İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 5
Qonaqlar 5
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 5 » Ariflərdən
    5:30 PM
    Ariflərdən
    MİRZƏ ƏLİ AĞA ŞİRAZİ HAQQINDA
    Hicri-qəməri 1426-cı il qurban bayramı günü hacı ağa Kərimiyanın yanında idim. Oradakı söhbətlərdə iki maraqlı nöqtə zikr olundu:
    1.Bir gün hacı Mirzə Əli ağa Şirazi ziyarətə gedərkən yolüstü Kirmanşahda Şahbazxan mədrəsəsində dayanır. Həmin vaxt Ayətullah hacı Şeyx Həsən Əllami və ağa Seyyid Məhəmməd Neybədi onun görüşünə gəlirlər. Gələnlərdən biri ağadan yaşını soruşur. Ağa buyurur: "Deyirlər ki, əldən gedən gedib, qalanından da xəbərim yox.” Ustad aşura günü İsfahanın Sədr mədrəsəsində minbərdə şiddətlə ağlayardı. Bu görüntü misilsiz bir görüntü idi.
    Seyyid Məhəmməd Təqi Mədəni nəql edirdi ki, mərhum Ayətullah Hacı Şeyx Məhəmməd Həsən Nəcəfabadi buyurmuşdur: "Bir gün İsfahanın kiçik Cəddə mədrəsəsində idim. Öz-özümə düşündüm ki, Pərvərdigara, sənin övliyaların sənin camından içib. Heç olmaya onların əli ilə bizə də bir ovuc içir. Bir müddət sonra Ayətullah-üzma hacı Seyid Əli Nəcəfabadini yuxuda gördüm. Röya aləmində mənə şərbət verdi. Yuxuda içdiyim həmin şərbət sonrakı müvəffəqiyyətlərimin əsas səbəbi oldu.
    "AŞURA ZİYARƏTİ"NİN TƏSİRİ
    Seyid Məhəmməd Təqi Mədəni buyurur: Ayətullah Hacı Şeyx Məhəmməd Həsən Nəcəfabadi deyirdi: Atam dünyasını dəyişəndən sonra anam razı olmadı ki, təhsilimi Nəcəfdə davam etdirim. Niyyət etdim ki, qırx gün "Aşura ziyarəti"ni oxuyum və müşkülüm həll olsun. Qırxıncı ziyarətnaməyə başlamamış anam razılıq verdi. Anamdan bunun səbəbini soruşdum. Dedi ki, atanı yuxuda gördüm, bu işə görə məni qınadı. Başa düşdüm ki, Nəcəfə getməyin məsləhətdir.” Ayətullah Nəcəfabadi tələbələrə buyurardı: "Əgər təqvalı olmaq fikriniz yoxsa, tələbəlikdən xaric olun!”
    AXUND KAŞİ HAQQINDA
    Hacı ağa Mədəni nəql edir: Ayətullah Hacı ağa Rəhimidən eşitmişəm: Bir gün bir qədər göyərti alıb təmizlədim, istifadəyə yararsızını kənara qoydum ki, heyvanlara verim. Həmin vaxt axund Kaşi gəldi. Heyvanlar üçün ayırdığım göyərtini görüb etiraz etdi və buyurdu: "Bunlar arasında hələ ki yeyiləsi var. Yeməlisini ye, qalanını heyvanlara ayır.” Həkim Hacı Ağa Məhəmməd Xorasani belə buyurardı: "Axund Kaşidə gecələr bir hal görmüşəm ki, belə halın yalnız Əmirəl-möminində olduğunu eşitmişəm. Bu şəxs o qədər ağlayır ki, özündən gedir.”
    AŞİQ BAŞQA BİR MƏZHƏBDƏDİR
    Hicri-şəmsi 1373-1374-cü illərdə müəllif ustad hacı Şeyx Seyfullah Nurməhəmmədinin hüzurundan bəhrələnmə imkanı əldə etdi. Onun məclislərindən dəyərli nöqtələr qeydə aldım. Şeyx öz söhbətlərində ilahi övliyaların həyatına da işarə edirdi.
    Hicri-qəməri 1416-cı il Camadius-sani ayının 23-də Əlfiyyə dərsindən sonra Şəhidi-əvvəl buyurmuşdur: Hacı Əbül-Qasim Zari adı ilə tanınmış bir şəxs vardı. O rəsmi şəkildə təhsil almamışdı. Peşəsi əkinçilik idi. Özü böyük bir mərifətə yiyələnmişdi. Bir gün "Sirati-mustəqim”, "Zadul-yəqin” kitablarının müəllifi hacı ağa Taki məni onun hüzuruna apardı. Bir neçə məclis ondan bəhrələndim. Bu şəxs ilahi maarif sahibi idi. Eynən Əllamə Məclisi kimi mənalı danışırdı. İsfahan elmi hövzəsinin o vaxtkı rəisi Ayətullah hacı ağa Həsən Savi, Ayətullah Şeyx Məhəmməd Nasiri bu şəxslə əlaqə saxlayırdı.
    Şəhrzadda bir müddət Kərbəlada yaşamış Seyid Məhəmməd Nəvvab adlı birisi vardı. Bu şəxs özünə ustad gəzirdi. Nəhayət, İrana gəlib çıxdı. Sonda hacı Əbül-Qasim Zarinin xüsusi müridlərindən oldu. Sübhlər Zarinin mənzilinə gedər, ustadın evdən çıxmasını gözləyərdi. Bir müddət sonra ustad qoyunlarını çıxarıb dağa üz tutardı. Seyid Məhəmməd yol boyu ondan ayrılmaz, namazlarını ona iqtida edərdi.
    Bəziləri bu iki şəxsin xeyli vaxt bir yerdə olduğunu görüb onlardan xahiş edirlər ki, xüsusi bir məclis qurulsun. Eyni zamanda Seyyid Məhəmmədin nəzərinə çatdırırlar ki, onun ustadın vaxtını bu qədər alması düzgün deyil. Seyid özü deyir ki, əgər ustad həmin məclisə getməsəydi mən də getməzdim. Bəli, o öz ustadının aşiqi idi.
    İMAM MUSA İBN CƏFƏRƏ (Ə) TƏVƏSSÜL
    Ustad Nurməhəmmədi buyurur: Nəcəfabad alimlərindən olan Şeyx Məhəmməd Həsən Nasihidən belə eşitdim: Nəcəfdə təhsilə məşğul olduğum vaxt üzümdə pis bir çiban çıxdı. Məni çox narahat edirdi. Seyid Əbül-Həsən İsfahaninin yanına gedib bir qədər pul aldım və anamla birlikdə Kazimeynə yola düşdüm. Kazimeyndə mehmanxanada yer tutdum. Yaranı müalicə etdirmək istəyirdim. Amma çox pis bir vaxtda pul qurtardı. Düşdüyüm vəziyyətdən çıxış yolu tapa bilmirdim. İmam Musa ibn Cəfərin hərəminə gedib halımı danışdım. Ağladım, halım dəyişdi. Mövlanın hərəmindən çıxanda özümü saxlaya bilməyib hönkürürdüm. Camaat başıma toplaşıb bunun səbəbini soruşdu. Kimsəyə bir söz deməyib evə qayıtdım. Səhəri gün bazardan keçəndə Nəcəf tələbələrindən olan Seyid İsmayıl Musəvi ilə rastlaşdım. Bir kitab mağazasında əyləşmişdi. O birdənbirə mənə pul təklif etdi. Həmin vaxt çox böyük pul sayılan altı-yeddi dinarlıq məbləği mənə verdi. Bu pulla yaranı müalicə etdirib Nəcəfə qayıtdım. Sonra Seyid İsmayılın yanına gedib pulu qaytarmaq istədim. O isə "sənə nə vaxt pul vermişəm?” deyib belə bir iş olmadığını bildirdi. Əhvalatı yadına salmaq istədim. Bildirdi ki, mən Kazimeyndə olmamışam. Bəli, həzrət Musa ibn Cəfərə (ə) təvəssülümün bərəkəti bu oldu.
    XANIM FATİMƏYƏ (Ə) TƏVƏSSÜL
    Cənab höccətül-İslam Şeyx Məhəmməd Həsən Nasehi nəql edir: Nəcəfdən birinci dəfə Məkkəyə getmək istədiyim vaxt bir neçə nəfərlə dəvə kirayələdik. Bir qədər çörək və su götürdük. İki gün yol getmişdik ki, yolu itirdik. Birdən bir neçə nəfər silahlı şəxs göründü və bizə yaxınlaşıb olanımızı əlimizdən aldılar. Qollarımızı bağlayıb üzü üstə yerə yıxdılar və dəvələri götürüb getdilər. Sonradan başa düşdük ki, bələdçimiz bu adamlarla əlbir imiş.
    Cənab Şeyx Məhəmməd Kufi də aramızda idi. O əslən isfahanlı idi. Amma yerini dəyişdiyindən Kufi kimi tanınırdı. Böyük şəxsiyyətlər bildirirlər ki, Kufi imam Mehdi (ə) ilə görüşən şəxslərdən olub. Bir gün İsfahanın Sədr mədrəsində ondan bu barədə soruşduq. Buyurdu: "Əgər mən onunla görüşürəmsə, bunun sizə nə faydası?”
    Ayətullah Bürucerdi bu şəxsə məhəbbət göstərirdi. Bir dəfə Məşhəd ziyarətinə gəlib sonradan Nəcəfə qayıtmışdı. Bunu eşidən Ayətullah Bürucerdi təəssüf edib buyurdu: "Onu ziyarət etmək ürəyimdən keçirdi.”
    Qayıdaq əvvəlki söhbətə. Beləcə, səhrada yerə yıxılmış vəziyyətdə qalmışdıq. Nəhayət, birtəhər sürünüb bir-birimizə yaxınlaşdıq və əllərimizi aça bildik. Quldurlar elə düşünmüşdülər ki, biz sahibsiz çöldə məhv olasıyıq. Su olmadığından təyəmmüm edib sübh namazını qıldıq. Hansı tərəfə gedəcəyimizi bilmirdik. İstixarə edib bir tərəfə üz tutduq. Günəş asta-asta qalxır, hava istiləşirdi. Susuzluq bizə əziyyət verirdi. Şeyx Məhəmməd dedi: "Birlikdə həzrət Zəhra (ə) namazını qılaq.” Onun tövsiyəsinə əməl etdik. Şeyx Məhəmməd Kufi xeyli ağlayıb ah-nalə çəkdi. Bu vaxt uzaqdan bir maşının bizə yaxınlaşdığını gördük. Səs-küy qaldırdıq ki, bizi eşitsinlər. Nəhayət, özümüzü maşına çatdırdıq. Bu maşın Səudiyyə ordusunun tankerlərindən idi. Öz əkin sahələrinə su aparırdı. Düşdüyümüz vəziyyəti sürücüyə danışdıq. Çətinliklə də olsa bizi maşına götürdü və düşərgəyə apardı. Orada yenidən başımıza gələnləri danışdıq. Bir qədər keçəndən sonra hərbiçilər quldurları tutub gətirdilər. Nəyimiz vardısa bizə qaytardılar. Bələdçiyə ciddi tapşırıq verib bizi pulsuz Məkkəyə çatdırmasını əmr etdilər. Hətta bizə kağız verdilər ki, Məkkəyə çatandan sonra imzalayıb bələdçiyə verək, o da həmin kağızı hərbiçilərə təqdim edib bizi sağ-salamat mənzilə çatdırdığını təsdiqləsin. Bəli, Allahın lütfü ilə həmin il Kəbəni ziyarət edə bildik.
    CAHANGİRXAN QAŞQAYİDƏN BİR XATİRƏ
    Hicri-şəmsi 1380-ci ilin tir ayında Qum elmi hövzəsinin böyük ustadlarından birinin görüşündə olduq. O belə nəql edirdi: Mən mərhum Cahangir xan Qaşqayini doxsan yaşı olanda görmüşəm. Onun Baratəli adında bir xidmətçisi vardı. İsfahanın Sədr mədrəsəsində çalışan Cahangirxanın bu mədrəsəyə böyük bağlılığı vardı. O deyirdi ki, Sədr mədrəsəsindən yaxşı mədrəsə görməmişəm. Əlbəttə ki, özü bu mədrəsəyə bağlı olduğundan belə düşünürdü. Cahangirxan dünyasını dəyişəndə axund Kaşi Sədr mədrəsəsinin həyətində oturub göz yaşı axıdır və deyirdi: "Onun gedişi belimi bükdü.”
    ƏLLAMƏ QAZİNİN ŞAGİRDİ AYƏTULLAH FƏYYAZ
    Ustad buyururdu: "İsfahanda Ayətullah Fəyyazın xidmətində oldum. Əllamə Qazinin tərifini ondan eşitdim. Düşündüm ki, Əllamə Qazi ilə birlikdə olub. Sonradan Əllamə Qazinin şagirdlərindən biri bunu təsdiqlədi. Bu şəxsdə elə bir cazibə vardı ki, onu bir dəfə görən heyran qalırdı.
    CƏNAB CAMAL GÜLPAYİQANİNİN BƏRZƏX HALI
    Cənab hacı Şeyx Mahmud Vüsuqiyan həzrət Ayətullah Nasirinin dilindən nəql edir: Camal Gülpayiqaninin oğlu atasının bərzəx vəziyyətini görmək istəyində idi. Bu məqsədlə müəyyən zikrlər oxuyur, qırx gün bu işi davam etdirirdi. Nəhayət, yuxuda atasını görür. Görür ki, hamama oxşar bir yerdə atasını yuyundururlar. Ona belə ilham edilir ki, atasını dünya həyatının toz-torpağından təmizləyirlər. Ayətullah Nasiri buyururdu ki, Camal Gülpayiqani bir müddət mərce (xalqın sorğu ünvanı) olduğundan, güman ki, onu zahiri bulaşıqlıqlardan paklayırmışlar.

    RƏBBANİ ALİM SEYİD MƏHƏMMƏD MÜQƏDDƏS İSFAHANİNİN QEYDLƏRİ
    Məclisi nəql edir ki, Şeyx Bəhayi ilə Baba Rüknəddinin məqbərəsinin ziyarətinə getdik. Orada Şeyx Bəhayi dedi: "Bir səs eşidirsənmi?” Dedim ki, zəncir səsinə oxşar bir səs eşidirəm. Buyurdu: "Mənə deyirlər ki, ölümün yaxınlaşıb, hazırlaş.” Şeyx dünyasını dəyişənədək bir də evdən bayıra çıxmadı.
    Yaxınlarımızdan olan hacı seyyid Məhəmməd Hüseyn nəql edir ki, Baba Rüknəddinin qəbiri üstündə gecələyib raz – niyaza məşğul oldum. Həmin il həccə gedə bildim.” Seyyid Cəlil nəql edir ki, mənim də başıma oxşar hadisə gəlib. Babanın qəbri üstünə getdim. Oradan çıxanda bir yoxsulla rastlaşdım. Mənə elə gəldi ki, Baba bu şəxsə əl tutmağımı istəyir. On şahı çıxarıb həmin fəqirə verdim. Tezliklə həcc ziyarəti qismətim oldu.
    Şeyx Həsən Əli İsfahanidən ibadət rəğbətini artırmaq üçün məsləhət istədim. Buyurdu: "İmam Sadiq (ə) ona belə bir istəklə müraciət edən şəxsə buyurdu: "Allah çalışan insanı doğru yola yönəldəcəyini vəd edib.” Sonra qeyd etdi ki, insanı ibadətə rəğbətləndirən ibadətin tamını dadmasıdır. İbadətə mane olan əsas səbəb isə haram və şübhəli tikədir. İsfahanda dəfn olunmuş axund Tiflisinin dilindən nəql edirlər ki, bir gün heç bir səbəb olmadan gecə namazına oyana bilmir. Çox düşünür və heç bir səbəb tapa bilmir. Soruşur ki, südündən ona verilən inək harada otarılıb? Bildirirlər ki, ötən gün ot tapılmadığından qonşu dükandan alınan qarpızın qabıqlarını inəyə veriblər. Həmin qarpızları isə dövlət vergi kimi yığıb meyvə dükanlarına satıbmış.
    Category: Ariflərdən | Views: 1192 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024