İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 14
Qonaqlar 14
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » 2011 » September » 5 » Ariflərdən
    5:31 PM
    Ariflərdən
    KƏRAMƏT SAHİBİ AYƏTULLAH SEYİD ƏLİƏKBƏR HAŞİMİDƏN BİR XATİRƏ
    Ayətullah Seyid İsmail Haşimi İsfahaninin qardaşı mərhum Ayətullah Seyid Əliəkbər Haşimi kəramət sahibi olub. Onda qəribə hallar yaranırmış. Ayətullahın İsfahan elmi hövzəsinin ustadı olan oğlu hacı ağa Mürtəza Haşimi atası ilə bağlı xatirələrini yazmışdır. Hələ ki çap olunmamış bu kitabdakı xatirələrdən birini nəql edirik: Məlum Rza şah dövründə ruhani libasında bayıra çıxmağa qadağa qoyuldu. Atam ruhani libasında küçəyə çıxdı. Anası narahat olduğundan xahiş etdi ki, bu libasla bayıra çıxmasın. Anasına dedi: "Mən bu vaxtadək əmmaməmə xəyanət etməmişəm. Kimsə onu başımdan götürə bilməz.” Bu sözlərlə ruhani libasını çıxarmamaqda israrlı olduğunu göstərdi.
    AYƏTULLAH BÜRHAN HAQQINDA USTAD ƏNSARİYANLA MÜSAHİBƏ
    Müəllif: Mərhum Şeyx Məhəmməd Razi, Ayətullah Bürhan haqqında kitab yazmışdır. Sizin də ustadla bağlı yazılarınız çap olunmuşdur. Bizi daha çox mərhum Bürhanın Tehrandakı ictimai fəaliyyətləri maraqlandırır. Bu barədə xatirəniz varmı?
    Cənab Ənsariyan: Ayətullah Bürhan çox ziyalı bir insan idi. Nəcəfdə təhsil almış bu alim bir neçə mədəniyyət mərkəzi təsis etmişdi. Həmən vaxtlar çox az ruhani bu yönümdə fəaliyyət göstərərdi. Ayətullah qızlar üçün, oğlanlar üçün məktəblər açmışdı. O bu məktəblərdə etiqadlı müəllimlərdən istifadə etmək fikirində idi. Nə qədər lazımsa pul xərcləyirdi. Şübhəsiz ki, Ayətullah Bürhan kimi insanların aşiqi çox olur. Bu səbəbdən də o maddi baxımdan çətinlik çəkmirdi. Yeni ixtisas əldə etmək istəyənlər üçün məktəb təşkil olunmuşdu.
    Ayətullah Bürhan həzrət Əbdül-Əzim Həsəninin hərəmi kənarında başqa bir mərkəz təsis etmişdi. Həmin mədrəsə Bürhaniyyə adlanırdı. Onun təsis etdiyə mərkəzlərdən biri də Lorzadə adı ilə tanınan məscid idi. Həmin məscidin də həyətində dairəvi şəkildə hücrələr tikilmişdi, orada tələbələr qəbul olunurdu.
    AYƏTULLAH BÜRHANIN RUHANİ HALLARI
    O, insanlarla eynən peyğəmbər kimi rəftar edərdi. Tehranda sübhlər cəmiyyət namazı qılınmayan vaxt onun məscidində izdiham olardı. Ayla bağlı bütün dualar oxunardı. İlk dəfə Zeynəbiyyə günləri keçirən Ayətullah Bürhan olmuşdur. Rəcəb ayının on üçünü geniş bir tədbir təşkil edərdi. Rəcəbin on dördüncü günü bütün məscid qara örtüyə bürünərdi. Həzrət Zeynəbin xatirəsinə hazırlanmış yazılar məscidin divarlarına vurulardı. Bu xatirə məclisləri on gün davam edərdi. Ayətullah Bürhan həmin mövzuda söhbətlər edərdi. Fatimiyyə günləri də onun yadigarıdır. Ondan əvvəl belə günlər olmayıb. Tasua və aşura günləri Ayətullah özü ayaqyalın-başaçıq qara bir köynəklə əzadarlara qoşular, hamı kimi sinə vurub ağlayardı. O bu qəbil rəftarların ayətullaha yaraşmaması fikrini qəbul etmirdi. Əba və əmmaməsini çıxarıb bir kənara qoyar, qara bir köynəklə dəstənin önündə sinə vurardı. Xalqla elə rəftar edərdi ki, məscidində namaz vaxtı yer tapılmazdı. Onun məscidi sanki bir dövlət idi. Orada hər şey vardı. Ətrafdakı insanların bütün problemləri bu məsciddə həll olunardı. Məscid əhlini inandırmışdı ki, qızlarını məsçid əhlindən olanlara ərə versinlər. Məscid qadınlarının kənar mağazalara getməməsi üçün məscidin həyətində köşk qoymuşdu. Orada qızıl əşyaları, ayaqqabı, parça, məscid əhlinin ehtiyacı olan hər şey satılırdı. Bayram günləri orada alış-veriş daha güclənirdi. Məscid nəzdində İslami bir dərgi çap olunurdu. Bəli, bu məscid hökuməti xatırladırdı. İlk qərzül-həsənə sandığı (xeyriyyə bankı) bu məsciddə işə başladı. Bu gün ölkədəki bütün qərzül-həsənə sandıqları mərhum Ayətullah Bürhanın yadigarıdır.
    AYƏTULLAH BÜRHANIN RƏFTARI
    Müəllif: Bildiyimiz kimi Ayətullah Bürhan Əllamə Qazinin şagirdi olmuşdur. Bu ona böyük imtiyaz verir. Əllamə Qazinin təsiri sayəsində onda lətif bir əhval-ruhiyyə vardı. Bu barədə nə deyə bilərsiniz?
    Ənsariyan: Əvvəlcə maraqlı bir hadisə: Ayətullah Bürhan dünyasını dəyişəndən bir il sonra mən Məşhəd ziyarətinə getmişdim. Hərəm xidmətçilərindən birinin evində otaq icarəyə götürmüşdüm. On gün Məşhəddə qalmaq fikirim vardı. Hava çox isti idi. Evin su hovuzu binanın zirzəmisində idi. Ev sahibindən icazə almışdım ki, günortadan sonra bir qədər orada əyləşim. Bir dəfə zirzəmidə oturduğum vaxt oraya ərəb libasında bir şəxs gəldi. O farsca məndən "haralısan” soruşdu. Dedim ki, tehranlı. Hansı məhəllədən olduğumu soruşdu. Bildirdim ki, Lorzadə məhəlləsindənəm. Gözü yaşla doldu. Soruşdu ki, mərhum Bürhanı tanıyırdın? Dedim ki, bəli, yaxşı tanıyırdım. Mən yeddi-səkkiz il onun xidmətində olmuşam. Ah çəkdi və dedi: "Allah ona rəhmət etsin. Bir neçə il öncə Kazimeyndə dörd yaşlı oğlumu izdiham arasında itirdim. Nə qədər axtardımsa tapa bilmədim. Düz üç il uşağın anası ilə birlikdə İraqı alt-üst etdik, amma bir nəticə əldə edə bilmədik. Gün-gündən pərişanlığımız artırdı. Bir gün Nəcəfə getdim, Əmirəl-mömininə təvəssül etdim. Bir şəxs dedi ki, əgər uşağını tapmaq istəyirsənsə, get Tehrana, Lorzadə məscidində ağa Bürhandan kömək istə. Pasport götürüb İrana gəldim. Ağa Bürhanın görüşündə oldum. Bir neçə gün məscidin həyətində qaldım. Bilmirəm, Allahla nə rabitə qurdu! Bir gün mənə dedi: "Tez İraqa get, Hilləyə tələs. Filan gün günortadan sonra saat filanda uşağının əlindən tutmuş bir şəxs filan xiyabandan keçəcək. Get uşağını təhvil al.” Başılovlu İraqa üz tutdum. Arif nə demişdisə elə də oldu. Onun dediyi saatda, dediyi yerdə uşağımı tapdım.
    Bəli, Ayətullah Bürhan hərtərəfli insan idi. Təsəvvür edin ki, hələ Tehranda indiki ayaqyolu oturacaqları olmayan vaxt ağa Bürhan şam namazına bir saat qalmış məscidə gələr, libasını dəyişib ayaqyolunu yumağa başlayardı. Məsçidə daxil olanda xalçaları qaldırar, əlindəki dəsmalla yerdəki qırıntıları təmizləyərdi. Yay günləri namazı məscidin həyətində qılardı. Məscidin həyətində portağal əkilmiş çox əla görkəmli səkkiz-doqquz güldan qoymuşdu. Həyətdə gözəl, fəvvarəli bir hovuz tikdirmişdi. Hamını, gəncləri, uşaqları məscidə cəzb etmək üçün çalışırdı. Namazı başa vurandan sonra əlini cibinə salıb uşaqlara şirni paylayardı. Hər dəfə şirni verəndə təbəssümlə deyərdi: "Axşam yolunuzu gözləyəcəyəm.” Ayətullah Bürhan bu yolla iki nəsil tərbiyə etdi. Onun haqqında daha yaxşı öyrənmək üçün Ayətullah Məhdəvi Kəniyə müraciət edin. Şeyx Əli Səadətpərvər Pəhləvani də onun şagirdi olub. Biz uşaq olanda onlar mərhum Bürhanın tələbələri idilər. Mən uşaq yaşlarında tez-tez onun yanında olurdum. On yaşım olmasına baxmayaraq mənimlə bir kişi kimi söhbət edər, ciddi məsələlər danışar, hədis söyləyərdi. Bir şeyə əminəm ki, o hamı ilə ən kamil şəkildə davranırdı. Hicri-şəmsi 1338-ci ildə dünyasını dəyişdi. İndi 1385-ci ildir. Hələ ki onun kimi hərtərəfli və çəkili ikinci axund görməmişəm.
    İKİ ARİFİN BUYURUQLARININ TƏSİRİ
    Müəllif: Siz hacı ağa Hüseyn Fatimi Qummi və hacı Şeyx Abbas Tehranini görmüsünüz. Onlar haqqında da bir neçə kəlmə söyləyin.
    Ənsariyan: Hacı Şeyx Abbası yaxından tanımışam. Əynimdəki libası o geyindirib. Sağ olduğu vaxt tez-tez görüşündə olardım. O qırx il xəstə oldu. Vaxt tapan kimi görüşünə gedərdim. Onda da mərhum Bürhanın əhval-ruhiyyəsindən vardı. Xüsusilə cümə günləri minbərləri çox təsirli idi. Hacı ağa Hüseyn isə cümə axşamları evində məclis qurardı. Vaxt tapanda həmin məclisə gedərdim. O da sözü təsirli insanlardan idi. Dediyi sözlərdən daha çox özü təsirlənər, həyəcanlanardı. Minbərdə adətən ağlayardı. İndi Qumda belələrinin yeri boşdur.
    AYƏTULLAH ŞEYX ABBAS ATİFİ QUÇANİNİN HƏYATINDAN
    Hicri-qəməri 1425-ci ilin mübarək ramazan ayının son həftəsində Nəcəfabadın "Cameətul-imamul-muntəzər" elmi hövzəsində Nəcəf alimlərindən olan hacı ağa Bəhrinin xidmətində idim. Alim hicri-şəmsi 1365-ci ildə İraqdan İrana gəlmiş, Cəhrom şəhərində məskunlaşmışdı. Bu şəxs ardıcıl şəkildə Nəcəf elmi hövzəsində böyük insanlarla görüşmüş, Əllamə Qazi, şeyx Abbas Quçani kimi insanlarla təmasda olmuşdu. O, Ayətullah Quçani haqqında belə nəql edir: Ayətullah Quçani çox nurani, təvazökar bir insan idi. Uca qaməti, dolu bədəni vardı, pəhlivan görkəmində idi. Əmirəl-mömininin (ə) hərəmi yaxınlığında kiçik bir mənzili vardı. Bu mənzil Huvəyş bazarının yaxınlığında idi. Ustadın iki oğlu vardı. Onlardan biri, Şeyx Mahmud hazırda Tehranın Kax meydanındakı peyğəmbər məscidində imam-camaatdır. İkinci oğlu Şeyx Məhəmməd İraq rejimi tərəfindən həbs edilmiş və bir daha geri qayıtmamışdır. Onun cənazəsi də tapılmamışdır.
    Bir qrup tələbə İraqdan çıxıb İrana gəlmək istədikləri vaxt Şeyx Abbas Quçaninin ailəsini də özləri ilə götürmüşlər. Təəssüf ki, həmin vaxt şeyx Məhəmməd həbsdə olmuşdur. Ayətullah Quçani adətən Ayətullah-üzma Əbdül-Hadi Şirazinin yanında olardı. Onu oğlunun itkin düşməsi çox narahat edirdi.
    Mən özüm Ayətullah Quçaninin hüzurunda həkim Səbzvarinin "Mənzumə"sini oxumuşam. Oğlum onun oğlu şəhid Şeyx Məhəmməddən dərs alardı. İslam elmlərini dərindən bilən cənab Quçani fəlsəfədə xüsusi istedada malik idi. Nəcəfdə də fəlsəfə ustadı kimi tanınırdı. Həmən vaxtlar "Əsfar"dan dərs keçərdi.
    O əsil əxlaq müəllimi idi. İnsanlar arasına fərq qoymaz, Nəcəf elmi hövzəsində müşahidə olunan ayrıseçkiliyə yol verməzdi. Elə düşünürəm ki, Nəcəf hövzəsinin dağılmasının əsas səbəblərindən biri həmin ayrıseçkiliklər oldu.
    Hər gün ardıcıl şəkildə Əmirəl-möminin hərəminə gedər, onun nurundan bəhrələnərdi. Özü belə nəql edirdi: Əllamə Qazinin şagirdi idim. Şagirdlərdən biri sübh yatıb cunub olmuşdu. Qüsl verə bilmədiyindən həmin vəziyyətdə dərsə gəlmişdi. Əllamə Qazi sinifə daxil olan kimi ona üz tutub etiraz etdi: "Bu halda dərsə gəlirsən?”
    HALAL QİDANIN NURU VƏ HARAM TİKƏNİN TƏSİRİ
    Əli ağa Nasehi buyurur ki, Ayətullah Mahmud Quçani belə nəql etmişdir: "Bu əhvalatı atamdan eşitmişəm: Bir gün Kəşmirə getmişdim. Kəşmirin elmi mədrəsəsində qoca bir xidmətçi baxçada səliqə-sahman yaradırdı. Onun qoca yaşında beli qüdrətlə yerə vurub şum etməsi məni təəccübləndirdi. Təəccübümü gizlətməyib ondan bunun səbəbini soruşdum. Qoca dedi: Qolumdakı gücün öz əhvalatı var. Bir dəfə qoca bir kişi mədrəsəyə gəlib dedi: "Bu gecə mümkünsə mədrəsədə mənə yer ver.” Mən ona bildirdim ki, bütün hücrələrdə tələbələr qalır və artıq yer yoxdur. Birdən ağlıma gəldi ki, ona anbarda yer verə bilərəm. Təklifimi ona bildirdim. O qəbul edib anbara üz tutdu. Sübh erkən yuxudan oyanıb həyətə çıxanda anbar tərəfdə bir nur gördüm. Hansı ki orada çıraq da yox idi. Anbara yaxınlaşdım. Qoca orada Quran oxuyurdu. Onun gözlərindən Quranın səhifələrinə nur süzülürdü. Başa düşdüm ki, bu şəxs Allahın övliyalarındandır. Yaxınlaşıb gördüklərimi dedim. Ondan nəsihət istədim. O bildirdi ki, mənim bir işdə sabitqədəmliyim yoxdur və onun göstərişlərinə əməl edə bilmərəm. Amma əl çəkməyib təkid etdim. Nəhayət, o razılaşdı. Amma şərt kəsdi ki, onun iştirakı olmadan dilimə bir şey vurmayım. Mənə müəyyən vird və zikirlər öyrətdi. Gecələr ibadət edir, gündüzlər oruc tuturdum. Beləcə on gün keçdi. İftar və obaşdanım qocanın mənə verdiyi çörək idi. Həmin çörəkdən yedikcə qüvvəmin artdığını hiss edirdim. Gözümə elə bir nur gəlmişdi ki, Kəşmir şəhərini bütünlüklə görürdüm. Bu yolla on gün də keçdi. Özümdə daha artıq güc hiss edirdim. Qırxıncı gün gəlib çatdı. Şam vaxtı yuxuladım. Yuxudan oyanıb hücrədə bir sini dadlı xörəklər gördüm. Şeytan mənə belə təlqin etdi ki, həmin qidaları qoca gətirib. Siniyə yaxınlaşıb bir tikə götürdüm və ağzıma qoydum. Tikə boğazımdan keçən an qocanın hücrəyə daxil olduğunu gördüm. O əsəbi vəziyyətdə dedi: "Şərt kəsməmişdikmi ki, mənsiz bir şey yeməyəsən? Axı sənə dedim ki, sabitqədəmliyin yoxdur.” Bu sözləri deyib otaqdan çıxdı. Sürətlə ardınca qaçdım. Amma ondan bir əsər tapa bilmədim. Gözümün nuru bir anda çəkildi. Amma həmin qüvvədən bir azca qaldı. Bəli, bu güc həmin vaxtdan qalan gücdür!
    Category: Ariflərdən | Views: 1324 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024