İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 10
Qonaqlar 10
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 20 » Allaha doğru
    9:15 AM
    Allaha doğru
    İYİRMİ İKİNCİ DƏRS:
    GÜNAH INSANI SÜQUTA APARIR
    KAFİRİN ƏMƏLİ FAYDASIZDIR
    Əvvəlki söhbətlərdə qeyd etdik ki, insan səadətinin əsas amili Allaha imandır. Yalnız iman yolu ilə Allahın geniş mərhəməti və əbədi nemətlərə çatmaq olar. Küfr isə insanı əbədi bədbəxtçiliyə aparır. İmanın mərtəbələri çoxdur və hər bir mərtəbəyə çatmaq üçün saleh əməllərə ehtiyac var. İnsanın təkamülü onun öz iman dərəcəsini artırmaqdan ibarətdir. İman və saleh əməl arasında olan münasibət küfr və günah arasında da mövcuddur. Saleh əməl insanı imana, günah isə küfrə yaxınlaşdırır. Bəzən imanlı insan günahlarının səbəbindən o qədər alçalır ki, küfrün bir addımlığında dayanır. Bu məqam imanla küfrün sərhəddidir.
    Məlum oldu ki, iman olmayan yerdə saleh əməlin faydası yoxdur. Küfr tufanı bütün əməlləri göyə sovurur. "İbrahim” surəsinin 18-ci ayəsində buyurulur: "Rəbblərini inkar edənlərin əməl-ləri fırtınalı bir gündə tünd yelin sovurub apardığı külə bənzər və onlar etdikləri əməldən heç bir fayda qazana bilməzlər”. İman-dan məhrum insanlar xalqın nəzərində gözəl olan xeyir işlər görsələr də bu işlərdən faydalana bilməzlər. Belə əməllərə görə dünya həyatında müəyyən faydalara sahib olsalar da əbədi axirət nemətlərindən məhrum olarlar. Ayədə bu əməllər külə oxşadılır. Əgər küldən bir dağ düzəlsə, güclü tufan bu dağı bir anda göyə sovurar. Kafirlərin xeyir əməlləri qiyamət tufanında kül tək göyə sovurular. "Nur” surəsinin 39-cu ayəsində buyurulur: "Kafirlərin əməlləri düzənlikdə ilğıma bənzər. Onu su hesab edən susuz gəlib çatdığı zaman orada bir şey tapa bilməz”. Xeyir əməllərinə və xalqın təriflərinə uyan kafirlər qiyamət səhnəsində əliboş qalacaqlar. Əlbəttə ki, onlar bir gün Allaha möhtac olacaqlarını təsəvvür etsəydilər aldanmazdılar. Qiyamət günü onları qəfil bir görüş gözləyir. Onlar gözləmədikləri bir kəslə qarşılaşar və görərlər ki, Allahdan başqa sığınacaq yoxdur.
    "Furqan” surəsinin 23-cü ayəsində buyurulur: "Biz onların əməllərini dağınıq zərrələrə döndərərik”. Bəli, qiyamət tufanında göyə sovrulan zərrələrə! Sözsüz ki, Allah kimsəyə zülm etməz. Kafirlər özləri özlərinə zülm edirlər. Allah xeyir işi puça çıxarmır. Sadəcə tərif, afərin üçün görülən iş, əslində, puçdur. Qiyamət günü kafirlər öz əməllərinin puç olduğunu anlayarlar.
    ƏN ZİYANKAR KƏSLƏR
    Ayə və rəvayətlərə nəzər saldıqda aydın olur ki, axirət xoşbəxtliyi yalnız iman və imandan doğmuş əməl sayəsində əldə edilə bilər. Küfr isə insanı əbədi bədbəxtçiliyə aparır. Əlbəttə ki, düşüncə nöqteyi-nəzərindən "müstəzəf”, yəni zəif hesab olunanlara münasibət ayrıdır. O insan müstəzəf hesab olunur ki, həqiqətdən xəbəri olmadığına görə heç bir təqsiri yoxdur. Amma həqiqəti anlamağa gücü çatdığı halda buna cəhd etməyənlər təqsirlidir. Həqiqəti bilərəkdən inkar edənlər hökmən cəzaya çatacaqlar. Onların öz əməllərinə güvənməsi əsassızdır. Bəzən insan öz nəfsinin və şeytanın təsiri altında bilə-bilə şər işlərə qurşanır, sonra isə peşman olur. Amma elələri də var ki, özünü yaxşı insan hesab etdiyi halda bir də ayılır ki, cəhənnəmdədir. Ən ziyankar kəslər belələridir: "De ki, sizə əməlləri baxımından daha çox ziyana düşən kəslərdən xəbər verimmi? Onlar yaxşı iş gördüklərini güman etdikləri halda dünyadakı səyləri boşa çıxan kimsələrdir. Onlar Rəbblərinin ayələrini və Onunla görüşəcək-lərini inkar etmələrinin nəticəsində əməl-ləri heç olanlardır”. ("Kəhf” surəsi, ayə: 103-105.) Bəli, ən ziyankar o kəslərdir ki, əslində puç dünya əməllərinə arxayın olublar. Bir daha qeyd edək ki, cəhalət səbəbindən iman gətirməyənlərin hesabı ayrıdır və onlar düşüncə zəifliyinə görə bağışlana bilər. "Ən ziyankar” sinfinə isə düşüncəli şəkildə küfr edənlər daxildir.
    NƏ ÜÇÜN "ƏN ZİYANKAR”?
    Maraqlıdır ki, gördüyü işlərin pisliyini bildiyi halda onları davam etdirənlər "ziyankar”, pis işi yaxşı güman edərək davam etdirənlər isə "ən ziyankar” adlandırılmışdır. Bu sualın cavabında ilahi bir qanunauyğunluğu incələmək lazım gəlir. İnsan bəzən o qədər günaha yol verir ki, yaxşını pisdən seçmək qabiliyyətini itirir. Belə insana elm və biliyin də köməyi olmur. "Casiyə” surəsinin 23-cü ayəsini yada salaq: "Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü?” Nəfsə itaət elə bir dərəcəyə çatır ki, insan öz bildiyinə qarşı kor olur. "Nəhl” surəsinin 108-ci ayəsində buyurulur: "Bun-lar o kəslərdir ki, Allah onların qəlblərini, qulaqlarını və gözlərini möhürləmişdir. Doğurdan da onlar qəflətdədirlər”. Başqa bir ayədə oxuyuruq: "Doğurdan da kafirləri qorxut-san da, qorxutmasan da, fərq etməz, onlar inanmayacaqlar; Allah onların ürəklərinə və qulaqlarına möhür vurmuşdur, gözləri önündə isə pərdə vardır”. ("Bəqərə” surəsi ayə: 6-7.)Belə insanların qəlbinin ilahi nurdan məhrum olmasının səbəbi öz günahlarıdır. İnsan üçün ən böyük əzab onun yaxşını pisdən ayıra bilməməsidir. Bir daha qeyd edək ki, belə bir hal insanın günahlarının qanuni nəticəsidir. "Səff” surəsinin 5-ci ayəsin-də buyurulur: "Allah həqiqətdən üz döndərənlər-in qəlbini döndərdi. Allah günahkar qövmü hidayət etməz”.
    Bu qayda elmlə məşğul olan insanlar üçün çox mühüm xəbərdarlıqdır. Unutmamalıyıq ki, öz bildiklərimizə əməl etməsək bu qaydaya uyğun olaraq yaxşını pisdən seçmək qabiliyyətini itirərik. Qurani-kərimdə bu mövzuya aid çox nümunələr var. Elminə əməl etməyən alim haqqında "Əraf” surəsinin 175-176-cı ayələrində buyuru-lur: "Onlara ayələrimizi verdiyimiz şəxsin xəbərini də söylə. O, (ayələrimizi inkar edib) inmandan döndü. Şeytan onu özünə tabe etdi və o, azğınlardan oldu. Əgər istəsəydik onu ayələri-mizlə ucaldardıq. Lakin o, yerə (dünyaya) meyl edib nəfsinin istəklərinə uydu”.
    GÜNAHIN AXIRI KÜFÜRDÜR
    Qeyd etdik ki qarşımızda iki yol var: küfr və iman. Küfr şeytana itaətdir və insanı cəhənnəmə doğru çəkir. İman isə Allaha itaətdir və insanı behiştə aparır. Bəs iman yolunu seçib, bu yolda iman dərəcəsini artırmaq üçün nə etməliyik? Eləcə də küfrə aparan səbəbləri öyrənib, ehtiyatlı olmağımız lazım gəlir.
    Qeyd etdik ki, insanı imandan uzaqlaşdırıb küfrə sürükləyən səbəb günahdır. Bu günahla küfr arasında hansı əlaqə var? Əxlaq alimləri belə hesab edirlər ki, insanı günaha sövq edən şəhvət və qəzəbdir. İnsan bu hisslərin təsiri altında ilk dəfə günah etdikdə bir müddət sonra şəhvət və qəzəb sönür və insan adi halına qayıdır. Adi hala qayıtmış insan peşman olur və gördüyü işə görə özünü danlayır. Belə insanlar, adətən, tövbə edir, Allah da onları bağışlayır. Rəvayətlərdə buyuru-lur ki, mömin günah etdikdə Allah bu günahı qeyd edən mələkləri yeddi saat yubatmaqla mömindən tövbə gözləyir. Allah-təala istəmir ki, möminin əməl dəftərinə günah yazılsın. Bu müddət ərzində peşman olub səmimi qəlbdən tövbə edən insan günah etməmiş kimidir.("Biharul-ənvar” 6-cı cild.)
    Amma birinci günahdan sonra tövbə edilməsə şeytan insanı təkrar–təkrar bu günaha qaytarır. Günah təkrarlandıqca adət şəklini alır və peşmanlıq hissi ləzzət hissinə çevrilir. Bu zaman nəfsdə ziddiyyət yaranır və insanın daxilində çarpışma gedir. Yol verdiyi günahın haramlığını bilən insan Allaha qarşı çıxdığını anlasa da adət səbəbindən günahdan uzaqlaşa bilmir. Özünü inam və əməlin mübarizə meydanında görən insan "doğrudanmı, mən pis insanam?” deyə düşünür. Sonra anlayır ki, inandığı həqiqətlərə əməl etməyib. Özünə belə cavab verir: "Bəli, mən pis insanam ki, bu qədər günaha yol vermişəm”. Amma insan xaraktercə özünüsevən olduğundan pis insan olmasını asanlıqla qəbul etmir. Əksər günahkarlar pis iş gördüklərini anlasalar da bunu etiraf etməkdən çəkinirlər. Hər halda imanlı insanın günah etməsi ziddiyyətli məsələ olsa da, həqiqətdir. Belə insan ruhi narahatlığını aradan qaldırmaq üçün çalışır. Bu zaman şeytan üçün fürsət yaranır və o, meydana girib insanın qulağına pıçıldayır: "Haradan bilirsən ki, gördüyün işlər günahdır?” Şeytanın vəsvəsəsinə əql və fitrət cavab verir ki, Quran bu əməlləri günah sayır. Şeytan şübhə toxumu səpməkdə davam edir: "Əvvəla, Quran Allah sözü yox, peyğəmbər sözüdür. Peyğəmbər isə adi bəşərdir və səhv edə bilər. Lap elə tutaq ki, Quran Allah sözüdür. Məgər Allah səhv edə bilməz?!” Bəli, şeytan bu sözləri deməyə qadirdir. Bu gün insanlar arasında özünü ziyalı adlan-dıran, əslində zülmətə bələnmiş adamlar var ki, şeytanın bu sözlərini təkrarlayırlar. Belə şeytansifət hiyləgərlərdən Allah pənah aparaq!
    Bəli, günah insanı tədricən küfrə aparır. İnsanın daxilində yaranmış mübarizəni öz xeyrinə həll etmək üçün şeytan min bir üsula əl atır. İnsanı bu vəziyyətə gətirən isə təkrar-təkrar günaha yol verməsidir. Əbədi əzabdan qorxan insan günahdan qaçır. Günaha getmək küfrə getməkdir. Günaha tələsən insan küfrə tez çatar. Əlbəttə, ola bilər ki, günahkar insan Allahın lütfü ilə hansısa bir nəsihətdən ayılıb tövbə edərək imana qayıtsın.
    GÜNAHDAN QAÇMAĞIN YOLU
    Günahın küfrlə nəticələnməsi barədə danış-dıq. Bəs günaha batmamaq üçün nə etmək lazımdır? Nə edək ki, imanımız güclənsin və küfr təhlükəsindən amanda qalaq? Peyğəmbərlərin övliyaların məsum imamların əxlaq alimlərinin ən mühüm vəzifələrindən biri bu suallara cavab verməkdir.
    İnsan istək və iradə cəhətdən azad olan bir mövcuddur. Xeyir yolunu o özü seçməlidir. Hər bir əməl insanın iradəsi ilə həyata keçir. Əlbəttə ki, istək və iradənin də dərəcələri var. İnsan birdən-birə övliyaların yolunu getmək istəsə, bu iş onun üçün üzücü olar. Günah girdabına yuvarlanmış insanın övliyaların dözdüyü ibadət çətinlik-lərinə dözməsi olduqca çətindir. Adət olunmuş günahdan çəkinmək üçün böyük səbr və dözümə ehtiyac var.
    Əxlaq alimləri günahdan xilas olmaq istəyən insanlara daha asan üsullar göstərirlər. İlk addımda ən asan işlərdən başlamaq lazımdır. İnsan birdən-birə ağır çəkili daş qaldıra bilməz. Amma yüngül daşlarla məşq etməklə hətta dünya çempionu adını qazanmaq olar. Bu işdə məşqçiyə ehtiyac olduğu kimi mənəvi tərbiyədə də əxlaq müəlliminə ehtiyac var. Əxlaq müəllimi insanın əlindən tutub onu addım–addım qabağa aparır. O, insanı tədricən günahdan çəkindirir.
    Demək, günahı tərk edib və imana yaxınlaşmaq üçün ağır proqramlardan çəkinmək lazımdır. Bu proqramların hazırlanmasında ən etibarlı mənbə peyğəmbər və övliya göstərişləridir. İnsan bu göstərişləri nəzərə alarsa adət etdiyi günahlardan daha asan xilas ola bilər. Bəzi əməli göstərişlərə nəzər salaq:
    1. Günaha təhrik edən mühit və şəraitdən çəkinmək
    İnsan günahdan uzaq olmaq üçün günaha şərait yaradan mühitdən uzaq olmalıdır. Əgər bir yolda təhlükə gözlənilirsə bu yoldan kənarlaşmaq lazımdır. Bəzən magistral yollarda sürücünü qarşıdakı təhlükədən xəbərdar edən lövhələr asılır. Tufanlı günlərdə mütəxəssislər dənizə çıxmamağı məsləhət görür insanı günaha batıra biləcək şəraitlər də bu sayaq qorxuludur və insan günah ehtimalı olan mühitdən qaçmalıdır. Çünki belə mühitlərdə tüğyan etmiş qəzəb və şəhvəti cilovlamaq çətin olur. Ən yaxşısı günah mühitinə düşməməkdir.
    Ümumiyyətlə, günah mühitinə yaxınlaşmamaq ümumi dini göstərişlərdən biridir. Günah doğuran səhnələrdən, musiqilərdən, sözlərdən, baxışlardan çəkinən insanın günaha batma ehtimalı çox azdır.
    2. Qarınqululuqdan uzaqlıq
    Adətən, insanı günaha batıran heyvani istəklərə itaətdir. Ən güclü heyvani istəklərdən biri çox yeməkdir. Günahdan uzaq olmaq istəyənlər öz yeməklərinə nəzarət etməlidirlər. Allah-təalanın orucdan ötrü verdiyi əmri təsadüfi deyil. İlin on bir ayını yeməkdə azad olan insan özünün yeməyə olan meylini cilovlamalıdır. "Bəqərə” surəsinin 183-cü ayəsində oxuyuruq: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Olsun ki, təqvalı olasınız.” Orucluq ayından başqa vaxtlarda da az yemək olduqca faydalıdır. Sözsüz ki, söhbət zəifliyə səbəb olacaq qədər az yeməkdən getmir.
    3. Pis dostlardan uzaqlaşmaq
    İmanı qorumaqda ən əsas iş pis dostlardan uzaqlaşmaqdır. Xüsusi ilə gənclər çox asanlıqla dostun təsiri altına düşüb, onun xasiyyətini götürürlər. Valideyn və tərbiyəçi özlərinin himayəsi altında olan cavanlara yaxşı dost seçməyi tövsiyə etməlidirlər. İnsan dostun təsiri ilə həm behişt, həm də cəhənnəmə gedə bilər. Əgər öz müsbət xüsusiyyətlərimiz haqqında yaxşıca düşünsək, bu xüsusiyyətləri kimdən qazandığımızı yada sala bilərik. İnsanı namaza, məscidə sövq edən də dostdur, əyri yola çəkən də. Yaxşı dost səni məscidə dəvət edən zaman sənin bəhanələrinə baxmadan israr edir. Onun təsiri altında saleh əməl səndə xasiyyətə çevrilir. Əksinə, pis dost insanda pis adətlər, çirkin xasiyyətlər doğurur. Aparılan sorğular göstərir ki, narkotik maddələrə qurşanmış gənclərin əksəriyyəti bu yola pis dostun təhriki ilə düşmüşlər. Əvvəlcədən yaxşı dost seçmək, eləcə də pis dostdan uzaqlaşmaq çətin deyil amma dostun təsiri altında pis vərdişlər qazandıqdan sonra bu dostdan asanlıqla ayrılmaq olmur. İnsan dosta öyrəşir və ondan asanlıqla ayrıla bilmir. Dostun danışıq tərzinə, yerişinə, geyiminə və digər xüsusiyyətlərinə adət edən şəxs onun təsirindən çıxmaqda çətinlik çəkir. Dostun danışdığı xüsusi lətifələrdən ləzzət alan insan çox vaxt hiss etmir ki, bu lətifələr onu günaha çəkir. Pis dostun verdiyi kitabların, audio və video kasetlərin təsiri altında azğınlığa düçar olanlar az deyil.
    Diqqətli olun! Dost seçərkən onun xüsusiyyət-lərini diqqətlə nəzərdən keçirin. Unutmayın ki, pis dost sizi cəhənnəmə apara bilər. Görün dostun təsiri altında cəhənnəmə düşənlər nə deyir: "Vay olsun mənə! Ey kaş filan kəsi özümə dost tutmayaydım”. ("Fürqan” surəsi, ayə: 28.)
    Category: Allaha doğru | Views: 984 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024