İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 4
Qonaqlar 4
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 20 » Allaha doğru
    8:05 PM
    Allaha doğru
    DÖRDÜNCÜ DƏRS:
    KAMİLLİYİN ZİRVƏSİ ALLAHA YAXINLIQDIR
    KAMİLLİK FİTRİ İSTƏKDİR
    "And olsun nəfsə və onu nizama salana, sonra günahkarlığı və pərhizkarlığı ona ilham edənə, onu təmizləyən kimsə mütləq nicat tapacaq, onu bulaşdıran kimsə isə mütləq zərərə düşəcək.”("Şəms” surəsi, ayə: 7-10.)
    Yuxarıdakı ayələrdən məlum olur ki, nəfs həm tərəqqi edə bilər, həm də süquta uğraya bilər. Əgər təzkiyə və tərbiyə olunsa inkişaf edib bəhrə verər, yox əgər başlı-başına buraxılsa zəifləyib məhv olar. Amma bütün insanlar fitrətən kamillik istəyindədirlər. Naqisliyi sevən insan tapmaq qeyri-mümkündür. Kimsə inkişafdan qal-maq, geriləmək istəmir. Kamilliyə, inkişafa meyl insanın daxilində qoyulmuş böyük ilahi nemət-dir. Bu meyl olmasaydı insan yerindən tərpənməz, hərəkətsiz qalardı. İnsanı hərəkətə gətirən mühərrik məhz bu daxili istəkdir. Kainatı yaratmaqda Allahın məqsədi budur ki, insan öz iradə və istəyi ilə kamilliyə ucalsın. Elə bu səbəbdən də insanın firətində belə bir meyl yerləşdirib.
    İnsan bəzən əməli işdə kamilliyin nədə olduğunu səhv salır. Necə ola bilər ki, insan bir yolun cəhənnəmə apardığını bildiyi halda istedad, güc, var-dövlətini bu yola sərf etsin? Əksinə, hamı çalışır ki, öz vəziyyətini daha da yaxşılaşdırsın. Sadəcə olaraq kamillik və tənəzzül etməkdən yaxa qurtarmağı hərə bir şeydə görür. Amma bu, göz yumulası səhv deyil və insanı əbədi bədbəxtliyə apara bilər. Belə bir səhvdən nicat tapmaqdan ötrü Allah-təala insana əql verib. Əql yalnız ilahi vəhydən kömək almaqla doğru yolu tanıya bilər. Vəhyin köməyi olmadan əql də həqiqəti tanımaqda acizdir. Beləliklə də Allah-təala insanlara doğru yolu göstərmək üçün peyğəmbərlər göndərmiş və onlara müjdə verməklə və qorxutmaqla yanlış yoldan çəkindirmişdir. "Bəqərə” surəsinin 213-cü ayəsində buyurulur: "Allah bəşarət verən və xəbərdarlıq edən peyğəmbərlər göndərmişdir.”
    Bəzi kamilliklər hamı üçün aydındır. Məsələn, mübahisəsiz qəbul olunan kamilliklərdən biri elmdir. Hamı gözəl başa düşür ki, elm kamal, savadsızlıq isə nöqsandır. Buna görə də hamı elmə hörmətlə yanaşır və hər hansı bir yolla öz biliyini artırmaq istəyir. Heç kim nadan olmağa can atmır, əksinə nadanlıqdan qaçır.
    Kamilliyin digər bir nümunəsi qüdrət və gücdür. Zəiflik, acizlik insan üçün nöqsan hesab olunur. Bütün insanlar fitrətən qüdrətli olmağa can atır. Allah-təalanın ən qəti və ən yəqin kamal sifətlərindən biri də qüdrətdir.
    İsnanın fitrətən can atdığı şeylərdən biri də səadət və xoşbəxtlikdir. Bədbəxtlik arzusunda olan insan tapmaq çox çətindir. Əqli başında olan şəxs əzab-əziyyət ardınca qaçmır. Bütün bəşəriyyət səadət, ləzzət, rahat-lıq, sakitlik sorağındadır. Belə ki, Allah-təala insanın fitrətində kamilliyə meyllə yanaşı kamillik nümunələrinə də meyl qoymuşdur.
    ALLAHA YAXINLIQ KAMİLLİK ZİRVƏSİDİR
    Bəs kamilliyin zirvəsi nədir? Nə zaman insanı tam kamil hesab etmək olar? İlahi peyğəmbərlərin təlimlərinə əsasən tam kamillik Allaha yaxınlıqdır. Bütün peyğəmbərlər bu nəzəriyyəni təlim etmişlər. Eləcə də, Allaha yaxınlıq fitri bir ehtiyacdır. Qeyd etdik ki, hətta müşriklər və bütpərəstlər də Allaha yaxınlığa cəhd etmişlər.("Zumər” surəsi, ayə: 3.)Bu da məlum oldu ki, insan özündə Allaha yaxınlığın heç olmazsa ən aşağı mərtəbələrini hiss etməsə, bu yaxınlığın həqiqi mənasını dərk edə bilməz. Amma bu qaranlıqdan çıxmaq mümkündür.
    Biz yaxınlıq dedikdə adətən məkan və ya zaman yaxınlığını təsəvvür edirik. Görənsən Allahla bu cür yaxınlıq mümkündürmü? Allaha zaman və məkanca yaxınlaşmaq olarmı?
    Allah-təala üçün zaman və məkan anlayışları mövcud olmadığından Onunla belə bir yaxınlıq qeyri-mümkündür. Bəziləri elə güman edirlər ki, Allah göydədir və insan göyə qalxarsa, Allaha yaxınlaşar. Bu fikir Allah haqqında məlumat-sızlıqdan doğur. "Nəcm” surəsinin 7-9-cu ayələrində İslam Peyğəmbərinin meracına işarə ilə buyurulur:"O lap uca üfüqdə idi; sonra yaxına gəldi və aşağı endi, iki yay məsafəsində, yaxud ondan da yaxın oldu.”Allah cism olmadığından Onun maddi məkan baxımın-dan Peyğəmbərlə yaxınlığı tam məntiqsiz bir fikirdir. Hansı ki, həmin ayələri dəlil gətirərək Allahın göydə olduğunu iddia edənlər var. Ayədə isə heç şübhəsiz ki, məkan və zamanca yaxınlıq nəzərdə tutulmamışdır.
    ALLAHA YAXINLIĞIN MƏNASI
    Bə’zi nəzər sahibləri tərəfindən Allahla yaxınlıq məsələsinə dair verilmiş müəyyən təriflər zahirən düzgün görünsə də, eybsiz deyildir. Onların fikrincə əvvəl insanın vücudunda çoxlu nöqsan və çatışmazlıqlar mövcud olur. İnsan yaşadığı dövrdə bu çatışmazlıq və naqislikləri vicdana çevirdikcə Allaha yaxın-laşır. Mütləq kamillik yalnız Allah olduğundan insan öz naqisliklərini kamilliyə çevirə-çevirə həmin müləq kamilliyə doğru hərəkət edir. Məsələn, insan öz elmini artırdıqca Allaha yaxınlaşır.
    Yuxarıdakı nəzəriyyəni araşdırıb qiymətlən-dirdikdə görürük ki, heç də hər sifətin güclən-məsi insanı ilahi məqama yaxınlaşdırmır. Məsələn, bədənin qüvvə və çəkisinin artımı inkişaf hesab olunsa da, bu inkişafın ilahi kamilliklə heç bir əlaqəsi yoxdur. Ağırlıq qaldırmaqda, güləşdə dünya çempionu adı qazananları Allaha yaxın hesab etməyə heç bir əsasımız yoxdur.
    Bəziləri iddia edirlər ki, insanın elmi artdıqca o, Allaha yaxınlaşır. Bütün elmlərdə belə bir xüsusiyyət varmı? Unutmaq olmaz ki, İslam dinində bəzi elmlərin təhsili haram buyurulmuşdur. İslam isə yalnız insanı Allahdan uzaqlaşdıran şeyləri haram buyurur. Deməli, yuxarıda zikr olunmuş xüsusiyyət heç də bütün elmərə şamil deyil.
    Allaha yaxınlığa aparan amillər barəsində olan rəvayətlərin mütaliəsi bizə həqiqəti tapmaqda kömək edə bilər. Mərhum Kuleyninin "Üsuli-kafi”də, Şeyx Bəhainin "Ərbəin”də nəql etdiyi bir rəvayət əxlaq alimləri arasında məşhurdur. İmam Sadiq (ə) nəql edir ki, həzrət Peyğəmbər (s) buyurmuşdur:
    "Allah-təala buyurur: Mənim dostlarımdan birinə hörmətsizlik edən şəxs Mənə qarşı müharibə elan etmişdir. Mənə yaxınlaşmaq üçün ən gözəl vasitə vacib buyurduqlarıma əməl etməkdir. Bəndəm müstəhəb işləri yerinə yetirməklə Mənə o qədər yaxınlaşar ki, onu sevərəm. Onu sevən zaman ona eşidən qulaq, görən göz, danışan dil, işləyən əl olaram. Əgər məndən bir şey istəsə ona əta edərəm.”
    Allahın Öz bəndəsinə qulaq, göz, dil, əl olması olduqca maraqlı görünür. Necə ola bilər ki, Allah insanın dili ilə danışsın? Araşdırmalar göstərir ki, rəvayəein əsl mənası zahiri mənasından fərqlidir. Zahiri mənadan belə çıxır ki, Allah qulaq, göz, dil və əl olur. Allah maddi olmadığından belə bir iş də mümkün deyil.
    Rəvayətin əsl məna və məqsədi Allahın öz bəndəsinə olduqca yaxınlaşdığını göstərməkdir. Rəvayətdə nəzərdə tutulan bəndə elə bir məqama çatmışdır ki, Allah daim onun yaxınlığın-dadır. Belə bir insan daim Allahın lütf və inayətindən bəhrələnir. Adi insanlar Allahın xüsusi lütfündən təsadüfən bəhrələndikləri halda rəvayətdə nəzərdə tutulan insan ilahi lütfə qərq olmuşdur.
    Hər bir insan öz həyatında az-çox Allahın inayətini, yardımını hiss edir. Allahın öz bəndələrinə inayətlərindən kitab tərtib olunsa bu kitabın cildləri saya-hesaba gəlməz. Gözlənilməz halda çətinliyin aradan qalxması, hər hansı bir işin düzəlməsi Allahın lütf və inayətindən danışır. Müəllif şahid oluduğu bir neçə hadisəni nəzərinizə çatdırır:
    Uzun illər Nəcəfdə olmuş tələbə İrana gəldiyi zaman deyirdi: «Atamla anam ixtilaf üzündən ayrıldıqlarından anamı tapa bilmirdim.» Bu tələbə Məşhədə gedib imam Rizanı (ə) ziyarət edir və imamdan anası ilə görüş istəyir. Tələbə deyirdi ki, imamı (ə) ziyarət edib bayıra çıxanda anamla rastlaşdım!
    Allah evinin ziyarətindən qayıdan bir şəxs belə nəql edirdi: "Rəcəb ayında Məkkədə "ümrə” əməlini yerinə yetirməyin böyük savabı var. Amma Mədinədə şəri çətinliyim olduğu üçün Məkkəyə gedə bilmirdim. Müqəddəs bir torpaqda oduğum halda "ümrə”ni əldən vermək mənə ağır gəlirdi. Rəcəbin qurtarmasına iki-üç gün qalırdı. Həzrət peyğəmbərin (s) ziyarətinə gedib dua etdim ki, bu səfərə getməyim üçün şərait yaratsın. Səhəri gün oteldə məni çağırıb, "hazırlaş, maşın gözləyir, Məkkəyə gedirsən” dedilər!
    "Ərəfə” duasında oxuyuruq: "Ya Rəbb, Öz tədbirinlə məni öz tədbirimdən ehiyacsız et. Öz ixtiyarınla məni öz ixtiyarımdan ehtiyacsız buyur.” Bu duada məqsəd o deyil ki, insan tənbəllik üzündən öz işlərini Allaha tapşırsın. Məqsəd ilahi inayət və yardımdan faydalanmaqdır. Qurani-kərimdə buyurulur: "Allaha təvəkkül edən üçün Allah kifayətdir.” ("Təlaq” surəsi, ayə: 3.) Allaha təvəkkül edən bəndə öz vəzifələrini yerinə yetirdiyi halda qəlbən inanır ki, əsil müvəffəqiyyət yalnız Allahın yardımı ilə mümkündür. O, əmindir ki, Allahın iradəsi, istəyi olmadan göstərilən səy əbəsdir. Belə insan həm çalışır, həm də Allaha təvəkkül edir: "İşlərimi Allahın ixtiyarına verirəm.” ("Ğafir” surəsi, ayə: 44.)
    "Üsuli-kafi”dən nəql etdiyimiz rəvayətdə də məqsəd Allahın iradə və istəyini hər şeydən üstün tutan bəndənin məqamını işıqlandırmaqdır. Belə bəndə danışarkən, dinləyərkən, baxarkən, iş görərkən əsil hərəkətverici kimi Allahı tanıyır. Rəvayətin sonunda buyurulur ki, bu bəndə nə istəsə ona verilər. Duaları qəbul olan belə insanlara "müstəcəbüd-dəvə” deyilir.
    YAXINLIQ, YOXSA YAXINLIĞIN ƏSƏRLƏRİ?!
    Deyilənlər Allahla yaxınlıq yox, olsa-olsa onun əsərləri idi. Yaxınlığın əsəri nişanəsi odur ki, Allah öz bəndəsinin istədiyini verir. Əgər əsər budursa, əsəri yaradan necədir? Qısaca bunu demək olar ki, əsərin yaradıcısı vəsfə gəlmir. Elə vəsfə gəlmədiyindən də yalnız onun əsərlərindən danışmaqla kifayətlənirik.
    Əsl yaxınlıq isə Fironun arvadı hərzət Asyanın Allahdan istədiyi yaxınlıq idi. Asya sadə bir mömin yox, yüksək mərifət əhli idi. Bu əzəmətli qadın hətta çarmıxa çəkilən zaman bir olan Allahı inkar etmədi. O, belə dua edir:"Pərvərdigara, behişdə Öz yanında mənə bir ev ver.” ("Təhrim” surəsi, ayə: 11.) Əslində Asya nə behişt, nə də behiştdəki evləri nəzərdə tutur. Asya Allaha yaxın məqam diləyir.
    Bu məqamlar, həqiqətlər ifadə olunduqları kəlmələrin qəliblərinə yerləşmir. Həqiqət ifadə edildiyi sözdən çox-çox ucadır. Bu mövzunu araşdırarkən rastlaşdığımız təbirlərin zahiri yox, əsil mənasına diqqət yetirmək lazımdır. "Şəbaniyyə” münacatında deyilir: "Pərvərdigara, ümid və intizarımı Səndən başqa hər şeydən tamamilə üzməyi mənə nəsib et və Sənə doğru aşkar nəzər yetirməkdən ötrü qəlbimin bəsirətini aç ki, (qəlbimin bəsirəti) nur pərdələrini yarmaqla Sənin dərgahının əzəmətini dərk etsin və ruhum müqəddəs izzət nuruna qovuşsun!”
    Bəli, insanın ruhu inkişaf edib elə bir kamala çata bilər ki, nuraniyyət mədəninə qoşular, ilahi dərgahda yerləşər. Belə insan artıq özünü unudur və yalnız şüa saçan nur mədənini görür. Belə bəndə özünü mütləq pak vücuda bağlı hiss edir. Ariflər bu mərtəbəni "fəna məqamı” adlandırırlar. Bəli, bəndə öz Allahında fani olub "mən”ini itirə bilər.
    Elə bir aşiq təsəvvür edin ki, öz məşuqunun eşqi ilə vurnuxur. İllər uzunu çalışır ki, heç olmaya bir dəfə uzaqdan da olsa məşuqunu görüb səsini eşitsin. Qəfildən gözünü açan aşiq özünü məşuqun ağuşunda görərsə, bundan da böyük ləzzət duya bilərmi? Həzrət Əli (ə) və digər imamlar (ə) "Şəbaniyyə” münacatında Allahdan belə bir məqam istəyiblər. Bəli, aşiq yalnız məşuqa qovuşduğu zaman rahatlıq tapar. Nəfsini tərbiyələndirən bəndə heç şübhəsiz bu böyük səadətə - Allahla yaxınlığa çatacaqdır.
    Category: Allaha doğru | Views: 1134 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024