İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 7
Qonaqlar 7
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 20 » Allaha doğru
    7:54 PM
    Allaha doğru
    ON DOQQUZUNCU DƏRS:
    İMANI GÜCLƏNDIRMƏK YOLLARI (1)
    ZAHİRİ İMAN VƏ BATİNİ KÜFR
    Qeyd edildi ki, nəfsin tərbiyəsində ilkin mərhələ qəflətdən qurtulmaq və diqqətli olmaqdır. Növbəti mərhələdə insan öz istək və iradəsi ilə iman qazanmağa çalışmalıdır. Deyildi ki, iman məcburi iş deyil və ona çatmaqda insan iradəsi-nin rolu var.
    O da məlum oldu ki, zikr və diqqət halının mərtəbələri olduğu kimi, imanın da mərtəbələri var və biz imanın dərəcələrini sübuta yetirən bəzi ayələrə müraciət etdik.("Ənfal” surəsi, ayə: 2; "Fəth” surəsi, ayə: 4.)
    Batini küfrdən qurtulmuş və cəhənnəmdən xilas olmaq üçün imanın ilk mərtəbəsi Allah və Onun sifətlərinə iman gətirməkdir. Bu iman cəm şəkildədir. Yəni Allahı qəbul edib onun bir sifətini inkar etmək, bir peyğəmbəri doğurçu, o birini yalançı bilmək, dini qəbul edib onun hansısa bir hökmünə qarşı çıxmaq iman deyil. Həqiqət tam şəkildə qəbul edilməlidir. Məsələn, bütün dini hökümləri qəbul edib, hicab hökmünü inkar edən insanın 999 hökmü qəbul etməsi faydasızdır. "Nisa” surəsinin 150-151–ci ayələri bu fikri təsdiqlədi.
    Demək, imanın ilk mərtəbəsi bütün ilahi göstərişlərin, bütün peyğəmbərlərin, bütün şəriət hökümlərinin istisnasız olaraq, tam şəkildə qəbul etmişdir. Hətta qəlbin bir küncündə hansısa ilahi bir hökmə cüzi etiraz olarsa bu etiraz küfr hesab olunur. Qeyd edildi ki belə bir küfr zahiri İslamla bir araya sığır. Yəni belə bir şəxs öz etirazını gizlədiyi halda cəmiyyətdə müsəlman kimi qəbul olunur. Belələri dünya həyatında müsəlmanlığın imtiyazlarından istifadə etsələr də, axirətdə əzab əhlidirlər.
    İmanın mərtəbələri haqqında danışarkən bu da aydın oldu ki, bu mərtəbələr sonsuz saydadır. Adi insanlarla övliyaların, övliyalarla Həzrət Əlinin (ə) iman dərəcələri arasında fərq olduqca böyükdür. Həzrət Əli (ə) buyurur: "Əgər (xaliqlə xilqət arasındakı) bütün pərdələr qaldırılarsa imanım bir zərrə də artırılmayacaq”. Adi insan-ların imanı övliyaların imanı ilə müqayisədə dərya müqabilində bir damla suyu xatırladır.
    İman dərəcələri arasındakı fərqlər insanların ibadətində, yol verdikləri günahlarda üzə çıxır. İnsanın ilahi razılığı qazanmaq yolunda göstərdiyi çalışqanlıq onun iman dərəcəsini göstərir.
    Dedik ki, insanın elm və biliyi onun imanının göstəricisi deyil. Cəmiyyət fədakar insanlara ehtiyaclı olduğu vaxt şahid oluruq ki, bir çox savadsız insanlar Allah yolunda canından keçir. Nə inki şəhidlər, hətta bu şəhidlərin ata-analarının, ailə-övladlarının ruhiyyəsinə qibtə etməmək olmur. Bəli, əsl mömin Allahın razılığını qazanmaq üçün canından belə keçməyə hazırdır.
    ZƏİF İMANLI QANE OLMUR
    İnsanı heyvandan fərqləndirən xüsusiyyətlərdən biri budur ki, onun istəyi bitib tükənmir. İmam Rahil buyurur ki, insan ilk əvvəl Allahdan bir qarın çörək və altına girmək üçün dam istəyir. Bu istəyə çatdıqdan sonra yavanlıq və abırlı ev fikirinə düşür. Arzular o qədər uzanır ki, insan nəhayətdə yer üzünə hakim olmaq istəyir. Bu məqamda ona yer kürəsini versən də sakitləşən deyil. O, aya çıxıb ulduzlara tamah salacaq. Bu xüsusiyyət bütün insanlarda var. Sonsuz kamilliyə çatmaq istəyi də bu xüsusiyyətin dəlilidir.
    Maraqlıdır ki, öz səylərində hədd-hüdud tanımayan insan Allaha yaxınlaşmaqda, mənəviy-yatını kamilləşdirməkdə süstlük göstərir. Heç nəyə qane olmayan insan necə olur ki, imanın ən aşağı mərtəbəsi ilə kifayətlənir. Doğrudanmı, insan behiştə ən aşağı məqamı bəs bilir? Bu ziddiyyətin əsl səbəbi insanın ruhunda mövcud olan zəiflik və xəstəlikdir. Zökəm insan dadlı xörəklərdən imtina etdiyi kimi, ruhən sağlam olmayan insan da mənəvi ləzzətlərdən imtina edir. Sağlam insan sonsuzluğa meyllidir və sonsuz kamilliyə biganəlik xəstəlik əlaməti hesab olunmalıdır.
    İstənilən hər birimiz əmin olsaq ki, cəhənnəm yox, behiştə düşəcəyik dərhal rahatlaşarıq. Bəli, insan öz behişt məqamını ucaltmaq əvəzində dünya işlərinə məşğul olmağı üstün tutur. Bu münasibət iman zəifliyindən doğur.
    Ey Rəbbimiz, bizi sonsuz kamala çatmaq arzusunda olanlardan qərar ver. Mən də övliyaların çatdığı uca məqama çatmaq istəyirəm. Mənə kömək ol sən bu məqamı biz insanlar üçün yaratmısan. Biz isə süstlük göstəririk. Bizi süstlükdən qurtar ya Rəbb!
    ELM İMANA YARDIMÇIDIR
    İmanı güclənirmək yollarından biri elm və biliyin artırılmasıdır. Dedik ki, imanın mərtəbələri var və insan öz imanını artıra bilər. İmanın yaranmasına kömək olan səbəblər gücləndirilərsə, iman da güclənər. Heç nə səbəbsiz yaranmır və imanın da yaranma səbəbi var. İnsan heç bir istəyə zəhmətsiz çata bilmir və bu zəhmət istəyin dəyərindən asılıdır. Yəni böyük məqsədlərə çatmaq üçün böyük çətinlikləri adlamaq lazım gəlir. İman isə ən böyük məqsəd, ən dəyərli nemətdir.
    İmanı gücləndirmək üçün onun amillərini tanıyıb sadədən mürəkkəbə doğru bu amilləri gücləndirmək lazımdır. Qeyd etmişdik ki, imanın ən azı iki əsas amili var: elm və istək. İman gücləndirmək üçün bu iki amilə diqqət yetirmək lazımdır.
    İmanın ilk iki şərtindən biri olan elm və mərifət əldə etmək üçün əsasən iki istiqamətdə fəaliyyət göstərmək olar:
    1.Əvvəla, iman gətirdiyimiz həqiqətlərin hər biri üçün yetərli dəlillər toplayıb bu dəlilləri öyrənməliyik. Allahşünaslıq, axirətşünaslıq kimi elmlər imanı gücləndirən vasitələrdir. Məhz bu səbəbdən elm və alimə böyük qiymət verilmişdir. Bir daha qeyd edək ki, iman üçün elm mütləq şərt deyil. Çünki bir çox alimləri cəhənnəmə aparan onların elmi olur. Yalnız o elm faydalıdır ki, insanın mənəvi yüksəlişinə xidmət edir. Elm insanı şübhə burulğanından keçirir və onun əqidəsini sabit edir.
    2.İkinci mühüm məsələ insanın əldə etdiyi elm və mərifəti ardıcıl şəkildə xatırlamasıdır. Əgər insan istəyirsə ki, qazandığı elm və mərifətdən bəhrə götürsün onları diri saxlamalıdır. Bir növ "sandıqda saxlanan” elm çətin anlarda insanın əlindən tuta bilmir. İnsan yalnız diqqət mərkəzində saxladığı elmlərdən faydalanır. İnsan "Əllahu əkbər” sözləri haq-qında yalnız ilk dəfə eşitdiyi zaman maraqlanıb sonra ömür boyu bu sözü kor-koranə təkrar edərsə yetərincə faydalana bilməz. Amma hər dəfə "Əllahu əkbər” deyərkən Allahın böyüklüyü barədə düşünən insan öz imanını gücləndirir. Gün uzunu namazlarda bu sözlərin deyilməsinin vacib buyurulması insanın təkamülü ilə əlaqədardır.
    İnsan zehni daimən dəyişkən haldadır. Zehnin qəbul etdiyi hər bir məlumat özündən əvvəlki məlumatı ikinci plana keçirir. Öz biliklərini təkrar etməyən insan həmin biliklərdən istifadə etmək gücündə deyil. Vacib buyurulmuş beş vaxt namazın fəlsəfəsi də daimi olaraq insana Allahı xatırlatmaqdır. Bir biliyin təkrarı həmin biliyin insan zehnində daha fəal mövqe tutmağına səbəb olur.
    "Ali-İmran” surəsinin 191-ci ayəsində insan üçün mümkün olan üç hal zikr olunur. İnsan ya oturur, ya durur, ya da uzanır. Ayədə insanın nəzərinə çatdırılır ki, insan bütün vəziyyətlərdə Allahı zikr etməlidir.
    Demək, imanın ilk ünsürünü gücləndirmək üçün iki iş görmək lazımdır: yetərli dəlillərə malik olmaq və bu mərifəti diri saxlamaq. Şübhə bazarının gur olduğu dövrümüzdə elmi dəlillərin əhəmiyyəti çox böyükdür. Dünyada insanları dini əqidədən uzaqlaşdırmaq missiyası daşıyan nəhəng təşkilatlar fəaliyyət göstərir. Əqidəsi bünöv-rəsiz olan savadsız insanlar Allah eləməmiş bu təşkilatların hədəfinə çevrilərsə bir anda imanını itirər. Yetərli dəlillərə malik olanlar üçün isə belə bir təhlükə yoxdur.
    İMAN VƏ İRADƏNİN QARŞILIQLI ƏLAQƏSİ VƏ BU YOLLA İMANIN GÜCLƏNDİRİLMƏSİ
    İmana mühüm təsir göstərən ikinci amil insanın istək və iradəsidir. İnsan həqiqəti tanıdıqdan sonra bu həqiqət qarşısında təslim olmazsa imana nail ola bilməz. Çox vaxt insan həqiqəti anlasa da onu inkar edir. Demək, imanı gücləndirməkdən ötrü ilk öncə onu qəbul etmək ruhiyyəsini gücləndirmək lazımdır.
    Sual oluna bilər ki, insan bildiyi həqiqətə nə üçün boyun əyməməlidir? Çünki həqiqəti qəbul edən insan bir çox istəklərindən əl çəkməlidir. Həm nəfs, həm də həqiqət qarşısında eyni zamanda əyilmək qeyri-mümkündür. Elə buna görə də çoxları nəfs istəklərinə üstünlük verir. Həqiqəti ötəri həvəslərə qurban vermək ağılsızlıq olsa da insan bu yolu gedir. Qurani-kərim buna misal olaraq Firon ardıcıllarını göstərir.("Nəml” surəsi, ayə: 14.) Əgər onlar Həzrət Musanın (ə) dəvətini qəbul edərdilərsə öz zül və sitəmlərindən əl çəkməli olacaqdılar. Onlarınsa belə bir fikri yox idi.
    Həqiqət qarşısında təslim olmaq üçün istək və meyllər qarşısında məhdudiyyət qoymaq zəruridir. Bu həqiqətə zidd olan istəklərdən isə bir dəfəlik əl çəkmək lazımdır. Körpə uşağın qarşısında günah etməkdən çəkinən insan Allahın hüzurunda olduğunu dərk edərsə günaha necə yol verər? Bunun səbəbi günahdan gələn ləzzətin Allahı unutdur-masıdır. Rəvayətlərdə bildirilir ki, bəzi günahlar insandan iman ruhunu alar və onu möminlər cərgəsindən çıxarar. Amma bir müddət sonra insan itaətsizlik halından çıxar və iman ruhu yenidən ona qayıdar.("Biharul-ənvar” 68-ci cild.)Deyilənlərdən belə məlum olur ki, günahla iman bir araya sığmır. İman dildə "Allah” demək yox, Allah qarşısında təslim olmaqdır. Allahın hüzurunda olduğuna inanan insan ən azı günaha cürət etməməlidir. Qiyamət sorğusuna əmin olan insan günaha yol verə bilməz. Günah edən insan ən azı bu günah müddətində Allahı yadından çıxarır.
    İmanın birinci amili olan mərifəti güclən-dirmək üçün, qeyd edildi ki, elmlə məşğul olub həqiqəti anlamaq lazımdır. Bildiklərimizi unutmamaq üçün təkrar etməyimiz çox zəruridir. Amma bütün bunlar həqiqətlərin qəlbən qəbulu və təslimçilik üçün müqəddimədir. Əsas çətinlik məhz imanın ikinci amili olan təslimçilik ruhiyyəsini yaratmaqdır. Çoxları Allahın varlığın bilir, amma öz bəndəlik vəzifələrinə əməl etmir. Bilirik ki, namaz vacibdir və Allahın əmridir. Amma namaz qılmağa rəğbət-sizik. Qulağımıza Quran sədaları dəysə də bu sədalardan sevinc duymuruq. Əgər televizorun bir kanalında Quran tilavəti, o birində kinofilm göstərilirsə ikinciyə üstünlük veririk. Allahı sevən insan necə olur ki belə bir seçim edir? Bəlkə, heç belə bir məhəbbət mövcud deyil? "Zumər” surəsinin 45-ci ayəsində buyurulur: "Allah bir olaraq xatırlandığı zaman axirətə iman gətirməyənlərin qəlbləri sıxılar”. Bu ayəni diqqətlə təhlil etmək çox mühümdür. Nə üçün bəziləri Allahın adından ləzzət almır, hətta bəziləri bu adı eşidərkən qəzəblənirlər? Diqqət edin, buyurulur ki, bu insanların axirətə inamı yoxdur. Yəni insan Allahı yox, təkcə axirəti də inkar edə bilir. Demək, nəfsin cilovunu yığıb, onun istədiyi istiqamətdə çapmağağının qarşısı alınmalıdır. Nəfsi cilovlamaq elə də asan iş deyil və bundan ötürü bəzi hazırlıqlara ehtiyac var. Bu işdə sadədən mürəkkəbə doğru hərəkət etmək lazımdır. Nəfsi addım-addım itaətə gətirmək lazımdır. Ona birdən-birə ağır tələblər irəli sürülərsə qısa müddətdən sonra öz üsyankar vəziyyətinə qayıdacaqdır. Nəfsi Allahla ünsiyyət, zikr və Qurana sövq etmək üçün çox incə bir proqram hazırlamaq lazımdır. Ümid edək ki, Allah-təalanın yardımı, Quran və Əhli-beytin göstərişləri vasitəsi ilə belə proqram hazırlayacaq, təkamül yolunda bir addım qabağa gedə biləcəyik. Özünütərbiyə günbə-gün Allaha yaxınlaşmaqdan ibarətdir. Bu məqsədə nail olmaq üçün imanın ikinci ünsürü haqqında ətraflı danışacağıq.
    Category: Allaha doğru | Views: 1018 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024