İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 6
Qonaqlar 6
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 5 » Ariflərdən
    5:34 PM
    Ariflərdən
    QƏFİLDƏN ÖZÜMÜ QƏZVİNDƏ GÖRDÜM
    Mirzə Cavad ağa Tehrani buyurur: Hacı şeyx Haşim Qəzvini nəql edir ki, bir gün sübh hücrənin qapısı ağzında bir kişinin oturduğunu gördüm. Mənəvi halda olduğu hiss edilirdi. Hücrənin qapısını açdım, onu içəri dəvət etdim. O, hücrəyə daxil oldu. Dedim ki, Allahın sizə lütf etdiklərindən, bildiklərinizdən bizə danışın. O səhəri günə görüş təyin edib getdi. Səhəri gün dediyi vaxtda görüş yerinə gəldi. Dünənki halla mənə nəzər saldı. Silkənib özümü Qəzvində, doğma kəndimizdə gördüm. Kəndlilərimizdən ikisi bir-birləri ilə su üstə savaşırdı. Onlardan biri əlindəki bellə ikinci şəxsi vurub öldürdü. Sonra qorxuya düşüb qanlı beli suda yumağa başladı. Ətrafa baxıb bir adam görmədi. Yanında dayandığım halda məni görməməsindən anladım ki, həmin səhnələri ruhum müşahidə edir və cismim Məşhəddədir. Qatil bir qəbir qazıb cəsədi orada dəfn etdi. Özümə gəlib həmin ağanın xidmətində olduğumu gördüm. Ona təşəkkür etdim. Sağollaşıb getdi. Bir qədər sonra təbliğ üçün kəndimizə getdim. Çatan kimi xəbər verdilər ki, filankəs öldürülüb, qatili də tapılmayıb. Bir söz demədim. Amma qatillə görüşəndə dedim: "Öldürdüyün adamın heç olmaya diyəsini (qanpulunu) ödədinmi?” Qatil dedi: "Ağa, bu nə sözlərdir danışırsınız? Mən kimi öldürmüşəm?” Bir sözlə, etiraz etdi. Mən qətlin xırdalıqlarını ona danışdım. O heyrət içində soruşdu: "Məgər siz orada idiniz?” O, etiraf etməyə məcbur oldu. Sözünə belə davam etdi: "Onun bir qızı var. Qızını razı salmaq mümkün deyil. Deyəcək ki, qisas istəyirəm." Ona dedim: "Siz gedin onunla danışın, Allah kömək edər.” Qatil gedib öldürdüyü adamın qızına dedi: "Əgər atanızın qatili tapılsa və diyə ödəmək istəsə, nə edərsiniz?” Qız dedi: "Mən atamın qisasını istəyərəm.” Qatilə dedim ki, mən bu işi Allahın köməkliyi ilə yoluna qoyaram. Qızı evə dəvət etdim. Ona dedim ki, atanın qatili gəlib, peşimandır, bağışlanmasını istəyir. Qız dərhal razılaşdı...
    Yuxarıdakı əhvalat Şeyx Haşim Qəzvininin ilahi məqamından danışır. Həmin qatilin qızı ilə danışığından sonra çətin bir məsələ həll olunur. Qız atasının diyəsini alıb razılaşır. Bu əhvalatı Mirzəcavad ağa Tehrani nəql etmişdi.
    SEYYÜDÜŞ-ŞÜHƏDA TÜRBƏTİNİN ŞƏFASI
    Ötən il İmam Musa ibn Cəfərin (ə) şəhadət gecəsi beyin iflici keçirdim. Məni xəstəxanaya gətirdilər. Bir müddət müalicə olundum. Xəstə olduğum vaxt Ayətullah Behcət vəziyyətimdən xəbər tutmuşdu. Bir gün oğlu Əliağa evimizə zəng vurub buyurdu: "Ağam sizin halınızdan nigarandır. Deyir ki, bir qədər Kərbəla türbətini zəm-zəm suyuna qatıb içsin.” Biz Ayətullah Behcətin göstərişini yerinə yetirdik və halım düzəldi.
    Xəstəliyim bir qədər yaxşılaşandan sonra Quma getmək istədim. Qardaşım da öz oğlu ilə mənə qoşuldu. Quma gəlib Əliağa ilə görüşdük. Ayətullah Behcətlə görüş üçün vaxt aldıq. Görüşdüyümüz vaxt dedim: "Ağa, tövsiyəniz təsirli oldu. Bu təsirdən minbərdə də danışdım.” Ayətullah Behcət təəccüblə buyurdu: "Minbərdən camaata dedin?” Dedim ki, bəli. Ağa buyurdu: "Belə sözləri əhlinə demək olar.” Dedim ki, minbərə gələnlər hal əhlidir.
    Bir gün məclisdə olduğum vaxt Xürrəmşəhrdə yaralananlardan biri yanıma gəlib dedi: "Ailəm Məkkədə xəstələnib, heç vəchlə öskürəyi dayanmır. Mən Ayətullah Behcətin məsləhətini ona çatdırdım. Bir müddət sonra onunla görüşdüm və söhbət əsnasında dedim ki, həmin göstərişi başqalarına deməsin. O etiraz edib belə bir əhvalat danışdı: Oğlum Amol unversitetində oxuyur. Xəbər gəldi ki, kor bağırsağı iltihab olub. Həkim dərhal cərrahiyyə əməliyyatı aparılmasını zəruri sayıb. Biz oraya getdik. Cərrahiyyə əməliyyatı səhərsi günə təyin olunmuşdu. Zəm-zəm suyuna bir qədər türbət töküb ona verdik. Səhəri gün həkim müayinəsindən məlum oldu ki, oğlum tam sağlamdır.
    HACI QAFURUN HEKAYƏTİ
    Əsil türbət tapmağın da hekayəti var. Bir dəfə vəd vermişdik ki, məhərrəmin ikinci ongünlüyünü Zərrəbxanə məscidində söhbət edək. Biz on birinci gecə rövzəyə getdik. Həmin gecə insanlar çox qəmgin olur. Minbərə qalxdıq və xalqın göz yaşlarından bizdə də bir hal yarandı. Minbərdən düşəndə hacı Qafur adlı bir qoca kişi yaxınlaşıb dedi: "Kərbəlaya getmisən?” Dedim ki, yox, hələ ki qismət olmayıb.” Səddamın hakimiyyət dövrü idi. Hacı Qafur dedi: "Sabah xəbəri sənə çatar.” Səhəri gün sübh vaxtı mənə bildirdilər ki, əgər vəsiqən hazır olsa Kərbəlaya viza hazırlamaq olar. Səhəri gün minbərdən sonra həmin kişiyə dedim: "Ağa, siz dünən nə dediniz?” O dinmədi. Bir də sualımı təkrarladım. O başqa mövzuda söhbət saldı. Mən də mövzunu dəyişib ondan soruşdum: "Siz əvvəllər harada olmusunuz?” Dedi: "Mən Nəvvab mədrəsəsində xidmətçi idim. Mərhum Mirzə Mehdi İsfahani arabir hücrəmə gəlib çay istəyərdi.” Biz Mirzə Mehdi İsfahani haqqında eşitmişdik. O, Ayətullah Vəhid Xorasani və ustad Ayətullah Şeyx Haşim Qəzvininin müəllimi olmuşdur. Başa düşdüm ki, bir şəxsin ki yanında Mirzə Mehdi İsfahani çay içib, demək, o, hal əhlidir. Sonra buyurdu: "Otuz beş yaşım olanda (qırx beş il bundan öncə) Kərbəlaya getmişdim. Həmin vaxt İmam Hüseynin (ə) zərihinin aşağı hissəsi dağılmışdı və oranı təmir edirdilər. Zərih təmir üçün qaldırıldığı vaxt mən oradan bir qab torpaq götürdüm. Ondan bir qədəri qalıb, sizə vermək istəyirəm.” Çox həvəslə türbəti aldıq, şəfa üçün ondan istifadə etdik.
    Hacı Qafur çox yaxşı kişi idi. Biz Kərbəlaya gedib gələndən sonra dedilər ki, hacı Qafur vəfat edib. Onun bir kürəkəni məddah idi. Sübhlər Zərrəbxanə məscidində azan verərdi. Bir gün sübh namazı vaxtı gəlir və oğruların bir maşını qaçırmaq istədiyini görür. Oğrularla yaxalaşır, onu qətlə yetirirlər.
    AYƏTULLAH KƏŞMİRİNİN VƏFATI VƏ DƏFNİ
    Ramazan ayı idi. Ayətullah Kəşmiri buyurdu: "Biz Quma getmək istəyirik” Onu Quma aparmaq üçün hazırlıq gördük. Həmin gün Tehranda ağa Kaziminin atasının əzadarlıq məclisinə dəvət olunmuşdum. Dostlardan birindən xahiş etdim ki, məclisdə söhbətim qurtaranadək Ayətullah Kəşmirini evdən götürsünlər və birlikdə Quma yola düşək. Ayətullah Kəşmirinin kürəkəni Ayətullah Firuzabadinin oğlu idi. Ayətullah Kəşmirini onun evindən götürüb məscidə gətirdilər. Mən söhbətimi tamamlayıb günorta azanından sonra onlarla birlikdə yola düşdük.
    Biz ağanı Quma çatdırıb geri qayıtmaq istədikdə buyurdu: "Quma nə vaxt gələcəksiniz?” Dedim ki, inşallah cümə axşamı sizin xidmətinizdəyəm. Amma axşama Tehrana qayıdacağam. O buyurdu: "Çətin bir də görüşək!” Həmin gün Tehrana gəldim. Üstündən bir neçə gün ötmüş hacı ağa Cəfər Nasiri zəng vurub bildirdi ki, Ayətullah Kəşmiri beyin iflici olub və onu Tehrana gətiriblər. Gecə xəstəxanaya getdik. Ayətullah Kəşmirinin oğlanları, doktor Laricani, qardaşı ağa Baqir də orada idilər. Ayətullah Kəşmiri vəsiyyətinin yerinə yetirilməsi üçün məni nümayəndə seçmişdi. Məni kənara çəkib bildirdilər ki, artıq ağanın yaşaması mümkün deyil. Dəfn üçün tədarük görülməlidir. Bu barədə rəhbərə məlumat verilməsini məsləhət gördülər. Mən rəhbərin yanına gedib Ayətullah Kəşmirinin vəziyyəti və vəsiyyətnaməsi barədə məlumat verdim. O çox narahat oldu. Buyurdu ki, əvvəla onun üçün dua edək, yox əgər vəziyyət dediyiniz kimi olsa, göstəriş verərəm ki, xanım Məsumənin başı üzərində ona yer versinlər.
    Mən Ayətullah Kəşmirinin vəsiyyətinin yerinə yetdiyindən arxayın olub yola düşdüm. Ağa rəhmətə getdi, Tehranda kiçik bir dəfn mərasimi quruldu. Sonra cənazəsi Quma gətirildi və vəsiyyət etdiyi yerdə dəfn olundu.
    Namazını cənab Ayətullah Behcət qıldı. Dəfn mərasimində xeyli adam vardı. Cənazəni çox çətinliklə qəbirə yaxınlaşdıra bildik. Ağa Əllamə Təbatəbai ilə Ayətullah-üzma Seyid Əhməd Xansarinin məzarları arasında dəfn olundu. Cənab Ayətullah Hairi Şirazi oraya gəldi. Dəfn zamanı qəbirə düşmək istədiyini bildirdi. Qəbirə düşüb Ayətullah Kəşmiri ilə vidalaşdı. Bütün libasını onun qəbirinə sürtdü. Hətta əmmaməsini qəbirin sarı torpağına bulaşdırdı. Sonra qəbirdən çıxdı. Qəbiri torpaqlamaq istəyəndə Əllamə Həsənzadə Amoli gəldi. O da qəbirə düşüb Ayətullah Kəşmiri ilə vidalaşdı. Ayətullah Hairi kimi libas və əmmaməsini qəbirin torpağına sürtdü. Sonra qəbiri torpaqladıq.
    İLAHİ İNSAN MƏRHUM HİŞMƏTPUR HAQQINDA XATİRƏ
    Böyük insan hacı ağa Hişmətpur dövrünün arif insanlarından olmuşdur. Maraqlıdır ki, müasirləri onun məqamından xəbərsiz qalmışlar. Öncə Tehranda yaşayan ruhani sonralar müqəddəs Məşhəd şəhərinə köçmüşdür. Alim buyurur: "Məşhəddə Gövhərşad məscidinin eyvanında xəlvət bir yerdə namaz qılırdım. Bir gecə namaza başlamaq üçün "Allahu-əkbər” deyəndə hiss etdim ki, arxamda kimsə təkbir deyib iqtida edir. Mən namazımı saxlayıb ona etiraz edə bilməzdim. Amma qəlbən bu işə razı deyildim. Namazı qılıb geri dönəndə Əllamə Təbatəbaini gördüm. Dedim ki, sizin mənə iqtida etməyiniz ürəyimdən deyil. Buyurdu: "Məgər imamın razılığı camaat namazı üçün şərtdirmi?!” Dedim mən gizli gəlirəm ki, kimsə başa düşməsin. Əllamə buyurdu ki, sizin gizli gəldiyinizi bildiyimdən burada gizlənmişdim.” Ağa Əllamə Təbatəbainin dostlarından idi. O çox insanlarla tanış idi. Amma ağa Fəyyazi adlı bir həmədanlı ilə daha yaxın idi. Bir dəfə mərhum Hişmətpur belə nəql etdi: Həmədanda ağa Fəyyazinin dərsi olardı. Bir dəfə dərs zamanı başındakı əmmaməni çıxarıb isti sobaya qoydu. Dərsini qurtardıqdan sonra sobanın ağzını açıb əmmaməsini qoyduğu vəziyyətdə götürdü. Bu hadisə bizi çox heyrətə gətirdi. Başa düşdük ki, bu insan adi insan deyil.
    Ayətullah Haşimi Şahrudi Məşhədə birlikdə getdiyimiz vaxt deyərdi: "Zəng vuraq, ağadan vaxt alaq, bir gecə onun görüşünə gedək. Ağa Hişmətpurun bir baxışına cənab Şahrudi də şahiddir. Bir dəfə onun yanında olduğumuz vaxt məlum oldu ki, hacı ağa Hişmətpur iyirmi iki il onun evində olan gəlininin çöhrəsini görməyib. Ayətullah Şahrudi dedi: "Ağa məgər qaynatanın gəlinin üzünü görməsi eybdirmi?” Ağa buyurdu: "Məgər gəlinin üzünü görmək vacibdirmi?!”
    SEYİD MÜSLİHƏDDİN MƏHDƏVİ HAQQINDA ON DÖRD HEKAYƏT
    Dəyərli müəllim mərhum Seyid Müslihəddin Məhdəvi İsfahanın ilahi insanlarından hesab olunmuşdur. Bu şəxs tarix və rical mövzusunda yazdığı kitablarla İslam mədəniyyətinə böyük töhfə vermişdir. "İsfahanın böyük alimləri”, "İsfahanın elmi-ictimai tarixi”, "Bəyanul-məfaxir”, "Əllamə Məclisinin həyatı”, "İsfahanın müasir şairləri”, "İsfahan töhfələri”, "Şeyxül-İslam ailəsi” və bir çox başqa kitablar mərhum Seyidin tanınmış əsərləridir.
    Bu ixlaslı və zəhmətkeş tarixçinin çap olunmamış yazıları da az deyil. Onun bu yazılarını mütaliə etdiyimiz vaxt maraqlı hekayətlərlə rastlaşdıq. Onlardan bəzilərini nəzərinizə çatdırırıq.
    1-Cİ HEKAYƏT
    Mərhum Seyid Müslihəddin Məhdəvi belə nəql edir:
    Bu əhvalatı mənə mərhum ağa Seyid Məhəmməd Hüseyn Məşhədi nəql etmişdir. Bu şəxs müqəddəs Məşhədin böyük alimlərindən və fəqihlərindən olmuşdur. Bu şəxs Kirmanşahda İmam Mehdi (ə) ilə görüşmək şərəfinə nail olmuşdur. Özü belə danışır: Məşhədə gəlməmiş Kirmanşahda yaşayırdım. Orada yaşadığım mənzil müsafirlər üçün də dayanacaq idi. Bir dəfə Rəştdən olan təqvalı bir seyid bir müddət yanımda qaldı. Kirmanşahlı alimlər mənə bildirdilər ki, bu şəxsin kəramətləri var. Onun peşəsi ətirsatan idi. Birinci dəfə bu barədə soruşanda inkar etdi. Bir qədər yaxınlaşdıqdan sonra onun övliya olduğuna şübhəm qalmadı. O kimsənin bilmədiyi məsələlərdən xəbərdar idi. Bir dəfə etiraf etdi ki, alimlərin və böyük insanların ruhu ilə əlaqəm var. Xüsusi ilə ağa Sədr və mərhum hacı Seyid İsmaillə. Bir dəfə ağa Seyid Məhəmməd Hüseyn xahiş etdi ki, oxuduğu rövzələrin qəbul olub-olmaması ilə bağlı bir şey öyrənsin. Seyid əttar bu barədə ona xoş xəbər verdi və bildirdi ki, məhərrəmin doqquz və onuncu günləri İmam Mehdi (ə) məclisdə olacaq. Kirmanşahda məclis çox əzəmətlə keçərdi. Günəş tülu edən vaxtdan məclis başlayardı və günortadan iki saat sonrayadək davam edərdi. Əlli iki nəfər vaiz Əhli-beytin (ə) müsibətlərindən danışardı. Ağa Seyid Məhəmməd Hüseyn özü günün əvvəlindən sonunadək qapıda dayanıb gələnləri qarşılayardı. Seyid əttar onun rövzələrinin qəbul olması xəbərini verir və imamın da bu məclislərdə iştirakını qeyd edir. Doqquzuncu gün hər biri otuz-qırx yaş arasında, Kirmanşah libasında bir qrup insan məclisə daxil olur. Onların gəlişi hamını həyacanlandırır. Onlar məclisin kənarında dairəvi əyləşirlər. Onlara xidmət təklif olunanda "gedin başqalarına xidmət edin, bu bizim öz məclisimizdir" deyirlər. Seyid Məhəmməd Hüseyn deyir ki, əttar necə demişdisə elə də oldu.
    2-Cİ HEKAYƏT
    Mərhum Seyid böyük alim və tədqiqatçı Seyid Məhəmməd Həsən Sədr Kazimeyninin dilindən belə nəql edir: Samirrada ağam Mirzə Məhəmməd Həsən Şirazinin hüzurunda olduğum vaxt onun tələbələr üçün tikdiyi binada qalırdım. Böyük alim hacı molla Əli ibn Mirza Xəlil Tehrani ziyarət məqsədi ilə Samirraya gəlmişdi. Ondan xahiş etdim ki, mənim hücrəmdə qalsın. Hacı molla Əli məğrib və işa namazlarını qılandan sonra yatdı. Mən mütaliəyə başladım. Mütaliəmi başa vurduqdan sonra mən də yatdım. Çox keçməmiş hacı ayağa qalxdı. Məni də oyatdı ki, gecə namazına durum. Mən ona bildirdim ki, dərs və mütaliəyə çox məşğul olduğumdan namaz və dua üçün gücüm yoxdur. O yenə israr etdi. Belə ki mən məcbur olub ayağa qalxdım. Həvəssiz halda gecə namazını qıldım. Vitr namazını başa vurduqdan sonra hacı buyurdu ki, qalx ayağa ziyarətə gedək. Çarəm yox idi, itaət etdim. O qabaqda gedirdi, mən arxasınca. Hərəmin həyəti açıq idi; daxil olub müxtəsər salam verdi və pak sərdabəyə yaxınlaşdı. Hava çox qaranlıq idi. Göz-gözü seçmirdi. Qabaqda hacı, arxasınca mən sərdabəyə enməyə başladıq. Qəfildən qarşımızda bir nur göründü. Mən əmin idim ki, orada kimsə var. Molla Əli buyurdu: "Seyyid Həsən, görürsənmi?” Dedim ki, görürəm. Bəli, hacı molla Əlinin sayəsində İmam Mehdinin (ə) mübarək nurunu görə bildim.
    3-CÜ HEKAYƏT
    Arif başqa bir məşhur şəxs, Mirseyidəli Sədəhi İsfəhaninin dilindən belə nəql edir: Bir dəfə Məşhəd səfərində xəstələnib yatağa düşdüm. Bir müddət sonra sağaldım. Amma geriyə dönəndə də halım yaxşı deyildi. Bir bağda mənzil tutub orada istirahət etmək qərarına gəldim. Xidmətçilərə tapşırdım ki, qapını bağlasınlar. Yataqda ağrılarım şiddətləndi. Hiss etdim ki, otağa kimsə daxil oldu. Amma mən onu görmədim. Başımın üzərində dayanıb halımı soruşdu. Boylandım. Amma yenə bir adam görmədim. Başımın üzərindən gələn səs çox xoş idi. O mənə sağalacağımı dedi. Sonra səs kəsildi və hiss etdim ki, otaqda kimsə yoxdur. Xidmətçiləri çağırıb otağa daxil olan şəxsin kimliyini soruşdum. Onlar dedilər ki, qapı bağlı idi və otağa kimsə daxil olmayıb.
    Category: Ariflərdən | Views: 1155 | Added by: Islam_Kitabxanasi | Rating: 1.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024