İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 20 » Allaha doğru
    7:59 PM
    Allaha doğru
    ON ÜÇÜNCÜ DƏRS:
    ZİKR ÜÇÜN ÜMDƏ MANEƏ
    ÖTƏN MÖVZULARA BAXIŞ
    Quran ayələrindən aydın oldu ki, insanın süqutunun əsl səbəbi qəflətdir. İnsanın özündən, öz insani şəxsiyyətindən qəfləti onu uçuruma aparır. İnsanın özündən xəbərsiz olması onun tövhid, məad və nübüvvətdən qəflətdə olmasının nəticəsidir. Quran ayələri bu müddəanı təsdiqləyir: "Allahı unutdular və O da onlara özlərini unutdurdu.” ("Həşr” surəsi, ayə: 19.) Digər ayələrdən məlum olur ki, özünə diqqətin səmərəsi hidayət və Allaha yaxınlaşmaqdır. Qeyd etdik ki, üç inanc arasında tövhid mehvər rolunu oynayır. Başqa sözlə, məad və nübüvvətə inam tövhidə inamdan doğur. Allahı tanıyan insan anlayır ki, Allah hikmətsiz iş görməz və yaranış məqsədsiz deyil. Beləcə, Allaha diqqət yetirmək insanı məad və qiyamətə də diqqət yönəltməyə sövq edir. Allahı tanıyan insan əmindir ki, nə vaxtsa sorğuya çəkiləcəkdir.
    İnsanın diqqət mərkəzində olmağı lazım olan üç əsasdan biri məad, yəni axirət aləmidir. Axirət aləmi Allahın insan üçün nəzərdə tutduğu son mənzildir. Ayələrdə bildirilir ki, insanın əsl bədbəxtçiliyinin səbəbi qiyamət gününü unutmasıdır. Hesab gününə inanan insan əbədi cəhənnəm əzabına düçar olmamaq üçün saleh əməllər etməyə səy göstərir. Dünyanı əbəs bilməyən insan əməllərinə diqqət yetirir, öz insani şəxsiyyətini qoruyur.
    UNUDULMUŞ BƏNDƏLƏR
    "Muminun” surəsinin 115-ci ayəsində qiyamət gününü unudanlara işarə ilə buyurulur: "Elə güman edirsiniz ki, sizi əbəs yerə yaratmışıq və hüzurumuza qayıtmayacaqsınız?!” "Casiyə” surəsinin 34-cü ayəsində oxuyuruq:"Bu günlə rastlaşacağınızı unutduğunuz kimi biz də bu gün sizi unuduruq.” Bu o demək deyil ki, bəzi bəndələr Allahın yadından çıxacaq. Söhbət ləyaqətsiz insanların ilahi nemətlərdən məhrum ediləcəyindən gedir. Bəli, Allah Onunla görüşə inanmayanları Öz lütfündən məhrum edər. "Taha” surəsinin 124-126-cı ayələrində oxuyuruq: "Hər kəs Məni yad etməkdən üz döndərsə həqiqətən yaşayışı çətin olar və qiyamət günü onu kor məhşur edərik. O, deyir: Pərvərdigara, məni nə üçün kor məhşur etdin, axı mən görürdüm. Ona buyurular: «Sənə ayələrimiz gəldikdə onları unutduğun kimi sən də unudulursan.» Ayədə həqiqəti anladıqları halda üz döndərənlər nəzərdə tutulur. Quran belə insanlara sıxıntılı həyat vəd edir. "Rəd” surəsinin 28-ci ayəsində buyurulur: "Agah ol ki, qəlblər yalnız Allahı zikr etməklə aram olar.” Allahı yaddan çıxaranlar ruhi sakitlikdən məhrum olur, daim iztirab çəkir. Bu sıxıntı dünya həyatını zəhərə döndərir. Axirətdə isə çətinliklər lap dözülməz olur. Dünya həyatında ilahi həqiqətləri görməməzliyə vuranlar axirət həyatına kor vəziyyətdə gətirilir.
    Bəli, insan üçün ən böyük bədbəxtlik Allahın nəzərindən kənarda qalmasıdır. Səadət və kamala çatmaq istəyən insan öz yaradanına qarşı e’tinasız olmur. Allahı unudan isə özünü unudur. O, nə üçün yaradıldığını və səadətə aparacaq doğru yolu unutmaqla cəhənnəmə üz tutur.
    ZİKRƏ DOĞRU BİR ADDIM
    Yeganə çıxış yolu qəflətdən qurtulmaqdadır. Hər bir şəxsin agahlıq dərəcəsi onun öz nəfsini tanımasından asılıdır. Agahlıq insanın öz diqqətini haradan gəldiyinə, harada olduğuna və haraya gedəcəyinə yönəltməsidir. İnsan dünyanın bər-bəzəyinə aldanaraq bu uyğun məsələlərdən qəflətdə qaldıqca öz insani şəxsiyyətindən uzaqlaşır. Yalnız tövhid, nübüvvət və məad vasitəsi ilə kamilləşə biləcək insan qəflət doğuran səbəbləri tanımalıdır. "Ənam” surəsinin 68-ci ayəsində qəflət amilləri belə tanıtdırılır: "Bizim ayələrimiz barəsində cəfəng danışan şəxsləri gördüyün zaman söhbət dəyişənədək onlardan üz çevir. Şeytan sənin yadından çıxarsa, yadına düşəndən sonra zülmkar qövmlə oturma.” Ayədən məlum olur ki, qəflət səbəblərindən biri şeytandır. Quran şeytan dedikdə İblisdən olanları nəzərdə tutur. İblis isə Adəmə səcdə etməkdən boyun qaçıran şeytandır. Amma Qurani-kərimdə bütün şər mənbələri, eləcə də, şər cinlər və şər insanlar şeytan adlandırılır. İnsanı təkamül, Allaha itaət yolundan sapdıran hər bir mövcud şeytandır. İblis bu şər qəbiləsinin rəisidir. Bütün şər qüvvələr onun məktəbində təhsil alır.
    ZİKRİN AMİLLƏRİ VƏ MANEƏLƏRİ
    Diqqət və zikrin əsas amillərindən biri Qurani-kərimdir. Bəzən Quran özünü zikr də adlandırır: "Bu yalnız zikr və aşkar bir Qurandır.” ("Yasin” surəsi, ayə: 69.) Quranın zikr adlandırılmasının səbəbi onun oyadıcı, xatırladığı xüsusiyyətə malik olmasıdır. Qurana bağlanan insan qəflətdən qurtulur. Agahlıq tapmaq istəyən insan Quranla ünsiyyət üçün xüsusi proqram hazırlamalıdır. "Qəmər” surəsində dəfələrlə təkrarlanan bir ayə var: "Qəti olaraq, Quranı insanın nəsihəti üçün göndərdik; Görən, nəsihət götürən varmı?” ("Qəmər” surəsi, ayə: 17, 22, 32, 40.)Quran hər bir insanın istifadə edə bilməsi üçün olduqca sadə qərar verlidi. Bir ayənin dörd dəfə təkrar olunmasında məqsəd yalnız və yalnız insanı qəflətdən qurtarmaqdır. Əlbəttə ki, yalnız Quranın mənalarına diqqət edərək oxuduqda agahlıq tapmaq mümkündür.
    Quranla ünsiyyət, onu dinləyərkən mənalarına diqqət etmək insana oyadıcı təsir bağışlayır. Əgər mənasız söhbətlərə qulaq asmaq Allahı unutdurursa, Quran insana Allahı xatırladır. "Ənam” surəsinin 68-ci ayəsində buyurulur: "«Zülmkar qövmlə oturma.” Qurani-kərimdə ən böyük zülm şirk hesab olunur: "Doğrudan da, zülm böyük günahdır.” ("Loğman” surəsi, ayə: 13.) Şirk olduqca böyük günah hesab olunur: "Allah Ona şərik qoşanları bağışlamaz.” ("Nisa” surəsi, ayə: 48.)
    Qeyd olundu ki, şeytansifət adamlarla oturub, onların söhbətinə qulaq asmaq insanı qəflətə doğru aparır və zülm hesab olunur. Dini həqiqətlərə qarşı insanların zehnində şübhə doğuran məclislərdə iştirak etmək yolveril-məzdir haldır. Dövrümüzdə az da olsa belələrinə təsadüf edirik. Onların işi avamlarda şübhə doğuracaq suallar verməkdir: "Quran Allahın kitabıdır, yoxsa peyğəmbərin? Görəsən, Quranda səhv var ya yox?” Sonra da özləri öz suallarına şeytan-şeytan cavablar verirlər. Hətta Allahın göstərişlərinin təcrübədə sınaqdan keçiril-məsini təklif edənlər də var. Quran belə insanlardan çəkinməyi tapşırır. "Nisa” surəsinin 140-cı ayəsində buyurulur: "Əlbəttə, kitabda sizə nazil etmişdir ki, Allahın ayələrinin inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman onlar ayrı bir söhbətə girişməyincə onlarla oturmayın. Ona görə ki, siz də onların tayı olarsınız. Allah münafiqləri və kafirlərin hamısını cəhənnəmdə bir yerə cəm edəcəkdir.”
    MƏSXƏRƏÇİLƏR
    Müsəlmanlar arasında da Quran ayələrini məsxərə edənlər tapılır. Onlar Quranın günahkarlar haqqında çıxardığı qərarlara istehza edərək deyirlər: "Axı indi modern bir əsrdir. Belə bir əsrdə şallaq vurmaq olarmı?! Bu cəzalar quldarlıq dövrünün əlamətləridir. Sivil dünyada insanı belə cəzalandırmaq olmaz!” Belə çıxır ki, bir atom bombası ilə bütöv bir şəhəri məhv etmək sivil, başqasının namusuna toxunana şallaq vurmaq isə vəhşilikdir. Demək, insanı elektrik stulunda oturtmaq mədəniyyət, şallaq isə mədəniyyətsizlikdir. Bir sözlə, Qurani-kərim buyurur ki, belə düşünən və belə danışan insanlarla yaxınlıq etməyin. Savadsızlıq ucbatından bu söhbətlərə uyub doğru yoldan azmaq qorxusu var. Müəllif şəxsən özü tanınmış bir ruhanidən "insanı eşşək kimi qırmaclamaq olmaz” sözlərini eşidib. Hansı ki, bu ruhani Qurandan və Quranın "Nur” surəsinin 2-ci ayəsindən gözəl xəbərdardır. Bu söhbətdən on beş-iyirmi il ötüb. Bu gün eyni sözləri həmin ruhaninin şagirdləri təkrarlayır. Onlar bir tərəfdən Quranı qəbul etdiklərini iddia edir, digər tərəfdən Quranın hökmlərini köhnəlmiş sayırlar. Hansı ki, min dörd yüz il əvvəl nazil olmuş Quran aktual olaraq qalır. Quran puç sözlər danışanlarla yaxınlığı qadağan edir. Çünki təlqinin təsirini o hamıdan yaxşı bilir. Nahaq bir sözü şirin üslubda təkrar-təkrar eşidən insan bu sözlərə inanmağa başlayır. Təlqinin insana təsirindən xəbərdar olan şeytanlar da bu üsuldan istifadə edərək düşüncələri azaddır. Bu barədə mötəbər bir rəvayət vardır: "Danışanı dinləyən insan ona pərəstiş etmişdir. Danışan Allah kəlamı danışırsa Allaha, şeytan sözü danışırsa şeytana pərəstiş olunmuşdur.”("Biharul-ənvar”, 72-ci cild.) Bir sözlə, dinə rişxənd olunan məclislərdə iştirak etmək əsla olmaz.
    "ZUMƏR” SURƏSİNDƏN İKİ AYƏ
    Bəzən yuxarıda qeyd etdiyimiz həqiqətlərə qarşı hətta Quran ayələrindən də istifadə edirlər. "Zumər” surəsinin 17-18-ci ayələrində buyurulur: "«O bəndələrimə müjdə ver ki, onlar sözü dinləyib, onun ən yaxşısına tabe olarlar.” İnsanları azdırmaq qəsdində olanlar bu ayələri dəlil gətirərək iddia edirlər ki, bütün sözləri dinləmək Quran əmridir. Sual olunur: Haqq sözlə batili seçmək qüdrətinə malik olmayan insana Quran hər sözü dinləmək göstərişi verərmi? Əgər Quran insanları doğru yola hidayət edirsə bu ayəni bütün adamlara aid etmək yanlışdır. Ayə haqqı batildən seçmək əzmində olan insanlara müraciət edir. Batil söhbətlər nadan və zəif əqidəli insanları bir anda çaşdırır. Ona görə də adi insanlar zəlalətə düçar olmamaq üçün belə söhbətlərdən qaçmalıdırlar. Quranda batil sözləri sadəcə dinləmək yox, bu sayaq söhbət edənlərlə yaxınlıq etməmək də tapşırılır. "Nisa” surəsinin əvvəldə qeyd etdiyimiz 140-cı ayəsinin sonunda buyurlur: "Allah münafiq və kafirlərin hamısını cəhənnəmdə toplayacaq.” Yəni bir qrup insan mömin olduğunu güman etsə də azğın insanlarla yoldaşlıq etdiklərindən qiyamət səhnəsinə münafiq kimi gətiriləcəklər. Çünki, Allah və din haqqında deyilən batil sözlərə itaətkarlıqla qulaq asmaq mömin sifəti deyil.
    Bəs "Zumər” surəsinin uyğun ayələri kimi nəzərdə tutur? Bilməliyik ki, belə sözlərin qabağında yalnız güclü imana və dini savada malik şəxslər dayana bilər. Hər hansı batil sözə cavab vermək üçün iman və elmə ehtiyac var. Tutaq ki, Allaha, peyğəmbərə və məada iman gətirmiş bir şəxs şeytani məclisə düşür. Əgər o öz etiqadında tutarlı dəlillərə malikdirsə bu dəlillərə istinad etməklə özünü və olsun ki, bu məclisdəkilərin də bəzilərini şəkk-şübhədən qurtaracaq. Amma qənaətbəxş dəlillərə malik olmayan şəxs üçün imanını itirmək qorxusu var. Müasir dövrdə kütləvi informasiya vasitələrin-dən dini həqiqətlər haqqında batil sözlərə yol verilir. Demək, sən şeytandan qaçsan da, o, məsələn, televiziya vasitəsi ilə sənin evinə daxil olur. Ona görə də hər bir müsəlman öz elmini artırmaqla özünü əks təbliğatlara qarşı hazır etməlidir.
    Bəli, pis həmsöhbət və yoldaş insanı zəlalətə aparır. Həmsöhbətin təkcə etiqadı yox, əxlaqı da mühüm şərtdir. Günahkar insanlarla yoldaşlıq insanı dini çərçivədən çıxarır, azğınlığa sövq edir. İstər etiqad, istərsə də əxlaq baxımından azğın insanlardan uzaqlaşın!
    Yarımın yarından var intizarım,
    Dua gözləyirəm, min qınaq gəlir.
    Qəfəsdəki xəstə bülbül barədə
    Nə düşünür qızılquş? - maraq gəlir!
    Çox deyiblər yarı gör, özün danış,
    Peyk sözündə ifrat, təfrit, aldanış.
    Sən ha yalvar sözçüyə "düzgün danış”,
    Ağzın açdı, lap yaxın iraq gəlir.
    Dərdimin dəvası dost dilindədi,
    Deməsin hər nə var Yar əlindədi,
    Səbəbkar da təbib məsəlindədi,
    Yerə deyər, göylərdən soraq gələr.
    GƏNCLƏR QARŞISINDA MƏSULİYYƏT
    Elə bir dövrdə yaşayırıq ki, əksər ölkələrdə təlim-tərbiyə adı altında gənclər azğınlığa sürüklənir. Gənclərin istirahəti üçün təşkil olunmuş əksər mərkəzlərdə onları əxlaqsızlığa aparan tədbirlər keçirilir. Tələbələrə mənəviy-yatsızlıq təbliğ edən filmlər və konsertlər təqdim olunur. Görən, bu tədbirlər gəncliyə xidmət, yoxsa xəyanətdir? Belələrinə demək lazımdır ki, din bir yana dursun, heç olmaya dəm vurduğunuz milli adət-ənənələrə hörmət edin. Gənclər hər bir ölkənin sərmayəsi və gələcəyidir. Ölkənin gələcəyi üçün mənəviyyatsızlar ordusu hazırlamaq xəyanət deyilmi? Bu iş insani şəxsiyyətin təminatı olan din və etiqada qəbir qazmaqdır. "Bəqərə” surəsinin 191-ci ayəsində buyurulur: "Fitnə qətldən daha pisdir.”
    Axı bəşəriyyəti zülmətdən çıxaran din hansı əsasla mədəniyyətə zidd təqdim olunur? Əgər Allah-təala insanlara din göndərib, onlara insanlığı öyrətməsəydi insan mədəniyyət sözündən xəbərdar olardımı?! Amma bu gün mədəniyyət adı altında din və əxlaqa zidd olan filmlər çəkilir, kitab və qəzetlər çap olunr. "Nisa” surəsinin 140-cı ayəsini bir daha xatırlayaq: "Allah-təala münafiq və kafirlərin hamısını cəhənnəmdə toplayacaq.”
    Category: Allaha doğru | Views: 966 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024