İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 7
Qonaqlar 7
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 20 » Allaha doğru
    8:05 PM
    Allaha doğru
    BEŞİNCİ DƏRS:
    KAMİLLİYİN SİRRİ BƏNDƏLİKDİR
    KAMİLLİYİN ZİRVƏSİ
    İslam təlimlərindən aydın olur ki, insanın ruhu həm təkamül, həm də tənəzzül imkanına malikdir. Kamilliyin me’yarı Allaha yaxınlıq-dır. Allaha yaxınlaşma mərtəbələrində addım-addım ucalan insanın ruhu da kamilləşir. Kamilliyin zirvəsinə çatmış insan üçün özü ilə Allah arasında heç bir pərdə qalmır. İlahi nura qovuşmuş insanın diqqəti hər şeydən kəsilir və yalnız Allaha yönəlir. Ariflərin "fəna” adlandırdığı bu məqama çatanlar özünü yaddan çıxarır. Bu insan Allahdan qeyri bütün bağlılıq-lardan azad olur. Və həqiqi səadəti yalnız Allaha yaxınlıqda görür. O, anlayır ki, mütləq varlı Allah, başqa hər nə varsa fəqirdir. "Nəhl” surəsinin 75-ci ayəsində buyurulur: "Heç bir şeyə gücü çatmayan qul ilə infaq edən şəxs birdirmi?”
    Fəna məqamını dərk etmək bir qədər çətindir. İnsan üçün ən çətin və ən uca mərtəbə odur ki, tam asılı olduğunu dərk etsin. Asılılığın bu sayaq dərki kamillik zirvəsində mümkündür. Əgər insan belə bir mərifətə çatarsa Allahdan asılılı-ğını tam hiss edər və kamilliyin ən ali zirvəsinə nail olar. Belə bir mərifət isə yalnız "hüzuri elm”lə (Allahın insanın qəlbinə əta etdiyi elm nuru) əldə edilə bilər.
    İLAHİ MƏQAMA ÇATMAQDA BƏNDƏLİYİN ROLU
    Maraqlıdır ki, qeyd olunan məqama hansı yolla çatmaq olar? Ayə və rəvayətlərdən məlum olur ki, insan bu məqama yalnız ibadət yolu ilə çata bilər: "Cin və insanları Mənə ibadət etməklərindən ötrü yaratdım.” ("Zariyat” surəsi, ayə: 56.)İnsan Allahın nəzərdə tutduğu ibadət vasitəsi ilə məqama nail ola bilər. Ayədə kamillik üçün ikinci yol göstərilməyib. Amma nəzərə almaq lazımdır ki, ayədə işlədilmiş ibadət kəlməsi fiqh elmində nəzərədə tutulmuş ibadətdən fərqlənir. Ayədə elə bir ibadətdən danışılır ki, bu ibadət Allahın razılığını qazanmaq məqsədi ilə görülmüş bütün işləri özündə birləşdirir. "Yasin” surəsinin 60-61-ci ayələində oxuyuruq: "Ey Adəm övladı, Məgər sizdən əhd almadımmı ki, şeytana ibadət etməyəsiniz? Axı o sizin açıq-aşkar düşmə-ninizdir! Mənə ibadət edin, doğru yol budur!” Bir sözlə, insan yalnız bir yolla kamala yetişə bilər və bu yol Allaha ibadətdir. Allaha ibadət sayılmayan bütün başqa işlər şeytana itaət hesab olunur. "Zariyat” surəsinin 56-cı ayəsində işlə-dilmiş "yalnız” kəlməsi bir daha göstərir ki, bəşəriyyət üçün hədəf və bu hədəfə aparan yol birdir.
    ALLAHIN BİZİM İBADƏTİMİZƏ EHTİYACI VARMI?
    "Allah insanı ibadət üçün yaradıb” dedikdə nə nəzərdə tutulur? İnsanların ibadətinə, səcdəsinə Allahın ehtiyacımı var? İnsan özünə qarşı ehtiram görəndə qəlbi açılır. Görən Allah da ehtirama möhtacdırmı?
    Bütün bu suallar Allahı tanıyan insan üçün öz qənaətbəxş cavabını tapmışdır. Allah mütləq kamal sahibi və mütləq ehtiyacsızdır. İnsanın yaradılması və ibadət edib-etməməsi Allaha bir şey artırıb-əskiltmir. Tənhalıqdan əziyyət çəkmək naqis vücuda xas sifət olduğundan yaranışı Allahın tənhalığı ilə də əlaqələndirmək olmaz. Həzrət Əli (ə) "Nəhcül-bəlağə”də buyurur: "Allah məxluqu onun ibadətin-dən ehtiyacsız, itaətsizliyindən amanda olduğu halda yaratdı.”
    Allah insanın ibadətindən ləzzət almadığı kimi, onun üsyanından da əziyyət çəkmir. Allahıtanıma bəhslərində oxuyuruq ki Allahın sifətləri özünəməxsusdur. Yəni əgər eyni bir sifət Allahda və insanda varsa bu sifətlər arasında fərq vardır. Məsələn, Allahın elmi insanın elmindən fərqlənir. İnsanın elmi "hüsuli”, yəni öyrənməklə əldə edilmişdir. Amma Allahın elmi "hüzuri”dir, yəni Allah zatən alimdir. İnsanın qüdrəti, gücü inkişaf etmiş əzələlərdən ibarətdirsə, cism olmayan Allahın qüdrəti tamam başqa məzmundadır.
    Allahın razılığı və qəzəbi də insanın razılıq və qəzəbindən fərqlənir. Əgər insan razı qalanda şadlanırsa, Allah şadlanmaq halından çox uzaqdır. "Ərəfə” duasında oxuyuruq: "Pərvər-digara, Sənin rizayətin müqəddəsdir və heç bir səbəbə bağlı deyil. Belə deyil ki, əvvəl Sənin rizayətin mövcud olmayıb, Sən onu sonradan xəlq etmişsən, o ki, qaldı mən Sənin rizayətinə səbəb olum.” Allahın qəzəbi də belədir. Bu qəzəb onun halını dəyişmir. Allah üçün hal dəyişməsi qeyri-mümkün olduğundan insan bu halı dəyişməkdə acizdir.
    BƏNDƏLİK MƏQAMINA NAİL OLMAĞIN YOLU
    Qeyd etdik ki, kamilliyin zirvəsi Allaha yaxınlıq, bu zirvəyə aparan yol isə ibadət və bəndəlikdir. Bəndəliyin mənası Allaha bəndə, yəni qul olmaqdır. Kamillik odur ki, insan Allahın iradəsi olmadan heç nəyə qadir olmadığını anlasın. Nə qədər ki, Allahla bəndə arasında pərdələr mövcuddur, həqiqəti dərk etmək qeyri-mümkündür. Allaha bağlı olduğunu qəlb gözü ilə görən insan bütün hərəkət və fəaliyyətində Onun təsir qüvvəsini hiss edir.
    Belə bir məqama çatmaq üçün ilk addım insanın özünü Allahın iradəsinə tabe etməsidir. Adi insanlar öz iradəsini müstəqil bilir. Belə ki, çoxlarının istəyi Allahın istəyindən fərqlənir. Nə qədər ki, insan üçün iki iradə mövcuddur, o, özünü azad hiss edir. Allahlıq iddiasına düşən Firon da özünü azad bilirdi. Fironun adi bəndələrdən fərqi azadlıq hissində ifrata varması idi. Əlbəttə ki, bu azadlıq həqiqi azadlıq deyil. Həqiqi azadlıq Allaha qul olub başqala-rının əsarətindən çıxmaqdır. İnsanın öz nəfsinə və özü kimi insanlara tabe olub Allahın qanunlarına itaət etməməsi bu günkü dünyada azadlıq hesab olunsa da, həqiqətdə əsl əsarətdir. Amma Allah insana buyurur: "Səni azad yaratdım, başqalarına qul olma!” Söhbətimizdəki azadlıq da məcazi məna daşıyır. "Allahın istəyinin mənə dəxli yoxdur” deyən insanın özünə elə gəlir ki, o azaddır. Bəndəlik odur ki, insan həqiqəti, yəni hər şeyin Allah iradəsindən asılı olduğunu anlayır. Nəfsin azadlığı bəndəliklə bir araya sığmır. Bəndəlik yolunda irəliləyən insan nəf-sini cilovladıqca kamal məqamına yaxınlaşır. Kamillik zirvəsinə çatdıqda isə nəfs unudulur və insan Allahın iradəsi ilə "nəfəs alır”.
    Əgər bəndəlik məqamına çatmaq istəyiriksə, bizi bədbəxtliyə sürükləyən nəfsani istəkləri bir kənara qoyub Allahın istəklərini mehvər seçmə-liyik. Şəriətdəki vacib əməllər və haramlar ilahi istəyin təcəssümüdür. Bu hökmlərə əməl etməklə insan Allah iradəsinə təslimini möhkəmləndirir.
    BƏNDƏLİK BUXOV DEYİL
    İslam təlimlərinə əsasən, bəndəlik buxov və məhdudiyyət demək deyil. Bəndəlik o deyil ki, insanın heç bir şəxsi nəzəri olmasın. Bəndəliyin müxtəlif mərtəbələri vardır. Həzrət Əli (ə) buyurur: "İbadət üç növdür: qulların ibadəti, tacirlərin ibadəti, azad insanların ibadəti. Bir qrup insan Allaha cəhənnəm əzabı qorxusundan ibadət edirlər—bu, qulların ibadəti-dir. Digər bir qrup Allaha behişt tamahı ilə ibadət edir—bu, tacirlərin ibadətidir. Bir qrup da var ki, Allaha pərəstişə layiq olduğu üçün ibadət edir—bu, azadların ibadətidir.”
    İslam bu ibadətlərin heç birini rədd etmir. Əsas məsələ Allahın iradəsinə tabe olmaqdır. Əlbəttə ki, əsl bəndə Allahı ibadətə layiq bilərək azadanə ibadət etməlidir. Bir hədisdə buyurulduğu kimi, Allaha cəhənnəm qorxusu və behişt tamahı ilə yox, Onu ibadətə layiq bilərək pərəstiş etmək lazımdır. Belə abid əsl aşiqdir. Onu Allah qarşısında vadar edən mərifət və məhəbbətdir. Belə insan Allaha tərəf bir addım atdıqda, Allah ona on addım yaxınlaşır. Belə bəndə gecənin qaranlığı və gündüzün işığında Allahla ünsiyyətdən ayrılmır.
    BƏNDƏLİYİN MƏRTƏBƏLƏRİ
    Qeyd etdik ki, insanı yaranış hədəfinə çatdıracaq yeganə yol bəndəlikdir. "Şəbaniyyə” münacatında məsum imamların istədiyi məqam həqiqi bəndəlk məqamıdır. Allahın dərgahında izzət nuruna qovuşmaq istəyənlər Onunla öz aralarında olan rabitəni gücləndirməlidirlər. Əlbəttə, insanın varlığının özü Allahla rabitədir. Sadəcə olaraq biz bunu dərk etmirik. Belə bir dərketmə hüzuri elm vasitəsi ilə mümkündür. Bunu dərk etməyən insan özü kimi kimdən və nədənsə asılı olan min bir vücuda bağlanır. Amma Allaha bağlanan kəs bütün səmərəsiz bağlılıqlardan azad olur. Bu mərtəbəyə qalxmış bəndə Allahdan qeyrisini görmür və Ondan qeyrisinin ətəyindən yapışıb kömək istəmir.
    Bəndəliyin digər bir mərtəbəsində insan Allaha ibadət edir, iradəsini Allahın iradəsinə tabe edir. Bu bəndə anlayır ki, Allah onun səadət şərtlərini daha yaxşı bilir. Deyilənləri dərk edərək yerinə yetirilən ibadət şəksiz ki, qəbuldur. Allah yalnız insanın xeyri üçün nəyi isə vacib, nəyi isə haram buyurur. Bunu anlayan insan vacibə əməl edib haramdan çəkinir. Amma bu ibadət Həzrət Əlinin (ə) buyurduğu ibadət deyil. Çünki bu mərtəbədəki bəndə öz xeyirini düşündüyü üçün Allahın iradəsinə tabe olur. Belə itaət həkimin göstərişinə itaət kimidir. Xəstə həkimin sevdiyi üçün yox, öz sağlamlığını qorumaq istədiyi üçün ona itaət edir. Belə bir ibadət "azadanə” olmasa da qəbuldur. Amma bu ibadətdə özünəpərəstiş əlamətləri var. Onu tacirlərin ibadətinə aid etmək olar.
    Hürr insanlar isə ibadət zamanı özlərini düşünmürlər. Onlar üçün ən mühüm məsələ məşuq qarşısında boyun əyməkdir. Məsum imamlar məhz bu sayaq ibadət etmişlər. Onlar Allahı ibadətə layiq bildikləri üçün ona səcdə edirlər. İmam Zeynül-abidin (ə) belə dua edir: "Xudaya, məni təkrar-təkrar cəhənnəmə aparıb oda çəksən də məhəbbətindən əl götürmərəm.” Məsumların mərifəti ilə bizim mərifətimiz arasındakı fərq aydın görünür. İstəyimiz həyata keçməyəndə necə də dilxor olur, naşükürlük edirik! Allah insana Onun xəlifəsi olmaq istedadını vermişdir. Bu məqama çatan insan Allahdan qeyrisini görmür, Allahdan qeyrisini köməyə çağırmır.
    Belə bir məqama çatmaq arzusunda olub çalışan insanlar üçün mümkündür. İnsan aşağı mərtə-bədən başlayıb addım-addım yuxarı qalxmalıdır. İlk addımda öz iradəmizi Allahın iradəsinə tabe edib nəfsin istəyini yox, Allahın istəyini yerinə yetirməliyik. Növbəti addımda öz razılığımızı Allahın razılığına tabe edib onun razılığına fədakarlıqla çalışmalıyıq. Kamillik zirvəsinə çatmaq üçün təkrar-təkrar səy göstərmək lazım gəlir. İnsan hər bir söz, hər bir hərəkətindən qabaq Allahın razılığını düşünməlidir. Bir dəfə nəfsi azad buraxmaq insanı xeyli geri atır. Amma çox-çox səy göstərənlərin işini Allah öz öhdəsinə götürür, öz zikri ilə bəndənin qəlbini işıqlandırır. Bəli, Allahın lütfünün nazil olduğu məqam vardır. "Sad” surəsinin 82-83-cü ayələrində oxuyuruq: "Şeytan dedi: And olsun Sənin izzətinə müxlis bəndələrindən savayı hamısını azdıracağam.” Qurani-kərim təsdiq edir ki, yalnız Allahı görən, yalnız Allahdan istəyən, yalnız Allahın iradəsi və razılığına tabe olan xalis bəndələr vardır. Onlar danışarkən, dinləyərkən, baxarkən, iş görərkən, hətta düşünərkən Allahın razılığını əsas götürürlər. Belə bəndənin həyatının hər dəqiqəsi ibadətdir. İbadət təkcə namaz və oruc deyil. Namaz və orucu ibadət edən bəndənin Allah iradəsinə tabe olmasıdır. Əgər bir insan namaz qılıb oruc tutmaqla Allahı yox, bir başqasını razı salmaq istəyirsə belə namaz və oruc ibadət sayılmır. Əksinə, Allahı razı salmaq üçün bir insanın acı sözünə səbr edən bəndə üçün bu səbr ibadətdir. Bəli, insan qəlbindən bütün bütləri qovub yalnız Allaha pərəstiş edə bilər. "Ənam” surəsinin 79-cu ayəsində buyurulur: "(İbrahim dedi) mən, həqiqətən, müvəhhid olaraq üzümü göyləri və yeri yaradan şəxsə tərəf döndərmişəm və mən müşriklərdən deyiləm.” Həmin surənin 162-ci ayəsində oxuyuruq: "De ki, namazlarım, ibadətlərim, diriliyim və ölülüyüm aləmlərin Rəbbi olan Allah üçündür.”
    Category: Allaha doğru | Views: 1072 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024