İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 20 » Allaha doğru
    9:16 AM
    Allaha doğru
    İYİRMİ BİRİNCİ DƏRS:
    İMAN VƏ ƏMƏLIN RABITƏSI
    ÖTƏN MÖVZULARA BİR BAXIŞ
    Ayə və hədislərdən məlum oldu ki, insan üçün yeganə səadət yolu Allaha, itaət iman və saleh əməldir. İmanın mərtəbələri var və o, dəyişgəndir. İmanın güclü və ya zəif olması əməldə üzə çıxır. Dini vəzifələrinə əməl edib, saleh işlər görənlərin imanı da güclüdür. Güclü imana malik insanlar günahdan çəkinir, hətta şübhəli işlərə də yol vermirlər.
    Demək, insanı təkamülə aparan, onu həqiqi insan edən, onun insanlıq mərtəbəsini ucaldan yalnız imandır. İman nə qədər kamil olarsa kamillik də bir o qədər yuxarı olar. İnsanı süquta yetirən isə küfrdür. Küfrün də mərtəbələri var. O da əməldə zahir olur. Bəzi insanlar cəhənnəmin dərin qatlarına quyusuna salınacaq qədər küfrə batırlar.("Nisa” surəsi, ayə: 145.)İnsan imanla küfrün arasında da ola bilər. O, dayandığı nöqtədən bir addım irəli atarsa mömin, bir addım geri atarsa kafir olar. Peyğəmbər və övliyaların işi özləri ilə yanaşı başqalarını da iman yolunda irəli aparmaqdır. Peyğəmbər yolunu seçənlər öz imanlarını artır-maqla insani kamilliklərini artırmaq fikrində olanlardırlar. Bu kamilliyə Allaha yaxınlaşmaq-la nail olmaq mümkündür.
    Bəs imanı necə gücləndirmək olar? İmanın aşağı mərtəbəsində dayanmaq ona görə qorxuludur ki, insan bu nöqtədən çox asanlıqla küfr mərtəbəsinə enə bilər. Çünki imanın aşağı mərtəbəsi küfr sərhəddinin lap yaxınlığında-dır. İmanın yuxarı mərtəbəsi isə belə deyil. Bütün dünya yuxarı mərtəbədə durmuş insana hücum etsə, onun məqamını iynə ucu qədər dəyişə bilməz. Həzrət Əli (ə) imanın ən ali mərtəbəsi haqqında belə buyurur: "Əgər bütün pərdələr qaldırılsa, mənim yəqinliyim zərrə qədər də artırmaz”.("Biharul-ənvar” 69-cu cild.)Əlbəttə, belə bir ali mərtəbəyə az adamlar ucala bilir. Əgər peyğəmbər göstərən yolla getsək, bu yol bizi həmin zirvəyə aparar. Amma o zirvəyə nə qədər yaxınlaşmaq öz iradəmizdən asılıdır.
    İMANI GÜCLƏNDİRMƏNİN İKİ AMİLİ
    Bəs iman zirvəsinə yaxınlaşmaq üçün nə etməliyik? Qeyd etdik ki, iman iki amildən yaranır. Elm və istək. Yəni Allahı tanıyıb, Onun göstərişlərinə əməl edən insan iman qazanır. Demək, imanı gücləndirmək üçün bu iki amili gücləndirmək lazımdır. İnsan çalışmalıdır ki, öz elmini artırmaqla Allahı, Onun sifət və fellərini daha dərindən tanısın. Əlbəttə ki, peyğəmbər və məsum imamları tanımaq da Allahı tanımanın davamıdır. İnsan bir övliyadan kəramət gördükdə onun qəlbi işıqlanır. İmanın nümunəsi ilə qarşılaşan insanın da imanı artır, saleh işlərə meyli çoxalır.
    İmanı gücləndirmənin ikinci amili istəyin gücləndirilməsidir. İradə təkcə elm və mərifət yolu ilə yaranmır. İradə qazanmaq üçün ərəblərin "riyazət” adlandırdıqları təkrara ehtiyac var. İnsan öz mənəvi yönümünü gücləndirmək üçün bir sıra təkrarları yerinə yetirməlidir. Vacib namazın beş vaxt təyin olunmasının fəlsəfəsi də budur. Gün uzunu ibadətin təkrar olunması insanın iradəsini gücləndirir. İldə bir ay oruc tutmağın vacib olması müəyyən səbəblərlə bağlıdır. Məsələn, oruc insanın iradəsini gücləndirir. Bütün ibadətlərdəki təkrarlar mənəvi hərəkət iradəsini gücləndirmək üçündür. İnsanın daxilində baş verən tədrici dəyişiklik mənəvi hərəkət hesab olunur. Allaha yaxınlaşmaq qərarına gəlmiş insanın ruhu hərəkətə gəlir. "Mən, həqiqətən, hənif (müvəhhid) olaraq üzümü göyləri və yeri yaradan kəsə tutmuşam”. ("Ənam” surəsi, ayə: 79.) Bəli, insan öz mənəvi dünyasını hərəkətə gətirmək qərarına gələ bilər.
    Peyğəmbərlərin gəlişində məqsəd insanlara insanlıq yolunu göstərməkdir. Təkamül yolunu keçmək üçün üzümüzü Allaha tutmalıyıq. Peyğəmbərlər belə nəsihət edir: "Tam inamla dinə tərəf üz tut. Həmin fitrət ki, Allah insanları bu fitrət əsasında yaratmışdır”. ("Rum” surəsi, ayə: 30.) Üzünü Allaha tutan insan qədəm-qədəm Ona yaxınlaşır. Həzrət İbrahim (ə) məhz belə hərəkət etdi: "Mən ixlas və pak qəlblə üzümü o kəsə tutmuşam ki, göyləri və yeri yaratmışdır”.("Ənam” surəsi, ayə: 79.) Həzrət Məhəmmədə (s) göstəriş verilir: "(De ki) həqiqətən, mənim namazım, ibadətim, həyatım və ölümüm aləmlərin Rəbbi Allah üçündür”. ("Ənam” surəsi, ayə: 162.) Üzü Allaha dayanmış insanın təkcə ibadəti yox, bütün hərəkətləri Allah üçündür. Əlbəttə ki, söhbət gördüyümüz üz yox, mənəviyyat üzündən gedir. Belə insanın bütün həyatı təkamüldən ibarətdir.
    Amma Allah-təala insanı azad yaratmışdır. Uzun müddət Allaha doğru gedən etmiş insan bir anda öz istək və iradəsinə əsasən öz istiqamətini dəyişə bilər. Bəli, Allaha üz tutmuş insan Ondan çevrilib, şeytana da üz tuta bilər. Təkamül yolundan süquta uğramaq bir anlıq işdir. Buna görə də insan varlıq aləmindəki mövqeyini tanımalı, qarşısında bir-birinə zidd iki yolun mövcudluğunu unutmamalıdır. Belə olsa, insan süquta uğramamaq üçün ehtiyatlı olar.
    İmam Sadiq (ə) bir rəvayətdə təqva haqqında belə buyurur: "Çör-çöp, tikan, ilan və əqrəblə dolu bir biyaban təsəvvür et. Əgər qaranlıq bir gecədə bu biyabandan keçəsi olsan necə yeriyərsən? Aydındır ki, çox ehtiyatlı addım atarsan ki, ilan və əqrəbə, tikana ilişməyəsən. Təqva budur!” Bəli təqva odur ki, ilan və əqrəblə dolu dünya həyatında bütün diqqətini toplayıb xətərlərdən sovuşasan.
    Demək təkamül yolunda hərəkət etmək üçün hər şeydən əvvəl istiqaməti müəyyənləşdirmək lazımdır. Bu seçimdə azad olan insan ya xeyir, ya da şər yolunu seçməlidir. Yəni insanın qarşısında yalnız iki yol var: Allah yolu və şeytan yolu. Bir yol behiştə və nura, digər yol cəhənnəm və qaranlığa aparır. "Muzzəmmil” surəsinin 19-cu ayəsində oxuyuruq: "Hər kəs istəsə Allahına doğru yol seçsin”.
    İMAN VƏ SALEH ƏMƏL
    Necə olur ki, saleh əməllər imanı gücləndirir? Sədəqə vermək, namaz qılmaq, məzluma arxa durmaqla iman necə artır? Saleh əməl adlandırı-lan bütün işlərin əsas dəyəri xüsusi ruha malik olmasıdır. Saleh əməl zamanı diqqət Allaha yönəlir demək saleh əməlin ruhu Allaha diqqətdir və bu diqqət səbəbindən iman güclənir.
    Maddi dünyada yaşadığımızdan mənəvi məsələlər haqqında danışarkən maddi məfhum-lardan istifadə etməli oluruq. Məsələn, "əliyy” sözünün anlaşılması üçün "böyük” kələməsindən istifadə edirik. Hansı ki, "əliyy” maddi yox, mənəvi böyüklükdür. Allah haqqında "əliyy” desək də, təsəvvürümüzdə maddi böyüklük canlanır. Təkamül yolu haqqında danışarkən də mənəvi hərəkətləri maddi ölçülərlə təsvir etmək məcburiyyətində qalırıq. "Bəqərə” surəsinin 257-ci ayəsində oxuyuruq: "Allah möminlərin vəlisidir. Onları qaranlıqdan işığa çıxa-rır. Kafirlərin dostu isə tağutdur və onları işıqdan qaranlığa sürükləyir”. Allah-təala insanlara nurdan olan bir aləm təsvir edir. Bəzi insanlar zülmət dünyadan həmin nur aləminə yol tapar, bəziləri isə nur aləmindən zülmət aləminə düşərlər. Zülmət dünyasından nur dünyasına qədəm qoyan insan qaranlıq gecədə işıq görən insan kimidir. O, bu işığı gördükdə ümidi artır və həmin işığa doğru hərəkətə başlayır. İnsan bu işığa yaxınlaşdıqca o böyüyür. Nəhayət insan işığın mənbəyinə çatır.
    İşığın hərəkətinə nəzər salsaq görərik ki, işıq öz mənbəyindən uzaqlaşdıqca kiçilib nöqtəyə çevrilir. Nur dünyasına qədəm qoyan insan əvvəlcə bu nöqtəni görür. Nöqtəyə yaxınlaşdıqca o, böyüyür və güclənir. Fəzanın geniş bir hissəsini işıqlandıran günəşi təsəvvür edin. Yerlə günəş arasındakı məsafə 144 milyon km-dir. Günəş on qat artıq məsafəni işıqlandırsa da, hansısa bir nöqtədə bu işıq tükənir. İndi işığı bitib–tükənməyən bir işıq mənbəyi təsəvvür edin. Qurani-kərimdə Allah-təala belə sonsuz nur mənbəyi kimi tanıtdırılır: "Allah göylərin və yerin nurudur”. ("Nur” surəsi, ayə: 35.) Biz Allahın müqəddəs zatından şüalanan nura doğru hərəkət edərək kamala çatmalıyıq. Arxamızda isə zülmət dəryası dayanıb. Bu dəryaya düşmüş kafirlər nə qədər çırpınsalar da zülmətdən qurtula bilmirlər. Zülmət dalğaları onları qoynuna alıb daha da dərinliyə aparır. "Nur” surəsinin 40-cı ayəsində oxuyuruq: "(Kafirlərin əməlləri) Dalğalı dəryanın qaranlıqlarına bənzər ki, bir dalğa onu bürüdükdə üsütündən bir dalğa da gələr, onun üsütündə də bir bulud durar. Bu qaranlıqların bəzisi bəzisinin üstündədir. Əlini bayıra çıxaran onu görməz. Allahın işıq vermədiyi kəsə işıq yoxdur”. Amma Allahın zülmətdən nura çıxardığı mömin bu nurda irəli gedə bilər. Bu nur sonsuzdur və mömin üçün dayanacaq yoxdur. İnsan heç zaman bu nurun mənbəsinə çata bilmir. Amma bilməliyik ki, bu nur dünyada hiss etdiyimiz nur deyil. Təkamül yolunun başlanğıcındakı nur nöqtəsi imanın ilk mərtəbəyinə, nur mənbəsi isə Allah-təalaya işarədir. Allah bu yolda insana yardımçıdır. İnsan qəlbinə imanın ilk mərtəbəsi daxil olanda artıq o, hidayət olunur: "Hər kəs Allaha iman gətirsə, Allah onun qəlbini hidayət edər”. ("Təğabun” surəsi, ayə: 11.)Bəli, Allah ölü qəlbi iman nuru ilə dirildir. Kafir isə ətrafına zülmətdən çəpər çəkdiyindən belə bir diqqətdən məhrum olur. "Ənam” surəsinin 122-ci ayəsində oxuyuruq: "Ölü ikən diriltdiyimiz və insanlar arasında gəzə bil-məsi üçün işıq verdiyimiz şəxs qaranlıqda qalıb oradan çıxa bilməyən şəxslə birdirmi?”
    Nur aləmi ilə zülmət aləmi qarşı-qarşıyadır. Nəfs istəkləri və şeytana tabe olan insan nurdan uzaqlaşıb zülmətə qərq olur. Zülmətdən çıxmaq üçün insana iman gərəkdir.("Bəqərə” surəsi, ayə: 157.) Allah o insanların hidayətini öhdəyə alır ki, onlar iman gətirsinlər. Küfr isə insanı zülmətə qərq edib Allahdan uzaqlaşdırır.
    Nur aləmində irəli getmək üçün saleh əməl lazımdır. Saleh əməl iman ruhu üfürülmüş əməldir və o, imandan doğur. Bu ruh gücləndikcə saleh əməl də güclənir və insanın nuru artır. "Fatir” surəsinin 10-cu ayəsində oxuyuruq: "Pak söz ona doğru yüksələr, saleh əməl isə onu (insanı) ucaldar”. Mərhum Əllamə Təbatəbai bu ayənin təfsirində buyurur: "Bu ayə əməlin imana təsirini aydınlaşdırır və məlum olur ki, saleh əməl imanı gücləndirir...” İnsanı Allaha tərəf ucaldan və onu təkamülə sövq edən əslində insanı hərəkətə gətirən iradədir. Ayədə zikr olunan pak söz ("kəlmeyi təyyibə”) "la ilahə illəllah”, yəni tövhid kəlmələridir. Tövhidə iman insanı Allaha yaxınlaşdırır. Nə üçün saleh əməl imanı gücləndirir? Çünki saleh əməlin cövhəri iman-dandır. Bu cövhər Allaha diqqətdən ibarətdir. Əlbəttə ki, bu diqqətin dərəcələri var. Diqqətin yuxarı dərəcəsində insan Allahdan başqa heç nəyə diqqət yetirmir. Məsum imamların (ə) namazla-rında belə bir diqqət vardı. Onlar namaz zamanı yalnız Allahı düşünərdilər. Belə saleh əməl insanı bir anda çox yüksəklərə qaldıra bilər. Namaz ən xeyirli əməldir. Bəli, əgər iki rəkət həqiqi namaz qıla bilsək, ilahi ucalıqları seyr edə bilərik.
    GÜNAH İMANIN DÜŞMƏNİDİR
    Saleh əməl imanı gücləndirdiyi kimi, günah da öz növbəsində imanı puça çıxarır. İnsan üzünü Allahdan döndərən kimi doğru yoldan çıxır. Hər bir günah insanı imandan bir addım uzaqlaşdırıb küfrə yaxınlaşdırır. Adət şəklini almış günah insanı cəhənnəmə sürükləyir. İnsanı belə bir zəlalətdən yalnız həqiqi tövbə xilas edə bilər. İnsan birdən–birə kafir olmur. Onun tədricən batdığı günahlar küfr üçün şərait yaradır. Tövbə surəsinin 77-ci ayəsində oxuyuruq: "Allaha verdikləri vədəyə xilaf çıxdıqlarına və yalan danışdıqları-na görə Allah da onların qəlbinə Ona qovuşacaqları günə qədər nifaq saldı”. Digər bir ayədə buyurulur:"Sonra da Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqla pislik edənlərin aqibəti daha da pis oldu”. ("Rum” surəsi, ayə: 10.) Bəli, günahın nəticəsi küfürdür. Günah üstündən günaha yol verən insan nəinki Allahdan üz döndərir, hətta ona qarşı qiyam qaldırır. Süquta uğramaq astanasında olan insan üçün iki rəkət namaz qılmaq dağ tək ağır gəlir. Saatlarla mənasız söhbətlərə, kinofilmlərə həvəslə vaxt sərf edən insan namaz üçün iki dəqiqə vaxt ayıra bilmir. "Bəqərə” surəsinin 45-ci ayəsində oxuyu-ruq: "Doğrudan da bu iş (namaz) Allaha itaət edənlərdən başqa hamıya ağır gələr”. Bu hal insanın yol verdiyi günahlardan yaranır. Bir çox möminlər məhz günah səbəbindən imanını əldən verir. Zahirən imanlı görünən bir çox günahkarlar Allaha üz tutmağa güc tapmırlar. Bəli, elə insanlar var ki, gündə min dəfə ətrafındakılara boyun əydiyi halda bir dəfə Allaha boyun əyməyi özünə sığışdırmır. Bütün bu hallar günahdan doğur. Elə bilməyək ki, insan üçün ən alçaq mərtəbə Allah adını eşidərkən qəzəblənməkdir. Bundan da alçaq mərtəbə var. Bəzi insanlar o qədər alçalır ki, hətta Allahı "simvolik bir məfhum” hesab etməkdən belə çəkinmir. Allahı inkar etdiyi halda Quranın gözəlliyindən dəm vuranlar da var. Bu ziddiyyətli fikirləri doğuran həmin insanların yol verdikləri günahlardır. İnsan günaha batdıqca onun qəlbini qaranlıq bürüyür, nəhayət elə bir an çatır ki, qəlbdə iman nurundan zərrə qədər də olsun nişanə qalmır. Belə zülmətə düşmüş insa-nın həqiqəti görməsi qeyri-insani-mümkündür.
    Pərvərdigara, qəlbimizi iman nuru ilə işıqlandır və bizə günah qaranlığından nicat ver.
    Category: Allaha doğru | Views: 1017 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024