İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 5
Qonaqlar 5
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 5 » Ariflərdən
    5:33 PM
    Ariflərdən
    4-CÜ HEKAYƏT
    Ustad böyük alim, Carçı ləqəbi ilə tanınan Məhəmməd Cavad Xorasaninin dilindən belə nəql edirdi: Salehabadda atamdan qalmış bir mülk vardı. Zillus-soltanın bacısı İftixarud-dövlə bu mülkü səhvən özününkü bilib ona sahib durmaq istədi. Nə qədər çalışdımsa, bir iş görə bilmədim. Mərhum ağa hacı Şeyx Məhəmməd Təqi Nəcəfi buyurdu ki, bu İftixarud-dövlə ilə üz-üzə gəlmək bu işin pis tərəfidir. Hər yerdən əlimi üzüb Allahdan çarə istədim. Cümə günü İmam Mehdiyə (əc.) ərizə yazıb öz müşkülümü açıqladım. Həmin məktubu çaya atdım. Sonra bir xarabaya çakilib Nüdbə duası oxumağa başladım. Dərdimi İmam Mehdiyə (əc.) bəyan etdim. Nüdbə duasını başa vurmamış at ayaqlarının səsini eşitdim. Ərəb libasında bir süvari görünürdü. Bu şəxs mənə yaxınlaşıb məhəbbətlə nəzər saldı. Onun baxışı qəlbimə güc verdi. Əmin oldum ki, o İmam Mehdidir. Həmin həftə mənim mülk məsələm həll oldu. Bu işin həlli üçün iki vasitəyə əl atdım: İmama ərizə yazdım və Nüdbə duası oxudum.
    5-Cİ HEKAYƏT
    Mənim Seyid Əbdül-Vəhhab adında əmim oğlu vardı. O, İsfahandan çıxıb İran və İraqın müxtəlif şəhərlərində yaşayırdı. Ömrünün sonunda İsfahana qayıtdı. İki ay sonra dünyasını dəyişdi. Ölümündən bir həftə öncə qardaşı böyük alim hacı Mirza Məhəmməd Həsən Nəhvini və məni dəvət etdi. Qəribə bir əhvalat danışdı: İyirmi il öncə Rəştdə olduğum vaxt ağır xəstələndim və ümidimi hər nədən üzdüm. Yay ayları idi. Bir otaq icarələmişdim. Gecələr xidmətçi yatağımı eyvanda salardı. Bir gecə halım çox pis olduğu üçün ev sahibi və xidmətçi həkim ardınca getdi. Həkimin danışığından belə başa düşdüm ki, bir neçə saat ömrüm qalıb. Ev sahibi və xidmətçi dəfn mərasiminə hazırlaşmağa başladı. Qızdırma içində yanırdım. Allaha üz tutub imamları vasitəçi seçdim. Onlara qürbətdə ölmək istəmədiyimi dedim. İmam Mehdiyə (ə) təvəssül etdim. Ölüm və həyat arasında müşahidə etdim ki, pillələrlə kimsə yuxarı qalxır. O ortaboylu bir şəxs idi, əyninə ağ libas geyinmişdi. Yatağıma yaxınlaşıb halımı soruşdu. Qəribçiliyimdən, xəstəliyimin ağırlığından, tənhalıqdan danışdım. Bir dua oxuyub getdi. Mən həmin şəxsə təşəkkür etməyə macal tapmadım. Halım çox ağır idi. Sonra bir qrup adam yuxarı qalxdı. Onlar mənə diqqət yetirmədən cəmiyyət namazına durdular. Həmin şəxs pişnamaz dayanmışdı. Namaz başa çatandan sonra moizə etdi. Həmin gecə danışdıqları kəlmə-kəlmə yadımdadır. Onun səsi o qədər xoş idi ki, hamını cəzb etmişdi. Ömür boyu belə səs eşitməmişdim. Namaz və moizə başa çatandan sonra yenə mənə yaxınlaşdı. Bildirdim ki, həkim ömrümün başa çatdığını deyib. Həmin şəxs bundan sonra iyirmi il yaşayacağımı bildirdi. Bəli, çox keçməmiş sağaldım.
    Mərhum Seyid Əbdül-Vəhhab İsfahani həmin xəstəlikdən sonra düz iyirmi il yaşadı. Hicri-şəmsi 1358-ci il, mübarək ramazan ayının altısında sübh azanından üç saat qabaq ailəsini ətrafına topladı. Bildirdi ki, bir az sonra işiniz çox olacaq və obaşdan yeməyə imkanınız qalmayacaq. Onları yeməyə məcbur etdi. Özü dua və Quran oxuyurdu. Sonra ailəsinə bildirdi ki, onun vaxtı başa çatıb və hamıdan halallıq istədi. Həyat yoldaşına dedi ki, uşaqları öncə Allaha, sonra sənə tapşırıram. Şəhadət kəlmələrini söyləyib gözlərini yumdu.
    6-CI HEKAYƏT
    Ustad mərhum axund Molla Məhəmməd Kaşani İsfahaninin dilindən belə nəql edir: Təhsil dövründə "Cəddə” mədrəsəsində məskunlaşmışdım. Rəbiül-əvvəlin doqquzuncu gecəsi, Eydüz-Zəhra adlanan gün tələbələrlə toplaşıb mərasim keçirdik. Bu məni çox sevindirdi. Düşündüm ki, neçə aydan bir belə mərasimin təşkil olunması tələbəlik yorğunluğunu aradan qaldırar. Bu məqsədlə bir neçə ay sonra qabağa düşüb məclis qurdum. Tələbələri öz hücrəmə dəvət etdim. Gecə xoş keçdi. Məclis dağılandan sonra yatdım. Yuxuda gördüm ki, iki nəfər hücrəmə daxil olub deyir: "Həzrət Peyğəmbər (s) səni istəyir.” Mən qorxmuş vəziyyətdə onların ardınca getdim. Böyük bir otağa daxil olduq. Peyğəmbər (s) otağın bir guşəsində əyləşmişdi. Ətrafında alimlər, fəzilət sahibləri vardı. Mən onlar arasında yalnız molla Hüseyn Əli Tuysərkanini tanıdım. O mənim ustadım olmuşdu. Həzrət Peyğəmbər (s) buyurdu ki, çubuq və falaqqa gətirilsin. Molla Məhəmməd Kaşaninin qamçılanmasını göstəriş verdi.
    Mən qorxudan tir-tir əsirdim, danışmaq güçüm yox idi. Mərhum hacı molla Hüseyn Əli Peyğəmbərdən xahiş etdi ki, onu mənə bağışlayın. Həzrət Peyğəmbər məni ustadıma bağışladı. Yuxudan oyandım. Hələ sübh azanı olmamışdı. Başa düşdüm ki, dünən gecə tələbələri mütaliədən ayırmağım səhv olub. Eydüz-Zəhra gecəsi dəyərli gecədir. Amma ömürü boş yerə sərf etmək olmaz.
    7-Cİ HEKAYƏT
    Ustad Seyid Cəlilin dilindən belə nəql edir: Təhsil dövründə bir gecə mütaliəyə məşğul idim. Cəməl savaşı haqqında oxuyurdum. Həmin hissəyə çatmışdım ki, Məhəmməd ibn Hənəfiyyə Ayişənin dəvəsini saxlayır. Həzrət Əli (ə) Məhəmməd ibn Əbubəkrə - Ayişənin qardaşına göstəriş verir ki, qoyma bacına əziyyət versinlər. Düşündüm ki, nə üçün Əli Ayişənin qətlinə imkan verməyib? Yatdım, yuxuda həzrət Əli (ə) mənə buyurdu: "Molla Məhəmməd, sən də mənə irad tutursan?” Yuxudan dik atıldım. Tövbə edib həzrət Əmirəl-möminin (ə) hüzurundan üzr istədim.
    8-Cİ HEKAYƏT
    Ustad həmin arif alimin dilindən nəql edir: Bir vaxtlar tələbələr qarşısında "Fatir" surəsinin mələklərlə bağlı şərif ayəsindən danışırdım. Riyazət və nəfsin tərbiyəsi ilə məşğul olduğum məqamlarda çoxsaylı qanadları olan mələklər görürdüm.
    9-CU HEKAYƏT
    Məzəddin Məhdəvi öz ustadı böyük zahid ağa Seyid Şeyx Əli Yəzdinin dilindən belə nəql edir: (Bu şəxs İsfahanın böyük alimlərindən və təqvalı insanlarından olmuşdur.) İsfahanda yenicə ailə qurduğum vaxtlar ağır yoxsulluqla üzləşdim. Vəziyyətim heç cür düzəlmirdi. Yenicə ana olmuş həyat yoldaşım bildirdi ki, günortaya heç nəyimiz yoxdur. Allaha ümidlə evdən çıxdım. Sədr mədrəsəsinə getdim. Vəziyyəti yaxşı olan tələbələrə vəziyyətimi deyib borc istədim. Bildirdilər ki, hazırda borc vermək imkanları yoxdur. Bir sözlə, həmin gün və gecə yeməyə bir şeyimiz olmadı. Həyat yoldaşım özünü şad göstərir, mənə təsəlli verirdi. İkinci gün evdən çıxdım, borc almaq üçün bir neçə yerə üz tutdum. Borc verən olmadı. Hətta çörəkçi və qəssab borcumun çox olduğunu bildirib nisyə mal vermədilər. Həmin gün də bu qayda ilə ötdü. Həyat yoldaşım bu məşəqqətə mətanətlə dözürdü. Nəhayət, üçüncü gün Sədr mədrəsəsində dərs oxuduğum vaxt axund Kaşinin mənə doğru gəldiyini gördüm. Üslub fərqlərinə görə ona xoş münasibət bəsləmirdim. Bu arif insandan qaçırdım ki, üzbəüz gəlib ehtiram göstərməyə məcbur olmayım. Nəhayət, üzbəüz gəldik. Salam verməyə məcbur oldum. Salamımı alıb buyurdu: "Şeyx Əli, ardımca gəl.” İxtiyarsız halda onun ardınca getdim. Hücrəyə daxil oldu və məni içəri dəvət etdi. Buyurdu ki, əyləşim. Döşəkçəsinin altından əlli rial çıxarıb mənə verdi. Mən ustada yaxşı münasibətdə olmadığımdan ondan pul qəbul etmək istəmədim. Dedim ki, ehtiyacım yoxdur. O bir daha təkid göstərdi. Növbəti dəfə ehtiyacım olmadığını bildirəndə axundun halı dəyişdi, qəzəbli halda buyurdu: "Yalan, yalan! Üç gündür evində yeməyə bir şey yoxdur, yenə deyirsən ki, ehtiyacsızam. Götür bu pulu, xərclə. Bundan sonra da nə vaxt ehtiyacın olsa yanıma gəl.” Mən heyrətə gəlmişdim. Evimdəki vəziyyətdən kimsə xəbərdar deyildi. Mərhum axund Kaşi öz ürfani məqmı ilə vəziyyətimdən xəbər tutmuşdu.
    10-CU HEKAYƏT
    Şeyx Əbdürrəzzaq Xansari İsfahani zahid alim, mərhum ağa Seyid Məhəmməd ibn Zeynəl-abidin Rəzəvi Xansarinin, öz əmisi oğlunun dilindən belə nəql edir: İsfahanda təhsilə məşğul olduğum vaxt Həkim məscidində hücrəm vardı. İmam Mehdinin (əc.) hüzurundan istifadə üçün otuz doqquz gecə idi ki, əməllər yerinə yetirir, dualar oxuyurdum. Həmin vaxt mənim və anamın xərcini əmim ödədiyindən onun evində şam edib məscidə gedərdim. Qırxıncı gecə əmimin evində şam yedim. Dua və zikr vaxtına iki saat qaldığını görüb bir qədər yatmaq istədim. Bir də yuxudan ayıldım ki, nəzərdə tutduğum vaxtdan bir saat ötüb. Tələsik dəstəmaz alıb evdən çıxdım, gecənin qaranlığında məscidə üz tutdum. Qəbiristanlığın yanından ötərkən mərhum Məhəmməd Cəfər Şeyxul-İslamın qəbirinin yanında uca qamətli, qara əmmaməli, sarı rəng ayaqqabı geymiş bir seyidin məni səslədiyini eşitdim. Hara getdiyimi soruşdu. Onu görüb təşvişə düşdüm. Salam verdim və bildirdim ki, məscidə gedirəm. Buyurdu ki, tələsmə, hələ tezdir. Sonra məscidə nə üçün getdiyimi soruşdu. Məqsədimə çatıb-çatmadığımı soruşdu. Daha sonra əmimin halı ilə maraqlandı. Sağollaşmadan bir-birimizdən ayrıldıq. Bir neçə addım atıb diksindim. Düşündüm ki, gecənin bu vaxtı bu seyid kim idi ki, məni tanıdı, sorğu-suala tutdu? Yoxsa məqsədimə çatmışdım? Geri döndüm. Amma həmin yerdə kimsəni tapa bilmədim. Əmin oldum ki, həzrət Mehdi (ə) ilə rastlaşmışam.
    Şeyx Əbdürrəzzaq Xansari mərhum ağa Mirməhəmmədəli Müdərris Rəzəvi Xansari haqqında nəql edir ki, bir gün evə gəlib evdəkilərə deyir: "Mərhum Cahangirxan Qaşqayi tərəfindən mənə pul göndəriləcək. Yatıram, məni oyatmayın. Gələn adamdan pulu alarsınız.” O yatır və bir az keçmiş dediyi kimi bir şəxs qapılarını döyüb əlli rial pul təqdim edir. Alim yuxudan oyanıb "gətirilən əlli riyalı mənə verin” buyurur.
    Bu hekayəti ilkin nəql edən mərhum hacı Şeyx Məhəmmədtəqi Xansari deyir ki, mərhum Cahangirxanın görüşünə gedib ondan Seyid Məhəmmədəliyə pul göndərib-göndərmədiyi barədə soruşdum. Bildirdi ki, həqiqətən də, pul göndərib. Soruşdum ki, bu barədə ona öncədən xəbər vermişdinizmi? Cavab verdi ki, yox. Mərhum Cahangirxan bu sorğu-sualın səbəbini soruşur. Şeyx əhvalatı ona danışır. Mərhum Cahangirxan gülümsəyib deyir: "Bəli, bu gün bir şəxs mənə pul gətirmişdi, qəfildən Şeyx yadıma düşdü. Həmin pulun əlli riyalını ona göndərdim. Doğrudan da, Şeyx zahid və təqvalı insandır.” Qeyd edək ki, hacı Şeyx Məhəmmədtəqi İsfahanın böyük alimlərindən, fəzilət sahiblərindən olmuşdur. Ağa Nəcəfi onun haqqında xoş sözlər söyləyir.
    11-Cİ HEKAYƏT
    Şeyx Əbdürrəzzaq Xansari, İsfahanın böyük ariflərindən olmuş, "mələk sifətində insan” sayılan mərhum hacı molla Hüseyn Əli Siddiqinin dilindən belə nəql edir: Tələbəlik dövründə arabir gecələr ustadım mərhum Əllamə Cəlilağa Seyid Əbül-Qasim Dehkərdinin otağında qalardım. Cümə axşamı idi. Hava çox təmiz idi. Bu vaxtlar adətən mədrəsədə tələbə olmazdı. Kənd uşaqları kəndə gedər, şəhər uşaqları öz evlərində qalardılar. Bəziləri də "Kumeyl" duası oxumaq üçün məsciddə olardılar. Bir sözlə, cümə axşamları mədrəsədə çox az adam qalardı. Mədrəsədə qalanlar da yatardılar. Həyətə çıxanda dam-divarın, həyətdəki ağacların bir səslə "ya həyyu ya qəyyum” dediyini eşitdim. Bədənimə titrətmə düşdü. Həyətdəki quyudan su çəkib dəstəmaz almağa başladım. Təkrar həmin səsi eşitdim. Bəzən də "ya Subbuh, ya Quddus" zikri eşidilirdi. Yuxuda və ya oyaq olduğumu müəyyənləşdirə bilmirdim. Əl-ayağımı tərpədib gördüm ki, oyağam. Üçüncü dəfə "Subbuhun Quddus” sədası gəldi. Özümdə bir hal hiss etdim. Allahla raz-niyaza başladım. Mədrəsənin həyətində addımlamağa başladım. Əllamə Həkim axund molla Məhəmməd Kaşaninin otağının qapısına çatanda onun minacat halında olduğunu eşitdim. "Ya Həyyu ya Qəyyum” deyəndə ətraf ona səs verirdi.
    12-Cİ HEKAYƏT
    Seyid Abdullah Şəmsabadinin oğlu, Nazim Mazandarani adı ilə tanınmış Seyid Məhəmməd Əli müəllifə belə nəql etmişdir: Hicri-qəməri 1371-ci il idi. Gecə axund molla Sədra Şirazinin kitabını oxuyurdum. Məndə belə bir şübhə yarandı ki, iyirmi yaşında günaha yol verib altmış yaşında dünyasını dəyişən adam qiyamətdə necə sorğuya çəkiləsidir? Axı altmış yaşındakı bədəndə iyirmi yaşındakı hal qalmayıb, hətta hüceyrələr belə əvəz olub. Yatıb yuxuda gördüm ki, tasua günüdür, məsciddə İmam Hüseynə (ə) əzadarlıq mərasimi qurulub. Adətən, tələbələr tasua və aşura günləri Şah məscidinə gedib növhəxanlıq edərdilər. Ustadım Şeyx Məhəmməd Əli də orada idi. Tələbələr onun ardınca ayaqyalın hərəkət edirdilər. Beləcə əzadarlar növhə oxuyub sinə vura-vura Şah məscidindən Yeni məscidə üz tutdular. Birdən Şeyx əzadar dəstədən ayrılıb məni yanına çağırdı. Dedi ki, qarşına çıxan şübhə barədə Şeyx Mehdidən soruş. Şeyx Mehdi onun oğlu idi. Yuxudan oyandım. Günorta namazına məscidə getdim. Şeyx Mehdiyə xəbər göndərib ona sözüm olduğunu bildirdim. Xahiş etdim ki, ikilikdə görüşək. Görüş vaxtı müəyyənləşdi. Səhəri gün Şeyx Mehdinin mənzilinə getdim. Evdə kimsə yox idi. Hətta xidmətçilər gözə dəymirdi. O özü çay gətirdi. Ondan üzr istədim ki, ədəbsizlik edib ikilikdə görüşmək istədiyimi demişəm. Nəzərinə çatdırdım ki, sualım bir qədər məhrəmanə idi. Şeyx Mehdi buyurdu ki, özü öz işini görəndə xoşhal olur, ikincisi də, mənim narahatlığımdan xəbərdardır. Hansı ki mən bu şübhə ilə bağlı kimsəyə bir söz deməmişdim. Yuxumu da kimsəyə danışmamışdım. Şeyx buyurdu ki, anlamağa cəhd etdiyimiz məsələlər bizim düşüncəmiz gücündə deyil. Axund Molla Sədra naqis ağılla xilqətin sirlərinə varmaq istəyir. Amma bu mümkün deyil. Vəzifəmiz budur ki, Quran buyuruqlarını sözsüz qəbul edək. Quran məadın cismani olduğunu bildirir. İyirmi yaşında günaha yol verən insanın altımış yaşında cisimlə sorğuya çəkilməsi adi bir işdir.
    13-CÜ HEKAYƏT
    Əllamə mərhum ağa Mirza Məhəmməd Təqi ibn Əbdürrəzzaqın yazıları arasında zahid alim ağa Mirza Məhəmməd Baqirin xətti ilə bir yuxu qeyd olunmuşdur:
    Bismillahir-Rəhmanir-Rəhim
    Bu sadiq yuxu fəqir Məhəmməd Baqirin 1342-ci ildə cəmadiul-əvvəl ayının səkkizində sübh çağı gördüyü yuxudur. Böyük bir məsciddə olduğumu gördüm. Namaz qılırdım. Qarşımda bir dəstə adam qibləyə arxa çevirib namaz qılırdı. Bir şəxs haray çəkirdi ki, nə üçün bu adamları doğru yola çağıran yoxdur? Namazın təşəhhüdünə çatmışdım. Qara əmmaməli bir şəxs gəlib sağ tərəfimdə əyləşdi. O, kitab şəkilli bir lövhə açdı. Səhifənin sağ tərəfinə əlini qoyub mənə "oxu” göstərişi verdi. Mən iki sətir oxuyub yuxudan oyandım. Oxuduqlarımı xatırlamağa çalışdım. İki dəfə gözüm qapandı. Gördüm bir qapı kandarında dayanmışam. Qapıdan pərdə asılıb. Bir şəxs pərdəni aralayıb buyurdu ki, xanım Fatimə (s) buradadır və səni çağırır. Qapıdan keçərkən həzrət Fizzədən icazə istədim. Buyurdu ki, xanımın görüşünə gedərkən salam-salavat demək, "Fərəc duası" oxumaq bir qaydadır. Mən deyilənləri oxudum. İçəri daxil oldum. Hücrə o qədər qaranlıq idi ki, kimsə görünmürdü. Mən salam verdim. Xanım salamımı alıb buyurdu ki, yuxuda gördüyün əlində kitab olan şəxs oğlum Abbas idi. Yuxuda mənə bu yuxunu yazıya almaq tapşırıldı.
    14-CÜ HEKAYƏT
    Zahid alim və abid ağa hacı Şeyx Mehdi Nəcəfi İsfahanın Şah məscidində minbərdən belə buyurdu: Mərhum axund Kaşani Molla Məhəmməd ibadət və riyazət əhlindən idi. Bu şəxs öz ibadəti ilə seçilirdi. Hər gecə vitr namazının qunutunda üç min dəfə "Subbuhun Quddus” zikrini deyərdi. Əvvəllər haqqında danışdığımız axund Kaşaninin şagirdi Şeyx Məhəmməd Riza Məhəmmədabadi nəql edirdi ki, rəbiül-əvvəlin on yeddinci gecəsi İslam Peyğəmbərinin miladıdır. Həzrət Peyğəmbər (s) röyada bu şəxsə buyurmuşdu: "Bu gecə ibadət üçündür.” Hacı Şeyx Mehdi buyururdu ki, bu röya həmin gecənin doğurdan da Peyğəmbərin (s) milad günü olduğunu təsdiqləyir.”
    Müəllif "Darul-elmi-şərq” kitabında yazır ki, böyük alim hacı Mirza Riza Kəlbasi belə nəql edirdi: "İsfahanın Seyid məscidinin hücrələrindən birində qalan müqəddimə ustadımın dəfn günü onun üçün qazılan qəbrdən ağa Məhəmməd Beydəbadinin qəbirinə yol olduğu üzə çıxdı. Yüz iyirmi yeddi il öncə dəfn olunmasına baxmayaraq Beydəbadinin cənazəsi dəfn olunduğu vəziyyətdə qalmışdır.”
    Category: Ariflərdən | Views: 1050 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024