İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 7
Qonaqlar 7
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 20 » Allaha doğru
    9:15 AM
    Allaha doğru
    İYİRMİ ÜÇÜNCÜ DƏRS:
    NAMAZ TƏKAMÜLÜN SIRRIDIR
    BU SİRR GİZLİ DEYİL
    Qeyd etdik ki, insanın təkamülünə mühüm tə’sir göstərən amilləri, əsasən, üç bölmədə qruplaş-dırmaq olar: Allah-təalaya aid olan işlər, insanın özünə aid olan işlər, cəmiyyətə aid olan işlər. Əlbəttə ki, ikinci və üçüncü qrupa aid olan vəzifələr birincidən, yəni Allah qarşısındakı vəzifələrdən qaynaqlanır. Çünki insanın təkamülü Allaha yaxınlaşmaqdan başqa bir şey deyil. Sadalanan vəzifələr də insanı Allaha yaxınlaşdırdığı üçün əhəmiyyətli hesab olunur. Ona görə də insanı kamilləşdirən istənilən müəyyən bir iş insanın Allahla bağlılığını gücləndirir.
    Deyilənlərə əsasən, söhbətimizi bir başa Allah ilə əlaqəli olan vəzifələrin üzərində qurduq. Qeyd etdik ki, bütün dəyərlər Allaha imandan irəli gəlir. Allaha imandan sonra növbə Allahla bağlı vəzifələrə çatır.
    Bir başa Allaha aid olan işlərin ən faydalısı namazdır. Təəssüf ki, çoxlarımız namaza lazımi əhəmiyyəti vermirik. Kamillik arzusunda olan insanlar arasında yanlış bir təsəvvür formalaşıb. Onlar güman edirlər ki, kamala çatmaq üçün elə sirrlər var ki, adi insanlar üçün bu sirrlər əlçatmazdır. Bu fikri doğuran heç şühbhəsiz ki, şeytandır. Necə ola bilər ki, insanın kamala çatması üçün kitablar, peyğəmbər-lər göndərən Allah bu yolda hansısa sirlərlə maneələr yaratsın?! İnsanı kamillikdən ötrü yaradan Allah onun üçün probelmlər icad edərmi?! Bu, mümkün olacaq iş deyil. Allah öz bəndəsinə həqiqət yolunu göstərərək ona yardım edir. İnsanın vəzifəsi onu səadətə çatdıracaq göstərişlərə diqqət yetirməkdir.
    QURANDA NAMAZ HAQQINDA
    Hal-hazırda yeganə mötəbər ilahi kitab olan Qurani-kərimə müraciət etsək görərik ki, insan üçün ən əhəmiyyətli vəzifə namazdır. Namaz haqqında yüzdən çox ayə nazil olmuşdur. Bu ayələrə əsasən namaz bütün şəriətlərdə vacib buyurulmuş ibadətdir. "İbrahim” surəsinin 40-cı ayəsində oxuyuruq: "Pərvərdigara, məni də, nəslimdən olanları da namaz qılan et”. Bu dua Həzrət İbrahimə (ə) məxsusdur. Həzrət Musaya (ə) nazil olmuş ilk vəhydə belə buyurulur: "Mənəm, Mənəm o Allah ki, Məndən qeyri tanrı yoxdur. Mənə ibadət et və Məni yat etməkdən ötrü namaz qıl”. (Taha” surəsi, ayə: 14.)
    Həzrət İsa (ə) hələ beşikdə ikən deyir: "O, harada oluramsa olum, məni mübarək etdi və mənə diri olduğum müddətdə namaz qılıb zəkat verməyi tapşırdı.” ("Məryəm” surəsi, ayə: 31.) "Loğman” surəsinin 17-ci ayəsində Həzrət Loğman (ə) öz oğluna belə tapşırır: "Ey oğlum, namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə”
    İslam Peyğəmbərinə (s) belə xitab olunur: "Kitabdan sənə vəhy olunanları oxu və namaz qıl. Həqiqətən, namaz (insanı) pis və çirkin işlərdən çəkindirər”. ("Ənkəbut” surəsi, ayə: 45.)
    NAMAZ BARƏSİNDƏ OLAN RƏVAYƏTLƏR
    Dini rəvayətlərdə namazın əhəmiyyəti və faydala-rı haqqında kifayət qədər danışılmışdır. Hər birimizin eşitdiyi məşhur bir rəvayətdə İslam Peyğəmbəri (s) buyurur: "Namaz dinin sütunudur”.("Biharul-ənvar” 82–ci cild.) Ərəblər çadır qurarkən onun ortasında qaldırdıqları sütuna "əmud” deyirdilər. "Sütun” kimi tərcümə etdiyimiz söz hədisdə "əmud” kimi işlənilmişdir. Əgər çadırın ortasından əmud götürülərsə, çadır yerə çökər. Hədisdən məlum olur ki, əgər namaz hökmü dindən çıxarılarsa bu din məhv olar. Həmin hədisin davamında Həzrət Peyğəmbər (s) buyurur: "Əgər çadırın əmudu möhkəm olarsa, çadır da möhkəm olar. Əmud möhkəm olmazsa, iplər və mıxlar çadırı saxlaya bilməz”.
    Həm İmam Baqir (ə) və həm də İmam Sadiqin (ə) buyurduğu bir hədis var: "Qiyamət günündə bəndədən soruşulacaq ilkin şey namazdır. Əgər namaz qəbul olarsa, digər əməllər də qəbul olar, əgər namaz qəbul olmazsa digər əməllər də qəbul olmaz”.("Biharul-ənvar” 82–ci cild.)
    Digər bir məşhur rəvayətdə İmam Sadiq (ə) buyurur: "Hər kəs namaza yüngül yanaşarsa, bizim şəfaətimizə nail olmaz”.("Biharul-ənvar” 82–ci cild.)
    Ayə və rəvayətlərdən məlum oldu ki, insanı Allaha yaxınlaşdıran ən mühüm əməl namazdır. Hər birimiz gün uzunu dəfələrlə namazda bu sözləri təkrar edirik: "Tələsin ən xeyirli işə”. Təəssüf ki, çoxumuz dediyimiz sözlərin mənasına varmırıq bir ömür bu sözləri təkrar edən insan dediyi sözlərə e’tina etmir. Namazda təkrar etdiyimiz "tələsin nicat tapmaq” sözləri barədə düşünürükmü? Bəli, lazımı qədər əhəmiyyət vermədiyimiz namaz insan üçün ən böyük xilas yoludur.
    Tarixdə xoşgəlməz münasibətlərlə də qarşıla-şırıq. "Tələsin ən xeyirli işə” cümləsini azan və iqamədən çıxaran ikinci xəlifənin fikirincə bu şüar insanları cihad kimi bir işdən yayındırır. Olduqca yanlış fikirdir. Bəsirət gözü açıq olanlar gözəl bilir ki, insanı cihad səhnəsində canından keçməyə hazır edən məhz namazdır. Namaza biganə insan cihada əsla ciddi yanaşa bilməz.
    Hər halda, milyonlarla insan namaz zamanı "tələsin ən xeyirli işə” şüarını təkrarlayırlar. Əsas problem namaza ciddi yanaşmamağımızdadır. Əgər namazda qəlb iştirak etmirsə bu namazın ruhu yoxdur və ruhsuz bir işdən lazımınca faydalanmaq qeyri-insani-mümkündür.
    ƏN XEYİRLİ ƏMƏL
    Nə üçün namaz ən xeyirli əməl hesab olunur? Başqa əməllərlə müqayisədə daha sadə və daha asan olan namaz nə üçün daha əhəmiyyətli hesab olunur? Diqqət etsək görərik ki, cihadla müqayisədə namaz olduqca asandır. Cihadda aclıq, susuzluq, yorğun-luq, yaralanma, hətta ölüm kimi məhrumiyyətlər var. Bununla belə, bir sıra söz və hərəkətdən ibarət olan namaz cihaddan xeyirli bilinir.
    Həqiqi ibadət odur ki, insan öz yaradanı qarşısında bütün varlığı ilə təslim olsun. Bizim təkamülümüzə mane olan əsas səbəb Allah qarşısında özümüzü ixtiyar sahibi kimi aparmağımızdır. Biz bunu dilimizlə izhar etməsək də, hərəkətlərimizdə bu yanlış xüsusiyyət özünü göstərir. Biz özümüzü qüdrət, istedad, sərvət sahibi kimi aparırıq. Böyük vəzifəyə çatmış insanlarda bu xüsusiyyət özünü daha çox biruzə verir. Elə bu səbəbdən də bəzən nəfsimizin razılığını Allahın razılığından üstün tuturuq. "Casiyə” surəsinin 29-cu ayəsində buyurulur: "Nəfsini özünə tanrı edən gördün-mü?” Bəli, çoxlarımız Allah pərəstlik əvəzində özünə pərəstişə məşğuluq. Çox az insanları çıxmaq şərti ilə hər birimizdə hansısa dərəcədə özünəpərəstişi müşahidə edirik. "Yusuf” surəsinin 106-cı ayəsində oxuyuruq: "Onların çoxu Allaha şərik qoşmaqla iman gətirmir-lər”. Əksər insanlarda şirk əlaməti var, Allahpərəstlik özünəpərəstişlə çulğaşmışdır.
    Namazın əsas fəlsəfəsi budur ki, özünəpərəs-tişliyi bir kənara qoyub bütün varlığımızla Allaha təslim olaq. Bəli, namaz Allah qarşısında təvazökarlıqla dayanmaq üçün vasitədir. Namaz varlığı Allaha təslim etmək üçün tə’lim meydanıdır. "Ənam” surəsinin 162-ci ayəsində oxuyuruq: "De ki, həqiqətən, namazlarım, ibadət-lərim, diriliyim və ölümüm aləmlərin Rəbbi olan Allah üçündür”. Bəli namaz təslim olma tə’limidir.
    İnsan öz varlığını, bütün istedad və qüvvələrini Allahın ixtiyarında olduğunu bilərsə namazda hal tapar. Namaz insanda bu halı gücləndirir və onu həm zahiri və həm də batini cəhətdən Allaha qarşı diqqətli edir. Elə bu səbəbdən də insana üzünü qibləyə tutmaq tapşırılır. Namazın əksər hərəkətləri bəndəlik göstəricisidir. Səbrlə qiyam halında durmaq, təzim, səcdə hər biri bəndəlik nişanələridir. Namazın əksər sözləri bəndənin öz ağası qarşısında özünün acizliyinin izharından ibarətdir. Namazdakı bütün hərəkətlər və zikrlər Allah qarşısında müt’i olmanı bariz şəkildə izhar edir. Əlbəttə ki, namazın batini keyfiyyətləri də olmalıdır.
    Demək, namaza böyük əhəmiyyət verilməsinin sirri yaranış məqsədinin, yəni eqoizmin aradan qaldırılması və insanda bəndəlik ruhiyyəsinin yaradılmasında oynadığı mühüm rolla bağlıdır. Allahın həqiqi malikiyyətini və insan vücudunda bəndəliyin izharı üçün namaz ən təsirli vasitədir. Belə geniş tutum başqa ibadətlərdə yoxdur. Oruc da ibadətdir. Amma oruc yalnız bir sıra əməl və rəftarların tərkindən ibarətdir. Namazda olan zikrlər, bəndəliyin izharı başqa heç bir ibadətdə yoxdur. Namaz insanın bütün vücudunu bəndəliyə sövq edən kompleks ibadətdir. Bu ibadətdə bədənin əksər üzvləri, eləcə də, düşüncə və qəlb iştirak edir. Sadalanan səbəb-lərə görə namaz "ən xeyirli əməl” hesab olunur.
    HALSIZ NAMAZ
    Əgər namaz ən xeyirli əməldirsə və insanın mənəvi təkamülündə böyük təsirə malikdirsə, nə üçün namaz qılan müsəlmanlarda bu təsir bir o qədər də müşahidə olunmur? Rəvayətlərdə buyurulur ki, "namaz möminin meracıdır”.("Biharul-ənvar” 82–ci cild.)Nə üçün uzun illər namaz qılmış şəxs bir dəfə də olsa bu meracı hiss etmir? "Ənkəbut” surəsinin 45-ci ayəsini xatırlayaq: "Namaz (insanları) pis və çirkin işlərdən uzaqlaşdırır”. Bəs nə üçün bir ömür namaz qılan insan yenə də günaha yol verir? Ayə və rəvayətlərdə zikr olunmuş bir çox xüsusiyyətlərin namaz qılanlarda müşahidə edilməməsi sual doğurur.
    Cavab budur ki, bizim qıldığımız namaz əsl namazın zahiri formasının oxşarıdır. Çoxumuz yalnız namazın son cümləsində xatırlayırıq ki, namaz qılırmışıq. Çox vaxt yadımıza düşməyən işlər namazda yadımıza düşür və namaz boyu bu işləri götür-qoy edirik. Məsələn, namazdan sonra dərsimiz varsa, namazda dərs mütaliə edirik. Ticarətlə məşğul olanlar namaz zamanı alacaq-ları və verəcəkləri haqqında düşünür. Namaz adlandırdığımız bu əməli namaz hesab etmək olarmı?!
    Bəli, bu sayaq namazlardan əslində tövbə etmək lazımdır. Günahlar bir yana dursun, yerinə yetirdiyimiz naqis ibadətlərdən tövbə etməyin yeri var. Əgər bir şəxs fikri tamam başqa yerdə olduğu halda sizə tərif və təşəkkür edərsə bu diqqətsizlik sizə xoş gələrmi? Biri ilə danışarkən yan-yörəyə baxıb, başqa şey haqqında düşünmək hörmətsizlik deyilmi? Əgər diqqətsiz-liyi hörmətsizlik hesab ediriksə, qıldığımız namazlar ibadətdir yoxsa istehza?! Həzrət Peyğəmbər (s) bir rəvayətdə buyurur ki, namazı diqqətsiz qılan şəxs Allahın onu ulağa çevirməyindən qorxmurmu?("Biharul-ənvar” 84-cü cild.)
    "Allahu əkbər” deyən şəxs şəhadət verir ki, Allahdan böyük olan yoxdur. Dildə bu sözləri deyərkən qəlbdə bir başqasına ümid etməyin mənası odur ki, insan üçün Allahdan da böyük kimsə var. Dildə bir söz deyib qəlbdə başqa bir şey fikirləşmək Allahı məsxərə etmək deyilmi? Əgər bir şəxs bizi təriflədiyi halda qəlbən tamam başqa münasibətdədirsə və əsl münasibətdən xəbərdarıqsa bu sözləri özümüz üçün məsxərə hesab etmirikmi? Allah namaz qılan şəxsin qəlbindən xəbərdardır. Üzü Allaha, qəlbi isə dünyaya tərəf durmuş insan öz hərəkətindən nə gözləyə bilər? Adi insanla danışarkən diqqətsizliyi qəbahət biliriksə, hansı cürətlə namazda diqqətsiz olu-ruq? Doğrudan da belə diqqətsizliklə qılınmış namazlara tövbə etmək lazımdır. "Nisa” surəsinin 43-cü ayəsində buyurulur: "Ey iman gətirənlər! Nə dediyinizi başa düşəsiniz deyə məst halda namaz qılmayın”. Məstlikdən ağlı düz işləməyən insanın sözləri puç və mənasızdır. Belə insanın tərif və təşəkkürünü dəyərli hesab etmək olmaz. Ayədə yalnız şərabdan məst olanlar nəzərdə tutulmur. İstənilən bir səbəbdən qəflət halında olan insana namaza durmamaq tapşırılır. Çünki məst insan nə danışdığını bilmir. Qəflətdə olan insanlar da öz dediklərinə diqqətsiz olurlar. Bəli, namazdan bəhrələnməməyimizin əsl səbəbi həqiqi namaz qılmamağımızdır. Biz sadəcə öhdəmizə düşən vəzifəni yerinə yetirib, qəbr və qiyamət əzabından xilas olmaq istəyirik. Böyük əksəriyyət belə düşünür ki, həqiqi mömin olmaq üçün təcvid qaydalarına əməl edib, namazı gözəl avazla qılmaq lazımdır. Guya möminlik ərəb hərflərini düzgün tələffüz etməkdən ibarət imiş. Hansı ki, namazın zahiri göstəricilərinin onun ruhuna heç bir dəxli yoxdur. İnsanı Allaha yaxınlaşdıran qəlb halətidir. Zahiri gözəllik yalnız batini gözəlliyi tamamlamaq üçündür. Namazın ruhu isə qəlbin iştirakından ibarətdir.
    Namaz kimi dəyərli bir gövhər ixtiyarımızda-dır. Namazı lazımınca dəyərləndirməməyimiz təəssüf doğurur. Kamilləşmək istəyənlərin çoxu qapı-qapı düşüb kamillik sirrini axtarırlar. Hansı ki, kamilliyə çatmaq üçün namazdan təsirli bir əməl olsaydı, Allah o əməli gizləməzdi. Axı aləmlərə rəhmət olan Qurani-kərimdən başqa çarə nə ola bilər? Əgər namazdan təsirli bir vasitə olsaydı hökmən Quranda bu barədə məlumat verilərdi. Nə üçün Həzrət Əli (ə) namaza daha çox əhəmiyyət verirdi? Yoxsa o nədənsə xəbərsiz idi? Həzrət (ə) gündə min rəkət namaz qılırdı. Əgər namazdan təsirli ikinci bir əməl var idisə, nə üçün müttəqilər ağası Əli (ə) məhz namaza bu qədər vaxt sərf edirdi? Həzrət (ə) yol gedərkən, şum vurarkən, quyu qazarkən Allahın zikrindən ayrılmazdı. Vacib namazda olan bir çox şərtlər müstəhəb namazda yoxdur. Mümkündür ki, Həzrət Əli (ə) gün uzunu müstəhəb namazlardan ayrılma-mışdır. Müəllif özü böyük alimlərin yol gedərkən namaz qılmasının şahidi olub. Mərhum Əllamə Təbatəbai yol boyu nafilə namazlarını qılardı. Mərhum Şeyx Qulamriza evdən məscidə, məsciddən evə yol boyu müstəhəb namaza məşğul olardı.
    Xülasə, əgər namazın əhəmiyyətini bilsəydik, namaza ciddi yanaşar və onun faydalarından məh-rum olmazdıq. Həqiqi namazqılanlar bu ibadətin dünya və axirət faydalarını gözəl tanıyır.
    Pərvərdigara, bizi həqiqi namazqılanlardan buyur.
    Category: Allaha doğru | Views: 995 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024