İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 6
Qonaqlar 6
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 20 » Allaha doğru
    7:55 PM
    Allaha doğru
    ON SƏKKİZİNCİ DƏRS:
    İMANIN ÜNVANI VƏ MƏRTƏBƏLƏRI
    ÖTƏN MÖVZULARA BİR BAXIŞ
    Ayə və rəvayətlərdən məlum oldu ki, insanın süqutunun əsl səbəbi qəflət, onun ziddi isə diqqətdir ki, insanı xoşbəxtliyə aparır. Qeyd edildi ki, söhbət hansısa qeyri–zəruri mövzudan yox, dinin əsasını təşkil edən tövhid, nübüvvət və məaddan xəbərsizlikdən gedir. İnsanın diqqət mərkəzində olmalı məsələlərin ən mühümü budur ki, varlıq aləmi müstəqildir, yoxsa öz yaradıcısından asılı vəziyyətdədir? Bu suala doğru cavab tapan insan üçün bir çox qaranlıq məsələlər öz-özünə işıqlanır. Mərhum Əllamə Təbatəbai və digər böyük alimlərin fikirincə bütün biliklər tövhiddən qaynaqlanır. Yaradıcı haqqında düşünən insan hökmən bir Allahı qəbul edir.
    Əgər qəbul etsək ki, varlıq aləmi müstəqil deyil, onun başqa bir müstəqil zatdan aslılığını qəbul etməyə məcburuq. Belə bir zat, yəni başlanğıc bütün nöqsanlardan uzaq və sonsuz kamala sahib olmalıdır. Başlanğıcı qəbul edən insan bu zatın sifətlərini tanımağa çalışmalıdır. Yaradıcının sifətlərini tanımaq mərhələsində rastlaşdığımız sifətlərdən biri hikmətdir. Allahın hikmət sahibi olması sübut edir ki, varlıq aləmi əbəs yerə yaradılmamışdır. Demək, insanın da yaranışı məna kəsb edir. Əgər yaradılış mənasız deyilsə insan öz yaranış məqsədini müəyyənləşdirməlidir. Amma insan yalnız ağlına istinad etməklə bu suala cavab tapa bilməz. Ona görə də Allah–təala vəhy yolu ilə insanı istiqamətləndirir. Bu arıdıcıllıqla tövhid bəhsindən nübüvvət bəhsinə keçirik.
    Allahın digər bir sifəti ədl, yəni Allahın ədalət sahibi olmasıdır. Məhz bu ədalət səbəbindən möminlə kafirə, yaxşı ilə pisə fərq qoyulmalıdır. Doğru yolu seçənlər mükafata, azğınlıq yolunu seçənlər isə cəzaya çatmalıdır-lar. Bu məqamda məad məsələsi ortaya çıxır. Göründüyü kimi, bütün məsələlər tövhiddən qaynaqlanır. Bəli, tövhid həyatın əsl mayasıdır.
    Din və İslam Allahı tanımaq, Ona pərəstişdən ibarətdir və pak-pakizə olan "la ilahə illəllah” kəlməsi ilə ifadə olunmuşdur. Allahı pərəstişə layiq bildikdən sonra belə bir sual yaranır ki, Ona necə pərəstiş etmək lazımdır?
    Bu sualın cavabı İslamın göstərişləridir. Bütün bu göstərişlər yalnız pərəstiş yolunu işıqlandırır. "Biharul-ənvarda” belə bir hədis var: "İslam təslim olmaqdır”. (68–ci cild). Bəli, insan pərəstişə layiq yeganə varlıq qarşısında təslim olmalıdır. İnsan çalışaraq elə bir nöqtəyə çatmalıdır ki, bu sözləri deyə bilsin: "Mən özümü Allaha təslim etdim”. ("Ali–İmran” surəsi ayə: 20.) İnsan elə bir məqama çatmalıdır ki, nəzərləri yalnız varlıq aləminin yaradıcısına dikilsin. Elə bu səbəbdən də Qurani–kərim insanı təslim məqamı-na çatdıracaq iman və saleh əmələ çağırır. İlk öncə iman və saleh əməlin mahiyyətini araşdırmaq lazım gəlir
    MARKSİZM VƏ SİVİL DÜNYASI
    Mühüm suallardan biri budur ki, insan nəyə iman gətirməlidir? Belə demək olar ki, hamı imanlıdır, amma baxır nəyə. Müşrkilər də öz bütlərinə iman gətirmişdilər. Öz növbəsində, materialistlər də materiyaya, yəni maddəyə imanlıdırlar. Qurani–kərimdə buyurulur: "İman gətirib saleh işlər görənləri tezliklə behiştə daxil edərik”. ("Nisa” surəsi ayə 57.)Görən, nəzərdə hansı iman tutulur? İslamla tanış olanlar üçün aydındır ki, söhbət hansı imandan gedir. Amma dinin ən əsas məsələlərinə şəkk–şübhələrlə yanaşılan bu dövrdə iman haqqında təkrar danışmağımız lazım gəlir.
    Bir zaman materialistlik elə dəbə düşmüşdü ki, bu əqidə ziyalılığın zirvəsi hesab olunurudu. Hətta bəzi ruhanilər də təsir altına düşərək marksizmi dəstəkləyirdilər. Şəhid Mütəhhərini şəhadətə yetirən "Fürqan” dəstəsinin başçısı həmin marksist baxışlı ruhani tələbələrdən idi. Bu insanlar Quranı öz bildikləri kimi təfsir edir və "iman” dedikdə "məqsədə imanı” nəzərdə tuturlar. Onların məqsədi isə tam bərabər cəmiyyət qurmaqdır. Onlar marksizmin bəyan etdiyi "təbəqəsiz cəmiyyət” ideyasına əsaslanırdılar. Amma bütün bu fikirlərə dini don geyindirilir-di. Marksizm nəzəriyyəsinin əsas müddəalarından biri ictimai təbəqələrin ləğv olunmasıdır. Bu ideyaya uyan ruhanilər möcud olacaq yeganə təbəqəni tövhidə bayrağı altında yaşayan cəmiyyət kimi yozurdular. Bəli, Marks və Engelsin vahid sosial təbəqəsinə "İslam tövhid”i donu geyindirilirdi. Onlar imanı məqsədə təkallahlı cəmiyyətinin təşkili, bu cəmiyyəti isə bərabər təbəqəli cəmiyyət kimi tanıtdırırdılar.
    Sivil dünyada da marksiz ideyalarına oxşar ideyalar ortaya atılır, iddia olunur və bu ideyalar Qurani-kərimdən götürülmüşdür. Onu "yeni qiraət” adlandırırlar. Belə bir ideya İslam peyğəmbərinin zamanında da olmuşdur. Amma o zaman bu əqidə "rəy əsasında təfsir” adlan-dırılırdı. Bu ideyanın tərəfdarları iman dedikdə insanın öz hakimiyyət, tale və azadlığına imanını nəzərdə tuturlar. Əslində Quranda pislənilən sifətlər Quranın adından yaxşı kimi təqdim olunur. "Casiyə” surəsinin 23-cü ayəsində buyurulur: "Həva-həvəsini özünə tanrı edənin və Allahın bilərəkdən yoldan çıxart-dığını, qulağını və qəlbini möhürlədiyi və gözünə pərdə çəkdiyi kimsəni gördünmü? İndi Allahdan başqa onu kim hidayət edər?” Aydın olur ki, nəfsə itaət azğınlıqdır. Halbuki, "yeni qiraətçilər” nəfs istəklərindən və bu istəklərə hörmətlə yanaşılmasından danışırlar.
    QURAN AYƏLƏRİNDƏ İMAN MƏSƏLƏSİ
    Həqiqi imanın ünvanını öyrənməyən insan gec-tez səhvə düçar olacaqdır. Həqiqi imanı tanımaq üçün Quran ayələrinə müraciət edək. "Bəqərə” surəsinin 177-ci ayəsində buyurulur: "Yaxşılıq təkcə üzünüzü gün çıxana və ya günbatana çevirməklə deyil. Yaxşı əməl odur ki, insan Allaha, axirət gününə, mələklərə, kitab və peyğəmbərlərə inanıb olanından Allah yolunda sərf etsin”. Ayədən aydın görünür ki, insan hansı həqiqətlərə iman gətirməlidir. Amma iman üçün sadalanmış ünvanları bir adla da ifadə etmək olar: Allaha bütün sifətləri ilə birgə iman! Bəli, bütün İslam bilikləri tövhiddən qaynaqla-nır. Bütün imanların ruhu Allaha imandır. Digər həqiqətlərə iman Allaha imanın əsərləridir. Əlbəttə ki, Allaha iman gətirmiş insan Onun sifətlərinə də iman gətirməlidir. Bu sifətlərdən biri hikmətdir və Allahın hikməti peyğəmbərlərin göndərilməsini zəruri edir. Beləcə Allaha imanın ardınca peyğəmbərə iman gəlir. Peyğəmbərlərə iman onların Allah tərəfindən gətirdiyi kitablara iman doğurur. Bu məqamda mələklərə də iman gətirmək lazım gəlir. Bu sadalananların nəticəsi olaraq məad və qiyamət gününə iman gətirmək vacib olur.
    Öz mühakiməsində ədalətə əsaslanan istənilən bir şəxs heç vaxt inkar etməz ki, Qurani-kərim iman dedikdə Allah, onun sifətləri və şərtlərinə imanı nəzərdə tutur. Quranda mövzudan asılı olaraq insan üçün müxtəlif ünvanlar göstərilir ki, bütün bu ünvanlar tövhidd ətrafında cəmlənir. Nümunə olaraq bir neçə ayə göstərək:
    "Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə iman gətirdi və bütün möminlər Allaha, mələklərə, kitablara və peyğəmbərlərə iman gətirdilər”.("Bəqərə” surəsi, ayə: 285.) "Allaha və axirət gününə iman gətirib saleh əməllər edənlər üçün heç bir qorxu yoxdur”.("Maidə” surəsi, ayə: 69.) "Allah və Onun rəsuluna iman gətirin”.("Əraf” surəsi, ayə: 158.) "Bizim ayələrimizə iman gətirənlərə de ki, salam olsun sizə”.("Ənam” surəsi, ayə: 54.) "Allaha, Onun rəsuluna və göndərdiyimiz nura iman gətirin”.("Təğabun” surəsi, ayə: 8.)
    İMANLA ELMİN FƏRQLƏRİ
    Əvvəlki söhbətlərdən aydın oldu ki, iman insanın istək və iradəsindən asılıdır. Məhz bu cəhətə görə də iman elmdən fərqlənir. Qeyd edildi ki, elm iman üçün bir şərtdir. Amma "elm varsa, iman da var” demək olmaz. Firon haqqında danışan ayələrdən məlum oldu ki, bəzən insan varlığına əmin olduğu şeyi də inkar edə bilər.("Nəml” surəsi, ayə: 14.)
    Demək, iman elmdən əlavə istək və iradə ilə də bağlıdır. İnsan elm yolu ilə əldə etdiyi həqiqəti qəlb vasitəsi ilə istəməlidir. Bu istək yoxdursa qəbul olunmuş həqiqətə münasibətdə inkar, küfr mövqei labüddür. İnsan bilməməzlik üzündən də inkar edə bilər. Bu küfrün aşağı dərəcəsidir. Amma küfrün ən yuxarı dərəcəsi insanın öz bildiyini inkar etməsidir.
    İnsan Allahı Allah, peyğəmbəri peyğəmbər bilməklə xoşbəxt olmur. Yalnız bu həqiqətlərə qəlbən bağlanmış insan lazımi şərtləri yerinə yetirərək xoşbəxt ola bilər. Yalnız bildiyinə əməl edən insan iman qazanır. Hətta bir neçə əməli bilərəkdən inkar etmək küfr hesab olunur. Qurani-kərimdə bu barədə buyurulur: "Allaha və onun peyğəmbərlərinə kafir olanlar onlar arasında ayrılıq salmaq üçün dedilər: biz bəzisinə inanırıq və bəzisini inkar edirik”. ("Nisa” surəsi, ayə: 150.) "Bəqərə” surəsinin 85-ci ayəsində buyurulur: "Siz kitabın bir hissəsinə iman gətirib o biri hissəsini inkarmı edirsiniz? Bu cür iş görənlərin cəzası dünyada rüsvayçılıq, qiyamət günündə isə ağır əzabdır”. Ayələrdən məlum olur ki, peyğəmbər buyuruqlarının birini qəbul edib digərini inkar edənlər əsil kafirlərdir. Əgər bütün hökümlər Allah tərəfindən göndəri-libsə insan hansı əsasla bir hökmü qəbul, digərini inkar edə bilər. Allahın hökmünü öz xətalı ağlı ilə ölçən insan Allaha yox, öz nəfsinə pərəstiş edir. Qurani-kərimi qüsurlu hesab edən insan həqiqi kafirdir. Bu cür küfrün batini küfrdür, zahiri isə İslamla pərdələnmiş-dir. Zahirən müsəlmanlığa əməl edib batində həmin əməllərə inanmayan insan cəhənnəm əhlidir. Dildə şəhadət kələmələrini deyən insan zahirən müsəlman olur. Amma bu həqiqi müsəlmanlıq deyil. Əslində münafiq hesab edilən bu insanlar peyğəmbər dövründə də var idi və Həzrət Peyğəmbər (s) onlarla başqa müsəlmanlar kimi rəftar edirdi. Hər halda açıq kafirlə gizli kafirə zahirən eyni münasibət göstərmək olmaz.
    İMANIN MƏRTƏBƏLƏRİ
    İman mövzusunda diqqəti cəlb edən məsələlərdən biri onun mərtəbələridir. İmanın müxtəlif dərəcələri vardır. "Mömin” adlandırılan insanların iman dərəcələri bir-birindən fərqlənir. Bəzi ayələrə nəzər salaq:
    "Möminlər yalnız o şəxslərdir ki, Allahı yada saldıqda ürəkləri titrəyər, Allahın ayələri onlara oxunduqda imanları artar və öz Rəbblərinə təvəkkül edərlər”.("Ənfal” surəsi, ayə: 2.);"Möminlərin imanlarının üstünə iman artırmaq üçün onların qəlblərinə arxayınlıq nazil edən Odur”.("Fəth” surəsi, ayə: 4.); "Camaat onlara deyəndə ki, "sizə qar-şı bir yerə yığışmışlar, onlardan qorxun”, onların imanları artırıldı”.("Ali-İmran” surəsi, ayə: 173.) "Möminlər müşrik dəstələrini gördükdə dedilər: "Bu, Allah və Onun rəsulunun bizə verdiyi vəddir. Allah və Onun rəsulu düz demişlər”. Bu, yalnız onların iman və təslimçiliklərini artırdı”.("Əhzab” surəsi, ayə: 22.)
    Bu ayələrlə tanış olduqdan sonra heç bir şübhə qalmır ki, imanın dərəcələri var və bu dərəcələr artıb–azala bilər. Bəzi rəvayətlərdə bu dərəcələr haqqında danışılmışdır. İmam Sadiq (ə) buyurur: "İmanın on dərəcəsi var. Səlman onuncu, Əbuzər doqquzuncu və Miqdad səkkizinci iman dərəcəsindədirlər”.("Biharul-ənvar”, 69-cu cild.)Digər bir rəvayətdə buyurulur: "Allah-təala imanı yeddi paya bölüb: yaxşılıq, düzgünlük, yəqinliq, razılıq, vəfadarlıq, elm və dözüm. Sonra onu xalq arasında bölüb. Kiminə bir, kiminə iki və ya daha çox pay düşüb ... Bir pay imana malik olan şəxsə iki pay imanı olan şəxsin yükünü yükləməyin ... Onlar bu yükü daşıya bilməz”.("Biharul-ənvar”, 69-cu cild.) Sonsuzluğa uzanmış şüanı sonsuz parçalara ayırmaq mümkün olduğu kimi imanın da dərəcələrini sonsuzluğadək artırmaq olar. Əgər iman on dərəcəyə bölünübsə hər bir dərəcənin özünü də dərəcələrə ayırmaq olar.
    İMANIN MƏRTƏBƏLƏRİNDƏN ÖTRÜ ME’YAR
    İmanın nə dərəcədə olduğunu müəyyən etmək üçün insanların əməlinə diqqət yetirmək lazımdır. Ən yüksək iman mərtəbəsinə çatmaq üçün istisnasız olaraq bütün dini göstərişlərə əməl etmək lazımdır. Əməl azaldıqca iman dərəcəsi də azalır. Amma hətta bir dini göstərişi qəlbən qəbul etməyən şəxs kafirdir. Yalnız bütün dini göstərişləri qəlbən qəbul edib bu göstərişlərə əməl etmək fikirində olan insan imanın birinci pilləsinə qədəm qoyur. Qəlbən qəbul etdiyi buyuruqlara qismən əməl edən insan öz əməlinə uyğun iman mərtəbəsində yer tutur. Diqqət edin, söhbət qismən qəbul etməkdən yox, qismən əməl etməkdən gedir. Yəni hansısa bir ilahi göstərişi qəlbən qəbul etməyən insanda iman axtarmağa dəyməz. Allahı qəbul edən insan Onun qarşısında tam təslim olur. Allah qarşısında qismən təslimçilik məqbul deyil. Amma bütün dini buyuruqları qəlbən qəbul etmiş insan bu buyuruqlara qismən əməl edirsə, o, kafir yox, günahkar mömin sayılır. Kafirin nöqsanı inamında, günahkarın nöqsanı isə əməlindədir. Günahkar şəxs kafir şəxsdən fərqli olaraq bütün həqiqətləri qəbul edir, sadəcə, nəfsin vəsvəsələri ucbatından əmələ münasibətdə süstlük göstərir.
    Nöqsansız inam və nöqsansız əməl sahibləri "məsum”, yəni günahsız adlanır. İslam dini yalnız on dörd nəfəri məsum hesab edir. On dörd məsum dedikdə Həzrət Peyğəmbər (s), qızı Fatimə (s) və on iki imam nəzərdə tutulur. Sözsüz ki, bu on dörd nəfərdən başqa da günahsız adamlar ola bilər. Məsələn Xanım Zeynəb (ə), Həzrət Əbülfəzl Əbbas (ə) kimi ilahi şəxsiyyətləri günahkar hesab etmək olmaz. On dörd məsumu digərlərindən fərqləndirən isə onların günahsızlığına zamin durulmasıdır. Bu on dörd nəfərin günah-sızlığına etiqad şiə məzhəbində əsas şərtlər-dəndir. Amma başqalarını günahsız qəbul etmək şərt deyil.
    İMANIN ALİ MƏRTƏBƏLƏRİNDƏN NÜMUNƏLƏR
    Mərhum Seyyid Mürtəza və Mərhum Seyyid Rəzi böyük şiə alimlərindəndir. Bu iki qardaş mərhum Şeyx Müfidin şagirdiləri olmuşlar. Bir gün Şeyx Müfid yuxuda görür ki, Həzrət Fatimə (s) imam Həsən və imam Hüseynin əlindən tutub Şeyx Müfidin yanına gətirir və buyurur: "Ya Şeyx, bu uşaqlara fiqh öyrət”. Şeyx bu yuxunun təsirində ikən sübh tezdən bir qadın iki uşaq gətirib Həzrət Zəhranın (ə) sözlərini təkrar edir: "Ya Şeyx, bu uşaqlara fiqh öyrət”. Bu uşaqlar həmin Seyyid Mürtəza və Seyyid Rəzi idi. Şeyx Müfid öz yuxusunu bu uşaqlara yozur.
    Bir gün bu iki böyük şəxsiyyət ikilikdə namaz qılmalı olurlar. Fiqhə əsasən cəmiyyət namazında daha təqvalı və pəhrizkar şəxs pişnamaz dayanmalıdır. Seyyid Mürtəza və Seyyid Rəzi hər ikisi bu hökümlə tanış idilər. Seyyid Mürtəza deyir: "Buyurun, heç bir günaha yol verməmiş insan pişnamaz durarsa daha yaxşıdır”. Seyyid Rəzi belə cavab verir: "Siz buyurun, fikrindən günah keçməmiş insan pişnamaz durarsa daha yaxşı olar”.
    Ayətullah Behcət buyurur: "Nəcəfdə təhsil aldığımız zaman Qacar nəslindən olan bir nəfərlə tanış idim. O, bir vaxt İranın İraqda konsulu vəzifəsində çalışmışdı. Bu pak insan konsulluğ işini bitirdikdən sonra Nəcəf şəhə-rində həzrət Əlinin (ə) məqbərəsi yaxınlığında məskunlaşmışdı. Bu cüssəli, vüqarlı yerişə malik insanın daim təvazö ilə aşağı əyilmiş başı sanki, o pəhləvan cüssədən deyildi. Bu şəxs ehtizar halında, can verərkən belə deyirdi: "Pərvərdigara, özün bilirsən ki, yetkinliyə çatdığım gündən indiyədək bilərəkdən günah etməmişəm. Amma etiraf edirəm ki, hüzurunda əlim boşdur. Əgər mənə rəhm etməsən, heç bir mükafata haqqım yoxdur. Rəhm et mənə, ya Rəbb!”
    Əqli və fəlsəfi baxımdan adi bir insanın kamilliyə çatması, imanını qoruyub günaha yol verməməsi mümkündür. Amma, əlbəttə ki, böyük əksəriyyətin imanı zəifdir. İnsan yıxılır, durur, bir gün müti, bir gün isə asi olur. İnsanın iman mərtəbəsi onun yol verdiyi günahların miqdarı ilə təyin olunur. Hər birimiz çalışmalıyıq ki, Allahın yardımı ilə günahdan uzaqlaşaq.
    Category: Allaha doğru | Views: 1099 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024