İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 9
Qonaqlar 9
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 20 » Allaha doğru
    8:03 PM
    Allaha doğru
    YEDDİNCİ DƏRS:
    İNSANİ ŞƏXSİYYƏT AXTARIŞINDA
    QƏFLƏT İNSANLIĞA ZİDDİR
    Əvvəlki mövzularda qeyd etmişdik ki, insan özünü tərbiyələndirməkdə azaddır və ağac kimi bağbana möhtac deyil. Eyni zamanda insan tərbiyə yolunu özü seçir.
    Fəlsəfədə sübut edilib ki, ixtiyari hərəkətin əsasını elm və agahlıq təşkil edir. Azad insan düşüncəsində təsəvvür və müəyyən olunmuş işi görür. Deməli, tərbiyə də elm və agahlıqdan asılıdır. İnsanın tərbiyə haqqında təsəvvürü yoxdursa onun tərbiyələnməsi də qeyri-mümkündür. Allaha yaxınlığa doğru təkamül fəaliyyətinə başlamaq üçün ilkin şərt agahlıq və bu işdə ilkin düşmən agahlığın ziddi olan qəflətdir. Qafil insan nəinki öz ilahi məqamından, hətta coğrafi mövqeyindən də xəbərsizdir. Məhz bu səbəbdən Qurani-kərim insanın bir çox məhru-miyyətlərinin səbəbini onun qəfləti ilə əlaqədar olmasını bildirir. "Əraf” surəsinin 179-cu ayəsində buyurulur: "Şübhəsiz ki, biz cinlərin və insanların çoxunu cəhənnəm üçün yaratmış olduq. Onların qəlbləri var, amma anlamaz, gözləri var, amma görməz, qulaqları var, amma eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, daha çox zəlalətdədirlər. Qafillər də məhz onlardır.” Ayədən göründüyü kimi, çoxlarının cəhənnəmə vasil olmasının üç xas səbəbi var: qəlbləri olduğu halda həqiqəti anlamırlar, göz-ləri olduğu halda həqiqəti görmürlər, qulaqları olduğu halda həqiqəti eşitmirlər. İslam dinində qəlb, göz və qulaq agahlıq, tanıma, mərifət vasitəsi hesab olunur. Demək, insanın bədbəxt-çiliyinin ən mühüm səbəblərindən biri bu vasitələrdən düzgün istifadə edilməməsidir. Bu duyğu üzvləri hər bir heyvanda da var. Sadəcə olaraq heyvani istəklər yolunda istifadə olunur. İnsanı heyvandan fərqləndirən onun daxilindəki kamillik meylidir. Əgər insan da heyvan kimi həmin üç alətdən kamillik yox, nəfsani istək-lərinə çatmaq üçün istifadə edərsə heyvandan heç bir fərqi olmaz. Belə insan, bəlkə, heyvandan da pisdir. Çünki onun əql kimi daxili peyğəmbəri var.
    ÖZÜNDƏN XƏBƏRSİZLİK
    Belə bir sual yaranır ki, yuxarıda zikr olunmuş ayədə söhbət mütləq qəflətdən gedir, yoxsa sadəcə qəflətdən? Sözsüz ki, məqsəd ani bir qəflət deyil. Çünki insan, adətən, bir çox şeylərdən agah olmur. Hər hansı bir şüurlu varlığın hər zaman hər şeydən agah olması çətin məsələdir.
    Ayədə məqsəd mütləq qəflət də deyil. Yəni şüurlu bir varlıq bütün həyatı boyu tam qəflətdə ola bilməz. Yalnız koma vəziyyətində olan insan tam qəflətdə hesab oluna bilər. Demək, ayədə zikr olunmuş qəflət xüsusi bir qəflətdir. İnsanı heyvan səviyyəsinə, hətta ondan da aşağı səviyyəyə endirən səbəb nədir? Əqlə əsasən deyə bilərik ki, insan yalnız öz insanlığını unutduğu zaman belə alçala bilər. Amma bu cavab qənaətbəxş deyil. İnsan bir çox xüsusiyyətlərinə görə heyvanla müştərəkdir. Yemək, içmək, yorğunluq, cinsi ehtiyac həm insanda, həm də heyvanda müşahidə edilir. Bu meylləri heyvani, təbii, maddi meyllər adlandıra bilərik. Agahlıq dedikdə bu sayaq təbii işlərə diqqət nəzərdə tutulmur. Çünki bu növ ehtiyaclara heyvanlar da diqqət yetirir. Ən alçaq insanlar, hətta kafirlər də yeməyi-yatmağı yaddan çıxarmır. Demək, qəflət bu sayaq işlərə aid deyil. Aydınlaşdırmalıyıq ki, insanı insan edən nədir? Məhz insanı insan edən xüsusiyyətlərdən qafil olanlar heyvana çevrilir. Bəs insanlıq xüsusiyyətləri hansılardır? Bəzən belə deyirlər ki, insani xüsusiyyətlər insanın maddi yönümünün ziddi olan ilahi yönümdür. Allahdan qəflətin nəticəsi insanlığı unutmaqdır. Qurani-kərimdə buyurulur: "Allahı unutduqlarına görə özləri özlərinə unutdurulanlar kimi olmayın!” ("Həşr” surəsi, ayə: 19.) Ayədən məlum olur ki, insanlıq Allahla bağlı bir məfhumdur. Allahı unudan özünü unudur. Allahı unutmağın cəzası özünü unutmaqdır. Maraqlı bir nəticəyə gəlirik: deməli, insan-lığını unutmayan kəs Allahını unuda bilməz. Ekzistensializmin banisi məsihi keşişi Kyerkeqorun belə bir fikri vardır: "Əgər insan Allahı unutsa, insanlığını da unutmuşdur.” Onun bu fikrinin dini mənbələrdən götürül-düyünü düşünürük.
    Bəziləri elə düşünür ki, yeyən, içən, yatan, əylənən varlığa insan deyilir. Əslində isə bu heyvana aid olan xislətdir. Bu təsəvvürdə olan elmlər doktoru ilə ən avam insan arasında heç bir fərq yoxdur. "Cümə” surəsinin 5-ci ayəsində buyurulur: "Tövratın elminə sahib olduqdan sonra ona əməl etməyənlərin məsəli kitab daşıyan uzunqulağın məsəli kimidir.” Bəli, heyvan da acıyır, yeyir, istirahət edir, suya girib yuyunur, hətta özünə ev də tikir. Amma bəzən insan heyvandan da alçaq səviyyəyə enir. Əgər heyvan öz ehtirasını yalnız öz növündən və müxalif cinsdən təmin edirsə, XXI əsrin insanları nəinki öz həmcinsi, hətta heyvanla da yaxınlıq edir. Ədalətdən dəm vuran qərb və Amerika isə bu sayaq rəzil təmayülləri azadlıq hesab edir. Sual olunur: öz həmcinsi ilə yaxınlıq edən insan, yoxsa bu işdə ölçü gözləyən heyvan daha alçaqdır?! "Əraf” surəsinin 176-cı ayəsində oxuyuruq: "Onun məsəli it məsəli kimidir ki, üstünə cumsan da, cummasan da dilini çıxarar.” Həzrət Əli (ə) buyurur: "Fikri-zikri otlamaq və yemək olan insanın nəyi heyvandan üstündür?”("Biharul-ənvar”, 33-cü cild.)
    ŞƏXSİYYƏT SAHİBİ OLMAQDA AXİRƏT İNANCININ ROLU
    Həyatı yalnız maddi və heyvani istəklərin təmin edilməsindən ibarət olmasını hesab edən insan yalnız həmin məsələlərə diqqət göstərir və öz insani şəxsiyyətindən qəflətdə qalır. Hansı ki, insanı heyvandan fərqləndirən ondakı ilahi ruhun mövcudluğudur. Bu ruha əhəmiyyət verən insan heyvanlıqdan uzaqlaşır. İnsan öz şəxsiyyətini anlamaq üçün daxilindəki ilahi yönümü araşdırmalıdır. Həzrət Əli (ə) buyurmuşdur: "Allah rəhmət etsin haradan gəldi-yini, harada olduğunu və haraya gedəcəyini bilən insana.”("Əsfar”, 8-ci cild, səh: 355.) Bu üç suala cavab tapan insan özünü dərk edər. Əslində bu sualların cavabı dinin əsasını üsulid-din təşkil edir: tövhid, nübüvvət və məad.
    Din insanın səadətini təmin etmək üçün göndərilmişdir. Xoşbəxt olmaq istəyən kəs həmin suallara cavab tapmalıdır. Allahla rabitəsi olmayan insan özünü tanıya bilməz. Əslində insanlıq Allahın feli, Allahdan asılılıq, vücudən Ona bağlılıq deməkdir. Əlbəttə ki, bu məsələləri dərk etmək üçün dərin fəlsəfi mövzu-ları araşdırmaq lazım gəlir. Allahı tanıdıqdan, Onun feli olduğumuzu bildikdən və Ondan xilqətə gəldiyimizi anladıqdan sonra belə bir sual yaranır ki, varlıq aləminin yaradılmasında məqsəd nədir? Bu sualın cavabı məad mövzusunu araya gətirir. Demək, iki suala cavab tapılmalıdır: başlanğıcımız haradandır və yaranışda məqsəd nədir? Qurani-kərimdə Allaha və qiyamət gününə (məad) etiqad yanaşı zikr olunur: "Yaxşılıq odur ki, bir şəxs Allaha və axirət gününə iman gətirsin.”("Bəqərə” surəsi, ayə: 177.); "Allaha və axirət gününə iman gətirib, saleh əməl edənlər üçün heç bir qorxu yoxdur.”("Maidə” surəsi, ayə: 69.); "Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirənlər abad edə bilərlər.”("Tövbə” surəsi, ayə: 18.); "Elə bir qövm tapa bilməzsən ki, Allaha və qiyamət gününə inandıqları halda Allahın müxalifləri ilə dostluq edələr.”("Mücadilə”surəsi, ayə: 22.)
    Varlıq aləminin başlanğıcı Allah, son məqsəd isə qiyamət günüdür. Bəs son məqsəd olan qiyamət haradır? Qurani-kərimə görə qiyamət elə bir yerdir ki, onun behişt və cəhənnəmi var. Həm Allahla görüş, həm də əbədi əzaba çatacaq yerdir. Bəs insan cəhənnəm və əzabdan qurtulub, behişt və Allahla görüşə nail olmaq üçün nə etməlidir? Başlanğıc və son arasında insana hansı həyat proqramı təqdim olunur? Bu suallara cavab tapmaq üçün yeganə yol dinə müraciət etməkdir. Peyğəmbərlərin göndərilməsində də məqsəd insana doğru yolu göstərməkdir. Din Allahın peyğəm-bərlər vasitəsi ilə insanlara təqdim etdiyi həyat proqramıdır.
    İslam peyğəmbərinin birinci vəsisi Həzrət Əli (ə) "Nəhcül-bəlağə” kitabında dünya həqiqətini insanlara anlatmağa səy göstərir. Həzrət (ə) buyurur: "Dünya keçid yeridir”; "Agah olun ki, dünya qalacaq yer deyil və nə də siz onun üçün xəlq olunmusunuz.”
    Qeyd etdiyimiz kimi, insanın özünü tanıması üçün dinin üç əsasını - tövhid, nübüvvət və məadı tanıması zəruridir. Bu üç əsasdan xəbərdar olmaq insanı qəflətə düçar edir. Hətta insan bu həqiqətlərin biri barəsində kifayət qədər mə’lumatı olmazsa küfrə düşə bilər. "Yunis” surəsinin 7-8-ci ayələrində buyurulur: "Bizimlə qarşılaşacaqlarına ümidvar olmayan, dünya həyatına bel bağlayıb ayələrimizdən qafil olanların düşəcəkləri yer oddur.” "Qaf” surəsinin 22-ci ayəsində oxuyuruq: "Sən bundan qafil idin. Daha bu gün (qiyamət günü) pərdəni gözündən götürdük. Bu gün sənin gözün sərrast görür.”
    Bəli, insan öz fəaliyyətini Allaha doğru istiqamətləndirmək üçün mə’lumata ehtiyacı var. Bu mə’lumat və agahlıq üç həqiqətin dərk olunmasından ibarətdir: Allah, qiyamət günü və qurtuluş yolu.
    Category: Allaha doğru | Views: 1037 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024