaxt yanına gələnləri xüsusi bir şövqlə qarşılamış, özü onlar üçün çay hazırlamış, onlara xidmət göstərmişdir. Şagirdlərdən biri onun ölümünə təəssüflənib ağlayaraq deyirdi: "Hətta almanı doğrayar, öz əli ilə şagirdlərinə yedirərdi”. O öz şagirdlərinin tərbiyəsi ilə can-dildən məşğul idi. Əgər şagirdlərdən biri öz təkamülünə maraq göstərsəydi, verilən tapşırıqları yerinə yetirsəydi, onu tövhid maarifi dərsinə dəvət edərdi.
    Ustad adətən Allah aşiqləri üçün məğrib və işa namazlarından sonra məclis qurardı. Hansı məclisdə kimlərin iştirak edəcəyini xüsusi bir qayda ilə təyin edərdi. Bu seçimdə hər bir kəsin ilahi tərbiyədə keçdiyi mərhələ nəzərə alınardı. Bu yığıncaqlardan bəziləri iyirmi ilədək davam etmişdi.
    Bu qəbil məclislərdə adətən şagirdləri tövhid maarifi ilə tanış edəcək məsələlər açıqlanardı. Səy göstərilərdi ki, iştirak edənlər göstərişləri yerinə yetirməkdə daha çox çalışıb, daha çox agahlıq əldə etsinlər. Eşitdiyim və ya bildiyim şeylərdən biri də budur ki, onların məclislərində Seyid ibn Tavusun "İqbalul- əmal” kitabından dualar oxunardı. Hafizin divanındakı qəzəlləri ustad özü şərh edərdi. Mərifət əhli buyuruqlarının şərhi onun böyük və dəyərli əsərlərindəndir.
    Əllamə Təbatəbainin mərifət dərslərindən ibarət olan "Ləbbül-bab” risaləsi, Seyid Bəhrül-ülumiyə məxsus mərifət kitabı, Saib Təbrizinin seçilmiş tövhidi şerləri məclisdə mütaliə olunan mənbələr idi.
    Rəcəb və şəban aylarında bu iki aya məxsus dualar oxunar və araşdırılardı. Ramazan ayında bütün məclisləri dayandırar, öz məbudu ilə xəlvətə çəkilər, gecə-gündüz raz-niyaza məşğul olardı.
    İlin bütün günlərini Qumda olardı. Dostlarına mərifət yönümündə məsləhətlər verərdi. Əlbəttə ki, gündüzlər günortayadək elmi araşdırmalara məşğul olardı. Günortadan sonra axşam azanınadək bütün vaxtını şagirdlərə sərf edərdi. Tələbələrinin mərifətlə bağlı məktublarına cavab verərdi. Bu məktubların hər biri çox dəyərlidir. Şagirdlər həmin məktubları iftixarla əzizləyir. Bu məktublar bir yerə toplanıb çap olunarsa, həmin ilahi insandan böyük töhvə olar. Həmin məktublar əsasında onun tərbiyə üsulu ilə dəqiq tanış olmaq mümkündür. Bundan əlavə tələbələri, mərifət yolçusu olan dostlarını qəbul edər, onların problemlərinin həlli üçün bacardığını edərdi. İlahi yol yolçularına göstərişlər verərdi. Son illərdə pillələrlə qalxıb-enmək çətin olduğundan günortadan sonralar gələrdi. Girişə yaxın pillədə əyləşib sualları cavablandırardı. Bəzən bu sorğu-suallar beş saat uzanardı. Məğrib və işa namazlarından sonra da daim məclisləri olurdu. Ətrafındakıların əxlaqi tərbiyəsinə xüsusi diqqət yetirirdi.
    Tarixini unutmuşam, bir gün onun hüzurunda söhbətlərindən feyz alırdıq. O buyurdu: "Əllamə Təbatəbaidən ilahi yol, mərifət səfəri ilə bağlı göstərişləri aldıqdan sonra, əksər yetirmələrinin iş ardınca getdiyi bir vaxt hiss etdim ki, Əllamə mənəvi təkamülü ilə bağlı nailiyyətlərini açıqlamaqdan çəkinir. Çalışırdım ki, onu bir yolla danışdırım. Hər gün suallar hazırlayır, onun xidmətinə gedib danışdırmağa səy göstərirdim. Dediklərini qəlbən qəbul edir, sonra bütün söylədiklərini yazırdım. Onun buyurduqlarını mərifət əhlinin buyuruqları ilə tutuşdururdum. Əllamə mərifət əhlinin işlətdiyi terminlərdən istifadə etməzdi. Şeyx Əli Ağa Pəhləvani bildirir ki, Əllamə Təbatəbai çox qapalı bir adam idi və soruşulmayan bir şey haqqında danışmazdı. Onun nəzərincə, Əllamənin özü ilə apardığı tövhid sirləri açıqladığı sirlərdən qat-qat artıq olmuşdur.
    Şeyx Əli Ağa Pəhləvani Əllamənin həyatı dövründə onun dəyərli xəzinəsi vasitəsi ilə şagirdlər tərbiyə etməyə başlamışdır.
    O, ilahi mərifət yolunda çox aram idi. Addımları sabit bu insan lətif, sıxıntısız göstərişlər verərdi. Çox çalışardı ki, şagird bir mərhələni tam başa vurmamış o birinə keçməsin. İlkin mərhələlərdə büdrəyənlər çox olur. Ustad mərifət yolçusunu ağır yükləməz, onun agahlıqla hərəkət etməsinə çalışardı. Şagirdlərin yuxuda və ayıq vaxtı rastlaşdıqları ruhiyyə ustadın dərslərinin məhsulu idi. Şeyx Əli Ağa Pəhləvani hər bir şagirdə diqqətlə nəzarət edirdi. Onların hər əməldə sabitqədəm olmasına çalışırdı. Xarakter, ruh və cisim baxımından yolçunun sağlamlığı mühüm sayılırdı. Qədim tibbdən məlumatlı olan ustad şagirdlərinə bu yönümdə də məsləhətlər verirdi. O sağlam orqanizmi ilahi mərifət yolçusu üçün etibarlı minik sayırdı. Daim tapşırırdı ki, şagirdlər sağlamlıqlarını qorusunlar. Bildirirdi ki, belə olmasa yaşa dolanda ibadət çətinlik törədər.
    Çox sadə göstərişlər verirdi. Zahirən sadə olan bu tapşırıqların batinində böyük təsir vardı.
    Bir gecə buyurdu: "Dostlardan birinin (şagirdləri haqqında danışanda həmişə belə deyərdi) yaxın qohumu ayaqlarının revmatizmindən əziyyət çəkirdi. Məndən dərman istədilər. Dedim ki, ayaqyoluna gedəndə özünü pakladıqdan sonra hökmən parça ilə qurutsun. Bu rütubət ayaqlara pis təsir göstərir. Cavanlıqda da olmasa, qocalıqda insan ayaq ağrılarından əziyyət çəkir. Tövsiyəni xəstəyə çatdırdılar. Bir müddət sonra həmin şəxsin sağaldığını bildirdilər."
    Həmişə tapşırardı ki, dəstəmaz aldıqdan sonra yaş əllə libasın qollarını aşağı salmasınlar. Bu işin bədən üçün zərərli olduğunu bildirirdi. Deyirdi ki, dəstəmaz suyu ilə islanmış paltar bədənin istisi ilə quruduqda mənfi təsir göstərir. Onun nəzərincə, bir çox sümük və əzələ ağrılarının səbəbi bu idi.
    SƏMAVİ HAL VƏ FƏZİLƏTLƏR
    Şeyx Əli Ağa Pəhləvaninin mənəvi kamillikləri və ürfani halı ilə bağlı məlumat azdır. O daim diqqəti cəlb etməməyə çalışardı. Hətta ən yaxın şagirdlərinə də yalnız zəruri sözləri deyərdi. Təsadüfi hallarda öz halından danışardı. Bəzən qarşı tərəfi oyatmaq üçün müəyyən nöqtələri açıqlayardı. Buyururdu ki, hansısa halları əldə etməyə yox, bəndə olmağa çalışmaq lazımdır. Sirli müşahidələrini gizləyə bilməyən insan, ustadın nəzərincə, məqsədə çətin çatar. Övliyaların dilindən nəql edərdi ki, ariflər üçün kəramət qadın üçün aylıq adət kimidir. Yəni ariflər öz kəramətlərini bildirməyi ayıb sayır, imkan həddində bu nöqtələri gizləyirlər. Həzrət axund molla Hüseynqulu Həmədani uca mərifət məqamına çatdıqdan sonra bildirir ki, arif öz müşahidələrini açıqlamaqdan çəkinməlidir. O öz kamilliklərini bir tərəfə qoyub Allahın sonsuz nuraniyyətinə qərq olmalıdır.
    Bəli, cənab Şeyx, heç şübhəsiz, axund molla Hüseynqulu Həmədaninin sadiq ardıcıllarından olmuşdur. Onun üslubu ilə tanış olanlar şeyxi öz dövrlərinin molla Hüseynqulusu saymışlar. Hətta bu mövzuda bir lətifə də danışılır: Şeyxin hüzurunda olmuş bir şəxs belə nəql edir: Mən mənəvi məsələlərə könül verib ustad arxasınca gəzdiyim vaxt hər kəsə əmin ola bilmirdim. Əmin deyildim ki, onlar məni mərifət yoluna sövq edə bilər. Həmin vaxtlar axund molla Hüseynqulu Həmədanidən kömək istədim. İstəyimin nəticəsi bu oldu ki, Qumda Şeyx Əli adlı birinin ünvanını verdi. Ünvan əsasında Qumun qədim küçələrini dolaşa-dolaşa deyilən yeri tapdım. Qapını döydüm, çox keçməmiş nurani çöhrəli bir qoca çıxdı. Şeyx Əlinin mənzilini soruşdum. O, Şeyx Əli olduğunu bildirib istəyimi soruşdu. Ondan mərifət yolu üçün göstəriş istədim. Həmin vaxtdan başlayaraq Şeyxin tapşırıqlarından bəhrələndim. Təəccüb edirdim ki, ustad axtardığım halda belə bir şəxsi necə tanımamışam!
    Dövrünün tanınmışlarından və Əllamə Təbatəbainin ilk şagirdlərindən olan mərhum Hacı Şeyx Mahmud Təhriri nəql edir ki, yuxuda mənə dedilər: "Cənab Şeyx Əli Ağa Pəhləvani bizim dövrümüzün axund molla Hüseynqulusudur.”
    Doğrusu, Allah-taala bizim dövrümüzdə öz aşiqlərini heyrətdən, qeyri-müəyyənlikdən və qəflətdən qurtarmaq üçün bu nəfis və ilahi insanı hədiyyə etmişdi. O canıyanan bir ata, şəfqətli təbib kimi qapısını aşiq tələbələrin üzünə açmış, bütün ömrünü bu yolda sərf etmişdi. O öz varlığını mərifət təmənnasında olanlara qurban vermişdi. Bu yolda çox çətinliklər çəkmişdi. İnsanları Allah yoluna yönəltmək vəzifəsini öhdəsinə götürmüş bir şəxs, təbii ki, onların ziddiyyətli xarakterlərinə, cəhalətlərinə, hörmətsizliklərinə, itaətsizliklərinə dözməlidir. Ustad bu yönümdə böyük səbir və dözüm göstərirdi. Onun üçün ən əsası müraciət edənlərin dərdinə şərik olmaq, öz lətif ruhu ilə haqq yolçularına əl tutmaq idi.
    Bir gecə onun hüzurunda olduğumuz vaxt əmmaməsini səliqəsiz hazırlamış tələbələrdən birinə buyurdu: "Nə üçün əmmamən belədir? Tələbə səliqəli olmalıdır. Əmmaməni özün hazırlamısan?” Həmin tələbə cavab verdi: "Bəli, ağa. Bu işi yaxşı bacarmıram.” Ustad buyurdu: "Eybi yoxdur, əmmaməni ver, sənə necə hazırlamağı göstərim.” Ustad uzun-uzadı sorğu-suallardan sonra yorğun olmasına baxmayaraq tələbənin əmmaməsini açıb səliqə ilə qatlamağa başladı. Tələbəyə "diqqətlə bax” söylədi. Ona ürək-dirək verirdi: "İnşallah, öyrənərsən. Çətin iş deyil.” Sonra tələbənin əmmaməsini öz başında hazırlayıb ona təqdim etdi. Buyurdu: "Nə vaxt əmmaməni çıxarsan, onu təmiz bir dəsmala bük. Dəsmal onu həm çirklənməyə, həm də əzilməyə qoymaz.” Həmin gecə ustad çox səmimi və mehriban idi. Arabir gülümsünürdü.
    Onun bu səmimiyyəti heç vaxt tələbələrin yadından çıxmaz. Bir dünya mərifət və tövhidi rəngə malik olan insanın bu qədər sadə olması təəccüb doğururdu. Bütün bu mehribanlıq və gözəlliklərin əvəzini hansı yazı və ya addımla çıxmaq olar?! Belə bir insan qarşısında təvazö etməmək mümkünsüzdür. Təəccüblüdür, necə olur ki, insan bir ömür yaşayır və ətrafındakılar ondan kiçik bir günah da görmür? Daimi mücahidəsiz belə bir hal əldə etmək olarmı? Necə olur ki, şagirdləri ondan yalnız məbuda eşq, diqqət, özü ilə hesab və göz yaşı müşahidə edir? Bəli, fəzilət və həqiqi iman budur! Əmirəl-möminin (ə) buyurur: "Elm bəsirət və agahlıqla onlara üz tutdu, canlarına hopdu. Onlar əmin bir ruhla həmağuş oldular.”[6] Bəli, həzrətin bu kəlamı öz təcəllasını tapır. Mübarək ramazan ayının axır ongünlüyünün duasında uyğun tövhid aramlığına işarə edilir.[7] Bəli, insan öz imanı ilə nuraniləşir və ustad belələrindən idi.
    Haqq yolçuları sırasına qatılmaqda Allahın yardımından bəhrələnmiş bir dost çətinliyə düşənlərdən birinə belə söylədi: "Dükandan bir araqçın al, ver hacı Şeyx Əli Ağa Pəhləvaniyə, onun araqçınını alıb başına qoy. Bunun sənə faydası var.” Həmin şəxs nəql edir ki, ustadın göstərişinə əməl edib, dükandan bir araqçın aldım. Onu hacı Şeyx Əli Ağaya verib araqçınını istədim. Şeyx razılaşsa da mənim aldığım araqçın bir qədər kiçik oldu. Şeyx səmimiyyətlə mənim gətirdiyim araqçına dua oxuyub mənə qaytardı. Mən araqçının faydasını gördüm. Bir müddət sonra yenidən araqçın almaq üçün həmin dükana üz tutdum. Amma həmin yerdə dükandan əsər-əlamət yox idi.
    Şeyxlə ünsiyyət insanı qəflətdən oyadırdı. Həftədə bir dəfə görüş növbəti görüşədək insanın qəlbini qəflətdən qoruyurdu.
    Şübhəsiz ki, bütün bu bərəkətlər həzrət Peyğəmbərin (s) nurundandır. Salam ibn Müstənir belə nəql edir: "İmam Baqirin (ə) xidmətində idim. Hümran ibn Əyən oraya gəlib imama sual verdi. İmam onun suallarını cavablandırdı. Ayağa qalxıb getmək istəyəndə imama belə ərz etdi: "Allah ömrünüzü uzun etsin, sizin xidmətinizdə olanda qəlblərimiz yumşalır, dünya qəmindən qurtuluruq, aramlıq tapırıq, xalqın əlində olandan gözümüzü çəkirik. Elə ki bazara, xalq arasına çıxırıq, dünyaya rəğbətimiz artır.” İmam (ə) buyurdu: "Bu, qəlbin xasiyyətidir. Bəzən bərkiyir, bəzən yumşalır. Peyğəmbərin (s) yaxınları ona ərz etdilər ki, münafiq olmaqdan qorxurlar. Peyğəmbər (s) bu qorxunun səbəbini soruşdu. Dedilər: "Nə qədər ki, sizin xidmətinizdəyik, bizə nəsihət edirsiniz, bizə axirəti xatırladırsınız, Allahdan qorxur, dünyanı yaddan çıxarırıq. Sanki behişt və cəhənnəmi gözümüzlə görürük. Elə ki, sizin hüzurunuzdan qalxıb evimizə gedir, övladlarımızın qoxusunu duyuruq, halımız dəyişir, imansız adam kimi oluruq. Ya rəsuləllah, bu halda bizim münafiq olacağımızdan siz də qorxursunuz?” Həzrət buyurdu: "Heç vaxt! Bu qəlbiqaralıq şeytandandır. O sizi dünyaya yönəltmək istəyir. Əgər siz əvvəlki halda qala bilsəydiniz mələklər sizi salamlayardı, suyun üzəri ilə yeriyərdiniz...”[8]
    Bəli, cənab Şeyx həzrət Peyğəmbərin (s) həyat yolunu, xarakterini izləyirdi. Onun məclisləri də çox cazibədər və təsirli idi.
    Şagirdlərindən biri bazar ertəsi günü yuxuda görür ki, insanlar ustadın evinə axışır və gələnlərin hər birinin çiynində iki meymun var. Onlar ustadın qapısına çatdıqda meymunlar düşür və onlar içəri daxil olurlar. Həmin adamlar şeyxin mənzilindən çıxanda meymunlar yenidən onların çiyninə qalxır. O öz yuxusunu danışdıqda Şeyx belə cavab verir: "Onlar şeytanlardır. Onların bizim mənzilə daxil olmağa haqqı yoxdur.”
    Bəli, haqq yolçusu Merac hədisində buyurulan xüsusiyyətlərə malik olmalıdır. Arifdə elə bir nur olmalıdır ki, onun araqçını da aşiqlərinin müşkülünə təsir göstərsin. Cənab Şeyx mərifət və tövhid zirvəsində olmasına baxmayaraq nəsihətlərində özünü qarşı tərəfdən ayırmaz və deyərdi: "Hər birimizin müşkülü var, əməllərimizə diqqətli olmalıyıq.” Şagirdlərinə də tapşırardı ki, söhbətlərində özlərini xalqdan ayırmasınlar.[9]
    Şeyxin həyatı ibadət, dua, göz yaşları ilə keçərdi. Məclislərində isə daim inqilabi əhval-ruhiyyə olardı. Həyatı başdan-başa paklıq və nəcabət, iffət və həya idi. Çöhrəsində ilahi bir nuraniyyət vardı. Məclislərdə müşahidə edirdim ki, dostlar ustadın göz yaşlarına baxıb ağlayırlar. Dəfələrlə mənim kimi qəflətdə olanlara deyərdi: "Diqqətli olun, bu nemət həmişəlik deyil, bir gün süfrə yığışacaq.”
    Hicri-qəməri 1374-cü ildə onun hüzurunda olduğum vaxt buyurdu: "Ərəb arifləri öz məclislərini İbn Farizin şerləri ilə hərarətə gətirirlər. Onlar xəlvətdə öz məbudları ilə İbn Farizin dili ilə danışırlar. Əllamə Qazi, İmam Xomeyni kimi böyük şəxsiyyətlər də onu sevmiş, şerlərini oxuyub bəhrələnmişlər.
    Mən də həmin şerlərə maraq göstərir, onları oxuyuram. Ustad buyururdu: "Höccətiyyə mədrəsəsində olduğum vaxt həmin şairin dörd yüz beytini şərh etdim. Təklikdə şerləri oxuyur ağlayırdım.” Ustad buyurur ki, həmin vaxtlar uyğun şerləri elmi baxımdan daha yaxşı şərh edən bir qələm sahibi gördüm. Həmin şəxs əməli baxımdan diqqəti cəlb etməsə də, şərhi gözəl idi. Buna görə öz şərhlərimi dayandırdım.”
    Bir dəfə onun şagirdlərindən biri ilə görüşdüm. Ustadın haqqında deyirdi: "Böyük ustadımız Şeyx Əli Ağa Pəhləvani bir gün buyurdu: "Bir gün yuxuda gördüm ki, hamamdayam və hamamın xəzinəsində yuyunmaq istəyirəm. Xəzinənin suyu bir qədər bulaşıq idi. Yuxudan oyanıb bütün işlərimi nəzərdən keçirdim. Yadıma düşdü ki, həmin gün əsirlikdən qayıtmış qonşuya dəyməyə gedəndə o ehtiyac olmayan qədər işıq yandırmışdı. Mənim getməyim bir növ bu işin təsdiqi idi. Bulaşıq suda yuyunmaq istəməyimə başqa izah tapa bilmədim.” Şeyxin bu sayağı yuxuları onun özünə diqqətli olmasından danışır. O bütün əməllərinə, düşüncələrinə beləcə qayğılı idi. Görüşündə olduğum vaxt boş yerə əlini tərpətməz, pisliyə danışmaz, kiməsə münasibətdə bədgüman olmazdı. O, qəlbinə nəzarət edirdi. Oddan və ya torpaqdan yaranmış kimsə onun qəlbinə yol tapa bilməzdi.
    Məbudun eşqinə yer olsun deyə
    Qəlbimdən çıx dedim iki dünyaya.
    Əhli-beytin (ə) nurani məqamını düzgün dərk etməklə onları uca tutur, onların ziyarətində misilsiz bir ədəb göstərirdi. Mənəviyyat dostlarından biri belə söyləyir: "Hicri-qəməri 1382-ci il cəmadiüs-sani ayının on yeddisində cənab Şeyxin görüşündə oldum. Ərz etdim ki, Məşhədə getmək istəyirəm, mənə bir tövsiyə verin. O buyurdu: "Qədim vaxtlar səhhətim yaxşı olanda imam Rizanın (ə) ziyarətinə gedib əllərimi qapı və divarlara qoyar, "Kəhf” surəsinin 18-ci ayəsini oxuyardım. (Ayədə buyurulur ki, Kəhf əshabının iti pəncələrini mağaranın qapısına qoymuşdu.)”
    Şeyx bu sözləri deyəndə bərk ağlayırdı. Gözlərindən sel tək yaş axıdır, sözünü davam etdirə bilmirdi. Bir qədər keçdikdən sonra sakitləşib buyurdu: "Çalışın, imam Mehdi (ə) tərəfindən də ziyarət edin.”
    Cənab Şeyxin Qum elmi hövzəsinin əxlaq ustadlarından olan bir şagirdi belə nəql edir: "Ustad həzrət Məsumənin qəbrini ziyarət etmək istədikdə xəcalət duyar və buyurardı: "Məndə onun nurani hərəmini ziyarət etmək ləyaqəti yoxdur.” Sonra arif şair mərhum Fəxrəddin İraqinin şerini oxuyardı:
    Təvafa getmişdim, dedilər olmaz,
    Sən kimilər burdan yolunu salmaz.
    Category: Ariflərdən | Views: 1333 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024