İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 20 » Allaha doğru
    7:57 PM
    Allaha doğru
    ON BEŞİNCİ DƏRS:
    DÜNYA VƏ AXİRƏTİN MÜQAYİSƏSİ
    DAVAMLI TƏFƏKKÜR
    İstinad etdiyimiz Quran ayələrindən məlum oldu ki, insanın süqutunun əsas amili qəflətdir və bu qəflətin çarəsi özünə və Allaha diqqətli olmaqdır. O da qeyd edildi ki, diqqət Allah, doğru yol və axirətə diqqətdən ibarətdir. Özünü tanıyan insan Allahını da tanıyır. Öz insani şəxsiyyətinə diqqətsiz olan insanın Allahı tanıması mümkünsüzdür. İnsan qəflətdən qurtulmaq üçün qəfləti törədən amillərlə tanış olmalıdır. Demək, bu amilləri aradan qaldır-maqla qəflətdən uzaqlaşmaq olar. Bu məqsədə nail olmaq üçün proqram tərtib etmək zəruridir.
    İşarə edildi ki, diqqətli olmaq üçün Quran insanı düşüncəyə çağırır. İnsan gündəlik təfəkkür üçün proqram tərtib edərsə, öz diqqətini güclədirə bilər. Rəvayətlərdə buyurulur ki, bir saat təfəkkür bir ilin ibadətindən üstündür.
    Amma insanı öz şəxsiyyətinə diqqətli edən düşüncə yaranış və yaradıcı haqqında olan düşüncədir. Mənasız düşüncələr insanı nəinki diqqətli etmir, əksinə, onun diqqətini həqiqətdən yayındırır.
    Digər mühüm bir nöqtə təfəkkürün davamlı olmasıdır. Allah, Onun sifətləri və felləri kimi məsələlər bir anlıq düşüncə ilə həzm oluna bilməz. Hətta bu həqiqətləri qavradıqdan sonra onu unutmaq qorxusu da var. Dünyanın bər-bəzəyi, eyş-işrəti ilahi düşüncələrə qənim kəsilmiş təhlükələrdir. Dəyişkən təbiətli təfəkkürü zərərli düşüncələrdən qorumayan insan nə vaxtsa əqidəsində çaşa bilər. Belə təzahürlər dünyanın axır dövrləri üçün xüsusi ilə səciyyəvi bildirilmişdir. Rəvayətlərə görə həmin dövrün insanları sübhlər mömin, gecələr isə kafir olarlar. Yəni mühit mömin insanı bir neçə saat ərzində kafirə döndərmək gücünə malikdir. "Onlar mömin halda sübhü açar və kafir halda gecəyə çatarlar.”("Biharul-ənvar”, 33-cü cild.)
    Cinlər və şeytansifət insanlar gecə-gündüz pusquda durub insanın qəflət halını gözləyirlər. Ona görə də insan elə düşünməməlidir ki, bir dəfə düşünüb dini həqiqətləri anlamaqla iş bitir, yox, əsla! İnsan ömrünün son anı, son nəfəsinədək yanılmaq, büdrəmək təhlükəsi ilə üzbəüzdür. O, hər an inamını itirməkdən qorx-malı və ilahi düşüncəni fasiləsiz olaraq davam etdirməlidir.
    DÜNYA VƏ AXİRƏT HAQQINDA
    Beləcə, insan təfəkkür mərhələsində bu nəticəyə gəlir ki, dünyanın yaranışı əbəs deyil. İnsanın yaranışında son məqsəd onun təkamül yolunu seçib, ilahi nemətlərə nail olmasıdır. Seçim insanın öz istək və iradəsindən asılı olduğu üçün o, azğınlıq yolunu seçib, ilahi qəzəbə də düçar ola bilər.
    Araşdırılması mühüm olan mövzulardan biri "dünya və axirətin müqayisəsi” mövzusudur. Dünya həyatından sonra axirət həyatının mövcudluğunu qəbul etdikdən sonra dünya və axirət həyatı haqqında düşüncələr təkamüldən ötrü yardımçı vasitə ola bilər. "Bəqərə” surəsinin 219-220-ci ayələrində buyurulur: "Allah Öz ayələrini sizə bu cür açıqlayır ki, bəlkə dünya və axirət haqqında düşünəsiniz.”
    Həmin düşüncələrin əhəmiyyətini nəzərə alaraq dünya və axirət həyatını müqayisə edirik
    1. Dünya məhdud, axirət isə əbədidir. Qurani-kərimdə qeyd olunur ki, insan öz maddi varlığı-nın təsiri altında maddi dünya həyatına meyl-lidir. Hansı ki, axirət həyatı bütün aspektlərdə dünya həyatından üstündür. "Əla” surəsinin 16-17-ci ayələrini oxuyuruq: "Amma siz dünya həyatını üstün tutursunuz. Halbuki, axirət daha xeyirli və əbədidir.” Ayədə göstərilir ki, axirət həyatı-nı dünya həyatından üstün edən ən mühüm cəhətlərdən biri onun davamlı olmasıdır. Münasib bir misal çəkək: Tutaq ki, bir insan yüz illik ömrünün əvvəlindən son gününədək hər gün bir-birinin ardınca 9 rəqəmini müəyyən bir yerə qeyd etsin. Şübhəsiz ki, təsəvvürə sığmayacaq dərəcədə böyük bir rəqəm alınar. Amma bu rəqəm nəhayətsiz olmayacaq. Amma axirət həyatı nəhayətsizdir. Başqa sözlə, axirətin sonuncu "9”-u yoxdur!
    Görənsən, insandan soruşulsaydı ki, yüz illik, yoxsa sonsuz bir həyatı istəyirsən, nə cavab verərdi? Hətta bir il rahat yaşayışı yox, iki il narahat yaşayışı seçəcəyimizə heç bir şübhə yoxdur. Etiraz etməyin. Bir il rahat yaşayışı seçmiş adamdan bir il sona çatdıqda soruşun: "Seçimindən peşiman deyilsən?” Onda etirazınızı geri götürərsiniz. Bəs necə olur ki, bir il artıq yaşamaq üçün rahatçılıqdan keçən insan əbədi həyata e’tina etmir? Bəlkə, o, heç bu barədə düşünmür? Yaxşı düşünənlərdən isə bu barədə yeni qərarlar gözləmək olar.
    2. Dünya ləzzətləri ağrı-acısız olmur. Axirət ləzzətlərinin üstünlüyü ondadır ki, bu ləzzətlər-də zərrə qədər də olsa ağrı yoxdur. Amma dünya həyatında hər bir ləzzət bir ağrı-acı ilə müşayiət olunur. Dadlı bir xörək hazırlamaq üçün insan hökmən əziyyət çəkməlidir. Əvvəlcə pul qazanmaq, sonra bazarlıq etmək, daha sonra bu xörəyi bişirmək lazımdır. Bəli, bir dadlı tikədən ötrü bir bu qədər əziyyət! Hələ siz bazardan aldığınız ərzaqların hansı çətinliklərlə hazırlandığına diqqət edin. Əkinçi, dəyirmançı, çörəkçi, qənnadçı, quşçu, maldar, qəssab bu ərzaqların başa gəlməsi yolunda nə qədər tər axıtmışlar! Bütün dünya ləzzətləri bu sayaq çətinliklə hasil olur. Hansısa bir sanatoriyada istirahət, elmi dərəcə almaq asanlıqla mümkün olurmu?
    Amma axirət ləzzətləri belə deyil. Onlar həqiqi və saf ləzzətlərdir. Bu ləzzətlərlə yanaşı heç bir əziyyət duyulmaz. Bu ləzzətlər insanı yormaz, bezikdirməz. Əgər dünya şərabı insanın əqlini əlindən alıb, onu heyvana çevirirsə, axirət içkilərindən heç bir mənfi təsir duyulmaz: "İçənlərə ləzzət verən şərabdan çaylar...!”("Muhəmməd” surəsi, ayə: 15.) "O, nə baş ağrıdar, nə də ağlı aparar.”("Vaqiə” surəsi, ayə: 19.) "Hicr” surəsinin 48-ci ayəsində buyurulur: "Orada heç bir əzab-əziyyət yoxdur.”
    Dünya nemətləri nə zamansa insanın əlindən çıxır və sona yetir. Amma behiştdə ləzzətlər qoynunda olan insan narahat deyil ki, sabah nə olacaq. O, sabahından və əbədi gələcəyindən arxayındır. "Həmişə orada qalarlar.” ("Mücadilə” surəsi, ayə: 23.)
    DÜNYA UŞAQ OYUNUDUR!
    Deyilənlər Quran ayələri çərçivəsində idi. Əgər rəvayətlərə müraciət etsək, axirət aləmində insanı gözləyən nemətlərə heyran qalarıq. Rəvayətlərdə buyurulur ki, behişt ağaclarındakı meyvələri dərmək üçün hətta hərəkət etmək lazım gəlmir. İstənilən bir neməti zərrəcə əziyyət çəkmədən dadmaq olur.
    Bəli, yalnız Allah insan üçün hazırladığı behişti lazımınca tanıyır. Ona görə də buyurur: "Siz dünya həyatını seçirsiniz. Halbuki axirət daha xeyirli və əbədidir.” ("Əla” surəsi, ayə: 16-17.) Doğrudan da, əbədi axirət nemətlərini qoyub, müvəqqəti dünya nemətlərinə uymaq uşaq işidir. Şokoladı hər şeydən çox istəyən uşağa gülürük. Hansı ki, dünya şirinliyinə uymaqla özümüz gülünc vəziyyətə düşmüşük. Belə bir yanlış seçim yalnız cəhalətdən doğur. "Əhzab” surəsinin 72-ci ayəsində buyurulur: "Həqiqətən, o, özünə zülm edən cahildir.”
    Dünya həyatı axirət həyatı ilə müqayisədə o qədər dəyərsizdir ki, müxtəlif Quran ayələrində "oyuncaq” adlandırılır. "Ali-İmran” surəsinin 185-ci ayəsində oxuyuruq: "Əslində dünya həyatı aldadıcı matahdan başqa bir şey deyil.” İnsan dünyanın yalanlarına uymamaq üçün çox diqqətli olmalıdır. Başqa bir ayədə buyurulur: "Bu dünya həyatı oyun-oyuncaqdan və baş qatmaqdan başqa bir şey deyildir. Həqiqi yaşayış isə axirət aləmindədir. Ey kaş, bunu biləydilər.” ("Ənkəbut” surəsi, ayə: 64.)Həqiqi həyat axtaranlar axirət ardınca getməlidirlər. Axirət elə bir aləmdir ki, orada nemətlər hüdudsuzdur. Hansı əsasla əbədi nemətləri dərd-qəm dolu dünya həyatına dəyişmək olar? İnsan sadəcə eşitməklə yox, yalnız dərk etməklə bu həqiqətə çata bilər. Axirət həqiqətini yalnız peyğəmbər və məsum imamlar tam dərk edə bilərlər. Adi insanlar isə tam dərk etməyə yalnız axirətə çatdıqda nail olur və həmin anda deyirlər: "Ey kaş bu həyatım haqqında düşünmüş olaydım.”("Fəcr” surəsi, ayə: 24.) Sözsüz ki, hansısa bir səviyyədə axirət həyatını dərk etmək olur. Amma bu o qədər çətindir ki, çoxları axirətə yetişməyincə onun dünya həyatından nə qədər üstün oluduğunu anlamayacaqlar. Bu fərqi yalnız kamala yetməklə tam hiss etmək olur.
    DÜNYANIN PUÇLUĞU
    "Yunis” surəsinin 24-cü ayəsində byurulur: "Həqiqətən, dünya həyatının məsəli göydən nazil etdiyimiz suya bənzər ki, insanların və heyvanların qidası olan bitkilər onunla cücərib. Nəhayət, yer üzü gözəlləşib bəzəndiyi və sakinlər istifadəyə qadir olduqlarını güman etdikləri vaxt bir gecə və ya bir gündüzdə ona fərmanımız gələr, dünəndən heç bir şey yoxmuş kimi onu kökündən qoparılmış vəziyyətə gətirərik. Biz düşünən qövm üçün ayələrimizi bu cür açıq bəyan edirik.” Bəli, dünya həyatı öz təravəti ilə insanı cəzb edən çiçək kimidir. Amma çox qısa müddətdə puç olacaq bu gözəlliyə aldanmaq olmaz. "Kəhf” surəsinin 45-ci ayəsində oxuyuruq: "Onlara dünya həyatının bizim göydən nazil etdiyimiz, yerin bitkisinin qarışıb yetişdiyi su kimi olduğunu misal çək.” Bəli, dünya həyatı qısa bir müddətdə quruyub çör-çöpə dönən və küləklər qoynunda sovrulub yoxa çıxan bitkiyə bənzəyir. Bütün bu məsəllər insanın diqqətini axirət həyatına yönəldir.
    Sual oluna bilər ki, axirətin dünyadan üstün oluduğunu anlayan insan nə etməlidir? Bütün işləri yarımçıq qoyub üzü qibləyə ölümümü gözləməliyik? Yoxsa dünya nemətlərindən imtina edib ömrün sonunadək dağlarda ibadətə məşğul olmaq lazımdır?
    SƏHV NƏTİCƏ ÇIXARMAQDAN QORUNUN!
    İstər keçmişdə, istərsə də indi, istər müsəlmanlar, istərsə də qeyri-müsəlmanlar arasında belə bir fikir mövcud olmuşdur ki, behiştə nail olmaq üçün dünya nemətlərindən imtina etmək lazımdır. Bir çox insanlar belə dünyagörüşüə müvafiq olaraq cəmiyyətdən uzaq-laşıb tənha yaşamışlar. Belə bir düşüncə tərzi sufilərdə də təsadüf olunur. Heç bir İslami mənbədə tərki-dünyalıq göstərişi yoxdur və tənhalığı seçən müsəlmanlar, heç şübhəsiz ki, həqiqətdən uzaq düşmüşlər. İslam dini dünyadan uzaqlaşmağa yox, ona qul olmamağa çağırır. Qurani-kərim dünya ləzzətlərindən daha üstün olan axirət ləzzətlərini önə çəkir və dünyaya bağlılığı pisləyir. İnsanın nəzərinə çatdırılır ki, dünya möminlik, təkamül, behiştə çatmaq üçün bir vasitədir.
    Sual oluna bilər ki, əgər dünya ləzzətləri faydalı deyilsə, bir bu qədər nemət nə üçün yaradılmışdır? "Əraf” surəsinin 32-ci ayəsində buyurulur: "Allahın öz bəndələri üçün yarat-dığı zinəti və təmiz ruziləri kim haram etmişdir?!” Bəli, Allah özü buyurur ki, bu nemətlər insan üçün yaradılmışdır. Əgər yemək, içmək, evlənmək pis işlər olsaydı bu işlərlə behiştlə rastlaşmazdıq. Sadəcə olaraq, dünya nemətlərindən istifadədə hədd gözləmək lazımdır. "Maidə” surəsinin 87-88-ci ayələrində oxuyuruq: "Ey iman gətirənlər! Allahın sizə halal etdiyi pak şeyləri haram saymayın və həddi aşmayın. Həqiqətən, Allah həddi aşanları dost tutmaz. Allahın sizə ruzi etdiyi şeylərin halalını və təmizini yeyin və iman gətirdiyiniz Allahdan qorxun.” Demək, ilahi hədləri pozmadan dünya nemətlərindən istifadə etmək olar. Yalnız o ləzzətlər haram buyurulur ki, insanın təkamülü qarşısında maneə törədir. Amma eyni zamanda insanın axirət evinə əliboş, savabsız getməməsi üçün dünya həyatına da ehtiyac var. İlahi hədləri pozmamaq şərtilə axirəti üçün savab qazanan insana dünya həyatı və dünya ne’mətləri faydalıdır. İbadət, təhsil, cihad və digər dini vəzifələri yerinə yetirmək üçün enerji və istirahətə ehtiyac var. Dünya nemətləri və dünya ləzzətləri zəruri enerjini əldə etmək və yorğunluğu aradan qaldırmaqdan ötrü bir vasitədir.
    Əlbəttə ki, bəzi dünya nemətlərindən imtina etmək lazım gəlir. Məsələn, üzüm gözəl və halal bir nemətdir. Amma şərab haqqında bu sözləri demək olmaz. Haram ləzzətlər ardınca gedənlər axirət əzabını unutmamalıdırlar. Əslində hər bir halal nemət və ləzzət insana Allahı xatırlatmalıdır. Susamış insan bir stəkan bulaq suyu içərkən Allahı yada salıb, Ona şükr etməklə savab da qazana bilər.
    Dünyada maddi olmayan ləzzətlər də var. Məsələn, insan nəfsini tərbiyə etməklə ibadətdən böyük ləzzət ala bilər. Əslində, dünya nemətləri içərisində olan ən üstün ləzzət namazdan duyulan ləzzətdir. Allah bu ləzzəti yalnız saf bəndələrinə hədiyyə olaraq daddırır. "Səcdə” surəsinin 17-ci ayəsində oxuyuruq: "Heç kəs bilməz ki, onlara etdikləri əməllərin əcri olaraq gözlərini işıqlandıracaq necə şeylər gizlədilmişdir.”Bəli, ibadətdən aldığı bir anlıq ləzzəti bütün dünyaya dəyişməyən bəndələr var.
    Ey Rəbbimiz, Öz tovfiqini biz günahkar bəndə-lərə nəsib et!
    Category: Allaha doğru | Views: 998 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024