İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 6
Qonaqlar 6
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 20 » Allaha doğru
    8:08 PM
    Allaha doğru
    BİRİNCİ DƏRS
    TƏZKIYƏ (PAKLANMA) ANLAYIŞI VƏ ONUN ƏHƏMİYYƏTİ
    PEYĞƏMBƏRLƏRİN İKİ ƏSAS HƏDƏFİ
    Qurani-kərimdə peyğəmbərlərin göndəril-məsində əsas məqsədin insanların təlim və təzkiyəsi olduğu bildirilir. Bəzi ayələrdə təzkiyə, bəzilərində isə təlim birinci qeyd olunur.("Ali-İmran”, 164; "Bəqərə”, 129) Bu iki söz, yəni "təlim və təzkiyə” dilimizə "təlim və tərbiyə” kimi də tərcümə oluna bilər. Başqa sözlə, "təzkiyə” dedikdə "tərbiyə” nəzərdə tutulur. İnsan bu təlim və tərbiyəyə dini maarifə yiyələnmədən və ya peyğəmbərlərin köməyi olmadan nail ola bilməz. Elə elmlər var ki onlar insanın xoşbəxtliyində birbaşa rol oynamır. Amma dini elmlərdən xəbərsizlik insanı əbədi axirət səadətindən məhrum edir.
    Peyğəmbərlərin göndərilməsinin iki əsas məqsədi var:
    1. Dini maarifin təlimi.
    2. İnsanların tərbiyəsi.
    Bu iki iş əvvəl peyğəmbərlərin, sonra isə onla-rın vəsilərinin (canişinlərinin) öhdəsindədir. İslam peyğəmbərinin vəsiləri olan məsum imamlardan sonra bu vəzifə Əhli-beyt alimlə-rinin çiyninə düşür.
    Tərbiyə o qədər geniş sahəni əhatə edir ki, hətta bədən tərbiyəsi də bu sahəyə aid olunur. Amma peyğəmbərlərin əsl vəzifəsi insanların mənəvi tərbiyəsi, yəni təkamül yolunda olnları Allaha yaxın məqama çatdırmaqdan ibarətdir.
    ALİMLƏRİN ROLU
    Qədim dövrlərdə insan fikri və əməli çaşqınlıqdan qurtarmaq üçün qısa bir müddət dini maariflə tanış olmaqla, məqsədinə çata bilərdi. Amma bu günkü qatışıq dünyada kamilləşmək üçün müxtəsər dini bilik kifayət etmir. Elə bir əsrdə yaşayırıq ki, bütün ömrümüzü dini məsələlərin təliminə sərf etsək də xoşbəxtliyimizi təmin edəcək dərəcədə maarif-lənməyimiz müşkül məsələdir.
    Bu gün dünyəvi elmlər inkişaf etdiyi kimi, dini elmlər də tərəqqi etmişdir. Bir neçə yüz il əvvəl insan üç il, beş il dərs oxumaqla bütün elmləri öyrənə bilərdi. Farabi, İbn Sina kimi dünya şöhrətli alimlər öz dövrlərinin bütün elmlərini qısa bir müddətdə əxz etmişlər. Amma bu gün bir elm sahəsinə yiyələnmək üçün on illərlə dərs oxuyan insan yenə də həmin sahəni əhatə edə bilmir.
    Dini elmlər də olduqca genişlənib. Bu gün dini maarifdə elə sahələr yaranıb ki, həmin sahələrdə mütəxəssis olmaq üçün on illərlə oxumaq kifayət etmir. Məsələn, fiqh və üsul elmlərində ictihad dərəcəsinə çatıb nəzər sahibi olmaq üçün bir neçə on il oxumaq lazım gəlir.
    Yaşadığımız dövrdə bəşəriyyət elmdən daha çox tərbiyəyə ehtiyaclıdır. İstər şərq, istərsə də qərb alimləri bu fikirdədirlər ki, insanlar mənəviyyat böhranından daha çox əziyyət çəkirlər.
    "Cümə” surəsinin ikinci ayəsində buyurulur: "Odur ki, savadsızlara onların öz arasından peyğəmbər seçdi ki, Allahın ayələrini onlara oxusun, onları paklığa çıxartsın və kitab və hikməti onlara öyrətsin.”Peyğəmbərlər və onların vəsiləri bu vəzifələri həyata keçirmək üçün misilsiz əziyyətlərə dözmüşlər. Bu silsilənin sonuncu nümayəndələri İslam Peyğəmbəri və məsum İmamlardır.
    Lakin bu gün peyğəmbər və imamların olmaması insanların təlim və tərbiyəsinin başsız qalması demək deyil. Rəvayətlərdən məlum olur ki, bu məsuliyyət din alimlərinin üzərinə düşür. İslam Peyğəmbəri (s) buyurur: "Allahın rəhməti olsun mənim canişinlərim olan o kəslərə ki, mənim sünnətimi (qayda-qanunlarımı) diri saxlayıb onu Allahın bəndələrinə öyrədirlər.” Tərbiyə dini təlimə əsaslanmalı olduğundan bu iş də din alimlərinin üzərinə düşür. Bundan əlavə peyğəmbər sünnəti təkcə təlimdən yox, eyni zamanda tərbiyədən də ibarətdir.
    Peyğəmbərin təlim və tərbiyə arasında sərhəd qoymaması bir daha təsdiq edir ki, təlim və tərbiyəni bir-birindən ayırmaq olmaz.
    TƏHSİL MƏRKƏZLƏRİNDƏ TƏRBİYƏNİN ROLU
    Elmi mərkəzlərdə təlim və tərbiyəyə paralel diqqət göstərilməlidir. Təəssüf ki, bəzən müəyyən islam elminə üstünlük verildiyi halda başqa bir islam elmi kölgədə qalır. Lazımi diqqət göstərilməyən ən mühüm sahə əxlaq və mənəviyyat sahəsidir. Dini elm mərkəzlərində (hövzələrdə) tərbiyə, təzkiyə məsələsi ən ağrılı məsələdir. Hələ də bu problem öz həllini tapmamışdır.
    Bu problemi doğuran səbəblərdən biri ilahi əxlaqa yiyələnmiş arif alimlərin həddi aşan təvazökarlığıdır. Dini mərkəzlərdə bu insan-ların nəfəsinə ehtiyac olduğu halda onlar başqalarına əxlaq dərsi keçməyə özlərini layiq bilmirlər. Bu böyük şəxsiyyətlər onlardan nəsihət istəyənlərə "bizim özümüzün nəsihətə ehtiyacımız var” deyirlər. Onların bu hərəkəti böyük mənəviyyat əlaməti olsa da təvazökarlıq vəzifənin qarşısını almamalıdır. Əgər bütün əxlaqsevərlər yalnız öz tərbiyəsi ilə məşğul olsa cəmiyyətdə insanlıqdan əsər qalmaz. Məgər peyğəmbərlərin bir zaman icra etdiyi təlim və tərbiyə vəzifəsi bu gün alimlərin öhdəsində deyilmi?! Başqalarına nisbətən daha əxlaqlı olanlar cəmiyyəti islah etməyə borcludurlar.
    Bir sözlə, tərbiyə də təlim kimi vacib əmrdir. Nə təlim, nə də tərbiyə sahəsində layiqli insanlar üçün təvazökarlıq maneə ola bilməz. Əgər həqiqi alim "danışsam deyərlər ki, özünü göstərir” düşünərək susarsa bəşəriyyət cəhalətə düçar olar.
    Tarixdə hətta ən yaxın adamlarından öz elm və fəzilət mərtəbəsini gizlədən böyük şəxsiyyətlər olub. Düzdür, bu şəxsiyyətlərin bir çoxu həmin hərəkətlərinə bəraət qazandıracaq möhkəm dəlillərə malik olublar. Şəxsiyyətini gizlətmək insan üçün kamal hesab oluna bilər, amma həmişə yox! Əgər bütün alimlər şöhrətpərəstlikdən qurtulmaq üçün öz elmini gizlədərsə xalqın təlim-tərbiyəsi ilə kim məşğul olar?! Bu kifayi vacib işlə hökmən kimsə məşğul olmalıdır.
    Mənim də tərbiyəyə ehtiyacım başqalarından daha çoxdur. Amma özümdən soruşuram ki, əgər bu vəzifəni yerinə yetirməsəm qiyamət günü nə cavab verərəm? Bu vacib işdən boyun qaçırdığıma şöhrətpərəstlik qorxusu səbəb ola bilərmi? Elmi mərkəzlərdə tanınmış əxlaq ustadları dərs keçsələr də, yenə də bu işə ehiyac duyulur. Ona görə də bütün nöqsanlarına baxmayaraq mənim kimiləri üçün də tərbiyə işi ilə məşğul olmaq vacib görünür.
    TƏZKİYƏ MƏFHUMU
    Təzkiyənin, yəni tərbiyənin hədəfi nəfsdir. "Təzkiyə” sözü ərəb dilindən tərcümə olunduqda istedadların çiçəklənməsi, kamilləşmə, inki-şaf mənasını verir. "Şəms” surəsinin 9-10-cu ayələrində buyurulur: "Öz nəfsini təmizləyən kimsə (təzkiyə edən) mütləq nicat tapmışdır; onu korlayıb bulaşdıran kimsə isə mütləq uduzmuşdur.” Ayələrdən göründüyü kimi "təzkiyə” kəlməsi "nəfsi təmizləmək”, onun əksi isə "nəfsi bulaşdırmaq” mə’nalarını daşıyır.
    Bu kəlmə «ağaca qulluq» mənasını da verir. Bağban ağaca qulluq edir, ona su verir, dibini yumşaldır. O, ağacın inkişafı üçün ağacın budaqlarını budayır. Bütün bu işlərin içəri-sində ağacı çirkabdan, zərərli həşəratlardan qorumaq da var.
    İnsanın da təzkiyəsi həmin iki istiqamətdə aparılır; nəfs hansısa xüsusiyyətlərlə zinətlən-dirilir, eləcə də, hansısa xüsusiyyətlərdən pak-landırılır.
    İNSAN TƏRBİYƏSİNİN SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ
    İnsanın tərbiyəsi başqa mövcudların tərbiyəsindən bəzi xüsusiyyətlərinə görə fərqlənir:
    1.İnsanın tərbiyəsi onun iradəsindən asılıdır. Bağbanın tərbiyə etdiyi ağacın iradəsi olmadığı halda insanın iradə və istəyi onu başqa mövcudlardan fərqləndirir. Ağac şəraitə təslim olduğu halda insan öz iradəsi ilə şəraitə təsir göstərir.
    Bir sözlə, insanın tərbiyəsində onun istəyi əsas şərtdir. İnsanı istəmədiyi halda kimsə yaxşılığa məcbur edib behiştə apara bilməz. Allah-təala Peyğəmbərə müraciətlə buyurur: "Şübhəsiz ki, sən istədiyin hər kəsi hidayət edə bilməzsən. Amma Allah istədiyini hidayət edər və O, hidayətə layiq olanları daha yaxşı tanıyır.” ("Qəsəs” surəsi, ayə: 56.)Bəli, hətta əzəmətli məqam sahibi olan peyğəmbər (s) istədiyi insanı doğru yola məcbur edə bilməz. Yalnız Allah bu yola layiq olanları hidayət edir. "Nisa” surəsinin 49-cu ayəsində buyurulur: "İstədiyini pak edə bilən yalnız Allahdır.”Demək, təzkiyə də hidayət kimi tərbiyəçinin ixtiyarında deyil. Bəziləri belə düşünə bilər ki, əgər hidayət və təzkiyə Allahın ixtiyarındadırsa onda insan nə vaxt hidayət ediləcəyini oturub gözləməlidir. Bu suala cavab vermək üçün "əfali tövhid” ifadəsi ilə tanış olmalıyıq. İnsan inanmalıdır ki, əsil fail, işi görən səbəbkar yalnız Allahdır və bu inam əfali tövhid adlanır. Allahdan başqa bütün varlıqlar öz hərəkətində təsirə möhtacdır. "Vaqiə” surəsinin 64-cü ayəsində oxuyuruq: "Onu (əkdiyiniz toxumu) siz bitirirsiniz, yoxsa biz?” Ayədən belə məlum olur ki, həqiqi səbəbkar Allahdır. Lakin "Hər şeyi Allah hərəkətə gətirir” demək özü də səhv fikirdir. Hər halda, mömin şəxs bilməlidir ki, Allahın izni olmadan heç bir hərəkət baş verə bilməz.
    Tərbiyələnmək insanın istəyindən asılı olsa da, Allahın iradəsi olmadan gerçəkləşə bilməz. İslam peyğəmbəri, məsum imamlar və cəmiyyətin digər tərbiyəçiləri yalnız Allahdan yardım almaqla bir iş görə bilirlər. "Təkvir” surəsinin 29-cu ayəsində oxuyuruq: "Aləmlərin Rəbbi istəməyincə siz istəyə bilməzsiniz.” "Nisa” surəsinin 29-cu ayəsində buyurulur: "Allah istədiyini pak edər.” "Ali-İmran” surəsinin 164-ci ayəsində buyurulur:"(Peyğəmbər) onları pak edər, onlara kitab və hikmət öyrədər.” "Şəms” surəsinin 9-cu ayəsində isə belə buyurulur: "Nəfsini təmizləyən nicat tapdı.” Son üç ayədən görünür ki, insanın tərbiyəsi Allah və onun rəsulundan, eləcə də insanın özündən asılıdır. Bu işdə Allah müstəqil, peyğəmbər və insan isə Allahın icazəsi ilə fəaliyyət göstərir. Əfali tövhidin mənası budur.
    Demək, ağac öz tərbiyəsində bağbana müqavimət göstərə bilmədiyi halda insan öz tərbiyəsində azaddır. İnsanın qəlbini zorla hansısa istiqamətə yönəltmək qeyri-mümkündür. Zorla görülən işdə kamillikdən söhbət gedə bilməz. İnsanın kamilliyi doğru yola buxovlanmasında yox, doğru yolu öz istəyi ilə seçməsindədir.
    İnsanların tərbiyəsi ilə məşğul olan şəxs əvvəlcə kamilliyə maraq oyatmalıdır. Əgər o, tərbiyə etmək istədiyi şəxsin diqqətini yaxşılığa yönəldə bilsə müvəffəq ola bilər. Bütün insanların fitrətində yaxşılığa meyl var. Tərbiyəçinin işi yatmış fitrəti oyatmaqdır. Əgər insanın fitrətində bu meyl qoyulmasaydı onu kimsə tərbiyələndirə bilməzdi. Təbii ki, insan meyli çəkməyən bir şeyə dəyər verə bilməz.
    Demək, insanın təzkiyəsi, tərbiyələnməsi üçün ona elə bir şərait yaratmaq lazımdır ki, onda kamilliyə həvəs yaransın.
    2. Özünütərbiyə mümkündür. İnsanın tərbi-yəsinin ağacın tərbiyəsindən mühüm bir fərqi insanın özünütərbiyə qabiliyyətidir. İnsan ağacdan fərqli olaraq özü üçün təkamül şəraiti yarada bilər. İnsan tərbiyəçinin köməyi olmadan öz zəhməti hesabına tərbiyənin müəyyən mər-hələlərini təkbaşına qət edə bilər. Müstəqil şəkildə elm öyrənmək mümkün olduğu kimi, müstəqil şəkildə tərbiyələnmək də mümkündür. Müəllim və tərbiyəçinin rolu inkarolunmazdır. Amma söhbət ondan gedir ki, insan oturub müəllim və tərbiyəçi yolu gözləməməlidir. Bir çox mərhələləri tərbiyəçisiz qət etmək olar.
    Dövrün İsgəndəri olsan da əgər
    Zülmətdə ustadsız eyləmə səfər.
    Amma elə mərhələlər var ki, bu mərhələlərdəki müvəffəqiyyətsizliyi müəllimsizliyin boynuna yıxmaq olmaz. Yalnız özünütərbiyənin ali mərtəbələrini ustadsız keçmək qeyri-mümkündür. "Saffat” surəsinin 24-cü ayəsində buyurulur: "Onları yubadıb sorğu-sual üçün saxlayın.” İnsan qiyamətdə sorğu-suala çəkildiyi zaman üzr gətirə bilməz ki, tərbiyəçisi olmadığı üçün kamala çata bilməyib.
    Əlbəttə ki, təkamülün ali mərtəbələrini ustadsız keçmək istəyən insanı şeytan aldada bilər. Amma ibtidai mərhələləri təkbaşına uğurla qət etmək olar. Ali mərtəbələrdə isə şeytan müdaxilə edib ustadsız yolçunu çaşdıra bilər. Elə ibtidai mərhələlərdə də ustadın olması çox gözəldir. Amma ustad yoxdursa dayanmaq da olmaz. Bu mərhələlərdə ayə və hədislər, Əhli-beyt maarifi, əxlaq alimlərinin kitabları müəllimi əvəz edə bilər.
    Category: Allaha doğru | Views: 1288 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024