İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 15
Qonaqlar 15
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » 2011 » September » 20 » Allaha doğru
    8:02 PM
    Allaha doğru
    DOQQUZUNCU DƏRS:
    QƏFLƏTİN SƏBƏBLƏRİ
    QƏFLƏTƏ SƏBƏB OLAN AMİLLƏRİN ƏQLİ CƏHƏTDƏN ARAŞDIRILMASI
    Qeyd olundu ki, insanı uçuruma yuvarladan səbəb qəflətdir. Allahdan, məaddan və bəndəlik vəzifələrindən xəbərsizlik insanı heyvanlıq dərəcəsinə, bəzən ondan da aşağı alçaldır. Dinin əsaslarından xəbərdar olmayan insanın təkamül yolunda hərəkət etməsi qeyri-mümkündür. İndi aydınlaşdırmalıyıq ki, insanda qəfləti doğuran və yaxud insanı qəflətdən çıxaran səbəblər hansılardır. Bu suallara cavab tapmaq üçün ayə və rəvayətlərdən istifadə edərək əqli araşdırma aparmağımız lazım gəlir. Əvvəla heç bir mənbəyə istinad etməmiş anlayırıq ki, müəyyən bir məsələyə diqqət yetirmək diqqətin başqa bir məsələyə yönəlməsindən irəli gəlir. Çox vaxt insan bir işə başı qarışdığından digər bir işi unudur. Ola bilər ki, işə tələsən insan yolda çoxdan arzuladığı dostu ilə rastlaşıb işə gecikdiyini yaddan çıxarsın. Başqa bir misal; fikri bayırda qalan şagird müəllimin dediklərini başa düşmür. Ümumiyyətlə, insan eyni zamanda iki məsələyə diqqət yönəldə bilmir.
    İnsanı Allah, qiyamət və dini vəzifələrindən qəflətdə saxlayan onun diqqətinin başqa məsələlərə yönəlməsidir. Xüsusilə, nəfs istək-ləri insanı əsas məsələdən uzaqlaşdırır. Bəzən insan ömrün elə bir çağında oyanır ki, artıq ölüm qapını kəsmişdir.
    Ətrafımızdakı mənzərələr təbii olaraq insanın diqqətini cəlb edir. Bəzən insan bu cazibədarlığın təsirindən həyat əhəmiyyətli məsələləri unudur. İnsanın bu sayaq məstliyi, uyması haramdır. Allah spirtli içkiləri ona görə haram buyurmuşdur ki, bu içkilər insanın ağlını əlindən alır, onun diqqətini əsil hədəflərdən yayındırır. "Ğina” adlanan bir qrup musiqi də bu təsirə malikdir. İnsana öz şəxsiyyətini unutduran musiqilər haramdır. Bu qəbildən haram işlərə adətkar olan insan ilahi həqiqətləri dərk edib anlamaq qabiliyyətindən uzaq düşür. "Loğman” surəsinin 6-cı ayəsində oxuyuruq: "Elə insanlar var ki, boş sözləri satın almaqla xalqı nadanlığa salıb Allah yolundan azdırırlar.”
    Amma heç də hər şey insana Allahı unutdurmur. Allahı unutdurmayan şeylər isə haram deyil. Bəzən insanın başı televiziya verilişlərinə, dostlarla söhbətə qatışdığından namazını unudur. Uyğun təzahürü iki cür izah etmək olar. İslamda bəzən yemək müstəhəb oruc tutmaqdan daha fəzilətli hesab olunur. Məsələn, müstəhəb oruc tutmuş şəxs bir möminə qonaq olarsa, möminin təklif etdiyini yeyib onu sevindirmək müstəhəb orucdan fəzilətlidir. Demək, adətən insanı ilahi düşüncədən ayıran yemək də ibadət hesab oluna bilər. Aydın olur ki, namazın vaxtını ötürən insanın həmin vaxt hansı işlə məşğul olması şərtdir. Dostlarla dünyəvi söhbətə məşğul olub namazı unutmaq əsl qəflətdirsə, avtomobil qəzasına uğramış şəxsi xəstəxanaya çatdırıb namazı azca yubatmaq xeyirxahlıqdır. Bu misallardan məlum olur ki, ağına-bozuna baxmadan bütün dünyəvi işləri zərərli bilmək olmaz. Bir qismini qəflətə düçar edən iş digər bir qismi üçün faydalı ola bilər. İşin nəticəsini insanın niyyəti müəyyən edir.
    AYƏ VƏ RƏVAYƏTLƏRDƏ QƏFLƏTİN SƏBƏBİ
    Qurani-kərimdə və dini rəvayətlərdə bildirilir ki, insanda qəflət doğuran əsas səbəblərdən biri var-dövlət və ailə-uşağa bağlılıqdır. "Münafiqun” surəsinin 9-cu ayəsin-də buyurulur: "Ey iman gətirənlər! Mallarınız və övladlarınız sizi Allahı yad etməkdən yayındırmasın.” İnsanda öz var-dövlətini qəpik-qəpik artırmaq həvəsi onu Allahdan və qiyamətdən qəflətdə saxlayır. Əgər insan bu bağlılıqda ifrata varmasa, var-dövlət və ailə-uşaq faydalı ola bilər. Qurani-kərim həmin nemətlərdən düzgün faydalanan insanları da yad edir: "İnsanlar var ki, ticarət, alver onların fikrini Allahdan qəflətdə saxlamaz.” ("Nur” surəsi, ayə: 37.) Demək, insan dünya həyatını elə yaşaya bilər ki, Allahın razılığını qazanar. Bəs bunu necə etməli?
    Əgər dünya işləri insan üçün hədəf olarsa dünya onun qibləsinə çevrilər. Qibləsi dünya olan insanın Allahı yada salması imkansızdır. Amma insan Allahı və qiyaməti unutmadan dünya və onun nemətlərinə vasitə kimi də baxa bilər. Son məqsədi Allaha yaxınlaşmaqda görən insan üçün dünya nemətlərindən istifadə ibadətə çevrilə bilər. Yeyərkən, yatarkən, istirahət edərkən Allahı unutmayan insan üçün bu işlər heç də qorxulu deyil. Dünya nemətlərinə Allahın Öz bəndəsinə mərhəməti kimi baxan insan Allahı necə unuda bilər? Belə bir baxışla övlada məhəbbət qəflət yox, ibadət hesab olunur.
    Əlbəttə ki, belə bir baxış yalnız özünütərbiyədən sonra mümkündür. Sadəcə olaraq bilməliyik ki, bu iş mümkündür.
    DÜNYA QƏFLƏT, YOXSA TƏ:AMÜL VASİTƏSİDİR?
    Qeyd etdik ki, dünyaya baxış iki cürdür. İnsan dünyaya elə baxa bilər ki, daha da kamilləşər. Amma elə baxış da var ki, insanı qəflətdə saxlayar. Qurani-kərimdə dünyanın cazibədarlığı fitnə adlandırılır. "Fitnə” "imtahan” deməkdir. İmtahanın isə iki nəticəsi ola bilər: məqbul və ya qeyri-məqbul. "Ənfal” surəsinin 28-ci ayəsində buyurulur: "Bilin ki, var-dövlət və övladlarınız sizin üçün ancaq bir imtahan-dır.” Bu imtahanda vəzifəsini layiqincə yerinə yetirən şəxs Allaha yaxınlaşır, qəflətdə qalan isə uçuruma yuvarlanır. Quran xəbərdarlıq edir ki, dünya sizi aldatmasın:"Dünya həyatı sizi aldatmasın.” ("Loğman” surəsi, ayə: 33.)Quran əmr etmir ki, dünya nemətlərindən uzaqlaşaq. Sadəcə, xəbərdarlıq olunur ki, dünya hədəf yox, vasitədir. Həzrət Əli (ə) buyurur: "Dünya ona ibrət gözü ilə baxanları bəsirət sahibi, onun zinətlərinə aldananları isə kor etdi.”("Nəhcül-bəlağə”.)
    Demək, dünya həm bəsirət gözünü aça bilər, həm də kor edə bilər. Dünyaya vasitə kimi baxanların bəsirət gözü açılar. Dünyanı özünə qiblə edənlərin isə bəsirət gözü tutular. Dünya eynək kimidir. Eynəkdən baxan həqiqəti, eynəyə baxan onun şüşəsini görür. Bu insan (eynəyə baxan) üçün eynək kömək yox, pərdədir. Əgər insan dünya və onda olanları Allahın neməti kimi qəbul etsə, onlara nəzər saldıqda Allahı xatırlayacaq. Allahı xatırlayan insan isə halal-harama diqqət yetirib olub, vəzifələrinə lazımınca əməl edəcək. "Ali-İmran” surəsinin 92-ci ayəsində oxuyuruq:"Sevdiyiniz şeylərdən haqq yolunda sərf etməyincə yaxşılığa nail olmayacaqsınız.” İnsan Allah yolunda sevdiyi şeylərdən sədəqə verməklə dünya malına məhəbbətdən yaxa qurtarmalıdır. İnsan var-dövlətə o qədər hərisdir ki, sədəqə verəndə də əzik, cırıq manatları verir. Təmiz və şax pulları sədəqə etməklə dünyaya olan qorxulu bağlılıqdan xilas olun. Əks təqdirdə dünyapərəstlikdən qurtulmaq çətin olacaq.
    NƏFSİN PAKLAŞDIRILMASINDA DAVAMİYYƏTİN ROLU
    Qəflətdən qurtarmaqdan ötrü insanın gündəlik proqrama ehtiyac var. Dua, Quran, zikr, namazdan ibarət olacaq bu proqramın vəzifəsi ardıcıl şəkildə Allahı xatırlatmaqdır. Allah-təalanın beş vaxtda namazı vacib etməsi də bu məqsədi daşıyır. Amma vacib namazlardan əlavə müstəhəb ibadətlərə də ehtiyac var. On yeddi rəkət namaz vacib, bu namazları əvvəl vaxtında qılmaq isə müstəhəbdir. Ən azı namazları əvvəl vaxtında qılmağa diqqət yetirmək lazımdır. Bu iş ilk əvvəl çətin görünsə də az sonra davamiyyət nəticəsində adət halını alır və insan namazı əvvəl vaxtında qılmaqdan ləzzət alır. Bundan əlavə, müxtəsər də olsa, müstəhəb ibadətlər nəzərdə tutulmalıdır.
    Məşhur "Üsuli-kafi” kitabında ibadət barəsində iki fəsil mövcuddur. Orada qeyd olunur ki, hətta ibadətdə də ifrata varmaq zərərlidir. Bir gün ərzində on cüz Quran oxuyan insan elə yorula bilər ki, bir ay əlinə Quran götürməz. Amma hər gün eyni bir vaxtda orta həddə Quran oxumaq və bu işə fasilə verməmək daha faydalıdır. İbadətdə orta həddi gözləyərək ardıcıl, davamlı olmaq çox faydalıdır.
    "Əhzab” surəsinin 41-42-ci ayələrində oxuyuruq: "Ey iman gətirənlər! Allahı çox zikr edin. Sübh və şam Onu təqdis edib şə’ninə təriflər deyin.” Yəni insan günün əvvəlində və sonunda Allahı davamlı şəkildə xatırlamalıdır.
    Zikr təkcə dilə aid deyil. Əsil zikr Allahı qəlbdə xatırlamaqdır. Əlbəttə ki, dil zikri qəlbə köməkçidir. Amma insanın fikri kənarda qaldığı halda dili zikr edərsə belə bir zikrmn faydası yoxdur. Namaz da Allahı xatırlamaq üçündür. Allah-təala "Taha” surəsinin 14-cü ayəsində buyurur: "Məni xatırlamaq üçün namaz qıl.” Allahı və qiyamət gününü düşünmək özü də zikrdir. Gündəlik proqramda Allahı düşünmək üçün vaxt ayırmaq zəruridir. Qurani-kərimdə təfəkkür barəsində belə buyurulur: "(Onlar) göylər və yer haqqında düşünərək belə deyərlər: Pərvərdigara, bütün bunları əbəs yerə yaratmamısan!” ("Ali-İmran” surəsində, ayə: 191.)
    Category: Allaha doğru | Views: 975 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024